Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Walter
Volter Tomas (ing. Thomas Walter, 1740[…], Hempşir qraflığı[d] – 17 yanvar 1789, Cənubi Karolina) — İngilis mənşəli Amerika botaniki. Flora caroliniana. 1788. Robert Zander; Fritz Encke, Günther Buchheim, Siegmund Seybold (Hrsg.): "Handwörterbuch der Pflanzennamen". 13. Auflage. Ulmer Verlag, Stuttgart 1984, ISBN 3-8001-5042-5.
Paltar
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Alan Kalter
Alan Robert Kalter (21 mart 1943, Nyu-York, Nyu-York ştatı – 4 oktyabr 2021, Stamford) ― Amerika televiziya aparıcısı.
Hellmuth Walter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.
Palmer Torpağı
Palmer Torpağı (ing. Palmer Land) — Antarktik yarımadasının cənubunda, Qreyam Torpağı ilə Elsuort Torpağı arasında yerləşir. 1964-cü ilə qədər Antarktik yarımadası adlanırdı. Torpağın adası amerikalı kapitan Nataniel Palmerin şərəfinə adlandırılmışdır. O, 1820−1821-ci illərdə Antarktik yarımadasını tətqiq etmişdir. Palmer Torpağı Antarktik yarımadasınln cənubunda yerləşir. Şimal sərhədi — Qreyam Torpağı ilə sərhəd qərbdən Ceremi burnu, şərqdən isə Agassiz burnuna uzanır. Qərb sərhədi — I Aleksandr Torpağı ilə VI Georq boğazı ilə ayrılır. Boğazda VI Georq şelf buzlağı yerləşir. Şərq sərhədi — Ueddell dənizi və Ronn şelf buzlağı.
Qara panter
Qara panter — bəbir (Panthera pardus) və yaquarın (Panthera onca) melanistik rəng variantıdır. Hər iki növün qara panterləri qara piqmentlərə malikdirlər, lakin onlarda tipik xallar da mövcuddur. Onlar əsasən tropik meşələrdə yaşayırlar. Qara bəbirlərə əsasən Keniya, Hindistan, Şri-Lanka, Nepal, Tailand, Qərbi malayziya və Yava, qara yaquarlara isə Meksika, Panama, Kosta-Rika və Paraqvayda rast gəlmək mümkündür. Bəbirlərdəki melanizmə ressesiv allel, yaquarlarda kı melanizmə isə dominant allel səbəb olur. allel səbəb olur. 1788-ci ildə fransız araşdırmaçı Jan Klod Delametri Benqaliyadan gətirilmiş və London qəsrində saxlanılan qara bir bəbirdən bəhs edir. 1794-cü ildə Fridnix Albreçt Anton Meyer isə Hindistan bəbiri olan bu pişik üçün Felis fusca elmi adını təklif etdi. 1809-cu ildə isə Jorj Küvye Yavadan gətirilmiş və "Ménagerie du Jardin des plantes" botanik bağında saxlanılan qara bəbirdən bəhs edir. Küvye həmin Yava bəbirinə Felis melas adını verməyi təklif etdi.
Tatyana Paller
Tatyana Paller (7 sentyabr 1995) — Almaniyalı peşəkar qadın trek velosipedçisi. Paller Almaniyanı beynəlxalq yarışlarda təmsil edir. Paller 2016 UEC Avropa Trek Çempionatında komanda yarışlarında da iştirak etmişdir.
Valter Bauer
Valter Bauer (alm. Walter Bauer‎; 8 avqust 1877, Köniqsberq, Prussiya – 17 noyabr 1960, Göttingen, Aşağı Saksoniya) — Almaniya ilahiyyatçısı. O, Əhdi-cədid yunancasının lüğətşünası və erkən xristianlığın inkişafı üzrə alim olmuşdur. Bauer Şərqi Prussiyanın Köniqsberq şəhərində anadan olmuşdur. O, atasının professor olduğu Marburqda böyümüşdür.
Valter Benyamin
Valter Benyamin (alm. Walter Benjamin‎; 15 iyul 1892[…], Berlin – 26 sentyabr 1940[…]) — alman filosofu. Kulturoloq, estetik, ədəbi tənqidçi, esseist və tərcüməçi.
Valter Kronkayt
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…], Sent-Cozef, Missuri – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Kronkite
Valter Leland Kronkayt, Jr. (4 noyabr 1916[…], Sent-Cozef, Missuri – 17 iyul 2009[…], Nyu-York, Nyu-York ştatı) — Aktyor. Valter Kronkayt 24 noyabr 1916-cı ildə anadan olub. 17 iyul 2009-cu ildə vəfat edib.
Valter Lübke
Valter Lübke(22 avqust 1953 – 2 iyun 2019) - alman siyasətçi. 1999-cu ildən başlayaraq 10 il ərzində Hessen əyaləti landtaqının üzvü olub. Siyasətçi 2019 may ayında regional hökumətin rəhbəri vəzifəsində çalışmasının 10 illiyini qeyd edib. Angela Merkelin partiyası olan Xristian Demokrat İttifaqına aid idi. 2019-cu il iyunun 2-də Volter Lübke öz bağında başından aldığı odlu silah yarası nəticəsində dünyasını dəyişib. Kassel dairəsinin daxil olduğu Hessen federal əyaləti polisinin məlumatına görə hadisə yerində silah tapılmayıb.
Valter Model
Otto Moris Valter Model (alm. Otto Moritz Walter Model‎; 24 yanvar 1891[…] – 21 aprel 1945[…], Ratingen, Prussiya[d]) — alman hərb xadimi, general-feldmarşal.
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
Valter Bote
Valter Vilhelm Georg Bote (alm. Walther Wilhelm Georg Bothe‎; 8 yanvar 1891[…] – 8 fevral 1957[…], Heydelberq, Baden-Vürtemberq) — alman fiziki, 1954-cü ildə fizika üzrə Nobel mükafatı laureatı. O, nüvə fizikasına mühüm töhfə verib. Bote saat ustası Fridrix Bote və dərzi Şarlotta Botenin qızı Hartunqun ailəsində anadan olub. Uşaqlığını Oranienburqda keçirib. Bote iti zehni və ciddi məntiqi təfəkkürü ilə ətrafındakılardan çox seçilirdi, musiqi və rəssamlıq qabiliyyətinə malik idi. 1908-ci ildə Berlindəki ali real məktəbində universitetə hazırlıq kurslarını bitirdi. Bundan sonra o, 1908–1913-cü illərdə Berlin Universitetində fizika, riyaziyyat, kimya və musiqi üzrə təhsil alıb. O, təhsili üçün pulu əsasən repetitorluq, qeyri-adi işlər və təqaüdlər hesabına qazanırdı. 1913-cü ildə müəllimlik üçün dövlət imtahanını verdi və bundan sonra bir müddət Berlin Ali Kənd Təsərrüfatı Məktəbində işlədi.
Valter Vayt
Volter Hartvell Vayt (ing. Walter Hartwell White Sr.), həmçinin Heyzenberq kimi tanınır — ABŞ drama serialı "Breaking Bad"in baş qəhrəmanı, aktyor Brayan Krenston canlandırmışdır. Volter Vayt təcrübəli kimyaçı olmuşdur. Müəllim kimi işə başlamazdan qabaq yoldaşı Eliot Şvarts ilə birlikdə “Gray Matter Technologies” şirkətini təsis etmişdir. Şirkətin adında olan “Boz maddə” onların hər ikisinin soyadının birləşməsindən yaranmışdır. İngiliscə “Ağ” və almanca qara mənasına gələn “Şvars” — ikisi bir araya gələndə boz rəng əmələ gəlir. O vaxtlar bu şirkətin laboratoriyasında imkanlı ailədən olan Qretçen adlı xanım da işə düzəlmişdi. Çox keçmir ki, Volter işlərində yardım edən bu xanıma aşiq olur. İkisi bir-birini sevir və sonralar nişanlanırlar. Qretçen dörd iyul bayramının birində Volteri valideynləri ilə tanış etmək üçün onların evinə qonaq çağırmışdı.
Hellmut Valter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Robert Palmer
Robert Rozuell Palmer (ing. Robert Roswell Palmer; 11 yanvar 1909, Çikaqo, İllinoys[…] – 11 iyun 2002) — ABŞ tarixçisi. Prinston və Yel universitetlərində XVIII əsr Fransa tarixi üzrə ixtisaslaşmış Palmerin ən mühüm elmi əsəri 1959 və 1964-cü ildə nəşr olunmuş "Demokratik inqilab əsri: Avropa və Amerikanın siyasi tarixi 1760-1800-cü illər" (The Age of the Democratic Revolution: A Political History of Europe and America, 1760–18004) əsəridir ki, burada Palmer XVIII sonu — XIX əsrin əvvəllərində Avropa və Amerika qitəsini bürüyən demokratik inqilab çağı olan Atlantik İnqilabları araşdırmışdır. O, bu əsərin birinci cildinə görə tarix üzrə Benkroft mükafatına layiq görülmüşdür. İllinoys ştatının Çikaqo şəhərində anadan olan Palmer dövlət məktəblərində təhsilini davam etdirmişdir. Latın dilində yazılmış əsəri üçün ümumşəhər müsabiqəsində qalib gələrək, o, tarixçi Lui Qotşalk ilə birlikdə oxuduğu Çikaqo Universitetində tam təqaüd qazanmış və 1931-ci ildə bakalavr dərəcəsini (Ph.B.) almışdır. Bundan üç il sonra - 1934-cü ildə o, Karl L. Beker ilə birlikdə Kornell Universitetinin Tarix fakültəsidə namizədlik dissertasiyasını müdafiə etmişdir. Onun dissertasiyası "Fransa inqilabı ərəfəsində Amerikanın müstəqilliyinin fransız ideyası” adlanır 1950-ci ildə Palmerin "Müasir dünyanın tarixi" (A History of the Modern World) adlı fundamental monoqrafiyası nəşr olundu. Bu əsər altı dilə tərcümə edilmişdir və hazırda 1000-dən çox kollecdə, habelə bir çox Avropa tarixi üzrə orta məktəb kurslarında istifadə olunur. O, aydın dildə olan yazı üslubu ilə diqqət çəkir.
Valter Kon
Valter Kon — 9 mart 1923 il, Vyana, Avstriya — 19 aprel 2016 il, Santa Barbara, Kaliforniya, ABŞ) — Avstriya əsilli amerikalı nəzəri fizik. Kimya üzrə Nobel mükafatı laureatı (1998il, Con Popl ilə birlikdə) "sıxlıq funksional nəzəriyyəsinin inkişafına görə". Santa Barbaradakı Kaliforniya Universitetinin fəxri professoru, ABŞ Milli Elmlər Akademiyasının (1969il) və Amerika Fəlsəfə Cəmiyyətinin (1994il) üzvü, London Kral Cəmiyyətinin (1998il) və Rusiya Elmlər Akademiyası (2006il) , Avstriya Elmlər Akademiyasının fəxri üzvü (2011il). Valter Kon 9 mart 1923-cü ildə yəhudi ailəsində anadan olub. Valideynləri ziyalı və təhsilli insanlar idi: atası Solomon Kon, Moraviyanın Hodonin əsilli idi və "Postkartenverlag Brueder Kon" bədii açıqcalar üçün mağaza və mətbəə işlədirdi; anası Gitl Rappaport Qalisiyadakı (indiki Ukrayna) Brodi şəhərindən idi. Uşaqlıqdan dövlət Akademik Gimnaziyasında (Akademische Gymnasium) latın və yunan dillərini, daha sonra xüsusi Hayes yəhudi məktəbində (Zwi Perez Chajes Gymnasium) iki müəllimin böyük dəstəyi təsiri ilə oxudu. Bu iki müəllimin biri — Albert Eynşteynin köməkçisi fizik Emil Nohel (1886–1942 illər) və riyaziyyatçı Viktor Sabbat idi ki, hər iki müəllim həbs düşərgəsində öldü. 1938-ci il martın 11-dən 12-nə keçən gecə alman qoşunları Avstriyaya daxil oldular. Avstriya ordusu təslim oldu. Valter və bacısı şanslı olaraq, "Kindertransport" xilasetmə əməliyyatının köməyi ilə işğal edilmiş Avstriyadan İngiltərəyə, bir az sonra isə Kanadaya gedə bildilər.
Koul Palmer
Koul Jermen Palmer (6 may 2002) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan "Çelsi" klubunda hücuma meyilli yarımmüdafiəçi kimi çıxış edən peşəkar İngiltərə futbolçusu.
Kamuzel paltar
Kamuzel — adətən qadınlar tərəfindən geyilən, belinə qədər uzanan qolsuz maykaya bənzər köynəkdir . Kamuzel adətən atlaz, sintetik, ipək və ya pambıqdan hazırlanır.
Tunik paltar
Tunik paltarı — köynək və ətək xüsusiyyətlərini malik qadın geyimidir. Ayrıca ətəyi olmasada paltarın aşağı hissəsi onu əvəz edir. Çox vaxt bu paltarlar pambıq və ya ipək parçalardan hazırlanır. Onlar adətən belində tikiş olmadan kəsildiyi üçün, paltarların bel boşluğunu aradan qaldırmaq üçün adətən kəmərdən istifədə olunur. Geyimin ön hissə düymələrin olması ona daha xoş görkəm verir. == Tarixi == İlk dəfə 1916-cı ildə Koko Şanel tərəfindən şalvarlı paltar şəklində ortaya çıxarıldı. Tunik paltarları 1950-ci illərdə dəb halına gələndə bəzən "köynək bel paltarları" adlandırılırdı. Köynək paltarının 1950-ci il versiyası İkinci Dünya müharibəsi zamanı Christian Dior tərəfindən hazırlanmışdır. Bu, İkinci Dünya müharibəsindən sonrakı "Yeni Görünüş" yüksək moda dizaynlarının bir hissəsi kimi təqdim edildi, yuxarı çəkilmiş bir tam ətək olaraq qabarıq ətək geyildi. Pambıqdan hazırlanmış, lakin tam yubka və yaxasını saxlayan köynək paltarının daha qeyri-rəsmi versiyaları 1950-ci illərdə bir çox qadın qarderobunun əsas hissəsinə çevrildi, və Anne Foqarti kimi dizaynerlər bu üslubun variantları ilə tanındılar.