PALTAR

PALTAR O, əyninə dar və qısa bir paltar geymişdi (M.S.Ordubadi); ABIR (məc., dan.) [Qurban:] Ə, bu nə paltardır, balam.. Bu abırla elə toya gedirsən (S.Rəhimov); CAMAŞIR Çingiz: Qəmər, cəld çamadanı içəridən gətir, kitablarımı qoy, camaşırlarımı gətir (S.S.Axundov); ƏLBƏSƏ (köhn.) Nazik əlbəsələr geyib gəlin kimi bəzənmiş qadınlar, yəqin ki, çar ordusunu qarşılamağa gedirdilər (M.S.Ordubadi); ƏYİN (dan.) Şahinin əyni nazik olsa da üşümədi (B.Bayramov); ƏYİN-BAŞ Nurəngiz Səkinəyə: Demiyə bilmirəm, özünə niyə bir əyin-baş almırsan? (Əfqan); GEYİM Əbülhəsən bəy: Bas bu yeni geyimin qolları, döşləri, arxası və çiyinləri hanı? (M.S.Ordubadi); KİSVƏT (kl.əd.) Çün naməyə qıldı bir nəzərə; Can kisvətin etdi parə-parə (Füzuli); QİYAFƏ İndi o hərbi qiyafədə, serjant rütbəsində bir şəfqət bacısı idi (Ə.Məmmədxanlı); QİYAFƏT (köhn.) Zabitin əli qatığa batmışdı, bir nəfər avropalı qiyafətində olan yerli tacir zabitə yanaşdı, onun iranlı olduğu ancaq başındakı nazik və mahud börkündən anlaşılırdı (M.S.Ordubadi); LİBAS (köhn.) Sən ziyalısan, münəvvər bir kişisən, şükür tanrıya, siyasi adamsan, daha bu nə bisavad bəy libasıdır ki, geyinibsən? (S.Rəhimov); RƏXT (köhn.) İranda olur tənbəki, tiryək ilə ərzaq; Ləng olma, götür rəxtivi İrana, unutma! (C.Məmmədquluzadə); ÜST-BAŞ (dan.) Səlimə: Nə qədər ağır dolansa da onların üst-başını həmişə təmiz saxlayırdı (M.Hüseyn).

PALÇIQ
PALTARASAN
OBASTAN VİKİ
Paltar
Geyim — parçadan və müxtəlif materialalrdan hazırlanan, insanların bədənin müxtəlif hissələrini örtmək üçün istifadə etdiyi bədən örtüyü. Geyim adətən parçadan və ya toxuculuq materiallarından hazırlanır, lakin zaman keçdikcə heyvan dərisindən və ya digər materiallardan hazırlanmış geyimlər də yaranmağa başlanılmışdır. Geyim bütün insan cəmiyyətlərinin xüsusiyyətidir və yalnız insanla məhdudlaşır. Geyilən geyimin həcmi və növü cinsiyyət, bədən növü, sosial və coğrafi mülahizələrdən asılıdır. Geyim bir çox məqsədə xidmət edir: dəri və ətraf mühit arasında bir maneə təmin etməklə elementlərdən, kobud səthlərdən, həşərat dişləmələrindən, tikanlardan qoruyur. Paltar soyuq və ya isti hava şəraitinə qarşı müdafiə edir və yoluxucu və zəhərli materialları bədəndən uzaq tutaraq gigiyenik bir səth yarada bilir. Geyim həmdə ultrabənövşəyi şüalanmadan qorunma təmin edir. Paltar geyinmək sosial bir normadır və başqalarının gözü qarşısında geyimdən məhrum olmaq utandırıcı hal yarada bilər. Dünyanın əksər yerlərində ictimai yerlərdə paltar geyinməmək ləyaqətsiz ifşa sayıla bilər. Arxeoloqlar 1988-ci ildə Rusiyada, Kostenki yaxınlığında tapılmış sümük və fil sümüyü tikiş iynələrini eramızdan təxminən 30 min il əvvələ aid olduğunu təyin etdilər.
Kəmər (paltar)
Kəmər — adətən dəridən, plastikdən və ya ağır parçadan hazırlanmış, təbii bel ətrafında taxılan bant və ya qayış. Kəmərin ucları sərbəstdir və toka bir ucunu kəmərin digər hissəsinə, o biri ucunda və ya onun yaxınlığında bərkidərək kəməri ilgək halına gətirir. Kəmərlərin çoxu qara rəngdədir. Bel ölçülərinin müxtəlifliyinə görə kəmərlərin çoxu uzunluqda olur və əksər kəmərlər taxanın belinə uyğun olaraq toqqada tənzimlənə bilər.
Kamuzel paltar
Kamuzel — adətən qadınlar tərəfindən geyilən, belinə qədər uzanan qolsuz maykaya bənzər köynəkdir . Kamuzel adətən atlaz, sintetik, ipək və ya pambıqdan hazırlanır.
Tunik paltar
Tunik paltarı — köynək və ətək xüsusiyyətlərini malik qadın geyimidir. Ayrıca ətəyi olmasada paltarın aşağı hissəsi onu əvəz edir. Çox vaxt bu paltarlar pambıq və ya ipək parçalardan hazırlanır. Onlar adətən belində tikiş olmadan kəsildiyi üçün, paltarların bel boşluğunu aradan qaldırmaq üçün adətən kəmərdən istifədə olunur. Geyimin ön hissə düymələrin olması ona daha xoş görkəm verir. == Tarixi == İlk dəfə 1916-cı ildə Koko Şanel tərəfindən şalvarlı paltar şəklində ortaya çıxarıldı. Tunik paltarları 1950-ci illərdə dəb halına gələndə bəzən "köynək bel paltarları" adlandırılırdı. Köynək paltarının 1950-ci il versiyası İkinci Dünya müharibəsi zamanı Christian Dior tərəfindən hazırlanmışdır. Bu, İkinci Dünya müharibəsindən sonrakı "Yeni Görünüş" yüksək moda dizaynlarının bir hissəsi kimi təqdim edildi, yuxarı çəkilmiş bir tam ətək olaraq qabarıq ətək geyildi. Pambıqdan hazırlanmış, lakin tam yubka və yaxasını saxlayan köynək paltarının daha qeyri-rəsmi versiyaları 1950-ci illərdə bir çox qadın qarderobunun əsas hissəsinə çevrildi, və Anne Foqarti kimi dizaynerlər bu üslubun variantları ilə tanındılar.
Şəhər və paltar
Şəhər və paltar - universitet yerləşən şəhərdə iki fərqli icmanın mövcudluğunu nəzərdə tutur. Oksford, Kembric, Edinburq və Sent-Endryüs kimi şəhərlərdə akademik universitet icması ilə sadəcə şəhər sakinlərinin mövcudluğuna əhəmiyyət verir. Eyni zamanda termin ədəbiyyatda universitetlər yerləşən müasir şəhərləri xarakterizə etmək üçün istifadə edilir. Orta əsrlərdə dinin universitetlərə təsiri güclü olduğuna görə tələbələr din xadimlərinin geyindiyi uzun əbalı qara paltar geyinirdilər. Paltar həmçinin soyuq binalarda dərs keçəndə isinmək üçün də yararlı idi və universitet geyiminə çevrildi. Həmçinin fiziki əməklə məşğul olan əhalidən seçilən təbəqənin sosial statusunun fərqlənmə nişanına çevrildi. Paltarın papağına tələbənin təhsil aldığı kollecin rəngləri də vurulurdu. Beləliklə də həm müxtəlif kolleclərdə təhsil alan tələbələr, həm də yerli əhali geyiminə görə fərqlənməyə başladılar. Kemp, Roger L. "Town & Gown Relations: A Handbook of Best Practices," McFarland and Company, Inc., Publisher, Jefferson, North Carolina, USA, and London, England, UK (2013). (ISBN: 9789-0-7864-6399-2).
Beli açıq paltar
Beli açıq paltar, sahibinin kürəyini açıq saxlamaq üçün nəzərdə tutulmuş qadın geyim tərzidir. Arxaya qismən açıq ola bilər, ya da iplərin istifadəsi ilə tamamilə açıq ola bilər. Beli açıq paltar ən çox rəsmi mərasimlərdə və ya axşam paltarı və ya gəlinlik kimi geyinilir və mini ətəkdən tutmuş yerə qədər istənilən uzunluqda ola bilər. Digər belsiz formalı kürəksiz çimərlik paltarları və köynək kimi paltarlar ona daxildir . == Tarixi == Beli açıq paltarlar ilk dəfə 1920-ci illərdə ortaya çıxdı. 1930-cu illərdə bu üslub o dövrün günəşlənmə modası ilə əlaqələndirildi və kürəksiz paltar qara rəngi nümayiş etdirmək üçün bir üsul idi. Təsviri çəkə bilmək üçün qadın incə olmalı idi. 1937-ci ilin dekabrında aktrisa Mişelin Paton BBC-nin ilk moda sənədli " Clothes-Line" adlı proqramın son epizodunda arxası açıq paltar geyərkən mübahisəli şəkildə arxadan çəkildi. Çılpaqlıq illüziyası qəzəblənmiş izləyicilərin şikayət etmək üçün yazmasına səbəb oldu və şounu birlikdə təqdim edən P. Binder, "Nənə geriyə baxır ancaq, Mişelinenin arxası görünmür" deyə kinayə etdi. == Forması == Arxasız bir paltar bir neçə yolla saxlanıla bilər.
Paltar fabriki (film, 1962)
Film Bakıdakı Volodarski adına Tikiş Fabrikinin fəaliyyətindən danışır.
Şir, cadugər və paltar şkafı
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır. Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (film, 2005)
Narniya xronikaları: Şir, cadugər və paltar şkafı (ing. The Chronicles of Narnia: The Lion, the Witch and the Wardrobe) – Endrü Adamsonun rejissorluğu ilə K.S.Lyuisin "Narniya xronikaları" seriyasının ilk kitabı (hekayə baxımından ikinci) "Şir, cadugər və paltar şkafı" əsasında çəkilmiş ABŞ-Britaniya istehsalı 2005-ci il epik fentezi filmi. Walden Media və Walt Disney Pictures tərəfindən istehsal olunmuş, Buena Vista Pictures tərəfindən buraxılmışdır. Filmin baş rollarında Vilyam Mouzli, Anna Poppluell, Skandar Keyns və Corci Henli çıxış edirlər. Film Piter, Suzan, Edmund və Lüsi adlı 4 britaniyalı uşağın Blits dövründə kənd bölgəsinə təxliyə olunmasından və Narniya adlı fentezi dünyasına keçid verən paltar şkafı tapmalarından bəhs edir. Onlar şir Aslanla (Liam Nison tərəfindən səsləndirilib) müttəfiq olub Ağ cadugər Cadisə (Tilda Suinton) qarşı döyüşürlər. Film 9 dekbar 2005-ci ildə buraxılmış, həm Avropa, həm Şimali Amerikada müsbət rəylər almışdır. Film bütün dünyada 745 milyon ABŞ dollarından çox gəlir əldə etmiş və 2005-ci ilin ən çox gəlir əldə edən 3-cü filmi olmuşdur. 2005-ci ildə Ən yaxşı qrim üzrə Oskar mükafatına və digər mükafatlara layiq görülmüşdür. Genişləndirilmiş buraxılışı 12 dekabr 2006-cı ildə yayımlanmış və 31 yanvar 2007-ci ilə kimi DVD şəklində buraxılmışdır.
Alt paltarı
Alt paltarı (fr. culotte troussée — sarınmış, bükülmüş və ümumiyyətlə «qısa şalvarlar») — bilavasitə çılpaq bədənə geyilən geyim. Ənənəvi olaraq alt paltarlar sağrı və cinsiyyət orqanlarını bağlayır. Qadınlar və kişilər üçün alt paltarları mövcuddur. Bir qayda olaraq, əsl alt paltarlarını pambıq və ipək materiallardan hazırlayırlar, ancaq sintetik və kətan materiallardan da istifadə olunur. Müasir dövrdə kişilər və qadınlar üçün alt paltarlarının çox sayda biçim və növləri mövcuddur: Qadın alt paltarı - Strinqlər, tanqa, tonq, Slip, Bikini, şort-strinqlər, braziliyana Kişi alt paltarı - bokser, Brif, Bokser-briflər, cok və sliplər Üzgücü alt paltarı - əsasən tez quruyan sintetik materiallardan hazırlanır. == Kişi və qadın alt paltarı növləri == Alt paltarların bir çox modelləri (bokserləri çıxmaqla) bədənə sıx yapışır. Alt paltarlar üst geyimləri bir sıra ifrazatlarla (tər və sidik) çirklənmədən, həmçinin intim bölgələri üst paltarların çirklərinin daxil olunmasından qoruyur. Soyuq aylarda alt paltarı əlavə istilik sağlayaraq soyuqlamadan qoruyur. == İstinadlar == == Web links == „Beinkleider sind rathsam“.
Paltaryuyan maşın
Paltaryuyan maşın — tekstil məmulatlarını (geyim, yataq dəstləri və s.) yumaq, bəzi hallarda qurutmaq və ya təmizləmək üçün istifadə olunan elektromexaniki qurğudur. Məişət və sənaye paltaryuyan maşınlar mövcuddurlar. Onlar tekstildə olan çirklərin su və yuyucu maddələr vasitəsilə təmizlənməsinə xidmət edirlər. Ən geniş yayılmış növləri barabanla işləyir. Paltar bu barabanın içərisinə qoyularaq sabunlu suda fırladılır. Beləliklə paltar islanaraq yumşalır və onun tərkibində olan çirk barabanın üzərindəki çıxıntılara sürtünərək tədricən yuyucu maddənin təsiri altında tekstilin sapları arasından yuyulur. Müasir paltaryuyan maşınlar avtomatik işləyirlər. Yəni onların içərisinə paltar qoyulduqdan sonra lazımı idarə proqramı seçilir və maşın işə düşür. Maşın daimi elektrik cərəyanı və soyuq su xəttinə bağlı olduğundan lazım olan miqdarda su nasosun köməyi ilə avtomatik olaraq barabana daxil olur. Maşında quraşdırılmış qızdırıcı suyun isidilməsinə xidmət edir.
Qadın alt paltarı
Qadın alt paltarı - qadın tualetinin ayrılmaz hissəsi. Qadın alt paltarları qadınların sarğı və cinsiyyət orqanlarının gizlədilməsi üçün nəzərdə tutulmuşdu. Əsasən bütün şirkətlər paket üzərində öz modellərin ölçülərini verirlər. Budun yarıməhatəsi, sm Dünya üzrə 3 əsas qadın alt paltarı növləri mövcuddur — maksi, midi və mini, bağlı kəsikdən maksimal açıq növlərə kimi. Peycenslip (ing. Pagenslip) — ayaqlar üçün düzkəsikli hündür alt paltarı. Adətən Bikini üçün istifadə edilir. Vikini (от ing. v-kini) — hündür yan zolaqlı alt paltarı. Strinqlər (ing.
Merilin Monronun ağ paltarı
Merilin Monro 1955-ci ildə Billy Wilder tərəfindən çəkilmiş "The Seven Uear Itch" filmində ağ paltar geyinmişdi. Kostyum dizayneri Uilyam Travilla tərəfindən hazırlanmış və filmin ən məşhur səhnəsində geyinmişdir. Bu paltarın küləkli havada təsviriötən əsrin fillmoqrafiyasında ən simvolik görüntülərindən biri kimi hesab edilmişdir.
Çimərlik paltarı (idman)
Leotard geyim gövdəni örtən, lakin ayaqları açıq qoyan uniseks, bir parça paltardır. Geyimi ilk dəfə fransız akrobatik rəssamı Jül Léotard (1838–1870) məşhurlaşdırmışdır. Qolsuz, qısaqol və uzunqol mayolar var. Unitard, ayaqları da əhatə edən bir variasiyadır. Leotardlar akrobatlar, gimnastlar, rəqqaslar, fiqurlu konkisürənlər, idmançılar, aktyorlar, güləşçilər və sirk ifaçıları tərəfindən həm məşq geyimi, həm də performans geyimləri kimi geyinilir. Onlar tez-tez alt paltarı kimi üstdən balet ətəkləri və taytlar və ya bəzən velosiped şortu ilə geyinilir. Gündəlik geyim kimi, leotard kəmərlə geyilə bilər; Həm də kombinezon və ya Ətək altına geyinmək olar. Leotardlar adətən boyundan geyilir, paçada cırtdan olan bodysuitlərdən fərqli olaraq. Çubuq boyunlu çimərlik paltarları geniş boyun açıqlığına malikdir və paltarın elastikliyi ilə yerində saxlanılır. Digərlərinin boyun xətti və ya polo boyun var və zəncirbənd və ya düymə ilə boyun arxasına yaxındır.
Ticarət paltarı
Ticarət paltarı (ing. Trade dress) — bir məhsulun və ya xidmətin xarici görünüşü, forması, qablaşdırılması və ya vizual xüsusiyyətlərinin ticarət nişanına bənzər şəkildə qorunması anlamına gəlir. Bu hüquqi konsepsiya, bir məhsulun istehlakçılar tərəfindən tanınmasını təmin edən vizual elementləri qoruyur. Ticarət paltarının qorunması, bir məhsulun və ya xidmətin xarakterik görünüşünün kopyalanmasının qarşısını alır, beləliklə istehlakçıları çaşdırmaqdan qoruyur və məhsulun özünəməxsusluğunu saxlayır. == Ticarət paltarının əsas aspektləri == Görünüş və qablaşdırma — ticarət paltarı bir məhsulun zahiri görünüşü ilə əlaqəlidir. Bu, qablaşdırma, dizayn, rənglər, forma və hətta məhsulun təqdimat tərzini əhatə edə bilər. Məsələn, bir içki şüşəsinin unikal forması və ya restoranın daxili dizaynı ticarət paltarına daxil ola bilər. İdentifikasiya rolunu oynama — ticarət paltarı yalnız o zaman qorunur ki, istehlakçılar həmin dizaynı və ya görünüşü məhsulun mənşəyi ilə əlaqələndirə bilsinlər. Bu, məhsulun özünəməxsusluğunu vurğulamaq və istehlakçıların onu bazardakı digər məhsullardan ayırmasını asanlaşdırmaq məqsədi daşıyır. Qeyri-funksionallıq — ticarət paltarı qorunması yalnız funksional olmayan elementlərə tətbiq olunur.

Digər lüğətlərdə