Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
II Parsman
II Cəsur Farsman (gürc. ფარსმან II ქველი) — İberiyanın Farnavazianlar sülaləsindən olan hökmdarı, Roma imperatoru Adrianın müasiridir. Professor Kiril Tumanovun axtarışlarına görə Parsman 117-138-ci illər arasındakı dövrdə hökmranlıq etmişdir.
I Parsman
I Böyük Farsman (gürc. ფარსმან I დიდი) — II Farnavazın qız nəvəsi idi. II Arşak erməni-gürcü ordusu ilə məğlub edib hökmdar olmuşdu. 35-ci ildə isə Ermənistanın özünü işğal etdi. Qardaşı Mihrdatı Ermənistana vali qoyaraq özü İberiyada çarlıq taxtına oturan Parazman Roma ilə yaxınlaşdı. IV Tiqranın qızı ilə evlənən Parazmanın 3 övladı var idi. İkinci oğlu Radamist 51-ci ildə əmisi Mihrdatı devirərək Ermənistan çarı olmuşdu. I Trdat tərəfindən devriləndən sonra atasının yanına qayıtsa da buna görə edam edildi. Parazman 58-ci ildə oğlu I Mitridat ilə əvəz olundu.
Parsiyan
Parsiyan və ya Qavbəndi — İranın Hörmüzgan ostanının şəhərlərindən və Parsiyan şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,549 nəfər və 2,377 ailədən ibarət idi.
Panaitan adası
Panaitan (ind. Pulau Panaitan) — Zond boğazında, Yava adasınından qərbdə yerləşən nisbətən iri ada. İnzibati baxımından İndoneziyanın Banten vilayəti, Pandeqlaq dairəsinə daxildir. Vulkanik mənşəllidir. Bütünlüklə Ucunq-Klon milli parkı ərazisinə daxildir. Regionda yerləşən digər adalardan fərqli olaraq Panaitan adası Krakatau vulkanının püskürməsi nəticəsində böyük zərər görməmiçdir. Adanın sadəcə şimal və şərq sahillərini sunami vurmuşdur. Adanın sahəsi 170 km²-dir. Onun uzunluğu 21 km, eni 12,7 km-dir. Maksimal hündürlüyü 329 metrdir.
Parsiyan şəhristanı
Parsiyan şəhristanı və Qavbəndi şəhristanı— İranın Hörmüzgan ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Parsiyan şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 37,369 nəfər və 7,972 ailədən ibarət idi.
Paniran rəngləri
Paniran rəngləri — İrandilli xalqların ortaq mənşəyini simvollaşdıran rənglər toplusu. Onlara əsas olaraq qırmızı, ağ, yaşıl və bəzən sarı və ya qızıl rəngləri daxildir. Onlar əksər İrandilli dövlət və xalqlarının bayraqlarında istifadə olunan rənglərdir. Paniran rənglərinin kökü antik dövrlərdən qaynaqlanır. "Avesta"ya görə, qədim İran cəmiyyətinin tam azad əhalisi hər biri müəyyən rənglə bağlı olan üç sinfə bölünürdü: Hərbi zadəganlıq (avestaca: raθaē-štar) – qırmızı rəng hərbi şücaət və qan və yüksək ideallar naminə fədakarlıq rəmzidir və ona görə də ən hörmətli və nəcib sayılır; Mobəd (āθravan) – ağ rəng mənəviyyat, mənəvi saflıq, təmizlik və müqəddəslik rəmzidir; Pastoralist-fermer icması (vāstrya fšuyant) – yaşıl rəng təbiəti, gəncliyi və firavanlığı simvollaşdırır. Pamir icmasında bu günə qədər qırmızı rəng xoşbəxtlik, rifah və sevinc, ağ rəng saflıq və aydınlıq, yaşıl rəng isə gənclik və firavanlıq anlayışlarını simvollaşdırır. Qırmızı, ağ və yaşıl rənglərdən istifadə ənənəsi Əhəmənilər imperiyasında yaranmışdır və o vaxtdan da davam etdirilir.
Asif Asiman
Asif Asiman (tam adı: Asif Məhəmmədəli oğlu Quliyev; 23 yanvar 1955, Disər, Ordubad rayonu) — şair, yazıçı, publisist; Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı == 23 yanvar 1955-ci ildə Ordubad rayonunun Disər (indiki Başkənd) kəndində müəllim ailəsində anadan olmuşdur. Orta təhsilini Əvəz Sadıq adına Vənənd kənd orta məktəbində 1972-ci ildə başa vurmuş, elə həmin ildə də Bakı Politexnik Texnikumunun "Gündüz Mexanika şöbəsi"nə daxil olmuşdur. Oradan da birbaşa Ukrayna SSR-in Vinitsa vilayətinə hərbi xidmətə yola düşmüşdür. Hərbi xidməti 1975-ci ildə başa vurduqdan sonra Bakıya qayıtmış və təhsilini davam etdirmişdir. 1977-ci ilin may ayında gənc mütəxəssis kimi Sumqayıtda yerləşən Azərboru zavoduna təyinatla göndərilmişdir. İstehsalatdan ayrılmadan 1987, 1988, 1989-cu illərdə Azərbaycan Jurnalistika Sənətkarlığı İnstitutunda təhsil almışdır. 1986-1994-cü illərdə 49 nömrəli (indiki 4 nömrəli) Texniki Peşə Liseyində istehsalat təlimi ustası işləmişdir. 1994-cü ildən bu günədək Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbdə əmək təlimi müəllimi kimi çalışmaqdadır. Eyni zamanda "Yeganə yol" və "Məslək" qəzetlərinin xüsusi müxbiridir.
Asiman Allahverdiyev
Asiman Quliyev
Asiman Aydın oğlu Quliyev (1956, Şəki, Azərbaycan SSR) — Azərbaycan Dövlət İqtisad Universiteti "İqtisadiyyat və sənaye" fakültəsinin dekanı, iqtisadi elmlər namizədi, əməkdar müəllim (2020). == Həyatı == Asiman Quliyev 1956-cı ildə Şəki rayonunda anadan olmuşdur. 1963-1973-cü illərdə Bakı şəhərində orta məktəbdə, 1973-1978-ci illərdə isə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-1985-ci illərdə həmin institutun aspirantı olmuşdur. 1988-ci ildə Nikolay Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunda müdafiə edərək iqtisadi elmlər namizədi dərəcəsini almışdır. 1986-1992-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, 1986-1989-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Tələbə Həmkarlar Komitəsinin sədri olmuşdur. 1992-1993-cü illərdə Lerik rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır. 1994-1997-ci illərdə Bakı Biznes Universitetində dosent olmuş və orada dekan işləmişdir. 1997-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində "İqtisadi nəzəriyyə-1" kafedrasının dosentidir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində ki, "İqtisad elmləri: nəzəriyyə və praktika" jurnalının mətbuat katibidir.
Asiman İmamverdiyev
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Asiman Əliyev
Asiman Həsənov
Asiman Həsənov (4 sentyabr 1974, Nüvədi, Meğri rayonu) — Azərbaycan alimi, ümumi cərrah, tədqiqatçı. 2 metodik vasitə, 1 dərslik, 1 dərs vəsaiti, 1 praktik vəsaitin müəllifidir. Səhiyyə idarəetməsi və Azərbaycanda xəstəxanaların qurulmasındakı fəaliyyətləri ilə tanınır. == Həyatı == Həsənov Asiman Balakişi oğlu 4 sentyabr 1974-cü ildə Zəngəzur mahalı, Meğri rayonunun Nüvədi kəndində anadan olmuşdur. 1981–1991-ci illərdə Nüvədi kənd orta məktəbində orta təhsil almış, 1991-ci ildə Azərbaycan Tibb Universitetinin II müalicə-profilaktika fakültəsinə daxil olmuş, 1997-ci ildə müalicə işi ixtisası üzrə məzun olmuşdur. 1997–1998-ci illərdə bir illik internatura təhsili alaraq həkim-cərrah ixtisasını qazanmışdır. 1999, 2001, 2006-cı illərdə İzmirdə Ege Universistetində Loporoskopiya və Endoskopiya üzrə ixtisasartırmada olmuşdur. 2022-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının inzibati idarəetmə fakültəsinin menecment ixtisası üzrə məzun olmuşdur. 2009-cu ildə "Mədə və 12 barmaq bağırsaqda aparılan əməliyyatlardan sonra xroniki pankreatitin gedişi və tənzimlənməsi" elmi işini müdafiə etmiş və 2010-cu ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda "Açıq və miniinvaziv cərrahi əməliyyatların tibbi, sosial və iqtisadi aspektləri" adlı doktorluq dissertasiyası üzərində çalışır.
Şəfəq və Asiman qaz yatağı
Şəfəq və Asiman — Xəzərin Azərbaycan sahilində, Bakının 125 kilometr cənub-şərqində yerləşən qaz-kondensat yatağı. Şəfəq və Asiman strukturları əvvəllər müvafiq olaraq D8 və D10 adlanırdı. Şəfəq və Asiman strukturlarının öyrənilməsi üçün qarşılıqlı anlaşma haqqında memorandum 13 iyul 2009 tarixində imzalanmışdır. İlkin razılığa görə, dəniz bloku BP və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (abr. SOCAR) tərəfindən birgə hazırlanacaqdı. Qarşılıqlı anlaşma haqqında memorandum SOCAR-ın prezidenti Rövnəq Abdullayev və BP-nin Kəşfiyyat və Hasilat üzrə icraçı direktor Endi Aynqilis tərəfindən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və keçmiş Böyük Britaniya Baş Naziri Qordon Braunun iştirakı ilə imzalanmışdır. Qarşılıqlı anlaşma memorandumundan sonra, BP-nin prezidenti Toni Heyvardın Azərbaycana səfəri zamanı Rövnəq Abdullayev və BP Azərbaycanın prezidenti Rəşid Cavanşirin 6 iyul 2010 tarixində imzalanması ilə əsas kommersiya prinsipləri haqqında razılığa gəliblər. Şəfəq və Asiman blokunun inkişafı BP tərəfindən idarə olunan Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin uzadılması kimi qiymətləndirilir. Kəşfiyyat işlərinin 2016-cı ilin ikinci yarısında başlaması və 2017-ci ilin ikinci yarısında davam etməsi gözlənilir.