Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Papa
Roma Papası — Roma Baş yepiskopu, Roma Katolik Kilsəsinin başçısı, Katolik xristianların dini lideridir. Katoliklərə görə Həvari Pyotrun xələfidir. İlk zamanlar bütün yepiskoplara verilən papa ünvanı, sonralar yalnız Roma Yepiskopu üçün istifadə edilməyə başlandı. Katolik kilsəsi, kilsə çərçivəsində Pyotr və xələflərinin təmsil etdiyi ən uca vəzifə olan papalığın ilahi bir qurum olduğunu iddia edir: İsa, papalıq vəzifəsini Pyotra təhvil vermiş və Pyotr da bu vəzifəni faktiki görmüşdür. Kilsədə yerləşmiş bir ənənəyə görə Pyotr, Romada din qurbanı olaraq ölmüşdür, bu səbəblə də ən təbii varisləri Romalı yepiskoplardır. Papalıq tarixi bir çox baxımdan kilsə tarixi ilə birləşir; bununla birlikdə bu tarixin bəzi dövrləri Papalıq qurumunun inkişafı baxımından ayrı bir xüsusiyyət daşıyır. İlk üç əsr ərzində papalar, daha çox Roma kilsəsinə əhəmiyyət vermişlər; amma qısa bir müddət sonra müxtəlif ölçülərdə başqa kilsələrə də qarışmağa başladılar: məsələn Papa I. Klementin Korintoslulara Məktubu (I əsrin sonu); Papa Viktorun Pasxa tarixi mövzusunda çıxan müzakirələrə müdaxiləsi (II əsrin sonu) və s. böyük kilsələrarası qurultay dövründə (IV və V əsr) papanın öndərlik təsiri daha da açıq şəkildə meydana çıxdı; 451'dəki Kadıköy məclisi, "Pyotrun Papa Leonun ağzında iradəsini bildirdiyini" irəli sürdü.
Daniil Şapka
Daniil Andreyeviç Şapka (rus. Даниил Андреевич Шапка; 18 mart 1999) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan GNS-Spartak klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı professional futbolçudur. == Həyatı == 18 mart 1999-cu ildə anadan olub. == Karyerası == Şapka öz peşəkar karyerasında debütünü 19 avqust 2017-ci ildə "Kuban-2 Krasnodar" klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Maşuk-KMV Pyatiqorsk klubuna qarşı oyunda etmişdir.
Papua körfəzi
Papua — Mərcan dənizində körfəz. Yeni Qvineya adasınınnın cənub-şərq sahilindədir. Uzunluğu 150 km, eni girəcəkdə təqribən 330 km-dir. Sahil hissəsi dayazdır və ən dərin yeri 969 m-dir. Sahilləri mərcan rifləri ilə əhatə olunmuşdur. Körfəzə Flay çayı tökülür.
Papua pinqvini
Papua pinqvini (lat. Pygoscelis papua) — Antarktika pinqvinləri cinsinə (Pygoscelis) Pinqvinlər fəsiləsinə aid olan növ. Adeli pinqvini və antarktika pinqvini ilə qohumdur. Ölçü baxımından İmperator pinqvini və Kral pinqvinindən sonra ən iri pinqvin növü hesab edilir. Erkəklər 9 kq, dişilər isə 7,5 kq olur. Yetkin fərdlərin hündürlüyü 75–90 sm-dir. Suyun altında üzmə sürətləri 36 km/s olur ki, bu da bütün pinqvinlər arasında ən yüksək göstəricidir. Bu növün nümayəndələri əsasən kril və kiçik balıqlarla qidalanırlar. Arxa hissəsi qara və ya tünd-boz rəngdə olur. Ön hissəsi isə ağ rəngdə olur.
Papa Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa Noyol
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa dövləti
Papa dövləti və ya Papa vilayəti — 754-cü ildə İtaliyanın mərkəzində Roma papası tərəfindən elan edilmiş, 1870-ci ilə qədər mövcud olmuş, teokratiya üsulu ilə teokrat monarx — papa tərəfindən idarə olunmuş, katolisizmin mərkəzi sayılan dövlət.
Tovlis Papa
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Papa İoanna
"Papa Joan" -Xristiyanların gizlətməyə çalışdıqları utancverici qadın Papa Katolik kilsəsini əsrlərdir narahat edən hekayənin baş qəhrəmanı Yohan 9-cu əsrdə almaniyada yaşayan dindar bir ailənin yanında övladlıq olaraq böyüyən bir ingilis qızıydı. Yaxınları onu "Gilberta" yaxud "Jutta" deyə də çağırırdılar. Olduqca ağıllı bir qız olan Yohan qadın olmasının özünə mənfi yaratdığını düşünər və 12 yaşına gələndə kişi paltarları geyməyə və oğlan uşağı kimi davranmağa başlayır. Daha sonrakı illərdə Yohan Xristian missionerlərə qoşulmuş və onlarla birlikdə getdiyi Afinada din və fəlsəfə öyrənmişdi. Zamanla ilahiyyat mövzusunda dövrün bütün xristian mənbələrinə və şifahi ifadələrinə vaqif olmuşdu, amma Afinalı xristianların gözündə əhəmiyyət qazanan saqqal saxlama adəti onu bu şəhərdən ayrılıb saqqalın taraş edildiyi Romaya getməyə vadar etdi. Romada özünü Con Anglicus adı ilə kişi kimi tanıdan Yohan "Benedictine" Monastırına girər və bilgisi ilə qısa müddət keşiş və kardinallardan ibarət geniş bir çevrəyə sahib olar. Hamı onu dövrün ən gözdə din alimləri arasında qəbul edirdi. Buna görə də Papa IV. Leonun səhhəti pozulmağa başlayanda kardinallar papalığa ən layiq insan kimi onun adını deməyə başlayırlar. 853-cü ildə Papa Leon ölüncə yerinə kilsə kənarından bir nəfər olmasına baxmayaraq, Yohan seçilir və VIII Con adı ilə vəzifəyə başlar. Papa Yohan 2 il 5 ay 4 gün boyunca Papalıq taxtında əyləşmişdir.ohan öldüyü yerdə də basdırılmış üzərinə "Petre, Pater Patrum Papisse Prodito Partum" ("Ata, Papaların Papası, Qadın Papanın uşağ doğma xəyanəti") yazılan mərmər qoyular və mərmərin yanına bir ana ilə uşağını göstərən heykəl tikilər.
Papa nümayəndəsi
Papa nümayəndəsi — Vatikanın diplomatını və ya xüsusi nümayəndəsini təmsil edən şəxs. Katolik Kilsəsi və Papa dövlət başçısı olaraq Vatikanın siyasi və dini rəhbəridir. Papa nümayəndələri, əsasən iki formada olur. Birincisi, Apostol nunsilər Vatikanın diplomatik nümayəndələridir və bir növ səfir funksiyasını yerinə yetirirlər. Onlar katolik Kilsəsinin lideri Papa tərəfindən göndərilir və adətən müəyyən bir ölkədə və ya beynəlxalq təşkilatda Papalıq təmsilçisi olurlar. İkincisi isə, Apostol delegatlar isə Papalıq tərəfindən təyin edilən, lakin dövlətə deyil, bir bölgənin Katolik kilsələrinə məsuliyyət daşıyan nümayəndələrdir. Diplomat statusunda olmurlar və daha çox kilsə məsələlərini tənzimləyirlər. Papa nümayəndələri Katolik Kilsəsinin maraqlarını qorumaq, əlaqələri inkişaf etdirmək və Vatikandan gələn təlimatları çatdırmaqla məsuliyyət daşıyırlar.
Papua-Yeni Qvineya
Papua-Yeni Qvineya, tam adı Papua-Yeni Qvineya Müstəqil Dövləti (ing. Papua New Guinea [ˈpæpuːə njuː ˈɡɪni] (tj. ˈpɑːpuːə, ˈpæpjuːə), tok-pisin Papua Niugini, hiri-motu Papua Niu Gini) — Okeaniyada Sakit Okeannın cənub-qərbində dövlət. Yeni Qvineya adasının şərq hissəsini, Bismark arxipelaqını, Solomon adalarının şimal hissəsini, Buka adasını , D’Antrkasto adasını və s.əhatə edir. Sahəsi — 462 840 km². Əhalisi 6 milyon nəfər (2009), əsasən papuas və melaneziyalılardan ibarətdir.
Papua Yeni Qvineya
Papua-Yeni Qvineya, tam adı Papua-Yeni Qvineya Müstəqil Dövləti (ing. Papua New Guinea [ˈpæpuːə njuː ˈɡɪni] (tj. ˈpɑːpuːə, ˈpæpjuːə), tok-pisin Papua Niugini, hiri-motu Papua Niu Gini) — Okeaniyada Sakit Okeannın cənub-qərbində dövlət. Yeni Qvineya adasının şərq hissəsini, Bismark arxipelaqını, Solomon adalarının şimal hissəsini, Buka adasını , D’Antrkasto adasını və s.əhatə edir. Sahəsi — 462 840 km². Əhalisi 6 milyon nəfər (2009), əsasən papuas və melaneziyalılardan ibarətdir.
I Aleksandr (papa)
I Aleksandr — Romanın 6-cı Papasıdır. 105-115-ci illər aralığında Romada papalıq vəzifəsini icra etmişdir. == Papalıq dövrü == Evaristin yerinə təyin olunan I Aleksandrın 105-115-ci illər aralığında 10 il papalıq vəzifəsini davam etdirdiyi təxmin edilir. Lakin fəaliyyəti ilə bağlı bilinənlər, Yevsevinin verdiyi məlumatlara əsaslanır. Bəzi yazarların iddialarına görə, müqəddəs hesab edilmiş su və müqəddəs ayin şərabını suyla qarışdırma ənənəsini başlatmış, dini mərasimlərdə də bəzi islahatlar həyata keçirmişdir. İmperator Trayan ya da Adriannın dövründə başı kəsilərək öldürüldüyü təxmin edilir. Həbsxanada məhbus olduğu sırada gözətçi Müqəddəs Kvirin və onun qızı Müqəddəs Balbinanı da xristian etdiyi bəzi yazarlar tərəfindən iddia edilir.
Papa Elmlər Akademiyası
Papa Elmlər Akademiyası (it. Pontificia Accademia delle Scienze) — 1847-ci ildə Roma Katolik Kilsəsi tərəfindən qurulan papa akademiyalarından biri. Papa Elmlər Akademiyasının məqsədi riyazi, fiziki və təbiət elmləri və əlaqəli teoloji sualları araşdırmaqdır. Bu gün Akademiyanın işi altı əsas məsələyə yönəlib: (a) əsas elm, (b) qlobal problemlərin elmi və texnologiyası, (c) Üçüncü Dünya problemlərinin həllində elm, (d) elm etikası və siyasəti, (e) bioloji tədqiqat etikası, (f) epistemologiya. Bu suallar doqquz fənə bölünür: Fizika və əlaqəli fənlər Astronomiya Kimya Yer və Ətraf Mühit Elmləri Həyat elmləri (botanika, aqronomiya, zoologiya, genetika, molekulyar biologiya, biokimya, nevrologiya, cərrahiyyə) Riyaziyyat Tətbiqi Elm Fəlsəfə Elmlər tarixi.
Papa Poku-Dvumo
Lae (Papua Yeni Qvineya)
saLae (ing. Lae) Morobe Vilayətinin paytaxtı və Papua Yeni Qvineyanın ikinci böyük şəhəridir. Markham çayı deltasının yaxınında və Highlands Bölgəsi ilə sahil arasındakı quruya nəqliyyat dəhlizi olan Haylends avtomobil yolunun başlanğıcında yer almaqdadır. Lae, ölkənin ən böyük karqo limanı və Papua Yeni Qvineyanın sənaye mərkəzidir. Şəhər, Baxça Şəhəri və Texnologiya Üniversitetinin evi olaraq bilinir. == İdarəsi == Lae Şəhər Məclisi, Lae Yerli səviyyədə hökumət olaraq da bilinir. Şəhər sakinlərinə bələdiyyə xidmətləri verərək, şəhərin siyasi qərarları, idarəsindən məsul bir Şəhər Bələdiyyə Avtoritariyasıdır. Lae şəhəri, güclü bir iqtisadiyyata sahib müasir, təhlükəsiz, canlı bir Şəhər yaradarkən mədəni mirasını inkişaf etdirərkən və Sağlam, yaxşı təhsilli, mütənasib bir toplum inkişaf etdirərək 2012 ilinə qədər Asiya Sakit okean Bölgəsinin Baxça Şəhərlərindən biri olmayı hədəfliyir. Yaxşı bir yaşam atmosferinə sahib olacaq. Lae yerli şəhər hökuməti, üçüncü səviyyə bir hökumətdir.
Azərbaycan–Papua-Yeni Qvineya münasibətləri
Azərbaycan–Papua-Yeni Qvineya münasibətləri — Azərbaycan Respublikası ilə Papua-Yeni Qvineya arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == 5 may 2023-cü il tarixində Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəsi Yaşar Əliyev və Papua Yeni Qvineya Müstəqil Dövlətinin Daimi Nümayəndəsi Maks Hufanen Ray iki ölkə arasında diplomatik münasibətlərin qurulmasına dair Birgə Kommunike imzalayıblar..
Papa II Yulinin portreti (Rafael)
Papa II Yulinin portreti - İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-ci ildə çəkmişdir. Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir. Papa II Yulinin portreti əsəri hal-hazırda Böyük Britaniyada London şəhərində saxlanılır. Tabloda Roma papası olan II Lusi təsvir olunub.
Müqəddəs Georgi boğazı (Papua-Yeni Qvineya)
Müqqəddəs Georgi boğazı (ing. Saint George's Channel). Boğaz Bismar arxipelaqına aid olan (qərbdə) Yeni Britaniya ,(şərqdə) Yeni İrlandiya adalarını ayırır. Bismark dənizi ilə Solomon dənizini birləşdirir. Boğaz İrlandiya və Böyük Britaniya arasında yerləşən boğazın şərəfinə adlandırılmışdır. Boğazın uzunluğu 130 km,eni isə ən dar yerdə 8 km təşkil edir.
Papua-Yeni Qvineyada COVID-19 pandemiyası
30 yanvarda Papua-Yeni Qvineya İndoneziya ilə sərhədini bağladı. 20 martda isə ilk koronavirus xəstəsi təsdiq olundu. O, Uhan Universitetində oxuyan tələbəymiş.
Papua-Yeni Qvineyada koronavirus pandemiyası 2020
30 yanvarda Papua-Yeni Qvineya İndoneziya ilə sərhədini bağladı. 20 martda isə ilk koronavirus xəstəsi təsdiq olundu. O, Uhan Universitetində oxuyan tələbəymiş.
Papua-Yeni Qvineya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Papua-Yeni Qvineya klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Lappa lappa
İri atpıtrağı (lat. Arctium lappa) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin atpıtrağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 100-180 sm, gövdəsi düz, möhkəm,şırımlı olub, çox vaxt bənövşəyi rəngli və budaqlanan, hündür ikiillik ot bitkisidir. İri atpıtrağı ikiillik iri ot bitkisi olub, yoğun, lətli əsas kökümsovlu və düzqalxan, qırmızımtıl qabırğalı gövdəyə malik hündürlüyü 60-180 sm-dir. Yarpaqları saplaqlı, gövdənin zirvəsinə doğru tədricən azalan, ürəkvari-yumurtaşəkilli, dişcikli, yuxarıya doğru arabir qısa tükcüklü və ya çılpaq, yaşıl, aşağı tərəfdən sarımtıl-keçəvari olmaqla, uzunluğu 50 sm-ə bərabərdir. Çiçək səbətləri şarşəkilli olub, 3-3,5 sm diametrində, qalxanvari və ya süpürgəvaridir. Yarpaqcıqları çılpaq və ya hörümçək toruna bənzəyən naxışlı, kirəmitvari düzülmüş, xətti, sərt, qarmaqşəkilli və əyilmiş olur. Çiçək qrupunun yatağı sıx, qalın, sərt yerləşdirilmiş xətti və bizəoxşar çiçək altlığından ibarətdir. Bütün çiçəkləri boruşəkilli, ikicinsli, göyümtül-purpurşəkilli çiçək tacından ibarət olmaqla, kasacığı kəkillidir. Meyvəsi iri, sarımtıl-qonur toxumları 5-7 mm uzunluğunda, uzunsov və ya uzunsov-qabırğalı, çılpaq olmaqla, toxumları qısa kəkillidir.
Kalka
Kalka (fr. calque — kopiya) ya da Hərfi tərcümə — linqvistikada başqa dillərin söz, ifadə və frazaların, dil vahidinə uyğun olaraq hərfi tərcümə ilə mənimsənilməsi. Kalkaların yaranmasına gətirən mənimsəmə üsulu kalka ya da kalkalaşdırmaq adlanır. Kalkanın öyrənilməsiylə linqvistika, leksikoloqiya və tərcüməşünaslıq məşğul olur. Kalkalar dil daşıyıcılarının, xarici dilin məişətə və elmə xarici mənimsəmələrin kəskin artımına - müxtəlif tarixi mərhələlərdə Azərbaycan dilinə ardıcıl olaraq fars, ərəb, rus, alman, fransız, ingilis dillərindən, birbaşa reaksiya kimi yaranıb. Bəzi, məsələn island dillində, kalkalaşdırma - praktiki olaraq xarici leksikanın yeganə assimilyasiya vasitəsidir. Linqivistikada aşağıdakı kalka növləri var: sözyaradan kalka; semantik kalka; frazeoloji kalka; yarımkalkalar; yalançı kalkalar. Sözyaradan kalkalar - xarici sözün bir dildən o biri dilə morfemlərlə tərcüməsindən əldə edilir. Kalka adətən mənimsənilmiş söz kimi duyulmur, çünki öz dilinin morfemlərindən ibarət olur. Buna görə bu sözlərin gerçək mənşəyi, çox vaxt bu barədə ilk dəfə bilən insan üçün gözlənilməz olur.
Kaska
Dəbilqə və ya kaska — başı yaranmış təhlükələrdən, əsasən yaralanma və zədələnmələrdən qoruyan baş geyimi. Dəbilqə, əsasən, zərbəyə davamlı materiallardan hazırlanır. Ondan müxtəlif sahələrdə (idmanda, işdə və s.) istifadə edirlər.
Kauka
Kauka (isp. Cauca) — Kolumbiyanın departamentlərindən biri.
Lappa
Atpıtrağı (lat. Arctium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Lappa Scop. === Heterotipik sinonimləri === Anura (bitki) (Juz.) Tschern. Arcion Bubani Bardana Hill Hypacanthium Juz. Schmalhausenia C.Winkl.
Layka
Layka (rus. Лайка, hərfi mənada "hürən", təq. 1954, Moskva, RSFSR, SSRİ – 3 noyabr 1957, Sputnik-2) — Yerətrafı orbitə çıxan ilk heyvan və Sovet kosmos iti. Adi küçə iti olan Layka kosmosa gedən ilk canlılardan biri idi. O, 1957-ci il noyabrın 3-də Sputnik-2 adı altında kosmosa göndərilən R-7 raketinin sakini kimi seçilmişdi. Kosmosa göndərilən vaxt onun təqribən 3 yaşı var idi. Bəzi alimlər fikirləşirdilər ki, insanlar kosmosa getsələr orada məhv olarlar. Buna görə də, kosmosa it göndərmək fikrində idilər. Həmin vaxtlarda kosmik uçuşların canlılara təsirinə dair məlumat az olduğuna görə Laykanın yaşama ehtimalının çox az olacağı düşünülürdü. Layka çox güman ki, R-7 raketi ilə onun yerləşdiyi hissənin ayrılması anında baş vermiş qəza səbəbilə meydana gələn hipertermiya (həddən artıq istilik) nəticəsində qalxışdan sonrakı bir neçə saat içində ölmüşdür.
MAPPA
MAPPA Co., Ltd.(株式会社 (Kabushiki-gaisha MAPPA)) — Masao Maruyama tərəfindən yaranmış animasiya studiyası. MAPPA — Maruyama Animation Produce Project Association bildirən akronimdir.
Marka
Brend və ya marka (ing. brand, [brænd] — marka) — marketinq termini, firma, onun məhsulu və ya xidməti haqqında tam informasiya. Brend deyiləndə hər hansı şirkətin və ya məhsulun özünəməxsus və onu bazardakı digər rəqiblərdən fərqləndirən ad və ya imici nəzərdə tutulur. Brendinq keyfiyyətdə, qiymətdə və komfortda unikal olmaqdır. Şirkətin və ya məhsulun brendi onun: adı, loqosu, sloqanı, rəngi, melodiyası ola bilər. Brend həmçinin aşağıdakılar deməkdir: vəzifəsi və fərdi atributları: adı, loqotip və şirkəti fərləndirən digər vizual elementləri (şrift, dizayn, simvolu və rəng sxemi). obraz, imic, şirkətin reputasiyası və s. "brend" sözü qədim skandinav dilindəki "Brandr" sözündən törəyib, "yandırmaq, alov" kimi tərcümə olunur. Damğalar belə adlanırdı, hansıkı heyvan sahibləri öz mal-qarasını onun vasitəsiylə işarələyirdilər. === Şəxsi brendinq === Şəxsi brendinq bir şəxsin tanıtımıdır.
Maska
Maska — tanınmamaq və ya müdəfiyə məqsədilə üzə geyinilən əşya. Maska öz forması ilə çox vaxt üz cizgilərini təkrarlayır, gözlər üçün və nadir hallarda ağız və burun üçün dəliklərə malik olur. Qədim zamanlarda maskalar pis ruhlardan qorunmaq üçün istifadı edilirdilər. “Maska” sözü fransız dilində olan masque sözü vasitəsilə olan italyan sözü maschera və ya ispan sözü máscara sözlərindən törəmədir. Bu sözlər latın sözü olan mascus, masca (kabus) və ya ərəb sözü olan maskharah (təlxək) sözlərindən əmələ gəliblər. Maskalar müxtəli materiallardan düzəldirirlər: ağac, metal, gips, parça, dəri və s.
Maçka
Maçka (türk. Maçka) — Trabzon ilinin ilçəsi.
Napuka
Napuka (fr. Napuka) — Tuamotu arxipelaqına daxil olan atoll (Fransa Polineziyası). Üçbucaq formasına malikdir. Uzunluğu 7 km, eni isə 3,5 km təşkil edir. Atollun sahəsi 8 km²-dir. Daxilində laqun vardır. Laqunun daxilində isə 32 elədə iri olmayan ada vardır. Laqunun eni 3 km, uzunluğu isə 9 km-dir. Napuka ilk dəfə 7 iyun 1765-ci ildə ingilis dənizçisi Con Bayron tərəfindən kəşf edilmişdir. XX əsrin əvvəllərindən adada kokos palması plantasiyası yetişdirilirdi.
Padia
Düyü (lat. Oryza) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Qabıqlı halda çəltik deyilir. Çəltiyin qabığı alınanda düyü əmələ gəlir. Düyü dayaz sularda bitən bir bitkidir. Dünyanın, demək olar ki, hər yerində istehlak olunur. su 13 %, nişasta 7 %, yağ 2,2%, karbohidrat 73 %, minerallar 1,2 %. Düyünün illərə görə istehsalı min. ton.
Padua
Padua (lat. Pàdoa) — İtaliyaın şimal-şərq seqmentində, Veneto Bölgəsinə bağlı Padova vilayətinin mərkəz şəhəri. Bacchiglione çayı sahilində yerləşir. 312 000 əhalisi var. Əfsanəyə görə Troyalı qəhrəman Antenor tərəfindən qurulan şəhər Roma dövründə Patavium adıyla adlandırıldı. Romalı tarixçi Liviusa görə adı qeydlərə ilk dəfə e.ə. 302də keçmişdi. Şair Dante bir müddət Padovada yaşamışdı. 1318də Karrara ailəsinin rəhbərliyinə girən şəhər 1405-1797 arasında Venesiya Respublikasının, 1815-1866 arasında da Avstriyanın suverenliyində qalmışdı. İtaliyanın müstəqilliyini məqsəd qoyan Risorgimento (Yenidən Yüksəliş) hərəkətində əhəmiyyətli rol oynadı.
Pakfa
Suxoy Su-57 (rus. Сухой Су-57) (T-50 PAK FA, Т-50, И-21, NATO kod adı Felon) — Rusiya çoxməqsədli 5-ci nəsil qırıcı təyyarəsi. "Suxoy" birləşmiş konstruktor bürosu tərəfindən layihələndirilib, Т-50 şərti adı altında tanınır. Əsas üstünlüyü radara görünməməsidir. Bu təyyarə Rusiya HHQ-lərindəki Su-27 və MiG-29-ları əvəz etmək üçün hazırlanmışdır. Əsas rəqibləri Amerika F-22 və F-35 təyyarələri olan Su-57 ilk uçuşunu 29 yanvar 2010-cu ildə etmişdir. Rusiya bu təyyarələrdən 1000 ədəd istehsal etməyi planlaşdırırdı, lakin sonra bu rəqəm 76-ya enib. Hindistan da 25 milyard dollarlıq müqavilə ilə Rusiyadan 250 ədəd Su-57 almağı və birgə istehsal etməyi planlaşdırsa da, sonradan bu müqaviləni ləğv edib. “T-50 PAK FA” qırıcıları amerikanların beşinci nəsil “F-22 Raptor” döyüş təyyarəsi və “F-35” qırıcılarına qarşı ciddi rəqib ola bilər. “T-50” qırıcısı qanadları altında daşıdığı “hava-hava” sinfindən olan raketlərinin uzaq məsafələrdəki hədəfləri vurmasından ötrü maksimal kinetik enerji ilə təmin edilib və o, öz konstruksiyanın gücünə əsasən, həm yüksək sürətlə, həm də ki, daha hündürdən uça bilər.
Mayka
Mayka yaxud atlet — qolsuz və ya qısayollu alt köynəyi yaxud alt paltarı, həmçinin yay köynəyi və idman köynəyi. Alt paltarı kimi əsasən ağ rəngdə olur və daha çox ağ rəngə üstünlük verilir, lakin fərqli rənglərdə də mövcuddur. Əsasən yundan və pambıqdan tikilir. Mayka alt paltarıdır, atlet isə yay köynəyi və idman köynəyi kimi istifadə olunur və fərqli rənglərdə mövcuddur.
Paqta
Paqta (və yaPaqtıqan) - türk və altay xalq mədəniyyətində bir növ bərəkət mərasimi. Bu bayramın qoruyucu ruhu olan Baxtı Xan adına təşkil edilir. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirirlər. Bundan başqa Şumer ənənəsindən yaxın şərq və orta Asiyaya yayılan və bu sıralamaya uyğun düşən Narduqan bayramı bilinir. (Bax/Bağ/Baq/Paq) kökündən törəmişdir. Güdən, gözləyən deməkdir. Baxmaq feli ilə eyni mənşəyə malikdir. Baxşi (şaman) sözü ilə də əlaqəli görünməkdədir. Azərbaycan xalq inancında Ay və Günəş sevgilidir. Onların sevgisi əbədidir, amma heç vaxt birləşə bilməzlər.