Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bataklar
Bataklar (İndoneziya dilində oranq-batak, oranq tapanuli) İndoneziyada etnik birlik. == Etnik birliyə daxil olan xalqlar == Bataklar ənənəvi olaraq Batak yastı dağlığında və ondan cənubda yerləşən Sumatra adasında (Şimali Sumatra əyaləti) məskunlaşmışlar. Cənubi Bataklardan -tobalar (Sumaşir adasında və Toba gölündən şərqdə, cənubda və qərbdəki ərazilərdə 2,5 milyon nəfər, XXI əsrin əvvəlləri), anqkolalar, yaxud anakolalar (tobalardan cənubda, Sipirok şəhəri yaxınlığında 924 min nəfər), mandaylinqlər (anqkolalardan cənubda 470 min nəfər); şimali Bataklardan — dairilər (Sidikalanq şəhəri yaxınlığında, Toba gölündən şimal-qərbdə pakpak yarımqrupu da daxil olmaqla 1,6 milyon nəfər), karolar (Toba gölündən şimalda 740 min nəfər), alaslar (Kutaçane şəhəri yaxınlığında və Taraktuan şəhərindən şimalda və və şimal-şərqdə 94 min nəfər; qayoların təsiri altındadırlar); həmçinin simalunqunlar, simalunqanlar, yaxud timurlardan (Toba gölündən şimal-şərqdə 1,2 milyon nəfər) ibarətdirlər. XX əsrdə tobalar Sumatra və Yava adalarındakı şəhərlərdə geniş yayılmışlar. Batak dilləri Avstoneziya dillərinin Malayya-Polineziya yarımailəsinin qərb qoluna aiddir. Yazıları latın qrafikası əsasındadır; palma yarpaqları üzərində Cənubi hind əlifbası əsasındakı ənənəvi yazıları (Filippin, bugi-makasar və recanq yazılarına yaxındır) qorunub saxlanılır. == Bataklar arasında geniş yayılmış dinlər == Tobalar, dairilər, karolar, simalunqunlar və pakpakların əksəriyyəti xristiandır, alaslar, mandaylinqlər və anqkolaların əksəriyyəti müsəlmandır; ənənəvi etiqadlarını saxlayanlar da var. Şimali Sumatranın yerli əhalisi olan Bataklar qədim İndoneziya (protomalayya) mədəniyyətinin tipik nümayəndələridir; Yava və Sumatranın hinduist dövlətlərinin (Şrivicaya, Macapahit və s.) təsirinə məruz qalmışdır. XIX əsrədək Batakların xarici əlaqələri zəif olmuşdur. XIX əsrin əvvəllərində mandaylinqlər minanqkabauların təsirilə islamı qəbul etmişlər, XIX əsrin ortalarından tobalar və anqkolalar arasında protestant missiyaları fəaliyyət göstərmişdir; yalnız 1930-cu illərdə karolar xristianlaşmağa başlamışlar.
Batavlar
Batavlar (lat. Batavi) —German əsilli bir tayfa. Batavlar xattlardan ayrılmışdılar. B.e.ə. 50-ci ildə daxili çəkişmələrə görə Reyn çayının ətrafında yerləşdilər. Bura Roma imperiyasının Belqika əyalətinin ərazisi idi. IV əsrin ortalarında batavlar İngiltərədə muzdlu əsgər kimi məşhur idilər.
Damanlar
Damanlar (lat. Hyracoidea) — afroterilər dəstəüstünə aid heyvan dəstəsi. == Haqqında == Xarici görünüşünə görə bir qədər marmota oxşayır. Bədəninin uzunluğu 30–60 sm, quyruğu qısa (1–3 sm), yaxud yoxdur. Kütləsi 2–4 kq-dır. Bədən quruluşu möhkəm, beli qövsşəkilli əyilmişdir. Başı iri, sifəti qısa, üst dodağı haçalanmışdır. Üst kəsici dişləri uzun, içəri tərəfdən minasızdır, bütün ömrü boyu böyüyür. Yastı dırnaqlı ön ətrafları dörd-barmaqlı, arxa ətrafları üçbarmaqlıdır. Pəncələrin çılpaq alt tərəfi tər vəzilərinin sekresiyası ilə daima nəmlənən qalın elastiki epiteli ilə örtülü olduğuna görə də Damanlar substrat üzərində möhkəm dayana bilirlər.
Dastanlar
Dastan – Mərkəzi Asiya, İran, Türkiyə və Azərbaycan şifahi xalq ədəbiyyatının növlərindən biri. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr, həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şeir parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bəzən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. == Azərbaycan dastanları == Azərbaycan şifahi xalq ədəbiyyatının özünəməxsus xüsusiyyətləri ilə seçilən və geniş yayılmış janrlarından biri olan dastanlar xalqımızın qəhrəmanlıq mübarizəsini, vətənə, torpağa bağlılığını, azadlıq arzusunu, saf məhəbbət uğrunda dönməzliyini, ülvi duyğularını əks etdirir. Folklorşünas Məmmədhüseyn Təhmasibin verdiyi məlumata görə, 150-yə yaxın əsərə malik bu janrın çoxəsrlik inkişaf tarixi vardır. X-XI əsr hadisələri ilə səsləşən qədim nümunələrin elmə məlum olması əslində bu janrın tarixinin qədimliyindən xəbər verir. Dastan termini bolşevik inqilabından sonra bu janra verilmiş addır.
Kayanlar
Kayanlar — Cənub-Şərqi Asiyada yaşıyan bir xalq. Burma və Taylandda yaşamaqdadırlar. Kayanlar, Karenni olaraq da bilinən Qırmızı Karen xalqının bir alt qoludur. Tibet-Burma etnik mənşəyinə sahibdirlər. 90-cı illərin sonunda Myanmarda yaşanan qarışıqlıq sonrası çox sayda Kayan qəbiləsi Tayland sərhədini keçərək, Taylandın Mae Hong Son bölgəsinə yerləşmişdir. Dünyanın ən uzun boyunlu qadınları ünvanını daşıyan Padaunglar isə Red Karen (Karenni) Qəbiləsinin bir alt qrupudur. Şan dilində uzun boyun mənasını gələn Padaunglar eyni zamanda Zürafə Qızlar olaraq da bilinməkdədir. Bir Padaung qadını həyatı boyunca ortalama 20 halqa taxır. Təxminən 10-12 kiloqram ağırlığı tapan bu ağır düyü halqalar zamanla çiyinləri aşağı basdıraraq bədənin şəklini pozaraq boynu uzatmaqdadır. Hələ 5-6 yaşlarındaykən uşaqların boyunlarına halqalar ilişməyə başlanmaqdadır və hər il halqaların sayı artırılmaqdadır.
Latınlar
Latınlar (lat. Latini) italik qrupuna aid faliskerlərə qohum olan e.ə. I minillikdə indiki İtaliyanın ərazisinə məskunlaşmış dili sabin, umbr və osk dillərinə yaxın bir xalq. Latınlar qədim Roma xalqının və roman xalqlarının etnogenezində əsas rol oynamışlar. Latınların tarixi yaşadığı ərazi Laçium göstərilir. Roma İmperiyası dövründə latınların dili dünyəvi dilə çevrilmişdir. Latın xalqı sonradan tamamilə məhv olmuşdur.
Mataylar
Mataylar — qədimdə Azərbaycan ərazisində yaşamış tayfalar. Bu tayfalar Atropatena ərazisində yaşamış 5 tayfadan biri idi.
Padarlar
Padarlar — Azərbaycanlıların etnoqrafik qruplarından biri. Fəzlullah Rəşidəddin Cəmi ət-Təvarixdə On–Uyğurların (fars. اون ایغور‎) tayfa siyahısında altıncı tayfanın adını "Badar" (fars. بادار‎) kimi yazmışdır. Alman əsilli şərqşünas, tarixçi və dilçi Yozef Makvart(en) Fəzlullah Rəşidəddinə istinadən Padarları On–Uyğurların bir tayfası hesab etmiş, türk tarixçi, şərqşünas–türkoloq Əhməd Zəki Vəlidi Toğan da bu fikirlə razılaşmışdı. Məhəmmədhəsən bəy Vəliyev-Baharlı hesab edirdi ki, Səfəvilər ləzgiləri itaətə gətirmək üçün padarları onlara yaxın rayonlara köçürüblər. Tarixçi Əhməd Zəki Vəlidi Toğan "Azərbaycan" adlı kitabanda padarlar haqqında yazır: "…müxtəlif yerlərdəki padar tayfasına aid məskənlər diqqəti cəlb edir. Hər iki qəbilə (Sulduz və Padar-Ə. Ç.) bu əraziyə gəldikdən sonra torpağa bağlanmışdır. Padar onuyğur tayfasının biridir.. Böyük etnoqraf alim Məhəmmədhəsən bəy Vəlili-Baharlı Padar elinin Azərbaycanda yerləşməsindən bəhs etmişdir.
Pasianlar
Pasianlar — indiki Ermənistanın Türkiyə ilə həmsərhəd zonalarında yaşamış digər türkdilli tayfa yunan və erməni mənbələrində pasian və basian kimi də qeyd olunmuşdur. İlk dəfə eradan əvvəl IV əsr yunan müəllifi Ksenofont pasianlar haqqında məlumat vermişdir. Pasianların orada məskunlaşması eradan əvvəl IV əsrdən qabağa aiddir. Ksenofontun pasianlarla qonşuluqda skiflərin (yəni sakların) yaşaması haqqındakı məlumatına görə güman etməyə əsas var ki, pasianlar məhz eradan əvvəl VII əsrdə saklarla gəlmişlər və bəlkə də elə sakların bir hissəsidir. Qeyd olunmalıdır ki, pasian etnonimi qədim yunan dilində "ç" səsi olmadığına görən paçian kimi nəzərə alınmalıdır ki, bu da qədim türkdilli paçana (peçeneq) tayfasının adıdır . Pasianlar indi Türkiyəyə daxil olan Qars, Sarıqamış, Arpaçay, Kaqızman və Sürməli ərazisində yaşayırdılar . Bu tayfanın adı ilə Araz çayının yuxarı axarını yunan müəllifləri Fasis (əslində Paçis) adlandırmışlar. Məhz bu etnonimlə əlaqədar olaraq orta əsrlərdə Ermənistanda Göyçə gölündən axan Zəngiçay (Axuryan) çayının sahilində Beçni, Beçini (Peçene) adlı qala mövcud idi. "Kitabi-Dədə Qorqud" eposundakı Bay Becan şəxs adı və Pasinuk toponimi məhz həmin Pasian (Paçian) etnonimini əks etdirir. Eradan əvvəl II əsrdə isə, V əsr erməni tarixçisi Moisey Xorenskiyə görə, Basian əyalətinə Şimali Qafqazdan bulqarlar köçüb gələrək məskunlaşmışlar.
Pavianlar
Pavianlar (lat. Papio) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin primatlar dəstəsinin əntərmeymunlar fəsiləsinə aid heyvan cinsi.
Pitonlar
Pitonlar (lat. Pythonidae) — pulcuqlular dəstəsinə aid ilan fəsiləsi.
Qutanlar
Qutanlar (lat. Pelecanidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qutankimilər dəstəsinə aid heyvan fəsiləsi.
Sasanlar
Sasanilər İmperiyası (pəhl. Ērānšahr) — 226-cı ildən 651-ci ilə qədər zaman-zaman müasir İran, İraq, Əfqanıstan, Pakistan, Türkmənistan və Azərbaycan ərazilərini əhatə etmiş tarixi dövlət. Fars mənşəli Sasanilər sülaləsinin əsasını 226-cı ildə I Ərdəşir (Ərdəşir Babəkan) Parfiyanın sonuncu şahı olan V Artaban məğlub etdikdən sonra qoymuşdur. Bununla da Parfiyada Arşakilər sülaləsinin hakimiyyətinə son qoymuş Sasanilər dövləti yaranmışdı 224-cü ildə İranın cənubunda yerləşən Pars vilayətinin Sasan nəslindən olan hökmdarı I Ərdəşir Papakan Parfiya hökmdarı V Artabanı məğlubiyyətə uğratdı. Bununla da Arşakilər sülaləsinin hakimiyyətinə son qoyuldu. 226-cı ildə I Ərdəşir (226–241) özünü Ktesifon şəhərində İran şahənşahı elan etdi. Hakimiyyət Sasanilər sülaləsinin əlinə keçdiyindən bu dövlət də Sasanilər dövləti adlandırılmağa başlandı. Ktesifon şəhəri Mədain adlandırıldı və yenə də paytaxt şəhər oldu. Sasanilər Roma imperiyasına qarşı münasibətlərdə keçmiş Parfiya dövlətinin siyasətini davam etdirirdilər. I Ərdəşir Ermənistan və Azərbaycan torpaqlarından başqa keçmiş Əhəməni torpaqlarını da birləşdirmişdi.
Tatarlar
Tatarlar (öz adları tatar. татарлар, tatarlar) (digər adları: Qazan / Kazan tatarları, Volqa tatarları, Volqaboyu tatarları) ― türk xalqlarından biri. Əsasən Rusiyanın Avropa hissəsinin mərkəzi vilayətlərində — xüsusilə Tatarıstan Respublikasında, Volqaboyu və Uralətrafı ərazilərdə — və Rusiyanın digər bölgələrində (məsələn Sibirdə) və şəhərlərində, ondan başqa həmçinin Qazaxıstanda və digər Orta Asiya ölkələrində, Çinin Sintszyan Uyğur Muxtar Rayonunda (tarixi Şərqi Türkistan bölgəsi) yaşayırlar. Keçmiş SSRİ-nin bir çox bölgələrində milli icmaları vardır. Danışdıqları tatar dili, türk dilləri ailəsinin qıpçaq dilləri qoluna daxildir. Keçmişdə İdil (Volqa) Bulqar dövləti və Qazan xanlığı kimi dövlətləri olub, lakin 1552-ci ildə Rus Çarlığı tərəfindən Qazan xanlığı və onun paytaxtı Qazan şəhərinin işğalı və xanlığın darmadağın edilməsindən bəri Rusiyanın tərkib hissəsi olublar. Tatarların hazırda özlərini "tatarlar" (татарлар) adlandırmalarına, və başqaları tərəfindən də məhz tatar olaraq adlanmalarına baxmayaraq, keçmişdə (təxminən 19-cu əsrədək) onlar özlərini aşağıdakı adlarla adlandırırdılar: "Möselmannar" (мөселманнар), yəni "müsəlmanlar" (Qeyd: təxminən azərbaycanlıların özlərini keçmişdə bəzən sadəcə "müsəlman" adlandırmaları kimi) "Qazanlılar" (казанлылар), yəni "Qazan şəhəri / Qazan xanlığı sakinləri, qazanlılar" "Bulğarlar" (булгарлар), yəni "bulqarlar" (Qeyd: müasir slavyan xalqı olan bolqarlarla səhv salınmamalıdır) "Törklər" (төркләр), yəni "türklər" (Qeyd: təxminən azərbaycanlıların özlərini vaxtilə əsasən "türklər" adlandırmaları kimi; Anadolu/Türkiyə türkləri ilə səhv salınmamalıdır) (bu ad bəzən həmçinin başqırdlara da şamil olunurdu) Rusiya İmperiyası zamanı ruslar imperiya ərazisindəki bütün türk xalqlarını (o cümlədən azərbaycanlıları da) öz aralarında və rusdilli rəsmi sənədlərdə "tatar" (elmi ədəbiyyatda bəzən "türk-tatar") adıyla qeyd edirdilər. Bununla belə, ruslar bu sözü bir çox türk xalqının adlanmasında da istifadəyə yeritdilər. "Tatar" adını ruslar həmin zamanlarda azərbaycanlılara (Закавказские татары, yəni "Zaqafqaziya/Cənubi Qafqaz tatarları"; və ya Адербейджанские татары, yəni "Aderbeydjan/Azərbaycan tatarları"), qumuqlara (Дагестанские татары, yəni "Dağıstan tatarları"), noqaylara (Ногайские татары, yəni "noqay tatarları"), qaraçaylılar ilə balkarlara (Горские татары, yəni "dağlı tatarlar"), altaylılara (Алтайские татары, yəni "Altay tatarları"), xakaslara (Абаканские татары, yəni "Abakan tatarları"; Минусинские татары, yəni "Minusinsk tatarları"; Енисейские татары, yəni "Yenisey tatarları"; Áчинские татары, yəni "Aça tatarları"(bölgədəki Aça çayının adından)), şorlara (Кузнецкие татары, yəni "Kuznetsk tatarları"), çulımlar'a (Чулымские татары, yəni "Çulım tatarları"), və bir neçə digər türk xalqlarına şamil edirdilər (nadir hallarda isə "tatar" qavramı hətta qeyri-türk toplumları üçün də istifadə edilə bilərdi, məsələn monqoldilli xalqlardan biri olan buryatlar üçün "братские татары" (yəni "brat tatarları" ["brat" sözü burada "buryat" adının rus dilindəki köhnə yazılışını əks etdirir]) ifadəsi istifadə olunurdu. Belə şəkildə də indiki zamanda sadə dillə "tatar" adlanan, Tatarıstanın əsas əhalisi olan tatarları ruslar "Volqa tatarları" (волжские татары), "Volqaboyu tatarları" (приволжские татары), "Qazan/Kazan tatarları" (Казанские татары) kimi ifadələrlə adlandırırdılar.
Titanlar
Titanlar (yun. Τιτάν cəmdə Τιτάνες) — qədim yunan mifologiyasında Geya və Urandan törənmiş ya sonra gələn tanrılar, Kiklop (təpəgözlərin) və Hekatonxeyrlərin qardaş-bacılarıdırlar. Yunan mifologiyasına görə Geya dünyanın yaranmasında əsas hərəkətverici qüvvə olmuşdur. Uranla birləşərək ilk ilahi cütlüyü yaradaraq, bu nigahdan titanları dünyaya gətirmişdirlər. İlk olaraq Okean və Tefida cütlüyü dünyaya gətirilmiş onlardan isə çaylar və okeanlar törənmiş olur. Sonrakı dünyaya gəlmiş cütlük Hiperion və Teyadır ki, onlardan isə Helios (günəş), Selena və Eos törənmişlər. Növbəti doğulmuş Krios Geyanın dənizdən olan qazı Evribiyaya evlənərək Asteriya, Pallant və Persi dünyaya gətirmişlər. Sonra doğulmuş İapet Okean və Tefidanın qızı Klimenaya (Asiyaya) evlənərək, Atlant, Menetiy, Prometey və Epimeteyi dünyaya gətirmişlər. Nəhayət Kron və Reya cütlüyü sonrakı nəsil tanrılarını - baş Olimp ilahələrini: Demetra, Hestiya, Heranı və tanrılarını: Aid, Poseydon və Zevsi dünyaya gətirmişlər. İllər keçdikdən sonra Geya və Uran ayrilirlar.
Yakanlar
Yakanlar (lat. Jacanidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinə aid heyvan fəsiləsi.
Kaptanlar
Kapitan bu mənaları ifadə edə bilər: Kapitan (hərbi rütbə) — hərbi zabit rütbəsi. Kapitan (futbol) — bir futbol komandasının sahə içində lider olaraq seçilmiş olan oyunçusu. Kapitan (film, 1971) — 1971-ci ildə istehsal olunmuş Almaniya filmi. Kapitan (film, 1994) Kapitan (film, 1999) Kapitan (film, 2018) Kapitan (film, 2019) Kapitan (film, 2022) Kapitan (film, 1946) Kapitan (film, 2017) Kapitan Amerika — super qəhrəman personajı. Gəmi kapitanı — gəmi kollektivində ən yüksək vəzifə.
Akanlar
Akanlar (özlərini akanfo) adlandırırlar) — Qana, Kot-d’İvuar, Toqo, Liberiya və Nigeriyada yaşayan xalqlar qrupu. Mərkəzi və Cənubi Qanadakı Akanlar (7,2 milyon nəfər) millət kimi formalaşmaqdadırlar. Ümumi sayları 11 milyon nəfərdir (1995). Dilləri kva dilləri qrupuna aiddir. Antropoloji cəhətdən zənci irqinə daxildirlər. Akanların əcdadları XI–XII əsrlərdə Komoe və Qara Volta çayları arasındakı savannalar zonasında formalaşmışlar. XV əsrdə salınan Bono şəhəri Akan sivilizasiyasının mərkəzi olmuşdur. XV–XIX əsrlərdə Akanların güclü dövlərləri (Aşanti və Fanti konfederasiyaları) mövcud idi. Akanlar, əsasən, tropik əkinçiliklə (kakao və s.) məşğul olurlar. Dindarların əksəriyyəti ənənəvi etiqadlarını saxlamışdır (77 faizi), bir qismi xristiandır, müsəlmanları da var.
Alanlar
Alanlar (q.türk As/Ar; q.yun. Ἀλανοί; lat. Alani) — İrandilli tayfalar. == Tarixi == Eramızın ilk əsrlərində köçəri alan tayfaları Azovyanı və Ön Qafqazın çöl bozqır rayonlarında məskunlaşmışdılar. I - II əsrlərdə alan tayfaları Cənubi Qafqaz ölkələrinə - Qafqaz Albaniyasına, İberiyaya, habelə Atropatenaya, Kiçik Asiyaya və Roma imperiyasının bir sıra əyalətlərinə tez-tez talançı basqınlar edirdilər. IV əsrin ikinci yarısında tayfalar hunlar tərəfindən darmadağın olundular və qismən hun tayfa ittifaqına daxil edildilər. Bundan sonra alanların xeyli hissəsi onlarla birlikdə Avropaya hərəkət edərək Qalliyadan, İspaniyadan keçib Şimali Afrikada vandallara qarışdı. Alanların digər hissəsi isə hunların təzyiqi ilə Şimali Qafqaz dağlarına köçdü. IV əsrdən alan tayfaları burada oturaq həyata keçməyə başladılar. Şimali Qafqaz alanları bir neçə tayfa ittifaqına bölündülər ki, bunların da ən iriləri Şərqi və Qərbi ittifaqlar idilər.
Paşalar
Paşalar — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Xanalı kənd Sovetindən Paşalar kəndi Şırlan kənd Sovetinin tərkibinə verilmişdir. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Paşalar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır.
Parnlar
Parnlar (q.yun. Πάρνοι, Parnoi) və ya aparnlar (q.yun. Ἄπαρνοι, Aparnoi) — qədim şərqi İrandilli köçəri xalqı. Onlar daxlar ittifaqının, ehtimal olunur ki, massaget (skif) qrupuna mənsubdur. Parnlar qədim dövrdə Aralyanı və Mangistau çöllərindən Kopetdağın şimal yamaclarına qədər yayılan ərazidə yaşamışdılar.Xəzər dənizinin cənub-şərqində Oçus çayı ətrafında yaşayırdılar. Ehtimal olunur ki, onların ilkin vətəni digər skif tayfaları ilə birlikdə köçdükləri yerdən Rusiyanın cənubu ola bilər. Herodot, Strabon və bir çox başqa qədim müəlliflər parnlar haqqında məlumat vermişdilər. Onlar Qavqamela döyüşündə Əhəməni ordusunun bir hissəsi kimi xatırlanmışdılar. Tarixdə onlar Parfiya dövlətinin hakim Arşakilər sülaləsinin əcdadı Arşakın parnların sərkərdəsi olması ilə tanınırdılar. Arşakın Parfiya vilayətini ələ keçirdiyi zaman arxalandığı əsas qüvvə parnlar idi.
Hidrotermal yataqlar
Hidrotermal-çökmə (stratiform) yataqları — bunlara hidrotermal çökmə mənşəyə malik və stratiform termini ilə adlandırılan yataqlar aiddir. Burada laylı yatım forması olmasına baxmayaraq mənşəyi qeyri — müəyyəndir. Bunların yaranması haqqında 3 hipotez var: İlkin — çökmə hipotez sonradan dəyişməyə məruz qaldığını göstərir. Yataqların hidrotermal, epigenetik əmələgəlmə hipotezi. Burada onların dərində yatmış püskürmə süxurların massivləri ilə əlaqədar olması söylənilir. Daha tutarlı hesab olunan yataqların poligen mənşəli olması haqqında hipotez. Burada fərz edilir ki, yataqlar çökmə qatların inkişaf etdiyi və püskürmə süxurların massivlərinin olmadığı səthlərdə yerləşir. == Yataqların tipləri == Bunlara aiddir: Qumdaşı və şist laylarından Bornit – Xalkofilli tip , karbonat süxurlarındakı qalenit – sfaleritli, Kinovar – antimonitli tiplər. Bornit — Xalkopiritli tipi — tərkibində yüksək miqdarda üzvi karbon qazı saxlayan, qumdaşı, şist və dolomitlərdən ibarət depresiyalarda yerləşir. Filiz cisimləri uyğun laylı, linzavari və lentvari, mayili yığımlarda yerləşir.
Qulaqsız varanlar
Qulaqsız varanlar (lat. Lanthanotidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Matienlər (matianlar)
Matienlər və ya matianlar (q.yun. ματιηνοι, ματιανοι, lat. matieni, matiani) — qədim dövrdə Urmiya gölü ətrafında yaşamış tayfa, Atropatena dövlətinin sakinləri. E.ə. VI əsrdən e.II əsrinədək, yəni təxminən 8 əsr ərzində, 9 antik müəllifin yazılarında matientlər Urmiyaətrafı ərazilərdə qeyd olunub. == Məskunlaşma == E.ə.VI - V əsr mənbələrində Miletli Hekateyin və Herodotun məlumatlarinda matienlərin məskünlaşma ərazisi geniş idi. Belə ki, onların vilayətlərindən şimal-qərbdə Araks (Araz) çayı mənbə alırdı,bir qədər cənubda Tiqr (Dəclə) çayı axırdı, sonra Böyük Zab, sonra onların vilayətlərindən mənbə alan Kiçik Zab, vilayətin ən cənub sərhədi Diyala çayının mənbələrinə çatırdı. Bundan başqa matienləri Qalis (Qızıl İrmaq) çayının ətrafında da məskunlaşdırırlar. Daha sonrakı dövrdə mənbələrin məlumatlarına əsaslanaraq matienləri Urmiya gölünün şimal, şərq və cənub sahillərində məskunlaşdırmaq olar.
Qırmızı Qutanlar
Qırmızı Qutanlar — Kral Hərbi Hava Qüvvələrinə məxsus olmuş aerobatika eskadronudur. Təyyarələri qırmızı rəng sxemində boyanmışdır. 1973-cü il neft böhranı səbəbilə fəaliyyətini dayandırmışdır.