Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirron
Pirron (yun. Πύρρων, təq. e. ə. 360-cı illər – təq. e. ə. 270-ci illər) — qədim yunan filosofu, skeptisizmin yaradıcısı. Peloponnesus yarımadasının Elida şəhərindən idi. Diogenes Laertius Pirronun dünyagörüşü haqqında xəbər vermişdir.
Pithon
Pridgeon
Alek Melton Pridgeon (ing. Alec Melton Pridgeon, 1950 və ya 1949) — Böyük Britaniya botaniki. Bateman, R.M., Hollingsworth, P.M., Preston, J., Luo, Y.B., Pridgeon, A.M. & Chase, M.W. 2003. Molecular phylogenetics and evolution of Orchidinae and selected Habenariinae (Orchidaceae). Botanical Journal of the Linnean Society 142(1): 1–40. DOI: 10.1046/j.1095-8339.2003.00157. Open access ResearchGate Reference page. Chase, M.W., Cameron, K.M., Freudenstein, J.V., Pridgeon, A.M., Salazar, G., van den Berg, C. & Schuiteman, A. 2015. An updated classification of Orchidaceae. Botanical Journal of the Linnean Society 177(2): 151–174.
Miyeon
Ço Miyon (kor. 조미연; 31 yanvar 1997, Sodemun rayonu[d]) və ya tanınan səhnə adı ilə Miyon (kor. 미연) – Cənubi Koreya müğənnisi və aktrisası. "(G)I-dle" qrupunun vokalistidir. "K/DA" virtual musiqi qrupunda "League of Legends" personajı olan Ahrini canlandırmışdır. == İlk illəri == Ço Miyon 31 yanvar 1997-ci ildə doğulmuşdur. Ailədə tək uşaqdır. Atasından təsirlənərək musiqiyə maraq göstərmişdir. O, musiqi məktəblərinə getmiş, skripka, gitara və pianoda ifa etməyi öyrənmişdir. Orta məktəbdə oxuyarkən "YG Entertainment"in seçimlərinə qatılmış və 5 il təcrübə keçmişdir.
Piton
Əsl pitonlar (lat. Python) – pitonlar fəsiləsinə aid ilan cinsi.
Zigen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Pifon
Pifon və ya Piton ( q.yun. Πύθων) — qədim yunan mifologiyasında Apollon tərəfindən işğal edilməmişdən əvvəl Delfi orakulunun girişini qoruyan, Qayanın oğlu (varianta görə, Hera) hesab edilən ilan. Başqa bir versiyaya görə, Pifon özü Apollondan əvvəl peyğəmbərliklər vermişdir. Pifiya onun şərəfinə adlandırılmışdır.
Gideon Adlon
Gideon Adlon (30 mart 1997, Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası. Əsasən komediya filmi "Blockers" (2018), dram filmi "The Mustang" (2019) və qorxu filmi "The Craft: Legacy" (2019) filmləri ilə tanınır.
Gideon Hauzner
Gideon Hauzner (ing. Gideon Hausner; 26 sentyabr 1915[…], Lvov, Sisleytaniya – 15 noyabr 1990, Qüds) — İsrail hüquqşünas və siyasətçisi. O, 1960–1963-cü illərdə İsrailin Baş prokuroru vəzifəsində çalışmış, sonra Knessetə seçilmiş və kabinetdə çalışmışdır. Hauzner ən çox 1961-ci ildə Yerusəlim şəhərində Adolf Eyxmanın məhkəməsində prokurorlar qrupuna rəhbərlik etməsi ilə tanınır. Hauzner, ümumiyyətlə, Holokostu dünyaya təqdim etməklə tanınır, lakin şoumenlik etməklə ittiham edilmiş və buna görə tənqid olunmuşdur. Onun məhkəmə bacarığı həm də presedent yaratmışdır ki, "mən yalnız əmrləri yerinə yetirirdim" müdafiəsi, əgər bu cür əmrlər tamamilə cinayət və qanunsuz olarsa, etibarsızdır. İttiham tərəfi Eyxmanın günahkar olduğunu sübut etməyə müvəffəq olmuş və Eyxman bütün ittihamlar, o cümlədən insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlərə görə təqsirli bilinmişdir. O, ölüm cəzasına məhkum olunmuşdur. == Əsərlər == Justice in Jerusalem. New York: Harper & Row.
Gideon Mantell
Gideon Alcernon Mantell (ing. Gideon Algernon Mantell; 3 fevral 1790[…] – 10 noyabr 1852[…], London, İngiltərə) — Böyük Britaniyalı tibb baxıcısı, geoloq və paleontoloq. == Tərcümeyi-halı == Gideon Alcernon Mantell 3 fevral 1790-cı ildə Luisdə anadan olmuşdur. Onun iquanadontun xarici görünüşünü və həyat tərzini bərpa etməyə cəhd göstərməsi dinozavrların elmi cəhətdən öyrənilməsinin əsası hesab olunur. 1822-ci ildə o, əvvəlcə, daşlaşmış dişləri, daha sonra isə iquanodontun skeletinin böyük bir hissəsini (və son nəticədə identifikasiyasını) aşkar etdi. Gideon Mantellin İngiltərənin cənub ərazilərinin təbaşir dövrünə aid tarixinin araşdırılması sahəsindəki tədqiqatları mühüm elmi əhəmiyyət kəsb etmişdir. 1849-cu ildə alim London Kral Cəmiyyətinin Krallıq medalı (ingilis dilində; Royal Medal) ilə təltif olunmuşdur.. Gideon ALcernon Mantell 10 noyabr 1852-ci ildə London şəhərində vəfat etmişdir. == Əsərləri == Outlines of the natural history of the environs of Lewes. 4to, 24pp, 3pl.
Gideon Martell
Gideon Alcernon Mantell (ing. Gideon Algernon Mantell; 3 fevral 1790[…] – 10 noyabr 1852[…], London, İngiltərə) — Böyük Britaniyalı tibb baxıcısı, geoloq və paleontoloq. == Tərcümeyi-halı == Gideon Alcernon Mantell 3 fevral 1790-cı ildə Luisdə anadan olmuşdur. Onun iquanadontun xarici görünüşünü və həyat tərzini bərpa etməyə cəhd göstərməsi dinozavrların elmi cəhətdən öyrənilməsinin əsası hesab olunur. 1822-ci ildə o, əvvəlcə, daşlaşmış dişləri, daha sonra isə iquanodontun skeletinin böyük bir hissəsini (və son nəticədə identifikasiyasını) aşkar etdi. Gideon Mantellin İngiltərənin cənub ərazilərinin təbaşir dövrünə aid tarixinin araşdırılması sahəsindəki tədqiqatları mühüm elmi əhəmiyyət kəsb etmişdir. 1849-cu ildə alim London Kral Cəmiyyətinin Krallıq medalı (ingilis dilində; Royal Medal) ilə təltif olunmuşdur.. Gideon ALcernon Mantell 10 noyabr 1852-ci ildə London şəhərində vəfat etmişdir. == Əsərləri == Outlines of the natural history of the environs of Lewes. 4to, 24pp, 3pl.
Gideon Sundback
Gideon Sundbək (24 aprel 1880 – 21 iyun 1954) — İsveçli elektrik mühəndisi. Gideon Sundbək, zəncirbəndin inkişaf etdiricisi olaraq məşhurdur.
Gideon Sundbek
Gideon Sundbək (24 aprel 1880 – 21 iyun 1954) — İsveçli elektrik mühəndisi. Gideon Sundbək, zəncirbəndin inkişaf etdiricisi olaraq məşhurdur.
Gideon Sundbək
Gideon Sundbək (24 aprel 1880 – 21 iyun 1954) — İsveçli elektrik mühəndisi. Gideon Sundbək, zəncirbəndin inkişaf etdiricisi olaraq məşhurdur.
Henri Pirenn
Henri Pirenn (fr. Henri Pirenne; 23 dekabr 1862, Vervye — 25 oktyabr 1935, Ukkel) —Belçika tarixçisi. == Həyatı == Daha 24 yaşında Gent Universitetinde professor oldu. Birinci dünya müharibəsində almanlara qarşı savaşarkən əsir düşdü və sürgünə göndərildi. Belçika Kraliyyet Akademiyası üzvü oldu. Daha çox iqtisadi və sosial tarixlə ilgiləndi. Ən önəmli əsəri, yeddi cildlik Belçika Tarixi (Histoire de la Belgique), 1899-cu və 1932-ci illər arasında çap olundu. Avropaya aid bir tarixin kökənlərini ortaya qoyan Məhəmməd və Charlemagne (Mahomet et Charlemagne, 1935) və Orta əsr şəhərlərinin (1926) yaranmasını açıqlayan tezisləri məşhurdur. Ona sıx yönəldilən bir əsasnamə həddən aşırı Belçika milliyetçiliyi aparmasıydı. Belçikanın quruluşunu Verdun müqaviləsinə qədər dayandırır, bu iddiasıyla çarpazlaşmamaq üçün Liege Prensliyi kimi önəmli tarixi siyasi təşkilatları görməzdən gelirdi.
I Simeon
I Böyük Simeon (bolq. Симеон I Велики təq. 864, Pliska, Birinci Bulqar dövləti – 27 may 927, Preslav, Birinci Bulqar dövləti) — Birinci Bulqar dövlətinin XIX imperatoru == Həyatı == Simeon 893-cü ildə doğulmuşdu. Vladimir-Rasatedən fərqli olaraq bütün ömrü boyu xristian olmuşdur. 14 yaşında Konstantinopol Universitetinə getmişdi və arxiyepiskop olmaq istəyirdi. Lakin Vladimirin devrilməsi nəticəsində taxta çıxmalı oldu. Qavrilin yerinə niyə Simeonun seçildiyi məlum deyil. == Hakimiyyəti == === Bizans və Macarlarla əlaqələr === Simeonun taxta çıxdığı dövr Bizansla əlaqələrin pisləşdiyi dövr idi. VI Leo bolqar tacirlərin ticarət mərkəzini Konstantinopoldan Salonikiyə dəyişmiş, ağır vergilər qoymuşdu.Onlar Simeona, Simeon da Leoya şikayət etmişdi. İmperator bu şikayətləri qulaqardına vurdu.
Lester Pirson
Lester Bouls "Mayk" Pirson (23 aprel 1897[…], Toronto – 27 dekabr 1972[…], Ottava) — Kanadalı alim, dövlət xadimi, əsgər, baş nazir və diplomatı,1957-ci ildə Süveyş böhranını həll etmək üçün Birləşmiş Millətlər Təşkilatının Təcili Qüvvələrini təşkil etdiyinə görə Nobel sülh mükafatı laueratı. 1963-cü ildən 1968-ci ilə qədər Kanadanın 14-cü baş naziri, 1963-cü və 1965-ci illərdə keçirilən seçkilərdən sonra iki dəfə arxa-arxaya Liberal azlıq hökumətinin başçısı olmuşdur. Pirsonun baş nazir olduğu dövrdə, onun Liberal azlıq hökumətləri universal səhiyyə, tələbə kreditləri, Kanada pensiya planı, Kanada ordeni və Kanada bayrağını təqdim etdi. Onun Liberal hökuməti Kanadanın silahlı qüvvələrini də birləşdirdi. Pirson, Bilinqualizm və Bikurturalizm üzrə Kral Komissiyasını çağırdı(iki dil rəsmi dövlət dili olaraq qəbul edildi), və Kanadanı Vyetnam müharibəsindən kənarda saxladı. 1967-ci ildə, onun hökuməti, heç istifadə edilməmiş və 1976-cı ildə ləğv edilmiş faktiki olaraq Kanadada edam cəzasını bir neçə kapital cinayətinə məhdudlaşdıraraq ləğv edən Bill C-168-i qəbul etdi. Bu nailiyyətləri ilə, Birləşmiş Millətlər Təşkilatında və beynəlxalq diplomatiyada təməlqoyma işləri ilə birlikdə Pirson ümumiyyətlə XX əsrin ən nüfuzlu Kanadalılar sırasındadır və Kanadanın ən böyük baş nazirləri sırasında yer alır. == Erkən həyatı, ailəsi və təhsili == Pirson Ontario (indiki Torontonun bir hissəsi), Yorkun Nyutonbruk şəhərində, Anni Sarahın və metodist nazir (sonradan Birləşmiş Kanada Kilsəsi) Edvin Artur Pirsonun oğlu olaraq anadan olub. O, Veyqhan Vayter Pirson və Marmadyuk Pirsonun qardaşı idi. Lester Pirsonun atası, gənc ailəni, burada Yanq-Strit Orora metodist kilsəsində nazir olduğu Torontonun şimalındakı Orora(Ontario), şəhərinə köçürdü.
Riçson Simeon
Riçson Simeon (5 oktyabr 1997) — Marşall adalarını təmsil edən atlet. Riçson Simeon Marşall adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Riçson Simeon birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında 100 metr məsafəyə qaçış yarışlarında təsnifat mərhələsində 11.81 saniyəlik nəticə ilə 8-ci yeri tutdu və mübarizəni dayandırdı.
Simeon Bekbulatoviç
Simeon Bekbulatoviç (rus. Симеон Бекбулатович; Sain-Bulat, rus. Саин-Булат; XVI əsr – 5 yanvar 1616, Moskva) — Qasım xanlığının xanlarından və Rusiyanın çarlarındandır. Sayın Bulat… Rus tarixində bu ad tez-tez gözə çarpmaqdadır; hətta Moskva çarı kimi… Sayın Bulat Bek Bulat sultanın oğlu, Gəraylar sülaləsindəndir; Qızıl Orda xanı Əhməd xanın nəticəsidir. Dediyimiz kimi o, birbaşa Çingiz xanın özünün düz xətlə gələn nəslindəndir; atası Bek Bulat Əhməd (Axmat) xanın nəvəsi, Axmat xan da öz növbəsində Cucinin törəməsidir. XVI əsrin 50-ci illərində şahzadə Bek Bulat İvan Qroznı ilə müttəfiq kimi fəaliyyətə keçmişdi. 1552-ci ildə Moskvaya səfir kimi gəldi və daha geri dönmədi. Həm də tezliklə çarla bacanaq olur; Kabarda xanı Temiryürəkin digər qızı Altıncanı alır. o Simeon Bekbulatoviçin anasıdır. (Qeyd: digər 3-cü bacını da Həştərxan hakimi İsmayılın oğlu Dinahmad almışdı; bu ailənin qızlarının hökmdarlara gəlin getməsi ilk hadisə deyildi, II Sultan Bəyazidin xatunu, Yavuz Sultan Səlimin anası Gülbahar xanım da bu ocaqdan çıxmışdı).
II Simeon
II Simeon (bolq. Симеон II) və ya Simeon Borisov Sakskoburqqotski (bolq. Симеон Борисов Сакскобургготски, alm. Simeon von Sachsen-Coburg und Gotha‎; 16 iyun 1937, Sofiya, Bolqarıstan krallığı) — Bolqarıstan dövlət və siyasi xadimi, 1943–1946-cı illərdə Saksen-Koburq-Qota sülaləsindən Bolqarıstanın sonuncu çarı, 24 iyul 2001-ci ildən 17 avqust 2005-ci ilə qədər Bolqarıstanın baş naziri, 2009-cu ilə qədər Sabitlik və Yüksəliş üçün Milli Hərəkatın sədri və lideri. II Simeon "çar" titulunu daşıyan sonuncu monarx, eləcə də sonuncu slavyan monarxı olmuşdur. Yunanıstanın sonuncu kralı II Konstantin 10 yanvar 2023-cü ildə vəfat etdikdən sonra o, sonuncu pravoslav monarx olaraq qalmışdır. O, hazırkı Dalay Lama ilə birlikdə İkinci Dünya müharibəsi zamanı dövlət başçısı olmuş iki yaşayan şəxsdən biridir. == Erkən həyatı == Simeon Bolqarıstan çarı III Boris və İtaliya şahzadəsi Savoylu Covannanın ailəsində anadan olmuşdur. Onun anadan olmasından sonra III Boris pravoslav inancına əsasən Simeonun vəftiz edilməsi üçün su toplamaq məqsədilə İordan çayına bir hava qüvvələri zabitini göndərmişdir. 28 avqust 1943-cü ildə Adolf Hitler ilə görüşdən Bolqarıstana yenicə qayıdan atasının ölümündən sonra taxt-taca keçməsi nəzərdə tutulmuşdu.
Askoli Piçeno
Askoli Piçeno (it. Ascoli Piceno) — İtaliyanın Marke regionunda şəhər.
Simeon Slavçev
Simeon Nençev Slavçev (bolq. Симеон Ненчев Славчев 25 sentyabr 1993[…], Sofiya[…]) — Bolqarıstanlı peşəkar futbolçu. Polşanın "Vieçuzta Krakov" klubunda müdafiə meyilli yarımmüdafiəçi kimi çıxış edir. Slavçev peşəkar karyerasına 2010-cu ildə "Litex Loveç" klubunda başlayıb. "Çavdar Etropole" klubuna icarəyə verildikdən sonra onların komandasında əsas heyət oyunçusu olub. 2014-cü ildə Portuqaliyanın Sportinq klubu ilə müqavilə imzalayır, lakin orada əsas komandaya düşə bilmir. Bolton Uonderers, "Apollon Limassol" və "Lexia Qdansk" klublarında icarə əsasında oynadıqdan sonra o, 2018-ci ildə Qarabağ klubuna transfer olur. Slavçev karyerasına doğulduğu şəhərin "Septemvri Sofia" klubunda başlayır. O, altı yaşında onların uşaq komandasına qoşulur. 2006–07 mövsümündə o, klubun gənclər komandasının dəvət edilir.
Peon
Peon — Qədim Yunan mifologiyasına görə həkim tanrı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Pion
Pion (lat. Paeonia) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin pionkimilər fəsiləsinə aid bitki cinsi. Bu bitki həkim Peonun şərəfinə adlandırılmışdır. Avropa və Asiyada Pion fəsiləsinə aid 40 növə yaxın çoxillik ot bitkisi məlumdur. Onlardan iki növ Şimali Amerikada geniş yayılmışdır: Vittman pionu (lat. Paeonia wittmanniana) — formaca sarı-ağ rəngli piyaləyə bənzəyən iri güllü, dərman pionu (lat. Paeonia officinalis) sadə qırmızı güllü, ağ güllü pion (lat. Paeonia lactiflora) iri ağ güllü bitkidir. Pionlar pöhrələr vasitəsilə çoxalır ki, bu dövrdə gövdə də 3-4 tumurcuq və bir neçə kök yumrucuqları olur. Pionu əkərkən cücərtiləri elə basdırmaq lazımdır ki, tumurcuqlar torpağın üst səthində qalsın.
Figen Han
Figen Han (5 fevral 1950-ci il, İstanbul) – Əsl adı Nevval Karpuz olan türk aktrisasıdır. == Həyatı == Figen Han 5 fevral 1950-ci il tarixində Türkiyənin İstanbul şəhərində doğulmuşdur. 1966-cı ildə ilk filmi olan "Göylərdəki sevgili" filminə çəkilir. 1974-cü ildə "Atını Seven Kovboy", 1975-ci ildə isə "Hababam Taburu" adlı filmlərdə rol alır. Figen Han əvvəlcə fantastik filmlərdə, sonradan isə erotik məzmunlu filmlərdə çəkilməyə başlayır. Onun son filmi 1983-cü ildə çəkilən "Bir zamanlar qardaş idilər" adlı filmidir.
Paqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Poqon
Poqon (rus. погон) — xüsusi geyim formalarında çiyin üstdə daşınan hərbi rütbənin yerləşdiyi geyim elementi və ayrı — ayrı nazirliklərə, idarə və təşkilatlara mənsub olma fərqlənmə nişanları. Hərbi və ya başqa rəsmi paltarda çiyinə tikilən və ya yapışdırılan fərqlənmə nişanı. Hal-hazırda dünyanın bütün ordularında istifadə edilir. İlk dövrlərdə poqonlar çiyində asılan qılınc və patron qutusunun kəmərinin sürüşüb düşməsinin qarşısını almaq üçün istifadə edilirdi.
Ziqen
Ziqen (alm. Siegen‎) — Almaniya şəhəri, Şimali Reyn-Vestfaliya torpağına aid edilir. Arnsberq inzibati dairəsinə aid olan Ziqen-Vittgenştayn rayonunun mərkəzi. Əhalisi 103 555 nəfərdir. Şəhərin ərazisindən Ziq çayı axır. Zigerland filiz rayonunun mərkəzi. Barokko dövrünün məşhur rəssamı Piter Paul Rubensin doğum yeri. Ziqenə yaxın iri şəhərlər arasında Hagen (65 km), Frankfurt-Mayn (120 km), Koblents (65 km) və Köln (75 km) var. Ziqenin hündürlükdə yerləşməsi onun iqliminə çox təsir göstərir. İl ərzində orta hesabla 1160,8 mm yağıntı düşür.
Ireon
Wahlenbergia (lat. Wahlenbergia) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin zəngçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Şiqeno Yasutsuqu
Şiqeno Yasutsuqu (重野安繹, 24 noyabr 1827, Sakamoto[d] – 6 dekabr 1910) – Yaponiya tarixçisi və Çin klassikləri üzrə alim. Seysay təxəllüsündən istifadə etmişdir. Şiqeno Yasutsuqu 1827-ci ildə Satsuma hanında doğulmuşdur. Edo şəhərində yerləşən və Tokuqava şoqunluğunun akademiyası olan Şoheykoda təhsil almışdır. Daha sonra Satsumada yerləşən Zoşikan məktəbində müəllimlik etməyə başlamışdır. 1863-cü ildə Kaqoşimanın Britaniya hərbi gəmiləri tərəfindən bombalanması hadisəsindən sonra sülh danışıqları üçün göndərilmiş nümayəndəliyin üzvü olmuşdur. 1868-ci ildə baş vermiş Meyci islahatından sonra Təhsil Nazirliyinə daxil olmuş, Tarixşünaslıq Ofisində tarixi qeydlərin toplanması və tərtibatı ilə məşğul olmuşdur. Ofis 1888-ci ildə Tokio Universitetinə daxil ediləndə o, universitetin tarix şöbəsini qurmuş və professoru təyin olunmuşdur. Yaponiya Tarix Cəmiyyətinə başçılıq etmiş, Perlər palatasına daxil olaraq siyasətlə də məşğul olmuşdur. Şiqeno Yaponiyada müasir tarix tədqiqatı metodunun qurucusudur.