Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alüminium
Alüminium (Al) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 13-cü element. adı latın alumen sözündəndir – zəy (alüminium – kaliumun ikiqat sulfatı KAl(SO4)2×12H2O) adlanırdı; onlar parçaları boyayarkən rəngab kimi istifadə olunurdu. Latınca adı ehtimal ki, yunan alme – “rassol, duz məhlulu” sözündəndir. Qəribədir ki, İngiltərədə “alüminium” – aluminium, ABŞ-də isə aluminum yazılır. Alüminium ilk dəfə Danimarka fiziki Hans Ersted tərəfindən 1825–ci ildə boksitdən alınmışdır. O, gümüşü – ağ rəngli yüngül metaldır. (Sıxlığı 2,7 q/sm3 ). Korroziyaya davamlıdır, Cu, Si, Mg, Mn, Zn və Ni –lə əmələ gətirdiyi ərintilər (maqnal, duralüminium, elektron, silümin və s.) yüksək mexaniki davamlılığa malikdir. Bu səbəbdən təyyarə, avtomobil və elektrotexnika sənayesində və digər sahələrdə geniş işlənir. Alüminium sənayesi üçün əsas xammal boksitdir.
Alüminium hidroksid
Alüminium hidroksid – kimyəvi formululu Al(OH)3 olan qeyri –üzvi birləşmədi. == Alınması == Alüminium hidroksidi alüminium duzlarının ammonyakla reaksiyası nəticəsində almaq olar: A l 2 ( S O 4 ) 3 + 6 N H 3 + 6 H 2 O ⟶ 2 A l ( O H ) 3 ↓ + 3 ( N H 4 ) 2 S O 4 {\displaystyle {\mathsf {Al_{2}(SO_{4})_{3}+6NH_{3}+6H_{2}O\longrightarrow 2Al(OH)_{3}\downarrow +~3(NH_{4})_{2}SO_{4}}}} Alüminium hidroksid jelatinə bənzər ağ çöküntü kimi çökür. Alüminium hidroksid istehsalının ikinci üsulu isə suda həll olunan alüminium duzlarının qələvi metalların karbonatları ilə reaksiyasıdı: 2 A l C l 3 + 3 N a 2 C O 3 + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 C O 2 ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}CO_{3}+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3CO_{2}\uparrow +~6NaCl}}} 2 A l C l 3 + 3 N a 2 S + 3 H 2 O → 2 A l ( O H ) 3 ↓ + 3 H 2 S ↑ + 6 N a C l {\displaystyle {\mathsf {2AlCl_{3}+3Na_{2}S+3H_{2}O\rightarrow 2Al(OH)_{3}\downarrow +~3H_{2}S\uparrow +~6NaCl}}} == Fiziki xassələri == Alüminium hidroksid, 4 kristal modifikasiyası olan ağ kristal maddədir: monoklinik (γ) gibbsit triklinik (γ ') gibbsit (hidrarqillit) bayerit (γ) nordstrandit (β) Gibbsit, alüminium hidroksidin kimyəvi cəhətdən ən sabit formasıdır. == Kimyəvi xassələri == Alüminium hidroksid suda zəif həll olunur, amfoter xüsusiyyətə malikdir. Təzə çökmüş alüminium hidroksid turşularla və qələvilərlə reaksiyaya daxil olur: turşularla: A l ( O H ) 3 + 3 H C l ⟶ A l C l 3 + 3 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+3HCl\longrightarrow AlCl_{3}+3H_{2}O}}} qələvi lərlə: A l ( O H ) 3 + N a O H + 2 H 2 O ⟶ N a [ A l ( O H ) 4 ( H 2 O ) 2 ] {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH+2H_{2}O\longrightarrow Na[Al(OH)_{4}(H_{2}O)_{2}]}}} Bərk reagentlərin əriməsi nəticəsində: A l ( O H ) 3 + N a O H → 1000 o C N a A l O 2 + 2 H 2 O {\displaystyle {\mathsf {Al(OH)_{3}+NaOH\ {\xrightarrow {1000^{o}C}}\ NaAlO_{2}+2H_{2}O}}} Qızdırıldıqda parçalanır: 2 A l ( O H ) 3 → t > 575 o C A l 2 O 3 + 3 H 2 O {\displaystyle {\mathsf {2Al(OH)_{3}\ {\xrightarrow {t>575^{o}C}}\ Al_{2}O_{3}+3H_{2}O}}} Ammonyak məhlulları ilə reaksiya daxil olmur. == Tətbiqi == Alüminium hidroksid, suyun təmizlənməsində istifadə olunur, çünki müxtəlif maddələri absorbsiya (udmaq) qabiliyyətinə malikdir. Tibbdə peyvəndlərin istehsalında köməkçi maddə kimi istifadə olunur. Diş pastası, mineral gübrələr, kağız, boyaların tətbiqində istifadə olunur. == Mənbə == Лидин Р.А. и др. Химические свойства неорганических веществ: Учеб. пособие для вузов.
Alüminium oksid
Alüminium oksid, Al2 O3 — alüminium və oksigenin kimyəvi birləşməsidir. Bir neçə alüminium oksid arasında ən çox rast gəlinən alüminium (III) oksid təyin edilmişdir. Ümumiyyətlə, alümina adlanır və ayrıca müəyyən forma və ya tətbiqlərə görə aloksid, aloksit və ya alundum da adlandırıla bilər. Təbii olaraq kristal polimorf fazasında α-Al2O3 mineral korund kimi meydana gəlir ki, bu da qiymətli daşlar yaqut və safirdir. Al2O3, sərtliyi sayəsində aşındırıcı və yüksək ərimə nöqtəsi sayəsində odadavamlı bir material olaraq alüminium metalının istehsalında əhəmiyyətlidir. == Təbiətdə == Korund alüminium oksidin ən çox yayılmış təbii olaraq meydana gələn kristalformasıdır. Yaqut və sapfir korundun qiymətli keyfiyyətli formalarıdır. Yaqutlara xarakterik tünd qırmızı rəng və lazer keyfiyyəti xrom izləri ilə verilir. Safirlər dəmir və titan kimi fərqli rənglərdə olur. Son dərəcə nadir bir δ forması, deltalumit mineralı kimi meydana gəlir.
Alüminium xlorid
Alüminium xlorid – alüminium duzu və xlorid turşusu. Kimyəvi formulu — AlCl3. == Xassəsi == Adi temperaturada 183°C-də uçur (təzyiq altında 192,6 °C-də əriyir). Suda yaxşı həll olur (25 °C temperaturda 100 qr H2O-da 44,38 qr); nəm havada hidroliz nəticəsində tüstülənməyə başlayır və HCl ayrılır. Sulu məhluldan sarımtıl-ağ rəngdə kristalohidrat — AlCl3• 6H2O formasında məhlulda asılı şəkildə üzən kristal ayrılır. Bir sıra üzvi birləşmələrdə yaxşı həll olur (məsələn, 25 °C temperaturda 100 qr etanolda 100 qr, asetonda, dixloretanda, etilenqlikolda, nitrobenzolda, karbondördxloriddə və s.). == Alınması == Alüminium xloridin sənayedə alınmasının ən əhəmiyyətli üsulu — Cl2 və CO qarışığının şaxta sobalarında susuzlaşdırılmış kaolin və ya boksitə təsirinə əsaslanır: AI2O3 + 3CO + 3Cl2 ↔ 2AICI3+3CO2 • 6H2O3 900 °C temperaturda bor üçxlorid və alüminium fosfid qarışığından bor fosfid və alüminium xlorid alınır: BCI3 + AIP → BP + AICI3 Alüminium xloridin digər alınma üsulları da mövcuddur: AI + FeCI3 → AICI3 + Fe AI (OH)3 + 3HCI → AICI3 + 3H2O CuCI2 + AI → 2AICI3 + 2Cu AI + 6HCI → AICI3 + 3H2 == Tətbiqi == Susuz alüminium xlorid bir sıra qeyri üzvi (məsələn, NH3, H2S, SO2) və üzvi (məsələn, turşuların xloranhidridləri, efirlər və s.) maddələrlə birləşmə məhsullarını əmələ gətirir. Bu da AlCl3 neft emalında və üzvi sintezlərdə (məsələn Fridel – Krafts reaksiyasında) katalizator kimi texniki tətbiqinin mühüm əhəmiyyət kəsb etdiyini gəstərir. Heksahidrat və onun məhlulları qrunt sularının təmizlənməsi, ağac emalı və digər sahələrdə istifadə olunur. == Toksikliyi == Alüminium xlorid orqanizmə daxil olduqda çox toksikdir, həm də korroziya aktivliyinə malikdir.
Polad
Polad — tərkibində karbonun miqdarı 2,14%-dən az olan dəmirdən ibarət bütün metallik legirlərə deyilir. İnsanlar poladla çox qədim təcrübəyə malikdirlər. Yüksək keyfiyyətə malik polad texnikanın tərkib hissəsinə çevrilmişdir. Karbon və dəmir uzun müddət ağır sənayenin sütununu təşkil edirdi və siyasətdə böyük rol oynayırdı. Hal-hazırda maşın, nəqliyyat və bir çox başqa texniki hissələrin hazırlanmasını poladsız təsəvvür etmək mümkün deyil. Poladlar iki hissəyə bölünürlər: alət və konstruksiya poladları. Kimyəvi tərkibinə görə də poladlar təsnifatlaşdırılıb: karbonlu və legirli poladlar. Karbonun və legirləyici elementin səviyyəsindən asılı olaraq poladlar bölünürlər: Aşağı karbonlu Orta karbonlu Yüksək karbonlu Aşağı legirli Orta legirli Yüksək legirli Strukturlarında da fərq qoyulmaqdadır. Poladda austenit, ferrit, martensit, beytinit və perlit kimi struktur təşkilediciləri mövcuddur. Əgər strukturda 2 və daha çox faza vardırsa, onda belə poladlar çoxfazalı adlanırlar.
Alüminium-kalium sulfat
Alüminium-kalium sulfat — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən. == Xassələri == Rəng – ağ, rəngsiz; Mineralın cizgisinin rəngi – ağ; Parıltı – şüşə; Şəffaflıq – yarımşəffaf; Sıxlıq – 1,76; S – 2; Ayrılma – {111}üzrə qeyri-mükəmməl; Sınıqlar – qabıqvari; Başqa xassələr – dadı kəmşirindir, ağız büzüşdürücüdür, suda yaxşı həll olur (151 q/l 20°C-də); Morfologiya – kristallar: nadir rast gəlir; oktaedrik, nisbətən az – heksaedrik; Mineral aqreqatları: torpaqvari və sıx kütlələr, qabıqlar, qaysaqlar. == Mənşəyi və yayılması == Arid vilayətlər üçün tipik olan ekzogen əmələgəlmə kimi göl sularının buxarlanması zamanı kristallaşır. Sulfid yataqlarının oksidləşmə zonasında da əmələ gəlir. Birlikdə rast gəldiyi minerallar: başqa sulfatlar, müxtəlif karbonatlar və s. Mineralın tapıldığı yerlər: Qara-Qum (Türkmənistan); Şorsu (Özbəkistan); Şimali Qafqaz; Dağıstan; Tambov və Ulyanovsk yaxınlığında (Rusiya); Katmay (ABŞ) və b. Azərbaycanda Böyük Qafqazın Cənub yamacının pirit saxlayan gil şistlərində yerləşən bir sıra kiçik zəy təzahürləri məlumdur. Bundan başqa bir sıra filiz yataqlarının və təzahürlərinin (Filizçay, Çıraqdərə, Gədəbəy, Bülüldüz və b.) oksidləşmə zonalarında, Kəlbəcər rayonun və Naxçıvan MR-nın bəzi yerlərində aşkar edilmişdir. == Tətbiqi == Dəriaşılama işlərində, boyaq, kağız istehsalında, təbabətdə və b.
Sumqayıt Alüminium Zavodu
Sumqayıt Alüminium Zavodu (sovet vaxtı "Azərbaycan Kommunist Partiyasının 60 illiyi adına Sumqayıt Alüminium Zavodu" adlandırılmışdır) — Azərbaycan əlvan metallurgiya sənayesinin ilk və ən böyük müəssisəsi. == Tarixi == Sumqayıt Alüminium Zavodunun tikintisinə 1949-cu ildə (əsas təyinatını müəyyən edən istehsal sexlərinin — elektroliz sexinin və civədüzləndirici yarımstansiyanın tikintisinə 1952-ci ildə) başlanmış, 1955-ci il martın 8-də ilk əlvan metal külçə — ilkin alüminium alınmışdır. 1959-1960-cı illərdə ikinci seriyasının korpusları tikilmiş, 1964-cü ildə elektroliz sexinin alüminium məftil istehsal edən şöbəsi, 1968-ci ildə məişət soyuducuları üçün buxarlandırıcı istehsal edən sexi, 1974-cü ildə alüminium və latun metallardan qab-qacaq istehsal edən sexi, 1976-cı ildə təkrar alüminium külçəsi istehsal edən sexi, 1977-ci ildə həmin sexin metal tullantılarından latun və mis külçələri istehsal edən şöbəsi işə düşmüşdür. Külçə formasında müxtəlif markalı ilkin alüminium, yastı külçələr və məftillər, külçə və silindrik formada geniş çeşiddə alüminium ərintiləri, məişət soyuducuları üçün müxtəlif markada və ölçüdə alüminium buxarlandırıcıları, məişətdə işlədilən istehlak malları, təkrar əlvan metal tullantılarından istehsal olunan bir neçə markada alüminium və latun külçələri və s. istehsal edir. 1983-cü ildə 13 növ məhsulu, yaxud bütün məhsulun 75,5 %-i Dövlət keyfiyyət nişanı ilə buraxılmışdır. 1970-1983-cü illərdə istehsal həcmi iki dəfədən çox artmışdır. Məhsulları xarici ölkələrə də ixrac olunur. == Mənbə == Сумгајыт Алүминиум Заводу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. IX ҹилд: Спутник—Фронтон.
Ebru Polad
Ebru Polad (türk. Ebru Polat; d. 1 iyun 1983, İzmir, Türkiyə) — Türkiyə musiqiçisi.
Mehmed Polad
Mehmet Polat (türk. Mehmet Polat) — Türkiyə aktyoru. == Həyatı == Mehmet Polad 1970-ci il yanvarın 14-də Diyarbakırda anadan olub. 1982-ci ildə konservatoriyanı bitirib. "Beləmi olacaqdı" (türk. Böylemi olucaktı) adlı serialda debüt edib. Sonra "Qurdlar vadisi", "Acı həyat" kimi seriallara çəkilib.
Perlit (polad)
Perlit austenitdən yaranan evtektoid, metastabil dəmir-karbon legirinin tərkibidir. Austenitin bu evtektoid parçalanması 723 °C baş verir. Perlit alfa kristalları (ferrit) və dəmirkarbidindən Fe3C (sementit) ibarətdir. Evtektoid konsentrasiyası 0,8%-ə bərabərdir. Perlit tərkibli strukturunda sementid lay şəklində olur (şəkil 1). Yumşaltma əməliyyatı nəticəsində lay şəklində olan pelit kürə forması alır (şəkil 2). Bu halda perlittdəki sementid kifayət qədər stabilliyə malik olur ki, o qrafit+perlitə çevrilə bilməyir. Strukturu stabilləşdirmək üçün 1%-də artıq olaraq manqan tərkibli sorbit götürülür. Sorbit də Troosit kimi incə laylı struktura malik pelitdir. Onun laylı strukturu yalnız həddən çox böyütdükdə nəzərə çarpır.
Polad (ad)
Polad — Kişi adı. Polad Bülbüloğlu — Azərbaycan bəstəkarı və müğənnisi. Polad Siracov — Quantanamo həbs düşərgəsində cəza çəkmiş yeganə Azərbaycan vətəndaşı. Polad Həşimov — Azərbaycanın Milli Qəhrəmanı. Ebru Polad — Türkiyə musiqiçisi.
Polad (dəqiqləşdirmə)
Polad — metal. Polad Ayrım — kənd. Polad (opera) — opera.
Polad Bülbüloğlu
Polad Bülbüloğlu (doğum adı: Polad Murtuza oğlu Məmmədov; 4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın sabiq mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006–h. h.), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi. == Həyatı == Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinfi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və.s əsərlərin müəllifidir. 1973-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1982-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarını alıb. 1987-ci ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu Müqəddəs Knyaz Nevski mükafatına layiq görülüb. Səfir bu mükafata Rusiyanın Regionlararası İctimai Fondu tərəfindən layiq görülüb.
Polad Bəylərov
Polad Bəylərov (1970, Alxaslı, Laçın rayonu – 31 iyul 1992, Laçın rayonu) — Qarabağ müharibəsi şəhidi. Polad Bəylərov 1970-ci ildə Laçın rayonun Alxaslı kəndində anadan olub. Alxaslı kənd orta məktəbini bitirib. Sovet ordusu sıralarında xidmətini başa vurub vətənə dönəndə artıq Qarabağ müharibəsi başlamışdı və Polad könüllü olaraq Milli Ordu sıralarına qatılaraq düşmənə qarşı igidliklə vuruşub. 1992-ci ilin iyul ayının 31-də Laçın uğrunda gedən döyüşdə şəhid olub. 1993-cü ildən Laçın rayon Alxası kənd orta məktəbi Polad Bəylərovun adını daşıyır. Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.
Polad Fətəliyev
Polad Həşimov
Polad Həşimov (2 yanvar 1975, Vəndam, Qutqaşen rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru; Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Komandir müavini — Qərargah rəisi (2017–2020). 2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur. Polad Həşimovun iyul ayında şəhid olması, sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynamışdır. Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrda Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olmuşdu. == Həyatı == Polad Həşimov 1975-ci il yanvarın 2-də Qutqaşen rayonunun (hal-hazırda Qəbələ rayonu) Vəndam qəsəbəsində anadan olmuşdur. Atası — İsrayıl Həşimov metallurq idi və Sumqayıt şəhərinin Alüminium zavodunda əvvəlcə mühəndis, sonra isə növbə rəisi və sex rəisi vəzifələrində işləmişdir. O, 2005-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Anası — Səmayə Həşimova isə həmin zavodda sıravi işçi olaraq işləmişdir. Polad Həşimovun babası 2-ci Dünya müharibəsinin veteranı olub və məhz o, nəvəsinə Polad adını qoymuşdur.
Polad Qasımov
Polad Qasımov (1942, Ataxal, Gədəbəy rayonu – 19 fevral 2017, Bakı) — 1995–2017-ci illərdə "Kirpi" jurnalının baş redaktoru. == Haqqında == 11 fevral 1942-ci ildə Gədəbəy rayonunun Ataxal kəndində anadan olmuşdur. Sergey Mironoviç Kirov adına Azərbaycan Dövlət Universtitetinin Jurnalistika fakultəsini və Bakı Ali Partiya məktəbini bitirmişdir. 1960-cı illərdən jurnalistika fəaliyyətinə başlamışdır. Azərbaycan pioneri qəzetində, Kommunist qəzetində, Abşeron qəzetində çalışmışdır. 1983-cü ildən Kirpi satira-yumor jurnalında məsul katib və baş redaktorun müavini vəzifələrində çalışmışdır. 1995-ci ildən 2017-ci ilədək Kirpi jurnalının baş redaktoru olmuşdur. Azərbaycan Respublikası Əməkdar Mədəniyyət İşçisi və Əməkdar jurnalist fəxri adlarına layiq görülmüşdür. " Qızıl qələm " , Ə.Haqverdiyev adına " Satira ustası" , " Araz " ali media mükafatları laureatıdır. " Dəvənin quyruğu " , " Narıncı köynək " , " Kreslo günahı " kimi kitabların və bir sıra elmi məqalələrin, oçerk və felyetonların müəllifidir.
Polad Siracov
Polad Sabir oğlu Siracov — Quantanamo həbs düşərgəsində cəza çəkmiş yeganə Azərbaycan vətəndaşı. Yerli Azərbaycan mətbuatı tərəfindən Üsamə bin Ladenin şəxsi türkcə-ərəbcə tərcüməçisi olduğu bildirilən şəxs. == Bioqrafiyası == 1975-ci ildə Bakı şəhərində anadan olan Polad Sabir oğlu Siracov 1992-ci ildə Türkiyənin Kayseri şəhərində yerləşən Ərciyəs Universitetinin iqtisadiyyat fakültəsinə daxil olmuş, lakin iki il təhsil aldıqdan sonra universiteti yarımçıq tərk etmişdir. Universiteti yarımçıq buraxdıqdan bir müddət sonra təxminən 10 gün müddətində Türk tikinti şirkətlərinin birində tərcüməçi kimi işləyən Siracov daha sonra Rusiyaya gedərək 1994-1996-ci illər aralığında Moskva şəhərində tərcüməçilik, dülgərlik, paltar alveri ilə məşğul olmuşdur. Daha sonra Bakıya qayıdan Polad Siracov 1997-ci ildə İntersun zavodunda bir müddət işlədikdən sonra 1998-ci ildə hərbi xidmətə yola düşmüş 2000-ci ildə isə hərbi xidmətini (Qarabağ ətrafında) başa vurmuşdur. === Digər adları === Abdullah əl-Qafqazi Poolad T. Tsiradzho (20 aprel 2006-ci il tarixindən etibarən sənədlərində bu cür yazılır) Abd əl Zaher == Əfqanıstan səfəri == 2001-ci ilin fevral ayında evdən çıxaraq İran yoluyla Əfqanıstanın Herat şəhərinə yollanan Siracov Heratda Taliban rəsmisinin yönləndirməsiylə Qəndəhar şəhərində Abdul Kərim adlı şəxsin evində bir müddət qonaq qalmışdır. Qısa bir müddət sonra isə Xocaəhərdə yerli Taliban üzvləriylə görüşən Siracov 500-1000 etnik pakistanlı, eyni zamanda əfqan, özbəklərin də üstünlük təşkil etdiyi Əyyub Sultanın komandanlığı altında olan dəstəyə qoşulmuşdur. Bundan sonra isə Siracova AKM-7.62 avtomatı verilmişdir. == Həbs edilməsi == 2001-ci ilin sentyabr ayında NATO artirelliya qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində yaralanan Siracov döyüş bölgəsini Künduz şəhərinə doğru dəyişmiş, 2001-ci ilin noyabr ayında isə Məzari-Şərif yaxınlığında NATO qüvvələrinin mühasirəsinə düşmüş və ələ keçirilmişdir. Ələ keçirildikdən sonra Siracov Məzari-Şərifdəki Qala-i Cəngi həbsxanasına gətirilmiş, gətirildiyi günün sabahısı (25 noyabr 2001-ci il) baş vermiş üsyandan sağçıxanlar arasında olmuşdur.
Polad paktı
Müttəfiqlik və dostluq haqqında Almaniya-İtaliya müqaviləsi (imzalama tarixi — 22 may 1939-cu il, imzalanma yeri — Berlin; digər adı «Polad paktı»; müqavilənin digər adı Almaniya və İtaliya, Hitler və Mussolini arasında qırılmaz dostluğu göstərmək üçün idi) - Müqavilənin rəsmi sənədlərinə sözügedən dövlətlərin xarici işlər nazirləri imza atmışdır. Almaniyadan bu şəxs Yoaxim fon Ribbentrop, İtaliyadan isə Qaleaçço Çiano olmuşdur. Bu müqavilə həmçinin "Anti-Komintern Paktı"nın müddəalarını təsdiq edirdi. Pakta əsasən sözügedən iki dövlət öz aralarında öhdəlik qəbul edirdilər ki, əgər müttəfiqlərdən birinə hansısa üçüncü dövlət hərbi müdaxilə etsə onda digər müttəfiq dərhal ona yardım edəcək. Müqavilədə bu iki dövlət arasında iqtisadi və hərbi əlaqələrin genişləndirilməsi də nəzərdə tutulmuşdu. Bu müqavilə İkinci dünya müharibəsinin başlanması ərəfəsində Almaniya və İtaliya arasında əsas müttəfiqlik sənədi kimi nəzərdə tutulmuşdur.
Polad xan
Polad xan — Şadıbəy xanın kiçik qardaşı və ya oğlu idi. Edigey tərəfindən taxta çıxarılmışdı. Onun dövründə Teymurilərlə əlaqələr yumşaldıldı. Uluqbəyin Mavəraünnəhr hakimi olması xüsusi təbrik edilmişdi. Polad xan 1410-cu ildə vəfat etdi.
Polad Şirinov
Sentyabr döyüşlərində şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları — aşağıda 2022-ci ilin 12–15 sentyabr tarixlərində Ermənistan-Azərbaycan sərhədində Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş vermiş silahlı toqquşma zamanı həyatını itirən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu barədə məlumat verilmişdir. Silahlı toqquşma zamanı Quru Qoşunlarının 33 hərbi qulluqçusu, Xüsusi Təyinatlı Qüvvələrin 24 hərbi qulluqçusu, Komando Briqadalarının 14 hərbi qulluqçusu və Dövlət Sərhəd Xidmətinin 9 hərbi qulluqçusu şəhid olmuşdur. Hərbi qulluqçuların 79-u hərbi əməliyyatlar zamanı, 1-isə döyüşlərdən sonra müalicə aldığı hospitalda şəhid olmuşdur. Şəhid olanların 14-ü zabit, 19-u gizir, 27-si müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (çavuş və ya əsgər), 20-si isə sıravi əsgər (çağırışçı) idi. Şəhid olanların 32-si 2020-ci ildə Qarabağ müharibəsi zamanı hərbi əməliyyatlarda olmuşdu və müxtəlif orden və ya medallarla təltif edilmişdi. Azərbaycan Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixində Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzaladı. Sərəncama əsasən Sentyabr döyüşləri zamanı şəhid olan 80 hərbi qulluqçusu "Vətən uğrunda" medalı ilə təltif edildi. Həmçinin həmin şəhidlərdən 30-u "Azərbaycan Bayrağı" ordeni, 18-i 3-cü dərəcəli "Rəşadət" ordeni, 32-si isə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.
Polad Əlamdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polad Ələmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Polad (opera)
Polad — bəstəkar Ramiz Mustafayevin 1964-cü ildə şair Ənvər Əlibəylinin eyniadlı poeması əsasında yazdığı radio-opera. == Tarixçə == == Məzmun == Operada bəstəkarın yaşadığı dövrün müasir insanlarının həyatından söz açılır. Burada Polad və Dilbər həyatın müxtəlif sınaqlarından, imtahanından qalibiyyətlə çıxırlar. Və sona qədər öz məhəbbətlərinə sadiq qalırlar.
Polad Aləmdar
Əfə Yaqub Qaraxanlı (türk. Efe Yakup Karahanlı), Əli Candan (türk. Ali Candan), Polad Ələmdar (türk. Polat Alemdar) — Qurdlar Vadisi seriyasının baş personajı. Necati Şaşmaz tərəfindən canlandırılmışdır. Qurdlar Vadisinin ilk mövsümündə Arda Əsən tərəfindən səsləndirilmişdir. Arda Əsən hərbi xidmətə getdiyinə görə ikinci mövsümdən etibarən Ümid Tabak tərəfindən səsləndirilmişdir. Personaj ilk dəfə Qurdlar Vadisi teleserialının birinci bölümündə görülmüş, sonuncu dəfə Qurdlar Vadisi: Vətən filmində görülmüşdür. Bununla belə Qurdlar Vadisi: Terror, Qurdlar Vadisi: Pusqu teleseriallarında, Qurdlar Vadisi: İraq, Qurdlar Vadisi Fələstin filmlərində görülmüşdür. == Keçmişi == Polad Ələmdar Mehmet Qaraxanlı və Nərgiz Qaraxanlının öz oğludur.
Aliminium
Alüminium (Al) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 13-cü element. adı latın alumen sözündəndir – zəy (alüminium – kaliumun ikiqat sulfatı KAl(SO4)2×12H2O) adlanırdı; onlar parçaları boyayarkən rəngab kimi istifadə olunurdu. Latınca adı ehtimal ki, yunan alme – “rassol, duz məhlulu” sözündəndir. Qəribədir ki, İngiltərədə “alüminium” – aluminium, ABŞ-də isə aluminum yazılır. Alüminium ilk dəfə Danimarka fiziki Hans Ersted tərəfindən 1825–ci ildə boksitdən alınmışdır. O, gümüşü – ağ rəngli yüngül metaldır. (Sıxlığı 2,7 q/sm3 ). Korroziyaya davamlıdır, Cu, Si, Mg, Mn, Zn və Ni –lə əmələ gətirdiyi ərintilər (maqnal, duralüminium, elektron, silümin və s.) yüksək mexaniki davamlılığa malikdir. Bu səbəbdən təyyarə, avtomobil və elektrotexnika sənayesində və digər sahələrdə geniş işlənir. Alüminium sənayesi üçün əsas xammal boksitdir.
Alüminit
Alüminit — mineral, Al2[(OH)4|SO4] H2O. == Haqqında == Monoklinik. Habitus iynəvari. Aqreqat: böyrəyə bənzər, lifli, torpaqvari, yumşaq. Rəngi ağ rəngli. Parıltısı tutqun, qeyri-şəffaf. Sərtliyi 1-2,5, Xüsusi çəkisi 1,82. Sulfat məhlullarının alümosilikatlara təsirin­dən alınan məhsul. Suda həll olmur. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.