Aliminium

13 maqneziumalüminiumsilisium
B

Al

Ga
Ümumi
Ad, İşarə, Nömrə alüminium, Al, 13
Qrup, Dövr, Blok 13, 3, p
Xarici görünüşü
Atom kütləsi 26.9815386 q/mol
Elektron formulu [Ne] 3s2 3p1
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 660.32 °C
(933.47 K, 1220.58 °F)
Qaynama temperaturu 2519 °C
(2792 K, 4566 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Alüminium (Al) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 13-cü element. adı latın alumen sözündəndir – zəy (alüminium – kaliumun ikiqat sulfatı KAl(SO4)2×12H2O) adlanırdı; onlar parçaları boyayarkən rəngab kimi istifadə olunurdu. Latınca adı ehtimal ki, yunan alme – "rassol, duz məhlulu" sözündəndir. Qəribədir ki, İngiltərədə "alüminium" – aluminium, ABŞ-də isə aluminum yazılır.[1] Alüminium ilk dəfə Danimarka fiziki Hans Ersted tərəfindən 1825-ci ildə boksitdən alınmışdır. O, gümüşü – ağ rəngli yüngül metaldır. (Sıxlığı 2,7 q/sm3). Korroziyaya davamlıdır, Cu, Si, Mg, Mn, Zn və Ni –lə əmələ gətirdiyi ərintilər (maqnal, duralüminium, elektron, silümin və s.) yüksək mexaniki davamlılığa malikdir. Bu səbəbdən təyyarə, avtomobil və elektrotexnika sənayesində və digər sahələrdə geniş işlənir. Alüminium sənayesi üçün əsas xammal boksitdir.

Qısa geokimyəvi səciyyəsi və mineralogiyası

[redaktə | mənbəni redaktə et]

Alüminiumun bir izotopu vardır 27AL Klarkı 8, 05% -dir. Endogen proseslər nəticəsində alüminium qələvi nefelinlərdə, leysitlərdə və anortozitlərdə toplanır. O, habelə turş vulkanik süxurların hidrotermal metasomatizmə uğraması – alunitləşməsi nəticəsində də konsentrasiya əmələ gətirir. Alüminiumun istehsalı üçün xüsusən boksit əhəmiyyətlidir. Mineral tərkibinə görə boksitlər diaspor, bömit, hidrargillit və qarışıq (adları çəkilən iki-üç minerallardan ibarət) olur. Ellüvial yatımda onlar alüminiumlu lateritlər və ya laterit boksitləri adlanır.

Dünya ehtiyatı və yataqları

[redaktə | mənbəni redaktə et]

1980-ci ildə ilin əvvəli üçün inkişaf etmiş kapitalist ölkələrin və inkişaf etməkdə olan ölkələrin ümumi boksit ehtiyatı 21,8 mlrd t, o cümlədən müəyyən edilmiş ehtiyat 12,6 mlrd t, təşkil edilmişdir. 1979-cu ildə 71,9 mln t boksit filizi istehsal edilmişdir. İri boksit yataqlarının xeyli hissəsi inkişaf edən ölkələrin Avstraliya, Macarıstan, Qvineya, Kamerun, Braziliya, Yamayka, Hindistan, Qayana, Surinam, Yunanıstan payına düşür. ABŞ-də nefelinli siyenitlərin laterit aşınması nəticəsində əmələ gəlmiş aşağı eosen yaşlı Arkanzas yatağını göstərmək olar. Platforma tipli boksit yataqları ümumi ehtiyatın 87, 6% ni geosinklinalların boksitləri isə 12, 4% ni təşkil edir. Boksit filizlərinin ehtiyatına görə Qviney dünyada birinci yerdə durur (8, 3 mlrd. t) Burada Boks, Fria, Kindiya, Tuke, Pite-Libe və Dibola kimi boksid rayonları böyük əhəmiyyət daşıyır. Afrikada iri boksit yataqları Qaiadır (400 mln. t) Avtraliyada ümumi boksit ehtiyatı 4, 4 mlrd. tondur. Amerikada Braziliyanın boksit ehtiyatı (2, 25 mlrd t) böyükdür. Avropada ən çox boksit ehtiyatına malik olan ölkə Yunanıstandır. Burada Parnas – Kiona yatağı xüsusən əhəmiyyətlidir. Fransanın boksit yataqları Aralıq dənizinin sahili boyunca zolaq şəklində 400 km uzanır.

Alüminium sümüklərdə, ağ ciyərlərdə və beynin boz maddəsində toplanır. Yaşlandıqca baş beyində və ağ ciyərlərdə alüminiumun miqdarı artır. Alüminiumun insanın bütün orqanlarında Al3+ ionu şəklində olur. Az miqdarda alüminium insana lazımdır, artıq miqdarda olduqda isə o, zəhərli elemntdir, odur ki, sağlamlıq üçün təhlükəlidir, belə ki, alüminium ensefalopatisayı yaradır. Alüminium orqanizmə hava, heyvan və bitki mənşəli qidalarla daxil olur.

Alüminiumun daha geniş məlum olan və insan tərəfindən istifadə olunan birləşmələri aşağıdakılardır:

Al2O3 — alüminium oksid, gilli torpaq, korund, sapfir, rubin

Al2O3 . 2SiO2 — alüminium silikat, ağ gil, kaolin.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]