Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yuval Puqaç
Yuval Puqaç (15 noyabr 2001-ci ildə anadan olub) — İsraili təmsil edən qadın badmintonçu.
Ayxal
Ayxal (saxa Айхал; mənası – şöhrət) — Rusiyada, Saxa Respublikasının Mirni ulusunda şəhər tipli qəsəbə. Udaçnı şəhərindən 60 km cənubda yerləşir. 1961-ci ildə Ayxal kimberlit borusunun kəşfi ilə əlaqədar yaranmışdır. 2021-ci ildə əhalisi 13,725 nəfər olmuşdur. == Coğrafiya == Qəsəbə Soxsolox çayının sol sahilində üzərində salınmışdır. Əfsanəyə görə, buzla örtülü çayda hərəkət edən marallar suda boğularaq ölmüşdür. Müasir Ayxal iki hissəyə bölünür: yuxarı və aşağı yaşayış məntəqələri. Aşağı qəsəbə köhnə hissəsidir, taxta evlər var. Yuxarı qəsəbə beton beşmərtəbəli binalardan təşkil olunmuşdur. == Tarixi == Qəsəbənin əsası 1961-ci ildə Ayxal borusunun kəşfi ilə əlaqədar Amakinskaya geoloji-kəşfiyyat ekspedisiyasının geoloqları tərəfindən qoyulmuşdur.
Buxar
Buxar və ya buğ — fizika, kimya və mühəndislikdə buxarlaşmış suyu ifadə edir. 100 dərəcə ətrafındakı istilikdə və standart atmosferik təzyiqdə buxar, safdır, şəffaf qaz halındadır və maye haldakı sudan 1600 qat daha həcimlidir. Buxar suyun qaynama nöqtəsindən daha istidir. Daha yüksək temperaturlardakı buxara qızdırlmış buxar deyilir. Maye haldakı su, çox isti maye bir maddə ilə təmas etdiyində (məsələn lava və ya ərimiş metal), çox tez olaraq buxar halına gələ bilər. Buna buxar partlaması deylir. Bu partlayış xüsusilə bağlı sahələrdə ani təzyiq dəyişikliyi səbəbiylə, son dərəcə böyük ziyanlara səbəb ola bilər. Buxar maşınında buxar vasitəsilə turbin və ya porşenin hərəkətini təmin etmək mümkün olur. Digər sənaye proseslərində buxar borular vasitəsilə yığdığı enerjini istilik transferi ilə köçürür. Buxardakı yığılmış təzyiqin səbəbi suyun yüksək buxarlanma istiliyidir.
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
Mural
Panno (fr. panneau, lat. pannus sözündən — "parça") — divarın və ya tavanın (plafon) tam və ya qismən örtülməsi üçün nəzərdə tutulmuş dekorativ xarakterli rəsm əsəri, yaxud barelyef, yonma, yapma və ya keramik kompozisiya. Bayır divarlarda freska texnikası ilə rəngli plitələrdən hazırlanmış pannoları bəzən mural adlandırırlar.
Muxas
Muxas — Azərbaycan Respublikasının Oğuz rayonunun Muxas kənd inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Oğuz rayonunun Muxas kəndi Bucaq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Muxas kənd inzibati ərazi vahidi yaradılmışdır. Türkdilli tayfaların toponimiyasında Mux çay adlarında "az sulu", "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Türkdilli xalqların toponimiyasında mux çay adlarında çayın “az sulu”, "quru" olmasını bildirir, dağ adlarında isə "dar, keçilməz, aşırımı olmayan, yarğanlı" mənalarını ifadə edir, -as/az toponimiyada bir çox çay adlarının sonluğunda işlənir. Keçmişdə Muxas Bucaqlı da adlanmışdır. Kəndin ərazisində memarlıq abidələrindən məşhur Muxas qülləsi (IX əsr) var. Kənd Rayon mərkəzindən 16 km qərbdə, Daşağılçayın sol sahilində, Oğuz-Şəki şose yolundan 3 km sağda, Baş Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Kəndin əhalisi 1354 nəfərdir (01 yanvar 2013-cü il). Kənd əhalisi heyvandarlıq, bağçılıq, taxılçılıq və tərəvəzçiliklə məşğul olur. Kənddə tam orta məktəb, körpələr evi-uşaq bağçası, Diyarşünaslıq evi, kitabxana, poçt, 175 yerlik elektron ATS, feldşer-mama məntəqəsi, ticarət, iaşə və məişət xidməti obyektləri var.
Muxax
Muxax — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Kənd 13 obadan ibarətdir. Kənddə 3 orta məktəb, 2 əsas məktəb, 1 xəstəxana, mədəniyyət evi, uşaq bağçası, məscid binası, futbol meydançası, poçt, 1408 nömrəlik ATS vardir. Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbristanlıq. Muxax kəndi, rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub-şərqdən Zəyəm, cənubdan isə Çobankol, Qımır, Bazar, Əliabad kəndləri ilə həmsərhəddir. Kəndin ərazisi 3230 hektardir. Əhalisi təqribən 9000 nəfər, əsasən azərbaycanlılar və saxurlardan, dini mənsubiyyətləri İslamdır. Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Muxax Bələdiyyəsi tərəfindən idarə olunur. Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Pixar
Pixar Animasiya Studiyaları — Walt Disney şirkətinə məxsus animasiya istehsalı şirkətidir. Şirkət bu günə kimi 16 Oskar, 7 Qızıl qlobus, 11 Qremmi mükafatı qazanmışdır. Pixar əvvəl Star Wars filminin yaradıcısı Corc Lukasın 1979 da qurduğu Lucasfilmin kompüter qrafikası qrupunda idi. Bu qrup başqa filmlərin vizual effektlərini hazırlayırdı və animasiya mövzusunda mütəxəssis idi. 1986-cı ildə Corc Lukas Kompüter qrafikası bölümünü satışa çıxarır . Stiv Cobs şirkəti almaq üçün təklif göndərsə də ilk öncə təklifi rədd edilir. Daha sonra heç bir şirkət istənilən məbləği ödəmədiyi üçün 1986-cı ildə 10 milyon dollara (nəzərdə tutulan məbləğin üçdə biri) Stiv Cobsa satılır və Pixar adı altında fəaliyyətə başlayır. Stiv Cobs şirkəti ilk aldıqda şirkət işçilərinin fikrində dünyanın ilk animasiya filmini hazırlamaq vardı amma həm Stiv Cobs həm də işçilər bu işin mümkün olmadığının fərqində idilər. Buna görə də Pixarın etdiyi ilk iş böyük və super güclü bir kompüter hazırlamaq oldu. Kompüterin qiyməti 135.000 $ idi və kompüteri qurmaq üçün də əlavə 35.000 $ lazım olurdu.
Pulay
Pulay — belə taxılan erzyan xalq qadın geyimi elementi. Ənənəvi erzyan xalq qadın geyimi Mordoviyanın bir çox kəndində və respublikadan kənarda erzyanların məskunlaşdığı ərazilərdə qorunub saxlanılmışdır. Müasir dövrdə tətillər və əhəmiyyətli hadisələr münasibətilə geyilir. Bu günə çatan kostyumlar anadan qızlara ötürülür. Qadın kostyumu adətən ağ parçadan tikilirdi və pulay adlı kəmərlə bağlanmış uzun ağ köynəkdən ibarət idi. Etəyi qolsuz kaftan tipində yaxalı qırmızı və ya mavi döşlük tamamlayırdı. Kostyuma adətən balıqqulağından istifadə edilərək naxış verilirdi. Eyni zamanda, pulay erzyan qızının ayrılmaz bir hissəsi idi. Qız onu yeniyetməlikdəykən geyinməyə başlayırdı və qocalığa qədər geyinırdı. Pulay toxunmuş kəmər-mütəkkədir, onu adətən at saçından və yunundan istehsal edirlər, onun çəkisi üç kiloqramdan beş kiloqrama qədər dəyişə bilər.
Puxov
Puxov (slovak. Púchov, alm. Puchau‎, mac. Puhó) — Slovakiyanın şimali-qərbində, Trençin bölgəsində sənaye şəhəri. Əhalisi 19 200 nəfərdir (2002-ci il). Şəhər Vaq çayının sahilində, Bəyaz Karpat dağ massivinin və Sulövske-Vrhinin yamaclarının cənubunda yerləşir. Puxov yeddi inzibati bölgəyə bölünür: Horné Kočkovce (1926-cı ildə daxil edilmişdi) Hoštiná (1979-cu ildə daxil edilmişdi) Hrabovka (1944-cü ildə daxil edilmişdi) Ihrište 600 nəfər (1979-cu ildə daxil edilmişdi) Nosice (1973-cü ildə daxil edilmişdi) Puxov (Şəhər) Vieska - Bezdedov (1960-cı ildə daxil edilmişdi) Slovaklar - 97,38 % Çexlər - 1,32 % Qaraçılar - 0,22 % Polyaklar - 0,08 % Macarlar - 0,05 % digərləri roma-katolikləri - 71,37 % yevangelik kilsəsi v.d.
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
İdxal
İdxal (en. import ~ ru. импорт ~ tr. ithal)– (lat. importo - daxil edirəm) görünən, görünməyən və kapitalın importu adlanan üç böyük kateqoriyaya ayrılır. Görünən import real əmtəələrin hərəkəti kimi xaricdən alınan məhsulların ölkəyə gətirilməsi və daxili bazarda satılmasını ifadə edir. Görünməyən import isə xidmətlər sferasında ehtiva olunur. Buraya konkret olaraq ölkə vətəndaşlarına xarici kompaniyaların xidmətlər göstərməsi, xarici banklara pul qoyuluşları, xarici firmalardan alınan turist yollanışlarının alınması və digər müvafiq təyinatlı xidmətlər aiddir. Kapital importuna isə xarici investorların milli müəssisələrin səhmdarlarına çevrilməsi, onların müvafiq istiqamətli müxtəlif layihələrdə investisiya qoyuluşları ilə çıxış etmələri şamil olunur. Bütün import kateqoriyaları eksportla birlikdə ölkənin tədiyyə balansını təşkil edirlər.
Pusan
Pusan (kor. 부산, 釜山) günümüzdə rəsmi olaraq Pusan Metropolitan şəhəri kimi tanınır və Cənubi Koreyanın Seuldan sonra ən çox əhalisi olan ikinci şəhəri və həmçinin, Cənubi-Şərqi Koreyanın iqtisadi, mədəni və təhsil mərkəzidir. Pusan limanı Koreyanın ən işlək və eyni zamanda dünyanın ən işlək 10-limanları sırasındadır. Honshu və Kyushunun Yapon adalarından təxminən 190 km məsafədə yerləşir. Ətrafdakı şəhərlər (Ulsan və Cənubi Kyonsan daxil olmaqla) "Cənubişərqi İqtisadi Coğrafiyasında" Cənubi Koreyanın ən böyük sənaye şəhəridir. Pusan idari cəhətdən 15 əsas hissəyə bölünmüş və əhalisi təxminən 3.6 milyona yaxındır. Pusan idarəsində olan Kimxe və Yansanla birlikdə əhalisi 4,6 milyondur. Şəhərin ən sıx yaşayış sahələri Nakton çay (Cənubi Koreyanın ən uzun çayıdır eyni zamanda) və Suyon çayları arasındakı dağlarla ayrılmış vadilərdə yerləşir. == Tarixi == Hal-hazırkı Pusan şəhəri 2-4-cı əsrlərdə Jinhan Konfederasiyasının başçılığı altında qeydə alınıb. Şilla tərəfindən udulmuş və bölgə kimi təşkil edilmişdir.
Hacı Muxan
Hacı Muxan — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indi Kəvər (Kamo) rayonunda kənd. == Tarixi == Kəndin ilk adı Hacı Mumuxan olmuşdur. Toponimi ikinci komponentinin ilk hecası ("mu") ixtisar edilmiş və mənbələrdə Hacı Muxan kimi qeyd edilmişdir. Rayon mərkəzindən 16 km cənub-şərqdə, Göyçə gölünün sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. == Toponimi == Toponim Hacı Mumuxan (Hacı Muxan) şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1924-cü ildə dəyişdirilib Muxan qoyulmuşdur. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 25.l.1978-ci il fərmanı ilə yenidən dəyişdirilərək kənd Dzovazard adlandırılmışdır.1935-ci ildə kənd Muğan, 1978-ci ildə ermənicə Tsovaqard adlandırılmışdır.
Kamal Sunal
Əli Kamal Sunal (11 noyabr 1944, İstanbul – 3 iyul 2000, İstanbul ) — Türkiyənin məşhur teatr və kino aktyoru. Komediya janrında filmləri ilə məşhur olmuşdur. Xalq arasında əsasən Şaban adı ilə tanınır. Yaradıcılıq fəaliyyəti dövründə 82 filmdə oynamışdır. == Şəxsiyyəti == Sənətkar öz profilinin, oynadığı obrazlara görə fərqli olduğunu bu sözlərlə bildirir: == Həyatı == Əli Kamal Sunal 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olmuşdur. Türk teatr oyunçusu, komediya oyunçusu, film sənətkarı və yazıçı. Türk film sənətinin böyük komediya oyunçusu və film oyunçularından biri olaraq qəbul edilən Kamal Sunal, oynadığı rollarla türk film sənətinə yeni bir canlanma gətirdi. Oynadığı filmlərdə əsasən, saf, şanslı, təmiz qəlbli xarekterləri canlandırmışdır. Filmlərinin çəkilişindən illər sonra belə böyük bir maraqla izlənmişdir. == Gənclik illəri == İstanbul Kiçikbazar səmtində doğulan aktyorun atası Mustafa Sunal, anası Səimə Sunaldır.
Karles Puyol
Karles Puyol Saforkada 1978-ci il aprelin 13-də dünyaya göz açmışdır. Karles Puyol öz dövrünün ən yaxşı müdafiəçilərindən biri kimi hesab edilir. == Klub karyerası == Karles Puyol futbol karyerasına doğulduğu bölgənin La Pobla de Sequr adlı klubunda qapıçı olaraq başlamışdır. Lakin, çiynindəki zədə ilə bağlı olaraq sonradan hücumçu kimi çıxış etməyə başladı. 1995-ci ildə o Barselona'nın gənclərdən ibarət komandasına qoşuldu və orada müdafiəyə meylli yarımmüdafiəçi mövqeyində çıxış edirdi. 1997-ci ildə Barselona B-də çıxış etməyə başladı və burada o sağ cinah müdafiəçisi mövqeyində oynayırdı. 1999-cu ildə Barselona'nın baş məşqçisi onu əsas komandaya gətirdi. Puyol əsas komandada debütünü 1999-cu il oktyabrın 2 Real Valyadolid'ə qarşı oyunda edib. Daha sonralar o müdafiənin mərkəzində də çıxış edirdi. 2002-ci ildə o UEFA tərəfindən "Avropanın ən yaxşı sağ cinah müdafiəçisi" mükafatına layiq görüldü.
Kuxalı (Azərşəhr)
Kuxalı (fars. كوخالو‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 203 nəfər yaşayır (45 ailə).
Kuxalı (Bostanabad)
Kuxalı (fars. كوخالو‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 39 nəfər yaşayır (9 ailə).
Kuxan (Qoşaçay)
Kuxan (fars. كوخان‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 806 nəfər yaşayır (158 ailə).
Mixal Jimerski
Mixal Jimerski (pol. Michał Żymierski [ˈmixaw ˈrɔla ʐɨˈmjɛrskʲi]; 4 sentyabr 1890[…], Krakov, Sisleytaniya – 15 oktyabr 1989[…], Varşava) — Polşanın yüksək vəzifəli Kommunist Partiyasının lideri, kommunist hərbi komandiri və NKVD-nin gizli agenti idi. İosif Stalin tərəfindən Polşanın Marşalı təyin edilmişdir və 1945-ci ildən vəfat edənə qədər bu vəzifədə xidmət etmişdir. 1981-ci ildə Polşada Döyüş Qanununun tətbiq edilməsini dəstəkləmişdir. Rola-iersymierski, Avstriya dövlətinin nəzarəti altında Krakovda anadan olub. 20 yaşında, 1910-cu ildə Jagiellonian Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Lakin bir il sonra ali məktəbi tərk edib. Qardaşı Krakovda geniş yayılmış bir soyğunçular tərəfindən qətlə yetirildikdən sonra etdikdən Żymierski adlandırmağa başlamışdır. 1914-cü ildə Birinci Dünya Müharibəsi başlayanda Polşa Legionlarına qoşulub və Avstriya-Macarıstan Şərq Cəbhəsinin bir çox vacib döyüş bölgəsində vuruşub. 1917-ci il Avstriya-Macarıstan ordusunu tərk edərək, Krakova gedib.
Mixal Kadleç
Mixal Kadleç(13 dekabr 1984, Çexiya) — çex futbolçu. Hal-hazırda çex klubu 1. FC Slovácko-da oynayır. Bir vaxtlar Fənərbaxça PFK-nın formasını geyinib.
Mixal Şpak
Mixal Şpak (pol. Michał Szpak; d. 26 noyabr 1990, Yaslo, Polşa) — Polşa müğənnisi və bəstəkarı. O, Polşanın X Factor musiqi yarışmasında iştirakından sonra şöhrət qazanmışdır. Mixal Şpak Polşanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Mixal Şpak 26 noyabr 1990-cı ildə Polşanın Yaslo şəhərində anadan olmuşdur. Onun iki bacısı və bir qardaşı var. İfaçının söylədiyinə görə onu musiqiyə ilhamlandıran Queen, Muse, Devid Boui və Maykl Cekson olmuşdur. Şpak məktəb vaxtlarında dostu Kamil Çapla ilə birlikdə Whiplash adlı hard rok qrupunun tərkibində çıxış etmişdir. O, hal-hazırda Varşavada yaşayır və universitetdə psixologiya üzrə təhsil alır.
Zuxul
Zuxul — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Zuxul oyk., sadə. Qusar r-nunun Yuxan Qelenxur i.ə.v.-də kənd. Baş Qafqaz silsiləsinin ətəyindədir. 1821-ci ilə aid sənəddə kəndin adı Suxul formasında qeyd olunmuşdur. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 414 nəfər əhali yaşayır.
Muhammed Popal
Məhəmməd Popəl Muqim oğlu — Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Qarabağ müharibəsi iştirakçısı. Məhəmməd Popəl 1967-ci ildə Əfqanıstanın paytaxtı Kabul şəhərində doğulub. Ali təhsillidir. Kabulda Kimya Biologiya İnstitutunu, eləcə də Pakistanda Politologiya İnstitutunu bitirib. 1993-cü ildə könüllü olaraq Qarabağda döyüşmək üçün Azərbaycana gəlib. 1994-cü ildə Azərbaycanda fəxri polkovnik rütbəsinə layiq görülüb. 2007-ci ildən təsis etdiyi Əfqanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədridir. Ailəlidir, 2 övladı var.