Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Gövşəyən
Gövşəyənlər (lat. Ruminantia) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinə aid heyvan yarımdəstəsi. Bura 6 fəsilə daxildir. Gövşəyənlər həzm sisteminin mürəkkəbliyilə fərqlənirlər.
Rövşən
Rövşən — Azərbaycanda kişilərə verilən şəxsi ad və təxəllüs. Rövşən AbdullayevRövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullaoğlu — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq.Rövşən RzayevRövşən Rzayev (milli qəhrəman) — Azərbaycanın milli qəhrəmanı. Rövşən Rzayev (siyasətçi) — Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış deputatı.Rövşən Quliyev — Azərbaycan operatoru.Rövşən AğayevRövşən Ağayev (yazıçı) — dramaturq. Rövşən Ağayev (aktyor) — aktyor, rejissor assistenti.Rövşən ƏliyevRövşən Əliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Əliyev (kriminalist) — Kriminalist, Azərbaycan Respublikası Hərbi Prokuroru (1992-1993).Rövşən Hümbətəliyev — Azərbaycanlı alim Rövşən Tağıyev (iş adamı) — Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Səfərov — Azərbaycanlı idmançı. Rövşən Əkbərov — Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant.Bu təxəllüsü olan tanınmış insanlar Ramiz Rövşən — Azərbaycan şairi. İradə Rövşən — Azərbaycanlı memar alim. Pir Rövşən — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs.
Andre Osseyn
Andre Osseyn— Əsl adı Əminulla Hüseynov (fr. André Hossein, təxəllüsü — André Gosselain; 2 fevral 1905, Səmərqənd, Rusiya Türkistanı general-qubernatorluğu – 9 avqust 1983, Paris) — Azərbaycan əsilli Fransa bəstəkarı, skiipkaçısı, aktyor Rober Osseynin atası. == Həyatı == Əminulla Hüseynov Səmərqənd azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi.O,2 fevral 1905-ci ildə anadan olmuşdu. Andre Osseyn 9 avqust 1983-cü ildə Paris şəhərində vəfat edib.
Coveyn şəhristanı
Cuveyn şəhristanı— İranın Rəzəvi Xorasan ostanınında şəhristan. Şəhristanın inzibati mərkəzi Niqab şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 49,583 nəfər və 12,982 ailədən ibarət idi.
Movsey Kalankaytuklu
Moisey Kalankatlı və ya Movses Kağankatvatsi (900, Kalankat, Uti – bilinmir) — tarixçi. Etnik mənşəyi haqqında məsələ mübahisəli olaraq qalır. == Həyatı == Moisey Kalankatlı qüdrətli alban hökmdarı Cavanşirin müasiri idi. Məhz bu dövr Qafqaz Albaniyasının siyasi və mədəni dirçəlişi dövrü sayılırdı. Hərbi istedadı, müdrik və çevik siyasəti ilə Albaniyanı öz əzəli hüdudlarında - cənubda Araz çayından, şimalda Dərbəndədək olan ərazidə birləşdirən və bərpa edən, müstəqil daxili və xarici siyasət yürüdən, alban kilsəsinin müstəqilliyini qoruyub saxlayan Cavanşir, şübhəsiz ki, xüsusi yazılı abidədə öz dövrünün inkişafını görmək arzusu ilə Moisey Kalankatlıya "Alban tarixi" kitabını sifariş verir. Həmin kitabın meydana gəlmə səbəblərindən biri də budur. == İstinadlar == == Mənbə == Moisey Kalankatuklu, "Albaniya tarixi". Mxitar Qoş, "Alban salnaməsi". Ziya Bünyadovun tərcüməsində, Bakı, Elm, 1993. Təkrar nəşr: Moisey Kalankatuklu, "Albaniya tarixi".
Pir Rövşən
Pir Rövşən (Bəyazid bin Abdillah bin Məhəmməd əl-Ənsari) — əfqan (puştu) ədəbiyyatının əsasını qoymuş şəxs. == Həyatı == Pir Rövşən adı ilə tanınmış Bəyazid Ənsari 1525-ci ildə Pəncabda, Burki tayfasına mənsub nüfuzlu ailələrdən birində dünyaya gəlmişdir. Kiçik yaşlarında ikən ailəsilə birlikdə Pakistanın Cənubi Vəziristan əyalətinə köçmüşdü. Atası burada əyalət qazısı vəzifəsində çalışmışdır. Gənc yaşlarından poeziyaya böyük maraq göstərmiş, puştu, ərəb və fars dillərində şeirlər yazmışdır. Dini təhsilə də yiyələndikdən sonra, həmin dövrdə geniş yayılmış sufi cəmiyyətlərilə maraqlanmış, sufi ədəbiyyatını dərindən öyrənmişdir. Bəyazid mövcud hakim dini düşüncə ilə qane olmayaraq, yeni fikirlər irəli sürmək qərarına gəlmişdir. Vəhdəti-vücud fəlsəfəsini öyrəndikdən sonra onun davamçısına çevrilmişdir. Bəyazid ailəsinin nüfuzu ilə qazandığı bəzi imtiyazların, əsasən də dini və elmi imtiyazların əleyhinə çıxmışdır. İnadkar xarakterli olduğundan qardaşı ilə arasında ciddi mübahisə yaranmış, atasının məsələyə qarışdıqdan sonra isə ya evdən getmək, ya da fikirlərindən əl çəkmək seçimi qarşısında qalmışdır.
Qomeyn (Miyanə)
Qomeyn (fars. گمين‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 74 nəfər yaşayır (15 ailə).
Ralf Qoveya
Ralf Qoveya (8 mart 1996) — Zambiyalı üzgüçü. Ralf Qoveya Zambiyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Ralf Qoveya birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 100 m kəpənək stildə, təsnifat mərhələsində iştirak etdi. 54.84 saniyəlik nəticəsi ilə 38-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Ramiz Rövşən
Rövşən Ramiz Məmmədəli oğlu (15 dekabr 1946, Əmircan) — şair, yazıçı, esseist, kinossenarist, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1981). Azərbaycan Respublikasının Xalq şairi (2019). == Həyatı == Ramiz Rövşən 1946-cı il dekabrın 15-də Bakının Əmircan kəndində anadan olub. Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964–1969), Moskva Ali Ssenari Kurslarını bitirib (1976–1978). Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974–1975), ssenari redaksiya heyətinin üzvü (1979–1987), kinostudiyanın baş redaktoru (1987–1992), Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru (1992–2020) işləyib. Bir neçə şeir kitabının müəllifidir. Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.
Rober Osseyn
Rober Osseyn (fr. Robert Hossein; 30 dekabr 1927[…], XII arondisman (Paris)[d] – 31 dekabr 2020[…]) — əslən azərbaycanlı olan Fransız aktyoru.Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olmuşdur. Rober Osseyn Avrasiya Akademiyasının üzvlərinin biridir.. == Həyatı == Rober Osseyn 30 dekabr 1927-ci ildə Parisdə anadan olub. Atası Andre Osseyn (Əminulla Hüseynov) Səmərqənddə doğulan İran azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Anası isə Bessarabiyanın (indiki Moldova) Soroki şəhərindən olan teatr aktrisası Anna Minevskaya idi. Milliyətcə yəhudi idi. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olmuşdur.
Robert Osseyn
Rober Osseyn (fr. Robert Hossein; 30 dekabr 1927[…], XII arondisman (Paris)[d] – 31 dekabr 2020[…]) — əslən azərbaycanlı olan Fransız aktyoru.Rober Osseyn 2015 Avropa Oyunlarının məşəldarlarından biri olmuşdur. Rober Osseyn Avrasiya Akademiyasının üzvlərinin biridir.. == Həyatı == Rober Osseyn 30 dekabr 1927-ci ildə Parisdə anadan olub. Atası Andre Osseyn (Əminulla Hüseynov) Səmərqənddə doğulan İran azərbaycanlılarından idi. Oktyabr çevrilişindən sonra Fransaya mühacirət etmişdi. Anası isə Bessarabiyanın (indiki Moldova) Soroki şəhərindən olan teatr aktrisası Anna Minevskaya idi. Milliyətcə yəhudi idi. Rober Osseyn daha çox teatrda fəaliyyət göstərsə də, kinoda da aktyor və rejissor kimi tanınmışdır. Ən məşhur rolu Joffrey de Peyrak obrazı olmuşdur.
Rövşən Abbasov
== Həyatı == Rövşən Abbasov 29 mart 1959-cu ildə Azərbaycan Respublikası Qazax rayonunda doğulub. 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1980-ci ildə Gəncə Dövlət Dram Teatrında, 1984-cü ildə Azərbaycan Dövlət Dram Teatrında, 1989-cu ildə Azərbaycan Dövlət Gənclər Teatrında çalışıb. 2002-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. == Çəkildiyi filmlər == 1. Əli bəy – («Vaqif», S. Vurğun) 2. Zülfüqar kişi – («Qətl günü», B. Səmədoğlu) 3. Bayram – («Hekayəti-xırsi quldurbasan», M. F. Axundov) 4. Çavuş - («Məkkəyə yol», C. Məmmədquluzadə) 5. Şeyx Kəbir – («Şeyx Sənan», H. Cavid) 6.
Rövşən Abdullaoğlu
Rövşən Abdullaoğlu (tam adı: Rövşən Abdulla oğlu Abdullayev; 28 sentyabr 1978, Bakı) — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, təlimçi, psixoloq, teoloq; "PEN America" yazıçılar birliyinin üzvü, "Qədim Qala" nəşriyyatının təsisçisi, nəşriyyatın elmi heyətinin rəhbəri. Hazırda Azərbaycanda Rövşən Abdullaoğlunun 27 kitabı çapdan çıxmışdır, onların əksəriyyəti bestseller olmuş, ingilis, rus, özbək, ərəb və türk dillərinə tərcümə edilmişdir. Bir çox milli bestseller kitabların müəllifidir. Əsərlərində daha çox psixologiya, fəlsəfə, irfan, həyat fəlsəfəsi və teologiya sahələrinə aid mövzulara toxunur. "Bu şəhərdə kimsə yoxdur" psixoloji romanı 2016–2017-ci illərdə Azərbaycanda yerli və xarici əsərlər arasında ən çox satılan kitab olub. Ölkədə bestseller olmuş "Relslər üzərinə uzanmış adam" romanı 2020-ci ildə ABŞ-nin "Readers’ Favorite" beynəlxalq kitab müsabiqəsində qızıl medala layiq görülüb. O, həm də ictimai fəaliyyəti ilə tanınır. Məktəb və universitetlərdə, mədəniyyət mərkəzlərində psixoloji mövzularda seminarlar keçir, fəlsəfə dərsləri deyir, müxtəlif televiziya və radio verilişlərində çıxış edir. Bir sıra xeyriyyə layihələrinin təsisçisi və iştirakçısıdır. == Bioqrafiya == Rövşən Abdulla oğlu Abdullayev 28 sentyabr 1978-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.
Rövşən Abdullayev
Rövşən Abdullayev — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rövşən Abdullaoğlu — Azərbaycanlı yazıçı, filosof-şərqşünas, psixoloq.
Rövşən Allahverdiyev
Rövşən Fərrux oğlu Allahverdiyev (10 noyabr 1991, Qaraxanlı, Ağcabədi rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Allahverdiyev 1991-ci il noyabrın 10-da Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 1998–2009-cu illərdə Ağcabədi rayon Qaraxanlı kənd tam orta məktəbində təhsil alıb. == Hərbi xidməti == Rövşən Allahverdiyev 2009–2011-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olub. Sumqayıt şəhərində yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2016-cı ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmətinə Beyləqan rayonunda, "Həmlə" Taborunda davam edirdi. Azərbaycan Ordusunun kiçik çavuşu olan Rövşən Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rövşən Allahverdiyev sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Ağcabədi rayonunun Qaraxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rövşən Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Rövşən Almuradlı
Rövşən Almuradlı (tam adı: Almuradlı Rövşən Əziz oğlu; 19 aprel 1954, Bakı – 2 aprel 2019, Sumqayıt) — azərbaycanlı rejissor, ssenarist, əsər müəllifi, aktyor. == Həyatı == Rövşən Almuradlı 1954-cü il aprelin 19-u Bakı şəhərində anadan olmuşdur. 1972-1976-cı illərdə Mirzəağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində ali təhsil almışdır. Sonra o, aktyor kimi Tədris Teatrında fəaliyyətə başlamışdır. 1984-1987-ci illərdə Moskva SSRİ Mədəniyyət Nazirliyi nəzdində Təkmilləşdirmə İnstitutunda ali rejissorluq kursunu bitirmiş, Moskva Dövlət Akademik Satira Teatrında təcrübə keçmişdir. Orada onun kurs rəhbəri SSRİ xalq artisti V.N.Pluçek idi. 1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə Şekspirin "Kral Lir"ində Kral Lir, Cəfər Cabbarlının "Aydın"ında Dövlət bəy, Anarın "Adamın adamı"nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin "Kür qırağının meşələri"ndə Qasım obrazlarını yaratmışdır. O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Əkrəm Əylislinin "Vəzifə" tamaşasının quruluşçu rejissoru olmuşdur. 1987-ci ildə Şəki Dövlət Dram teatrında M.Salimoviçin "Dərviş və ölüm", 1987-ci ildə Sumqayıt Dövlət Teatrında N.Hikmətin "Bayramın birinci günü", 1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Süleymanlının "Dəyirman" əsərlərinin quruluşçu rejissoru olmuşdur. Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən Y.Səmədoğlunun "Qətl günü", V. Sergeyevin "Bağlı qapı arxasında iki nəfər" əsərlərinə quruluş vermişdir.
Rövşən Atakişioğlu
Rövşən Atakişioğlu (azərb. Atakişiyev Rövşən Atakişi oğlu‎; d. 1 avqust 1957. Güləbird, Laçın rayonu, Azərbaycan SSR, SSRİ) — yazıçı, publisist, Qarabağ müharibəsi iştirakçısı, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini (1992-1993) == Həyatı == Rövşən Atakişioğlu 1 avqust 1957-ci ildə Laçın rayonunun Güləbird kəndində anadan olmuşdur. Orta təhsilini Güləbird kənd orta məktəbində başa vuraraq, 1974-cü ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyat fakültəsinə qəbul olunmuş, 1978-ci ildə həmin məktəbi Fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Laçın rayonuna göndərilmiş, doğma kəndinə ixtisası üzrə müəllim təyin edilmişdir.1990-cı ildə ADPU-nun Şuşa filialında müəllim kimi pedaqoji fəaliyyətini davam etdirmişdir. 1992-ci ilin may ayının 10-dan Könüllülər dəstəsində Laçın və Qubadlı rayonlarının müdafiəsində erməni işğalçılarına qarşı döyüşmüş, 706 saylı həbi hissənin 5-ci batalyonunun komandir müavini təyin edilmişdir. 1993-cü ilin may ayında ordudan tərxis olunmuşdur.Hal-hazırda Bakı şəhərində yaşayır. Ailəlidir. Üç qız və bir oğul atasıdır.Xocalı şəhər 2 saylı orta məktəbin müəllimi işləyir.
Rövşən Ağamalıyev
Rövşən Ağamalıyev - Qarabağ müharibəsində şəhid olmuş döyüşçü. == Həyatı == Rövşən Ağamalıyev Baloğlan oğlu 1975-ci ildə Neftçala rayonu Bankə qəsəbəsində anadan olmuşdur. Bankə qəsəbə 1 nömrəli orta məktəbində və Neftçala texniki-peşə məktəbində təhsil almışdır. == Qarabağ müharibəsində iştirakı == 15 yaşıda Qarabağ müharibəsi başlayan vaxtı 3 yoldaşı ilə birlikdə evdən gizli qaçıb Zəngilana getmiş və könüllü olaraq ordu sıralarına qoşulmaq istədiklərini bildirmişdi amma yaşlarının az olduğundan komandanlıq onları geri qaytarmışdı. 17 yaşında yenidən könüllü olaraq ordu sıralarına qoşulmuş və Ağdamın Mərzili , İsmayılbəyli , Bağmanlar kəndləri uğrunda gedən döyüşlərdə xüsusi igidliklər göstərmişdir. == Şəhid olması == 1993-cü il 23 iyulda Ağdam rayonundakı Atçılıq sovxozunun azad olunması uğrunda gedən döyüşlərdə piyadalarımızın döyüş mövqeyində normal dayanmalarından ötrü zədələnmiş döyüş maşınını özü təmir etmiş, texnikanın üstündə düşmənlərə hücum etmiş, döyüş bölgəsi önündə yerləşən 13 saylı postda olmuş, düşmən texnikasının irəliləməsinə imkan verməmiş, düşmən piyadalarını məhv etmiş, yaralanmış döyüşçülərimizin döyüş mövqeyindən çıxması üçün bütün hərbi tədbirləri görmüş, işğalçıların güclü hücumuna baxmayaraq döyüş mövqeyini tərk etməmiş, düşmən əsgərlərinin irəliləməsinin qarşısını almışdır və sonda qəhrəmanlıqla həlak olmuşdur. == Mükafatları == Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
Rövşən Ağayev
Rövşən Ağayev (yazıçı) (1949—2015) — dramaturq. Rövşən Ağayev (aktyor) (d. 1982) — aktyor, rejissor assistenti.
Rövşən Balakişiyev
Rövşən Balakişiyev (tam adı: Rövşən Misir oğlu Balakişiyev; 15 dekabr 1967, Muğanlı, Xocavənd rayonu, Azərbaycan SSR - 30 dekabr 1992, Qarabağ, Azərbaycan) — Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rövşən Balakişiyev 15 dekabr 1967-ci ildə Xocavənd rayonunun Muğanlı kəndində anadan olmuşdur. 1973-cü ildə Muğanlı kənd səkkizillik məktəbinin birinci sinfinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1985-ci ildə hərbi xidmətə yollanmışdır. Leninqrad (indiki Sankt-Peterburq) şəhərində xidmət edən Rövşən hərbi xidmət müddətində dəfələrlə fəxri fərmanlarla təltif edilmişdir. 1988-ci ildə başlanan Qarabağ müharibəsinə qədər Rövşən xidmət etdiyi şəhərdə yaşamış, burada ailə həyatı qurmuşdu. Müharibə başlayanda Rövşən ölkəsinə qayıdır, müharibədə iştirak edir. O, Muğanlı kənd özünümüdafiə dəstəsinin üzvü olaraq Şişqaya, Gülmətəpə, Çirişli dağı istiqamətində gedən döyüşlərdə, Xocavəndin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2 oktyabr 1992-ci ildə Muğanlı, Kuropatkino, Əmiranlar kəndinə düşmən hücum edir və müqavimətlərə baxmayaraq üç kəndi işğal edir. Azərbaycan Milli Ordusu yarandıqdan sonra kəndin özünümüdafiə dəstəsi Ağcabədi rayon 161 saylı hərbi hissənin batalyonlarından birinə çevrilir.
Rövşən Bayramov
Rövşən Cənnət oğlu Bayramov (7 may 1987; Bakı, Azərbaycan SSR) – Azərbaycanı təmsil edən yunan-roma güləşçisi. 2004–2017-ci illərdə Azərbaycan yığmasının heyətində çıxış edən Rövşən Bayramov, 2008-ci ildə Çinin Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə Birləşmiş Krallığın London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında gümüş medallara sahib olub. 2011-ci ildə İstanbulda Dünya Çempionatının qalibi olan Rövşən Bayramov, ümumi olaraq dörd dəfə Dünya Çempionatının medallarına sahib olub (2006 və 2015-ci illərdə gümüş, 2009-cu ildə isə bürünc medallar). Avropa Çempionatlarında isə o, 2 dəfə (2007 və 2008-ci illərdə) qalib olub. Rövşən Bayramov Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 avqust 2008-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 31 avqust 2012-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Rövşən Bayramov 2021-ci ilin mart ayında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvüdür. Şəxsi məşqçisi Güləhməd Hüseynovdur. == Həyatı == Rövşən Bayramov 1987-ci il mayın 7-də Binəqədi rayonunda anadan olub. 1993–2004-cü illərdə Suraxanı rayonunun Əmircan qəsəbəsində Nizami Nərimanov adına 248 nömrəli tam orta məktəbdə təhsil alan Rövşən Bayramov, 2004–2008-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.Rövşən Bayramov ailəlidir, 2 oğlu var. == Karyerası == === 2002–2003-cü illər: Gənclər arasında Dünya çempionluğu === Rövşən Bayramov beynəlxalq səviyyədə birinci turnirinə 2002-ci ilin iyul ayında Odessa şəhərində baş tutan yeniyetmələr arasında Avropa Çempionatı çərçivəsində qatıldı.
Rövşən Bağırov
Bağırov Rövşən Elmidar oğlu (1966, Bakı) — sabiq Lerik Rayon İcra Hakimiyyətinin başçısı (2007–2021). Ağsu Rayon İcra Hakimiyyətinin başçısı (2021). == Həyatı == R. E. Bağırov 1966-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1983–1990-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil almışdır. 1983-cü ildə əmək fəaliyyətinə başlamışdır. 1983–1985-ci illərdə Əzizbəyov adına Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında preparator, 1985–1987-ci illərdə Sovet Ordusu sıralarında bölmə komandiri, 1987–1989-cu illərdə Neft-Kimya İnstitutu, "Əməyin mühafizəsi" kafedrasında laborant, 1989–1990-cı illərdə Neft-Kimya İnstitutunda mühasib, 1990–1991-ci illərdə Azərbaycan LKGİ MK-nın Gənclərin və tələbələrin respublika qərargahında təlimatçı, 1991-ci ildə "Gənclik" Sovet Türkiyə müştərək müəssisəsində baş mühasib 1991–1992-ci illərdə "Amal" kiçik müəssisəsində baş mühasib, 1992–1994-cü illərdə Səbayıl Rayon Əhalinin Məşğulluq Mərkəzində baş mühasib, 1995–1996-cı illərdə "Elmarbank" Səhmdar Kommersiya Bankında kredit şöbəsinin müdiri, 1994–2003-cü illərdə "Debut" Səhmdar Kommersiya Bankının "Sahil" filialında şöbə müdirinin müavini, 2003–2006-cı illərdə "Bakı yoltikintiservis" Açıq Tipli Səhmdar Cəmiyyətində baş mühasib, 2006–2007-ci illərdə "Sənaye Tikinti Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinin sədri vəzifələrimdə çalışmışdır. Azərbaycan Respublikası Prezidentinin 2 aprel 2007-ci il tarixli 2078 nömrəli Sərəncamı ilə Lerik Rayon İcra Hakimiyyəti başçısı təyin edilmişdir. Ailəlidir, 3 övladı var.
Rövşən Behcət
Rövşən Behcət (13 mart 1945 – 19 avqust 2011) — xanəndə, 1969–1993-cü illərdə Gəncədəki Fikrət Əmirov adına "Göy göl" mahnı və rəqs ansamblının solisti. == Həyatı == Rövşən Behcət 1945-ci ildə Cənubi Azərbaycanda dünyaya gəlib. 1961-ci ildən ailəsi ilə birlikdə Gəncədə məskunlaşıb. 1984-cü ildə SSRİ vətəndaşlığını qəbul edib. Rövşən Behcət 1969-cu ildən 1993-cü ilədək "Göy göl" xalq çalğı alətləri ansamblında çalışıb. 1993-cü ildə iflic keçirdikdən sonra sənət fəaliyyətini dayandırıb. Onun ifasında bir çox mahnılar, muğamlar, təsniflər və s. "Qızıl fond"da saxlanılır. Rejissor Miri Rzayev 2007-ci ildə onun həyat və yaradıcılığından bəhs edən "Yorulmamışam" filmini ekranlaşdırıb. Rövşən Behcət uzun sürən xəstəlikdən sonra 2011-ci ilin avqust ayının 19-da dünyasını dəyişib.
Rövşən Binnətli
Rövşən Binnətli (26 dekabr 1958, Mirəşəlli, Ağdam rayonu)– idman jurnalisti və futbol şərhçisi. İdman TV-nin hazırkı direktoru, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının baş katibi.2000-ci ildən 2012-ci ilədək "Lider" Televiziyasında şərhçilər qrupunun rəhbəri, televizyanın baş idman şərhçisi olub. 2012-ci ildən 2015-ci ilədək "Baku Post" qəzetində şöbə müdiri, ardınca qəzetin Azərbaycan dili bölməsinin redaktoru işləyib. 2015-ci ildən 2019-cu ilədək "CBC Sport" telekanalının informasiya xidmətinin şef redaktoru kimi çalışıb. == Bioqrafiyası == === Uşaqlıq və gənclik illəri === Rövşən Tahir oğlu Novruzov 26 dekabr 1958-ci ildə Ağdam rayonu Mirəşəlli kəndində anadan olub. 1976-cı ildə Ağdam şəhər 8 saylı orta məktəbi bitirib. 1977–1979-cu illərdə, Moskvada Sovet Ordusu sıralarında hərbi xidmətdə olub. 1987-ci ildə Azərbaycan Dövlət Universitetinin "jurnalistika" fakültəsini bitirərək "jurnalist" ixtisasına yiyələnib. === Karyerası === Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayon 43 nömrəli Səyyar Mexanikləşdirilmiş Dəstədə fəhlə kimi başlayıb. Bir müddət Ağdam rayon İstehlak Cəmiyyətinin inşaat briqadasında fəhlə kimi çalışıb.
Rövşən Bədəlov
Rövşən Bədəlov (tam adı: Rövşən Seyfulla oğlu Bədəlov) — 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1965-ci il sentyabrın 25-də Lənkəranda anadan olub. Subay idi. Yanvarın 26-da Bədəlov Rövşən, Məmmədov Şahin və Allahverdiyev Rövşən motosikllə Haftoni kəndindən Kirov kəndinə gedən yolda hərbçilərlə rastlaşıblar. Hərbçilər xəbərdarlıq etmədən onları atəşə tutmuşlar. Bədəlov Rövşən və Məmmədov Şahin öldürüləndən sonra yandırılmışdır. Allahverdiyev Rövşən təsadüfən sağ qalıb. Lənkərandakı Şəhidlər qabiristanlığında dəfn edilib. == Ünvan == Lənkəran şəhəri, Tereşkova küçəsi, ev 17, mənzil 2.