SANCILANMAK
SANDALYE
OBASTAN VİKİ
Sandal
Sandal — təknəvari quruluşa malik gəmi, su nəqliyyatı vasitəsi. Sandal əsasən, yelkənlə təhciz olunuduğu ucun səmt kuləyinin gucu ilə hərəkət edir. Arxiv sənədləri gostərir ki, hələ XVIII əsrin ikinci yarısında sandal və kirjim inşa etmək ucun Bakıda gəmi tərsanəsi olmuşdur.
Mustafa Sandal
Mustafa Sandal (11 yanvar 1970, İstanbul) — Türkiyə ifaçısı, söz yazıçısı, bəstəkarı və aktyorudur. Mustafa Sandal 11 yanvar 1970-ci il tarixində Türkiyənin İstanbul şəhərindən Yusuf Sandal və Tülin İlerinin ailəsində dünyaya gəlmişdir. Məktəb illərində musiqi dərslərinə daha çox maraq göstərirdi. Vokal musiqiyə və daha çox gitarada ifa edilən musiqiyə daha çox önəm verirdi. Musiqi eşidəndə, musiqi boyu müxtəlif alətləri və onların melodiyalarını seçə bilirdi. Mustafa Sandal İsveçrənin Cenevrə şəhərində yerləşən "Collège du Léman" kollecini bitirdikdən sonra ABŞ-də yerləşən Hempşir kollecinə (ing. Hampshire College) daxil olur. Buranı bitirdikdən sonra İstanbula qayıdır. Bir müddət sonra bəstəkarlarla çalışaraq bir çox ifaçılar üçün mahnı sözləri yazmağa başlayır. Bu ifaçılar sırasında Ayşegül Aldinç, Hakan Peker, Zerrin Özer və bir çox məşhur türk ifaçıları vardır.
Maxi Sandal 2003
Maxi Sandal 2003 – Mustafa Sandal-ın 2003-cü ildə çıxardığı albomdur. == Mahnı haqqında == "Maxi Sandal 2003" albomu Türkiyəyə məxsus "Erol Köse Production" leyblı tərəfindən istehsal edilmişdir. Alboma daxil olan "Aşka Yürek Gerek" mahnısının bir neçə versiyası mövcuddur.
Muradağa, Sandallar və Atlılar qətliamı
Muratağa, Sandallar və Atlılar Soyqırımı — Kiprdə yunanların türklərə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi. Rumların Kipr türklərinə qarşı həyata keçirdiyi vəhşiliklərdən ən dəhşətlisi Muratağa, Atlılar və Sandallar kəndlərində olmuşdur. Bu soyqırım 1974-cü ilin 14 avqustundan 16 avqustuna kimi EOKA-B tərəfindən həyata keçirilmişdir. Muratağa, Atlılar və Sandallar kəndlərinin əli silah tutan kişilərinin adanın qorunması uğrunda mücadilədə olduğunu bilən rumlar gecəykən müdafiəsiz qalan kəndə hücum edirlər. Hər üç kənddə 5 aylıq körpədən tutmuş 90 yaşlı qocalara qədər hamını qətlə yetirən rumlar öldürdükləri Kipr türklərini kütləvi şəkildə yandıraraq sonradan torpağa basdırırlar. Bu hücum zamanı Atlılar kəndində 36 nəfər, Muratağa və Sandallar da isə 89 nəfər rum vəhşiliklərinin qurbanı olur. Qətlə yetirilən kiprli türklər arasında o zaman adanın müdafiəsinə qalxan Kamal Mericin həyat yoldaşı və 5 övladı da olur. Rumlar 5 aylıq körpəni anasının qucağında süd əmdiyi yerdə qətlə yetirir, ana və övladını türklərə ibrət olsun deyə həmin şəkildə torpağa basdırırlar. Soyqırımda öldürülənlərdən ən balacası 16 günlük, ən yaşlısı isə 95 yaşında olmaqla ümumilikdə 126 nəfər türk qətlə yetirilmişdir. 1960-cı ildəki siyahıyaalmaya görə üç kəndin cəmi əhalisi 248 nəfər idi.
Muratağa, Sandallar və Atlılar soyqırımı

Digər lüğətlərdə