qanqal

is. bot. crise m, chardon m

◊ get ~ını otla ceci n’est pas à ta portée, cela te dépasse ; ceci n’est pas à ta competence

Qanq çayı
qanqalçiçəklilər
OBASTAN VİKİ
Qanqal
Qanqal (lat. Cirsium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Çoxillik, az hallarda ikiillik otlardır. Çiçəkləri boruşəkilli olub, səbətcik formalı çiçək qrupunda yerləşir. Çiçək sarığı və yarpağının kənarı tikancıqlı, toxumları uçağanlıdır. Şimal yarımkürəsində 200, Qafqazda 60, Azərbaycanda isə 32 növü yayılmışdır. Şotlandiyanın milli gülüdür. Gövdəsinin hündürlüyü 50—130 sm, yarpaqları oturaqdır. Şaquli kökləri 3–5 m dərinliyə gedir, yan köklər yaruslarla yerləşir. Toxumla və vegetativ yolla çoxalır.
Adi qanqal
Adi qanqal (lat. Cirsium vulgare) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Yarpaqları üst tərəfdən tikanlarla qismən sıx örtülmüşdür, alt tərəfdən hörümçək toruna oxşar tüklü olub, keçə tüklərə qədər dəyişir, xətvari-uzunsovdur, uzunluğu 5–15 sm, eni 2–7 sm-dir, gövdəyə tədricən birləşəndir, üçkünc-neştərvariyə lələkvari bölünmüşdür, 2–3 ədəd ayrı dilimlərinin bölümləri uc hissədə uzunsərt tikanlı, kənarları isə xırda nazik tikanlıdır. Səbətləri tikanlı və xirda yarpaqlı gövdə və budaqların uc hissəsində yerləşib, yumurtaşəkillidir, təkdir və eni 2,5 −4,5 sm-dir. Çiçəkləri çəhrayı rəngdən bənövşəyi-tünd qırmızı rəngədək dəyişir. Toxumları 3–4 mm uzunluqdadır, sarımtıl və ya açıq-qəhvəyi rəngdə olub, qara uzununa zolaqlıdır; kəkili ağımtıldır. İyun ayında çiçəkləyir, iyul-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == Azərbaycanın bütün rayonlarında. Ovalıqdan subalp qurşağına qədər yayılmışdır. == Yaşayış mühiti == Meşə talalarında, yol boyunca, ruderal bitki kimi yaşayış evlərinin yaxınlığında rast gəlinir.
Sallaq qanqal
Sallaq qanqal (lat. Cirsium pendulum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Tikanlı qanqal
Yeyilən qanqal
Yeyilən qanqal (lat. Cirsium esculentum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Adi çaqqal qanqalı
Maak qanqalı
Maak qanqalı (lat. Cirsium maackii) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Qanqalaş
Qanqalaş — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd.
Vlasov qanqalı
Vlasov qanqalı (lat. Cirsium vlassovianum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin qanqal cinsinə aid bitki növü.
Ərəb qanqalı
Qanqala dərəsi
Qanqala dərəsi (ガンガラーの谷, Qanqara no tani) – Yaponiyanın Okinava prefekturasının Nanco şəhərində yerləşən dərə. Burada yerləşən mağaralar qədim yaşayış məskəni olmuşdur. Hazırda turistik gəzinti yeri kimi istifadə olunur. Dərə 45.000 m² sahəni əhatə edir. == Mağaralar == Okinava prefekturasının Nanco şəhərində yerləşən Qanqala dərəsi 5 kilometrə yaxın uzunluğa malik Qyokusendo mağara sisteminin bir hissəsinin yüz minlərlə il əvvəl çökməsi nəticəsində yaranmışdır. 1970-ci ildə dərə yaxınlığında 20.000 il əvvəl yaşadığı ehtimal olunan "Minatoqava adamı" adlı insan irqinin qalıqları aşkar edilmişdir. Dərə ərazisində çox sayda kiçik mağara yerləşir. Sakitari mağarası turistik gəzintilərin başlanğıc nöqtəsi kimi istifadə olunur, burada kafe yerləşir. Bu mağarada aparılmış arxeoloji qazıntı işləri zamanı Okinavadakı ən qədim daş alətlər və 23.000 yaşı olan, dünyanın ən qədim balıq tilovu aşkar edilmişdir. İkiqa və İnaqu mağaraları yerlilər tərəfindən müqəddəs hesab olunur.

Digər lüğətlərdə