Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qaraqarın bağrıqara
Qaraqarın bağrıqara (lat. Pterocles orientalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bağrıqarakimilər dəstəsinin bağrıqaralar fəsiləsinin bağrıqara cinsinə aid heyvan növü. Ümumi rəngi sarımtıl—bozdur, döşündə kiçik qara xallar var. Qarnı qaradır. Şərqi Avropa, Asiya və Şimali Afrikada yayılıb. Azərbaycanda Kür-Araz ovalığında, Şirvanda, Abşeron-Qobustanda, Acınohur-Ceyrançöldə, Naxçıvanda məskunlaşır. Yaşayış yerləri kəskin azalıb. Səhra, yarımsəhra və digər bozqır landşaftlar yaşayış yerləridir. Gündüz fəal olur. Azərbaycanda oturaqdır.
Qaraqarın susüpürən
Qaraqarın susüpürən (lat. Sterna acuticauda) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Qalaqayın
Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi. Tarixi Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi. Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.
Qaraqan
Elxan Aqşın oğlu Zeynallı, (3 aprel 1987, Bakı) və ya səhnə adı ilə Qaraqan, — azərbaycanlı repçi, musiqiçi, yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Kitab mükafatı müsabiqəsinin ilk qalibidir. Hal-hazırda, 10 romanın (9 Azərbaycan, 1 rus dillində) və 4 albomun müəllifidir. Elxan Zeynallı orta təhsilini Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyində alıb. Peşəkar karyerasına 2005-ci ildə Baku Klan qrupunda başlayıb, 2007-ci ildə yaranan H. O. S. T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa etsələrdə, Qaraqan yoluna Madhouse Communnity-də davam edib. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 10 romanın (9 Azərbaycan, 1 Rus dilli) və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir.
Qaraqar
Maraqların cəmlənməsi
Maraqların cəmlənməsi — mahiyyəti siyasi şəxslər üçün ictimai tələb və tələblərin müxtəlifliyinin inteqrasiyası, sistemləşdirilməsi və koordinasiyası olan cəmiyyətin siyasi sisteminin funksiyası. Bu prosesin nəticəsi alınan siyasi kurs, qəbul edilmiş siyasi proqram və s. şəklində ifadə olunur. Terminin ortaya çıxması Amerikalı politoloq Qabriel Almondun klassik əsərləri ilə əlaqələndirilir. Onun fikrincə, ictimai maraqların birləşdirilməsinin həyata keçirilməsi həm şəxsi, hami / müştəri əlaqələrinə, həm də siyasi partiyalar (demokratik idarəetmə formaları üçün səciyyəvidir) və ya hərbi-bürokratik qruplar tərəfindən həyata keçirilə bilən institusional mexanizmlərə həvalə olunur. avtoritar dövlətlər üçün tipikdir).
Maraqların münaqişəsi
Maraqların münaqişəsi — insanın şəxsi marağının qərar qəbul etmə prosesinə təsir göstərə biləcəyi və beləliklə işçinin işəgötürən olduğu cəmiyyətin və ya şirkətin mənafelərinə zərər verə biləcəyi bir vəziyyət. == Maraqların münaqişələrinin növləri == === Təşkilati === Bir təşkilatın Müştəriyə xidmət göstərməsi və digər fəaliyyət və ya əlaqələrə görə bu təşkilat tərəfsiz olaraq xidmət göstərə bilməməsi, ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsində obyektivliyinin pozulması və ya pozula bilməsi və ya təşkilati maraqlar toqquşması meydana çıxır. bu təşkilatın çox böyük rəqabət üstünlükləri vardır. === Şəxsi === Şəxsi maraqlar toqquşması, bir insanın şəxsi maraqlarının — məsələn, xarici əlaqələr və ya şəxsi maliyyə varlıqları kimi — iş vəzifələrinin icrası ilə faktiki və ya qəbul edilən ziddiyyətlərlə qarşılaşdığı bir vəziyyətdir. Maraqların münaqişəsi ilə necə davranmaq === Profilaktik metod === Mənafelər toqquşmasının qarşısını almaq bu korrupsiya təzahürü ilə mübarizənin ən təsirli yoludur. Belə bir metodun nümunəsi təyin olunmuş dövlət qulluqçusunun şirkətin kapitalındakı paydan imtina etməsidir. === Məlumatların açıqlanması === Dövlət qulluqçularının mütəmadi olaraq varlıqlarını və gəlirlərini bəyan etmələri tələb olunur. Bu, mənafelər toqquşmalarını müəyyənləşdirməyə və qarşısını almağa imkan verir. Bir çox ölkədə ictimai səhiyyə həkimlərindən əczaçılıq şirkətlərindən alınan vəsaitlər haqqında məlumatları açıqlamaq tələb olunur. Fransada xəstələrin təşkilatlarını tibb sənayesi tərəfindən maliyyələşdirməsinə dair məlumatlar açıqlanmağa tabedir.
Qalaqayın bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qalaqayın məscidi
Qalaqayın məscidi — Səfəvilər dövlətinin inzibati bölgüsü olan Təbriz bəylərbəyliyi Ərdəbil əyalətinin Muğan mahalında tikilmiş məscid. Daş qeydlərdə Hacı Zeynalabidin adlı şəxs tərəfindən 1831-ci ildə təmir edildiyi qeyd edilmişdir. Sonuncu dəfə 1988-ci ildə əsaslı şəkildə təmir olunub. Məscid düzbucaqlı formadadır, divarları ərəbcə Quran ayələri ilə bəzədilib. İbadət evinin bir minarəsi və üç günbəzi var. Minarə dəmirdəndir və onun hündürlüyü 17 metr təşkil edir. Günbəzlər də dəmirdəndir və məscidin damında yerləşir. Sovet dövründə ibadətgah anbar kimi istifadə edilib. 1990-cı ildə məscidin fəaliyyəti bərpa olunub. Baba Samid məqbərəsi Şamaxı məscidi Köhnə hamam mes.mctgov.az.
Sarıqarın marmot
Sarıqarın marmot (lat. Marmota flaviventris) — gəmiricilər dəstəsinin sincablar fəsiləsinə aid məməli heyvan növü.
Sarıqarın siçan
Sarıqarın meşə siçanı (lat. Sylvaemus sulvipectus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.
Maraqların toqquşması
Maraqların münaqişəsi — insanın şəxsi marağının qərar qəbul etmə prosesinə təsir göstərə biləcəyi və beləliklə işçinin işəgötürən olduğu cəmiyyətin və ya şirkətin mənafelərinə zərər verə biləcəyi bir vəziyyət. == Maraqların münaqişələrinin növləri == === Təşkilati === Bir təşkilatın Müştəriyə xidmət göstərməsi və digər fəaliyyət və ya əlaqələrə görə bu təşkilat tərəfsiz olaraq xidmət göstərə bilməməsi, ona həvalə edilmiş funksiyaların yerinə yetirilməsində obyektivliyinin pozulması və ya pozula bilməsi və ya təşkilati maraqlar toqquşması meydana çıxır. bu təşkilatın çox böyük rəqabət üstünlükləri vardır. === Şəxsi === Şəxsi maraqlar toqquşması, bir insanın şəxsi maraqlarının — məsələn, xarici əlaqələr və ya şəxsi maliyyə varlıqları kimi — iş vəzifələrinin icrası ilə faktiki və ya qəbul edilən ziddiyyətlərlə qarşılaşdığı bir vəziyyətdir. Maraqların münaqişəsi ilə necə davranmaq === Profilaktik metod === Mənafelər toqquşmasının qarşısını almaq bu korrupsiya təzahürü ilə mübarizənin ən təsirli yoludur. Belə bir metodun nümunəsi təyin olunmuş dövlət qulluqçusunun şirkətin kapitalındakı paydan imtina etməsidir. === Məlumatların açıqlanması === Dövlət qulluqçularının mütəmadi olaraq varlıqlarını və gəlirlərini bəyan etmələri tələb olunur. Bu, mənafelər toqquşmalarını müəyyənləşdirməyə və qarşısını almağa imkan verir. Bir çox ölkədə ictimai səhiyyə həkimlərindən əczaçılıq şirkətlərindən alınan vəsaitlər haqqında məlumatları açıqlamaq tələb olunur. Fransada xəstələrin təşkilatlarını tibb sənayesi tərəfindən maliyyələşdirməsinə dair məlumatlar açıqlanmağa tabedir.
Qalaqayın (qala)
Qalaqayın (Qalagah,Qala əl-Nahiyə,Qalaqanı, Həsənqala) — Qalaqayının tarixi mərkəzini əhatə etmiş istehkam və nahiyə qalası. "Qalaqayın" toponimindəki "y" səsi danışıqda əlavə olunmuşdur. Keçən əsrə aid mənbədə kəndin adı "Qalaqanı" kimi qeyd olunmuşdur. XIX əsrin 20-ci illərində tərtib olunmuş mənbədə göstərilir ki, "Qalaqanı" bir qalanın adıdır və ətraf kəndləri idarə edən bəy orada oturur. Görünür ki, bu qala hələ orta əsrlərdə mövcud olmuş,1798-ci ildə orada olmuş alman səyyahı marşal fon Biberşteyn yazır: "Kürlə Arazın qovuşduğu yerdə Qalaqanı adlanan qalanın xarabalıqları görünür. Bu məlumatlardan aydın olur ki, "Qalaqayın" toponimi Qala - "möhkəmləndirilmiş yer" və "Qayın" hissələrinə ayrılır və bütövlükdə "Qayın qalası" mənasını verir. Qeyd edildiyi kimi əslində bu toponim "Qala Qanı" kimi olmuş, lakin danışıqda "y" səsi əlavə edilmişdir. Lakin araşdırmalar göstərmişdir ki, Qalaqayın toponimindəki Qayın (Qanı) sözü bir türk mənşəli tayfanın adıdır. Bu toponimin tərkib hissəsini təşkil edən "Qanı" etnonimi ilə düzəlmiş toponimlər başqa yerlərdə də vardır. Keçən əsrdə Gürcüstanda Kani-turqoba, Qanı-Yurt, Qars əyalətində Qaynı-Dərə kəndlərinin adları məlumdur.
Qaraalın susüpürən
Qarların qızı
Qarların qızı — Cek Londonun roman janrında ilk əsəri. 1902-ci ildə nəşr edilmiş olan romanı yazıçının gələcək əsərlərinin digər qəhrəmanları kimi baş qəhrəmanın xarakteri ilə seçilir. Yazıçının baş obrazı güclü, özünə inamlı və müstəqil xarakterli obrazdır. Onun adı anası Flora Velmanın adı ilə səsləşir. Roman, onu yazmaq üçün Londona ayda 125 dollar təqaüd verən naşir Mak Klyur tərəfindən sifariş edilmişdir. Hadisələr Yukonda (Kanada) baş verir, baş qəhrəman Frona Velzdir. O, zəngin bir sahibkarın və Yukonun qızıdır. Üç il Avropa universitetlərində qaldıqdan sonra Frona şimaldakı atasının yanına qayıdır. Hərtərəfli təhsil almış, eyni zamanda insanlarla ünsiyyətdə səmimiliyi və sadəliyi qoruyub saxlamışdır. Roman, digər şeylərlə yanaşı, qızıl mədənçilərinin həyatı və sərgüzəştlərindən bəhs edir.
Qaudalup qarqarı
Qaudalup qarqarı (lat. Caracara lutosa) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Baham qarqarı
Baham qarqarı (lat. Caracara creightoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Yer qarqarı
Yer qarqarı (lat. Caracara tellustris) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Şimal qarqarı
Şimal qarqarı (lat. Caracara cheriway) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qarqar cinsinə aid heyvan növü.
Qalağayın
Qalağayın və ya Qalaqayın — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd və eyniadlı kənd inzibati ərazi dairənin mərkəzi. Tarixi Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığının qala şəhəri və Muğan mahalının mərkəzi. Sabirabad rayonunun ən qədim kəndi və etnotoponimlərdən biri Qalaqayındır. Mənbələrə görə başlanğıc tarixi 4-cü əsrə aiddir. Əfsuslar olsun ki, ilkin dövrlərə aid geniş məlumat yoxdur. "Xavər zəmin", yəni "Günəşli torpaq" adı ilə tanınan Muğan torpağı bir çox illər ərəblərin, türklərin, farsların və digər yadelli işğalçıların təqiblərinə məruz qalmış, lakin düşmənlərin bütün hücumlarını dəf edərək basılmaz qalaya çevrilmişdir. O vaxtlardan da "Xavər zəmin" Qalaqayın adı ilə əvəz olunmuşdur. Bu ad qala sözündən və türkdilli kayın (qayın) tayfasının adından ibarət olub, "qayınların qalası" mənasını bildirir. Kayın adlı tayfa indi də Cənubi Azərbaycanda yaşamaqdadır. Bu adda tayfa başqa türkdilli xalqların (qazax, qırğız, başqırd) tərkibində də vardır.
Qarağacı
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Estoniyada qalaların siyahısı
Estoniya qəsrlərinin siyahısı ― orta əsrlərdə müasir Estoniyanın hüdudları daxilində inşa edilmiş qala və ya qəsr tipli tarixi tikililərin siyahısı.
Litvadakı qalaların siyahısı
Litvadakı qalaların siyahısı — Litvanın ilk qalalarının əksəriyyəti taxta idi. Qalalar 13-cü əsrdən etibarən daş və kərpicdən tikilmişdir.
Maraqların ifadə edilməsi
Maraqların ifadə edilməsi — Qabriel Almond tərəfindən elmi dövriyyəyə buraxılan və siyasi sistemin siyasi partiyalar tərəfindən cəmiyyətin subyektlərinin (fərdlər və sosial qruplar) mövcud siyasi sistemə olan tələblərini müəyyənləşdirməsindəki funksiyasını ifadə edən bir siyasi elm termini. Mənafelərin əsas ifadə formaları seçkilərdə səsvermə, vətəndaşların etiraz fəaliyyəti, qeyri-rəsmi birləşmələrin və ictimai hərəkatların kollektiv fəaliyyətidir. == Həmçinin bax == Maraqların cəmlənməsi == İstinadlar == == Ədəbiyyat == Gabriel Almond. Interest Groups in the Political Process. 52 (American Political Science Review). 1958. (also published in Comparative Politics, pp. 128–156, ed. Macridis and Brown) Herbert Victor Wiseman. Political Systems.
Qarabağın etnik tərkibi
14 may 1805-ci il tarixində Qarabağ xanı İbrahim Xəlil xan ilə Rus generalı Pavel Sisianov arasında imzalanan Kürəkçay müqaviləsindən sonra Qarabağ xanlığı Rusiya İmperiyasının tərkibinə qatılır və bununla da ermənilərin Qarabağa kütləvi miqrasiyası başlamışdır. 1811-ci ildə: ermənilər – 20,8%, müsəlmanlar – 79%; 1823-cü ildə: ermənilər – 21,7%, müsəlmanlar – 78% təşkil edirdi. Bu göstəricilər 10 fevral 1828-ci il tarixində Qacar dövlətinin şahzadəsi Abbas Mirzə ilə general İ.F.Paskeviç arasında imzalanmış Türkmənçay müqaviləsindən sonra əhəmiyyətli dərəcədə dəyişilir. 1830-cu ildə ermənilərin sayı artıq 33%, müsəlmanların sayı isə 66 ,6% təşkil edirdi. 1828–1830-cu illərdə İran və Türkiyədən 140.000-ə yaxın erməni Cənubi Qafqaza köçürüldü. Onların böyük hissəsi Qarabağda yerləşdirildi. İran və Türkiyədən kütləvi miqrasiya, xüsusilə Rusiya hökumətinin onlar üçün yaratdığı əlverişli iqtisadi şərait nəticəsində köçkünlərin arasında doğum sayının artması ilə yanaşı, XIX əsrin ikinci yarısında ermənilər və müsəlmanlar arasında nisbətin dəyişməsinə gətirib çıxardı. 1889-cu il: ermənilər −45,5%, müsəlmanlar-54%; 1897-ci il: ermənilər −41,5%, müsəlmanlar −57%; 1914-cü il: ermənilər −41%, müsəlmanlar −55%. Aşağıda təqdim olunan cədvəllərdə Qarabağın etnik tərkibindəki dəyişiliklər aydın müşahidə olunur. 1889–1914-cü illər ərzində Qarabağ əhalisinin etnik-dini tərkibinin hesablanması əhalinin etnik-dini mənsubiyyətinə görə 1867-ci ildə keçmiş Qarabağ xanlığı torpaqlarında yaradılmış Yelizavetpol (Gəncə) quberniyasının dörd qəzasında-Şuşa, Cəbrayıl (Karyaginski), Cavanşir və Zəngəzur qəzalarında həyata keçirilmişdir.
Qarabağın maralı (mahnı)
"Qarabağın maralı" — Sözləri və musiqisi İskəndər Novruzluya məxsus mahnı. "Qarabağın maralı" xalq mahnısı kimi məşhurlaşan bu sənət incisinin sözləri və musiqisi Ağdamlı İsgəndərindir. Mahnı Qarabağ gözəli, teatr aktrisası Suğra Bağırova-Abdullayeva həsr olunmuşdur. İlk dəfə 1951-ci ildə şuşalı xanəndə İsa Rəhimovun ifasında səslənib. Sonralar bir çox müğənnilər "Qarabağın maralı"nı böyük həvəslə oxuyublar. Bəzi hallarda da mahnının adını və sözlərini təhrif edərək "Azərbaycan maralı" kimi səsləndiriblər. Bu mahnının ən gözəl ifaçıları isə xalq artistləri Sara Qədimova və Şövkət Ələkbərova olub.
Türkiyədəki qalaların siyahısı
Türkiyədəki qalaların siyahısı— Antik ve Orta çağda inşa edilmiştir.
Qaqarin
Qaqarin — soyad. Bu soyadı olan şəxslər. Yuri Qaqarin — sovet kosmonavtı və kosmosa uçan ilk insan. Yaşayış məntəqələri Qaqarin (Smolensk) — Rusiya Federasiyasında yerləşən şəhər.
Qarağan
Qarağan Saatlı — Ağdaş rayonunda kənd. Qarağan Sədi — Ağdaş rayonunda kənd. Qarağan Şıxlar — Ağdaş rayonunda kənd.
Qalağayın bələdiyyəsi
Sabirabad bələdiyyələri — Sabirabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Komarov qarağatı
Komarov qarağatı (lat. Ribes komarovii) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü.
Qarağacı (Bərdə)
Qarağacı (əvvəlki adı: Qarahacı) — Azərbaycan Respublikasının Bərdə rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 344-IIIQ saylı Qərarı ilə Bərdə rayonunun Mirzəcəfərli kənd inzibati ərazi dairəsi tərkibindəki Qarahacı kəndi Qarağacı kəndi adlandırılmışdır.
Qarağacı qəbiristanlığı
Qarağacı qəbiristanlığı — Ağdamda qədim qəbrstanlıq Şəhərin cənub səmtində, 5 kilometrlik məsafədə yerləşən qəbiristanlığın yaşının 3 min ilə dayandığı deyilir. Burada bizim dövrümüzə gəlib çatan bir qəbirüstü kitabənin isə 1174-cü ilə aid olduğu təsdiqlənib. "Qarağacı"dakı dörd türbə olmuşdur. Uğurlubəyovların türbəsi Qədim Qarağac qəbiristanlığında yerləşirdi. Burada ilkin olaraq Uğurlu bəy Fərəculla bəy oğlu Uğurlubəyov və zaman keçdikcə bəzi yaxın adamları dəfn edilmişdi. Sonralar onların qəbirləri üzərində türbə ucaldılıb və həmin vaxtdan da ona "Uğurlubəyovların türbəsi" adı verilib". 24 fevral 1992-ci il Ağdam rayonunun Qarağacı qəbiristanlığı yaxınlığında yerləşən milis postunun ermənilər tərəfindən atəşə tutulması nəticəsində 16 nəfər azərbaycanlı yaralanıb. Qəbrstanlıq dağıdılmış, 4 türbəsi məhv edilmişdir.
Qrosqeym qarağacı
Qayalıq qarağatı
Qayalıq qarağatı (lat. Ribes petraeum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin motmotukimilər fəsiləsinin qarağat cinsinə aid bitki növü. Qafqaz və Kiçik Asiyada yayılmışdır. Subalp zolağında, dağ zonasının meşələrində, qayalarda və çayların ətrafında bitir. Hündürlüyü 3 m-ə qədər olan koldur. Budaqları açıq rəngdə, çılpaqdır. Qabığı boz, əvvəlcə hamar, sonradan ensiz zolaqlarla çatlayandır. Yarpaqları nazik, 5 dilimli, uzunluğu 10 sm, eni 13 mm, qaidəsi dərin ürəkvari, hər iki tərəfdən çılpaq, bəzən alt tərəfdən tüklüdür. Salxımın uzunluğu 4-12 sm, əvvəlcə üfüqi halda, meyvələrdə isə salxımdır. May-iyun aylarında çiçəkləyir.