YAZIQ₁

sif. Dinc, sakit, fağır, aciz. Yazıq adam.
– Yazıq Ələsgəri oda salıbdı; Fələk gözdən salıb, o da salıbdı. Aşıq Ələsgər.
Gah müdirin acıqlı qaşqabağı; O sayaq qorxudub yazıq uşağı… A.Səhhət.
Vəzirov yenə də aciz və yazıq bir görkəm alıb, boynunu yana sarı əydi. M.Hüseyn.

// İs. mənasında.
[Əkinçi] Xanı görcək yazıq baş endirdi; Gör onu xan nə gunə dindirdi. S.Ə.Şirvani.
Yazıqlar çəkildi bir az uzağa; Dözməzdi Ayişə bu ağır dağa. H.K.Sanılı.

// Acınacaqlı, zavallı, bədbəxt.
Etmək olmaz səni agah könül halından; Yazıq ol kim, sənə könlün verə səndən qafil. Füzuli.
[Tanrıverdi:] Yazıq Qurban, sən qəbrini öz əlinlə qazdın, – dedi. A.Şaiq.
[Musa kişi:] Arvad, … bu ətdən bir tikə də o Həsənəlinin yetimlərinə göndər, yazıqdırlar. M.İbrahimov.

□ Yazığı gəlmək – rəhmi gəlmək, mərhəmət etmək, halına acımaq, heyfi gəlmək. Mənim ona yazığım gəlir.
– …Balaca quşcuğazlara yazığın gələrsə, analarını buraxarsan… S.S.Axundov.

// İntonasiyadan asılı olaraq bəzən kinayə, etinasızlıq, istehza məqamında işlənir.
Ay yazıq! – [Bəhram:] Bax, mənə nə deyir, yazıq! Sən nə ətsən, nə də balıq. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YAZIQ 1. YAZIQ, FAĞIR [Hacı:] Qul oldunuz bir vaxt xana; Yazıqsınız, fağırsınız; Aldanmayın Natəvana (M.Rahim); BAŞIDAŞLI (dan
  • YAZIQ bədbəxt — acınacaqlı — zavallı
  • YAZIQ dinc — sakit — fağır — aciz — zəlil — məzlum — dilsiz — ağılsız

Antonimlər (əks mənalı sözlər)

  • YAZIQ YAZIQ – DƏLƏDUZ Bu yazıq qız heç də satqın adama oxşamır (C.Əmirov); Yaxşı, ay dələduz! Bir danış görək; Neçəyə satmısan yox vicdanını? (S

Etimologiya

  • YAZIQ Dilimizdə azmaq (yazmaq) sözü var. El arasında azca səhvə yol verən adam “qıl yazdı” deyir (yəni qılın diametri qədər səhv edildi)
YAZIXANA
YAZIQ₂

Digər lüğətlərdə

голоси́ть истру́хнуть катале́псия отвива́ние ощу́пывание проны́рливый разврати́тельный Су́нна чурба́шек шлю́пка богомо́л недожина́ться ня́нечкин удэге́ cachectical cap'n consummation corner grinding-machine servilism sex kitten unexplored надёванный перс экспрессионистический