Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qazaxca
Qazax dili (qaz. Qazaq tılı, قازاق ءتىلى) — türk dilləri ailəsinin qıpçaq qoluna aid dil, Qazaxıstan Respublikasının rəsmi dili və qazax xalqının doğma dili. Quruluş və tələffüz baxımından qaraqalpaq, noqay, və qırğız dillərini qazaxcaya ən yaxın olan türk dilləri olaraq hesab etmək olar. == Yayılma arealı == Əsasən Qazaxıstan ərazisində, Monqolustanın qərbindəki Bayan-Ölgii aymağında (qazaxca "Bayölke", yəni "Bayölkə / Bəyölkə; varlı, bərəkətli diyar" deməkdir) və az sayda digər aymaqlarda, qismən olaraq Rusiyanın qazaxlar yaşayan bəzi sərhədyanı bölgələrində (Həştərxan vilayəti, Orenburq vilayəti, Altay Respublikasının cənubundakı Koş-Aqaç / Koş-Aqaş (yəni "Qoşaağac") rayonunda), Çinin qərbindəki Şincan Uyğur Muxtar əyalətinin şimalındakı Yili / İli Qazax Muxtar dairəsində (xüsusilə onun Taçenq / Tarbağatay və Altay dairələrində), Hami / Qumul dairəsinin Balıkun / Barköl Qazax Muxtar rayonu, Çanqji (uyğurca "Sanci", lakin böyük ehtimalla təmiz çincə toponimdir) Hui Muxtar dairəsinin Mulei / Mori Qazax Muxtar dairəsində, və həmçinin Qansu əyalətinin Ciutsuan şəhəri / Sucau bölgəsinə bağlı Akesai / Aqsay (yəni "Ağçay") Qazax Muxtar dairəsində geniş yayılmışdır.
Qazaxca Vikipediya
Qazaxca Vikipediya (qaz. Қазақша Уикипедия) — Vikipediyanın qazax dilində olan bölməsidir. 12 oktyabr 2023 — Qazax dilində olan Vikipediyada 235.015 məqalə var. 2002-cü ilin İyundan kk.wikipedia.org ünvanında Qazax dilində Vikipediya fəaliyyətə başlamışdır. Bu bölməsinin xüsusiyyəti odur ki, orada latın, kiril və ərəb qrafikalı əlifbalardan istifadə edilir. == Tarix == 2007 - 1000 məqalə mart 2008 - 2000 məqalə mart 2009 - 3000 məqalə yanvar 2010 - 6000 məqalə 17 yanvar 2010 - 7000 məqalə 10 mart 2011 -8000 məqalə 5 aprel 2011 - 9000 məqalə 8 aprel 2011 - 16000 məqalə 16 aprel 2011 - 20000 məqalə 15 iyun 2011 - 25000 məqalə 18 iyun 2011 - 30000 məqalə 22 iyun 2011 - 35000 məqalə 29 iyun 2011 - 40000 məqalə 3 iyul 2011 - 45000 məqalə 9 iyul 2011 - 50000 məqalə 12 iyul 2011 - bölmə Vikipediyaların siyahısıda ən böyük 50 Vikipeiyaların siyahıya girib. 13 iyul 2011 - 55000 məqalə 20 iyul 2011 - 60000 məqalə 26 iyul 2011 - 65000 məqalə 14 avqust 2011 - 70000 məqalə 23 avqust 2011 - 75000 məqalə 11 oktyabr 2011 - 80000 məqalə 15 oktyabr 2011 - 85000 məqalə 22 oktyabr 2011 - 90000 məqalə 26 oktyabr 2011 - 100000 məqalə 6 avqust 2012 - 150000 məqalə 29 noyabr 2012 - 200000 məqalə. 200 mininci məqalə Nurbek Matzhani tərəfindən yaradılan Жасанды интеллект (qaz. Süni intellekt) məqaləsidir. == Loqo == perrow="5" == Xarici keçidlər == Qazax Vikipediya Как же развивать Казахскую Википедию?
Qazaxda kəndli qurultayı
Qazaxda kəndli qurultayı — Qazax qəzası kəndlilərinin 1919-cu il sentyabrın 25-də Qazax şəhərində keçirilən qurulyatı. == Tarixi == Qurultay hümmətçi menşeviklərin təşəbbüsü ilə çağırılmışdı. Bolşeviklərlə digər sosial-demokratlar arasında kəskin mübahisə şəraitində keçən qurultayda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin aqrar siyasəti müzakirə olunmuşdur. "Müsavat" partiyasının nümayəndələri qurultayda iştirak etmirdi. Qurultayda iştirak edən Bakı Fəhlə Konfransının nümayəndə heyəti kəndliləri fəhlələrlə ittifaqda sovet hakimiyyəti uğrunda, burjua-mülkədarlar əleyhinə mübarizəyə çağırdı. Qurultayda hümmətçi menşeviklər öz aqrar proqramlarını, Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti sosialist fraksiyasının üzvləri isə aqrar komissiyada yeritdikləri torpaq siyasətinin mahiyyətini izah və müdafiə edirdilər. S.Ağamalıoğlu hər mülkədara 10 desyatin bağ yeri, 15 desyatin əkin yeri və 45-50 desyatin otlaq saxlamaqla, qalan torpaqların ödənc ilə kəndlilərə paylanmasını, torpaq pulunun ödənilməsi üçün əhaliyə gəlir vergisi qoymaq yolu ilə fond yaradılmasını təklif etdi. İ.Əbiləv və Ə.Pepinov da bu aqrar proqrama tərəfdar çıxdılar. D.Bünyadzadə, R.Hüseynov, Ə.Qarayev, A.Yusifzadə isə bütün mülkədar torpaqlarının müsadirə edilib, təmənnasız olaraq kəndlilərə paylanması təklifini irəli sürdülər. Qurultayın qəbul etdiyi qətnamədə deyilirdi: "...Rusiya inqilabının ən böyük nailiyyətlərindən biri torpağın zəhmətkeşlərə verilməsi şüarı idi.
Qanaxma
Qanaxma — hər hansı travma zamanı qan damarlarının zədələnməsidir. Qan bədən boşluqlarına axarsa, daxili qanaxma adlanır. == Qanaxmanın növləri == Arterial Venoz Kapilyar === Kapilyar qanaxmalar === Bu qanaxmalar qan dövranı sisteminin üst təbəqəsi zədələndiyi halda baş verir. Bu halda qan yavaş axaraq yaranı nazik qatla örtür. === Venoz qanaxmalar === Bu zaman işlənmiş qanı orqanlardan ürəyə daşıyan damarlar zədələnir. Oksigenlə zəngin olmayan belə qan tünd qırmızı rəngdə, yapışqan və qatı olur. Bu zaman qan eyni həcmdə olmaqla yavaş axır. Əlamətlər: Qan yaradan sakit axır. Qan tünd-qırmızı rəngli olur. Kapilyar qanaxmada yara qan verir və axan qan tez laxtalaşır.
Qazaxlar
Qazaxlar – Qazaxıstan Respublikasının yerli əhalisi. Dilləri qazax dilidir, türk xalqların Altay ailəsinə daxildirlər. Qazaxlara daha yaxın millət qaraqalpaqlardırlar. Qazaxların əcdadları türklər, hunlar, sakilər, usunlar, qıpçaqlardır . == Demoqrafiya == == Xarici keçidlər == demoscope.ru "Агентство Политических Новостей" Казахстана: кризис программы репатриации?
Qazaxlı
Qazaxlı — Azərbaycan Respublikasının Daşkəsən rayonunun Əmirvar kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Oykonim "Qazaxdan gəlmələr, qazaxlılar" mənasındadır. == Tarixi == Kəndi XVIII əsrdə Qazax mahalının Musaköy (Xanlıqlar) kəndindən çıxmış ailələr bina etdiyinə görə belə adlanmışdır. === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağətəyi ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir. == Mədəniyyəti == Kənddə Qazaxlı kənd kitabxana filialı, Qazaxlı kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Qaraca
Qaraca dağı (Daşkəsən) — Daşkəsən və Xanlar rayonlarının sərhəddində yerləşən dağ. Qaraca dağı (Yevlax) — Yevlax rayonu ərazisində Bozdağ silsiləsinin şərq qurtaracağında dağ. Qaraca dağı (Şamaxı) — Şamaxı rayonunda yerləşən dağ. Qaraca dağı (Yardımlı) — Yardımlı rayonunda yerləşən dağ.
Qazaka
Qazaka — Azərbaycanın ən qədim şəhərlərindən biri, Atropatena hökmdarlarının yay iqamətgahı, Atropatena dövlətinin paytaxtı, Azərbaycanda, eləcə də bütün Şərq zərdüştiliyin əsas ibadətgahlarından, böyük mədəniyyət mərkəzlərindən biri, zəngin şəhər olmuşdur. == Etimologiyası == Şəhərin adı qədim yunan dilli mənbələrdə Qazaka kimi qeyd edilir. Qazaka ərəb işğalları dövründən etibarən mənbələrdə Cənzə və ya Şiz adlandrılır. "Şiz" və ya "şiçikan" sözünə pəhləvi dilli mənbələrdə tez-tez rast gəlmək olur. Pəhləvi dilində bu söz xəzinə və yaxud ləl-cəvahirat saxlanan yer anlamında işlədilirdi. Erməni dilli mənbələrdə "Qandzak" və ya "Kandzak" formasında verilmiş bu ad ərəblərdə "Cənzə", farslarda isə Gəncə formasında işlədilmişdir. Məhz buna dayanan İran alimləri şəhərin adını fars dilləri vasitəsiylə izah etməyə çalışırlar.Qiyasəddin Qeybullayevin saklar haqqındakı araşdırmaları zamanı bəlli olmuşdur ki, həm Qazaka (Gəncək), həm də Şimali Azərbaycandakı Gəncə şəhəri sakların məskunlaşdığı ərazidə yaranıb formalaşmış, hətta Şimali Azərbaycandakı Gəncə şəhəri uzun müddət Sak çarlığının siyasi mərkəzi – paytaxtı olmuşdur. Həmçinin Orta Asiyada da sakların məskunlaşdığı yerdə Gəncə sözü ilə bağlı bir neçə toponim, oronim və etnonim olmuş, onlardan bəziləri günümüzə qədər çatmışdır. Q.Qeybullayev Şimali Azərbaycandakı Gəncə və Cənubi Azərbaycandakı Gəncək şəhərlərinin adının sakların ən böyük tayfalarından biri olan gəncəklərinadı ilə bağlı olduğunu isbat etmişdir. == Tarixi == Qazaka şəhəri Atropatena dövlətinin paytaxtı olmuşdur.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. == Tarixi == Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118-1120–ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Birinci Qazaxlar
Birinci Qazaxlar (əvvəlki adı:Qazaxlar (?-2015)) — Azərbaycan Respublikasının Bərdə rayonunun Şatırlı inzibati ərazi dairəsində kənd. == Tarixi == 29 may 2015-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Şatırlı kənd inzibati ərazi dairəsi tərkibindəki Qazaxlar kəndi Birinci Qazaxlar kəndi adlandırılmışdır. == İqtisadiyyatı == Uzun müddət qaz şəbəkəsi olmayan Qazaxlar kəndinə 2011-ci ildə qaz xətti çəkilmiş və həmin ilin noyabr ayında kəndə təbii qaz verilməsinə başlanmışdır.
Qaranca (Xoy)
Qaranca (fars. قارنجه‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Qayanca (Bükan)
Qayanca (fars. ‎‎‎گاينجه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 97 nəfər yaşayır (21 ailə).
Qazaxlar (Bərdə)
Qazaxlar — Azərbaycan Respublikasının Bərdə rayonunun Xəsili kənd inzibati ərazi dairəsində kənd.
Qazaxlar (Füzuli)
Qazaxlar — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar inzibati ərazi dairəsində kənd. == Tarixi == Qazaxlar kəndi əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan оğlu Sarıcalı-Cavanşirə, оnun vəfatından sоnra isə оğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana 9 ailə vergi ödəyirdi. Kədxuda Musa, təbib Ağa Məhəmmədhüseyn vergidən azad оlunmuşdu. Xоrasanоğlu məaf idi. == Toponimikası == Füzuli r-nunun Əhmədalılar i.ə.v.-də kənd. Düzənlikdədir; == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 918 nəfər əhali yaşayır. 2012-ci ilin fevralın 15-də Qazaxlar kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kəndə tədbir keçirilmişdir.
Qazaxlar (Goranboy)
Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Borsunlu kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == == Toponimikası == Qazaxlar kəndi Gəncə-Qazax düzənliyindədir. XVIII əsrdə Qazax mahalından köçmüş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Bu adlarda qazax etnonimi əks edilmişdir. Kəndlarin əsasını həmin dövrdə Qarabağa gəlmiş qazaxlar qoyduğu üçün yaşayış məntəqələri belə adlanmışdır. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 374 nəfər əhali yaşayır.
Qazaxlar (Tərtər)
Qazaxlar — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Kənd Goranboyun Tap Qaraqoyunlu kəndinin bir neçə yüz metrliyində, Talış kəndi ilə Tap Qaraqoyunlu kəndi arasında yerləşir. == Tarixi == Kənd 1992-ci ildə erməni silalı qüvvələri tərəfindən işğal olunub. Kənd döyüşlər zamanı erməni artilleriyası tərəfindən təmamilə dağıdılaraq yaşanmaz hala gətirilib. 2 aprel 2016-cı il tarixdə Qazaxlar kəndi Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı keçirdiyi əməliyyat zamanı erməni işğalçılarından tam təmizlənib. == Əhalisi == Qazaxlar Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində yerləşdiyinə görə burada əhali yaşamır. Bu kəndin sakinləri hazırda Tap Qaraqoyunluda məskunlaşıblar.
Qazaxlar (dəqiqləşdirmə)
== Kəndlər == Qazaxlar (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Qazaxlar (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Qazaxlar (Füzuli) — Azərbaycanın Füzuli rayonunda kənd. == Oxşar == Birinci Qazaxlar — Azərbaycanın Bərdə rayonunda kənd. Yəhərçi Qazaxlar — Azərbaycanın Goranboy rayonunda kənd.
Qazaxlar bələdiyyəsi
Qazaxlar bələdiyyəsi (Bərdə) — Bərdə rayonunda bələdiyyə. Qazaxlar bələdiyyəsi (Füzuli) — Füzuli rayonunda bələdiyyə.
Qazancı (İğdır)
Kadıqışlaq — Türkiyənin İğdır ilinin İğdır ilçəsinə daxil olan kənd. == Tarixi == Kənd 1901-ci ildən bəri eyni adı daşıyır. 1919-cu ilin avqustunda ermeni daşnaq qüvvələrinin basqınına uğrayır. O zamanlar kişiləri öldürülən, qadınlarının namusuna toxunulan İğdırın 21 kəndindən biridir. 1920-ci ilin 11 noyabrdan 12-sinə keçən gecə 11-ci briqada komandanlığı ermənilərə qarşı hücuma keçmiş və elə həmin günün səhər saatlarında İğdır bələdiyə binasına Türkiyə bayrağı sancılmışdır. Bu olaylardan sonra 14 noyabr 1920-ci il tarixində 15-ci korpus komandanı Kazım Qarabəkir Paşanın başçılığı altında Türkiyə ordusu erməniləri Araz çayının qüzeyinə qovmuşdur. 3 dekabr 1920-ci ildə imzalanan Gümrü müqaviləsi ilə İğdır və ətrafı Türkiyə torpağı olması təsdiqlənmişdir. == Coğrafiyası == İğdırdan 12 km uzaqlıqdadır. == Əhalisi == 1886-cı il məlumatına görə kənddə 608 nəfər azərbaycan türkü yaşayırdı.
Qazaxlar məhəlləsi
Qazaxlar məhəlləsi — Gəncənin XVIII əsrdə salınmış məhəllələrinindən biri. Məhəllədə XIX əsrdə tikilmiş Qazaxlar məscidi yerləşir. == Haqqında == Qazaxlar məhəlləsi şimaldan Tapqışlaq, Şərəfxanlı, Şabanlı məhəllələri, şərqdən Xan bağı, cənubdan İtdilər, Qırıxlı, qərbdən isə Qızılhacılı məhəllələri ilə əhatələnib. Məhəllə, Hajı Balacalar, Kəblə Tağılar, Kəblə Ələsgər uşağı, Hajı Tağılar bəyliklərinən ibarətdir. XVIII əsrdə Qazax və Borçalının Kaxetiyaya verilməsindən sonra bir çox tayfa və tirələr Gəncə və Qarabağ vilayətlərinə köç etdilər. Lazarevin general-leytenant Knorrinqə 19 iyun 1801-ci il tarixli raportundan göründüyü kimi keçmiş Borçalı, Qazax, Şəmşəddil sultanlıqları Kaxetiya ilə birlikdə Rusiyanın tərkibinə daxil edildikdən sonra bu ərazilərdə yaşayan ailələrin Gəncəyə axını daha da güclənmişdi. Cavad xan belə köçmələrə rəğbətlə yanaşmış, hətta köçənlərə yardım göstərmişdir. Bu faktlara əsasən Qazaxlar məhəlləsi XVIII əsrin ortalarında formalaşmış, XIX əsrin əvvəllərində isə xeyli böyümüşdür. 1886-cı ildə burada məhəllə sakinləri tərəfindən Qazaxlar məscidi tikilmişdir.
Qazaxlar məscidi
Qazaxlar məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. == Tarixi == Məscid 1886-cı ildə tikilmişdir. Qazaxlar məscidi Cümə Məscidinin planı əsasında inşa edilib. Məscidin hansı sənətkar tərəfindən tikildiyi məlum deyildir.Məscidin bünövrəsi çay daşından, mürəkkəb məhluldan ibarətdir. Xarici və daxili divarları çay daşı, bişmiş, qırmızı kərpiç və gil məhluldan hazırlanmışdır. Bütün divarların dərinliyi 12-20 sm, hündürlüyü 1,5 metrdir. Məscidin döşəməsi də kərpiclə hörülmüşdür. Cümə Məscidində olduğu kimi, Qazaxlar məscidində də üç giriş qapısı vardır. Əsas giriş dərin tağlı keçidin içərisindədir. İki köməkçi giriş isə fasadın sağında və solunda yerləşir.
Qazaxlı Alik
Arif Fuad oğlu Muradov (ləqəbi: Qazaxlı Alik; 12 fevral 1958, Dağ Kəsəmən, Ağstafa rayonu) — Birinci Qarabağ müharibəsinin Azərbaycan tərəfindən iştirakçısı, ehtiyatda olan polkovnik. == Həyatı == Arif Fuad oğlu Muradov (Qazaxlı Alik) 1958-ci ildə Ağstafa rayonunun Dağkəsəmən kəndində anadan olmuşdur. === Döyüş yolu === 1987-ci il noyabrın 25-dən ermənilərə qarşı fəaliyyət göstərməyə başlamışdır. İlk dövrlərdə 15–20 nəfərlik dəstəyə rəhbərlik etmişdir. İlk hərbi əməliyyatlarını isə düşmən arxasına təşkil etmişdir. 1991-ci ilin noyabr ayında hərbi hissə yaradılmış və Qazaxlı Alikin hərbi dəstəsi rəsmi qaydada vuruşmağa başlamışdır. Mayor rütbəsi alan Qazaxlı Alikin döyüşdüyü hərbi hissədə hərbi qulluqçuların sayı 930 nəfər çatmışdı.Onun komandanlıq etdiyi dəstə ilk şəhidini Xocalı soyqırımından sonra vermişdir. 1992-ci il martın 14-də ermənilərin daha böyük dəstə ilə Qazax tərəfdən, Aşağı Əskipara Xeyrimli kəndinin üstündən baş tutan hücumunun qarşısını alarkən Qazaxlı Alik özü yaralanmış, onun dəstəsindən olan Rasim Bayramov isə yaralı halda ermənilər tərəfindən ələ keçirilmiş, sonradan da şəhid edilmişdir.Ağstafa, Tovuz, Qazax, Kəlbəcər, Laçın, Goranboy, Gədəbəy və Qarabağın bir çox bölgələrindəki hərbi əməliyyatlarda iştirak etmişdir.
Qazaxlı Məmmədəli
Məmmədəli İbrahimov - Məşhur pəhləvan, Yunan-Roma güləşi üzrə SSRİ çempionu, xeyriyyəçi, əməkdar incəsənət xadimi. == Həyatı == Məmmədəli İbrahimov 1914-cü ildə Qazaxda anadan olmuşdur. 1930-cu ilde Bakı təyyarəçilik məktəbini bitirmişdir. 1933-cü ildə Ali Hərbi Akademiyaya daxil olmuşdur. Oranı bitirdikdən sonra qırıcı təyyarəçi ixtisasına yiyələnmişdir. Qazaxın müxtəlif kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1946-cı ildə Yunan-Roma güləşi üzrə SSRİ çempionu olmuşdur. 1949-cu ildən Gürcüstan dövlət filarmoniyasında pəhləvan kimi fəaliyyətə başlamışdır. Ömrünün sonuna qədər orada çalışmışdır. Əldə etdiyi qonorarlardan həmvətənlərimizə xeyriyyəçiliklə məşğul olmuşdur.
Subaraxnoidal qanaxma
Subaraxnoidal qanaxma - Subaraxnoidal qanaxma dedikdə subaraxnoidal sahədə qanın müəyyən edilməsidir. - bir sıra səbəblərdən irəli gələn sindromdur, lakin əksər hallarda bu termindən istifadə edərkən məhz anevrizmanın partlaması (ədətən qeyri-travmatik səbəblərdən) düşünülür. == Klinik mənzərəsi == Əsas əlaməti baş ağrısıdır.. Baş ağrısının əsas xüsusiyyətləri - - adətən çox kəskin ("həyatımda ən pis ağrı") baş ağrısı ilə başlayır və bir neçə saniyə ərzində ağrının kəskinliyi daha da artmış olur. - bu cür baş ağrısından müayinə edilən xəstələrdə SAQ (subaraxnoid qanaxma) ehtimalı cəmisi 10% olur (əgər digər simptomlar, məsələn, huşun itirilməsi və ya fokal nevroloji tapıntılar varsa, ehtimal dərəcəsi xeyli artır). - xəstələrin təxminən yarısı bir neçə saniyədən bir neçə dəqiqəyədək yavaş-yavaş artan baş ağrısı ilə müraciət edir - bəzi xəstələrdə çox kiçik qanaxma olduqda isə ağrı daha az davam edir və ağrı günlər və həftələr ərzində artır - bir çox hallarda başlanğıcda keçib gedən zəiflik və ya huşun itkisi müşahidə edilir (beyindaxili təzyiqin artması səbəbindən) - digər xəstələr keyləşmiş və ya dizoriyentasiyalı olur başlanğıcda. - əgər ağrı daha çox boyundadırsa və ya kürək sümükləri (inter-scpular) arasındadırsa, bu zaman onurğa beyin (spinal) AVM (arterio-venoz malformasiya) və ya fistula barəsində düşünmək lazımdır. Baş ağrısı ilə yanaşı qıcolmalar, ürək bulanma və qusma, fokal nevroloji defisit müşahidə oluna bilər. == Diaqnostika == Aşağıdakı əlamətlər və ya simptomlarla müraciət etmiş xəstədə SAQ daim nəzərdən keçirilməli və araşdırılmalıdır: - həddən artıq kəskin baş ağrısı - yenicə yaranmış və ya əvvəlki baş ağrılarından fərqlənən baş ağrısı - huşun itirilməsi və ya dərhal sonra davamlı və güclü baş ağrısı ilə müşahidə edilən ilk qıcolma. - 3-cü Kəllə Sinirinin iflici ilə əlaqəli bəbəklərin iflici pupillary-involving CN III palsy of recent onset (suggests compressive lesion).
Yəhərçi Qazaxlar
Yəhərçi Qazaxlar — Azərbaycan Respublikasının Goranboy rayonunun Yəhərçi Qazaxlar kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Yəhərçi Qazaxlar kəndi Sarov kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Yəhərçi Qazaxlar kənd inzibati-ərazi vahidi yaradılmışdır. == Toponimikası == Kənd Qazax tayfa birliyinə daxil olan yəhərçi tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Mənbələrdə Yarçı Qazaxlar variantında da qeydə alınmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Korçayın sahilində, düzənlikdə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 762 nəfər əhali yaşayır.
Gazania
Hazaniya (lat. Gazania) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. Hazaniya orta qurşaq şəraitində birillik bitki kimi becərilən çoxillik ot bitkisidir. Hündürlüyü 40 sm-ə çatan budaqlı,sallaq,boz-yaşıl yarpaqlı və uzun çiçək saplağında yerləşən iri hamaşçiçəkləri (diametri 8 sm-ə qədər) olan bitkidir.Qılçıq gülləri növündən asılı olaraq qırmızı,narıncı və ya ağ rəngli olur.Boruşəkilli gülləri qara rəngdədir.Növ və hibridlər hündürlüyünə,hamaşçiçəyin ölçüsünə,qılçıq güllərin miqdarına və rənginə görə bir-birindən fərqlənir.Hazaniya bitkisi toxumla çoxaldılır.Solmuş bitkiləri qopartmaq lazımdır.Hazaniya qayalıq sahələrdə yaxşı bitir.Əgər payızda bitkini çıxarıb dibçəyə köçürsək,yazda çiçəkləmə müşahidə ediləcəkdir. == Məlumat mənbəsi == Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Qaraxaç
Qaraxaç — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 27 km məsafədə, Dibəkli dağının ətəyində, Çapan çayının sahilində, Vedi çayının sol axarında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim türk dilində «böyük, hündür, uca» mənasında işlənən qara sözü ilə xaç sözü əsasında əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə dəyişdirilib Lusaşoğ qoyulmuşdur. == Əhalisi == Kənddə 1831-ci ildə 94 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1828-ci il Türkmənçay müqaviləsindən sonra İran və Türkiyədən köçürülən ermənilər eyni zamanda burada yerləşdirilmişdir. 1831-ci ildən sonra kənddə azərbaycanlılarla yanaşı ermənilər də yaşamışdır.
Qazançı
AzərbaycandaQazançı (Zəngilan) — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Culfa) — Azərbaycan Respublikasının Culfa rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Goranboy) — Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi vahidində kənd. Qazançı (Ağdam) — Azərbaycan Respublikasının Ağdam rayonunun inzibati ərazi vahidində kənd.ErmənistandaQazançı (Şörəyel) — Ermənistan Respublikasının Şörəyel mahalında kənd. Qazançı (Ağbaba) — Ermənistan Respublikasının Ağbaba mahalında kənd.DigərQazançı — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Artik rayonunda dağ.
Qalaça
Qalaça və ya Şamilqala — Qax rayonunun İlisu kəndində Yazlıq dağının üstündə inşa olunmuş qala. Qalaça (Laçın) — Azərbaycan Respublikasının Laçın rayonu inzibati ərazi vahidində kənd. Qalaça (Loru) — Loruda kənd. Qalaça — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Talin rayonu ərazisində kənd.
Qalaxaç (Çaldıran)
Qalaxaç (fars. قلعه خاچ‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 229 nəfər yaşayır (40 ailə).
Qaraxaç (Maku)
Qaraxaç (fars. قره خاج‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 274 nəfər yaşayır (73 ailə).
Qaraxaç silsiləsi
Qaraağac silsiləsi (gürc. ჯავახეთის ქედი (cavaxetis kedi), erm. Ջավախքի լեռնաշղթա (Cavaxki lernaşğta), rus. Мокрые горы) — əsasən Gürcüstan qismən isə hazırkı Ermənistan ərazisində yerləşən dağ silsiləsi. == Coğrafi mövqeyi == Qaraxaç silsiləsi şimaldan cənuba təqribən 80 km. (50 km.-i Gürcüstan, 30 km.-i isə Ermənistan ərazisinə daxildir) məsafədə uzanır. Şimaldan Cocer (Trialet) silsiləsi, cənubdan isə Ağlağan dağları (Bazum silsiləsi) ilə hüdudlanır. Qaraxaç silsiləsi Gürcüstanın azərbaycanlılar yaşayan tarixi Borçalı mahalının qərb sərhədlərini təşkil etməklə, onu ermənilər yaşayan Samsxe-Cavaxet bölgəsindən ayırır. == Hündürlüyü == Qaraxaç silsiləsinin ən hündür zirvəsi Ağçala dağıdır (3196 m.). Digər hündür zirvələri Leyli (3154 m.), Yemlikli (3055 m.), Qaranlıq (3039 m.), Əyriqar (2973 m.), Sənəkuçan (2923 m.)və s.-dir.