Qazaxlar — Azərbaycan Respublikasının Füzuli rayonunun Əhmədalılar inzibati ərazi dairəsində kənd.
Kənd | |
Qazaxlar | |
---|---|
39°24′19″ şm. e. 47°19′12″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Füzuli rayonu |
Rayon | Füzuli rayonu |
Başçı | Alı Alıyev |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 918 nəfər (2009) |
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Vikianbarda əlaqəli mediafayllar |
Qazaxlar kəndi əhalisi öncə Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşirə, onun vəfatından sonra isə oğlu Cəfərqulu xana vergi ödəyirdi. 1823-cü ilə bağlı rus qaynağında göstərilir ki, kənd Cəfərqulu xana məxsusdur. Kənddə xana 9 ailə vergi ödəyirdi. Kədxuda Musa, təbib Ağa Məhəmmədhüseyn vergidən azad olunmuşdu. Xorasanoğlu məaf idi.
Füzuli rayonunun Əhmədalılar inzibati ərazi vahidində kənd. Düzənlikdədir.
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 918 nəfər əhali yaşayır.[1] 2012-ci ilin fevralın 15-də Qazaxlar kəndinin əhalisinə yeni çəkilmiş boru xətti vasitəsilə ilk dəfə təbii qaz verilməsinə başlanmışdır. Kəndə təbii qazın verilməsi ilə əlaqədar həmin gün kəndə tədbir keçirilmişdir.[2]
Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.