Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aplift
Yüksəltmə və ya aplift (ing. uplift) – daha inkişaf etmiş bir irqin nisbətən daha az inkişaf etmiş bir irqin təkamül prosesinə müdaxil edərək həm texnoloji, həm də intellektual cəhətdən "yüksəltməsi" ilə xarakterizə olunan elmi fantastika motivi. Yüksəltmə konsepsiyası əsasən planetlərarası irqlərin münasibətindən bəhs edən elmi fantastika əsərlərində daha populyar olsa da, bəzən planetdaxili irqlər arasındakı münasibətlərdə də istifadə olunur. == Tarixi == Yüksəltmə motivinin istifadə olunduğu ən qədim nümunə Herbert Uells tərəfindən 1896-cı ildə yazılmış "Doktor Moronun adası" romanıdır. Bu əsərdə Doktor Moro müxtəlif cərrahi proseslərlə heyvanları insanlaşdırmağa çalışır. Bu əsər "İtmiş ruhların adası" (1932) kimi bir çox film adaptasiyası üçün ilham mənbəyi olmuşdur. Kino dünyasında tanınan ən məşhur yüksəltmə hekayəsi 1968-ci ildə çəkilmiş "2001: Kosmik Odissey" filmidir. Filmdə yadplanetlilər insan təkamülünə müdaxil edirlər. Film Artur Klarkın "Qoruyucu" (1951) adlı qısa hekayəsindən təsirlənərək yazılsa da, Klark 1968-ci ildə filmin hekayəsini romanlaşdırmışdır. Klarkın 1953-cü ildə yazdığı "Uşaqlığın sonu" romanı da yüksəltmə konsepsiyasına malikdir.
Dov Qazit
Dov Qazit (tam adı: Dov Qazit, ivr. ‏דב גזית‏‎; 17 iyun 1908, Bakı – 1986) — Hayfa şəhərindəki İsrail Hərbi Hava Qüvvələri Texniki Məktəbinin baş komandiri. Afrikada xidmət edərkən aslan balasına sahib çıxmışdır. Həmin aslan Aharon Şulovun Qüds Bibliya Zooparkında saxlanılan ilk aslan olub. == Həyatı == Dov Qazitin əsl adı Boris Ruvinoviç/Romanoviç Qrobşteyndir. Solomon Qrobşteynin qardaşı, Bakıda neft sahəsində mühəndis olan Ruvin/Roman Qrobşteynin oğludur. Ailədə üç qardaşdan biridir. 8 yaşında olarkən atası erməni-müsəlman davasında qətlə yetirilmişdir. 18 yaşında Boris Sankt-Peterburq Dövlət Texnoloji Universitetinə təhsil almağa getmiş və burada sionist tələbə qrupuna qoşulmuşdur. SSRİ Xalq Daxili İşlər Komissarlığı sionist qrupun aksiyasını dağıtmış və Boris də daxil olmaqla, qrupun bütün üzvlərini həbs etmişdi.
Qazlı su
Qazlı su — mineral sərinləşdirici içki və ya karbon qazı ilə doymuş adi su. == Növləri == QOST 28188-2014 uyğun olaraq karbon dioksid ilə doyma baxımından üç növ karbonlu su var: karbon dioksid səviyyəsində 0,2% -dən 0,3% -ə qədər azqazlı; orta qazlı — 0,3-0,4 %; çox qazlı — 0,4 %-dən çox. == Tarixi == Təbii qazlı su qədim dövrlərdən bəri tanınır və dərman vasitələri kimi istifadə olunur. Hipokrat öz əsərinin bir bütöv fəslini suya həsr etmiş və suyu xəstənin yalnız içməsi üçün deyil, onun içində üzməsi üçün də olduğunu söyləmişdir. XVIII əsrdə mənbələrdən alınan mineral su butulkalarda dünyaya yayılmağa başlanmışdır. Ancaq çox bahalı idi və tez xarab olurdu. Buna görə də sonradan suyun süni şəkildə qazlaşdırmasına cəhdlər edilmişdir. Qazlı suyu ilk dəfə 1767-ci ildə ingilis kimyaçısı Cozef Pristli yaratmışdır. == Nəhəng istehsalçılar == Dr.
Neftli-qazlı hövzə
Neftli-qazlı hövzə — böyük geostruktur elementi daxilində məhdudlaşan neft və qaz akkumulyasiyasının struktur zonalarının məcmusu. Bu ərazilər geoloji təkamülü karbohidrogenlərin generasiya və miqrasiyasını, sənaye yığımlarının əmələ gəlməsini və həmçinin onların uzun geoloji müddət ərzində konservasiyasını təmin edir. Kənardan hövzəyə gələn karbohidrogen axınları hövzənin ehtiyatlarında nəzərə çarpacaq rol oynamır. Tektonik parametrlərə görə neftli-qazlı hövzələr platforma hövzələrinə, mütəhərrik zolaq hövzələrinə və keçid hövzələrinə bölünür. Mütəhərrik vilayətlərdə qırışıqlıq və ya özül komplekslərinin səthə çıxması ilə hüdudlandığına görə neftli-qazlı hövzə ayırmaq çətinlik törətmir (Vyana, Fərqanə və başqa neftli-qazlı hövzələr). Neftli-qazlı hövzələrinin sahəsi bir neçə onlarla kvadrat kilometrdən bir neçə yüz kvadrat kilometrə qədər dəyişə bilər.
Neftli-qazlı süxurlar
Neftli-qazlı süxurlar – məsaməli qum, qumlu-gil, qumdaşları, əhəngdaşlarından ibarət neft və qaz yataqları saxlayan süxurlar. Əsasən çökmə və qismən vulkanogen-çökmə süxur hövzələri ilə əlaqədardır. Burada mövcud olan endogen, ekzogen və biokimyəvi proseslər nəticəsində C və H elementlərinin sintez dəyişmələri baş verir. Süxurlarda çatlılığın az olması və yaxud heç olmaması səbəbində qaz materialının da toplanması üçün şərait yaranır. Kimyəvi elementlərdən Ca, Ba, Mo, Br, S, Cs və s. ilə zəngin və əksinə Mg, Si, P və Sr elementləri ilə kasıb olur. Nefli süxurlardan fərqli olaraq neftli-qazlı süxurlarda C elementinin də toplanması müşahidə olunur. Neftli süxurlarda ən çox Br elementi axtarış əhəmiyyəti daşıdığı halda, neftli-qazlı süxurlarda S elementi aparıcı əlamət hesab olunur. Biofil elementlərdən K, C və J birləşmələrinin miqrasiyası yüksəkdir. Ba / Al nisbətlərinin yüksək göstəriciləri səciyyəvidir.
Abşeron neftli-qazlı sahəsi
Abşeron neftli-qazlı sahəsi və ya Abşeron neftli-qazlı rayonu — Böyük Qafqazın cənub-şərqində ən zəngin neft-qaz sahəsi. Abşeron yarımadası və Abşeron arxipelaqını əhatə edir. Abşeron neftli-qazlı sahəsinin geoloji kəsilişində terrigen-karbonat çöküntülərindən ibarət Mezo-Kaynozoy kompleksi (8,5–9 km) iştirak edir. Bunlardan Orta Pliosenin (qum, qumdaşı və gillərin növbələnməsi) kəsilişində qalınlığı 10–80 km olan 30-dan çox neft-qaz horizontu var. Sahədə Qərbi Abşeron antiklinorumu, Qərbi Abşeron antiklinoriumu, Qərbi Abşeron sinklinoriumu, Mərkəzi Abşeron antiklinoriumu, Şərqi Abşeron sinklinoriumu və Abşeron arxipelaqı antiklinoriumu tektonik vahidləri ayrılır. Burada 50-dən çox sərbəst qırışığı olan 7 antiklinal zona var. Bu qarışıqlardan 26-sı işlənir. Tektonik pozğunluqlarla və palçıq vulkanları ilə bütün antiklinal zonalar mürəkkəbləşmişdir. Sahənin gələcəyi əsasən, oliqosen-Miosen və güman ki, Üst Təbaşir çöküntüləri ilə əlaqədardır.
Cənubi Xəzər neftli-qazlı hövzəsi
Cənubi Xəzər neftli-qazlı hövzəsi — Əsasən, Azərbaycan Respublikası ərazisində, Gürcüstanın şərq, Türkmənistanın qərb hissəsində yerləşən neftli-qazlı zona. Sahəsi 200 min km²-dən çoxdur. Tektonik cəhətdən Cənubi Xəzər çökəkliyinin (Lənkəran çökəkliyinin), Kür dağarası əyilmənin, Aladağ-Messarial pilləsinin və Kopetdağ meqantiklinoriumunun qərb qurtaracağının daxil olduğu ərazi Alp geosinklinalı sistemində gömülmüş böyük bir sahəni əhatə edir. Cənubi Xəzər neftli-qazlı hövzəsi şimaldan Böyük Qafqaz meqantiklinoriumu, Orta-Xəzər dərinlik qırılması və Böyük Balxan antiklinoriumu, qərbdən Dziruls massivi, cənbdan Kiçik Qafqaz və Əlburz dağ sistemi, şərqdən isə Kopetdağ meqantiklinoriumu ilə sərhədlənir. Ən dərin gömülmüş hissədə bünövrənin yatma dərinliyi 20 km-dən çoxdur. == Ümumi məlumat == Cənubi Xəzər neftli-qazlı hövzəsində neft-qaz hasilatının çoxəsrlik tarixi var. Azərbaycanda və Türkmənistanda əl ilə qazılmış quyular vasitəsilə neftin hasil edilməsi qədim zamanlarda mövcud olmuşdur. Azərbaycan ərazisində Cənubi Xəzər neftli-qazlı hövzəsi sahəsində dünyada ən qədim neftçıxarma rayonu – Abşeron (Bakı) yerləşir. Azərbaycan dünya neft sənayesinin inkişaf tarixində çox böyük rol oynamışdır. Məhz burada əvvəl quruda, sonra isə dənizdə yataqların mənimsənilməsinin bir çox üsulları ilk dəfə işlənilmiş və tətbiq edilmişdir.
Şamaxı–Qobustan neftli-qazlı sahəsi
Şamaxı–Qobustan neftli-qazlı sahəsi — Azərbaycanda, Böyük Qafqazın cənub-şərq batımında neftli-qazlı hövzə. Sahədə çoxlu palçıq vulkanı var. == Geologiyası == Şamaxı–Qobustan neftli-qazlı sahəsinin geoloji quruluşunda Orta Yuradan (Mezozoy) Üst Pliosenədək (Kaynozoy) olan çöküntü kompleksi öyrənilmişdir. Sahə eyniadlı sinklinoriumu əhatə edir. Beş böyük tektonik zonaya ayrılır: Şimal, Mərkəz, Cənub-Qərb, Cənub-Şərq və ya Ceyrankeçməz depressiyası və Ələt–Ləngəbiz. Bu zonaların, xüsusilə Şimal tektonik zonasının quruluşu olduqca mürəkkəbdir. Şimal zonası böyük ölçülü uzununa, eninə qırılmalarla, üstəgəlmələrlə mürəkkəbləşmişdir. Ələt–Ləngəbiz tektonik zonasında uzununa istiqamətdə 100 kilometr (62 mil) məsafədən izlənən böyük qırılma müşahidə edilmişdir. Bu qırılma nəticəsində Üst Pliosen çöküntülərinin Orta Pliosen və Miosen çöküntüləri ilə kontaktı yaranmışdır. Neft-qazlılığı güman edilən sahələrin çox olmasına baxmayaraq tektonik quruluşun mürəkkəbliyindən yalnız iki yataq aşkar edilmişdir: Umbakı neft yatağı, Duvannı qaz-kondensat yatağı.
Şimal dənizinin neftli-qazlı hövzəsi
Şimal dənizinin neftli-qazlı hövzəsi — Şimal dənizində, Norveç, Birləşmiş Krallıq, Danimarka, Niderland və Almaniyanın nəzarət etdiyi ərazilərdə yerləşən neftli-qazlı hövzə. == Xarakteristikası == Sahəsi 700 min km, bunun 500 min km-i şelfdədir. Ehtiyatları 3500 milyon ton neft və 8000 milyard ton qazdır. 211 neft-qaz və neft, 160 qaz və qaz-kondensat yatağı var. Onlardan ən böyüyü Statfyord (400 milyon ton), Brent (215 milyon ton), Ozeberq (145 milyon ton), Qroningen (1960 milyard mY), Trolldur (1287 milyard mY). Burada 6 min quyu fontan və mexanikləşdirilmiş üsullarla istismar olunur. İllik hasilatı təxminən 177 milyon ton neft və 186 milyard m qaz.