Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qohum
Qohumluq münasibətləri — yaxın genetik münasibətləri olan insanların sosial qrupu.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Qohum ruhlar
Qohum ruhlar (ing. Kindred Spirits) — İrlandiyanın Kork şəhərində yerləşən abidə. Abidə paslanmaz poladdan hazırlanıb.
Böyük Qardaş
Böyük Qardaş (ing. Big Brother) — Corc Oruellin "1984" romanının personajı, Okeaniya dövlətinin və "İngsos" partiyasının lideri. Oruellin təsvir etdiyi cəmiyyətdə bütün vətəndaşlar dövlətin daimi nəzarəti altındadırlar. Bu nəzarət əsasən teleekranlar vasitəsilə həyata keçirilir. İnsanlar daim "Böyük Qardaş sizi izləyir" ifadəsi ilə bu barədə xəbərdar edilirlər. "Böyük Qardaş" termini vətəndaş azadlıqlarının məhdudlaşdırılması, əsasən isə kütləvi nəzarət məqsədilə dövlətin inzibati gücündən sui-istifadə edilməsini bildirməklə bir çox dillərin lüğətlərinə daxil olmuşdur. == Şəxsiyyəti == Teleekranlarda Böyük Qardaş Okeaniyanın mütləq rəhbəri kimi ön plana çıxır. Lakin, Böyük Qardaşın həqiqətən mövcud olması, yaxud təbliğatın yaratdığı obraz olması naməlum qalır. Əsərin baş qəhrəmanı Vinston Smit partiyanın agenti O`Brayenə verdiyi "O da mənim mövcud olduğum şəkildə mövcuddurmu" sualına "Siz mövcud deyilsiniz. … Böyük Qardaş partiyanın təcəssümü kimi mövcuddur və ölümsüzdür." cavabını alır.
Qardaş payı
Qardaş payı — rejissor Səlcuq Aydəmirin komediya janrında çəkdiyi film. NTC media tərəfindən hazırlanmış filmin ilk seriyası 13 fevral 2014-cü ildə Star TV də göstərildi. Filmin ilk mövsümünün rejissoru Səlcuq Aydəmir olmuşdur. 22 seriyadan sonra 7 avqust 2017-ci ildə filmin ilk mövsümü bitmişdir. Filmin ikinci mövsümü 29 yanvar 2015-ci ildə başlamış və 30 aprel 2015 tarixinədək 35 seriyası nümayiş olunmuşdur. Filmin baş rollarında Əhməd Kural, Murad Cəmcir və Seda Bakan oynamışlar. == Mövzusu == Film iki mühəndis qardaşın dünyanı xilas edəcək bir qurğunun icadı xəyalından bəhs edir. Metin , Ali və Feyza Özdemir qardaşları dünyanı xilas edəcək olan borla çalışan bir motor ixtira edəcəklərdir. Bu motorun həqiqi ixtiraçısı ataları olan Tahsin Özdemirdir. Ancaq 13-cü seriyada ataları öldüyündən işləri qarışmışdır.
Qardaş qətli
Qardaş qətli - Frans Kafkanın müəllifi olduğu qısa hekayədir. Bu hekayə 1917-ci ildə ilkin formada "Qətl" adı altında "Kənd həkimi" kitabında çap olunmuşdur. Hekayədə qatil Şmar və onun qurbanı Vese arasında olan bir kriminal hadisədən söhbət gedir. == Məzmun == Şmar öz qurbanı Veseni onun iş yeri ilə evi arasında olan yolda izləyir. Şmar onunla danışır, qatilin öz qurbanını yaxşı tanıdığı aydındır, sonra o Veseni bıçaqla vurur. Qatil əvvəl və cinayət zamanı həyəcanlı olur, titrəyən səslə danışır. Qətl hadisəsi onu özündən çıxarır. Hadisə zamanı cəsəd onda elə də bir təsir yaratmır. Başqa birisi, Pallas adlı şəxs hadisəni kənardan müşahidə edir. Hadisədən xəbər tutan, Vesenin arvadı qətlə yetirilmiş ərinə tərəf tələsir.
Qardaş şəhər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. == Terminin tarixi == 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır . 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Qardaş şəhərlər

Bajrangi qardaş
Bajrangi qardaş (Rom: Bajrangi Bhaijaan) — ssenarist V. Vijayendra Prasadın orijinal hekayəsi əsasında Kabir Xanın ssenarisini yazdığı və rejissoru olduğu və Salman Xan ilə Rockline Venkateshin müştərək prodüseri olduqları 2015-ci ildə hind dilində çəkilmiş komediya-dram filmidir. Filmdə baş rollarda Salman Xan ilə filmlərdəki birinci (debütant) rolu olan Harşaali Malhotra, həmçinin də Nəvazuddin Siddiqi ilə Karina Kapur iştirak edir. Filmdə 6 yaşlı pakistanlı lal müsəlman qızı öz vətəninə götürmək üçün səyahətə çıxan hindu tanrısı Hanumanın fədaisi Pawan Kumar Çaturvedinin hekayəsindən bəhs edilir. Filmin axırında Hindistanda anasından ayrılan Şahidə doğma şəhərinə qaytarılır.
Superhit qardaş
Superhit qardaş (hindcə:भैयाजी सुपरहिट(Bhaiaji Superhit)) — 2018-ci ildə Nirac Pathak tərəfindən çəkilən Hindistan komediya filmidir. Filmdə baş rolları Sanni Deol və Priti Zinta oynayır. Priti Zinta 7 illik aradan sonra ilk dəfə bu filmə çəkilmişdi. == Məzmun == Bənarəsdə yaşayan Lal Bhayşap Dubey hind filmlərinin xəstəsidir. Ən böyük arzusu ölkəsinin superhiti olmasıdır. Bir dəfə o, sindrom yaşayır və özünü superhit hesab edir. Dubeyin qardaşları rejissor Qoldi Kapur və yazar Tarun Qoş onun yanına gəlirlər və bu sindroma qalib gəlməsi üçün əllərindən gələni edirlər. Lakin, sonra görürlər ki, alınmır, əla bir oyuna başlayırlar. Bu oyuna Dubeyin arvadı Sapnanı da alət edirlər. Bu zaman Dubey elə bilir ki, Sapna Priti Zintadır.
"Qardaş köməyi" toplusu
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi.Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
"Qardaş köməyi" təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. == Məqsədi == Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. == Fəaliyyəti == Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
Beş qardaş (abidə)
Beş qardaş – tarixi abidə və mineral su mənbəyi. İranın Şimali Xorasan əyalətinin Bocnurd bölgəsində yerləşir. Bu abidə istirahət və tarixi turizm mərkəzi kimi fəaliyyət göstərir və Əl işləri və Turizm Təşkilatı tərəfindən milli irs siyahısına salınmışdır. == Yeri == Beş qardaş abidəsi Bocnurd-İsfərayen yolu üzərində, Bocnurddan 7 km məsafədə yerləşir. Abidə Qeri Canlu, Mehnan və Əsədli kəndlərinə yaxındır. == Tarixi == Abidənin adının kökü Xorasan Türklərinin mifologiyası ilə bağlıdır. Əfsanəyə görə zülmkar hökmdara qarşı üsyan edən 5 qardaş abidənin yerləşdiyi dağa sığınmış və sonradan yoxa çıxmışdır. Bndan sonra isə, bu yerdən 5 bulaq peydə olmuşdur.Qacarlar dövründə Nəsrəddin şah buranı ziyarət etmiş və Yar Məhəmməd xan Şadlıya əmr etmişdir ki, bulaqların üstündə abidə tiksin. Bundan sonra abidənin yanında tac formasında hovuz da tikilmişdir.
Qardaş (film, 2000)
Qardaş — Takeşi Kitano filmi.
Qardaş Köməyi Təşkilatı
"Qardaş köməyi" təşkilatı — ictimai təşkilat. == Məqsədi == Birinci dünya müharibəsi (1914-1918) illərində Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. Təşkilatın əsas məqsədi müharibədə əsir düşmüş türk əsgərlərinə, kimsəsizlərə yardım etmək, müalicə olunmalarına kömək göstərmək, onları ərzaqla, geyimlə təmin edib vətənlərinə yola salmaq idi. Cəbhə bölgələrində sahibsiz qalmış türk uşaqlarını toplayıb uşaq evlərinə göndərirdi. == Fəaliyyəti == Təşkilatın Bakı şöbəsi Nargin adasında saxlanılan türk əsirlərinin azad olunmasında böyük şücaət göstərmişdir. Belə ki, gecələr kiçik qayıqlarda Nargin adasına yan alan azərbaycanlılar yüzlərlə əsiri azad edib Türkiyəyə yola salmağa nail olmuşdular. Əsirlərin bəziləri vətənlərinə qayıtmaqdan imtina edərək, Azərbaycanı özlərinə vətən seçmişdilər. O cümlədən, iki türk əsiri azad olunduqdan sonra Mərdəkanda qalmış, ailə qurmuş və XX əsrin sonlarınadək yaşamışlar. Onların törəmələri Mərdəkanda böyük bir nəsil halında yaşamaqdadır. Nağı Şeyxzamanlının verdiyi məlumata görə, təşkilat "Qardaş köməyi" adlı jurnal da nəşr etdirmişdir.
Üç qardaş (Riqa)
Üç qardaş (latış. Trīs brāļi‎; alm. Drei Brüder‎) — memarlıq abidəsi,Riqanın mərkəzində, Mazā Pils (Kiçik qala) küçəsində yerləşir. Riqanın orta əsr memarlığının tipik nümunəsidir. == Tarix == Üç qardaşlar 1955–1957-ci illərdə Peteris Saulitisin layihəsi əsasında bərpa olunmuşdu. Yaradılmış memarlıq kompleksinin birləşdirilmiş həyətinin brandmauer divarlarına daş portal və 1554-cü ilə aid gerb quraşdırılmışdı. === Ağ qardaş === Ən böyük qardaş (Ağ qardaş) XV əsrin sonunda — XVI əsrin əvvəllərində, 1490-cı ildə inşa olunmuşdu. Binanın xarakterik qotik nişalı pilləli frontonu, fasadında isə intibah dövrünə aid bəzi elementlər vardır. Tikilidə son orta əsrlərdə səciyyəvi olan bir sıra xüsusiyyətlər hələ də müşahidə olunur — məsələn binanın qapısının hər iki tərəfində qorunub saxlanılan daş skamyalar. Andreas Tsaunenin rekonstruksiya işləri nəticəsində birinci mərtəbədə yerləşən böyük yaşayış otağı evin bütün ərazisini tuturdu.
Qardaş köməyi (toplu)
"Qardaş köməyi" toplusu — İctimai-siyasi toplu. == Mahiyyəti == Birinci dünya müharibəsi (1914–1918) dövründə Azərbaycanın bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərmiş "Qardaş köməyi" təşkilatının orqanı. Əsasən, Qars vilayəti ətrafında zərər çəkmiş müsəlman qaçqınlarının həyatına həsr olunmuş məqalələr dərc edilirdi. == Əsas yazıçılar == Toplunun əsas mühərrirləri Məhəmməd Əmin Rəsulzadə, Əhməd Cavad, Hüseyn Cavid, Firidun bəy Köçərli, Seyid Hüseyn, Abdulla Şaiq, Şəfiqə xanım Əfəndizadə idi.Jurnalın bir nüsxəsi hələ də İstanbulda saxlanılaraq, mühafizə olunur.
Gəl qohum olaq (film, 2001)
== Məzmun == Qarakişi (Rafael İsgəndərov) ilə Minayə (İlahə Səfərova) bir-birini sevirlər. Lakin Minayənin bacısı əri Ədalət (Valeh Kərimov) onların evlənmələrinə qarşıdır. Bundan çıxış yolu tapmaq üçün və Ədaləti razı salmaq üçün Qarakişi bir kələk işlədir və bu minvalla arzusuna çatır.
Azərbaycan şəhərlərinin qardaş şəhərləri
Qardaşlaşmış şəhərlər anlayışı haqqında — Dünya şəhərləri arasında qardaşlaşmanın tarixi 1957-ci ildən başlayır. Həmin il Fransada Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyası yaradılıb. Lakin qardaşlaşmış şəhərlərin ilkin forması Avropada Alman şəhəri olan Padernborn və Fransız şəhəri Le-Mans arasında 836-cı ildə olmuşdur. Şəhərlər arasında qardaşlaşma əsasən mədəni, iqtisadi, siyasi, təhsil, səhiyyə, ətraf aləmin mühafizəsi sahəsində əlaqələrin möhkəmləndirilməsi və inkişafı ilə müşayiət olunur.İndiyədək Ümumdünya Qardaşlaşmış Şəhərlər Federasiyasına 4000-dən artıq şəhər üzv olub. Onlar arasında Azərbaycanı təmsil edən şəhərlər də var. Bakı və Sumqayıt bu siyahıda liderlik edir. Bakı 1978-ci ildən etibarən Ümumdünya Qardaşlaşmış Şəhərlər Fedarasiyasının üzvüdür.
Bajrangi qardaş (film, 2015)
Bajrangi qardaş (Rom: Bajrangi Bhaijaan) — ssenarist V. Vijayendra Prasadın orijinal hekayəsi əsasında Kabir Xanın ssenarisini yazdığı və rejissoru olduğu və Salman Xan ilə Rockline Venkateshin müştərək prodüseri olduqları 2015-ci ildə hind dilində çəkilmiş komediya-dram filmidir. Filmdə baş rollarda Salman Xan ilə filmlərdəki birinci (debütant) rolu olan Harşaali Malhotra, həmçinin də Nəvazuddin Siddiqi ilə Karina Kapur iştirak edir. Filmdə 6 yaşlı pakistanlı lal müsəlman qızı öz vətəninə götürmək üçün səyahətə çıxan hindu tanrısı Hanumanın fədaisi Pawan Kumar Çaturvedinin hekayəsindən bəhs edilir. Filmin axırında Hindistanda anasından ayrılan Şahidə doğma şəhərinə qaytarılır.
Superhit qardaş (film, 2018)
Superhit qardaş (hindcə:भैयाजी सुपरहिट(Bhaiaji Superhit)) — 2018-ci ildə Nirac Pathak tərəfindən çəkilən Hindistan komediya filmidir. Filmdə baş rolları Sanni Deol və Priti Zinta oynayır. Priti Zinta 7 illik aradan sonra ilk dəfə bu filmə çəkilmişdi. == Məzmun == Bənarəsdə yaşayan Lal Bhayşap Dubey hind filmlərinin xəstəsidir. Ən böyük arzusu ölkəsinin superhiti olmasıdır. Bir dəfə o, sindrom yaşayır və özünü superhit hesab edir. Dubeyin qardaşları rejissor Qoldi Kapur və yazar Tarun Qoş onun yanına gəlirlər və bu sindroma qalib gəlməsi üçün əllərindən gələni edirlər. Lakin, sonra görürlər ki, alınmır, əla bir oyuna başlayırlar. Bu oyuna Dubeyin arvadı Sapnanı da alət edirlər. Bu zaman Dubey elə bilir ki, Sapna Priti Zintadır.
Yeddi qardaş arxeoloji abidəsi
Yeddi qardaş arxeoloji abidəsi - Qazax rayonunun Dəmirçilər kəndində yerləşən arxeoloji abidə == Haqqında == Bu yerə Yeddi daş da deyirlər. Yeddi qardaş arxeoloji abidəsi Dəmirçilər kəndinin cənub-qərbində, Qapaqlı dərə məhəlləsinin qurtaracağındadır. Bir-birinə sığınmış daşlardır. Deyilənə görə, vaxtilə yeddi bütöv daş olub. İkisi sonralar parçalanıb. İnsanlar buraya ziyarətə gələr, şam yandırıb daşların üstünə qoyar və niyyət edərlər. Qurban kəsənlər də olur. Tədqiqatlara görə bu arxeoloji abidənin tarixi erkən Dəmir dövrünə təsadüf olunur. Bura ilə bağlı maraqlı əfsanə var. Çox qədim zamanlarda buraya düşmənlər hücum etməyə hazırlaşır.
Üç qardaş (film, 1976)
== Məzmun == Film Azərbaycan, Gürcüstan və Ermənistanın Qazax, Marneuli və İcevan bölgələrinin zəhmətkeşlərinin dostluğuna həsr edilmişdir. Onlar istehsal sahəsində yarışmaqla bərabər, məhsul yığımında, plantasiyalar salınmasında, şəhər və kəndlərin abadlaşdırılmasında da bir-birilərinə kömək edirlər. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Niyazi Bədəlov Ssenari müəllifi: Sərdar Əliyev Operator: Elxan Əliyev Səs operatoru: Şamil Kərimov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 235-258.
Üç qardaş (film, 1982)
Üç qardaş (Rom: Khud-Daar) 1982-ci ildə Ravi Tandon tərəfindən hind dilində çəkilmiş döyüş filmidir. Filmin musiqisi Rajesh Roshan tərəfindən bəstələnmiş, filmin musiqisinin sözləri isə Majrooh Sultanpuriyə məxsusdur. Filmdə əsas rollarda Amitabh Bachchan, Sanjeev Kumar, Parveen Babi, Vinod Mehra, Prem Chopra, Mehmood, Bindiya Goswami və Tanuja çəkilmişdirlər. Bu filmin Tamil dilində Padikkadhavan, Teluqu dilində isə Sürücü Babu adlı remeykləri çəkilmişdir. Amitabh Baççanın Banqalorda Coolie filmi üçün çəkilişlərdə iştirak etdiyi zaman ağır yaralandığı həftə filmi buraxılmışdır. Film 1982-ci ildə ən çox gəlir gətirən dördüncü film olmuşdur. == Süjet xətti == Hələ uşaqlıqda Çatu və Racu qardaşları böyük qardaşları Haridən ayrı düşür. Çatu kiçik qardaşı Racuya güzaransız həyat təmin etmək üçün gecə gündüz zəhmətə qatlaşmalı olur. Onun Universitetdə təhsil almasına hər cür şərait yaradır. Lakin Racu cinayətkarlara qoşularaq qaçalmalçılıqla məşğul olur.
İki qardaş adası (Dalneqorsk)
İki qardaş adası — Yapon dənizində, Rudnaya körfəzi yaxınlığında yerləşən kiçik iki ada. Sahildən 130 metr və Rudnoy Pristandan 3,7 km cənubda yerləşir. İnzibati cəhətdən Dalneqorski şəhər dairəsinin bir hissəsidir. Ada sudan kəskin şəkildə yüksələn iki qayadan (iki kekur) ibarətdir. Daşlar ümumi bir qayanın bir parçasıdır. Bəzən su ilə doludur və sahilə daşlarla bağlanır. Ən böyük qayanın hündürlüyü 23,2 m-dir. İki qardaş adası Rudnoy Pristan və Dalneqorskun simvollarından biridir. Yaz aylarında bir çox turist buranı ziyarət edir. 1995-ci ildə buraxılan 1000 rublluq əskinasındakı görüntü sayəsində geniş məşhurluq qazanmışdır.
Qaradaş
Qara daş — Məkkədə Kəbə Evinin bir bucağında yerləşdirilmişdir. Müsəlmanlar bu daşın Cənnətdən endirildiyi inancındadırlar.
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. == Tarixçə == 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. == Özəllikləri == Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Qaradaş (Qaraqoyunlu)
Qaradaş — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 22 km məsafədə yerləşir. Kəndin ərazisində azərbaycanlıların həyatı ilə bağlı XVII-XVIII əsrlərə aid tarixi abidələrin, eləcə də oğuz qəbiristanlığın qalıqları qalmaqdadır. Toponim rəng bildirən qara sözü ilə Azərbaycan dilində «qaya» mənasında işlənən daş sözü əsasında əmələ gəlmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Sevkar (Qaradaş) qoyulmuşdur.
Qaradaş (Tovuz)
Qaradaş — Azərbaycan Respublikasının Tovuz rayonunun Qaradaş kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Yaşayış məntəqəsi kimi 1786-cı ildən məlumdur. Hələ qədimdən Xanbulaq dağında Armudluq adlı sahədən mis filizinin çıxarılmasına və torpağın qara rəngə çalmasına görə əraziyə Qaradaş deyirdilər. Sonralar mədənin yerləş­diyi dağ da Qaradaş adlandırılmışdı. Burada salınmış kənd də adını həmin dağın adından almışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Şahdağ silsiləsinin (Kiçik Qafqaz) şimal ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Qaradaş kənd kitabxana filialı, Qaradaş kənd klubu, Qaradaş poçt şöbəsi (AZ6029) fəaliyyət göstərir. == Təhsil == Kənddə Qaradaş kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Qaradaş (dağ)
Qaradaş — Sədərək rayonu ərazisində dağ (hünd. 1213,8 m). Naxçıvan dağarası çökəkliyinin şimal-qərbində, Sədərək düzünün cənub-şərq kənarında, Araz çayının sol sahilində, Dəhnə-Vəlidağ tirəsinin şimal-qərb qurtaracağında zirvə. Sədərək kəndindən 7 km-dək cənub-şərqdədir. Orta Devonun Jivet mərtəbəsinin üst hissəsinə aid Arpaçay lay dəstəsinin karbonat-terrigen çöküntülərindən ibarət yastı təpəli günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Naxçıvan qoyulma çökəkliyinin şimal-qərb qurtaracağında Şərur-Culfa qalxım zonasının Şərur seqmentinin gömülmüş cənub-qərb cinahında cavan çöküntülər altından yer səthinə çıxan Dəhnə-Vəlidağ qalxımının mərkəzi hissəsini mürəkkəbləşdirən ikincidərəcəli Qaradaş-Bozdağ sinklinalının cənub-şərq qanadında yerləşir. Yamaclarında şimal-qərb və şimal-şərq istiqamətli fay və əks-fay qırılma pozulmaları izlənilir.
Qaradaş (Çaroymaq)
Qaradaş (fars. قره داش‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 15 nəfər yaşayır (4 ailə).
Qaradaş bələdiyyəsi
Tovuz bələdiyyələri — Tovuz rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Qaradaş ocağı
Qaradaş ocağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axura kəndinin mərkəzində ziyarətgah. == Tarixi == Ахurа kəndinin içərisində yеrləşir. Qаrаdаş оcаğınа indi də inаm vаr. Öz ürəyində аrzu və istəyinin həyаtа kеçməsini istəyən şəхslər оcаğа nəzir dеyir və аdаmlаr аrzu, istəklərinə çаtdıqdа nəziri оcаğа аpаrırlаr. Qаradаş оcаğının mərkəzində nəhəng prizmаtik-kоnusvаri fоrmаlı qаrа dаş vаr. Dаşın ətrаfınа bir nеçə kiçik ölçülü dаşlаr düzülmüşdür. Əfsаnəyə görə iri qаrа dаşlаr göydən gəlmiş аnа, ətrаfındа оlаn kiçik dаşlаr isə оnun övlаdlаrıdır. Оdur ki, оcаğа аncаq qаdınlаr və uşаqlаr girə bilər. Kişilərin оcаğа gəlməsi qаdаğаndır. Оcаğа qаb-qаcаq dа gətirilir.
Dinamo GOHM
"Dinamo" GOHM — Bakı şəhərini təmsil etmiş sovet futbol klubu. 1928-ci ilə qədər yaradılmışdı. == Adlanması == 1987-ci ilə qədər — "Dinamo"; 1988-ci il — "Bakılı" GOHM; 1989—1990-cü illərdə — "Termist" GOHM; 1991-cü il — "Dinamo" GOHM. == Nailiyyətləri == Birinci dəstədə — 14-cü yer ( 1945-ci il Futbol üzrə SSRİ çempionatı, ikinci qrupda). SSRİ kuboku — 1/4 finalda məğlubiyyət (1944). == Xarici keçidlər == Footballfacts bazasında klub haqqında məlumat Wildstat bazasında klubun qeydə alınmış oyunları История азербайджанского футбола.