QARDAŞXAN

Qardaş xan; xan kimi qardaş.
QARDAŞƏLİ
QARTAL
OBASTAN VİKİ
Qardaşxan
Qardaşxan — Azərbaycan kişi adı. Qardaşxan Əzizxanlı — Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Qardaşxan Hüseynov — Füzuli rayonunun Sosialist Əməyi Qəhrəmanı (1948-ci il) Aşıq Qardaşxan Mehdiyev (1935-2015) — Azərbaycan aşığı.
Qardaşxan Əhmədli
Qardaşxan Əzizxanlı
Qardaşxan Əzizxanlı (1 iyul 1958, Astraxanbazar rayonu) — şair, hərbi jurnalist, tərcüməçi, maarifçi, tədqiqatçı.(filologiya üzrə fəlsəfə doktoru) Əzizxanlı Qardaşxan Nəhmət oğlu 1958-ci il iyul ayının 1-də Azərbaycan Respublikası Cəlilabad (əvvəlki Astarxanbazar) rayonunun Günəşli (keçmiş Pokrovka) kəndində doğulub. Sonra ailəsi Lənkəran şəhərinə köçüb, 1976-cı ildən Bakı şəhərində yaşayır. 1965-1975-ci illərdə Lənkəran şəhər 5 saylı orta məktəbində oxuyub. Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika (1975-1980), Azərbaycan Universitetinin hüquqşünaslıq (1997–2000) fakültələrini (fərqlənmə diplomu ilə), Xəzər Universitetinin filologiya üzrə doktoranturasını (2014–2017) bitirib. S.Vurğunun ev-muzeyində, Azərbaycan xalça və xalq-tətbiqi sənəti Dövlət muzeyində, “Azərbaycan təbiəti” jurnalında, “Savalan”, “Tanıdım”, “20 yanvar” qəzetlərində çalışıb. “Varlığımız”, “Varlıq” qəzetlərinin baş redaktoru olub. DSX və DTX sistemində işləyib. Xəzər Universitetində “Dünya ədəbiyyatı” (Qədim Şərq, Antik yunan və Roma, Orta əsrlər–Renessans dövrü və müasir dövr Avropa, Amerika və rus ədəbiyyatı), Azərbaycan ədəbiyyatı və Yaradıcı yazı fənlərini tədris edir. Sumqayıt hadisəsinə (“Vışka”, “Provokator i soobşniki”, 14.01.1990), Qarabağ hadisələrinə (“Elm”, “Q.İ.Petoyan: “Ne moqu perenesti takoqo pozora” 30.09.1989) həsr edilmiş məqalələrin və digər onlarla yaddaqalan publisistik yazıların müəllifidir. Məmməd Arazın “Sənətdə son mənzil olmur” (2001),“Şikayət dəftəri” (2002), həmçinin M.Araz haqqında “Məmməd Arazlı günlərim” (2008), “Qarabağ simfoniyası” (2016), M.Qasımlının “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər).
Qismət Qardaşxanov