AĞACƏFƏR
AĞADAYI
OBASTAN VİKİ
Ağadadaş Ağayev
Ağayev Ağadadaş Həmid oğlu (25 avqust 1956, Hasıllı, Astraxanbazar rayonu) — azərbaycanlı müğənni, Azərbaycan Respublikasının xalq artisti (2006). == Həyatı == Ağadadaş Ağayev 1956-cı ildə Cəlilabad rayonunun Hasıllı kəndində anadan olub. 1972–1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Bir müddət Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib (1977–1983). 1981-ci ildə ilk dəfə mahnılarını audio-kaset variantında yayıb. Həmin il "İstedadlar axtarırıq" müsabiqəsinin qalibi olub. 1983-cü ildə Azərbaycan Dövlət Filarmoniyasında ilk solo konsertini verib. 1984-cü ildən Filarmoniyada Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti kimi fəaliyyətə başlayıb. 1988-ci ildən Azərbaycan Televiziyasının solistidir. 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakültəsini bitirib.
Ağadadaş Cəfərov
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi. == Həyatı == Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. "Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.) Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.
Ağadadaş Dadaşov
Ağadadaş Hacıbala oğlu Dadaşov (30 avqust 1935, Bakı) — bəstəkar, tarzən, Azərbaycan Respublikasının xalq artisti (2008). == Həyatı == 1950–1954-cü illərdə Asəf Zeynallı adına Orta ixtisas musiqi məktəbində tar ifaçısı kimi püxtələşərək, tanınmış pedaqoq, bir sıra mahnı və pyeslərin müəllifi Adil Gərayın tar məktəbini keçir. Dadaş Dadaşov məktəbdə oxuduğu illərdə ən istedadlı tar ifaçıları sırasında olmuş, 1963-cü ilədək Azərbaycan Televiziya və Radio Komitəsi nəzdindəki Xalq Çalğı Alətləri Orkestrində fəaliyyət göstərmişdir. 1958–1963-cü illərdə Cövdət Hacıyevin bəstəkarlıq sinfində təhsilini davam etdirir. Bəstəkar 2005-ci ildə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, 2008-ci ildə Respublikanın Xalq Artisti adına layiq görülmüşdür. == Əsərləri == Vokal əsərləri Ə. Cavadın sözlərinə iki romans (1996) Rəsul Rzanın sözlərinə "Rənglər" vokal silsiləsi (1985) A. İldırım, B. Vahabzadə, Y. Həsənbəy və b. şairlərin sözlərinə mahnılar (1990–2001). İnstrumental əsərləri Cövdət Hacıyevə ithaf olunmuş fortepiano üçün 12 prelüd (1977–1978) Qanun və piano üçün poema (1996) Simli trio (1986) Simli kvartet üçün poema (1990) Tar və piano, kamança və piano, qanun və piano üçün pyeslər (1990–2001). Orkestr üçün Xalq çalğı alətləri orkestri üçün 5 saylı süita (1993) Böyük Vətən Müharibəsində həlak olmuş azərbaycanlılara ithaf 1 saylı Simfoniya Simli orkestr üçün 2 saylı simfoniya (1995) Nəfəsli orkestr üçün "Zəfər marşı" (1996) Nəfəsli orkestr üçün "Təyyarəçilər marşı" (1998) Qanun və simfonik orkestr üçün Konsert (2009)[1] Arxivləşdirilib 2016-02-15 at the Wayback Machine == Ədəbiyyat == Azəri, L. Bəstəkar ömrünün naxışları: [Xalq artistinin yubileyinə həsr olunmuş musiqi festivalı haqqında] //Mədəniyyət.- 2015.- 9 dekabr.- S.11. Azəri, L. Vətənə sevgidən yaranan musiqi əsərləri: Xalq artisti Dadaş Dadaşovun 80 illiyinə həsr olunmuş musiqi festivalı //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.4.
Ağadadaş Həmidov
Ağadadaş Həmidov — "Xəzər-Lənkəran" FK-nın baş məşqçi səlahiyyətlərinin icraçısı (8 may 2015-ci ildən). == Karyerası == Ağadadaş Həmidov Azərbaycanın müstəqil futbol çempionatı keçirilməyə başladıqdan sonra Lənkəranın ilk təmsilçisi olmuş "Xəzər"in baş məşqçisi olmuşdur.
Ağadadaş Müniri
Ağadadaş Müniri (1863, Hövsan – 1940, Buzovna) — azərbaycanlı şair, "Məcməüş-şüəra" ədəbi məclisinin nümayəndəsi. == Həyatı == Ağadadaş Müniri 1863-cü ildə Bakının Hövsan kəndində anadan olmuşdur. Yeddi yaşında atadan yetim qalmış, anasının təkidi ilə mədrəsəyə getmiş, on beş yaşınadək orada oxumuşdur. Müniri öz şerlərini qəzəl, məsnəvi, rübai, qitə, qəsidə şəkillərində yazmışdır. "Müniri" təxəllüsünün, "Münir" sözündən (ərəb sözüdür, mənaca, "işıq" deməkdir.) götürən şairin yazılarının bəziləri, inqilabdan əvvəl və sonra mətbuatda dərc olunmuşdur. ("Dirilik", 1916-cı il; "Türkcə qəzəllər" kitabı, 1917-ci il, "Ədəbi parçalar", 1926-cı il və s.) Şairin bədii irsi, onun klassik şerin müxtəlif janrlarında yazdığı ədəbi nümunələrdən ibarətdir. Bu günə kimi, Bakı şairləri haqqında yazılan müxtəlif kitablarda, şairin bir neçə qəzəli çap olunsa da bütövlükdə əsərləri tədqiq olunmamış qalmaqdadır. Bu əsərlər Azərbaycan Əlyazmalar İnstitutunun fondunda saxlanılır. O, Buzovnalı Məşhədi Azər və Haşım bəy Sağiblə dostluq etmişdir. Üç oğlu olmuşdur.
Ağadadaş Qasımov
Ağadadaş Qasımov — azərbaycanlı rəssam. == Həyatı == Qasımov Ağadadaş Cabbar oğlu 19 iyun, 1962-ci ildə Bakıda anadan olmuşdur. O, 1980-ci ildə Ə.Əzimzadə adına Rəssamlıq məktəbinin rəngkarlıq fakültəsini, 1986-cı ildə Tiflis Dövlət Rəssamlıq Akademiyasının qrafika fakültəsinin plakat ixtisasını bitirmişdir. Ağadadaş Qasımov qrafika rəssamı kimi fəaliyyət göstərmişdir. Yaradıcılıq fəaliyyətinə əsasən 1988-ci ildən başlamış, mütəmadi olaraq Respublika və xarici ölkələrdə keçirilən sərgilərin fəal iştirakçısı olan A. Qasımov, dəfələrlə diplom və mükafatlara layiq görülmüşdür. O, 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1988-ci ildən Respublika və Beynəlxalq sərgilərin fəal iştirakçısıdır. Rəssamın əsərləri, ABŞ, Fransa, Almaniya, Avstriya, Türkiyə, Litva, İran və Azərbaycanda nümayiş edilib. Ağadadaş Qasımov 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim işləyir.
Ağadadaş Qurbanov
Ağadadaş Qurbanov (8 mart 1911, Bakı – 22 iyun 1965, Salyan, Azərbaycan SSR) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının banilərindən biri, həm faciə, həm dram, həm də komediya janrlı tamaşaların ifaçısı. == Həyatı == Ağadadaş Qurbanov 1911-ci il mart ayının 8-i Bakıda anadan olmuşdur. 15 mart 1927-ci ildə Lətif Kərimlinin müəllifi olduğu "Fırtına" pyesi "Dənizçilər klubu"nda Ağadadaş Qurbanov və məktəblilər tərəfindən tamaşaya qoyulmuşdu. Bununla da Gənc Tamaşaçılar Teatrının (Bakıda Fəhlə Uşaqlar Teatrı) bünövrəsi qoyuldu. Aktyor həmin vaxtdan 1952-ci ilədək Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərmişdir. Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Fridrix Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında "Əfilər" pyesində Qaneş obrazını canlandırmışdır. Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında Allan ("Ailə namusu", Hüseyn Muxtarov), Mirzə Səməndər, Əbu Übeyd, Ötgün ("Almaz", "Od gəlini" və "Dönüş", Cəfər Cabbarlı), Şeyx Mərvan və Şeyx Sənan, Səyavuş ("Şeyx Sənan" və "Səyavuş", Hüseyn Cavid), Kamillo ("Qış nağılı", Vilyam Şekspir), İbrahim xan və Vaqif ("Vaqif", Səməd Vurğun), Professor Mudrov ("Şirvan gözəli", Ənvər Məmmədxanlı), Şults ("Uzaq sahillərdə", İmran Qasımov və Həsən Seyidbəyli), İvanov ("Göz həkimi", İslam Səfərli), Dəmirçi Musa ("Toy", Sabit Rəhman), Yəhudi ("Mariya Tüdor", Viktor Hüqo) rollarını ifa etmişdir. Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol almışdır. Belə ki, aktyor 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol almışdır. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa etmişdir.
Ağadadaş Sürəyya
Ağadadaş Sürəyya (1850, Bakı – 1900, Bakı) — XIX əsr Azərbaycan şairi. == Həyatı == Ağadadaş Sürəyya 1850-ci ildə Bakıda doğulmuşdur. Təhsilini molla məktəbində atmışdır. "Məcməüş-şüəra" ədəbi məclisinin katibi olmuşdur. Məclisin bütün sənədləri, şairlərin oxuduğu və müzakirə etdiyi şeirlər onun evində saxlanılırmış. Sonralar itmişdir. A. Sürəyya 1900-cü ildə Bakıda vəfat etmişdir. Onun əsərlərinin az bir qismi qalmışdır.
Ağadadaş Səmədov
Ağadadaş Səmədov (10 mart 1924, Vilvan, Lənkəran rayonu – 26 avqust 2016) — İkinci Dünya müharibəsinin veteranı. == Həyatı == 1924-cü ilin mart ayının 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olub. O, 1942-ci ildə Lənkəran Subtropik bitkiçilik texnikumunu bitirib. Elə həmin ilin oktyabırın 26-da müharibəyə yollanan Ağadadaş Səmədov 77-ci Azərbaycan diviziyasının 105-ci Taborunun tərkibində Mazdokdan Berlinə qədər döyüş yolu keçib. O, müharibədə böyük şücaət göstərib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Qəhərmanlığına görə 2 dəfə 3-cü və 2-ci dərəcəli Şöhrət ordenləri ilə təltif olunub. Lakin onun bu mükafatlandırma haqqında dəqiq məlumatı olmayıb. 1945-ci ilin dekabrında doğma kəndinə qayıdıb və 1980-cı ildə təqaüdə çıxana kimi orada aqronom işləyib. 13 övladı, 44 nəvəsi, 26 nəticəsi var.
Ağadadaş Əliyev
Ağadadaş Əliyev (16 oktyabr 1940, Bakı) — Azərbaycan kimyaçısı, texnika elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki. == Həyatı == Ağadadaş Əliyev 1963-cü ildə Azərbaycan Sənaye İnstitutunun mexanika fakültəsini bitirmiş, 1969-cu ildə namizədlik, 1985-ci ildə isə "Qeyri stasionar katalitik proseslərin modelləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Professor A. Əliyev kimyəvi kinetika və kataliz, kimya texnologiyasının proses və aparatları ixtisasları üzrə görkəmli alimdir. Professor A. Əliyevin elmi-tədqiqat işləri 678-ə qədər elmi əsərdə, o cümlədən 60 müəlliflik şəhadətnaməsində və patentdə öz əksini tapmışdır. Onun rəhbərliyi ilə 45 fəlsəfə doktoru,4 elmlər doktoru hazırlanmışdır. Azərbaycan AMEA-nın həqiqi üzvüdür. == Fəaliyyəti == === Əsas elmi nailiyyətləri === Qeyri–stasionar aktivliyə malik katalizatorların iştirakı ilə gedən proseslərin modelləşdirilməsi, intensivləşdirilməsi və optimal layihələşdirilməsinin nəzəri əsasları yaradılmışdır. Alifatik spirtlərin, kiçik molekula çəkili olefin və parafin karbohidrogenlərin məqsədyönlü selektiv oksidləşməsi reaksiyaları üçün metalseolit katalizatorlarının seçilməsinin elmi əsasları işlənib hazırlanmışdır. Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı — 690dir. Onlardan bəziləri: A. M. Aliyev, Z. A. Shabanova, U. M. Najaf-Guliyev.
Ağadadaş Kərbəlayı oğlu
Ağadadaş Kərbəlayı oğlu (10 iyun 1926—13 dekabr 2008) — neftçi, Sosialist Əməyi Qəhrəmanı (1966). == Həyat və əmək fəaliyyəti == Ağadadaş Kərbəlayı oğlu 1926-cı ildə Bakının Maştağa kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1944-cü ildə "Leninneft" briqada trestində başlamışdır. Səngəçal Qazma İşləri İdarəsinin ustası olmuşdur. 1950-ci ildən Sov.İKP üzvü olmuşdur. AKP 28-ci qurultayında AKP MK-nın üzvü seçilmişdir. Sov.İKP 24-cü qurultayının nümayəndəsi, SSRİ Ali Sovetinin (V və VI çağırış) və Azərbaycan SSR Ali Sovetinin (VII və VIII çağırış) deputatı olmuşdur. 23 may 1966-cı ildə sovet neft sənayesinin inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, 2 dəfə Lenin ordeni, "Qırmızı Əmək Bayrağı" ordenləri ilə təltif olunmuşdur. Ağadadaş Kərbəlayı oğlu 13 dekabr 2008-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası I cild.

Digər lüğətlərdə