Qunduz müharibələri
17-ci əsrdə baş verən Qunduz müharibələri, Müqəddəs Lavrenti və daha aşağı Böyük Göllər bölgəsində iqtisadi rifah uğrunda müharibə idi. Müharibələrdə İrokezlər, Huronlar, şimal Alqonkinləri və onların Fransız müttəfiqləri, xəz ticarətini nəzarət altına almağa çalışırdılar. Avropalılar orta əsrlərdən etibarən Rusiya və Skandinaviyadan xəz əldə edirdilər. Bu qəbilələrin hərbi gücü və diplomatik bacarıqları, on yeddinci əsrin sonlarından on səkkizinci əsrin sonlarına doğru Avropa-Hindu əlaqələrində böyük rol oynadı.
İrokezlər , torpaqlarını genişləndirmək və xəz ticarətini və Avropa bazarları ilə Qərbi Böyük Göllər bölgəsinin qəbilələri arasındakı ticarəti özəlləşdirməyə çalışırdılar. Onlar 5 Konfederasiyadan -Mohauk, Oneida, Onondaqa, Kayuqa və Senekadan ibarət idi. (Konfederasiya, daha sonra Tuskaroranın 18-ci əsrdə qəbul edildiyindən sonra 6 xalqdan ibarət oldu.)
Vaşinqton və Ottavadakı hökumət səlahiyyətliləri, İrokez suverenliyini yalnız fərdi tayfa hökumətləri varlığında gördülər. Suveren Mohauk başçılığındakı İrokez Konfederasiyası, Böyük Göllər bölgəsinin böyük Alqonkin dilində danışan qəbilələrinə qarşı hərəkətə keçdi. İrokezlər, Holland və İngilis ticarət tərəfdaşları tərəfindən silahlandırıldı. Alqonkinlər isə, əsas ticarət ortağı olan Fransızlar tərəfindən dəstəkləndi.