Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Məhəmmədəli Rəcai
Məhəmmədəli Rəcai (15 iyun 1933, Qəzvin – 30 avqust 1981, Tehran) — İran İslam Respublikasının 2-ci prezidenti. Məhəmmədəli Rəcai 1933-cü ildə Qəzvin şəhərində dünyaya gəlmişdi. İlk təhsilini də bu şəhərdə alan Rəcai, 1948-ci ildə Tehrana gedərək Hava qüvvətlərinə qatıldı və beş il müddətlə hərbi xidmət illəri dövründə axşam təhsili (ikinci təhsil) alaraq orta təhsilini tamamladı. 1959-cu ildə Ruft Ali Müəllimlər Məktəbində riyaziyyat bölümündən məzun olan Rəcai, Xansar, Qəzvin və Tehran kimi şəhərlərdə müəllim kimi çalışdı. 1961-ci ildə "Nehzet-i Azadi" (Azadlıq hərəkatı)ya üzv olduqdan iki il sonra tutulan Rəcai iki ay müddətlə həbs yatdı. Həbsdən çıxdıqdan sonra Məhəmməd Cavad Bahonər ilə birlikdə İttifaq nümayəndəsini yenidən canlandırmağa çalışdı və silahlı mübarizəni aktiv şəkildə idarə edə biləcək kadrlar çıxarmaq üçün FKÖ düşərgələrinə mütəxəssis göndərdi. 1971-ci ildə ölkə xaricinə çıxaraq, öncə Fransaya getdi ardından bir müddet Türkiyə və Suriya kimi bölgə ölkələrində oldu. Siyasi fəaliyətlərdə olduğu kimi mədəni işlərdə də aktiv olaraq yer alan Rəcai 1975-ci ildə tutularaq ünlü Qəsr-Qacar və Evin həbsxanalarında dörd il boyunca həbs yatdı. 1979-cu il inqilabının ən hərəkətli dönəmində, digər məhkumlarla bərabər sərbəst buraxılmasının ardından siyasi və mədəni fəaliyətlərinə yenidən başladı. Bəzi dostlarıyla birlikdə Müəllimlər İslam Birliyi [Əncümən-i İslami Müallimin] təşkilatını qurdu.
Rəcaizadə Mahmud Əkrəm
Rəcaizadə Mahmud Əkrəm (osman. رجاﺋﻰ زاده محمود اكرم) (1 mart 1847, Konstantinopol – 31 yanvar 1914, Konstantinopol) — Osmanlı şairi, nasiri və dramaturqu. Türkiyə ədəbiyyatında "Tənzimat" dövrünün ən məşhur şair, nasir və dramaturqlarından olan Rəcaizadə Mahmud Əkrəm eyni zamanda "Sərvəti-funun"çuların sələflərindəndir. Böyük müasiri Namiq Kamalın yaradıcıhğına nə qədər mübarizlik, döyüşkənlik ruhu hakimdirsə, Mahmud Əkrəm bir o qədər həzin lirik şairdir. Övladlarının, xüsusilə sevimli oğlu Nicatın vaxtsız ölümü şairi sarsıtmış, onun yaradıcılığında kədər, bədbinlik motivləri daha da artmışdır.
Recai Kutan
Recai Kutan (türk. Mehmet Recai Kutan; 5 aprel 1930 – 7 oktyabr 2024, Ankara) — türkiyəli siyasətçi == Həyatı == 5 aprel 1930-cu ildə dünyaya gəlib. 1952–1969-cu illərdə Türkiyə Respublikası Dövlət Su İşləri Baş İdarəsində çalışıb. 1977-ci il seçkilərində Milli Qurtuluş Partiyasından Malatya millət vəkili, 1977-ci il koalisiya hökumətində tikinti və məskunlaşma naziri vəzifələrində çalışıb. 12 sentyabr çevrilişindən sonra 9,5 ay həbsdə keçirib. 1983-cü ildən sonra qurulan Rifah Partiyasının sədr müavini oldu və Rifah Partiyasının Malatya millət vəkili olaraq parlamentə girdi. O, 1996–1997-ci illərdə 54-cü hökumətdə enerji və təbii ehtiyatlar naziri vəzifəsində çalışıb. Rifah Partiyası bağlandıqdan sonra yeni yaradılmış Fəzilət Partiyasının sədri seçilib. 1999-cu ildə keçirilən ümumi seçkilər nəticəsində parlamentə daxil olub. 1954-cü ildə Mebrure Xanımla evləndi və İsmayıl, Əbdüləziz Murat və Əhməd adlı üç övladı oldu.
Elephas recki
Elephas recki (lat. Elephas recki) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinin asiya fili cinsinə aid heyvan növü.
Typhlodromus recki
Typhlodromus recki (lat. Typhlodromus recki) — phytoseiidae fəsiləsinin typhlodromus cinsinə aid heyvan növü. Typhlodromus recki Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Dorin Reçan
Dorin Reçan (rum. Dorin Recean; 17 mart 1974, Dondüşan[d], Moldova SSR) — Moldova akademiki və siyasətçi. O, 2012-ci ilin iyulundan 2015-ci ilin fevralına qədər Moldovanın daxili işlər naziri vəzifəsində çalışmışdır. Reçan 2023-cü ilin fevralında Moldovanın Baş naziri vəzifəsinə təyin edilmişdir. == Erkən illəri == Dorin Reçan 17 mart 1974-cü ildə Dondüşan şəhərində anadan olmuşdur. 1996-cı ildə Moldova İqtisadi Araşdırmalar Akademiyasını beynəlxalq biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi ilə bitirmişdir. Daha sonra 2000-ci ildə Nyuport Beynəlxalq Universitetinin Belçika filialında biznesin idarə edilməsi üzrə magistr dərəcəsi almışdır. Reçan Moldovanın Aİ-yə üzvlüyünü və Qərblə daha sıx əlaqələri dəstəkləyir. == Şəxsi həyatı == Dorin Reçan evlidir və iki övladı var.
Fədai
Fədai (ərəb. الفدائي‎, əsli "fidai"dir, ərəbcədən din naminə, ideya naminə özünü qurban verən deməkdir) — əsasən Yaxın və Orta Şərqin müsəlman ölkələrinə işlədilən termindir. Fədai dedikdə sosial, sosial-dini xarakter, milli azadlıq və millətçilik xarakteri daşıyan şüarlar altında aparılan silahlı mübarizənin iştirakçısı başa düşülür. == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.111.
Kəcli
Kəcli — Kəngər tayfalarının bir qoluna mənsub nəsil == Haqqında == Araz çayından cənubdakı torpaqlarda yaşayırdılar. Nadir şahın hakimiyyəti dövründə (1736-1747) nəsil rəisi (Əbülcəm) Kəclillər arasında şah ordusu üçün qoşun toplayırdı. Nadir şahın ölümündən sonra Qarabağ hakimi olmuş Azad xan Əfqanın Kəclilər tədricən əkinçiliklə məşğul olmağa və oturaq həyat tərzinə keçməyə başlamışdı. Lakin kəngərli İran hökmdarına daha layiqli xidmət göstərmək üçün tayfalarının bu qolunun torpağa tam bağlanmalarına deyil, elat-yarımköçəri olmalarına çalışırdılar ki, zərurət zamanı əskəri xidmətə cəb olunsunlar. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 222. ISBN 5-8066-1468-9.
Məcaz
Metafora (q.yun. μεταφορά — «köçürmə») və ya məcaz — Metafor bir əşya, varlıq və hadisəyə məxsus əlamətə hadisə üzərinə köçürülməsi yolu ilə düzəlir. Metaforu təşbehlə (bənzətmə ilə) qarışdırmaq olmaz. Hər ikisi müqayisə, bənzətmə əsasında düzəldiyi üçün bəzən onları fərqləndirmək çətindir. Yadda saxlamaq lazımdır ki, təşbehdən fərqli olaraq metaforda qarışdırılan tərəflərdən biri iştirak etmir. Cümlədəki şəxs sadəcə bir fikirlə ifadə olunur. Yəni, təşbehdə müqayisə olunan predmetlərdən (bənzəyən və bənzədilən) hər ikisinin adı çəkildiyi halda, metaforda yalnız birinin adı çəkilir. Məsələn, "Üzü günəş kimi işıq saçan qızım susmasın" cümləsində üzün günəşə bənzədilməsi ilə təşbeh düzəlmişdir. Həmin cümləni "Günəşim susmasın" şəklinə salsaq metafor düzələcək. "Günəş" sözü bütöv cümlədəki başlıca fikri ifadə etməklə metafor çevrilir.
Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Nəvai
Navahi və ya Navahı: Navahi (Ağsu) — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Nəvai (Xoy) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Rəbab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Rəcəb
Rəcəb – Hicri təqviminin 7-ci ayı, Allah qonaqlığı üçün səfərə hazırlıq aylarından birincisi və haram aylardan biridir. Aşağıdakı ayələr rəcəb ayı haqqındadır: Tövbə surəsi 36–37-ci surələr; Rəcəbin 1-i İmam Baqirin döğum günü. Rəcəbin 3-ü İmam Hadinin vəfatı. Rəcəbin 5-i İmam Hadinin doğum günü. Rəcəbin 8-i (hicri 20-ci il) – İslam dininin Misirə gəldiyi gündür. Rəcəbin 9-u İmam Hüseynin oğlu Əli Əsgərinin doğum günü. Rəcəbin 10-u (hicri 195-ci il) İmam Təqinin doğum günü. Rəcəbin 12-i (hicri 36-cı il) Həzrət Əli (ə) Kufə şəhərinə daxil olmuş və buranı xilafətin paytaxtı kimi müəyyənləşdirmişdir. Rəcəbin 13-ü İmam Əlinin dögüm günü (hicrətdən 23 il əvvəl). Rəcəbin 15-i (besətin 5-ci ili) müsəlmanların ilk hicrəti – Məkkədən Həbəşistana getmələri baş vermişdir.
Rəfail
Rafael — kişi adı. Rafael Santi — məşhur İtalyan rəssamı. Rafael Kalderon — Kosta-Rikanın prezidenti. Rafael Mustafayev — tanınmış jurnalist. Rafael Əmənzadə — Fizika-riyaziyyat elmləri doktoru, professor, Rafael Varan — Fransa futbolçusu. Rafael Süleymanov Rafael Qvaladze — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi (1985–1990). Rəfail Oğuztürk Dağlı Digər Rafael Urdaneta Universiteti — Venesuelanın Marakaybo şəhərində yerləşən ali təhsil müəssisəsi.
Rəcəz
Ərəb ədəbiyyatında Ərəb şeirinin ən yayılmış formalarından biridir. Rəcəz, nəzm ilə əlaqəli bir termindir. Rəcəz uzun saitsiz müstəf`ilün təlifəsi üzərində qurulur. Klassik Ərəblərin, qəsidə və rəcəz başda olmaqla bir sıra şeir növləri mövcuddur. Ərəb ədəbiyyatında satirik rəcəzlər, həcv sənətinin ortaya çıxma müddətindəki ikinci və ya üçüncü mərhələyə rast gəlinir. Həcvin əvvəlcə mənsur və ya ritmik ünsürlərlə qarışaraq keçdiyini, daha sonra Ərəb kahinləri vasitəsiylə səcin həcvlərə çevrildiyini ve önceki halının ləğv edildiyi hesab olunduğunda, rəcəzin vücuda gəlişi satirikliyin üçüncü keçidinə yerləşdirilir. İslamdan əvvəl və sonra, Ərəblərin hərb meydanlarında rəcəz şeirləri söylədikləri bilinir. Müharibə bölgəsində söylənən bu tərz şeirlər, hərb rəcəzi olaraq adlandırılır. Bu şeirlər adətən bədahətən söylənən və sünilikdən uzaq misralardan meydana gəlir. Mərhab ibn əl-Həras və Kəb ibn əlMâlik dövrünün hərb rəcəzi söyləyən şairlərini misal göstərmək olar.
Nəsai
Nəsai və ya tam adı ilə Əbu Əbdürrəhman Əhməd ibn Şueyb ən-Nəsai (ərəb. أبو داود السجستاني‎, 829 və ya 830 – 28 avqust 915, Fələstin) — Fars əsilli müsəlman alimi, hədis üzrə görkəmli mütəxəssislərdən biri. Ən mötəbər altı hədis məcmuəsindən birinin müəllifidir.Mühəddis, "Sünəni Nəsai" hədislər toplusunun müəllifi. Ən-Nəsai Türkmənistanın müasir paytaxtı Aşqabaddan qərbdə yerləşən, hazırda mövcud olmayan Nisa şəhərində (onun soyadı bu şəhərin adı ilə verilmişdir) anadan olmuşdur. Ən-Nəsai ömrünün ikinci yarısını Misirdə keçirir. Yaqub əl-Fəsəvi onun müəllimi olur. Ölümündən bir müddət əvvəl Fələstinə gedir və orada ölür. Misiri tərk etməsinə səbəb onun geniş biliyinə görə başqalarının paxıllığı idi. Fələstinə gəldikdən sonra bir qrup xaricinin hücumuna məruz qalır və aldığı yaralardan ölür. Əl-Həkim onun haqqında yazırdı: "Əbu Əbdürrəhman bütün fəzilətləri ilə yanaşı, şəhadət də çəkdi".
Rəfah
Rafah və ya Rəfah (ərəb. رفح‎; ivr. ‏רָפִיחַ‏‎) — Qəzza zolağının cənubunda yerləşən şəhər. Qəzzə şəhərindən 30 kilometr cənub-qərbdə yerləşən Rafah qubernatorluğunun paytaxtıdır. 2017-ci ildə Rafahın 171,889 əhalisi var idi. İsrailin Qəzzə və Xan-Yunis şəhərlərini kütləvi bombardman etməsi və qurudan hücumları nəticəsində təxminən 1,4 milyon insanın Rafahda sığındığı güman edilir. İsrail 1982-ci ildə Sinaydan geri çəkildikdə, Rafah tikanlı məftilli maneələrlə ayrılaraq Qəzzə və Misir arasında iki hissəyə bölünüb. Böyük bufer zonası yaratmaq üçün şəhərin mərkəzi İsrail və Misir tərəfindən dağıdılıb. Rafahda Misirlə Fələstin Dövləti arasında yeganə keçid məntəqəsi olan Rafah Sərhəd Keçid məntəqəsi yerləşir. Qəzzənin yeganə hava limanı olan Yaser Ərəfat Beynəlxalq Hava Limanı şəhərin cənubunda yerləşir.
Bəhai
Bəhai Dini — bütün bəşəriyyətin birliyi prinsipini vurğulayan müstəqil monoteist dindir. Bu dinin təməlini üç əsas prinsip təşkil edir: Allahın birliyi — Allah bütün yaradılışın yeganə mənbəyi və ilkin səbəbidir; İlahi dinlərin birliyi — tək Allahın tək bir dini var və o minilliklər ərzində təkamül etmişdir; bəşəriyyətin birliyi — bütün insanlar eyni Allah tərəfindən bərabər yaradılmışdır, insanlar arasındakı irqi, milli, mədəni müxtəlifliklər bəşəriyyətin zənginliyidir və müxtəliflikdə birlik təqdirəlayiq və alqışlanandır. Bəhai dini təlimlərinə görə insanın məqsədi Allahı, tək yaradanı, Həqiqi dostu tanımaq və Ona sevgi bəsləməkdir, hansı ki, bu özünü gündəlik fəaliyyətdə, insanlığa xidmətdə və fərdi ibadətdə göstərməlidir. Bəhai dini 19-cu əsrdə İranda meydana gəlib, bu dinin peyğəmbəri Bəhaullahdır. Bəhaullah öz fikirlərinə və yaydığı təlimə görə İrandan Osmanlıya sürgün olunub və demək olar ki, həyatının sonunadək burada məhbus həyatı yaşayıb. Bəhaullahın vəfatından sonra onun böyük oğlu Əbdül-Bəha bu təlimləri inkişaf etdirməkdə davam edir, onun dövründə Bəhai dini İran və Osmanlının sərhədlərini aşır, Avropa və Amerikaya yayılmağa başlayır, həmçinin İranda getdikcə daha da möhkəmlənir və eyni zamanda güclü təqiblərə məruz qalır. Əbdül-Bəhanın vəfatından sonra Bəhai dininin inkişafı yeni mərhələyə qədəm qoyur, Bəhai dini tarixində Şəhadət dövrü başa çatır və Quruculuq əsri (1921–2021) başlayır, hansı ki son nəticədə Bəhaullahın öngördüyü Ümumdünya Ədalət Evinin yaranması və Dinin dünyanın bütün məntəqələrinə yayılması ilə nəticələnməli idi. Hal-hazırda dünyanın 200 ölkə və vilayətində təqribən 5 milyonadək bəhai var. Bu dini qəbul etmiş şəxslərin nüməyəndəsi olduğu millətlərin, xalqların və etnik qrupların sayı 2100-ü keçmiş, Bəhai dini ədəbiyyatı 800-dən çox dilə tərcümə edilmişdir. Bəhai dininə görə, ruhani tarixi silsilə Allah Elçilərinin gəlişi ilə formalaşır, bu Peyğəmbərlərin dini təlimi zamanın tələbinə və insanlığın qabiliyyətinə uyğun vəhy olunur.
Rical
Rical — Ərəb dilində "insanlar" mənasını versə də hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadə, ravilərinin şəxsiyyətini tədqiq edən elmdir. Hədis Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Rübai
Rübai — Iranda yazılı ədəbiyyatın geniş yayılmış şeir janrlarından biri. Rübai birinci, ikinci və dördüncü misraları həmqafiyə, üçüncü misrası isə sərbəst qalan dörd misralıq müstəqil əsərdir. Bəzən misralarda həmqafiyə olan sözlərdən sonra rədif də gələ bilər. Dörd misrada bitkin, həm də məna və ideyaca mühüm, dərin fəlsəfi bir fikir ifadə etmək rübaidə əsas şərtdir. Dünya ədəbiyyatında rübainin ən klassik nümunələrini Şərqin dahi mütəfəkkiri Ömər Xəyyam yaratmışdır. Onun fəlsəfi dərinlik və emosional tərzdə yazılmış rübailərində böyük həyat sevgisi, həqiqətpərəstlik, dini mövhumata qarşı üsyankarlıq və s. tərənnüm olunurdu: Əlimdə olsaydı əgər iqtidar, Bu köhnə fələki kökündən yıxar, Təzədən elə bir fələk qurardım, Ki, hər kəs yaşardı azad, bəxtiyar. Azərbaycan ədəbiyyatının intibah mərhələsinin ən qüdrətli sənətkarı Məhsəti Gəncəvi də rübai janrında gözəl sənət nümunələri yaratmışdır.
Rəngi
Rəngi — Azərbaycanın milli rəqsi. Ən qədim rəqslərdən sayılan "Rəngi" qadın rəqsində hərəkət genişliyi, rəqsin şənliyinin rəngarəngliyi ona xas olan səciyyəvi cəhətlərdəndir. Naxçıvanda bu rəqsi hələ də oynayırlar. Rəqs Gəncədə yaranıb. Onun tempi aramdır.
Rəzan
Ryazan — Rusiyada şəhər. Ryazan vilayətinin mərkəzi. Bressuire, Fransa. Kruševac, Serbiya. Loveç, Bolqarıstan. Münster, Almaniya. New Athos, Abxaziya. Omiš, Xorvatiya. Ostrów Mazowiecka, Polşa. Xuzhou, Çin.
Səcah
Səcah binti əl-Haris (ərəb. سجاح بنت الحارث‎) — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdı. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir.
Sənai
Həkim Əbdülməcd Məcdid ibn Adəm Sənai Qəznəvi (fars. حکیم ابوالمجد مجدود ‌بن آدم سنایی غزنوی‎; 1080, Qəzni – 1131, Qəzni) — böyük filosof, sufi şair, 1131 və ya 1141-ci ildə öldüyü bildirilir. Əbdülməcd Məcdid ibn Adəm Sənai 1081-ci ildə Əfqanıstanın Qəznə şəhərində anadan olmuşdu. III Məsud Qəznəvinin hakimiyyəti (1099–1115) dönəmində şeir yazmağa başlamışdı. Bir müddət Bəlxdə yaşamışdı. Orda elm və sufizmlə məşğul olmuşdu. 1124-cü ildə yenidən Qəznəyə qayıtmışdı. Artıq tanınmış şair olmuşdu. Onu Sultan Bəhramşah Qəznəvinin (1118–1152) sarayına dəvət etmişdilər. Sarayda məşhur əsəri olan "Hədiqət-ül-həqaiq"i yazmışdı.
Xətai
Xətai — Azərbaycanda daha çox işlədilən ad. Bu təxəllüsü olan tanınmış insanlar Şah İsmayıl Xətai — I İsmayıl Səfəvinin ədəbi təxəllüsü. Bu adı olan tanınmış insanlar Xətai Təbrizi — Azərbaycan yazıçısı. Xətai Quliyev — Yaşayış məntəqələri Xətai rayonu — Bakıda rayon. Xətai — Azərbaycanın Ağstafa rayonunda kənd. Xətai — Azərbaycanın Xocavənd rayonunda kənd. Xətai — Azərbaycanın Şərur rayonunda kənd. Xətai (Soyuqbulaq) — Xətai (Naxçıvan) Digər Xətai metrostansiyası — Bakı metropolitenində metrostansiyalardan biri. Xətai xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Riştə Xətayi — Təbrizdə hazırlanan ‏Ramazan ayına aid şirniyyat və desert.
Dəhnamə (Xətai)
Dəhnamə — Azərbaycan ədəbiyyatının klassiki Şah İsmayıl Xətainin məsnəvi janrında yazdığı poema. Əsər Azərbaycan ədəbiyyatının yazılı abidəsi hesab edilir. 1506-cı ildə Azərbaycan dilində yazılan şeir əsəri Azərbaycan ədəbiyyatında məsnəvi janrında yazılan ilk poemalardan biri sayılır. Məsnəvidə aşiq oğlan (yəni şairin özü) və onun sevgilisi bir birinə on sevgi məktubu göndərirlər, buna görə də əsərin adı elə "Dəhnamə" ("On məktub") qoyulub. Poema bütövlüklə 1532 beytdən ibarətdir. == Tədqiqi və nəşri == 1923-cü ildə tədqiqatçı Salman Mümtaz XVII əsrə aid əlyazmaları istifadə edərək "Dəhnamə"nin tam olmayan siyahısını dərc etdi, indi o siyahı Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda saxlanılır. 1961-ci ildə Əzizağa Məmmədov "Şah İsmayıl Xətai" adlı şairin əsərlərinin ikicildliyini hazırlamışdı, orada o, "Dəhnamə"nin elmi-tənqidi mətnlərin yaradılmasının əsas prinsiplərinə baxış keçirmişdi. 1967-ci ildə tədqiqatçı Qasım Həsənov "Dəhnamənin sintaksisi" (rus. «Синтаксис Дехнаме») adlı işini yayımladı, hansında ki poemanın təyini söz birləşmələrini təhlil etmişdi. Həsənov hələ 1962-ci ildə yazırdı ki, poemada olan təyini söz birləşmələrinin müasir azərbaycan dilindəki kəlmələrlə çox oxşarlıqları var.
Fədai Təbrizi
Fədai Təbrizi (XV əsr, Təbriz – XV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir.
Keçməməsi rəqsi
Keçməməsi və ya Keçi məməsi — el şənliklərində və toylarda geniş oynanılan Azərbaycanın ən qədim kişi rəqslərindən biri. Əsasən Şirvan zonası və Bakı kəndlərində məşhurdur. Çox gözəl melodiyalı və ahəngdar musiqisi var. Rəqs bir qədər aram və cəld templə də ifadə oluna bilər. Bu rəqs Orta Mahur və Bayatı-Qacar üzərində qurulmuşdur. Musiqisinin tondan-tona keçməsi onu daha da coşqun və ahəngdar edir. Bəzən bu rəqsi səhvən "Keçi məməsi" adlandırırlar ki, bu da məzmuna uyğun gəlmir. Əslində rəqsin "keçməməsi" adlandırılması, rəqs edənlərin bir-biri ilə yarışa girərək gözəl və çevik rəqs hərəkətləri nümayiş etdirməklə rəqabət aparmasına, bir-birini keçməsinə işarə edir.
Areca
Areka (lat. Areca) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi.
Lecan
Lecan (erm. Լեջան) — Ermənistan Respublikasının Loru mərzində kənd. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Lecan bələdiyyəsi"ni (erm. Լեջան համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 837 nəfərdir.
Mecay
Mecay (həmçinin Macoy, Macay; q.misir mđʔ.y) — Qədim Misirin Yeni padşahlıq dövründə fəaliyyət göstərmiş, səhralarda kəşfiyyat əməliyyatları həyata keçirən və fironun hakimiyyəti altındakı əraziləri müdafiə etmiş elit hərbiləşdirilmiş polis qüvvəsi. "Mecay" sözünün gəldiyi Misir termini "mđʔ" əvvəllər müasir Sudanın şimalında və Misirin cənubunda misirli canişinlər tərəfindən muzdlu əsgərlər olaraq işə alınan nubiyalı köçəri tayfaların məskunlaşdığı bir regiona deyilirdi. Onlar müasir milli polis qüvvələrinə bənzər bir mürəkkəb ictimai müdriyyət sistemi qurmuşdular. Tədricən termin polis qüvvəsinin özünə verilən bir ada çevrildi. Orta padşahlıq dövründə qədim misirlilər mecayların döyüş bacarıqlarına böyük hörmətlə yanaşırdılar. Buna görə də, mecaylar əsasən piyada qoşun və sərhəddə xaricilərə casusluq etmək üçün tədqiqatçı olaraq işə alınırdılar. On səkkizincı sülalə dövründə mecaylar digər hakimiyyət orqanlarından azad olan ayrı bir iyerarxiyaya sahib olan şəhər-daxili polis adlandırılırdı. Mecayların adı iyirminci sülalədən (e.ə. 1189–1077) sonra çəkilmir. == Mədəniyyətdə == 1932-ci ildə istehsal olunmuş "Mumiya" filmi firon I Setinin şəxsi cangüdənləri olaraq təsvir edilmişdilər.
Olçai
Olçai — Sardiniyanın Nuoro əyalətindəki icma və kiçik şəhərdir. Sahəsi 69,82 km²-dir. İcmanın əhalisi 880 nəfər, əhalinin sıxlığı bir kvadrat kilometrə 13 nəfərdir. Olçai icması aşağıdakı icmalarla həmsərhəddir: Austis, Nughedu Santa Vittoria, Ollolai, Ottana, Sarule, Sedilo, Sorradile və Teti.
React
React (bəzən ReactJS və ya React.js) — istifadəçi interfeyslərinin qurulması üçün açıq mənbəli JavaScript kitabxanasıdır. Bu Facebook və fərdi inkişaf etdiricilər və şirkətlər birliyi tərəfindən təmin edilir. Reaksiya tək səhifəli və ya mobil tətbiqetmələrin inkişafında baza kimi istifadə edilə bilər. Bununla birlikdə React yalnız DOM-a məlumatların verilməsi ilə əlaqədardır və buna görə də React tətbiqetmələrini yaratmaq ümumiyyətlə dövlət idarəetmə və yönləndirmə üçün əlavə kitabxanaların istifadəsini tələb edir. Redux və React Router bu cür kitabxanaların müvafiq nümunələridir.
Reali
Reali — tərcüməşünaslıqda müəyyən bir xalqın məişətinə, tarixinə, coğafiyasına daxil olan əşya və anlayışları bildirən sözlərin digər dilə tərcüməsi zamanı olduğu kimi saxlanılan söz qruplarıdır. Realilərin başqa dillərdə tərcüməsini, qarşılığını tapmaq mümkün olmur. Realilər milli xarakterli, məişətlə bağlı əşyaların, anlayışların, mücərrəd varlıqların adlarını bildirir və tərcüməsi qeyri-mümkün hesab edilir. Bu səbəbdən realiləri ekvivalentsiz leksik vahidlər hesab etmək olar. Hər bir dildə müəyyən söz və ifadələr var ki, tərcümə prosesində onların ixtisarı və ya əvəzlənməsi mətnin və ya nitqin bütünlüyünü pozmur. Bu söz və ifadələr jarqonlar, ata sözləri, dialektik ifadələr ola bilər. Reali də bu prosesdə xüsusi yer tutmaqdadır. Reali — müəyyən bir coğrafi bölgəyə, mədəniyyətə, ölkəyə, qəbiləyə, həmçinin müəyyən tarixi dövrə aid xüsusi adları, əşyalar, anlayışlar, qavramlar, fenomenləri bildirən xüsusi sözlər və ya ifadələrdir. Bu söz qruplarının digər dillərdə qarşılığı olmadığından onların normal tərcüməsi mümkünsüz hesab edilir və tərcümə prosesinin tamamlanması üçün bu qrup sözlər xüsusi qaydada ötürülür. Realiləri təsnifləndirilməsində vahid bir sistem mövcud deyil.
Rebab
Rəbab (ərəb. ربابة‎, həmçinin rebab, rebap, rəbap və rəbabə) və ya Cəvzə (ərəb. جوزه‎, həmçinin cuza) — Ərəbistanda yaranmış, müsəlman karvanları ilə Şimali Afrikada, Orta Şərqdə və Avropanın bəzi hissələrində yayılmış simli musiqi aləti. Rəbab təxminən XII əsrdə yaradılmışdır. Alətin alt hissəsində onu yerə qoymaq üçün iti bir çıxıntı olur. Buna baxmayaraq, rübab kimi iti çıxıntısı olmayan variasiyalar da var. Alətin Bizans lirası və Krit lirasına kimi armudabənzər variasiyaları da mövcuddur. Krit lirası XI əsrdə Qərbi Avropaya yayılmış və rebek adını almışdır. Rekonkistadan əvvəl – müsəlmanların Əndəlüsü idarə etdiyi dövrdə alət İspaniya və Portuqaliyada məşhurlaşmışdır. Rəbab insan səsinə bənzər bir tona malik olduğuna görə dəyərli hesab olunur, lakin məhdudi səs tembrinə malikdir (oktavdan biraz yuxarı).
Redmi
Redmi — Çin istehsalı olan bir smartfon və Çin elektronika şirkəti Xiaomi-ə məxsus alt markadır. Xiaomi tərəfindən ilk dəfə 2013-cü ilin iyul ayında elan edilmiş bir büdcə smartfon xətti olaraq təqdim edildi. 2019-cu ildə Xiaomi-nin yalnız giriş səviyyəsində və orta mənzilli cihazlara yönəldilmiş ayrı bir alt markası halına gəldi. Xiaomi-nin özü isə ən yüksək səviyyəli və flaqmanı Mi lineup'a yönəldi. Redmi telefonları Android-in üstündəki Xiaomi MIUI istifadəçi interfeysindən istifadə edir. Modelləri ümumiyyətlə 6 "ekrana sahib olan giriş səviyyəli Redmi telefonlara və 5" -dən çox ekranlara sahib orta mənzilli Redmi Note seriyasına bölmək olar və daha yüksək xüsusiyyətlərə malikdir. Aşağı dərəcəli Redmi A seriyası və Redmi Go bir sıra Asiya və Avropa ölkələrində satılmışdır. Digər Xiaomi smartfonlarından ən əhəmiyyətli fərq, daha az bahalı komponentlərdən istifadə etmələri və buna görə daha qənaətcil olmasıdır. 2014-cü ilin avqustunda, The Wall Street Journal, 2014 maliyyə ilinin ikinci rübündə Xiaomi'nin Çində smartfon göndərmə sıralamasında 14% bazar payına sahib olduğunu bildirdi. Redmi satışları daşınma reytinqində bu qazancın əldə olunmasına töhfə verən bir amil olaraq qiymətləndirildi.
Necati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.