Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ruhlar
Ruh — dilimizdə vətəndaşlıq haqqı qazanmış "ruh" anlamının fərqli mənaları var. İnsanın qəlbi, canı, ruhu bizdə eyni sözlə ifadə olunur- "ruh". Məsələn, rus dilində "dux", "duşa" sözləri bu fərqli anlamı ortaya qoya bilir. Biz bunları birləşdirib ümumilikdə hər ikisinə "ruh" deyirik. == İslamda ruh barədə == Quranda belə bir ayə var: «Səndən ruh barədə soruşsalar, de ki, Rəbbimin işindəndir bu. Sizə elmdən az verilmiş» (İsra- «Gecə aparılma» surəsi, 85-ci ayə). İnsan öz təfəkkürünün məkana və zamana görə müəyyənləşən sərhədləri çərçivəsində Allahı dərk etməyə, Ona ibadətdə olmağa borcludur. O sərhədlərdən kənarda olan məfhumlar- təfəkkürə sığmaz məfhumlardır. Onlardan biri də ruhdur. Quranda bu barədə açıqlama da verilir.
Ruslan
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Qohum ruhlar
Qohum ruhlar (ing. Kindred Spirits) — İrlandiyanın Kork şəhərində yerləşən abidə. Abidə paslanmaz poladdan hazırlanıb.
Ruhban təbəqəsi
Ruhanilər — müəyyən bir din daxilində ruhaniliyi peşə olaraq icra edən bütün insanlara verilən addır. Əvvəlcə xristian terminologiyasına aid olan ruhanilik anlayışı bəzən digər dinlər üçün də istifadə olunur. == Mənşəyi == Ruhban insanlardan uzaqlaşaraq dünyanın ləzzətlərini tərk edən və ifrat şəkildə ibadət etməyə həsr olunmuş insanlar deməkdir. Ruhban və rahib eyni kökdən gələn ərəb dilli sözləridir. == Tarixçəsi == İsa peyğəmbərin ölümündən sonra, bəzi xristianlar üzləşdikləri təzyiq və qəddarlıqlara görə ictimai həyatdan təcrid olundular və əldə etdikləri xüsusi yerlərə çəkildilər və özlərini ibadətə həsr etdilər. Bu təcrübə tədricən bir həyat tərzi olaraq xristianlıqda yerləşdi. Bu gün məzhəblər arasında fərqlər olsa da, ruhanilərin yalnız kiçik bir hissəsi monastır həyatlarını davam etdirirlər. == Din xadimlərinin xüsusiyyətləri == Yalnız kişilər arasından seçilir. Ruhanilər xüsusi bir dini təhsil alır, Xüsusi geyimləri var, Dini mərasimlərə rəhbərlik etmək və dini mətnləri şərh etmək səlahiyyəti verilmişdir, bəzi məzhəblərdə mərasimləri latın dili və yunan dili kimi dini mətnlərin ilk tərcümələrinin dillərində keçirirlər. “Ruhaniliyi” bir “peşə” olaraq seçir, ömrü boyu özünü bu işə həsr edir, çörəyini bu işdən qazanır, İyerarxik bir strukturda yerləşir, bu struktura zidd hərəkət edərsə, sanksiyalarla üzləşə bilər, Dini təfsirlərdə, ictimai və siyasi mövzularda həmkarları və iyerarxik təşkilati quruluşla tam həmrəylik içində olacağı gözləntisi var.
Ruhlar şəhəri
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Ruslan (ad)
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslan Abbasov
Ruslan Abbasov (futbolçu) — Azərbaycan futbolçusu. Ruslan Abbasov (atlet) — Azərbaycanlı Yüngül atletdir. Ruslan Abbasov (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Ruslan Abbasov (baş leytenant) — şəhid.
Ruslan Abdullayev
Ruslan Abdulla oğlu Abdullayev (d.7 mart 1944 — ö. 30 yanvar 2002) — SSRİ dövründə və Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri hesab olunan, hücumçu mövqeyində çıxış edən azərbaycanlı keçmiş futbolçu və məşqçi. SSRİ İdman ustası (1966). Azərbaycan SSR-nin Əməkdar məşqçisi (1990). Qarabağ və Neftçi klublarının keçmiş baş məşqçisi, Elxan Abdullayevin atasıdır. == Karyera == Ruslan Abdullayev futbolçu karyerasına 19 yaşında Bakının Neftyannik klubunda başlamışdır. İlk 3 mövsümdə 13 oyun keçirmişdir. Bundan sonra aşağı liqa təmsilçisi Dinamo Kirovabad klubunda və daha sonra yenidən karyerasını Neftyannikdə davam etdirdi. 1 il sonra keçmiş klubu Dinamoya qayıtsa da 1969-cu ildə yenidən Neftçiyə qoşulan Ruslan Abdullayev 1972-ci ildə elə bu klubun heyətində peşəkar karyerasını bitirmişdir. 1974-cü ildə Neftçinin məşqçisi oldu, lakin burada yalnız bir mövsüm işlədi.
Ruslan Abışov
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. == Həyatı == Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib.
Ruslan Allahverdiyev
Ruslan Allahverdiyev (tam adı: Ruslan Kamal oğlu Allahverdiyev; 10 aprel 1967, Müsüslü, Ucar rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1967-ci il aprelin 10-da Ucar rayonunun Musüslü kəndində anadan olmuşdur. Bakı şampan zavodunda fəhlə işləmişdir.Subay idi. == Qanlı Yanvar faciəsi == Yanvarın 19-u axşam Salyan qazarmasının yanında olmuşdur. Əvvəlcə iki güllə yarası almış, sonra isə üstündən tank keçmişdir. Atası onun meyidini Salyan qazarmasının yanından tapmışdır. Xırdalan qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Abşeron rayonu, Sulu təpə qəsəbəsi, E. Telman küçəsi, 25. == Xatirəsi == Yaşadığı Sulu təpə qəsəbəsindəki E. Telman küçəsinin adı dəyişdirilərək Ruslan Allahverdiyev küçəsi edilmişdir.
Ruslan Alxanov
Ruslan Alxanov (27 aprel 1962, Tsentaroy) — Rusiya dövlət xadimi, polis general-leytenantı (2011), Hüquq elmləri namizədi. Nəsillikcə polis olan ailənin üzvü. == Bioqrafiyası == 27 aprel 1962-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Şali rayonunun Sentaroy kəndində (indiki Kurçaloyev rayonu Əhməd-Yurt kəndi) anadan olmuşdur. 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edir. 1990-cı ildə Lev Nikolayeviç Tolstoy adına Çeçen-İnquş Dövlət Universitetinin Coğrafiya fakültəsini coğrafiya müəllimliyi ixtisası üzrə bitirir. 2000-ci ildə Mahaçqala Maliyyə və Hüquq İnstitutuna daxil olue və oranı 2004-cü ildə bitirir. 2007-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Çeçenistanın daxili işlər orqanlarında xidmət edir. Xüsusi Təyinatlı Milis Dəstəsində döyüşçüsü olur. 1993-1995-ci illərdə Qroznı şəhərinin Lenin rayonu Daxili İşlər İdarəsinin Nəqliyyat Təhlükəsizliyi Müdirliyində çilis olaraq çalışır.
Ruslan Auşev
Ruslan Auşev (29 oktyabr 1954) — MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant; İnquşetiya Respublikasının ilk prezidenti (1993-2002). == Mükafatları == 18.02.2014 — "Dostluq" ordeni.
Ruslan Ağayev
Ruslan Ağayev (aparıcı) (d. 1989) — Azərbaycanlı aparıcı, jurnalist və rejissor. Ruslan Ağayev (siyasətçi) (d.
Ruslan Baladov
Ruslan Allahyar oğlu Baladov (18 sentyabr 1997; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Baladov 1997-ci ilin sentyabrın 19-da dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. 9-cu sinfi bitirdikdən sonra təhsilini kollecdə davam etdirib. 2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb. == Hərbi xidmətləri == 2018-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ruslan Baladov Madagizin azad edilməsində savaşıb. 27 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində şəhid olub. Nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, Hacıqabul Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Baladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Badalov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Bayramov
Ruslan Azər oğlu Bayramov (5 oktyabr 1995, Əlibəyqışlaq, Quba rayonu – 24 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ruslan Baysarov
Ruslan Baysarov (9 avqust 1968) — Rusiyalı sahibkar, Tuva Enerji Sənaye Korporasiyası ASC-nin sahibi, "Most SK" şirkətlər qrupunun əsas səhmdarı, Most USK ASC-nin idarə heyətinin sədri. Forbes jurnalının 2018-ci ildə 900 milyon dollarlıq sərvəti ilə "Rusiyanın 200 ən varlı iş adamı" siyahısına daxil edilir. == Uşaqlığı == 9 avqust 1968-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qroznı rayonunun Priqorodnoye kəndində, Sulima və Kasirat Baysarovların böyük ailəsində anadan olur. Milliyyətcə çeçendir. İş adamı özü valideynlərinin zəngin olmadığını, buna görə uşaqlıqdan özü pul qazanmalı olduğunu söyləyir. == Təhsil == 1985-ci ildə məktəbi bitirdikdən sonra Moskvaya gəlir və Moskva İnşaat Mühəndisliyi İnstitutuna daxil olur. 1986–1988-ci illərdə Strateji Raket Qüvvələrində xidmət edir, baş çavuş rütbəsi ilə tərxis edilir. Qroznı Neft İnstitutuna köçürüldükdən sonra 1996-cı ildə "mühəndis-iqtisadçı" ixtisasını bitirir. 2001-ci ildə Moskva Dövlət Universitetində sosiologiya üzrə magistr dərəcəsi alır. 2018-ci ildə Ruslan Baysarov "MISiS" Milli Araşdırma Texnologiya Universitetində texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Ruslan Başirov
Ruslan Fizuliyeviç Başirov (rus. Руслан Физулиевич Баширов; 8 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. == Karyerası == Başirov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Ruslan Binnətov
Ruslan Rafiq oğlu Binnətov (22 avqust 2001; Moskva, Rusiya Federasiyası— 9 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Binnətov 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Subaydır. == Hərbi xidməti == 2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan Binnətov 9 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına" medalı ilə təltif edilib.
Ruslan Cəfərli
Ruslan Nəcəf oğlu Cəfərli (25 may 1995, Mingəçevir – 21 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. == Hərbi xidməti == Ruslan Cəfərli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərli oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 24.06 2021 - ci il Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Sərancamı ilə Ruslan Nəcəf oğlu Cəfərli "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra) [1] və "Cəsur döyüşçü" (ölümündən sonra)[2] medalları ilə təlif edildi. Şəhid Ruslan Cəfərliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Ruslan Cəfərov
Ruslan Cəfərov (futbolçu)
Ruslan Dibirhacıyev
Ruslan Adilxan oğlu Dibirhacıyev (20 iyul 1988, Mahaçqala) — Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Dibirhacıyev 2015-ci ildə Azərbaycan bayrağı altında I Avropa Oyunlarına qatılıb və bürünc medal qazanıb.
Ruslan Hacıyev
Ruslan Hacıyev (1 yanvar 1978, Marneuli) — Gürcüstan dövlət və ictimai xadimi. 2016-cı ildən gürcüstan parlamentinin Marneuli rayonundan majoritar deputatı. Gürcüstan parlamentindəki "Gürcü Arzusu" Fraksiyasının azərbaycanlı deputatı. == Həyatı == Ruslan Hacıyev 1 yanvar 1978-ci ildə Marneuli rayonu Görarxı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi rus dilində oxuyub. Tbilisi Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001–2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002–2006-cı illərdə Marneuli bələdiyyəsində hüquq xidmət şöbəsinin rəhbəri olub. Marneulidəki 2 və 3 saylı məktəblərin direktoru vəzifəsində çalışıb. 2014-cü ildən millət vəkili seçilənədək Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub.
Ruslan Hümbətov
Ruslan Səlim oğlu Hümbətov (20 may 1987, Kirovabad – 5 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ruslan Hümbətov 1987-ci il mayın 20-də indiki Gəncə şəhərində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ruslan Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Hümbətov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Hüseyni
Ruslan Hüseynov (aktyor)
Ruslan Hüseynov
Ruslan Hüseynov (aktyor)