Ruslan Azər oğlu Bayramov (5 oktyabr 1995, Əlibəyqışlaq, Quba rayonu – 24 oktyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi.[1]
Ruslan Bayramov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əlibəyqışlaq, Quba rayonu, Azərbaycan |
Vəfat tarixi | (25 yaşında) |
Vəfat yeri | Şuşa rayonu, Azərbaycan |
Vətəndaşlığı | |
Təhsili |
Cəmşid Naxçıvanski adına hərbi lisey Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbə | Baş leytenant |
Döyüşlər | İkinci Qarabağ müharibəsi |
Təltifləri | 2022 2020 2021 2021 2020 |
Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]