RUSLAN

Arslan (Aslan) sözünün təhrif olunmuş formasıdır. Türk mənşəlidir. Mənası “güclü, qorxmaz, cəngavər” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RUSİYA
RUTİL
OBASTAN VİKİ
Ruslan
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslan (ad)
Ruslan — Kişi adı. Ruslan Abbasov - Azərbaycan futbolçusu Ruslan Abbasov (atlet) - Azərbaycanlı yüngül atlet Ruslan Abışov - Azərbaycan futbolçusu Ruslan Ağayev - sovet partiya xadimi. Ruslan Allahverdiyev - "20 Yanvar" şəhidi. Ruslan Cəfərov - Azərbaycan futbolçusu Ruslan Dibirhacıyev - Azərbaycanı təmsil edən Dağıstan əsilli sərbəst güləşçi. Ruslan Hüseynov - Rejissor, ikinci rejissor, aktyor, veriliş quraşdırıcısı. Ruslan Qunçak - Ukraynalı futbolçu Ruslan Qurbanov - Azərbaycan futbolçusu Ruslan İsmayılov - Azərbaycan aktyoru, rejissoru və aktyor sənəti müəllimi. Ruslan Lunyov - Azərbaycanı təmsil edən atıcı. Ruslan Məcidov - Azərbaycanlı futbolçu Ruslan Muradov - Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Ruslan Nəsirov - Azərbaycanın kino və dublyaj aktyoru. Ruslan Pimenov - Rusiya futbolçusu.
Ruslan Abbasov
Ruslan Möhsüm oğlu Abbasov (1980) — azərbaycanlı futbolçu. Ruslan Abbasov (1986) — azərbaycanlı atlet. Ruslan Hikmət oğlu Abbasov (1986) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri.
Ruslan Abdullayev
Ruslan Abdulla oğlu Abdullayev (d.7 mart 1944 — ö. 30 yanvar 2002) — SSRİ dövründə və Azərbaycan futbolu tarixində ən yaxşı məşqçilərdən biri hesab olunan, hücumçu mövqeyində çıxış edən azərbaycanlı keçmiş futbolçu və məşqçi. SSRİ İdman ustası (1966). Azərbaycan SSR-nin Əməkdar məşqçisi (1990). Qarabağ və Neftçi klublarının keçmiş baş məşqçisi, Elxan Abdullayevin atasıdır. Ruslan Abdullayev futbolçu karyerasına 19 yaşında Bakının Neftyannik klubunda başlamışdır. İlk 3 mövsümdə 13 oyun keçirmişdir. Bundan sonra aşağı liqa təmsilçisi Dinamo Kirovabad klubunda və daha sonra yenidən karyerasını Neftyannikdə davam etdirdi. 1 il sonra keçmiş klubu Dinamoya qayıtsa da 1969-cu ildə yenidən Neftçiyə qoşulan Ruslan Abdullayev 1972-ci ildə elə bu klubun heyətində peşəkar karyerasını bitirmişdir. 1974-cü ildə Neftçinin məşqçisi oldu, lakin burada yalnız bir mövsüm işlədi.
Ruslan Abışov
Ruslan İbrahim oğlu Abışov (10 oktyabr 1987[…], Bakı) — "Neftçi" Bakı klubunun və Azərbaycan milli futbol komandasının yarımmüdafiəçisidir. 2017-ci ilin yanvar ayından etibarən Azərbaycanın ""Neftçi"" klubunda çıxış edir. "Neftçi Bakı" və "Xəzər-Lənkəran" klublarının heyətində çıxış edib. 2011, 2012-ci illərdə Azərbaycan çempionu olub, 2012-ci ildə Azərbaycanda ilin futbolçusu seçilib. Ruslan Abışov Bakıda anadan olub. 6 yaşında Uşaq Gənclər Futbol Məktəbinə üz tutub. Abışovun ilk məşqçisi Əli Məmmədov olub. Ruslan daha sonra İsmayıl Əliyev, İbrahim Dadaşov və Rüstəm Rəhimovun rəhbərliyi altında futbolun sirlərinə yiyələnib. Onun futbolçu kimi püxtələşməsində İslam Kərimovun da böyük rolu olub. Ruslan Abışov orta təhsilinə paytaxtın 246 saylı məktəbində yiyələnib.
Ruslan Allahverdiyev
Ruslan Alxanov
Ruslan Alxanov (27 aprel 1962, Tsentaroy) — Rusiya dövlət xadimi, polis general-leytenantı (2011), Hüquq elmləri namizədi. Nəsillikcə polis olan ailənin üzvü. 27 aprel 1962-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Şali rayonunun Sentaroy kəndində (indiki Kurçaloyev rayonu Əhməd-Yurt kəndi) anadan olmuşdur. 1980-1982-ci illərdə SSRİ Silahlı Qüvvələrində xidmət edir. 1990-cı ildə Lev Nikolayeviç Tolstoy adına Çeçen-İnquş Dövlət Universitetinin Coğrafiya fakültəsini coğrafiya müəllimliyi ixtisası üzrə bitirir. 2000-ci ildə Mahaçqala Maliyyə və Hüquq İnstitutuna daxil olue və oranı 2004-cü ildə bitirir. 2007-ci ildə Rusiya Daxili İşlər Nazirliyinin İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir. 1991-ci ildə Çeçenistanın daxili işlər orqanlarında xidmət edir. Xüsusi Təyinatlı Milis Dəstəsində döyüşçüsü olur. 1993-1995-ci illərdə Qroznı şəhərinin Lenin rayonu Daxili İşlər İdarəsinin Nəqliyyat Təhlükəsizliyi Müdirliyində çilis olaraq çalışır.
Ruslan Auşev
Ruslan Auşev (29 oktyabr 1954) — MDB ölkələri Dövlət Başçıları Şurası yanında Beynəlmiləlçi Döyüşçülərin işləri üzrə komitənin və “Döyüş Qardaşlığı” Beynəlxalq veteranlar təşkilatı Ali Şurasının üzvü, Sovet İttifaqı Qəhrəmanı, general-leytenant; İnquşetiya Respublikasının ilk prezidenti (1993-2002). 18.02.2014 — "Dostluq" ordeni.
Ruslan Ağayev
Ruslan Ağayev (aparıcı) (d. 1989) — Azərbaycanlı aparıcı, jurnalist və rejissor. Ruslan Ağayev (siyasətçi) (d.
Ruslan Baladov
Ruslan Allahyar oğlu Baladov (18 sentyabr 1997; Hacıqabul, Azərbaycan — 27 sentyabr 2020; Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Baladov 1997-ci ilin sentyabrın 19-da dünyaya gəlib. Ailədə bir bacı, bir qardaş olublar. 9-cu sinfi bitirdikdən sonra təhsilini kollecdə davam etdirib. 2016-cı ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecini bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2018-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin təlim tədris mərkəzin MAHHXQ kursuna qəbul olunub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ruslan Baladov Madagizin azad edilməsində savaşıb. 27 sentyabr 2020-ci il tarixində Suqovuşan istiqamətində şəhid olub. Nəşi oktyabrın 4-də doğulduğu Hacıqabula gətirilərək, Hacıqabul Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Baladov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ruslan Bayramov
Ruslan Azər oğlu Bayramov (5 Oktyabr 1996 Əlibəyqışlaq Quba 9 noyabr 2020 Şuşa Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Azər oğlu Bayramov 5 oktyabr 1995-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub. Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq oranı bitirib. Azərbaycan Ordusunda kəşfiyyatçı olan o 27 sentyabrda başlayan İkinci Qarabağ müharibəsində könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrin tərkibində döyüşlərə qatılıb. Hadrutun və Xocavənd ətrafındakı yüksəkliklərin alınmasında iştirak edib. Döyüşlərin birində komandiri yaralandığından tağıma rəhbərlik edib. Göstərdiyi şücaətə görə elə döyüşdə baş leytenant rütbəsi alıb. Şuşanın alınması uğrunda döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Ruslan Baysarov
Ruslan Baysarov (9 avqust 1968) — Rusiyalı sahibkar, Tuva Enerji Sənaye Korporasiyası ASC-nin sahibi, "Most SK" şirkətlər qrupunun əsas səhmdarı, Most USK ASC-nin idarə heyətinin sədri. Forbes jurnalının 2018-ci ildə 900 milyon dollarlıq sərvəti ilə "Rusiyanın 200 ən varlı iş adamı" siyahısına daxil edilir. 9 avqust 1968-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Qroznı rayonunun Priqorodnoye kəndində, Sulima və Kasirat Baysarovların böyük ailəsində anadan olur. Milliyyətcə çeçendir. İş adamı özü valideynlərinin zəngin olmadığını, buna görə uşaqlıqdan özü pul qazanmalı olduğunu söyləyir. 1985-ci ildə məktəbi bitirdikdən sonra Moskvaya gəlir və Moskva İnşaat Mühəndisliyi İnstitutuna daxil olur. 1986–1988-ci illərdə Strateji Raket Qüvvələrində xidmət edir, baş çavuş rütbəsi ilə tərxis edilir. Qroznı Neft İnstitutuna köçürüldükdən sonra 1996-cı ildə "mühəndis-iqtisadçı" ixtisasını bitirir. 2001-ci ildə Moskva Dövlət Universitetində sosiologiya üzrə magistr dərəcəsi alır. 2018-ci ildə Ruslan Baysarov "MISiS" Milli Araşdırma Texnologiya Universitetində texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.
Ruslan Başirov
Ruslan Fizuliyeviç Başirov (rus. Руслан Физулиевич Баширов; 8 iyul 2000-ci ildə anadan olub) — Rusiya Peşəkar Futbol Liqası təmsilçilərindən olan Leninqrad klubunda müdafiəçi kimi çıxış edən Rusiyalı peşəkar futbolçudur. Başirov öz peşəkar karyerasında debütünü 18 iyul 2018-ci ildə Leninqrad klubu ilə Rusiya Peşəkar Futbol Liqasında Kazanka Moskva klubuna qarşı oyunda etmişdir.
Ruslan Binnətov
Ruslan Rafiq oğlu Binnətov (22 avqust 2001; Moskva, Rusiya Federasiyası— 9 noyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Binnətov 22 avqust 2001-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində anadan olmuşdur. 2007-ci ildə Elşad Məmmədov adına Göygöl rayon Haçaqaya kənd ümumi orta məktəbinin 1-ci sinfinə getmişdir. 2016-cı ildə həmin məktəbin 9-cu sinfini bitirib Göygöl rayon Ramiz Əsgərov adına Qırıqlı kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Subaydır. 2019-cu ilin oktyabr ayından “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir. Xidmətdə olduğu dövrdə 27 sentyabr 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi başlayan zaman hərbi döyüşlərdə iştirak etmişdir. Ruslan Binnətov 9 noyabr 2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına" medalı ilə təltif edilib.
Ruslan Cəfərli
Ruslan Nəcəf oğlu Cəfərli (25 may 1995, Mingəçevir – 21 oktyabr 2020, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Ruslan Cəfərli 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərli oktyabrın 13-də Madagizin azad edilməsi zamanı şəhid olub. Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 24.06 2021 - ci il Azərbaycan Prezidenti İlham Əliyevin növbəti Sərancamı ilə Ruslan Nəcəf oğlu Cəfərli "Suqovuşanın azad olunmasına görə" (ölümündən sonra) [1] və "Cəsur döyüşçü" (ölümündən sonra)[2] medalları ilə təlif edildi. Şəhid Ruslan Cəfərliyə məxsus materiallar ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin İkinci Qarabağ müharibəsi fonduna təhvil verilmişdir.
Ruslan Cəfərov
Ruslan Cəfərov (futbolçu)
Ruslan Dibirhacıyev
Ruslan Dibirhacıyev (20 iyul 1988, Mahaçqala) — 2002-2008-ci illərdə Rusiyanı, 2009-2018-ci illərdə isə Azərbaycanı təmsil edən sərbəst güləşçi. Ruslan Dibirhacıyev 2008-ci ildə Rusiyada Şamil Umarxanovun xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2009-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərədindən Ruslan Dibirhacıyev sərbəst güləş üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Ruslan Dibirhacıyev 2009 və 2010-cu illərdə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan Qızıl Qran-Pri beynəlxalq turnirləri müvafiq olaraq beşinci və yeddinci pillələrdə başa vurdu. 2013-cü ildə Ruslan Dibirhacıyev beynəlxalq turnirlərdə birinci uğurlarına imza tadı. İyulda İspaniyanın Madrid şəhərində baş tutan İspaniya Qran-Prisinin qalibi olan Ruslan Dibirhacıyev noyabrda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib oldu. Karyerasının ən uğurlu mövsümü 2014-cü ilə təsadüf edən Ruslan Dibirhacıyev fevralda Bolqarıstanın Sofiya şəhərində D. Kolov - N. Petrov beynəlxalq turnirinin, apreldə Finlandiyanın Vantaa şəhərində Avropa Çempionatının, iyunda isə Almaniyanın Dortmund şəhərində Almaniya Qran-Prisi beynəlxalq turnirinin qızıl medallarına sahib oldu. Həmin ilin sentyabrında Dünya Çempionatlarında debüt edən Ruslan Dibirhacıyev uğursuz çıxış elədi və turniri 15-ci pillədə başa vurdu. Ruslan Dibirhacıyev 2015-ci ilin yanvarında Fransada Paris Qran-Prisinin bürünc medalına sahib oldu. İyunda isə Ruslan Dibirhacıyev Birinci Avropa Oyunlarında mübarizə apardı.
Ruslan Hacıyev
Ruslan Hacıyev (1 yanvar 1978, Marneuli) — Gürcüstan dövlət və ictimai xadimi. 2016-cı ildən gürcüstan parlamentinin Marneuli rayonundan majoritar deputatı. Gürcüstan parlamentindəki "Gürcü Arzusu" Fraksiyasının azərbaycanlı deputatı. Ruslan Hacıyev 1 yanvar 1978-ci ildə Marneuli rayonu Görarxı kəndində ziyalı ailəsində anadan olub. Orta məktəbi rus dilində oxuyub. Tbilisi Universitetində təhsil alıb, ixtisasca hüquqşünasdır. 2001–2002-ci illərdə Marneuli bələdiyyəsində sosial şöbənin mütəxəssisi olaraq işləyib. 2002–2006-cı illərdə Marneuli bələdiyyəsində hüquq xidmət şöbəsinin rəhbəri olub. Marneulidəki 2 və 3 saylı məktəblərin direktoru vəzifəsində çalışıb. 2014-cü ildən millət vəkili seçilənədək Marneuli bələdiyyəsi resurs mərkəzinin rəhbəri olub.
Ruslan Hümbətov
Ruslan Səlim oğlu Hümbətov (20 may 1987, Kirovabad – 5 oktyabr 2020, Qubadlı rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Hümbətov 1987-ci il mayın 20-də indiki Gəncə şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Ruslan Hümbətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Hümbətov oktyabrın 6-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Hümbətov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Hüseyni
Ruslan Hüseynov (kiçik çavuş)
Ruslan Hüseynov
Ruslan Hüseynov (kiçik çavuş)
Ruslan Lunev
Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi. Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır. 2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil elədi. Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı. Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış elədi. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış elədi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu.
Ruslan Lunyov
Ruslan Lunyov (25 iyul 1989, Bakı) — Azərbaycanı təmsil edən güllə atıcısı, Avropa Çempionatının qalibi. Ruslan Lunyov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi atası Vladimir Lunyov və anası, 2004-cü il Afina Olimpiadasının bürünc medalçısı İradə Aşumovadır. 2006-cı ildən beynəlxalq turnirlərdə çıxış edən Ruslan Lunyov 2015-ci ildə Azərbaycanı Birinci Avropa Oyunlarında təmsil elədi. Nüfuzlu beynəlxalq turnirlərdə uğura imza ata bilməyən Ruslan Lunyov 2016-cı ilin avqustunda Azərbaycanı XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi. Ruslan Lunyov Beynəlxalq Güllə Atıcılığı Federasiyası (ISSF) tərəfindən verilən lisenziyalara əsasən olimpiada da mübarizə apardı. Avqustun 6-da Ruslan Lunyov əvvəl 10 metr məsafəyə hava tapançasından ilə atəşaçma turnirinin təsnifat mərhələsində çıxış elədi. 48 idmançının mübarizə apardığı təsnifat mərhələsində Ruslan Lunyov 600 xaldan 577-ini toplamağı bacardı və nəticədə mərhələni 15-ci pillədə başa vuraraq Rio-de-Janeyro Olimpiadasında mübarizəsini dayandırdı. Daha sonra isə Ruslan Lunyov 25 metr məsafəyə tapançadan atəşaçma turnirində çıxış elədi. 26 idmançının mübarizə apardığı təsnifat mərhələsində 600 xaldan 575-ini toplamağı bacaran Ruslan Lunyov nəticədə mərhələni 15-ci pillədə başa vurdu.
Ruslan Muradov
Ruslan Muradov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. 27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Daha sonra atasının işlədiyi Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi... bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi.
Ruslan Məcidov
Ruslan Məcidov (22 avqust 1985) - azərbaycanlı futbolçu. 192 sm boyu olan qolkiper karyerasına 2001-ci ildə Spartak Moskva klubunun ikinci komandasında başlayıb və 2002-ci ilə qədər bu komandanın heyətində yer alıb. 2003-cü ildə Rusiya çempionatının 1-ci dəstəsində çıxış edən "Kristall"la anlaşıb. Növbəti bir ili Vidnoye klubunda keçirdikdən sonra - 2005-ci ildə Anji Mahaçqalaya keçib. 2006/07 mövsümündə Polşaya yollanıb və Vidzevlə analşıb. 2007-ci ildə vətənə dönərək, Neftçi Bakı ilə müqavilə bağlayıb. 2008-ci ildə icarə əsasında Gənclərbirliyi Sumqayıt klubunun şərəfini qoruyub. İndiyə qədər 5 dəfə U-21-ə dəvət alıb.
Ruslan Abbasov (atlet)
Ruslan Abbasov (24 iyun 1986, Bakı) — Azərbaycanı təmsil edən yüngül atlet. Ruslan Abbasov Azərbaycanı 2008-ci ildə Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib. Nəticədə o, 100 metr məsafəyə qaçış turnirində 10.58 saniyə nəticə göstərdi və təsnifat mərhələsini 5-ci pillədə başa vuraraq mübarizəsini dayandırdı.
Ruslan Abbasov (futbolçu)
Abbasov Ruslan Möhsüm oğlu (rus. Руслан Мохсум оглы Аббасов; 1 iyun 1980, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan futbolçusu.
Ruslan Abbasov (əsgər)
Ruslan Hikmət oğlu Abbasov (25 may 2000; Sahil, Qaradağ rayonu, Azərbaycan — 14 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) – Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Abbasov 25 may 2000-ci ildə Bakı şəhərinin Sahil qəsəbəsində anadan olmuşdur. O, orta təhsilini Sahil qəsəbəsindəki Əliheydər Kazımov adına tam orta məktəbdə alıb. 2019-cu ilin aprel ayında Ruslan müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissədə 3 ay müddətinə xidmət etsə də, iyun ayında Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissələrdən birinə dislokasiya olumuşdur. Azərbaycan Ordusunun çavuşu olan Ruslan Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək şücaət göstərmişdir. 14 oktyabr 2020-ci ildə cəbhənin Füzuli istiqamətində həlak olmuşdur. Şəhid 16 oktyabrda doğulduğu rayona gətirilərək, Lökbatan qəsəbəsinin Şəhidlər Xiyabanında dəfn olunur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Abbasov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Ağayev (aparıcı)
Ruslan Ağayev (siyasətçi)
Ruslan Ağayeviç (Ağa oğlu) Ağayev (1932, Qazaxıstan SSR) — Azərbaycan Kommunist Partiyası Kürdəmir Rayon Komitəsinin birinci katibi. 1932-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1960-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Alma-Ata Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir 1954-cü müəllim, Azərbaycan SSR Nazirlər Soveti yanında Əmək Ehtiyatları İdarəsinin baş mühəndisi, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyinin şöbə rəisi olmuşdur. 1963-cü ildən Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin təlimatçısı, bölmə müdiri, təşkilat-partiya, işi şöbəsinin inspektoru, Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyi sədrinin birinci müavini vəzifələrində işləmişdir. 1975-ci ildən Azərbaycan KP Kürdəmir RK-nın birinci katibidir. Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvüdür. Azərbaycan KP MK üzvlüyünə namizəddir. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Atakişili seçki dairəsi). Руслан Ағајевич Ағајев // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты.
Ruslan Bayramov (əsgər)
Ruslan Telman oğlu Bayramov (15 iyun 1996; Binəqədi, Azərbaycan — 30 sentyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Bayramov 1996-cı il, iyunun 15-də Bakı şəhərində anadan olub. 2004-cü ildə Qorxmaz Baxışıyev adına 179 saylı tam orta məktəbinə daxil olmuşdur.Təhsil aldığı müddətdə tərbiyəli ,savadlı ,rəssam olmağı ilə müəllimlərinin ,sinifyoldaşlarının sevimlisinə çevrilmişdi.O, 2014-cü ildə elə həmin məktəbi bitirmişdir. Ağcabədi rayonu ərazisindəki hərbi hissədə həqiqi hərbi xidmətini çəkmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ruslan Bayramov Fizuli döyüşlərində savaşıb. 30 sentyabr 2020-ci ildə Füzuli rayonu Seyidəhmədli kəndi istiqamətdində düşmən üzərinə hücuma keçərkən şəhid olmuşdur. Binəqədi Şəhidlər Xiyabanında dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ruslan Bayramov ​ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ruslan Cəfərov (futbolçu)
Ruslan Zaur oğlu Cəfərov (26 yanvar 1993, Bakı) — Azərbaycan Premyer Liqası təmsilçilərindən olan İnter Bakı klubunda müdafiəçi kimi çıxış etmiş peşəkar Azərbaycanlı futbolçudur. O, bir müddət Azərbaycan U-21 milli futbol komandasında çıxış etmişdir. 26 yanvar 1993-cü ildə Bakıda anadan olub. Ruslan Cəfərov Azərbaycan Premyer Liqası təmsilçilərindən olan İnter Bakı klubunun akademiyası vasitəsilə inkişaf etmişdir. 2012-ci ildən həm bankirlərin əvəzedicilər yığmasında, həm də əsas komandasında çıxış edir. Ruslan Cəfərov İnter Bakı klubu ilə UEFA Avropa Liqası 2013/2014-cü illər mövsümündə iştirak etmişdir. 2013 — Azərbaycan Premyer Liqasının bürünc medalını qazanmışdır.
Ruslan Cəfərov (mayor)
Ruslan Gündüz oğlu Cəfərov (19 noyabr 1976; Azərbaycan — 11 oktyabr 2020; Xocavənd, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Cəfərov 1976-cı il noyabrın 19-da anadan olub. Əslən Xocalı rayonundan idi. Azərbaycan Ordusunun mayoru olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ruslan Cəfərov oktyabrın 11-də Hadrut döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərmiş, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etmiş Ruslan Cəfərov ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Ruslan Cəfərov (əsgər)
Ruslan Mövlan oğlu Cəfərov (2 avqust 2000; Qusar, Azərbaycan — 21 oktyabr 2020; Azıx, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. Ruslan Cəfərov 2000-ci il avqustun 2-də Qusar şəhərində Mövlan Cəfərovun və Əzizə Cəfərovanın ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə Elxan Güləliyev adına Qusar şəhər 2 nömrəli tam orta məktəbdə təhsil almışdır. Ruslan Cəfərov 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar şəhər üzrə Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. O, hərbi xidmətini başa vurduqdan sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlısı olaraq müddətdən artıq xidmət edirdi. Azərbaycan Ordusunun əsgəri olan Ruslan Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində kəşfiyyatçı kimi vuruşmuşdur. Füzulinin və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ruslan Cəfərov 21 oktyabr 2020-ci ildə Xocavənd rayonunun Azıx kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Qusar şəhərində dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ruslan Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Digər lüğətlərdə