Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rumıniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Roman (Rumıniya)
Roman — Rumıniyada şəhər.
Rumıniya albanları
Rumıniya albanları (rum. Albanezi) — Rumıniya ərazisində yaşayan etnik qrup. Rumıniyanın etnik azlıqları siyahısına daxildir. Bu səbəbdən onların hüüuqlarının ifadəçisi olaraq Rumıniya Deputatlar palatasında bir nümayəndəyə sahibdirlər. 2002-ci ildə Rumıniyada aparılan siyahıya alınmağa görə burada 520 nəfər alban olmasını bildirmişdir. Onlardan 484 nəfəri doğma dilinin alban olmasını birdirmişdir. Ancaq qeyri-rəsmi məlumata görə ölkədə 10 000 alban yaşayır. Onlar əsasən Buxarestdə cəmləşmişdir. Onlar həmdə ölkənin digər iri şəhərlərində belə yaşayırlar - Timişoara, Yassi, Kondtansa və Kluj-Napoka. Burada yaşayan alban ailələrinin böyük qismi provaslavdır.
Rumıniya bayrağı
Rumıniya bayrağı — Rumıniyanın Dövlət bayrağı.
Rumıniya gerbi
Rumıniya Respublikasının Dövlət Gerbi - Rumıniya parlamenti tərəfindən 10 sentyabr 1992-ci ildə qəbul edilib. Bu gerb Rumıniya krallığının kiçik gerbinə əsaslanır (1922—1947-ci illərdə istifadə edilib). Gerbin əsas elementi — dimdiyində xaç, caynaqlarında skeptron və qılınc tutan qızıl rəngdə qartaldır. Gerbin əsas rəngləri Rumıniya bayrağındakı əks etdirən qırmızı rəng, sarı rəng və göy rənglərdir. Qartalın sinəsində yerləşən lövhə Rumıniyanın beş vilayətinin tarixi rəmzləri verilib. Qızıl qartal — Valaxiyanın rəmzi. İbtidai öküz — Moldovanın rəmzi. Şir və körpü — Olteniya və Banatın rəmzi. Qara qartal, yeddi qəsr, günəş və ay — Transilvaniyanın rəmzi. Delfinlər — Dobrucanın simvolu.
Rumıniya himni
Deșteaptă-te, române! ("Deştəpta-te, romıne!", azərb. "Oyan, Rumın!") — 1989-cu ildən Rumıniyanın dövlət himnidir. 1990-cı ildən 1994-cü ilədək Moldovanın da dövlət himni idi. Himnin sözlərinin müəllifi Rumın şairi Andrey Mureşanudur. Himnin musiqisin Anton Pann yazıb. • Rumıniya himni Arxivləşdirilib 2006-10-23 at the Wayback Machine Romania: Deșteaptă-te, române!
Rumıniya kinosu
Rumıniya tamaşaçıları Lümyer qardaşlarının filmilərini 1896-cı ildə izlədilər. Artıq 1897-ci ildə Rumın həvəskar operatorların sənədli filmləri ekrana çıxdı. "Daşqın", "Hərbi eskadranın gəlişi" və s. ilk Rumın filmlərindəndir. İlk bədii Rumın filmi isə 1912-ci ildə çəkilmişdir. Bu film Rumıniyanın türk işğalından azad olunmasına həsr edilmişdir. "Azadlıq müharibəsi" filminin təşəbbüskarı Buxarestdə "Lirik" teatrın sahibkarı Lion Popesku idi. Filmin rejissoru və operatoru fransız Done idi. Bu vətənpərvər ruhlu film şahzadə Karl və hərbi nazir Filipesku tərəfindən bəyənilmişdi. Nazirin əmri ilə çəkilişə lazım olan döyüşçü qüvvəsi cəlb olundu.
Rumıniya leyi
Rumıniya Leyi (ro, ro; ISO 4217 RON 946) ― Rumıniyanın rəsmî pil vahidi. 1 iyul 2005-ci il tarixindən etibarən Rumıniya pul vahidi “Ley”dən dörd sıfır atılmış, yeni pul vahidi “Yeni Rumıniya Leyi” adlı puldan istifadə edilməyə başlanılmışdır. Rumıniya Mərkəzi Bankının verdiyi məlumata görə, inflyasiya nisbəti 2014-cü ilin noyabr ayından 2015-ci ilin noyabr ayına kimi 0.65% təşkil etmişdir.
Qazaxıstan–Rumıniya münasibətləri
Qazaxıstan–Rumıniya münasibətləri — Rumıniya Respublikası ilə Qazaxıstan Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. Qazaxıstan Respublikası ilə Rumıniya arasında diplomatik əlaqələr 15 iyul 1992-ci ildə qurulmuşdur. 1993-cü ilin noyabrında Rumıniyanın Qazaxıstan Respublikasındakı səfirliyi açılmışdır. 2003-cü ilin sentyabrında Qazaxıstan Respublikasının Rumıniyadakı Diplomatik Nümayəndəliyi açılır. 2012-ci ilin mart ayında Diplomatik Nümayəndəliyin Qazaxıstan Respublikasının Rumıniyadakı səfirliyinə çevrilməsinə dair Qazaxıstan Respublikası Prezidentinin Fərmanı imzalanır. Qısa tarixi dövrdə iki dövlət ikitərəfli əməkdaşlığın bütün sahələrində, o cümlədən siyasi, ticari-iqtisadi, mədəni və humanitar sahələrdə, habelə çoxtərəfli qarşılıqlı fəaliyyət sahəsində ciddi irəliləyişlər əldə etdilər. Qazaxıstan və Rumıniya müntəzəm siyasi dialoqlar aparır. Hər iki ölkənin parlamentlərində Dostluq Qrupları fəaliyyət göstərir. İki ölkənin millət vəkillərinin illik görüşləri keçirilir. İki ölkənin xarici işlər nazirlikləri arasında hər il siyasi məsləhətləşmələr baş tutur.
Rumıniya Dövlət Televiziyası
TVR (Televiziune Română) Rumıniyanın rəsmi dövlət kanalı. Bu kanalda milli yarışlar və beynəlxalq xəbərlərdə göstərilir. Kanalın mərkəzi Buxarest şəhərində yerləşir.
Rumıniya Kommunist Partiyası
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Komunist Partiya
8 May 1921-ci ildə yaradılmış olan kommunist partiyadır. Rumıniya Sosialist Respublikasında təkpartiyalı rejim iqtidarda olmuşdur. 22 dekabr 1989-cu ildə Nikolae Çauşeskunun inqilab nəticəsində devrilməsi ilə partiyanın fəaliyyətinə son verilmişdir. Partiyanın Komunist Gənclər Birliyi adlı gənclər, Rumıniya Vətənpərvər Keşikçilər adlı hərbi təşkilatları mövcud olmuşdur. Siyasətdə ifrat solçu mövqeyə sahib olub. Partiya 1921–1943-cü illər arasında Komintern, 1947–1956-cı illər arasında Kominform adlı beynəlxalq, 1921-1939-cu illər arasında isə Avropada Balkan Kommunist Federasiyası təşkilatlarının üzvü olmuşdur. Partiyanın rəsmi rəngləri qırmızı və qızılı olmuşdur.
Rumıniya Pravoslav Kilsəsi
Rumın Pravoslav Kilsəsi (rum. Biserica Ortodoxă Română) — Rumıniyada avtokefal pravoslav kilsə. Mərkəzi Buxarest şəhərindədir.
Rumıniya Sosialist Respublikası
Rumıniya Sosialist Respublikası — müasir Rumıniya ərazisində 1947-ci ildən 1989-cu ilə qədər mövcud olmuş dövlət. 1947-ci ilin 30 dekabrından 1965-ci ilin 21 avqustuna qədər adı Rumıniya Xalq Respublikası (rum. Republica Populară Română) olub. 21 avqust 1965-ci ildən 1989-cu ilə qədər isə ölkə Rumıniya Sosialist Respublikası (rum. Republica Socialistă România) adlanıb. 1989-cu ilin dekabr ayında baş vermiş inqilab zamanı Nikolae Çauşeskunun diktaturası ləğv edilmiş və bununla da Rumıniya Sosialist Respublikasının mövcudluğuna son qoyulmuşdur. İon Antoneskunun hakimiyyəti zamanı kommunistlərin təqib edilməsinin miqyası çox böyük ölçülər aldı. 1944-cü ilə qədər Rumıniya Kommunist Partiyasının bütün liderləri ya həbsxanada idilər, ya da baş götürüb Moskvaya qaçmışdılar. Bununla da üzvlərinin sayı onsuz da az olan zəif partiya rəhbərliyini də itirmişdi. Buna görə də o Rumıniyanın siyasi arenasında əhəmiyyətli rol oynaya bilmirdi.
Rumıniya rabitəsi
Rumıniya tatarları
Rumıniya tatarları (həmcinin rumın tatarları, dunay tatarları, rum. Tătarii din România, krımtat. Romaniya Tatarları, tatar. Дунай татарлары, Dunay tatarları) — Rumınya ərazisində rəsmi tanınmış milli azlıq. Rumınya parlamentində bir nümayəndələri vardır. Rumıniyada 2002-ci ildə aparılan siyahıya alınmaya görə burada 24 min tatar yaşayır (ölkə əhalisinin 0,1 %). İslam dininə etiqat edən tatarların az bir qismi isə Moldovada yaşayır. Onlar krımtatar dilinin müxtəlif dialektlərində danışırlar. Tatarlar müasir Rumıniya ərazisində XIII əsrdə peyda olmuşlar. Onlar monqol yürüşləri zamanı bölgəyə gəlmişlər.
Rumıniya şəhərləri
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Rumıniya inqilabı
Rumıniya inqilabı — Rumıniya prezidenti Nikolae Çauşeskunu hakimiyyətdən devirmək üçün 1989-cu ilin dekabrında xalq və Rumıniya ordusu tərəfindən həyata keçirilən inqilab. Rumıniya şərq blokunda sosialist rejimlərinin süqutu zamanı hakimiyyətin qanlı şəkildə dəyişdirildiyi yeganə ölkə oldu. 1965-ci ildən Rumıniyaya rəhbərlik edən Nikolae Çauşeskunun iqtisadi və inkişaf siyasətinin Rumıniyanın resurslarını sıxaraq həyata keçirməsi ölkədə geniş qıtlığa və yoxsulluğun artmasına səbəb oldu. 1970-ci illərdə pis maliyyə idarəçiliyi və yanlış investisiya qərarları nəticəsində Rumıniyanın xarici borcu çox yüksək həddə çatdı. Bu borcun qısa müddətdə bağlanması üçün aparılan qənaət siyasəti (ərzaq məhsullarının normaya salınması, evlərin 14°-dən yuxarı qızdırılmasının qadağan edilməsi), 1982-ci ildən ölkənin kənd təsərrüfatı və sənaye məhsullarının böyük hissəsinin ixracı, Parlament Sarayı kimi möhtəşəm və lazımsız tikinti layihələri, 13 min kənddən 6 mininin boşaldılıb sökülməsi və sakinlərinin yeni tikilmiş mənzillərə köçürülməsi qərarı narazılıqla yekunlaşıb. Nikolae Çauşesku 1980-ci illərdə partiya və hökumət üzərində sərt nəzarəti saxlamaq üçün sərt siyasət yürütməyə başladı. 1988-ci ildə Sovet İttifaqında tətbiq edilən açıqlıq (qlasnost) və yenidənqurma (perestroyka) siyasəti Rumıniyada qəbul edilmədi. SSRİ-nin nəzarəti altında olan digər şərq bloku ölkələrində SSRİ-də həyata keçirilən bu siyasətlərin yaratdığı islahat dalğasından sonra müxalifətə qarşı məzlum münasibət daha da kəskinləşdi. 1989-cu ilin oktyabr və noyabr aylarında Berlin divarının uçurulması və şərq bloku liderlərinin bir-bir sıradan çıxarılması Nikolay Çauşeskunun gələcəyi ilə bağlı narahatlığına səbəb olmadı. 1989-cu ilin noyabrında Rumıniya Kommunist Partiyasının 14-cü qurultayında Nikolae Çauşesku yenidən partiyanın baş katibi seçildi.
Rumıniya pasportu
Rumıniya pasportu — Rumıniya vətəndaşlarına beynəlxalq səyahət üçün verilən sənəd. Rumıniyadan kənarda pasport sahibinə diplomatik nümayəndəlik, yardım tələbi və Rumıniya konsulluqları tərəfindən təmin edilən müdafiə hüququ verir. Pasport Rumıniya dövlətinə məxsusdur. Rumıniya 1 yanvar 2007-ci ildə Avropa Birliyinə qoşuldu və 31 dekabr 2008-ci ildə öz biometrik pasportunu verməyə başladı. Pasportun məlumat vərəqi rumın, ingilis və fransız dillərində çap olunur. Rumıniya şəxsiyyət vəsiqəsi olan Carte de Identitate artıq Avropa İttifaqı daxilində səyahət etmək üçün istifadə edilə bilər. Rumıniya hökuməti Rumıniya əsilli Moldova vətəndaşlarına Rumıniya pasportları verir ki, bu da onlara Avropa İttifaqı və region ölkələrində vizasız səyahət etməyə imkan verir. Bu gün 120 minə yaxın Moldova vətəndaşı Rumıniya vətəndaşlığı üçün müraciət edib və Rumıniya pasportu alıb. Henley Visa Restrictions Index 2016 hesabatına əsasən, Rumıniya vətəndaşları sərhəd qapısında vizalı və ya vizasız 153 ölkəyə gedə bilərlər. Bununla da Rumıniya vətəndaşları dünyada səyahət azadlığına görə 19-cu yerdədir.
Rumıniya krallığı
Rumıniya krallığı (rum. Regatul României) — 1881-1947-ci ildə mövcud olan konstitusiyalı monarxiya. 1859-1877-ci illərdə Rumıniya Moldova və Valaxiya knyazlıqlarının birliyi altında idi və 1877-1878 Osmanlı-Rusiya müharibəsinin ardından bu birlik müstəqilliyini elan etdi. 1881-ci ildə Hohensollernli Karolun özünü kral elan etməsiylə Rumıniya krallığının əsası qoyuldu. 1923-cü ildə qəbul edilən konstitusiyanın II Karol tərəfindən 1938-ci ildə ləğv edilməsiylə ölkə mütləq monarxiyaya çevrildi. Ancaq 1940-cı ildə II Karol taxtdan endirildi və ölkədə Yon Antoneskunun rəhbərliyi ilə faşist diktaturası başladı. Taxta çıxarılan I Mixailin isə dövlət idarəsində heç bir rolu olmadı. Yon Antoneskuya qarşı 1944-cü ildə baş tutan çevrilişin ardından ölkə yenidən konstitusiyalı monarxiyaya çevrildi və Anti-Hitler koalisiyasına qoşuldu. Ölkədə artan SSRİ təsiri və kommunistlərin çoxluq təşkil etdiyi yeni hökumət kabinetinin fəaliyyətləri ölkədə monarxiyanın ləğvinə yol açdı və Rumıniya krallığı 1947-ci ilin son günü özünü Rumıniya Xalq Respublikası elan etdi. === Krallar === == Mənbə == Great Britain.
Rumıniya zəlzələsi (1802)
Rumıniya zəlzələsi — Rumıniyadakı Vrança dağlarında zəlzələ 26 oktyabr 1802-ci ildə Müqəddəs Paraskeva günündə baş verir. Riçter cədvəli üzrə intensivliyi 7,9 bal qiymətləndirilən, Rumıniyada qeydə alınan ən güclü zəlzələdir. Avropa tarixindəki ən güclü zəlzələlərdən biridir. Bu zəlzələ Şərqi Avropa və Balkanlarda, Sankt-Peterburqdan Egey dənizinə qədər iki milyon kvadrat kilometrdən çox ərazidə hiss edilir. Buxarest zəlzələsinin gücü Merkalli cədvəli üzrə VIII-IX bal qiymətləndirilir. Bir çox kilsənin arakəsmələri yıxılmış və Kotroçen monastırı dağıdılmışdır. Əsasən aşan sobalardan çox sayda yanğın baş verir. Bolqarıstanda Ruse, Varna və Vidin şəhərləri demək olar ki, tamamilə məhv olur Əsas zəlzələ ardından bir sıra yeraltı təkanlar qeydə alınır. Ən güclüsü 5,5 bal gücündə olur. Əsas təkanlar günorta ilə 12 ilə 1 arasında Buxarestə qeydə alınır.
Rumıniya şəhərlərinin siyahısı
Rumıniya şəhərləri — 2002-ci ildə Rumıniyada 268 yaşayış məntəqəsi şəhər statusuna malikdir. 2002-ci ildən 2006-cı ilə qədər şəhər statusu 55 yeni yaşayış məntəqəsinə verilmişdir. Aşağıda 2002-ci il vəziyyətinə olan şəhərlərin siyahısı verilmişdir.
Rumıniya–Türkiyə münasibətləri
Rumıniya—Türkiyə münasibətləri — Rumıniya ilə Türkiyə arasında ikitərəfli diplomatik münasibətlər. 1878-ci ilin noyabrında Rumıniya ilə Osmanlı İmperiyası arasında diplomatik münasibətlər quruldu. 30 avqust 1916-cı ildə Osmanlı İmperiyası Rumıniyaya müharibə elan etdi. 9 fevral 1934-cü ildə Rumıniya, Türkiyə, Yuqoslaviya və Yunanıstanla birlikdə Balkan sazişinin hərbi-siyasi birliyini qurdu. Bu birliyin yaradılmasından əvvəl 1933-cü ildə Rumıniya-Türk müqaviləsi imzalandı. 1938-ci ildə ölkələrin Buxarest və İstanbuldakı diplomatik nümayəndəlikləri səfirlik səviyyəsinə qaldırıldı. 1939-cu ildə Balkan Antantası, hərbi-siyasi bir birlik olaraq II Dünya Müharibəsinin başlaması ilə mövcudluğunu dayandırdı. Soyuq müharibə dövründə Rumıniya ilə Türkiyə arasında praktiki olaraq heç bir diplomatik təmas yox idi. 1989-cu ildə Rumıniyadakı inqilabdan sonra Rumıniya-Türkiyə münasibətləri xeyli dərəcədə istiləşdi. Türkiyə, Rumıniyanın NATO-ya üzv olmaq üçün namizədliyini dəstəklədi və Rumıniya da Türkiyənin Avropa Birliyinə üzv olmaq istəklərini dəstəklədi.
Rumıniya Futbol Federasiyası
Rumıniya Futbol Federasiyası (rum. Federația Română de Fotbal) — Rumıniyada futbolun idarəedici orqanıdır. Mərkəzi ofisi Rumıniyanın paytaxtı Buxarest şəhərində yerləşir. Müvafiq olaraq 1923 və 1955-ci ildən FİFA və UEFA üzvüdur. 1909-cu ildə futbolçuların fəaliyyəti üçün ilk rəhbər orqan olan Rumıniyada İdman Klubları Assosiasiyası yaranır. O, sonradan "Futbol Klubları Assosiasiyası"na çevrilir. Assosiasiyası qərargahı Buxarestdə və ilk prezidenti isə Mario Gebauer olur. Həmçinin 1909-cu ildə Rumıniyada ilk milli futbol çempionatı başlayır. Çempionatın qalibi, 1904-cü ildə qurulan və Rumıniyanın ilk komandası olan "Olimpia" Buxarest klubu olur. 1 dekabr 1912-ci ildə "Futbol Klubları Assosiasiyası" 1912-ci ildə də yaradılmış Rumıniya İdman Assosiasiyaları Federasiyasının bir hissəsi olan Mərkəzi Futbol Assosiasiyası Komissiyasına (prezident Mario Gebaur, katib Lazar Breyer) qoşulur.
Rumıniya–Yaponiya münasibətləri
Rumıniya–Yaponiya münasibətləri (rum. Relaţiile dintre România şi Japonia; yap. 日本とルーマニアの関係) – Rumıniya ilə Yaponiya arasındakı mövcud ikitərəfli əlaqələr. Rumıniyanın Tokioda, Yaponiyanın isə Buxarestdə səfirliyi yerləşir. Rumıniya ilə Yaponiya arasında ilk əlaqələr 1902-ci ildə qeydə alınsa da, diplomatik əlaqələr 1917-ci ilin avqustunda nümayəndəlik səviyyəsində qurulmuşdur. 1 may 1923-cü ildə Rumıniyanın Osakada fəxri konsulluğu açılmışdır. Ölkələr arasında diplomatik əlaqələr 31 oktyabr 1944-cü ildə kəsilsə də, 1 sentyabr 1959-cu ildə bərpa olunmuşdur. 1 iyun 1964-cü ildə ölkələr arasında diplomatik əlaqələr səfirlik səviyyəsinə qaldırılmışdır. Rumıniya prezidenti Emil Konstantinesku 1997-ci ildə Yaponiyaya rəsmi səfər etmişdir. 2002-ci ildə ölkələr arasındakı əlaqələrin 100 illiyi münasibətilə Rumıniya prezidentu İon İliyesku Yaponiyaya səfər etmiş və "Yaponiya ilə Rumıniya arasında dostluq, əməkdaşlıq və partnyorluq haqqında birgə bəyannamə" imzalamışdır.
Moldova (Rumıniyanın tarixi vilayəti)
Moldova (rum. Moldova), həmçinin Qərbi Moldova — Rumıniya şərqində vilayət. Qərbdə şərqi Karpatla şərqdə Prut çayı arasında yerləşir. İnzibati bölgüyə görə Rumıniyanın Bakeu, Vasluy, Vrança, Qalas, Nyams, Yassı judesləri və Botoşani və Suçava judeslərinin bir hissəsi daxildir.
Rumıniya 2015 Avropa Oyunlarında
Rumıniya — iyun ayının 12-dən 28-nə kimi Azərbaycanda keçirilən 2015 Avropa Oyunlarında iştirak edən ölkələrdən biridir. Rumıniya ümumilikdə 147 idmançı ilə təmsil olunub.
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında
Rumıniya 2018 Qış Olimpiya Oyunlarında 4 idman növü üzrə 20 idmançı ilə təmsil olunacaqdır. Olimpiya Lisenziyalarının böyük qismi 2016/2017 Biatlon üzrə dünya kuboku əsasında müəyyən edilmişdir. Rumıniyanın kişilərdən ibarət yığması 14-cı yeri tutmuşdur. Kişilər qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Rumıniya «A» kateqoriyası üzrə 2 idmançı kvotası əldə etmişdir. Kişilər Qadınlar Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən iştirak edə bilər. «A» kateqoriyası üzrə lisenziya qazanmaq üçün idmançı reytinq üzrə 100 xal qazanmalıdır. Bununla belə MOK-ləri «B» kteqoriyasını ödəyə biləcək 1 qadın və 1 kişi olmaqla iştirakçı ilə təmsil oluna bilər.
Rumıniya Avroviziya Mahnı Müsabiqəsində
Rumıniya Avroviziya Mahnı Müsabiqəsinə ilk dəfə 1994-cü ildə qoşulmuş və ümumilikdə 20 dəfə müsabiqədə iştirak etmişdir. Ölkə indiyədək heç vaxt müsabiqədə birincilik əldə etməmiş olsa da, Avroviziyanın ən çox uğur qazanan ölkələrindən biri hesab olunur. Rumıniyanın indiyədək müsabiqədə qazandığı ən yaxşı nəticə 2005-ci ildə Luminitsa Anqel və Sistem qrupunun ifa etdiyi "Let Me Try" və 2010-cu ildə Paula Selinq və Ovi duetinin ifa etdiyi "Playing with Fire" mahnıları ilə əldə etdikləri 3-cü yerdir. 2004-cü ildə Avroviziyada yarımfinal mərhələsinin tətbiqindən sonra Rumıniya hər il müsabiqənin finalına vəsiqə qazansa da, ilk dəfə 2018-ci ildə ölkə təmsilçiləri yarımfinalda məğlub olmuşdur. Avroviziyada 17 illik iştirakının ardınca 2016-cı ildə Avropa Yayım İttifaqı tərəfindən Rumıniyanın müsabiqədə iştirakı dayandırılmışdır. Rumıniya Ovidiu Antonun ifa etdiyi "Moment of Silence" mahnısı ilə 12 may tarixində keçirilən Avroviziya 2016-nın ikinci yarımfinalında təmsil olunmalı idi. Lakin 19 aprel 2016 tarixində müsabiqəni ölkədə yayımlama hüququ olan TVR telekanalının AYİ-nə 2007-ci ilin yanvar ayından bəri üst-üstə yığılan və toplamda 14.56 milyon€ təşkil edən borc səbəbi ilə ölkənin son anda müsabiqədən uzaqlaşdırıla biləcəyinin mümkün olduğu açıqlanmışdır. AYİ Rumıniya dövlətinə 20 aprel tarixinədək borcun ödənilməsi ilə bağlı müraciət etsə də, heç bir nəticə görülməmişdir və 22 aprel tarixində ölkə rəsmi olaraq 2016 Avroviziya Mahnı Müsabiqəsində iştirakdan azad olunmuşdur. Məsələ həllini tapdıqdan sonra Rumıniya 2017-ci ildə müsabiqəyə geri dönmüş və finalda 7-ci yerdə qərarlaşmışdır. QEYD:Yuxarıdakı xallar yalnız finalda verilən xallardır.
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională a Sindicatelor Libere din România-Frăția və ya qısaca rum. CNSLR-Frăția) — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. 1993-cü ildə yaradılmışdır. Konfederasiya öz üzvlərinin əsas peşə, sosial, iqtisadi və mədəni hüquqlarını təmsil və müdafiə edir. Həmkarlar ittifaqı üzvlərinin iqtisadi, sosial və peşə fəaliyyəti ilə əlaqədar olan qanunvericilik aktlarının işlənib hazırlanması və onlara dəyişikliklər edilməsi barədə kollektiv danışıqlarda tərəfdaş və nümayəndə qismində çıxış edir. Ədalət və sülh məsələləri ilə məşğul olan müxtəlif milli və beynəlxalq həmkarlar ittifaqı təşkilatları ilə əməkdaşlığa, həmrəyliyə imkan yaradır. Bu konfederasiya siyasi partiyalardan, dövlətdən və işəgötürənlərdən asılı olmayan, ali statusa malik milli həmkarlar ittifaqı təşkilatıdır. Hazırda ölkə iqtisadiyyatının müxtəlif sahələrini əhatə edən 40 həmkarlar ittifaqı federasiyasını – sahə birliklərini özündə birləşdirir.
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku
Rumıniya Milli Həmkarlar İttifaqları Bloku (rum. Blocul Național Sindical və ya qısaca BNS) — Rumıniyanın ən iri və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Təşkilatın baş qərargahı Buxarest şəhərində yerləşir. Blok 1991-ci ildə yaradılmışdır. Təşkilatın əsas fəaliyyət istiqamətləri piket və mitinqlərin təşkili üzrə müxtəlif tədbirlərin, müəssisələrdə həmrəylik aksiyalarının, qurultayların, seminarların və kampaniyaların mütəmadi olaraq keçirilməsi, üzv təşkilatların və onların fəaliyyətinin əlaqələndirilməsidir. Bloku dövlət və eləcə də özəl sektorda fəaliyyət göstərən müəssisələrdə çalışan işçiləri birləşdirir və 350.000 üzvü var. Təşkilata Dumitru Kostin rəhbərlik edir. Təşkilat Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası və Avropa Həmkarlar İttifaqları Konfederasiyası ilə sıx əməkdaşlıq edir. Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası Rumıniya Milli Azad Həmkarlar İttifaqları Konfederasiyası ICTUR et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing.
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası
Rumıniya Milli Həmkarlar İttifaqları Konfederasiyası (rum. Confederația Națională Sindicală) və ya qısaca "ALFA karteli" (rum. "Cartel ALFA") — Rumıniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatlarından biri. Konfederasiyanın baş qərargahı Buxarestdə yerləşir. "ALFA karteli" 1990-cı ildə işçilərin əsl etibarlı təmsilçiliyinin qurulması məqsədilə yaradılmışdır. Təşkilatın əsas məqsədi ictimai ədaləti və işçilərin maraqlarını qorumaq, müdafiə etmək və Rumıniyada demokratiyanı gücləndirməkdir. Konfederasiya işçilərin maraqlarını müdafiə etməsi ilə Rumıniyada həmkarlar ittifaqı hərəkatının formalaşmasında əhəmiyyətli rol oynayır. Konfederasiya daimi iş yerlərinin yaradılması, öz üzvlərinin iş və həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi dirçəliş və stabillik, düzgün əməkhaqqı siyasəti üçün mübarizə aparır. Konfederasiya yerli və milli səviyyədə kollektiv əmək müqavilələrinin bağlanması, sosial dialoqun və sosial tərəfdaşlığın inkişaf etdirilməsində də müxtəlif səviyyələrdə fəaliyyət göstərir. Öz maraqlarını və mövqelərini müdafiə etmək üçün təşkilat piketlər, nümayişlər, yürüşlər keçirir.
Rumıniya Xarici İşlər Nazirliyi
Rumıniya Xarici İşlər Nazirliyi (rum. Ministerul Afacerilor Externe) — Rumıniya hökumətinin xarici işlərindən məsul olan nazirlik.
Rumıniya antikommunist müqavimət hərəkatı
Rumıniya antikommunist müqavimət hərəkatı 1940-cı illərin sonlarından 1950-ci illərin ortalarına qədər aktiv olmuş, ayrı-ayrı fərdi döyüşçülər 1960-ci illərin əvvəllərinə qədər mübarizəni davam etdirmişdir. Bu, kommunist rejimə qarşı ilk və ən planlı formada olan silahlı müqavimət idi. Döyüşçülər bandit olaraq görülürdülər. 1989-cu ilin sonlarında Nikolae Çauşesku devrilməyincə, "anti-kommunist silahlı müqavimət" adlandırılanların təfərrüatları ictimaiyyətə açıqlandı. Yalnız bundan sonra ictimaiyyət bəzən özlərini "hayduk" adlandıran bir neçə kiçik silahlı dəstə haqqında, hansı ki, bəziləri on il hakimiyyətdən gizlədildiyi Karpat dağlarına sığınan bir neçə kiçik silahlı dəstə haqqında məlumat aldılar. Son döyüşçü 1962-ci ildə Banat dağlarında aradan qaldırıldı. Hərəkətin dərəcəsi və təsiri postkommunist Rumıniya mediasında, sağ qalanların xatirələrində və hətta tarixşünaslıqda avtoritar, antisemitizm və / və ya ksenofobik olduğu halda çox vaxt şişirdilir. Qrupların bir hissəsinin ideologiyası ümumiyyətlə gözdən yayınır və ya minimuma endirilir. Rumıniya müqavimətinin bəzən keçmiş Sovet blokunda ən uzun sürən silahlı hərəkatlardan biri olduğu deyilir. 1944-cü ilin mart ayında Qızıl Ordu, Bukovinaya, nasist Almaniyasının müttəfiqi olan Rumıniya ərazisinə doğru irəliləyir.
Rumıniya milli basketbol komandası
Rumıniyanın kişilərdən ibarət milli basketbol komandası — Rumıniyanı beynəlxalq basketbol arenasında təmsil edən kişilərdən ibarət milli basketbol komandası. Rumıniya Basketbol Federasiyası tərəfindən idarə olunur. Baş məşqçisi Marsel Tenterdir.
Rumıniya milli futbol komandası
Rumıniya milli futbol komandası - Rumıniyanı beynəlxalq futbol turnirlərində təmsil edən milli futbol komandası.
Ruminiya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Romıniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Romaniya
Rumıniya (rum. România) — cənub-şərqi Mərkəzi Avropada olan dövlət. Konstitusiyasına əsasən Rumıniya demokratik dövlətdir. Ölkənin adı "romanus" ("romalı" deməkdir) sözündən gəlib. Ölkə başçısı prezident hesab olunur və qanunverici orqan isə ikipalatalı parlamentdir. Şimaldan və şərqdən Rumıniya Ukrayna ilə, şimali-şərqdən Moldova Respublikası ilə, Cənubdan Bolqarıstan ilə (sərhəd Dunay çayının üstündən keçir), qərbdən isə Serbiya və Macarıstan ilə həmsərhəddir. Qara dəniz Rumıniyanın şərqində yerləşir. 1 yanvar 2007-ci ildən Avropa Birliyinin üzvüdür. Paytaxtı və ən böyük şəhəri Buxarestdir (1,9 milyon nəfər). Rumıniya Avropadakı ən köhnə insan məskənlərinin tapıldığı ölkədir.
Rumınca
Rumın dili — roman dillərindən biri. Rumınların ana dili.
Numidiya
Numidiya (lat. Numidia, belar. Inumiden) — Şimali Afrikada, indiki Əlcəzairin şərqində qədim tarixi vilayət və tarixi dövlət. E.ə. I minilliyin sonunda köçəri tayfaların tədricən əkinçilik və oturaq maldarlığa keçməsi ilə Numidiyada polis təşkilatlı şəhərlər formalaşmışdır. Bunlara Sirta (indiki Konstantina), Tutqa, Teveste, Sikka və s. aiddir. E.ə. III əsrdə Numidiya Karfagen dövlətinə tabe edilmişdir. Numidiyada Karfagenin hökmdarlarına qarşı dəfələrlə üsyanlar baş vermişdir.
Rodiniya
Rodiniya (rus. Родина) - e.ə. 1,1 milyard və e.ə. 750 milyon illər ərzində Proterezoy dövründə mövcud olmuş qədim qitədir. Rodiniya qitəsinin mövcud olması mövzusu mübahisəlidir. Gec rifeyin ortalarında (750-700 min. il) parçalanmağa başlamışdır. Bu zaman əvvəlki etapın qitə rift sistemlərinin lateral yerdəyişmələri baş vermiş spredinq oxları meydana çıxmış və yeni okean hövzələrinin, o cümlədən Sakit okeanın əsası qoyulmuşdur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Ursiniya
Ursiniya (lat. Ursinia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Bu cins "dendrologiya" dərsliyinin müəllifi İ.X.Ursinusun (1608-1666) şərəfinə adlandırılmışdır.Gülçülükdə Ursiniya cinsinin 2 növündən istifadə olunur.Gözəl ursiniya (U.speciosa) yabanı halda Cənubi Afrikada bitir.Hündürlüyü 40 sm-ə çatan budaqlı bitkidir.Səbətşəkilli hamaşçiçəyin mərkəzində yerləşən boruvari çiçəkləri sarı,dilcikli çiçəkləri isə ağ ya da sarı rəngdədir.Müxtəlif rəngli ursiniyanın (U.versicolor) hündürlüyü 50 sm-ə çatır.Bu növ bitkilərin hamaşçiçəklərində boruvari gülləri darçını,dilcikli çiçəkləri isə sarı rəngdədir.Dilcik çiçəklərin oturacağında tünd xal vardır.Bitkini toxumla çoxaldırlar.Cücəertiləri 25x25 smsxemi üzrə seyrəkləşdirirlər.Ursiniyadan yaşıllaşdırmada müxtəlif kompozisiyalar yaratmaq olar.O, kəsilmiş halda uzun müddət qalır.Bitki qruplarda,qarışıq əkinlərdə və qazonlarda gözəl görünür. Sphenogyne R.Br. Ursiniopsis E.Phillips Chronobasis DC. ex Benth. & Hook.f. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016.
Cuminia
Cuminia (lat. Cuminia) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Homotipik sinonimləri === Johowia Epling & Looser === Heterotipik sinonimləri === Skottsbergiella Epling == Növləri == Cuminia eriantha (Benth.) Benth.