Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sürücü
Sürücü (ing. Driver) — kompüterin funksiyalarını idarə edən bir növ proqramdır. Bu proqram kompüterin əməli yaddaşı (RAM),video kartı , səs gücləndiriciləri, faksı, internet modemləri, prinetri, Bluettoothu və s. idarə edir. Belə ki, yeni alınmış kompüterə əməliyyat sistemi yüklədikdən sonra dərhal "sürücüləri" yükləmək lazımdır. Sürücülərin hamısı eynitipli deyil, onları yükləməzdən əvvəl əməliyyat sistemini, kompüterin və cihazın markasını düzgün seçmək lazımdır. Əks halda sürücü kompüterlə uzlaşmayacaq. === Sürücülərin xassələri === Adətən sürücülərin həcmi 2-20 MB arası olur. Sürücülər disklərdə çox yayılsalar da, onları daha çox internetdən yükləyirlər. Sürücünü bir diskdən (original diskdən) başqa diskə (pirat diskə) köçürdükdə sürücü etibarlı olmur.
Sürücü (film)
Sürücü (ing. Drive) — Nikolas Vendinq Refnin rejissorluğu ilə 2011-ci ildə çəkilmiş film. Ceyms Sallisin 2005-ci ildə yazıdığı eyniadlı kitab əsasında çəkilib, filmin ssenari müəllifi Hüseyn Aminidir. Baş rolda Rayan Qoslinq çəkilib.
Balaca sürücü (film, 2017)
Balaca sürücü (ing. Baby Driver) — Edqar Raytın rejissoru və ssenari müəllifi olduğu 2017-ci ildə çəkilmiş döyüş, komediya və cinayət filmi. Filmdə baş rollarda Anzel Elqort, Kevin Speysi, Lili Ceyms, Eiza Qonzalez, Con Hamm, Yami Foks və Con Berntal yer alır. == Məzmun == Balaca ləqəbli gənc oğlan sükan arxasında özünə rəqib tanımır. Bundan başqa, o, hər zaman musiqi dinləməyi xoşlayır. Onun həyatı başdan-ayağa adrenalinlə doludur. Qanqster qrupunun sürücüsü işləyən gənc bir gün aşiq olur və oyundan çıxmaq istəyir. Lakin bu bataqlıqdan çıxmaq elə də asan olmur.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.
Mürtülü
Mürtülü — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Tarixi olduqca qədimdir. Azərbaycan ərazisinə ən qədim qəbiristanlıq burada yerləşir. == Toponimikası == Mürtülü oyk. Kürdəmir r-nunun Yenikənd i.ə.v.-də kənd. Şirvan düzündədir. İnqilabdan əvvəlki ədəbiyyatda kəndin adı Murtu kimi qeyd olunmuşdur. Yaşayış məntəqəsi Göyçay r-nunun Mırtı kəndindən çıxmış ailələrin məskunlaşması nəticəsində yaranmışdır. == Mədəniyyəti == Əhalinin əksəriyyəti əkinçiliklə məşguldur, ziyali sakinləri coxdur. Həmidov Faiz Muxtar oglu həm kəndin, həm butun rayonun fəxri olmuşdur.
Babil sürgünü
Babil sürgünü — Yəhudilərin Miladdan əvvəl 598/7 və 587/6-cı illərdə Babililər tərəfindən fəth edilməsi nəticəsində Yəhudilərin Babilə sürgün edilməsi və orada əsirlik dövrü. Sürgün dövrü, eramızdan əvvəl 538-ci ildə farsların Babil fəthi ilə rəsmi olaraq sona çatdı. Fars kralı Böyük Cyrus (Cyrus) yəhudilərin Fələstinə qayıtmasına icazə verdi. == Əsirlik müddəti == Bibliya Yeremya kitabında, Babil sürgünü 70 il davam edir. Bir çox alim deyir ki, ilk köçürülmə miladdan əvvəl 597-ci ildə, Kral Yekhanya devrildikdə və ailəsi, saray adamı və minlərlə işçi sürgün edildikdə baş verdi. Bu vəziyyətdə sürgünün müddəti təxminən 60 ildir. Bəzi alimlər deyirlər ki, ilk köçürmə eramızdan əvvəl 586-cı ildə, Yerusəlim Nebuchadnezzar tərəfindən yandırılaraq məhv edildikdən sonra və sürgün 48 il davam etdi. Müqəddəs Kitabın 70 nömrəsini qəbul edənlər eramızdan əvvəl 608–58 və ya 586–511 tarixlərini düzgün söyləyirlər. 516-cı il Qüds Məbədinin yenidən qurulması idi. == Qeydlər == Cüzeppe Verdinin "Nabukko" operası Babilin sürgün edilməsi ilə məşğuldur.
Mürtülü bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Panurq sürüsü
Panurq sürüsü — öz rəhbərinə kor-koranə tabe olan, onun hərəkətlərini təqlid edən və ya onun iradəsinə tabe olan insan qrupunu nəzərdə tutan ifadə. Eyni zamanda, bu cür itaətkarlıq bəzən ən ağır nəticələrə gətirib çıxara bilər. "Panurq sürüsü" ifadəsi öz yaranmasını XVI əsr fransız yazıçısı Fransua Rablenin "Qarqantüa və Pantaqrüel" əsərinə borcludur. == Mənşəyi == "Qarqantüa və Pantaqrüel"in dördüncü kitabında əsas qəhrəmanlardan biri Panurq qoyun ticarəti ilə məşğul olan Dindeno (fr. Dindenault) ilə savaşır. Pantaqrüelin xahişi ilə baş tutan barışıqdan sonra, Panurq tacirdən onun qoyunlarının birini satın almaq istəyir. Tələb olunan qiyməti ödədikdən sonra sürüdəki "ən gözəl və ən iri" qoyunu seçib götürür. Tacir bu uğurlu al-verinə sevindiyi vaxt, Panurq heç bir söz demədən seçdiyi qoyunu dənizə atır. Bunun ardınca digər qoyunlar da özlərini dənizə atmağa başlayırlar. Basabas düşür və bütün qoyunlar özlərini digərlərindən əvvəl dənizə atmaq üstündə yarışırlar.
Sürtkü yağları
Sürtkü yağları sürtkü materialları kimi istifadə olunan mayelərdir. Tərkibinə görə neft yağları və sintetik yağlar, eləcə də yarı-sintetik yağlara,təyinatına görə aşağıdakı qruplara bölünür: Motor yağları; İkitaktlı benzin mühərrikləri üçün yağlar; Transmissiya yağları; Sənaye yağları; Reaktiv yağları; Avtomatik ötürülmə sistemləri üçün işçi mayelər; Sükanla idarənin hidravlik gücləndiriciləri üçün işçi mayelər; Metal kəsən dəzgahlar üçün yağlayıcı-soyuducu emulsiyalar və s. == Yaranma tarixi == Müasir dövrdə hansı texnika olursa olsun, onun sürtkü materialsız işlənməsi qeyrimümkündür. İnsanlar sürtkü materiallarından hələ eramızdan xeyli əvvəl, qədim dövrlərdən istifadə etmişdirlər.Bürünc dövründə çoxsayda ixtiralar olub ki, bunlardan biri də araba təkərlərinin yaradılmasıdır. Alimlərin fikrincə sürtkü yağlarının istifadəsinə isə təkər əmələ gəldikdən sonra başlanılıb. Çünki təkəri yağlamaq lazım idi. İnsanlar lap qədim dövrdən başa düşüblər ki, hər hansı bir cismi maye ilə islatdıqda o, sürüşmə qabiliyyətinə malik olur. Sonra buxar maşınları meydana çıxdı. Bu texnologiyaları işlətmək üçün insanlar sürtkü yağları kimi bitki yağlarından istifadə ediblər. İlk sürtkü yağları əridilmiş mal ya donuz piyi və gənəgərçək yağı idi.
Sürtkü materialları
Sürtkü materialları - neftin distillə edilməsi nəticəsində alınan məhsullardır. == Sürtkü materillarının oksidləşməsi == Sürtkü materialları müxtəlif funksiyaları, məsələn, enerjinin ötürülməsi və yeyilməyə qarşı mühafizısini yerinə yetirməlidirlər. Əksər hallarda sürtkü materiallarının işləmə müddətini baza yağının oksidləşməsi məhdudlaşdırır. Sürtkü materillarının oksidləşməsinin əsas əlamətləri – baza yağının rənginin dəyişilməsi və xarakterik yanma qoxusunun əmələ gəlməsi, sonrakı mərhələlərdə isə yağın kinematik özlülüyünün kifayyət qədər artmasıdır. Lakin antioksidantların istifadəsi bu prosesi əhəmiyyətli dərəcədə ləngidə bilər. == Oksidləmənin mexanizmi == Sürtkü materiallarının oksidləşməsini 2 prosesə bölmək olar: sürtkü materialının molekulalarının oksigenlə reaksiyası nəticəsində gedən oksidləşmə və yüksək temperaturlarda olan termiki parçalanma (krekinq). Oksidləşmə prosesi sürtkü materialının istismar müddətinə təsir edən ən əsas proseslərdən biridir. Oksidləşmə prosesi nəticəsində alınan məhsullar: alkilhidroperoksidlər (ROOH) , dialkilperoksidlər (ROOR”), spirtlər (ROH) aldehidlər (RCHO), ketonlar (RR”C=O), karbon turşuları (RCOOH), mürəkkəb efirlər (RCOOR”) və s. Polikondensləşmənin nəticəsində yüksək molekulalı oksidləşmə məhsulları əmələ gəlir ki, bu da oksidləşmiş yağın özlülüyünün artmasına səbəb olur. Bu məhsulların sonrakı polimerləşməsi və polikondensləşməsi nəticəsində yağda həll olunmayan polimerlər yaranırr və qurum və lak kimi çöküntülərə çevrilirlər.
Şurnuxu
Şurnuxu — yarısı Azərbaycan Respublikasının Qubadlı rayonunda, digər yarısı isə Ermənistan Respublikasının Sünik mərzində olan kənd. 4 yanvar 2021-ci ildə Şurnux kəndinin Azərbaycan sərhədlərinə düşən hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı sancıldı və həmin hissə Qubadlı rayonunun tərkibinə salındı. == Tarixi == 1593-cü ildə Osmanlıların tərtib etdiyi müfəssəl dəftərdə Urud livası Muğancıq nahiyəsində qeydə alınan bu kəndin adı "Şornoxud"dur Ərazi 1604-cü ilə qədər Osmanlı idarəsində olub. == Mədəniyyəti == == Toponimikası == Toponim Azərbaycan dilində "kiçik şəlalə" mənasında işlənən "çırnox" sözünün fonetik forması olan şumux//şırnıx sözü əsasında əmələ gəlmişdir. Azərbaycan dilinin Qazax dialektində "sürətlə axın" mənasında "şırnoy" sözü də işlənir. Belə qənaətə gəlmək olar ki, çırnox, şırnoy, şurnux yaxın mənalı sözlərdir. Hidrotoponimdir. Quruluşca sadə toponimdir. === Kəndin toponimləri === Kəpəz dağı, Qəhrəman çiməni, Armudluq, Almalıq, Acıqlı güney, Eşşək meydanı, Donuz damı, Qaramalıq, Üç ağac, Məscidli, Mərcimək yurdu, Xarab körpü, Anabat, Dəhnə, Göy bulaq, Həşim bəy bulağı, Ağ bulaq, Soyuq bulaq, Layış bulağı, Tas, Cəhənnəm dərəsi, Qaranlıq meşə və s. == Coğrafiyası və iqlimi == Kənd Gorus rayon mərkəzindən 17 km.
MC-70 sürtküsü
MC-70 sürtküsü - Dəniz sürtküsü adı altında tanınır, yumuşaq mazdır. == Xarici görünüşü və tərkibi == Qəhvəyi rəngli hamar yumşaq mazdır. Sabunlu-karbohidrogen sürtkülərinə aid olub və barium və aluminium sabunların və serizinin qarışığı ilə qatılaşdırılır. == Tətbiq şəraiti == MC-70 sürtküsünün damcıdüşmə temperaturunun aşağı olması və dispersiya mühitinin yüksək buxarlanması səbəbindən onun tətbiq temperaturu 650C-dən yuxarı olmur. Yaxşı aşağıtemperatur xassələri sürtkünü mənfi -450C-də, daha güclü mexanizmlərdə isə mənfi -500C-yə qədər temperaturlarda müvəffəqiyyətlə istifadəsinə imkan verir. MC-70 sürtküsünün fərqli xüsusiyyətlərindən biri onun suya qarşı davamlığı və yüksək mühafizə xassəsinə malik olmasıdır. Bu sürtkü daima dəniz suyu ilə təmasta olan mexanizmlər üçün, o cümlədən sualtı qayıq və dəniz gəmilərinin avadanlıqları və mexanizmləri üçün nəzərdə tutulur. Həmçinin, yüksək mühafizəedici qabiliyyət və eyni zamanda şaxtaya davamlıq tələb edən yerüstü maşınlarda da kifayət qədər geniş tətbiq edilir. MC-70 sürtküsünün saxlanma müddətində stabilliyi qənaətbəxşdir. MC-70 sürtküsünü yelləmə və sürüşmə diyircəklərində, müxtəlif ötürücülərdə, sürtünmə səthlərinin işinin təmin edilməsində və s.
Siatim-201 sürtküsü
Siatim-201- antioksidləşdirici aşqardan ibarət antifriksion plastik sürtküdür. == Alınması == Siatim-201 litium stearat ilə qatılaşdırılmış, özlülüyü aşağı olan mineral yağdır.Tərkibində difenilamin(aşqar) vardır. == Xassələri == Siatim-201 yekcins mazdır (topalarsız). Rəngləri- parlaq açıq şabalıdı rəngdən tünd sarı rəngədək olur. Standart (ГОСТ 6267-74) Aşağı temperatur xassələrinə, mexaniki stabil və aşağı kolloid stabilliyə malikdir. Şaxtaya və suya davamlıdır.-60oC-dən +90oC-dək temperatur intervalında işlədilə bilər. Su ilə uzunmüddət birbaşa təmas şəraitində və nisbi rütubət 80% -dən çox olduqda, ağır yüklənmiş sürüşmə qovşaqlarında, məmulatların qısa və uzun müddətli konversiyası üçün istifadə edilməsi məsləhət görülmür. Damcı düşmə temperaturu(DDT)1750C –dir. Sürtkünün təminatlı saxlanma müddəti hazırlandığı gündən başlayaraq 1 il hesab edilir. İşləndikcə özlülüyü azalır və sürtkü kimi stabilliyini itirir.
Solidol C sürtküsü
Solidol C (sintetik) sürtküsü (Lat.- solidus – sıx, bərk, oleum –yağ “tavot” )- orta özlülüklü industrial yağlarla yüksək yağ turşularının kalsium sabunlarının qatılaşdırılması nəticəsində alınan, ГОСТ 4336-76 üzrə reqlamentləşdirilən plastik konsistentli sürtküdür. == Xassələri == Solidol C sürtküsü – yaxşı mühafizəedici və rütubətə davamlı xassələrə malikdir. Eyni zamanda, çatışmayan cəhəti - iş temperaturunun məhdud diapazonunun olmasıdır ( Mənfi 30 – dan müsbət 700C-yə qədər). == Tətbiq sahəsi == Bu konsistentli sürtkü texnoloji avadanlığının, nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının sürtkü buxarlarında istifadə olunur. Həmçinin çilingər avadanlığında, zəncir və vint ötürücülərində sürtkü vasitəsi kimi tətbiq olunur. == Solidol C sürtküsünün əsas texniki göstəriciləri == Xarici görünüşüRəngi - açıq boz – tünd gəhvəyiyədək olan, qatqısız və qabarcıqsız eyni cinsli maddə. Damcıdüşmə temperaturu,°С - 75 Tərkibində qatqının % - 0,3-dən çox olmayaraq Rütubət, % - 3-dən cox olmayaraq == Solidol C-nin analoqları == Solidol Ж Litol 24 Retinax C Unedo 2,3 Phodine Rl.2 Shell Mobilgrease AAMobil Estan 2 Exxon == Mənbə == http://themechanic.ru/article/read/solidol-s.html ГОСТ 4366-76. Смазка солидол синтетический.
Energetik sürtkü yağları
Energetik sürtkü yağları - bu yağ qrupuna turbin, elektroizolyasiya və kompressor yağları daxildir. == Turbin yağları == Turbin yağları- hidroturbinlərin, turbin kompressor maşınların diyircəklərini yağlamaq və soyutmaq üçün istifadə olunur. Eyni zamanda bu növ yağlardan işlək maye kimi turboaqreqatların tənzimlənmə sistemlərində, müxtəlif sənaye mexanizmlərinin dövriyyə və hidravlik sistemlərində istifadə olunur.Hal -hazırda dünyanın aparıcı şirkətləri tərəfindən turbin yağları geniş çeşiddə istehsal edilir. Məsələn, BP şirkəti Turbinol seriyalı, tərkibində metalorqanik aşqarlar olmayan turbin yağları istehsal edir. Bu yağlar oksidləşməyə, korroziyaya və köpüklənməyə qarşı yüksək davamlığa malikdirlər. Diyircək və reduktorların, həmçinin buxar, qaz və hidravlik turbinlərin, turbokompressorların yağlanmasında istifadə edilir. Fortum şirkəti – TURPİNİ markalı turbin yağları istehsal edir. Elektirk motorlarda , hava kompressorlarında və s. istifadə üçün tövsiyə edilir. Shell kompaniyası – Turbo markası altında turbin yağları istehsal edir.
Sürtkü yağlarında köpüklənmə
Sürtkü yağlarında köpüklənmə aqreqatların iş prosesində yağın fəal qarışması, çalxalanması və sıçraması, bu səbəbdən ona hava, yanacağın buxarı və işlənmiş qaz qarışaraq yağın kimyəvi tərkibinin dəyişməsidir . == Köpüklənmənin yaranma səbəbləri == Yuyucu, özlülü, siyrilmə və korroziyaya qarşı aşqarlar yağların köpüklənməsini fəallaşdırır. Yağın tərkibində suyun olması, temperaturun yüksəlməsi və yağın sıxlığının azalması da köpüklənməyə meyli artırır. Köpüyün mövcudluğu sürtünən səthlərdə yeyilmənin qarşısını alan sərhəd örtüyünün əmələ gəlməsini pisləşdirməklə sürtünməyə səbəb olur. Köpüyün əmələ gəlməsi yağın özlülüyü, tərkibindəki aşqar və istismar şəraitindən asılıdır. Köpükləndirilmiş yağ asanlıqla yağ nasosunda yağın töküldüyü çıxıntılar vasitəsilə itkiləri artırır və yağın azalmasına səbəb olur. Suyun və səthi aktiv maddə rolunu oynayan qatranların yağda mövcudluğu köpüklənmə prosesini intensivləşdirir. == Köpüklənmənin qarşısının alınması == Köpüklənmənin qarşısını almaq üçün yağlara aşqarlar – polisiloksan əlavə edilir. Onların təsir mexanizmi onunla nəticələnir ki, ən incə nazik pərdənin yağ-hava sərhədində yaranmasına imkan yaradaraq yağa qazların qarışmasına mane olur. Köpüklənməyə qarşı motor və transmissiya yağlarında ən çox istifadə edilən və 0,002–0,005% miqdarında ПМС-200A aşqarıdır.
İbtidai insan sürüsü
İbtidai insan sürüsü — insanın ən yaxın heyvani əcdadlarının zooloji birliyini bilavasitə əvəz etmiş ilkin insan kollektivinin şərti adı. Alimlərin əksəriyyətinin fikrinə görə, ibtidai insan sürüsü dövrü müasir tipli insanın yarandığı dövrdur. İbtidai insan sürüsü arxeoloji cəhətdən Aşağı Paleolit və Orta Paleolitin bir hissəsini əhatə edir. Antropoloji cəhətdən bu dövr formalaşan insanların – arxantropların və paleoantropların (neandertallar) yaşadığı dövrdür. Onlar ovçuluq və yığıcılıqla məşğul olmuşlar. Əmək alətləri əl çapaçaqları, kobud kəsici alətlər (çopperlər), itiuclu və s. idi. Ehtimal ki, nizamsız nikah münasibətlərinin hökm sürdüyü ibtidai insan sürüsü dövründə bir sürü daxilindəki üzvlər arasında cinsi əlaqələr tədricən aradan qalxmış və qadağan olunmuşdur. Digər sürünün uzvləri ilə nikah bağlanmasına kecildikdən sonra tayfa yaranır. == İstinadlar == == Əlavə ədəbiyyat == == Xarici keçidlər == Э. В. Георгиевский.
Sürcü yaşayış yeri
Sürcü yaşayış yeri — Ordubad rayonunun Tivi kəndindən şimalda, dağ çayının sağ sahilində yerləşir. Yaşayış yerinin ərazisi biçənək və əkin sahəsi kimi istifadə olunduğundan tamamilə dağılmışdır. Lakin bəzi yerlərdə dördkünc formalı, daşdan inşa olunmuş yaşayış binalarının qalıqları saxlanmışdır. Аxtarışlar zamanı yaşayış yerinin ərazisindən Son orta əsrlərə aid keramika parçaları aşkar olunmuşdur. Şirli keramika çəhrayı rəngdə bişirilmiş, anqobüstü ornamentlə yaşıl və mavi rənglərlə naxışlanmış, şəffaf şirlə örtülmüşdür. Yaşayış yerinin yаxınlığında pir və qəbiristanlıq vardır. Aşkar olunan arxеoloji materiallara əsasən yaşayış yerini XVIII–XIX əsrlərə aid etmək olar.
Aleksandr sütunu
Aleksandr sütunu (bəzən onu Aleksandr Puşkinin “Abidə” şeirinə əsasən "İsgəndəriyyə sütunu" adlandırırlar) — Sankt-Peterburq Saray meydanın mərkəzində yerləşən ampir üslubundakı abidə. Ermitaj muzeyinin tərkibində yerləşir.1834-cü ildə memar Oqüst Monferran tərəfindən imperator I Nikolayın göstərişi ilə onun böyük qardaşı I Aleksandrın Napoleon Bonapart üzərində qazandığı qələbəyə xatirə olaraq ucaldılmışdır. == Yaranma tarixi == Bu abidə 1812-ci il Vətən müharibəsində qələbəyə həsr olumuş Baş ştabın Arkası kompozisiyasını tamamlamışdır. Monumentin salınması ideyasını məşhur memar Karlo Rossi vermişdir. Saray meydanının məkanını planlaşdırarkən, o meydanın mərkəzində abidə qoymağın vacib olduğunu bildirmişdir. Lakin o daha bir abidənin - I Pyotrun atla olan heykəlinin ucaldılması ideyasını rədd etmişdir. 1829-cu ildə imperator I Nikolayın dilindən öz “unudulmaz qardaşının” xatirəsi üçün müsabiqənin açıq elan edilməsi rəsmən söylənilmişdir.». Oqüst Monferran bu çağırışa möhtəşənmqranit obelisk eskizi ilə gəlsə də, bu variant imperator tərəfindən bəyənilməmişdir. Bu layihənin eskizi qorunub saxlanılmış və hal-hazırda Mühəndislər institutunun kitabxanasında saxlanılır. Monferran 25,6 m (84 fut və ya 12 sajen) hündürlüyündə qranit obelisk ucaldılmasını təklif etmişdir.
Fars sütunu
Fars sütunları və ya Persepolitan sütunları böyük ehtimalla eramızdan 500-ci ildən bir qədər əvvəl başlamış qədim Farsın Əhəməni memarlığında inkişaf etmiş və fərqli sütun formasıdır. Bunlar əsasən kütləvi olaraq əsas sütunların bazası, kanelur milli və əksəriyyətində öküzlərin olduğu cüt heyvan başlığına sahib Persepolisdən tanınır. Əhəmənilərin saraylarının daxilində bir neçə sıra sütunlarla dəstəklənən apadana adlı böyük bir hipostil salonu mövcud idi. Persepolisdəki 70 x 70 metrlik Taxt Salonu və ya “Yüz Sütunlu Zal” Əhəməni kralı I Artakserks tərəfindən inşa edilmişdir. Apadana salonu daha da böyükdür. Bunlara əsasən kral üçün bir taxt daxil idi və möhtəşəm mərasim məclisləri üçün istifadə olunurdu; Persepolis və Suzdakı ən böyükləri bir anda on min insana ev sahibliyi edə bilirdi.Əhəmənilər daş memarlıq təcrübəsinə malik deyildilər, ancaq Anadoludakı Lidiyadan, Mesopotamiyadan, Misirdən, eləcə də İranın özündəki Elamdan təsirlənərək hibrid bir imperiya üslubunu inkişaf etdirmək üçün imperatorluqlarının ətrafındakı sənətkarları və inşaat materiallarını idxal edə bildilər. Stil, ehtimal ki, Daranın Suzdakı sarayında inkişaf etdirilmiş, lakin ən çox və tam qalanları, bir neçə sütunun salamat qaldığı Persepolisdədir. Bu üslubda olan imperiya binası, eramızdan əvvəl 330-cu ildə Böyük İsgəndərin işğalı və Persepolisin yandırılması ilə məhv olmuşdur. == Təsviri == Sütunların və başlıqların formaları müxtəlif binalar arasında bir qədər dəyişir. Ümumiyyətlə, sütun başlıqları sütundan kənara çıxan iki ədəd arxa-arxaya düzülmüş heyvan bəzəkləri formasında oyulmuşdur.
Konstantin sütunu
Konstantin sütunu — 330-cu ildə imperator I Konstantinin şərəfinə, İstanbulun yeddi təpəsindən biri olan və indiki adıyla "Çemberlitaş" olaraq adlandırılan bölgədəki təpədə ucaldılmış bir sütundur. Sütun hər biri 3 ton ağırlığında və 3 metr olan halqalarla bir-birinə bağlanmış cəmi 8 ədəd sütun və bir kürsünün üst-üstə qoyulması ilə yaradılmışdır. == Tarixi == Bizans imperatoru Konstantin sütunu Romadakı Apollon məbədindən sökdürərək uzunluğu 57 m olan bu sütunu əvvəllər Forum Konstantin adı verilən bir meydan olan günümüzdəki yerinə düzəltdirmişdi. İlk qurulan zaman sütunun üzərində doğan günəşi qarşılayan Apollonun heykəli olduqda, 330-cu ildə İstanbula tikildiyində imperator Konstantin bunun yerinə öz heykəlini sütunun üstünə qoydurmuşdu. Daha sonra isə Bizans imperatoru olan Yulian və I Feodosinin heykəlləri qoyuldu. Sütun 1081-ci ildəki ildırım vurması səbəbindən yandı, zədələndi və üzərindəki heykəl aşdı. Bundan sonra I Alexios sütunu düzəltdirmiş və üstündə baza olan bir başlıq ilə böyük bir xaç qoydurmuşdu. 1453-cü ildə İstanbulun fəthindən sonra üzərindəki xaç endirildi və sütun ilk dəfə 1470-ci illərdən sonra I Səlimin dövründə yenilənmişdir. Sonralar, Osmanlı dövründə sütun böyük bir yanğın keçirmiş, sütunun mərmərləri zədələndiyindən, Sultan II Mustafa (1695–1704) sütunun altını divar ilə gücləndirilmiş, dəmir halqalarla möhkəmləndirilmişdir. Bu səbəblə həmin gündən sonra onun adı "Çemberlitaş" adlandırılmışdır.
Lansetşəkilli sorucu
Lansetşəkilli sorucu - lat. Dicrocoelium lanceatum Yastı qurdlar (Plathelminthes) tipinin növüdür. == Xarici quruluşu == Bədəni yastılaşmış, lanset formasındadır. Uzunluğu 5–12 mm, eni isə 1-1.5 mm-dir. Bədənin ön hissəsində ağız sormacı, ondan dal tərəfdə isə qarın sormacı yerləşmişdir. Ağız sormacının dərinliyində ağız dəliyi yerləşir və odur ki, ağız sormacı həzmlə əlaqəlidir. Həzm sistemi ağızla başlanır. == Yayılması == Avropa ölkələrinin cənub və şərq hissələrində daha çox yayılmışdır. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. Müxtəlif məməli heyvanların, xüsusilə iribuynuzlu heyvanların qoyun və keçilərin.
Lansetəbənzər sorucu
Lansetəbənzər sorucu (lat. Dicrocoelium lanceatum) insanda və heyvanlarda dikrosellioz xəstəliyinin törədicisidir. == Quruluşu == Uzunluğu 0,5-1,2 sm, eni isə 1,5- 2,5 mm-dir. Bədənin forması qaraciyər sorucusuna oxşasa da, özünün ölçüsü, bağırsağın, cinsiyyət orqanlarının quruluşu, sormaclarının quruluşu və sormaclarının bir-birinə yaxın yerləşməsinə görə fərqlənir. Ağız sormacı qısa udlağa açılır. Başlanğıcını udlaqdan götürmüş bağırsaq sistemi iki şaxəyə ayrılaraq bədənin yan tərəfləri ilə bir-birinə paralel, arxaya doğru uzanır və ucları kor qurtarır. Bağırsağın ucu bədənin arxa ucuna çatmır. Parazitin ifrazat sistemi qaraciyər sorucusunun ifrazat sisteminə uyğundur. Əsas toplayıcı kanallar protonefridilər və ifrazat qovuqcuğundan ibarətdir. Qarın sormacının arxasında qismən köndələn yerləşmiş iki toxumluq vardır.
Nelson sütunu
Nelson sütunu - (ing. Nelson's Column) - Londonda Trafalqar meydanının mərkəzində yerləşən abidə. == Tikintisi və dizaynı == Sütun 1805-ci ildə Trafalqar döyüşündə həlak olan Horatsio Nelsonun şərəfinə 1840-1843-cü illərdə tikilmişdir. 46 metrlik sütunun üzərində Nelsonun 5.5 metrlik heykəli yerləşir. Heykəl cənub tərəfə - Admirallıq və Portsmut tərəfə baxır. Burada Nelsonun flaqmanı olan Kral hərbi-dəniz donanmasına məxsus «HMS Victorу» gəmisi durub. Abidənin kvadrat piedestalı fransız toplarından əridilərək hazırlanmış dörd ədəd panellə bəzədilmişdir, bu panellərdə Nelsonun dörd məşhur qələbəsi təsvir olunmuşdur. Layihə memar Uilyam Reylton tərəfindən hazırlanmış və Peto & Grissell şirkəti tərəfindən tikilmişdir. Abidənin 1:22 miqyaslı modeli Qrinviçdə yerləşən Milli dəniz muzeyində sərgiyə qoyulmuşdur. Ümumilikdə abidə 47 500 funtsterlinqə başa gəlmişdir ki bu da indiki məzənnəylə təxminən 3.5 mln funtsterlinq edir.
Onurğa sütunu
Onurğa (lat. columna vertebralis) — onurğalı heyvanlarda və insanda ox skeletinin əsas hissəsi. Insanda 33-34 fəqərələrin bir-biriləri ilə birləşməsindən əmələ gələrək gövdənin istinadını təşkil edir, üzərində başın, gövdənin və yuxarı ətrafların ağırlığını daşıyır və onurğa beyninə məxsus kanal təşkil edir. Onurğa sütununu 7 boyun, 12 döş, 5 bel, 5 oma və 4 büzdüm fəqərəsi təşkil edir. Filogenezdə ibtidai xordalılarda olan xordanı (arxa teli) əvəz edir. Vəzifəcə müəyyən şöbələrə bölünür, bunların da miqdarı ibtidai onurğalılardan ali onurğalılara doğru getdikcə artır. onurğa onurğa beyninden başlamqdadir onurğa beyni 45 sm dir onurğa insan dayaq sistemidir ve herketli ve hereketsiz ola bilir daxili orqanlari nizamli formada saxliyir.
Oyun qurucu
Oyun qurucu müdafiəçi və hücumçular arasında yerləşən və vəzifəsi hər iki mövqedəki basketbolçulara kömək etmək olan oyunçu. Oyun qurucular komandanın xal qazanması üçün dəqiq və düşünülmüş paslar atır və bu mövqedə olanlar hər iki əlindən yaxşı istifadə etməyi bacarır. Bu mövqe amerikan futbolundakı kuotəbək(quarterback) və ya futboldakı pleymeyker(playmaker) ilə eynidir. Oyun qurucu məşqçinin verdiyi tapşırıqları anlamalı və yerinə yetirməli, oyunun tempinə nəzarət etməlidir. Hücumların başladılması və inkişafı da onun vəzifələrindəndir. Bu mövqedəki oyunçular: NBA-də: Kris Paul, Derrik Rouz, Toni Parker, Stiven Kurri, Kayri Irving, Rasl Vestbrook,Rajon Rondo və s.
Qartal sütunu
Qartal sütunu — Qatçina Saray parkında bağ-park tikilisidir. Bu abidə kiçik təpə üzərində hündür tetraedr formasında olan pyedestalda yerləşən sütunu özündə təcəssüm etdirir. Sütunun zirvəsini mərmərdən olan qartal heykəli bəzəyir. Bu sütun Silviya parkına gedən yolun ətrafında olan Amfiteatrın yaxınlığında yerləşir. == Tarixi == Qartal sütunu Saray parkının ən qədim park tikintilərindən hesab olunur. Sütun qraf Qriqori Orlovun Qatçinaya sahib olduğu vaxtlarda qoyulmuşdur. Buna görə də qartal təsvirinin onların ailə gerbində olması buna xarakterikdir. Bu abidənin layihəsinin rəhbəri Antonio Rinaldi olmuşdur. Sütun Sankt-Peterburqda yerləşən İsaakiya kilsəsinin kontor emalatxanasında hazırlandıqdan sonra ilk əvvəl Çarskoye Seloya gətirilmiş, 1770-ci ildə isə pyedestal ilə birlikdə Qatçinaya gətirilmişdir. Belə bir əfsanə mövcuddur ki, Qartal Sütununu imperator I Pavel tərəfindən oxla vurulmuş qartalın düşdüyü yerdə qurmuşdular.
Sorucu qurdlar
Trematodlar (lat. Trematoda) — heyvanlar aləminin dərisitikanlılar tipinə aid heyvan sinfi. Trematodlar daxili parazitlərdir. Bədənin önündə ağız sormacı və ondan bir qədər geridə qarın sormacı yerləşir. Ağız sormacı qidalanmağa və yapışmağa, qarın sormacı isə ancaq yapışmağa xidmət edir. Trematodlar şübhəsiz ki, kirpikli qurdlardan, xüsusən də düzbağırsaqlılardan başlanğıc götürmüşlər. Hər iki sinfin sinir sisteminin quruluşu oxşardır və eyni plan əsasında qurulmuşdur. Bununla yanaşı, bağırsaqlarının quruluşu, trematodların sürfələrinin kirpikli olması bunu bir daha təsdiq edir. Trematodlar sürfə mərhələsində ilbizlərdə, cinsi yetkin mərhələdə isə onurğalı heyvanlarda və insanda parazitlik edir.
Trayan sütunu
Trayan sütunu (lat. Colonna Traiana) — Romada Trayan meydanında sütun. 113-cü ildə Trayanın daklar üzərindəki qələbənin şərəfinə ucaldılıb. Memarı Dəməşqli Apollodor. Sütun Ulpiya bazilkasının arxasında ucaldılıb. Mərmərdən olan Trayan sütunu həmdə iki böyük kitabxana arasında yerləşir:yunan və latın kitabxanası == Tarixi == Trayan Mark Ulpi İspan mənşəli olmaqla, öz karyerasına adi legionerlikdən başlamış və iperatorluğa qədər yüksəlmişdir . Həyatı boyu davamsız olaraq müharibələrdə iştirak etmiş: Dakiyada(Müasir Rumuniya ərazisi), Şimali Ərəbistanda, Parfiyada və Romaya əvəzolunmaz tövhələr vermişdir. Onun zamanında Roma heç bir vaxt bu səviyyəyə gəlməmişdir, imperiyanın sərhədləri bu qədər genişlənməmişdir. Onun sələfləri bu sərhədləri genişləndirə bilmədilər, sadəcə qoruyub saxladılar. İlk vaxtlar sütunun zirvəsində qartal, imperatorun ölümundən sonra isə Trayanın heykəli qoyuldu.
Vandom sütunu
Vandom sütunu (fr. la colonne Vendôme) — Parisdə Vandom meydanında sütun. Sütun eyniadlı meydanda ucaldılmışdır. == Tarixi == Meydanın özü 12 sentyabr 1685 ci il dekretinə əsasən, 13 avqust 1699 cu ildə XIV Lüdoviqin zamanında memar fr. Jules Hardouin-Mansart tərəfindən salınmışdır. O zaman meydanın mərkəzində XIV Lüdoviqin atlı heykəli yerləşmişdir. Böyük Fransa inqilabından sonra meydan 7 avqust 1792 ci ildə dağıdılır. 1799 cu ildən meydan Vandom adını almış olur. 1 oktyabr 1803 cü il Napoleonun dekretinə əsasən meydanda yeni bir sütun tikilir. Vandom sütunu Romadakı Trayan sütununun bənzəri olub, 1805-ci il Rusiya - Avstriya - Fransa müharibəsi zamanı Fransa ordusunun Austerlits döyüşündəki qələbəsi şərəfinə ələ keçirilmiş 133 qənimət topunun əridilməsindən tökülmüşdür.
Vulkan sütunu
Vulkan sütunu – (rus. столб вулканический, ing. volcanic plug, volcanic column) vulkan kanalını dolduran və ka­nalın dağılması zamanı aşınmaya qar­şı davamlı olması sayəsində sax­lanılan,vulkan məhsullarının qalığı.
Yulian sütunu
Yulian sütunu — Yulian sütunu və ya xalq arasında Belkıs Minarəsi olaraq bilinir. Ankaranın Ulus bölgəsindəki bir obeliskdir. == Tarix == Son bütpərəst Roma imperatoru Yulian 362-ci ildə farslara qarşı müharibə elan edir və yönünün Ankaradan keçdiyi bir yol cızmışdır. İmperatorun ekspedisiyaya gedərkən bir ara verəcəyi və şəhərdə qalacağı xəbəri gəldikdən sonra bütün şəhərdə hazırlıqlar başlayır. Onu şərəfləndirmək üçün Yulian Sütunu qurulur. Sütun əvvəlcə bu günkü Türkiyə İş Bankı İqtisadi Azadlıq Müzeyi binası ilə Dovşan adlı bina arasındakı ərazidə tikilir, lakin yerin düzgün seçilməməsi səbəbi ilə gündən-günə əyilməyə başladığı üçün 1934-cü ildə hazırkı yerinə, Ankara Valiliyinin qarşısındakı Hökumət Meydanına köçürülür. Uzun illərdir heç bir təmir və ya bərpa görməyən Yulian sütunu, Valilik tərəfindən 2001-ci ildə bərpa edilir. == Memarlıq xüsusiyyətləri == Təxminən 15 metr hündürlükdə olan sütun hörgü daşı ilə tikilmişdir. Korint başlığı və sixri gövdəsi olan bir halqa şəklindədir. Başlığın şimala baxan fasadı tamamilə zədələnsə də, ümumiyyətlə yaxşı vəziyyətdədir.