Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.
Sıktıvkar
Sıktıvkar(1930-cu ildə — Ust-Sısolsk) — şəhər dairəsi (1780-cı ildə) Rusiya Federasiyasının tərkibində yerləşən Komi Respublikasının paytaxtı,Sısola və Vıçeqda çaylarının qovuşduğu yerdə yerləşən ən böyük şəhərdir. İlk dəfə 1586-cı ildə Sısola və Vıçeqda çaylarının qovuşduğu yerdə yerləşən Ust-Sısolsk karvansaray kimi tanınırdı.1780-ci ildə Yekatirnanın fərmanı ilə Ust-Sısolsk karvansarası şəhərə çevrildi.Yerli komi əhalisi öz dilinə bu adın komponentlərini tərcümə etdi və Sıktıvdin şəhəri adlandırırdı, "Sıktıv" — komidə qəbul edilmiş Sısola çayının adıdır, və kominin dilində Sısola ətrafında yer anlamına gəlir.1930-cu ildə, şəhərin 150-illik yubleyində , şəhərin adı dəyişdirilərək Sıktıvkar (Sıktıv komi dilində — Sısola ətrafında şəhər)yəni "Sısolada şəhər" adlandırılmışdır. Sıktıvkarın tarixi XVI əsrdən başlanır,bu yerlərə Sısolanın yuxarı kəndlərindən gəlmiş komilər məskunlaşmışlar. 1570-ci ildə Ortelius atlasında müasir Sıktıvkarın yerində Permevelisk yaşayış məntəqəsi var idi. 1586-cı ildə yazıçı Sotnoyun kitabında ust Sısola kəndi haqqında məlumat verilir. Qeorqi taxta kilsəsi, kilsə ruhanilərinin 3 həyəti 6 kəndli həyəti burada yerləşirdi.Bu kəndin yaxınlığında,Kamennıy, Yemovskiy, Yeryominskiy, İvanovski, Fyodorovski,Kamenisty, İvan Vejova, Orinisı , Borovinka, İlyinski, Qudnikovo, Frolovski kimi müasir şəhərlər, Petrovski kəndi və Şulqi qəsəbəsi yerləşirdi.Kəntdə cəmi 25 yaşayışı olan və 6 yaşayış olmayan həyət var idi.25 yanvar (5 fevral) 1780-ci ildə II Yekaterinanın fərmanıyla on doqquz rayon tərkibində Voloqda canişininliyi yaradılmışdır, bununla əlaqədar olaraq Ust-Sısola kəndi Ust-Sısolsk rayon şəhərinə çevrilmişdir. 10 (21) fevral 1780-ci ildə yeni şəhərin təntənəli surətdə əsası qoyuldu,və 2 (13) oktyabr 1780-ci ildə şəhərin gerbi təsdiq edilmişdi.16 (27) yanvar 1784-cü il fərmanıyla Ust-Sısolska şəhərinin baş planı təsdiqlənib.Ona əsasən,şəhər sərhədində:Viçkodor,Podqorye, Kirul,Polovina, Kokulkar, Mikulsikt, İzkar, Kotinev (Kotyunev), Tentyukovqrezd, Titovqrezd, Qanyaqrezd kimi kiçik kəndlər yaradılmışdır. XIX əsrdə Ust-Sısolsk şəhəri Şimalda böyük ticarət mərkəzinə çevrilmişdi. XX əsrin əvvəlidə Ust-Sısolsk 6,5 min nəfər əhalisi olan kiçik əyalət şəhəri idi, onlarında,95 %-i ni — komilər təşkil edirdi.Şəhərdə əl əməyiylə 14 kiçik müəssisə işləyirdi. Ümumrusiya mərkəzi icraiyyə komitəsinin dekretinə uyğun olaraq 22 avqust 1921-ci ildə yenidən yaradılmış Komi Muxtar vilayətinin mərkəzi oldu.
Sıkyılqa (Arxangel)
Sıkyılqa (başq. Сикйылға, rus. Чик-Елга) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Arx-Latış kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 20 km, kənd sovetliyindən (Maksim Qorki): 6 km. ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 27 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (66 %),başqırdlar (27 %) üstünlük təşkil edir.
Sik
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Sım
Sım — Azərbaycan Respublikasının Astara rayonunun Pəlikəş kənd inzibati ərazi dairəsində kənd. Coğrafi adın tərkibindəki sım sözü talış dilində "sıldırım", "hündür" mənasındadır. Sım kəndi Qayalıqda yerləşən kənd mənasındadır. Təngərüdçayın sahilində yerləşən kənd şəfalı bulaqları və bolsulu şəlalələri ilə məşhurdur.
Kim Yon-sik
Kim Yon-sik (25 iyul 1910 – 8 mart 1985, Seul) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Adi sıf
Adi sıf (lat. Sander lucioperca) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. == Morfoloji əlamətləri == Bədəni uzunsov və yanlardan basıqdır. Çənələrində və damaq sümüklərinin üzərində köpək dişləri yerləşir. Qəlsəmə qapağı pulsuqlarla tam örtülüdür. Rostrumu uzun və enlidir. Bel üzgəcləri bir-birinə yaxın durur və ya toxunurlar. Bədənin rəngi yaşımtıl-bozdur. Yanlarında eninə yerləşən 8-12 ədəd qonur-qara rəngli zolaqlar, belində və quyruq üzgəcinin üzərində bir neçə sırada yerləşən tünd ləkələr olur. Yerdə qalan üzgəcləri açıq sarı rəngdə olur.
SIL International
SIL International (ing. Summer Institute of Linguistics, Yay Dilçilik İnstitutu) — əsas məqsədi linqvistik biliklərin genişləndirilməsi və ədəbiyyatın zənginləşdirilməsi üçün az yayılmış dillərin öyrənilməsi, inkişaf etdirilməsi və sənədləşdirilməsi olan beynəlxalq qeyri-kommersiya təşkilatı. Fəaliyyəti İncilin az yayılmış dillərə tərcümə olunması istiqamətində qurulan Wycliffe Bible Translators agentliyi ilə əməkdaşlıq edir. SIL International öz tədqiqatlarının məlumat bazasını Ethnologue - dünya dillərinin məlumat bazası vasitəsilə ötürür. Təşkilata 50 ölkədən 6 mindən çox adam üzvdür.
Sak adası
Sak adası-(tay เกาะสาก)- Tailandın şərqində Siam körfəzi sahillərində Lan adası yaxınlığında ada. Sak adası cənuba doğru dönən at formasındadır. Bu ada Pattaye, Lan və Krok adaları ilə bir qrupa daxildir. Materikdən 7,5 km məsafədə, Lan adasından isə 600 m şimalda yerləşir. İnzibati cəhətdən Banqlamunqun Conburi əyalətinə daxildir. Adanın uzunluğu təqribən 500 metrdir. Əsasən kolluqlarla örtülüdür. Ən hündür nöqtəsinin hündürlüyü-19 metrdir. Adanın şimal və cənubunda qumlu plyajlar var. Şimalda yerləşən plyajın uzunluğu 250 metr olub, buxtada yerləşməklə üzmə üçün xarakterikdir.
Sak çarlığı
Azərbaycan ərazisində sak-skif-massaget tayfalarının məskunlaşdığı ərazidə yaradılmış qədim dövlət. Eramızdan əvvəl VII-IV əsrlərdə mövcud olmuş Sak çarlığı Şimali Azərbaycan eləcə də Qərbi Azərbaycan (indiki Ermənistan ərazisində) yaradılmış ilk dövlətdir. Skiflərin Cənubi Qafqaz ərazisindən Cənuba doğru irəlilədiyini göstərən T.Sulimirski onların Cənubi Qafqaza və Güney Azərbaycana gəlmələri tarixini daha əvvələ çəkməyi məsləhət görür. Yazılı mənbələrin verdiyi məlumatlara, həmçinin Qara dənizyanı bozqırların və Qafqazın skiflərə aid edilən arxeoloji materiallarına əsaslanaraq skiflərin gəlmələri arasında iki il fərq olduğunu qeyd edən T.Sulimirski Azərbaycanda kərtmə qəbirlər mədəniyyətini erkən skif mədəniyyəti saymağı təklif edir. O, katakomba mədəniyyəti adamlarını kimmerlərlə eyniləşdirir. Katakomba qəbirləri mədəniyyətinin sonunu isə təqribən e.ə. 700-cü ildə kimmerlərin Urartu dövləti sərhəddlərində görünmələri dövrünə aid edir. Ağ bəzəkli keramika ilə müşahidə olunan Gəncə-Qarabağ mədəniyyətinin yaranmasını o, Cənubi Qafqaza yeni türk tayfaları olan skif və massagetlərin (Q.Qeybullayev qeyd edir ki, onlar skiflər yox, saklar və massagetlər idi) axınları ilə əlaqələndirir. O, qeyd edir ki, Gəncə-Qarabağ mədəniyyəti nümunələri Cənubi Qafqaz cizgiləri ilə yanaşı Qara dənizyanı bozqırların cizgilərini də özündə birləşdirir. T.Sulimirski skiflərin daha öncə bu əraziyə gəlmələrini təsdiqləmək üçün II Aşşurnasirpalın dövrünə aid relyefdəki səhnəni misal gətirir.
Sarı sıf
Sarı sıf (lat. Sander vitreus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinin sıf cinsinə aid heyvan növü. Bədəninin malksimal uzunluğu 107 sm, çəkisi isə 11,3 kq təşkil edə bilir. Bədəöni uznunsovdur. Yetkinləşdikcə yanlardan sıxılmış formasını alır. Böyük ağıza sahibdir. Köpək diçlərinə bənzər dişləri vardır. İki bel üzgəcinə sahibdir. İki bel üzgəcinə sahibdir. Onurğasında 44–48 fəqərə olur.
Suk-Əhras
Suk-Əhras (ərəb. سوق أهراس‎) — Əlcəzairin şimal-şərqində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. Toponim iki sözün birləşməsindən yaranmışdır. Ərəb dilində "suk" bazar, bərbər dilində "əhra" (cəmdə "əhras") şir deməkdir. Şəhər vilayətin şimal-qərb hissəsində, Ores massivinin dağlıq ərazisində, dəniz səviyyəsindən 699 metr yüksəklikdə yerləşir. Suk-Əhras ölkənin paytaxtı Əlcəzairdən təxminən 440 kilometr şərq-cənub-şərqdə yerləşir. 2008-ci ilin siyahıyaalınmasına əsasən əhalinin sayı 155,259 nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: Əhalinin etnik tərkibində bərbərlər üstünlük təşkil edir. Ən yaxın hava limanı Ənnabə şəhərində yerləşir.
Sım bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Sım çayı
Sım çayı — Yenisey çayının sol qoludur. Rusiya Federasiyasının Krasnoyarsk əyalətinin çayıdır. Yuxarı axarlarından Sağ Sım adlanır. Sağ Sım ilə uzunluğu-694 km, hövzəsinin sahəsi isə -31 600 km²-dir. Qərbi Sibir düzənliyinin bataqlıqlarının şərq hissəsi ilə axır. Qidalanmasında qarışıq mənbələrdə mövcuddur. Ən əsasını isə qar suları təşkil edir. İllik su sərfi -175 m³/san-dir. Oktyabrdan donan çayın suları may ayında dondan açılır.
Sıt içkisi
Sıt (сыть, bəzən канун)-Bal qatılmış sudur. Bişmiş balı ilə qarışdırılır. Bundan çox vaxt slavyan xalqlarının milli şirniyyatlarını hazırlayan zaman istifadə edirlər.Sıta batırılmış bulkuları kanun adlandırırdılar. Qədim Rusiyada sıt çox məşhur içki idi, hansı ki, onu yeməkdən sonra qəbul edirdilər. Sıt sözündən tox oluncaya qədər yemək, və ya başqa cür toxuq artıq şirin sıtın vaxtıdır.Sıtın hazırlanmasının bir resepti kimi qaynayan suya balı qataraq,boçkanın içərisinə qoymaqdan ibarətdir. Balın suda həll olmasından sonra soyumasını gözləmək lazımdır.Bəzən onları hazırlayan zaman 30°C-yə qədər qaynadılmış su balın üzərinə düşür.Bəzən ocaqda hazırlanan sıta dada görə bir çox otlar əlavə edilirdi.
Sıx meşədə
Sıx meşədə (藪の中, Yabu no naka) — Yaponiya yazıçısı Rünoske Akutaqava tərəfindən yazılmış, ilk dəfə 1922-ci ildə nəşr edilmiş hekayə. Bu, 2014-cü ildə "The Telegraph" tərəfindən "bütün zamanların 10 ən yaxşı Asiya romanı" siyahısına daxil edilmişdir. "Sıx meşədə" hekayəsinə bir neçə dəfə başqa medialarda əsər tərtib edilmişdir. Akira Kurosava tərəfindən 1950-ci ildə hekayə əsasında çəkilmiş "Raşomon" filmi bir neçə mükafata layiq görülmüşdür. Hekayə cəsədi Kioto yaxınlığındakı bambuk meşəsində tapılmış gənc samuray Kanazava no Takehironun dəhşətli ölümü ətrafında cərəyan edir. Əvvəlki hadisələr ilk növbədə ətrafda olanlar, köməkçi polis məmurunun və onun tanışı, sonra isə üç əsas personajın – samuray, arvadı Masaqo və quldur Tacomarunun ifadələrinə əsasən təqdim edilir, lakin məlumatların ziddiyyətli olmasına görə həqiqət gizli qalır. "Sıx meşədə" ilk dəfə Yaponiya aylıq ədəbiyyatı jurnal olan "Şinço"nun 1922-ci il yanvar sayında çıxmışdır. Murray, Giles. Breaking into Japanese Literature. Kodansha.
Sıx qarağac
Ulmus minor subsp. minor (lat. Ulmus minor subsp. minor) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin qarağackimilər fəsiləsinin qarağac cinsinın kiçik qarağac növünə aid bitki yarımnövü. Yabanı halda Şimali İranda və Qafqazda bitir. Hündürlüyü 20 m-ə çatan ağacdır. Zoğları əvvəlcə sıx tüklü olur, sonralar tədricən tüksüzləşir, bozumtul-qonur və ya çılpaq, bəzən parıldayan, qırmızımtıl-qonur, tünd qəhvəyi rəngdədir. Yarpaqları uzunsov, ellipsvari və ya tərs-oval formalı, dərivari, üst tərəfdən çılpaq, parlaq, yaşıl, alt tərəfdən açıq-yaşıl, məxməri tüklüdür. Ayanın kənarı tam və ya enli, küt dişli, qaidəsi ürəkvari və ya zəif pazvari, üçbucaqlı və ya sivridir. Yarpaqların saplağı 0,5–1,5 sm uzunluqdadır.
Sıх dovşanalması
Sıx dovşanalması
Sıx dovşanalması (lat. Cotoneaster adpressus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin dovşanalması cinsinə aid bitki növü. Təbii şəraitdə Çinin qərb rayonlarında bitir. 1,5 m hündürlüyündə alçaqboylu koldur. Şaxələnmiş formasına və yerə yapışan zoğlarına görə bu cür adlanır. Xırda, tünd yaşıl rəngli yarpaqları budaqların üzərində sıx yerləşir. May ayından başlayaraq iyulun əvvəllərinə qədər çiçəkləyir. Çiçəkləmə dövründə çoxsaylı çəhrayı çiçəkləri onu bəzəyir, payızda çətiri al qırmızı meyvələrlə əhatə olunur. 9 yaşından bol çiçəkləyir və meyvə verir. Meyvələri oktyabr-noyabr aylarında tam yetişir.
.sk
.sk — Slovakiyanın internet kodu. == Xarici keçidlər == IANA .sk whois information .sk domain registration website, only in slovak language.
Li Sın Man
Li Sın Man (26 mart 1875 – 19 iyul 1965[…], Honolulu) — Koreya Respublikasının Müvəqqəti Hökumətinin ilk başçısı, eyni zamanda Koreya Respublikasının (Cənubi Koreya) ilk prezidenti. 1948-ci ilin avqustundan 1960-cı ilin aprelinə qədər üç dəfə prezidentlik müddəti Koreyanın Cənubi, Amerikan və Şimal, Sovet tərəfdarı, Koreya müharibəsi və Koreya yarımadasında sonrakı gərginliyin artması fonunda keçdi. Li Sın Man sərt antikommunist və avtoritar hökmdar olmuşdur, seçki nəticələrinin saxtalaşdırılması səbəb olduğu kütləvi etirazlardan sonra hakimiyyəti sona çatdı. 1949-cu ildə Koreya dövlətinin yaradılmasına görə "Xidmətə görə" ordeni və "Muonqva" Böyük Ordeninə layiq görülüb.
Li Sın Yun
Li Sın Yun (18 aprel 1995, İnçxon) — Cənubi Koreyalı oxatan. Li Sın Yun 2013-cü ildə Dünya Çempionatında və 2016-cı ildə Olimpiya Oyunlarında qızıl medal qazanıb. O, həmçinin 2014-cü ildə Asiya Oyunlarında üçüncü yeri tutub. == Karyerası == Li Sın Yun birinci ciddi uğurunu 2013-cü ildə Türkiyənin Antalya şəhərində qazandı. Li Sın Yun final görüşüdə daxil olmaqla bütün rəqibləri üzərində qələbə qazanaraq Dünya Çempionatının qızıl medalını qazandı. Bir il sonra o, vətənində Asiya Oyunlarının bürünc medalını qazandı. 2016-cı il isə Li Sın Yun üçün daha əhəmiyyətli oldu. O, Braziliyanın Rio-de-Janeyro şəhərində, komanda yoldaşları Ku Bon-Çan və Kim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.
Li Çhol-Sın
Li Çul-Seunq (29 iyun 1972) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Li Çul-Seunq Cənubi Koreyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medalın sahibi olub. Daha sonra Li Çul-Seunq Cənubi Koreyanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci pillənin, cüt turnirdə isə bürünc medalın sahibi olub. Li Çul-Seunq Cənubi Koreyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 4-cü pillənin sahibi olub. Daha sonra Li Çul-Seunq Cənubi Koreyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 5-ci pillənin sahibi olub.
Min Hye-suk
Min Hye-So (d. 15 mart 1970) — Cənubi Koreyanı təmsil edən həndbolçu. Min Hye-So Cənubi Koreya yığmasının heyətində 1992-ci ildə İspaniyanın Barselona şəhərinin ev sahibliyində baş tutan XXV Yay Olimpiya Oyunlarına qatıldı. Final oyununda Norveç yığmasını 22:28 hesabı ilə məğlub edən Cənubi Koreya yığması, Barselona Olimpiadasını 1-ci yerdə başa vurdu və qızıl medal qazandı. Min Hye-Sonun həyat yoldaşı həndbolçu Ço Çi-Hyodur.
SIG-Sauer P226
SIG-Sauer P226 - İsveçrə-Almaniya mənşəli tapança. SIG-Sauer şirkəti tərəfindən 1981-ci ildə konstruksiya edilib. ABŞ silahlı qüvvələri üçün nəzərdə tutulmuşdur. P226-nın daha kompakt bir modifikasiyasına SIG Sauer P228 deyilir və onun təkmilləşdirilməsi (E2 variantından başqa 9 × 19 mm olmayan patronları atəşə tutma ehtimalı baxımından) Sig Sauer P229 varisidir. SIG Sauer P226 tapançası 1981-ci ildə ABŞ ordusu üçün yeni 9 mm tapança üçün Amerika XM9 yarışmasında iştirak etmək üçün hazırlanmışdır. Əslində, bu İsveçrə silahlı qüvvələri üçün hazırlanan SIG Sauer P220 tapançası idi. 1984-cü il yarışının nəticələrinə görə yalnız P226 və İtaliyanın Beretta 92 tapançaları uyğun elan edildi. Tapançanın avtomatikası qısa müddətdə gövdənin qaytarılması prinsipi ilə işləyir.
SIG-Sauer Pro
SIG-Sauer PRO - Almaniya və İsveçrə şirkətləri tərəfindən yaradılan yarım-avtomatik tapançalar seriyası. SP 2340: .40 S&W və .357 SIG gilizləri ilə 1998 ci ildə istehsal olunmuş tapançanın orijinal variantı SP 2009: 1999-cı ildə istehsal olunmuş 9х19mm parabellum. gilizləri üçün nəzərdə tutulmuş variant SPC 2009: SP 2009-un qısaldılmış variantı. SP2009-9-BMS: SP 2009-un variantı ABŞ-də vətəndaşlar üçün nəzərdə tutulmuşdur SP 2022: SP 2009/2340-ın modifikasiyalı variantı 2002-ci ildə Fransa jandarmeriyasında işlənir. İşlənmə müddətdi 20 il nəzərdə tutulmuşdur SPC 2022: SP2022 nin kompakt variantı.
Patrik Şik
Patrik Şik (çex. Patrik Schick; 24 yanvar 1996[…], Praqa) — Çexiyalı peşəkar futbolçu. Almaniyanın "Bayer 04" klubunun və Çexiya milli futbol komandasının hücumçusu . Patrik Praqanın "Sparta" klubunun yetirməsidir. Çexiyanın futbol üzrə yüksək divizionunda debütü 3 may 2014-cü ildə "Teplice" ilə oyunda olub. Debüt mövsümündə ümumilikdə iki görüşdə meydana çıxır. Növbəti mövsümdə də hücumçu ölkə çempionatının yalnız iki oyununda iştirak edir. 2015/16 mövsümündə Patrik "Bohemians" klubuna icarəyə verilir. "Bohemians"ın sıralarında özunu göstərən futbolçu, 27 görüşdə meydana çıxaraq yeddi qol vurur və milli komandaya dəvət alır. Tezliklə gənc futbolçu Avropa nəhənglərinin diqqətini cəlb edir.
Kim Bu Şik
Kim Bu Şik (kor. 김부식; 1075[…], Köncu[d] – 1151, Keson) — Qoryo dövründə yaşamış Koreya tarixşünası, sərkərdəsi və dövlət xadimi. O, "Samquk saqi" xronikinin müəllifidir. Bu Şik Şila kral sülaləsinə yaxın bir zadəgan ailəsindən idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Ким Бусик. Самкук саги. Т. 1. Изд. текста, пер., вступит. ст.
Pak Hyon Şik
Park Hyung-sik (kor. 박형식; 16 noyabr 1991) — Cənubi Koreyalı müğənni, aktyor və rəqqas. Cənubi Koreyanın ZE: A oğlan qrupunun və alt qrupu ZE: A Five-ın üzvü olmuşdur. Bir aktyor olaraq,"The Heirs (2013)", "High Society (2015)", "Hwarang: The Poet Warrior Youth (2016)", "Strong Girl Bong-soon (2017)", və "Suits (2018)" rolları ilə tanınır. Drama seriallarında, eyni zamanda filmlərdə və musiqi teatrınlarında baş rollarda oynayır. Pak Cənubi Koreya-nın Gyeonggi əyalətinin Yongin şəhərində anadan olub.Anası və nənəsi Buddist olduqları üçün bir Buddist rahib ona Hyung-sik (형식, 炯 植) adını verdi. Pak məcburi hərbi xidmətinə 10 iyun 2019-cu il tarixində başladı. İlk hərbi hazırlığına başlamaq üçün Cənubi Çunqçonq əyaləti (Chungcheong)-ndəki Nonsan Ordusu İşəgötürmə Tədris Mərkəzinə daxil oldu və qalan hərbi vəzifələrini fəal bir hərbi qulluqçu kimi Paytaxt Müdafiə Komandanlığının hərbi polis şöbəsində başa vurdu. Pak, əvvəllər Real Man estrada şousu üçün məşq edərkən atıcılıq bacarıqlarına görə müsbət rəy aldıqdan sonra Paytaxt Müdafiə Komandanlığına qoşulmaq üçün ilham aldığını açıqlamışdı. Aktyor, bacarıqlarını yaxşı bir şəkildə istifadə etmək istədiyini, buna görə bölməyə qoşulmaq və ölkəsinə xidmət etməkdən məmnun olduğunu söylədi.
Nik
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Pik
Pik - İtiuclu dağ zirvəsidir
Sia
Sia Keyt İzobelle Fürler (/ˈsiːə/ SEE-ə 18 dekabr 1975, Adelaida, Avstraliya) - avstraliyalı müğənni və bəstəkar. O, karyerasına 1990-cı illərin ortalarında Adelaidada eysid caz qrupu Crisp-də müğənni kimi başlayıb. 1997-ci ildə, Crisp dağılanda Avstraliyada OnlySee adlı debüt studiya albomunu buraxdı. Daha sonra o Londona köçdü və ingilis ikilisi Zero 7 üçün vokal oxudu. Sia 2001-ci ildə "Healing Is Disfficult" adlı ikinci studiya albomunu, 2004-cü ildə isə üçüncü albomu Colour the Small One-ı yayınlandı. Sia 2005-ci ildə Nyu-Yorka köçdü və ABŞ-yə qastrol səfərinə çıxdı. 2008 və 2010-cu illərdə müvafiq olaraq onun dördüncü və beşinci studiya albomları Some People Have Real Problems və We Are Born buraxıldı. Hər biri Avstraliya Səsyazma Sənayesi Assosiasiyası tərəfindən qızıl sertifikata layiq görüldü və əvvəlki albomlarına nisbətən daha böyük diqqəti cəlb etdi. Getdikcə artan şöhrətindən narahat olan Sia, ifasına fasilə verdi və diqqətini digər sənətçilər üçün mahnı yazmağa yönəltdi və "Titanium" (Devid Quetta ilə), "Diamonds" (Rihanna ilə), "Wild Ones" (Flo Rida ilə) kimi uğurlu əməkdaşlıq nəticəsi əldə etdi.
Sic
Sic — Latın sözüdür, "belə", "belə halda", "yalnız belə" mənasını daşıyır.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Sirk
Sirk (lat. Circus - "çevrə" deməkdir) — bir qrup artist və ya müəssisə tərəfindən akrobatika, kloun, sehrbazlıq, heyvan oyunları kimi müxtəlif səhnələrlə həyata keçirilən sənət növü. Sirk peşəsi heyvanlarla işləməklə bərabər müxtəlif akrobatika və gimnastika kimi sahələri də özündə cəmləşdirir. Buraya həmçinin havada kəndir üzərində yerimək, velosiped sürmək, janqlyorluq etmək və həmçinin, yerdə idman növləri yerinə yetirilir. Kloun daha mürəkkəb sirk janrıdır. O bir neçə ixtisasa yiyələnmiş olur və başqa "nömrələrdə" onun çıxışı böyük maraq doğurur.Klounun mənası gülməli çıxış deməkdir. Sirkin yaranmasının qədim tarixi vardır. Onun kökü antik Romadan başlayır. Keçən zaman ərəfəfəsində sirk sənəti də inkişaf etmiş və istər xarici görünüşündə (çevik karvan və teatr səhnələri), istərsə də atraksiyonların aparılmasında (at teatrı, pantomima) müəyyən dəyişikliklərə məruz qalmışdır. Sirk sənəti adətən ailə sülaləsi şəklində mövcud olmuşdur.
Sis
Sis bu mənalarda gələ bilər: Sis (Şamaxı) — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində kənd. Sis (Şəbistər) — Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Mərkəzi bəxşində yerləşən bir şəhərdir. Sis — Zəngibasar rayonunda kənd. Sis — Adana ilinin bir ilçəsidir.
Siu
Siu — Şimali Amerikada yaşayan hindu tayfası. Siular ilk vaxtlar, Superior gölünün ətraflarında yaşayırdılar. Avropadan gələn mühacirlərə qarşı bir əsrə yaxın aparılan mübarizələr nəticəsində məğlub olmuş və Minnesota ərazilərinə sürgün edilmişdilər. Siular digər tayfalardan döyüşkənliyi ilə fərqlənmişdir. 1876-cı ildə Siular Amerika Birləşmiş Ştatlarına qarşı qiyama qalxmışdılar. Qəbilənin ən məşhur nümayəndələrindən olan şef Oturan Buğanın öldürülməsindən sonra Siuların müqaviməti qırılmışdır. ABŞ hərbi birlikləri tərəfindən Siu qəbiləsinə qarşı 1890-cı ildə təşkil olunmuş Yaralı diz qətliamı Şimali Amerikada yaşanmış ən dəhşətli qətliamlardan hesab olunur.
Siz
Siz (fr. Cize) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Seryezya kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01106. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 65 km şərqdə və Burk-an-Bres şəhərindən 45 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 324 nəfər təşkil edirdi.
Şak
𐕐 (səslənməsi /ʃ/, transkripsiyası Ş, ş) — Alban əlifbasının 33-cü hərfi. Matenadaran MS 7117 əlyazmasında hərfin adı erm. Շաք (Şakʿ) kimi verilmişdir. Tədqiqatçılar Jost Gippert və Wolfgang Schulze'nin fikrincə bu hərfin adı doğrudur və sadə Ş səsini bildirir. Bu səs özünü udi dilində əsasən qoruyub saxlamışdır.
Şin
Şin (Şəki) — Şəki rayonunda Baş Layısqı kənd inzibati ərazi dairəsində kənd.
Şio
Şio — Macarıstanın mərkəzində bir kanaldır. Balaton gölünü Dunay çayı ilə birləşdirir. Çay Şiofok şəhərindən başlayır. E.ə. 292-ci ildə romalılar tərəfindən tikilmiş və XIX əsrdə yenidən qurulmuşdu. Şiofok şəhəri yaxınlığında 20-30 m genişliyində şlüz yaradır. Seksard şəhərindən keçir və bir neçə kilometr şərqdə doğru axaraq Dunay çayına tökülür. Şio kanalı Macarıstanın Şomod, Feyer və Tolna bölgələrindən keçir. Kanal Balaton gölündəki artıq suları boşaltmaq üçün istifadə olunur. Balaton gölü Zala çayı Шио, река // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т.
Şir
Şir (lat. Panthera leo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü. Bədəninin uzunluğu təqribən 210 sm-ə, quyruğu 110 sm-ə, kütləsi 280 kq-a yaxın olur. Pəncəsi iri caynaqlı, tükü qısa, sarımtıl-qonurdur. Quyruğunun ucu qotaz kimidir. Başqa pişikkimilərdən fərqli olaraq, cinsiyyət dimorfizmi yaxşı nəzərə çarpır. Erkəyinin boynunda, başının bir hissəsində, sinəsində və gövdəsinin ön tərəfində açıq-sarı, qara yalı olur. Dişi və cavan şirlərin isə yalı olmur. Çox güclü və cəlddir. Antilop, zebr, zürafə, maral, sürünənlər və s.
Şiə
Şiəlik ― İslam dininin ikinci ən böyük məzhəbi. Şiəliyin təqibçiləri Əli ibn Əbu Talibin İslam peyğəmbəri Məhəmmədin varisi və ilk imam olaraq təyin edildiyini düşünürlər. Şiələrə görə imamlıq həm də peyğəmbərin ailəsinə (İslam ədəbiyyatına görə "Əhli-beyt") və onun nəslindən törəmiş, xüsusi maddi və mənəvi nüfuza sahib olduqlarına inandıqları fərdlərə də sirayət edir. Dünyada İslam dininə etiqad edənlərin 10-15%-ni Şiə məzhəbinin nümayəndələri təşkil edir. "Şiə" sözünün mənası "izləyici", "təqib edən" və ya "tərəfdar" deməkdir. Tarixdəki ifadəsilə "şiətul-Ali" (ərəb. شيعة علي‎) yəni "Əli tərəfdarı" birləşməsinin qısaldılmış formasıdır. "Əli şiəsi", "Əhli-beyt şiəsi" kimi ifadələr Məhəmməd peyğəmbərin sözlərində də çox görünmüşdür. Bu haqda İslam mənbələrində bəzi hədislər də mövcuddur. : Sünni alimi Firuz Abadi öz lüğətində belə yazır : "Şiə adı Əli (ə) və Əhli Beyt (ə) tərəfdarlarına verilən ad idi.
Şok
Şok (ing. shock zərbə deməkdir) — orqanizmin fövqaladə xarici qıcığa qarşı həyati vacib üzv və sistemlərin funksiyasını mühafizə etmək üçün vermiş olduğu kəskin kompensator cavab reaksiyası və eyni zamanda nəticə etibarilə sinir, qan dövranı, tənəffüs sistemlərində, maddələr mübadiləsində proqressiv pozğunluqlarla muahidə olunan patoloji proses, həyat üçün təhlükəli bir aldır. Şok halı ilk dəfə Hippokrat tərəfindən təsvir edilmişdir. Termin kimi isə şok ifadəsi 1731-ci ildə fransız cərrahı Henri Francosi Le Dran tərəfindən işlədilmişdir. XIX əsrin sonlarından etibarən şokun yaranma mexanizmi — patogenezi haqqında mülahizələr meydana çıxmışdır: damarları innervasiya edən sinirlərin iflici; vazomator mərkəzin süstləşməsi; sinir pozğunluğu; toksemiya; daxili sekresiya vəzilərinin funksiyalarının pozulması; dövr edən qanın miqdarının azalması; damar keçiriciliyi pozğunluğu, kapilyar stazı. Sel Hansın stress nəzəriyyəsinə əsasən həddən ziyadə qıcıq təsiri orqanizmdə spesifik və qeyri spesifik reaksiyaların inkişafına səbəb olur. Spesifik reaksiyalar qıcığın xarakterindən asılıdır. Qeyri spesifik reaksiyalar qıcığın təsir qüvvəsindən asılıdır. Qeyri spesifik reaksiya ümumi adaptasiya sindromu kimi də adlandırılır. Bu üç mərhələdə cərəyan edir: səfərbərlik mərhələsi (həyəcan), ilk zədələnməyə qarşı reaksiya; müqavimət mərhələsi, qoruyucu mexanizmlərin həddsiz gərilməsi ilə xarakterizə olunur; tükənmə mərhələsi, adaptasiya mexanizmlərin pozulması ilə təzhür edir.
Eşik iyesi
Eşik iyəsi — türk xalq inancında eşiyin qoruyucu ruhu. Eşgik iyəsi və ya Esik iyəsi olaraq da deyilər. Astana iyəsi və ya Bosaqa (Busağa, Busava, Bosaha, Bosaka) iyəsi ifadələri də istifadə olunur. Monqollar Bohogo Ezen deyərlər. == Xüsusiyyətləri == Hər eşiyin qoruyucu bir ruhu vardır. Bu ruh eşikdə yatar. İnəklərin çaşmadan evlərini tapmalarını təmin edər. Heyvanları qoruyar. Eşikdə oturmaq, eşikdə danışmaq yaxşı sayılmaz, bunun səbəbi ruhun orada olmasıdır. Eşiyin bəxtlə də əlaqəsi vardır.
Filip Dik
Filip Kindred Dik (ing. Philip Kindred Dick; 16 dekabr 1928[…], Çikaqo, İllinoys – 2 mart 1982[…], Santa-Ana, Kaliforniya) — amerikalı məşhur yazıçı-fantast. Dikin əsərlərində sosioloji, siyasi və metafiziki mövzular araşdırılır, bu əsərlərdə inhisarçı şirkətlər, avtoritar hökumətlər və dəyişdirilmiş situasiyalar üstünlük təşkil edir.