SİHİRBAZ
SİKİLMEK
OBASTAN VİKİ
Kim Yon-sik
Kim Yon-sik (25 iyul 1910 – 8 mart 1985, Seul) — keçmiş Cənubi Koreya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Sik
Kişi cinsiyyət üzvü və ya Penis (lat. penis; yun. phallos) — xarici cinsiyyət orqanı olub, vəzifəsi spermanı (toxumu) və sidiyi ifraz etməkdir. Bu mağaralı toxumadan təşkil olunmuş bir cüt penisin mağaralı cismindən — lat. corpora cavernosa penis və bir ədəd penisin süngəri cismindən — lat. corpus spongiosum penis (corpus cavernosum urethrae - BNA) ibarətdir. Penis qasıq nahiyəsində xayalığın önündə asılaraq üç hissəyə bölünür: 1) arxa hissə — penis kökü — lat. radix penis qasıq sümüklərinə bağlanmışdır; 2) orta hissə — penis cismi — lat. corpus penis; 3) ön hissəsi — penis başı — lat. glans penis (yun.
Elxanilər sikkələri
Elxani sikkələri- 1256–1353-cü illərdə mövcud olmuş Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətə məxsus pullar. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Elxanilər dövlətinin dövrünə aid dirhəmlər Elxani (və ya Hülakülər) xanları (1256 - 1358) dövrünə aid Azərbaycan zərbxanaları, uyğun dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir. == Səciyyəvi xüsusiyyətləri == Üst tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimə müvafiq zərb ili, arxa tərəfində Elxani xanlarının titulları və adları həkk edilmiş belə gümüş dirhəmlər Təbriz, Tus, Həmədan, Marağa, Bərdə, Şirvan, Əlincə, Naxçıvan və d. zərbxanaların fəaliyyətini təsdiq edir. Abaqa xanın sikkəsi Şəkil 1. Elxanilər. Abaqa (1265 - 1282), Təbriz, 678 = 1279/1280,2,5 q(üst tərəfində - 3 sətirdə “tovhid”, kənarında zərbxana və zərb ili, arxa tərəfində - 5 sətirdə uyğurca xanın titulları və adı həkk edilib). Əhməd Tekudarın sikkəsi Şəkil 2.Elxanilər. Əhməd Tekudar (1282-1284), Təbriz, 682 =1283/1284, 2,5 q(üst tərəfində mərkəzdə - 3 sətirdə “tovhid” kənarlarda zərb tarixi və zərb ili,arxa tərəfində 3 ədəd altıguşəli ulduzlar, aşağıdakı 4 sətirdə uyğurca xanın titulları,5-ci sətirdə ərəbcə: “Əhməd”). Ulcaytu xanın sikkəsi Şəkil 3.Elxanilər.
Elxanilərin sikkələri
Elxani sikkələri- 1256–1353-cü illərdə mövcud olmuş Çingiz xanın nəvəsi Hülakü xan (1256-1265) tərəfindən yaradılmış dövlətə məxsus pullar. == Ümumi məlumat == AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Elxanilər dövlətinin dövrünə aid dirhəmlər Elxani (və ya Hülakülər) xanları (1256 - 1358) dövrünə aid Azərbaycan zərbxanaları, uyğun dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir. == Səciyyəvi xüsusiyyətləri == Üst tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimə müvafiq zərb ili, arxa tərəfində Elxani xanlarının titulları və adları həkk edilmiş belə gümüş dirhəmlər Təbriz, Tus, Həmədan, Marağa, Bərdə, Şirvan, Əlincə, Naxçıvan və d. zərbxanaların fəaliyyətini təsdiq edir. Abaqa xanın sikkəsi Şəkil 1. Elxanilər. Abaqa (1265 - 1282), Təbriz, 678 = 1279/1280,2,5 q(üst tərəfində - 3 sətirdə “tovhid”, kənarında zərbxana və zərb ili, arxa tərəfində - 5 sətirdə uyğurca xanın titulları və adı həkk edilib). Əhməd Tekudarın sikkəsi Şəkil 2.Elxanilər. Əhməd Tekudar (1282-1284), Təbriz, 682 =1283/1284, 2,5 q(üst tərəfində mərkəzdə - 3 sətirdə “tovhid” kənarlarda zərb tarixi və zərb ili,arxa tərəfində 3 ədəd altıguşəli ulduzlar, aşağıdakı 4 sətirdə uyğurca xanın titulları,5-ci sətirdə ərəbcə: “Əhməd”). Ulcaytu xanın sikkəsi Şəkil 3.Elxanilər.
Fatehpur-Sikri
Fatehpur-Sikri (hind dilində फतेहपूर सिकरी, ing. Fatehpur Sikri, urduca فتحپور سیکری) — Hindistanın Uttar-Pradeş ştatının Aqra rayonunda şəhər. 1571–1585-ci illərdə Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın dövründə paytaxt şəhər olmuşdur, daha sonra imperatorun Lahoru iqamətgah qərar verməsi ilə əvvəlki statusunu itirmişdir. 1986-cı ildə qədim Fatehpur-Sikri şəhəri UNESCO-nun Ümumdünya irsi abidələri siyahısına daxil edilib. == Haqqında == Böyük Moğol İmperiyasının imperatoru Əkbər şah Aqradan 60 km aralıda yerləşən Fatehpur-Sikri şəhərini inşa etdirmişdir. Hökmdarın bu şəhəri tikdirməsinin səbəbi hörmətlə yanaşdığı, rəğbət göstərdiyi "çiştiyyə" təriqətinin yaradıcısı Səlim Çiştinin orada yaşaması idi. Şəhər öz adını — "Zəfər şəhəri" — Moğol imperatorunun Kxanva — Aqradan 40 km aralıda yerləşən ərazidə baş verən döyüşdə qazandığı qələbənin şərəfinə almışdır. Əkbər şah isə şəhəri paytaxt elan etdikdən sonrra burada qalada inşa etdirmişdir. Böyük Moğol İmperiyasının imperatoru Əkbər şahın sərbəst düşüncəli və tolerant hökmdar olması onun çoxlu hindu racasının dəstəyini qazanmasına gətirib çıxarmışdır. Racalar şəhərin tikintisi üçün həm pul yardımı göstərmiş, həm də ustalar göndərmişlər.
Filadelfiya Seventi Siksers
Filadelfiya Seventi Siksers — NBA-də Şərq Konfransında, Atlantik qrupunda yer alan Filadelfiya, Kaliforniyanı təmsil edən basketbol klubu.
Hadrut sikkə dəfinəsi
Hadrut sikkə dəfinəsi — Azərbaycan Respublikası Xocavənd rayonunun Hadrut qəsəbəsində aşkarlanan dəfinədə olan numizmatik materiallar. == Tapılma yeri və ümumi məlumat == Hadrut dəfinəsi Azərbaycan xanlıqlarının pul təsərrüfatını açıqlayır. 1939-cu ildə Xocavənd rayonunun Hadrut qəsəbəsində gümüş sikkələr dəfinəsi aşkarlanmışdır. Dəfinədəki 64 (altmış dörd) ədəd sikkə illi Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Dəfinədəki sikkələrin numizmatik təyinatı nəticəsində Azərbaycan xanlıqları (1185–1205 = 1771–1790-ci illərin Şamaxı, 1189–1206 =1775 – 1791-ci illərin Gəncə və 1209 = 1794-cü ilin Pənahabad) dövrünə aid gümüş abbasılardan ibarət olduğu müəyyən edilmişdir. == Səciyyəvi xüsusiyyətləri == Şamaxı xanlığı NF 34555. Şamaxı xanlığı. 1186 = 1772, gümüş abbası, 3,04 q Gəncə xanlığı NF 34575. Gəncə xanlığı. 1189 = 1775, gümüş abbası, 2,98 Qarabağ xanlığı NF 34580.
Hordeum vulgare var. sikangense
I Sikst
Papa Müqəddəs Sikst, (təq. 42, Roma – 120-ci illər, Roma) — Roma Papası vəzifəsində çalışan 7-ci din xadimi. Adının mənası "Sixtus" (sixth) "altıncı" anlamındadır. Papa I Aleksandrın ardından bu vəzifəyə təyin olunmuş və Roma imperatoru Adrianın dövründə vəzifəsini icra etmişdir.
Macarıstan forintinin sikkələri
Macarıstan forintnin sikkələri (mac. forint érmék) — 1946-cı ildən bu günə qədər buraxılan Macarıstan forintnin sikkələri. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir. 1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu. Valyutanı sabitləşdirmək yalnız XXI əsrin əvvəllərində mümkün olmuşdur. Müxtəlif dövrlərdə 2, 5, 10, 50 filler və 1, 2, 5, 10, 20, 50, 100, 200 forint nominalında sikkələr dövriyyədə idilər. Bundan əlavə, 1948-ci ildən geniş dövriyyəyə xatirə sikkələri buraxılır, 1949-cu ildən isə investisiya sikkələri və dövriyyə üçün nəzərdə tutulmayan sikkələr buraxılmağa başlandı.
Malus sikkimensis
Malus sikkimensis (lat. Malus sikkimensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə
Milli Mətbuatın 135 illiyinə həsr olunmuş gümüş sikkə — Xatirə sikkəsi. Sikkə Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir. Xatirə sikkəsi milli mətbuatın 135 illiyinə həsr olunmuşdur (1875–2010). Xatirə sikkəsinin üz tərəfində görkəmli publisistin portreti, arxa tərəfində isə Azərbaycan Respublikasının Xəritəsinin stilistik (qrafik) görünüşü təsvir edilmışdir. Portretin ətrafında Həsən bəy Zərdabinin adı və həyat dövrü, xəritənin ətrafinda xatirə sikkəsinin buraxıldığı il "2010"-cü il, "Azərbaycan Respublikası" sözləri və xatirə sikkəsinin nominalı göstərilmişdir. Xatirə sikkəsi Avstriyanın "Austrian Mint" sikkəxanasında yüksək standartalara uyğun hazırlanmışdır. Xatirə sikkəsi Azərbaycan Respublikası ərazisində nominal dəyəri üzrə qanuni ödəniş vasitəsidir.
Münke xaqanın sikkələri
Münke xaqanın sikkələri - Monqol imperatoru Münke xaqanın hakimiyyəti illərində (1251 – 1259)dövriyyədə olan pul sikkələri. AMEA Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika Fondunda qorunan,Monqol imperatoru Munqke qaan (1251 – 1259) dövrünə aid Təbriz dirhəmləri XIII əsrin I yarısına dair Azərbaycan zərbxanaları,eləcə də, həmin dövrün pul dövriyyəsi haqqında məlumat toplamağa yardım edir . Üst tərəfinə altıguşəli sikkə möhüründə “qaan əl-adil” (ədalətli qaan), arxa tərəfinə “tovhid” ifadələri, zərbxana, hicri qəməri təqvimi ilə zərb ili olan bu sikkələrin zərbi, bəzi fasilələrlə, hicri 683 = 1284-cü ilədək davam etmişdir. Şəkil 1. NF 7935. Çingizilər. Təbriz, 652 = 1254 - 1255, d – 24-25 mm, 2,48 q Şəkil 2. NF 10890. Çingizilər. Təbriz, d – 24 mm, 2,6 q (“həzə dinar” – “bu dinar” sözləri ilə) Azərbaycan Respublikası ərazisində aşkarlanan numizmatik tapıntılar, Çingizilər dövründə Təbriz, Gəncə, Laçın, Beyləqan, Kiran (Naxçıvan MR, Ordubadda yaşayış yeri) və d.
Okiseius sikkimensis
Okiseius sikkimensis (lat. Okiseius sikkimensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin okiseius cinsinə aid heyvan növü.
Oroqrafiyanın siklon və antisiklonlara təsiri
İlk dəfə dağların təzyiqin lokal dəyişməsinə təsirini Kibel vermişdir. Daha sonra bu sahəd Petrenkonun araşdırmaları olmuşdur. Oroqrafik siklogenezə tez-tez cəbhə xəttinin dağ yamacında deformasiyasını misal gətirirlər. Dağların siklonların yaranmasına təsiri ilə yanaşı siklogenez üçün əlverişli tarmobarik sahə olmalıdır. Oroqrafik sikonlar: Skaqerraks siklonu Genua siklonu Karpat siklonu Qara dəniz siklonu Oroqrafik siklonlar Orta və Mərkəzi Asiya, Sibir və Uzaq Şərq üçün xarakterikdir. Oroqrafiyanın təsiri ilə siklonlarda seqmentləşmə müşahidə olunur. Burda 2 variant mümkündür: I variant – siklon yamaca perpendikulyar istiqamətdə hərəkət edir. Küləkdöyən yamacda yeni siklonik mərkəz yaranır. Bu zaman köhnə siklon mərkəz əks yamacda saxlanır. Küləkdöyən yamacda təzyiq qalxır və siklon zamanla dolur.
Relyef əmələgəlmənin siklliyi
Relyef əmələgəlmənin siklliyi (rus. цикличность рельефообразования, ing. cycle relief development) — geoloji proseslərin /əsasən tektonik hərəkətlərin\ dövrlüyü və iqlim tərəddüdü ilə əlaqədar olaraq relyefəmələgətirici proseslərin qanunauyğun növbələşməsi. Nəticədə müxtəlif relyef tiplərinin dövrü əmələ gəlməsi müşahidə edilir /əvvəlcə tektonik, təzadlı, sonra isə denudasion, hamarlanmış/. Eyni zamanda həmin generasiyaların korrelyativ şöküntüləri əmələ gəlir. Relyefin inkişafının siklliyi, eyni formaların təkrar olunması yox, yer səthinin qanunauyğun, ancaq təkrar olunmayan geoloji-geomorfoloji inkişafı deməkdir. Relyef əmələgəlmənin siklliyinin çoxluğunda relyefin inkişafının mürəkkəbliyi təzahür olunur.
Salvia sikkimensis
Salvia sikkimensis (lat. Salvia sikkimensis) — dalamazkimilər fəsiləsinin adaçayı cinsinə aid bitki növü.
Sikanlar
Sikanlar (lat. Sicani) — Siciliyada yaşamış qədim xalq. Onların qeyri-Hind-Avropa mənşəli olduğu güman edilir. Sikanlar e.ə. XIII əsrdə sikullar və elimlər tərəfindən qovulmuş və sonradan ellinləşdirilmişdir. Onlar Kastelluçço arxeoloji mədəniyyətinə uyğun gəlirlər. Tavromeniyalı Timey sikanları Siciliyanın yerli əhalisi hesab edirdi. Onun əsəri dövrümüzə qədər gəlib çatmayıb, lakin Diodor ona istinad edir. Doğrudan da, arxeoloji tədqiqatlar onu göstərir ki, adada minilliklər boyu avtoxton mədəniyyət mövcud olmuşdur. Fukididin fikrincə, sikanlar Pireney yarımadasından (ehtimal ki, Kataloniyadan) köç etmişdir.
Sikaso (bölgə)
Sikaso (Bambara: ߛߌߞߊߛߏ ߘߌߣߋߖߊ təl. Sikaso Dineya) — Malinin ən cənub bölgəsi. Bölgənin paytaxtı Sikaso, ölkənin ikinci ən böyük şəhəridir və Kot-d'İvuardakı şiddətdən cənuba qaçan insanlar səbəbiylə sürətlə böyüyür. Əsas etnik qruplar arasında maskaları və heyvanlara hörmətləri ilə tanınan Senoufolar, Malinin ən yaxşı fermerləri kimi tanınan Samaqolar və Malidəki əsas etnik qrup olan Bambara qəbiləsi var. Bölgənin yerli iqtisadiyyatı əkinçiliyə əsaslanır və Malinin digər bölgələrindən daha çox yağış aldığından meyvə və tərəvəz ilə tanınır.
Sike Aleksandresku
Sike Vasile Aleksandresku (rum. Sică Vasile Alexandrescu; 15 avqust 1896, Buxarest – 6 avqust 1973, Kann) — Rumıniya rejissoru. Sike Vasile Aleksandresku 15 avqust 1896-cı ildə Buxarestdə anadan olmuşdur. O, 1913-cü ildən müxtəlif teatrlarda fəaliyyət göstərmişdir. Aleksandresku 1947–1967 illərdə Buxarestdəki Y. L. Karaçale adına Milli Teatrın baş rejissoru olmuşdur. O, 1967-ci ildən Braşov şəhərindəki dram teatrının direktorudur. Aleksandresku "Həyəcanlı gecə" (Y. L. Karaçale), "Adsız ulduz" (M. Sebastian), "Müfəttiş" (N. V. Qoqol), "Belçesku" (K. Petresku), "Matey Millo" (M. Ştefenesku) pyeslərini, J. B. Molyerin komediyalarını və s. əsərləri tamaşaya qoymuşdur. O, yaradıcılığında rumın teatrının realist ənənələrini inkişaf etdirmişdir. Sike Vasile Aleksandresku 6 avqust 1973-cü ildə Kann şəhərində vəfat etmişdir.
Sikeliotlar
Sikeliotlar (q.yun. Σικελιῶται, Sikeliôtai) — Maqna Qrekiyanın Siciliya hissəsində yaşayan yunandilli xalq. Onlar dori mənşəli idilər və e.ə. VIII əsrdən Siciliyada məskunlaşmışdılar. Qədim yunanlar onları sikanlar və sikullar kimi yerli əhalidən fərqləndirmək üçün belə adlandırmışdılar Sikeliotlar ilk növbədə adanın şərq və cənub sahillərində məskunlaşmış, daxili ərazilər isə başqa xalqların ixtiyarına buraxılmışdır. Roma Siciliyanı fəth edənə qədər adanın sahillərini demək olar ki, tamamilə yunan koloniyalarından ibarət idi. Roma Respublikası və Roma imperiyası dövründə sikeliotlar yunan kolonialistlərinin nəslindən gələnlər hesab olunurdular və onlar Cənubi İtaliyada yaşayan qeyri-yunan əhalidən aydın şəkildə fərqləndirilirdilər. Afina tarixçisi Fukidid "Peloponnes müharibəsi tarixi" əsərində bir neçə dəfə skeliotların adını qeyd edir. Cusumano, Nicola (2009). Mots pour dire les mots.
Sikhizm
Siqhizm (pənc. ਸਿੱਖੀ – "şagird") — XVI və XVII əsrlərdə Şimali Hindistanda yaşamış və fəaliyyət göstərmiş on qurunun təlimləri və fikirləri əsasında formalaşmış monoteistik din Siqhizm, din kimi 1500-cü ildən etibarən yaranmışdır. Dünyadakı böyük dinlərdən biri hesab olunan Siqhizmin hal-hazırda 23 milyon nəfər ardıcılı vardır. Siqhizm sözü Sih sözündən yaranmışdır. Sih sözünün tərcüməsi isə şagird deməkdir. Siqhizm dininə inananlara sihlər deyilir. Siqhizmin iki əsas istiqaməti vardır: Vahid tanrıya inanmaq. Sihlərin müqəddəs mətinlərinin açılışı iki sözdən ibarətdir və bu sözlər Sih inancının təməlini təşkil edir: ੴ — Tək Tanrı. Siqhimzə inananlar On Sih Qrusunun və digər müqəddəslərin təlimlərini öyrənməli və Siqhizmin əsas dini kitabı olan Quru Qrant Sahibdə yazılanlara tam əməl etməlidir. Siqhizm tarix boyu Hinduizm və İslam dinlərindən təsirlənmişdir.
Sikianalar
Sikianalar — Braziliya, Surinam və Venesuelada məskən salmış yerli hindi xalqlarıdır. Sikianalılar həmçinin Çikena, Çikuena, Şikuiana, Şikiana, Sikiana, Sikiyana, Sikianna, Sikiiyana, Tşikiana, Xikiyana və ya Xikuyana əhalisi kimi də tanınırlar. Sikianalılar Karib dil ailəsinə mənsub olan Sikiana dilində danışırlar. Bəzi sikianalılar isə Venesuela danışıq dili olan Trio dilində danışırlar.
Sikkim
Sikkim — Hindistanda yerləşən əyalət. Bu əyalət, 16 may 1975-ci ildə bir krallıqdan Hindistanın nəzarəti altına keçmişdir. 2011-ci ilin statistikasına əsasən əyalətdə yaşayan insan sayı 607.000-dir. Əyalətin mərkəzi Qanqtok şəhəridir. Sikkim əyaləti Himalay dağ silsiləsində yerləşir. Dünyanın ən hündür dağı hesab edilən Kançencunga dağı, Sikkim ilə Nepalı ayıran təbii sərhəd hesab edilir. Sikkim adının mənşə nəzəriyyəsi onun iki Limbu sözünün birləşməsindən ibarətdir: "yeni" mənasını verən su və "saray" və ya "ev" mənasını verən khyim. Himalay dağlarında yerləşən Sikkim əyaləti dağlıq ərazi ilə xarakterizə olunur. Demək olar ki, bütün əyalət dağlıqdır, hündürlüyü cənubda Qərbi Benqal ilə sərhəddə 280 metrdən (920 fut) Nepal və Tibet yaxınlığındakı şimal zirvələrində 8,586 metrə (28,169 fut) qədər dəyişir. Dünyanın üçüncü ən hündür zirvəsi olan Kangchenjunga zirvəsi Sikkim və Nepal arasında sərhəddə yerləşən ştatın ən yüksək nöqtəsidir.
Sikkim Universiteti
Sikkim Universiteti (nep. सिक्किम विश्वविद्यालय) — Hindistanın Sikkim əyalətinin mərkəzi olan Qanqtok şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitetin yaradılması ilə bağlı akt Hindistan Parlamentində 2006-cı ildə qəbul olunsa da, fəaliyyətə 2 iyul 2007-ci ildə başlamışdır. Universitetin kitabxana fondunda kifayət qədər kitablar var.
Sikkə
Sikkə — metaldan və ya başqa materialdan düzəldilmiş müəyyən forma, kütlə və dəyərə malik pul kütləsidir. Hazırda xırda pul kimi işlənən, eləcə də kolleksiya, xatirə və investisiya sikkələri buraxılır. Adətən sikkələr dairə formasında hazırlanır. Sikkənin üzərində zərb olunduğu yer, tarix, hökmdarın və ya ilahların təsviri, mühüm tarixi hadisə təsvir oluna bilər. Sikkə sözu ərəb mənşəli sözdur. Dilimizə ərəb işğalından sonra keçmişdir. İlk sikkələr demək olar ki, e.ə. VII əsrdə qədim Çin və qədim Lidiya dövlətində meydana gəlmişdir. İlk qızıl sikkələr 2500 il bundan əvvəl Lidiyada (Kiçik Asiyanın qərb hissəsi) yaranıb. İlk dövrlərdə tədavüldə eyni zamanda qızıldan və gümüşdən düzəldilmiş sikkələr olmuşdur.