Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sığdaş
Sığdaş — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kəndi Böyük Kolatan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sığdaş kənd Soveti yaradılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Sığdaş kənd inzibati ərazi dairəsi tərkibindəki Sığdaş kəndinin ərazisindən 40,60 ha (bundan bələdiyyə mülkiyyətində olan 4,0 ha və xüsusi mülkiyyətdə olan 36,60 ha) torpaq sahəsi Masallı şəhər inzibati ərazi dairəsi tərkibindəki Masallı şəhərinin inzibati ərazisinə birləşdirilmişdir. Oykonim sığ (talış, “daş”) və daş sözlərindən düzəlib, oradakı çınqıl daşlarının olması ilə bağlı yaranmışdır. Bəzi tədqiqatçılara görə, oykonimin ikinci komponenti fars dilindəki “dəşt” (çöl, biyaban, düz) sözünün qısaldılmış formasıdır. 1859-1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Lənkəran qəzasının Sığdaş kəndində, həmçinin bu kənd sakinlərinin yeni saldıqları Qodman kəndində toplam 57 evdə etnik talışlardan ibarət 339 nəfər (205 nəfəri kişilər, 134 nəfəri qadınlar) şiə təriqətli müsəlman əhali yaşayırdı. Viləşçay sahilində yerləşən Sığdaş kəndi həmin tarixdə dövlət xəzinəsinə məxsus idi və kənddə bir məscid var idi. Yeni salınmış kiçik kənd olan Qodman öz adını sahilində yerləşdiyi Qodman çayından almışdır. Hazırda kənd əhalisinin sayı 1505 nəfərdir.
Sirdaş (personaj tipi)
Sirdaş və ya konfidant (ing. confidant) — uydurmada, protaqonistin sirr verdiyi və inandığı personaj. Sirdaşlar mühüm personajlar arasında və ya əksinə, süjetdə ayrı bir rola malik olmayan obrazlar ola bilərlər. Sirdaşlar hər hansı bir süjetdə ikinci dərəcəli rola malik olurlar və adətən protaqanistin sirrlərinə qulaq asan, onun şəxsiyyətini araşdıran və ona tövsiyə verən bir dostu canlandırırlar. Protaqonistin monoloji nitqlərində passiv bir dinləyici rolu canlandırmaq yerinə, sirdaşlar hekayənin davam etdirə və ya izləyicinin reaksiyalarını təmsil edə bilər. Termin rəqəmsal dünyada "PocketConfidant" (azərb. Cib-Sirdaşı‎) adı yaratmaqda istifadə olunub. "PocketConfidant" istifadəçilərin süni intellektin yardımı ilə öz problemlərini və işlərini daha yaxşı anlaması üçün nəzərdə tutulan texnoloji bir markadır. Sirdaşın qərb ədəbiyyatında mövcudluğu Qədim Yunanıstan dramına, xüsusilə də Evripidin əsərlərinə gedib çıxır. Hekuba pyesindəki Aqamemnon personajları və Orest preysindəki Pilad protaqonist üçün bir məsləhətçi, öz şəxsiyyətləri üçünsə bir tərcüməçi rolunu canlandırdıqlarından onlar sirdaş kimi xidmət göstərirlər.
Sirdan
Sirdan — İranın Qəzvin ostanının Qəzvin şəhristanının Aşağı Tarım bəxşində şəhər. Tarım bölgəsi, tarix baxımından Azərbaycanın ən zəngin bölgələrindən biridir. Bura 9-cu əsrdən bəri Azərbaycan tarixinə dərin izlər qoymuş Salarilər kimi böyük sülalələrin mərkəzinə çevirilmişdi, belə ki Tarım bölgəsindəki Kəngər və ya Qız qalası vaxtıilə Salarilərin paytaxtı imiş. Bölgənin başqa önəmli qalalarından Qız qalası, Oğlan qalası, Niyərikdəki Narınqala, Üməra qalası, Firdövs qalası və Səngan kəndindəki Talıbxan qalasının (Talfan qayası) adını çəkmək olar. Sirdan uzun bir tarixə malik olaraq, İslamdan sonra Tarım bölgəsinin (Yuxarı Tarım və Aşağı Tarım) mərkəzi olub. 1928-ci ildə burada 2,000 insan yaşamaqda imiş. Sirdan ilk olaraq şəhərin şərqindən axan çayın qırağından təşkil edilərək quzey, qərb və güneyə doğru genişləməyə başlayıb. Şəhərin evləri sıx və bir-birinə yaxın tikilsədə 1980-ci ildən dağınıq şəkildə evlərin tikilməsinə başlayıb. Hazırda Sirdanın sahəsi 17 hektardır. Sirdan şəhəri Qəzvin, Zəncan və Gilan ostanlarının kəsişdiyi yerdə, Şamadəşt dağının şimal-şərq yamacında yerləşir.
Şırdan
Qursaq, gövşəyənlərdə mədənin hissələrindən biridir. Həmçinin türk mətbəxində yemək növüdür. İçalat yeməklərindən mumbar və kokoreç kimi bu da Adanada tez-tez bişirilən ve həmin region üçün yerli sayılır. El arasında qursaq deyilsə də, əsl adı "qursaq dolması"-dır. Bu dolmanın hazırlanması üçün, adətən, quzu qursağından istifadə edilir. Qursaq Adanada "Adana kababı" ve "şalğam" qədər geniş yayılmış yemək olsa da, digər regionlarda çox da tanınmır. Hazırlamaq üçün qoyunun mədəsinin 4 hissəsindən biri olan qursaq təmizlənir, içinə ədviyyatlı düyü doldurulur, bağlanıb bişirilir. Qeyri-adi formalı bu dolmanı yeyərkən üstünə duzlu cirə və pul bibər səpilir. Qursaqçılıq Adanada, demək olar ki, müstəqil bir yemək növüdür. İş o yerə çatıb ki, artıq başqa şəhərlərdən çiy qursaq gətirilir, çünki Adananın özündə kəsilən qoyunların qursağı tələbatı ödəyə bilmir.
Qardaş
Ata və anası bir olan uşaqların bir-birinə bağlılığı (bir-birinə bağlayan əlaqə).
Saldaş
Saldaş — Azərbaycan Respublikasının Qubadlı rayonunun Çərəli kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. Saldaş kəndi Hərtiz dağının cənub-qərbində, dağətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər sofülu tayfasına məxsus qışlaq yeri olmuş və Saldaşlıq adlanmışdır. Sonralar yaşayış məntəqəsinə çevrilən qışlaq Saldaş kimi rəsmiləşdirilmişdir.
Sarıdaş
Sarıdaş — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati Sarıdaş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Sarıdaş kəndi Nadirxanlı kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sarıdaş kənd Soveti yaradılmışdır. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. XIX əsrdə Qılıçlı kəndindən ayrılmiş ailələr tərəfindən Sarıdaş dağının yaxınlığında salındığına görə belə adlandırılmışdır. Oronim isə "sarı rəngdə olan qaya" mənasındadır. Kənd Sarıyal dağının ətəyində yerləşir. Sarıyal dağının ətəyində və kəndin yerləşdiyi ərazidə olan daşları sarı rəngdədir. Elə buradan da Sarıyal və Sarıdaş sözləri yaranmışdır. Kənd Lev çayı ilə Tərtərçayın arasında, dağətəyi ərazidə yerləşir.
Surudaş
Surudaş — Tiflis quberniyasının Borçalı qəzasında qaya. Qarabağ tarixçisi Mir Mehdi Xəzani bu qayanın adını "Sürüdaş" kimi qeyd etmişdir. Türk dillərində suri "konusvari, ucu şiş" və daş (qaya) sözlərindəndir. E.ə.714-cü ilə aid assur mənbəyində Manna ərazisində Surikaş (suru və türk dillərində kaş "dağın qaşı" sözlərindən), Cənubi Azərbaycanda Süleymaniyyə yaxınlığında Suridaş, Balakən rayonunda Soorqaş dağ adları ilə mənaca eynidir. Şimali Qafqazda Kuban əyalətində Suruçay adı ilə mənaca eynidir.
Sırmak
Sırmak (qaz. Сырмақ) — Qazaxıstanda naxışlı keçəli xalça. Sırmak mozaika adlanan texnikadan istifadə etməklə müxtəlif rəngli keçənin ayrı-ayrı hissələrindən hazırlanır. Naxış səthi ilə eyni fonda kəsilir; bu kompozisiya başqa bir keçənin üzərinə qoyulur və yorğanlanır, sonra naxışın konturu boyunca rəngli kordonla tikilir. Sırmak qazax xalq məskəni olan yurdların əsas bəzək əşyalarından biridir.
Turdaş
Turdaş — Rumıniyada neolit dövrünə aid arxeoloji mədəniyyət. Tapıldığı eyni adlı kəndin adı ilə adlandırılmışdır. Turdaş mədəniyyəti tayfaları ibtidai əkinçilik və maldarlıqla məşğul olmuş, koma və qazmalarda, sonralar yürüstü evlərdə yaşamışlar. Mikrolitlər, daş baltalar, mis əşyalar və gil qablara təsadüf edilmişdir. Ölülər yaşayış yerində dəfn olunmuşdur. Məskənlərin birində (Tartariya) üzərində şumerlərdən əvvəl Mesopotamiyada mövcud olmuş yazı işarələri olan 3 gil lövhə tapılmışdır.
Verdaş
Verdaş (fr. Verdaches, oks. Verdacha) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Seyn kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04235. 2008-ci ildə əhalinin sayı 61 nəfər təşkil edirdi. 2007-ci ildə 34 yaşda (15-64 yaş arasında) 21 nəfər iqtisadi fəal, 13 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 61,8%, 1999-cu ildə 60.0%). İşləyən 21 nəfərdən 21 nəfər (10 kişi və 11 qadın) işləyirdi.
Çardaş
Çardaş (mac. csárdás - aşxana, meyxana) — macar xalq rəqsi. 1801-ci ildə macar qaraçısı Yanoş Bixari Peşt şəhərində orkestr yaradır və həmin kollektiv üçün mahnı və rəqs melodiyalarını işləyir. Çox şıdırğı skripkaçı olan Y. Bixari 80-dən artıq əsərdə verbunkoş üslubunu son dərəcə yetkinləşdirir ki, sonralar onun əsasında çardaş janrı yarandı. Verbunkoşun mahiyyəti hələ lazımlı şəkildə öyrənilməyib, lakin burada əski xalq rəqsləri (haydut və çoban rəqsləri) ilə yanaşı müsəlman şərqinin və digər üslubların təsiri duyulur. Verbunkoş dil-üslubu rəmzlər, bədii surətlər və qeyri-adi melodik «gəzişmələrlə» zəngindir. Çardaş rəqsi 2 hissədən ibarətdir: yavaş və cəld. Ölçüsü 2/4-dir, kəskin sinkopa ritmi ilə seçilir. Çardaş rəqsinin elementlərindən bir sıra məşhur musiqi əsərlərində istifadə edilmişdir: F. Listin "Macar rapsodiyaları", Y. Bramsın "Macar rəqsləri", Pyotr Çaykovskinin "Qu gölü" baleti və s.
Daşların sirdaşı (film, 2012)
Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.
Sırğa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Sırqa
Sırğa — Qulağa taxılan qızıl, gümüş və s.-dən düzəldilmiş müxtəlif formalı bəzək; tana, qulaq pirsinqi. Bir çox türkoloq alim "sırğa" sözünün "asmaq" feilindən əmələ gədiyini və sözün ilkin biçiminin asırğa kimi olduğunu düşünür. Çaqatay dilində "astiq" — hörüklərdən və pullardan düzəldilmiş qadın bəzəyi; Azərbaycan türkcəsində "astığ" — qadın sırğası, Türkiyə türkcəsində "asım takım" — qadınların taxdığı süs əşyası. Maraqlıdır ki, Xakas dilinin koybal və kaçin dialektlərində "ak sırğa" ifadəsi "sirkə (bit yumurtası)" anlamına gəlir. Qazax dilində "sirkiremek" — çisəmək (yağış haqqda); Çuvaş dilində "şarkalanmak" — damla-damla tökülmək (şeh haqqda). Tatar, başqırd, çuvaş dillərində "sirkə" həm də "çiçək tozu" deməkdir. Qədim Türk xüsusiyyətlərinin, adət və ənənələrinin bir çoxunu özündə əks etdirən Kitabi Dədə Qorqudda "altun küpəli Oğuz bəyləri"ndən də bəhs olunur: "Qulağı altun-altun küpəli… Boz ayğırlı Beyrək çapar yetdi" (D-67). Çin mənbələrinin verdiyi məlumata görə qırğızlarda qulağa həlqə, yəni sırğa taxmaq adəti mövcud imiş. Son Xarəzmşahlar dövrü tarixini yazan məşhur Nəsəvidə olan bir qeyd bu adətə aiddir: Səlcuq hökmdarı Alp Arslan Gürcüstana etdiyi səfərlərdə oradakı bir çox bəyləri əsir etmiş, sonra onların qulaqlarına öz adları həkk olunmuş həlqə taxaraq azad etmişdi. Səlcuqların süqutundan sonra bəylərin hamısı bu həlqələri çıxarmışdılar.
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas
Əbükamil Nəsir ibn Saleh ibn Mirdas (ərəb. نصر بن صالح آل مرداس‎), ləqəbi Nəsr Şibl əd-Dəvlə (ərəb. شبل الدولة،‎; "Sülalənin aslan balası"; v. 1038) — Hələb əmirliyinin Mirdasilər sülaləsindən olan ikinci əmiri (1029–1038). O, Mirdasilər sülaləsinin banisi Saleh ibn Mirdasın ən böyük oğludur. Nəsir Əl-Ükvanə döyüşündə atası ilə birlikdə vuruşur. Əl-Ükvanə Fatimilər ilə aparılan döyüşdə həlak olur. Nəsir daha sonra qardaşı Timəl Müizz əd-Dəvlə ilə birlikdə əmirliyə rəhbərlik edir. Gənc əmirlər çox keçmədən Bizans imperatoru III Roman tərəfindən həyata keçirilmiş hücum ilə üzləşir. Azsaylı bədəvi süvarilərinə rəhbərlik edən Nəsir Azəz döyüşündə Bizans ordusunu məğlub edir.
Ağbulaq (Sərdar)
Ağbulaq-Sərdar — İranın Zəncan ostanında kənd.. Mahnişan şəhristanının Ənquran kəndistanında, Mahnişan şəhərindən 28 km cənub-qərbdədir.
Boyanata-Sarıdaş
Boyanata-Sarıdaş Azərbaycan Respublikasında Abşeron rayonu ərazisində fəaliyyətdə olan palçıq vulkanı. Boyanata dağından 4 km. cənub-şərqdə, düzənlikdədir. İki məntəqədə qruplaşmışdır. Sopka, qrifon və neft çıxışlarının yayılması Maykop və Diatome dəstələri və Pont çöküntüləri zolağına uyğun gəlir. Sopkalar gil və qumdaşı brekçiyalarından ibarətdir, nündürlükləri 1-2 metrədəkdir. Sopka və qrifonlardan qaz, su, palçıq və qatı neft ayrılır. Tektonik cəhətdən vulkan Boyanata-Sarıdaş antiklinalının cənub-qərb qanadında yerləşir. Azərbaycan Milli Ensiklopediyası. IV cild, Bakı,2013.
Böyük Qardaş
Böyük Qardaş (ing. Big Brother) — Corc Oruellin "1984" romanının personajı, Okeaniya dövlətinin və "İngsos" partiyasının lideri. Oruellin təsvir etdiyi cəmiyyətdə bütün vətəndaşlar dövlətin daimi nəzarəti altındadırlar. Bu nəzarət əsasən teleekranlar vasitəsilə həyata keçirilir. İnsanlar daim "Böyük Qardaş sizi izləyir" ifadəsi ilə bu barədə xəbərdar edilirlər. "Böyük Qardaş" termini vətəndaş azadlıqlarının məhdudlaşdırılması, əsasən isə kütləvi nəzarət məqsədilə dövlətin inzibati gücündən sui-istifadə edilməsini bildirməklə bir çox dillərin lüğətlərinə daxil olmuşdur. Teleekranlarda Böyük Qardaş Okeaniyanın mütləq rəhbəri kimi ön plana çıxır. Lakin, Böyük Qardaşın həqiqətən mövcud olması, yaxud təbliğatın yaratdığı obraz olması naməlum qalır. Əsərin baş qəhrəmanı Vinston Smit partiyanın agenti O`Brayenə verdiyi "O da mənim mövcud olduğum şəkildə mövcuddurmu" sualına "Siz mövcud deyilsiniz. … Böyük Qardaş partiyanın təcəssümü kimi mövcuddur və ölümsüzdür." cavabını alır.
Gökhan Kırdar
Gökxan Kırdar (2 iyun 1970, Aydın) — türk musiqiçisi və film musiqisi bəstəkarıdır. O, İraq türkmənlərindəndir. 1994. Gece, Melek ve Bizim Çocuklar 1998. Namaste 2001. Tekfur Sarayı ve İstanbul 2003. Kurtlar Vadisi 2003. Ölümsüz Aşk 2003. Hayalet 2003. Fırsat/Crude 2004.
Layoş Çordaş
Layoş Çordaş (mac. Csordás Lajos; 26 oktyabr 1932 – 5 aprel 1968, Budapeşt) — hücumçu mövqeyində oynamış Macarıstan futbolçusu və məşqçisi. 1952 Yay Olimpiya Oyunlarının qalibi olan komandanın ən gənc üzvü olmuşdur. Çordaş Budapeştin şərab rayonu olan Budafokda anadan olmuşdur. Karyerasına bir neçə mövsüm keçirdiyi "Vaşaş" klubunda başladı, bundan sonra 20 yaşında milli komandaya çağrıldı. Əvvələrdə Çordaşı Ferents Puşkaş ilə müqayisə etsələr də, sonradan o, formasını itirdi və getdikcə zəif oyun sərgiləməyə başladı. Oyunçu karyerasını bitirdikdən sonra əvvəl doğma klubunda, daha sonra "Budafok"da məşqçi kimi çalışmağa başladı. 35 yaşında ürək tutmasından vəfat etdi.
Qardaş payı
Qardaş payı — rejissor Səlcuq Aydəmirin komediya janrında çəkdiyi film. NTC media tərəfindən hazırlanmış filmin ilk seriyası 13 fevral 2014-cü ildə Star TV də göstərildi. Filmin ilk mövsümünün rejissoru Səlcuq Aydəmir olmuşdur. 22 seriyadan sonra 7 avqust 2017-ci ildə filmin ilk mövsümü bitmişdir. Filmin ikinci mövsümü 29 yanvar 2015-ci ildə başlamış və 30 aprel 2015 tarixinədək 35 seriyası nümayiş olunmuşdur. Filmin baş rollarında Əhməd Kural, Murad Cəmcir və Seda Bakan oynamışlar. Film iki mühəndis qardaşın dünyanı xilas edəcək bir qurğunun icadı xəyalından bəhs edir. Metin , Ali və Feyza Özdemir qardaşları dünyanı xilas edəcək olan borla çalışan bir motor ixtira edəcəklərdir. Bu motorun həqiqi ixtiraçısı ataları olan Tahsin Özdemirdir. Ancaq 13-cü seriyada ataları öldüyündən işləri qarışmışdır.
Qardaş qətli
Qardaş qətli - Frans Kafkanın müəllifi olduğu qısa hekayədir. Bu hekayə 1917-ci ildə ilkin formada "Qətl" adı altında "Kənd həkimi" kitabında çap olunmuşdur. Hekayədə qatil Şmar və onun qurbanı Vese arasında olan bir kriminal hadisədən söhbət gedir. Şmar öz qurbanı Veseni onun iş yeri ilə evi arasında olan yolda izləyir. Şmar onunla danışır, qatilin öz qurbanını yaxşı tanıdığı aydındır, sonra o Veseni bıçaqla vurur. Qatil əvvəl və cinayət zamanı həyəcanlı olur, titrəyən səslə danışır. Qətl hadisəsi onu özündən çıxarır. Hadisə zamanı cəsəd onda elə də bir təsir yaratmır. Başqa birisi, Pallas adlı şəxs hadisəni kənardan müşahidə edir. Hadisədən xəbər tutan, Vesenin arvadı qətlə yetirilmiş ərinə tərəf tələsir.
Qardaş şəhər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Qardaş şəhərlər
Qardaşlaşmış şəhərlər — coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin, mədəni və ticari əlaqələri ilə ortaya gətirdikləri birlikdir. Dünyada ilk qardaşlaşmış şəhərlər Böyük Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olmuşdur. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanmışdır. 1944-cü ildə İngiltərədəki Coventry şəhərinin sakinləri 830 Koventri qadınları və Lady Mayoressa xanım Emily Smithin nişanlandığı Stalingradyalılar üçün süfrə hazırlamışdılar. Bunun üzərinə "böyük təəssüflərdən daha az kömək" sözləri işlənmişdir. Sovet İttifaqının Londondakı səfirliyi vasitəsilə toplanan pulla birlikdə Coventry masa örtüsü Almanlar və onların müttəfiqləri tərəfindən məhv edilmiş Stalingrada köçürüldü. Bu gün bu Koventri süfrəsi "Stalinqrad müharibəsi" muzey-qoruğunda saxlanılır. 2008-ci ildə Volqoqrad sakinləri iki şəhər arasında qardaş şəhər əlaqələrinin 65 illik yubileyi şərəfinə Koventriyə köçmək üçün Stalinqrad Masa örtüsünü yaratdılar. 1957-ci ildə əkiz şəhərlərin nümayəndələri Dünya Bacı Şəhərlər Federasiyasının (WUFG) yaradıldı. 1964-cü ildə SSRİ-nin əkiz şəhərləri Sovet və Xarici Şəhərlər Əlaqələri Birliyində birləşdi.
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Tolqa Sarıdaş
Tolqa Sarıdaş (30 may 1991, İstanbul) — Türkiyə aktyoru. Əslən Sivaslıdır. İstanbulda doğulub, böyümüşdür. Xəlil Aqqənd litseyindən məzun olub. Litseydəki təhsili bitdikdən sonra aktyorluğa maraq göstərib. Əsənyurd bələdiyyə teatrı və Zeytun budağı teatrlarında aktyorluq edib. Bir neçə film və teleserialdan sonra Möhtəşəm yüz il adlı teleserialda canlandırdığı Şahzadə Cahangir roluyla Türkiyədə məşhurlaşmağa başlayıb. Günəşin qızları adlı teleserialda Ali Mərdoğlu rolunu canlandırmışdır. 20 yanvar, 2017-ci ildə yayımlanan Pis uşaq filmində Meriç Tuna rolunda olmuşdur. Hal-hazırda Söz adlı teleserialda Yavuz Qarasu rolunu canlandırır.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Dikdaş
Dikdaş (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Dikdaş dağı — Culfa rayonu ərazisində dağ Dikdaş — Gədəbəy və Ağdərə r-nları sərhədində dağ. Dikdaş — Kəlbəcər rayonu ərazisində dağ; Dikdaş — Tovuz rayonunun c.-unda, Böyük QıĢlaq kəndindən q.-də dağ.
Midraş
Midraş (İvrit dili: מדרש; əsasən midraşim), İudaizmdə olan müqəddəs mətnlərin həftəlik keçirilən sinaqoq yığıncaqlarında oxunması və dinləyicilərə dərs olaraq keçirilən və onları müşahidə edən izahlardan ibarət olan külliyyatdır. Midraş İslam mədəniyyətində olan təfsir ilə bərabərdir. Eyni zamanda bu məqsədlə yazılmış olan kitablara da midraş deyilir. Talmud və Midraş yəhudi mədəni qaydaları, yazılı qanunlar və əfsanələrdən formalaşmışdır. Danışılan hekayələrdə reallıq deyil, alınması vacib olan dərs önəmlidir; “Midraş Rabbah”a görə, İbrahim məbəddəki ən böyük bütdən başqa hamısını sındırır. Bundan sonra atası Taruh və digər rəhbər adamlar tərəfindən sorğu-sual edilən İbrahim, suallara kinayəli bir üslubda cavab vermişdir. İbrahim bütlərin yeməsi üçün ən böyük bütə bir öküz verdiyini, ancaq kiçik bütlərin cəld tərpənib öküzü yediklərini, böyük bütün də özünə qarşı edilmiş olan hörmətsizliyə görə əsəbləşərək digərlərini parçaladığını bildirmişdir. Başqa bir hekayədə İbrahimin böyük bütə verdiyini bildirdiyi şeyin bir qab buğda unu olduğu bildirilir. Ayrıca sinaqoqlarda dini təhsil verən məktəblərə də midraş adı verilir. Türkiyədəki sinaqoqların midraş bölümləri, 1948-ci ildə İsrail dövlətinin yaranması ilə Türkiyədə yaşayan yəhudilərin adı çəkilən dövlətə köçməsi ilə yəhudi toplumun sayca azalmasına görə bağlanması zəruri olmuşdur.
Pirdağ
Pirdağ (Qubadlı) — Qubadlı rayonunda dağ. Hündürlüyü 1376 m. Pirdağ (Oğuz) — Oğuz rayonu ərazisində dağ. Hündürlüyü 764 m.
Sindao
Sindao - Çində, Şandonq əyalətində, Sarı dənizin sahilində qədim şəhər. Sindao, Şandonq əyalətinin ən vacib ticarət və turist mərkəzidir. Şəhərin adı çin dilindən tərcümədə "mavi ada" deməkdir. 2008 Pekin Yay Olimpiya oyunlarının yelkən yarışları bu şəhərdə keçirilmişdir. Şəhər ərazisində ilk məskunlaşma 6000 il əvvələ aiddir. İkinci dünya müharibəsindən sonra şəhər ABŞ donanmasının Qərbi Sakit Okean Donanmasının baş qərargahı olmuşdur. Çinin 1984-cü ildəki xarici ticarət siyasəti dəyişikliyindən sonra şəhər sürətlə inkişaf etmişdir. Şəhər Şandun yarımadasının cənub sahilində yerləşir. Şəhərin ən hündür yeri 1.133 metr yüksəklikdə yerləşir. Şəhərdə musson iqlimi hakimdir.
Sircan
Sircan (fars. سیرجان‎, Sīrjān), İranın Kerman ostanında şəhər. Öz adını daşıyan Sircan şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 167.014 nəfərdir. Şəhər yerfıstığı məhsulu və kilimləriylə məşhurdur. Şəhər İranın sürətlə böyüyən şəhərlərindən birisidir. Xüsusilə yeni qurulan Sircan Azad İqtisadi Bölgəsi şəhərin inkişafında önəmli bir yer qazandırmış və Sircan idxalat və ixracat mallarının depolandığı və ölkə sənayesinin dayanağı halına gələn ən önəmli mərkəzlərdən birinə dönmüşdür. Sircanın xüsusi iqtisadi bölgəsinin böyük milli bir layihə olaraq seçilməsindəki sebeb, bölgənin başda coğrafi vəziyyəti olmaq üzrə, sahib olduğu digər məsələlər də var. Ölkənin ən böyük dəniz limanı Bəndər Abbasa 300 km məsafədə olan və Fars, Yəzd, Xorasan, Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərinin tam ortasında olan bu bölgə eyni zamanda Bəndər Abbas limanı yoluyla ölkəyə girən malların mübadiləsi və paylaşmasının aparıldığı önəmli bir kəsişmə nöqtəsində yerləşir.
Sirius
Sirius ulduzu — Gecə səmasında görünən ən parlaq ulduzdur. Və Yer üzünə yaxın ən böyük ulduzdur. Sirius ulduzu parlaqlığına görə yalnız Günəş və Aydan geri qalır Sirius ulduzu iki ulduzdan ibarətdir: böyük və parlaq ulduza Sirius-A və digərinə Sirius-B adı verilmişdir. Sirius-A nın diametri 2335000 km olan bir ulduz növüdür, Sirius-B nin diametri isə 12000 km olan bir ağ cırtdan ulduzdur. Sirius-A Günəşdən 2.4 dəfə böyükdür, Sirius-B isə yer kürəsindən balaca və təxminən Venera planeti ölçüsündədir. Sirius-A və Sirius-B bir-birinin ətrafında dönərlər və onların dönmə periodu 50 ildir. Sirius-A ulduzu və Sirius-B ağ cırtdanı, yer kürəsindən 8.6 ışıq ili uzaqlıqdadır və yer kürəsinə ən yaxın ulduzlardan birisidir. Sirius-A bu parlaq görünüşünü əslində işıqlandırma gücünün yanında Günəş Sisteminə yaxınlığına borcludur. Günəşə 2.6 parsek (8.47 işıq ili) uzaqlıqda oluşundan ötəri, Sirius Sistemi kosmosdakı yaxın qonşularımızdan biridir. . İşıqlandırma gücü Günəşin 25 qatı olmaqla birlikdə, Kanopus və ya Rigel kimi digər parlaq ulduzlara nisbətlə aşağıda qalır.
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Şirgah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Şirqah
Şirgah — İranın Mazandaran ostanının Savadkuh şəhristanının Şirgah bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 8,529 nəfər və 2,269 ailədən ibarət idi.
Şirtan
Şartan (шарта́н, шырта́н, шитран; çuvaş. шӑрттан, шӑртан) - Çuvaşların xüsusi ənənəsi ilə hazırlanan kolbasadır. Delikates hesab edilir və adətən bayramlarda hazırlanır. Bayram ənənəsi daşıyır. Onu vam xodda odun üzərində bişirirlər. Əsas tərkibi qoyun əti, mədəsi və sarımsaqdır. Müasir dövrdə çuvaşlar bu kolbasanı yalnızca qoyun ətindən deyil, həmçinin mal əti və donuz ətindən də istifadə edirlər. Çuvaşiya və Mariy El respublikalarında bu kolbasanı istehsal edən sənaye obyektləri mövcuddur. Kolbasanı hazırlamaq üçün farş ilə lazımı inqreyendləri birlikdə vam xodda odun üzərində bişirmək lazımdır. Bişirilmə prosesi biretaplıdır və 6 saat çəkir.
Şirvan
Şirvan (tarixi ərazi) — Azərbaycan Respublikasının şərqində, Xəzər dənizinin qərb sahili ilə Kür çayı arasında yerləşən tarixi ərazi. Şirvan (qədim şəhər) — Azərbaycan ərazisində qədim şəhər, Şirvan vilayətinin mərkəzi olmuşdur. Şirvanat — Şirvan bölgəsinin adının ərəbcə cəm şəklidir. Orta əsr mənbələrində Şirvan və ona tabe olan ərazilərə verilən ad. Şirvan xanlığı — 1747-ci ildən 1820-ci ilədək Azərbaycan ərazisində mövcud olmuş dövlət. Şirvan bəylərbəyliyi və ya Şirvan vilayəti — Səfəvilər tərəfindən Şirvanşahlar dövlətinin varlığına son qoyulduqdan sonra, yerində yaratdıqları inzibati-ərazi vahidi. Şirvan əyaləti — Osmanlı dövlətinin tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. Şirvan bəyliyi — Osmanlı imperiyası daxilində bir kürd bəyliyi. Şirvan (Azərbaycan) — 2008-ci ilədək adı Əli Bayramlı olan Azərbaycan şəhəri. Şirvan düzü — Kür-Araz ovalığının Kür çayından sol tərəfdə, Mingəçevir su anbarı ilə Xəzər dənizi arasında yerləşən ərazi.
Şırlan
Şırlan — Azərbaycan Respublikasının Şuşa rayonunun Şırlan kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Şuşa rayonunun Şırlan kəndi Çaykənd kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şırlan kənd Soveti yaradılmışdır. 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Şırlan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikasının nəzarətinə qayıtmışdır. Şırlan kəndi yaşayış məntəqəsi kimi xəlfəli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Kənd öz adını yaxınlıqdakı Şırlan adlı şəlalənin adından almışdır. Şırlan hündür yerdən tökülən çay, şəlalə, şırşır deməkdir. Şırlan kəndi fransız, ingilis, rus, fars, ərəb və digər səyyahların marağına səbəb olub. Məşhur türk sərkərdələri Ənvər Paşa, Nuru Paşa bu kənddə qonaq olublar.
Daşların sirdaşı... AMEA-nın müxbir üzvü Məşədixanım Nemət (2012)
Film Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Məşədixanım Nemət haqqındadır.