Şaban Şirdanov
Şaban Şirdanov — Azərbaycanlı futbol mütəxəssisi.
== Həyatı ==
Şaban Rəcəb oğlu Şirdanov 1960-cı ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuşdur.
== Təhsili ==
1982-ci ildə Azərbaycan SSR Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə ilə bitirmişdir.
== Karyerası ==
Ali təhsil aldığı illərdə tərkibində İqor Ponomaryovun da oynadığı Azərbaycan SSR-in tələbələrdən ibarət yığma komandasında çıxış etmişdir. Ali məktəbi bitirdikdən sonra onun təyinatını elə doğulduğu Zaqatala rayonuna verirlər. Burada idman müəllimi kimi işə başlayır. Az sonra rayonda futbol məşqçisi kimi tanınır.
=== Daşqın ===
1981-ci ildə Zaqatalaya qayıdaraq bir müddət əvvəl dağılmış rayonun "Daşqın" futbol komandasını yenidən bərpa etmiş, 1995-ci ilədək həmin komandanın oynayan baş məşqçisi olmuşdur. "Daşqın" onun rəhbərliyi altında 1988-1990-cı illərdə SSRİ çempionatının aşağı dəstələrində, 1992-1993-cü illərdə müstəqil Azərbaycanın ilk milli çempionatlarında, 1994-1995-ci illərdə Azərbaycan çempionatının aşağı dəstəsində mübarizə aparmışdır.
1991-ci ildə Azərbaycanda ilk dəfə rayon kəndləri arasında bütün mövsümü əhatə edən dairəvi, iki dövrəli futbol çempionatı keçirmişdir.