1. bax burulğan 1-ci mənada.
…Gah sahil, gah girdab olur məskənim; Nə qədər bəlalı başım var mənim!
Gah olur ki, cəbhə yarıb ordular basan; Bir igidi kiçik bir çay girdaba salır.
Sabah qışsız, boransız bir həyat qurulanda; Bu girdabın suları aynatək durulanda…
2. məc. Ağır, qorxulu hal, həyatın keşməkeşi, çıxılmaz vəziyyət.
Noldu qəmimə gətirmədin tab; Qorxutdu məgər səni bu girdab?
Batıb burulğana itir gözündən; Həyatın da belə girdabları var.