Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sədərək
Sədərək — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Kənd 2003-cü ilə qədər eyniadlı rayonun mərkəzi idi. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Sədərək qəsəbəsi kənd statusuna aid edilmiş və Sədərək kəndi adlandırılmış, Sədərək qəsəbə inzibati ərazi dairəsi Sədərək kənd inzibati ərazi dairəsi adlandırılmışdır. Sədərək rayonunun mərkəzi Sədərək kəndindən Heydərabad qəsəbəsinə keçirilmişdir. Sədərək düzündə yerləşir. Sədərək adı haqqında toponimikada müxtəlif fikirlər mövcuddur. Oykonimi sedars (fars. “119 dara”), rang (fars. “yüz rang”), Sagt'ay (“Dədə Qorqud” qəhrəmanlarından biri), Quxur Sadd (vaxtila Sədərək da daxil olmaqla Naxçıvan erazisi belə adlanırdı) sözləri ilə əlaqələndirirlər. Lakin son tədqiqatlara görə, toponim ərəb dilindəki saddr (düşərgə) sözü və -ak şak.-sindən ibarətdir.
Dəmirçi (Sədərək)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Heydərabad (Sədərək)
Heydərabad — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda qəsəbə. == Statusu == Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibində faktik mövcud olan ərazi vahidi Heydərabad qəsəbəsi adlandırılmış və rayonun ərazi vahidləri uçot məlumatına daxil edilmiş, Heydərabad qəsəbəsi Sədərək qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Heydərabad qəsəbə inzibati ərazi dairəsi yaradılmışdır. == Tarixi == Qəsəbə 1970-ci illərdə Azərbaycan prezidenti Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin 23 mart 2000-ci il tarixli qərarı ilə Sədərək kəndindən ayrılmışdır. Bunun nəticəsində qəsəbə müstəqil idarə vahidi halına gəlmişdir. Ermənistanla sərhəddə yerləşdiyinə görə, dəfələrlə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən silahlı hücumlara məruz qalmışdır. 1992-ci ildə artilleriya mərmiləri ilə qəsəbə darmadağın edilmişdir. Bu səbəblə qəsəbə əhalisi məcburi köçkün olmuşdur. Məcburi köçkünlər Sədərək kəndində və Naxçıvanın digər bölgələrində məskunlaşmalı oldular. 1997-ci və 1998-ci illər arasında bərpa edilərək inşaat və yaxşılaşdırma işləri edildi və yeni ofis binaları, ictimai müəssisələr, ticarət mərkəzləri və s.
Qaraağac (Sədərək)
Qaraağac — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qaraağac kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Qaraağac kəndi Sədərək qəsəbə inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qaraağackənd inzibati-ərazi vahidi yaradılmışdır.
Sədərək (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Sədərək — Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Sədərək rayonu — Azərbaycan Respublikasında, Naxçıvan Muxtar Respublikasında rayon. Sədərək (qədim yaşayış yeri) — Sədərək nahiyəsi — Sədərək sultanlığı — Sədərək düzü — Digər Sədərək qalası — Sədərək körpüsü — Sədərək məscidi — Naxçıvan Muxtar Respublikasında məscid. Sədərək məscidi — Sədərək Ticarət Mərkəzi ərazisində məscid.
Sədərək FK
"Sədərək" — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun futbol klubu. Naxçıvan Muxtar Respublikasının futbol çempionatında iştirak edir.
Sədərək TM
"Sədərək Ticarət Mərkəzi" — Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri "Sədərək Ticarət Mərkəzi" 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülmüşdür. Sədərək Firmasının rəhbərliyinin dəstəyi sayəsində iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran Çexiya, Polşa kimi bir sıra xarici ölkələrin aparıcı fabrik və zavodları ilə işgüzar əlaqələr quraraq əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nəticəsində regionda qiymətlərin 30-40%-ə qədər enməsinə, Ticarət Mərkəzində dünyanın bir çox xarici ölkələrindən gətirilən yüksək keyfiyyətli malların satılmasına nail olunmuşdur. Bu gün Sədərək Ticarət Mərkəzi yalnız Azərbaycanda, deyil eyni zamanda Cənubi Qafqaz regionunda yerləşən qonşu Gürcüstan, Rusiyanın iş adamları üçün də əsas topdansatış mərkəzinə çevrilmişdir. Sədərək Ticarət mərkəzinin ərazisində təmizlik, yaşıllaşdırma və abadlıq işləri hər gün aparılır. Ticarət mərkəzinin ərazisindəki istər istehsal, istərsə də satışla məşğul olan qurumlar mövcud ekoloji standartlara uyğun fəaliyyət göstərir. Sədərək Ticarət mərkəzinin ərazisindəki çirkab sular, dünya standartlarına uyğun xüsusi su təmizləmə qurğu vasitəsi ilə təmizlənir, təmiz texniki su halına gətirilərək, ərazidəki yaşıllıqların suvarılmasında istifadə olunur. Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir. Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur. Sədərək Ticarət Mərkəzi şərti olaraq 6 hissəyə bölünürː ELİT KORPUSU XALÇA BAZARI TİKİNTİ BAZARI I ƏRAZİ II ƏRAZİ III ƏRAZİ Sədərək Ticarət Mərkəzi ərazisində böyük miqdarda münasib şəraitli, örtüklü anbarlar fəaliyyət göstərir.
Sədərək düzü
Sədərək düzü — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində maili düzənlik. Arazboyu düzənliklərdən biri. Cənub-şərqdə Dəhnə və Vəlidağ yüksəklikləri vasitəsilə Şərur maili düzənliyindən ayrılır. Şimal-qərbdə Ağrı düzənliyi ilə birləşir, cənub-qərbdə isə Araza qovuşur. Allüvial və allüvial-provülial çöküntülərdən təşkil olunmuşdur. 800-940 m mütləq yüksəkliyə malik olan Sədərək düzü şimaldan cənuba və qərdbdən şərqə doğru meyillidir. Sədərək düzünün mərkəzi hissəsindən kənd təsərrüfatı məqsədləri üçün istifadə olunur. Üzümçülük inkişaf etmişdir.
Sədərək körpüsü
Sarıdağ — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu ərazisində, Araz çayı üzərində körpü. Türkiyə ilə Azərbaycan arasında sərhəddə iki qardaş dövlət və ölkəni birləşdirir.
Sədərək məscidi
Sədərək məscidi – Naxçıvan Muxtar Respublikasının Sədərək kəndində 18-19 əsrlərə aid memarlıq abidəsi. Məscid böyüklüyü, abadlığı və kitabələrinin zənginliyinə görə fərqlənir. Məscidin baş fasadında, önündə sütun başlığında taxta üzərində, birinci cərgə, ikinci cərgə və digər sütun başlıqlarında nəstəliq xətti ilə memar və xəttatların adları, Qurandan ayələr həkk olunmuşdur. Kitabələrdə bir necə tarix göstərilmişdir: hicri 1112 (1700-1701), hicri 1259 (1843), hicri 1315 (1897). Hicri 1112 il məscidin tikilmə tarixi sayılarsa, binanın hicri 1259-cu ildə əsaslı təmir olunduğunu söyləmək mümkündür. Çünki bina 18 əsr memarlıq-konstruktiv formalarını saxlamamışdır. Hicri 1315 ildə yenidən təmir işləri aparılmışdır. Hazırkı binanın memarı sədərəkli Abbasın oğlu Məhəmməd olmuşdur. Məsciddəki taxta işləri, yaraşıqlı nəbatı ornament və kitabə motivləri ilə işlənmiş sütun başlıqları sədərəkli memar və nəccar Məhəmmədə məxsusdur. 1259/1843 il tarixli kitabəyə əsasən, Təqi oğlu Məşədi Əhmədin memar Məhəmmədlə eyni vaxtda işləməsi, Məhəmmədin yüksək peşəkar memar, Məşədi Əhmədin ilə bənna olması qənaətinə gəlmək olar.
Sədərək nahiyəsi
Sədərək nahiyəsi — İrəvan əyalətinin İrəvan livasının nahiyəsi. Sədərək nahiyəsi 25 kənddən ibarət olmuşdur. Nahiyə XVIII əsrin əvvəllərində osmanlıların idarəsində olan İrəvan əyalətinin nahiyələrindən biri hesab edilir. 1728-ci il tarixli "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə Sədərək nahiyəsi haqqında məlumatlar verilmişdi. 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə Sədərək nahiyəsində dümbülü əşirətinin Xatunkəhriz, Molla Xəlil, İsaxan, Dərəbəy, Yaqutxan, Söyüdlü, Hacı İslam, Bəy, Öküzbatır kəndlərində yaşadığı qeydə alınmışdır (1831-ci və 1842-ci illər) "İrəvan əyalətinin müfəssəl dəftəri"ndə 23 yaşayış məntəqəsini əhatə etdiyi qeyd olunur və həmin ərazidə cəmi 178 ailə yaşamaqda idi. Əhalisi etnik mənsubiyyətinə görə deyil, dini mənsubiyyətinə görə quruplaşdırılmışdı; böyük əksəriyyəti müsəlmanlar (azərbaycanlılar) idi. Sədərək nahiyəsinin illik gəliri həmin dövrün əskinasıyla 60 660 ağça təşkil edirdi.
Sədərək qalası
Sədərək qalası — Sədərək rayonu ərazisində, Sədərək qəsəbəsinin cənubunda, Araz çayına doğru uzanan Vəlidağın cənub – qərb silsiləsi üzərində Son Tunc və İlk Dəmir dövrlərinə aid (e.ə. V–IV minilliklər) qala – şəhər. Abidə 2001-ci ildə Naxçıvan Arxeoloji Ekspedisiyası tərəfindən aşkar edilmişdir. Qala–şəhərin salındığı yüksəklik əlverişli strateji mövqeyə malikdir. Anadolu–Sədərək–Naxçıvan istiqamətindəki qədim karvan yolu buradan yaxşı müşahidə olunur və nəzarətdə saxlanılırdı. Qala divarı boyunca bir neçə yerdə daş tikinti qalıqları və zəngin mədəni təbəqə vardır. Buradan e.ə. II minilliyin II yarısı – I minilliyin əvvəllərinə aid boz, qara və açıq çəhrayı rəngli gil qab qırıqları və obsidian lövhələr əldə edilmişdir. Dağın cənub, şərq və qərb ətəklərindən aşağı terraslarda buraya çıxmaq mümkün olan bütün keçidlərin qarşısını kəsən 2,5 metr enində siklop tipli möhtəşəm müdafiə səddi ucaldılmışdır. Həmin möhtəşəm sədd 1,5 – 2 metr hündürlüyündə salamat qalmışdır.
Sədərək rayonu
Sədərək rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Sərhəd bölgəsinin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləmdirmək, həmçinin ərazinin geostratrji mövqeyi nəzərə alınaraq 1990-cı il avqustun 28-də Azərb. SSR Ali Sovetinin fərmanı əsasında yaradılmışdır. Cənub-qərbdən Türkiyə ilə 11 km, şimal-qərbdən Ermənistanla 24 km məsafədə həmsərhəddir. Naxçıvandan məsafəsi — 90 km İnzibati mərkəzi: — Heydərabad qəsəbəsi Sahəsi − 160 km Əhalisi − 14 016 nəfər (01.01.2011) Əsas zirvələri: Kömürlüdağ (2065 m), Ardıc dağı (2034 m), Vəlidağ (1242 m), Əjdaha dağı (1239 m), Daşburun dağı (1239 m), Qaraburun dağı (945 m). Əsas çayları: Araz (1072 km), Qaraçay (14 km), Çapançay (12 km). Naxçıvan MR-da iri yaşayış məntəqəsi. Sədərək düzündədir. Bəzi tədqiqatçılara görə toponim ərəb dilindəki sədər (düşərgə) sözü və -ə k sözdüzəldici şəkilçisindən ibarətdir. Ehtimal ki, kənd vaxtı ilə hərbi düşəkgə olan ərazidə salınmışdır.
Sədərək sultanlığı
Sədərək sultanlığı — Sədərək XVI əsr mənbələrində sultanlıq kimi göstərilir. Fransız səyyahı J.Şarden də təsdiqləyir ki, bu dövrdə Sədərək ayrıca bir hakimlik – sultanlıq olmuş, Qars, İğdır və Sədərək əraziləri bir sultanlıqda birləşmişdir. Şarden yazır: “Çox düzən və barlı-bəhərli bir ölkə ilə beş lyö getdik. O, dağlarla əhatə olunmuşdu. Sağdakı dağları Nuh dağı adlandırırlar. Biz Qaynar adlı kiçik bir şəhərdə mənzil saldıq. Biz həmin yolla gedib səkkiz lyö qət etdik. Yolun yarısında, sol tərəfdə Sədərək adlı şəhərciyin yanından ötüb keçdik. Mahalın sultanı da bu şəhərcikdə yaşayır”.Qeyd edək ki, Səfəvilər dövründə daha kiçik inzibati vahidlərin hakimləri sultan titulunu daşıyır və onlar yerli hakimiyyət orqanlarını müstəqil surətdə yaradırdılar. Sultanlar müvafiq vilayətin qolbəyilərinə və bəzən birbaşa bəylərbəyisinə tabe idilər.
Sədərək döyüşləri
Sədərək döyüşləri — 1990–1993-cü ildə Naxçıvan Muxtar Respublikasında baş vermiş Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında hərbi münaqişə. Ermənilərin Sədərəyə, ümumən Naxçıvana, Azərbaycana torpaq iddiaları 1990-cı illərdən başlamır. 1918–1920-ci illərdə Sədərək əhalisinin ermənilərə qarşı apardığı mübarizədə Abbasqulu bəy Şadlinskinin rəhbərliyi ilə təşkil olunmuş "Qırmızı Tabor"un böyük xidmətləri olub. Qırx nəfəri sədərəkli olan "Qırmızı Tabor"un əsas qərargahı bir müddət Sədərəkdə yerləşib. Dərələyəz və Zəngəzur dağlarına çəkilmiş daşnak dəstələri hücumları ilə Şərur əhalisini rahat buraxmayanda "Qırmızı Tabor"un döyüşçüləri 40 kilometrlik cəbhə xəttində daşnak dəstələrini susturmuşdur. Moskva və 1921-ci il oktyabr ayının 13-də imzalanmış Qars müqavilələrinə baxmayaraq, heç bir əsaslı səbəb olmadan, hər iki müqavilənin şərtləri kobud şəkildə pozulmuş və həmin müqavilələri qanunsuz olaraq Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarı ilə Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kvadrat kilometr torpaq sahəsi Ermənistan SSR-ə verilmişdir. Nəticədə azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verildi. 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminə qarşı SSRİ tərəfindən lazimi tədbirlər görülmədiyindən ermənilər artıq Naxçıvana da hücum etməyə başlayırlar. İlk hədəf Sədərəkdən 10 km aralı yerləşən və hər tərəfdən Ermənistanla sərhəd olan Kərki anklavı idi.
"Sədərək" un dəyirmanı
Sədərək Ticarət Mərkəzi
"Sədərək Ticarət Mərkəzi" — Azərbaycanın ən böyük ticarət mərkəzlərindən biri "Sədərək Ticarət Mərkəzi" 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlamış, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülmüşdür. Sədərək Firmasının rəhbərliyinin dəstəyi sayəsində iş adamları ABŞ, Fransa, İtaliya, Çin, Yunanıstan, Rusiya, Türkiyə, İran Çexiya, Polşa kimi bir sıra xarici ölkələrin aparıcı fabrik və zavodları ilə işgüzar əlaqələr quraraq əməkdaşlıq edirlər. Bu əməkdaşlıq nəticəsində regionda qiymətlərin 30-40%-ə qədər enməsinə, Ticarət Mərkəzində dünyanın bir çox xarici ölkələrindən gətirilən yüksək keyfiyyətli malların satılmasına nail olunmuşdur. Bu gün Sədərək Ticarət Mərkəzi yalnız Azərbaycanda, deyil eyni zamanda Cənubi Qafqaz regionunda yerləşən qonşu Gürcüstan, Rusiyanın iş adamları üçün də əsas topdansatış mərkəzinə çevrilmişdir. Sədərək Ticarət mərkəzinin ərazisində təmizlik, yaşıllaşdırma və abadlıq işləri hər gün aparılır. Ticarət mərkəzinin ərazisindəki istər istehsal, istərsə də satışla məşğul olan qurumlar mövcud ekoloji standartlara uyğun fəaliyyət göstərir. Sədərək Ticarət mərkəzinin ərazisindəki çirkab sular, dünya standartlarına uyğun xüsusi su təmizləmə qurğu vasitəsi ilə təmizlənir, təmiz texniki su halına gətirilərək, ərazidəki yaşıllıqların suvarılmasında istifadə olunur. Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir. Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur. Sədərək Ticarət Mərkəzi şərti olaraq 6 hissəyə bölünürː ELİT KORPUSU XALÇA BAZARI TİKİNTİ BAZARI I ƏRAZİ II ƏRAZİ III ƏRAZİ Sədərək Ticarət Mərkəzi ərazisində böyük miqdarda münasib şəraitli, örtüklü anbarlar fəaliyyət göstərir.
Sədərək maili düzənliyi
Sədərək maili düzənliyi - Muxtar Respublikanın şimal-qərbində yerləşən Sədərək düzü cənubdan Arazla, şimal qərbdən isə Saraybulaq dağlarının cənub-şərq ətəkləri ilə əhatələnir. Düzənliyin orta yüksəkliyi 930 m olmaqla iki terrasdan ibarətdir. Birinci terras Sədərəyin şimal-şərqində qalıq halında, ikincisi isə qum buzlaq çöküntüləri ilə örtülmüşdür. Münbit torpağa malik olan bu düzənlik Naxçıvan MR-in kənd təsərrüfatında mühüm rol oynayır. Sədərək düzü Cəhənnəm dərəsinin düzənliyə çıxdığı hissədən başlayaraq dəmiryol xəttindən bir qədər qərbə doğru davam edir. Bura Cəhənnəm dərəsinin gətirmə konusundan ibarətdir. Dərənin şərq hissəində iri daşlardan ibarət sel çöküntüləri enli zolaqlar şəklində yayılmışdır. Bu çöküntülər əsasən Sədərək kəndinə qədər davam edir. Kənddən cənub-qərbə isə başlıca olaraq allüvial çöküntülər yayılmışdır. Düzənliyin Ucubiz tirəsinə və Vəlidağa yaxın olan hissələrində gətirmə konusları çökdürülmüşdür.
Sədərək məscidi (Bakı)
Rəsulallah məscidi və ya Sədərək məscidi — Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində, Sədərək Ticarət Mərkəzinin ərazisində yerləşən məscid. Məscid Qafqazın ən böyük ticarət mərkəzlərindən biri olan Sədərək Ticarət Mərkəzinin ərazisində 2007-ci ildə tikilmişdir. Məscid əsasən işçilər üçün nəzərdə tutulmuşdur. Məscid iki-mərtəbəli, müasir səkkizbucaqlı bir tikilidir. Məscidin minarəsi yoxdur. İkinci mərtəbədə, məscidin günbəz hissəsində cəmi 14 pəncərə var. Məscidin ərazisinə daxil olan yerdə dördbucaqlı şəklində olan ikinci bir struktur var. Tikili dəstənamaz üçün nəzərdə tutulmuşdur. Məscidin ərazisi hündürlüyü iki metr olan bir çəpərlə əhatə edilmişdir. "Координаты мечети".
Sədərək yaşayış yeri
Naxçıvan-Sədərək magistral yolu
Naxçıvan-Sədərək magistral yolu — Azərbaycanı Türkiyə ilə birbaşa birləşdirən yeganə quru avtomobil yolu. Naxçıvan-Sədərək magistralının tikintisinə 2008-ci ilin martında başlanmışdır. Yolun tikintisi 2010-cu ilə qədər mərhələli şəkildə aparılmış və 2010-cu ilin oktyabrından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Dördzolaqlı yolun ümumi uzunluğu 87 kilometr, eni 23 metr, asfalt qatının eni 17,2 metrdir. Böyük İpək yolunun bir hissəsi sayılan bu magistral muxtar respublikanın Kəngərli, Şərur və Sədərək rayonlarını birləşdirir. Azəravtoyolun rəsmi saytında verilən məlumata görə yolun indeksi M-7-dir.
Şərur-Sədərək seçki dairəsi
Sədərək (qədim yaşayış yeri)
Sədərək yaşayış yeri Araz çayının sol sahilində Naxçıvan MR eyni adlı kəndindən cənub-şərq tərəfə geniş bir ərazini əhatə edən orta əsr şəhərtipli iri yaşayış yeri. Abidə ərazisində kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar nəticəsində daş və bişmiş kərpicdən inşa edilmiş yaşayış evlərinin qalıqları, külli miqdarda maddi mədəniyyət nümunələri aşkar edilmiş, yaşayış məskəninin su təchizatına dair maraqlı materiallar əldə olunmuşdur. Tapıntılar arasında şirli və şirsiz saxsı məmulat daha çoxdur. Buradan pəncərə şüşələrinin qırıqlarının tapılması da qeyd olunmalıdır. Arxeoloji kompleks Sədərək orta əsr şəhərtipli yaşayış yerinin IX-XVIII yüzilliklərdə mövcud olduğuna dəlalət edir .
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi
Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi — Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda fə­a­liy­yət gös­tə­rən ta­rix-di­yar­şü­nas­lıq mu­zeyi.­ Muzey 1978-ci il fevral ayının 23-də Ölkəşünaslıq muzeyi olaraq yaradılmış, 2000-ci il 26 iyun tarixdən isə Sədərək Rayon Tarix-Diyarşünaslıq Muzeyi kimi fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə Heydərabad qəsəbəsində bu mədəniyyət müəssisəsi üçün yeni bina ucaldılıb. İkimərtəbəli muzey binası 2 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. 2002-ci il­də mu­ze­yin 4 böl­mə­si, 613 ekspo­na­tı olub. Muzey arxeologiya, etnoqrafiya, tətbiqi sənət, xalçaçılıq, qədim silahlar, kənd təsərrüfatı alətləri, numizmatika, flora və fauna bölmələrindən ibarətdir. Muzeyin fonduna 2500-ə yaxın eksponat daxildir. Onlardan 1464-ü ekspozisiyada nümayiş etdirilir. Muzeydə numizmatika məmulatları, saxsı qablar və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, qədim toxuculuq alətləri, xalçalar və digər dəyərli eksponatlar nümayiş olunur.
1 saylı Şərur-Sədərək seçki dairəsi
Gəmərək
Gəmərək (türk. Gemerek) — Sivas ilinin ilçəsi.
Sədərəsb
Sədərəsb - Orta çağ Azərbaycan məntəqəsi. Afşinin əmri ilə Bəzz və Bərzənd arasında qazılmış səngər. Sambur çayı yanında yerləşir. Ət-Təbəri onu Bərzənd xəndəyi adlandırır . Tarixçi Əl-Yəqubi yazır: "О (əl-Mö'təsim), Afşin Heydər ibn Kavus əl-Usruşanini Babəkə qarşı göndərir və onu hansı vilayətlərdən keçəcəksə, hamısına hakim təyin edir. О özü ilə çoxlu mal (pul) və silah anbarı götürmüşdü. Əl-Cəbələ çatdıqda о buradakı (dağlardakı) avaraları və nəcabətli şəxsləri özü ilə götürür və yoluna davam edir. Onunla Babək arasında bir neçə dəfə döyüş başverir. Onun ordusu Bərzənd adlı yerdə dayanır, sonra Sədərəsbadlı yerə çatır. O, Babəklə bir il müddətində, ta ki, çoxlu qar yağanacan müharibə aparır, sonra Bərzəndə qayıdır.
Zəyərək
Kətan (lat. Linum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin zəyrəkkimilər fəsiləsinə aid bitki cinsi. Yağlı kətanın toxumlarında 38-45% yarımquruyan yağ (yod ədədi 165-192) vardır. Bu yağ lak-boyaq sənayesində yüksək qiymətləndirilir. Kətan yağı dəri, sabunbişirmə, kağız, ətriyyat, rezin, elektrotexnika sənayesində və başqa sənaye sahələrində o, cümlədən tibdə də işlədilir. Kətan yağı həm də qida kimi istifadə olunur. Jmıxı və cecəsi heyvandarlıqda qiymətli zülalı yemdir. Jmıxın hər 100 kq-da 115 yem vahidi, 28,5 kq həzm olunan protein vardır. Cecəsinin 100 kq-da isə 103 yem vahidi, 28,9 kq həzm olunan protein vardır. Yetişməmiş toxumdan hazırlanan jmıxı yemləmədən qabaq buxara verilir ki, heyvanlarda zəhərləmə əmələ gətirməsin.
Əspərək
Əspərək (lat. Reseda) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinə aid bitki cinsi.
Sədəqə
Sədəqə (din)
Seversk
Seversk (rus. Се́верск) — Rusiyanın Tomsk vilayətində yerləşən qapalı şəhər tipli yaşayış məntəqəsidir. Şəhər Tom çayının sağ sahilində yerləşir. Şəhərin əhalisi 2010-cu il tarixinə görə 108.590 nəfərdir. Seversk, 1949-cu ildə Sibir Nüvə Elektrik Stansiyasına və kimyəvi müəssisələrə xidmət etmək üçün qurulmuşdur.
Şəkərəm
Şahkərəm, — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Başlıbel kənd inzibati ərazi dairəsində kənd. (Şəkərəm deyə kənd yoxdu, kəndin əsil adı Şahkərəmdir) 1993-cü ildə Ermənistan Respublikası Silahlı .Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Kəlbəcər r-nunun Başhbel i.ə.v.-də kənd. Dəlidağın (Kiçik Qafqaz) ətəyindədir. Yerli əhalinin məlumatma görə, yaşayış məntəqəsini Laçın r-nunda vaxtilə mövcud olmuş Muncuqlu kəndindən köçüb gəlmiş ailələlr salmışlar. Şahkərəm bu ailələrin başçısının adıdır.
Əştərək
Əştərək, Aştarak — Ermənistan Respublikasında şəhər. İrəvan şəhərindən Şimal-Qərbdə, Abaran (dəyişdirilmiş adı Kasax) çayı sahilində, İrəvan-Gümrü şose yolunun üstündə yerləşir. 1963-cü ildən respublika tabeli şəhərdir. Əştərək rayonunun mərkəzidir. IV əsrlərdə Arşakilərin, VIII-X əsrlərdə ərəblərin, IX-XI əsrlərdə Şirak hakimiyyətinin tabeliyində Pəhləvilərin hökmranlığı altında olmuş, XI-XVI əsrlərdə Səlcuq türklərinin tabeliyində, XVI-XIX əsrlərdə İrəvan xanlığına tabe olan Karbibasar mahalının tərkibində olmuşdur. 1828-ci ildə rus işğalından sonra İrəvan quberniyasının İrəvan qəzasının, sonra Eçmiədzin qəzasının tabeliyinə keçmişdir. İndi Ermənistan adlanan ərazidə sovet hökuməti qurulandan sonra 1929-cu illərdə rayonlaşdırma inzibati-ərazi bölgüsü yaradıldı. Əştərək 9 sentyabr 1930-cu ildə yaradılan rayonun adı oldu. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Əştərək kimi, 1728-ci il tarixdə tərtib edilmiş «İrəvan əyalətinin icmal dəftəri»ndə Karbi nahiyyəsinin tərkibində Aştarak, Qafqazın 5 verstlik xəritəsində Əştərək (Aştarak) kimi qeyd edilmişdir. Danışıq dilində Həştərək formasında işlədilir.