SEYRƏK

sif.
1. Bir-birindən aralı, uzaq, sıx, qalın olmayan, adda-budda (sıx əksi). Seyrək meşə. Seyrək ot.
– Uzaqda görünən seyrək pöhrəliyin içi və dilik-dilik olan yalların sinəsi yarılırdı. S.Rəhimov.

// Eyni mənada saç, tük haqqında.
Gözlərinin mehriban gülüşü yadımdadır; Saçlarının seyrək gümüşü yadımdadır. R.Rza.
[Xoşqədəm nənənin] çallaşmış seyrək qaşları altdan işıldayan, çuxura düşmüş, xırda, qara gözləri hələ öz nurunu itirməmişdi. S.Qədirzadə.

2. Bütöv halında olmayan, parça-parça, ara-sıra.
Ay saf göydə öz gediş sürətini artırmış, ağ pambıq kimi seyrək buludlar onu gəlin aparan kimi əhatə etmişdir. H.Nəzərli.
Ağ seyrək dumanı aparır külək; Üzür bir oğlanla bir qız qayıqda. H.Hüseynzadə.

3. Zərf mənasında. Ara-sıra, hərdənbir, azaz, tək-tək.
Seyrək eşitdiyin hər söhbətində; Ölüm düşünərdi, ölmək arardı. S.Vurğun.
Seyrək keçir hələ atlı, piyada; Bəzəkli faytonlar yoxdur orada. H.K.Sanılı.

◊ Ağıldan seyrək – bax ağıldan kasıb (“ağıl1”da).

Sinonimlər (yaxın mənalı sözlər)

  • SEYRƏK hərdənbir — arabir
  • SEYRƏK tək-tük — aralı
  • SEYRƏK boş

Antonimlər (əks mənalı sözlər)

  • SEYRƏK SEYRƏK – BASIRIQ Seyrək yerlərə əlavə toxum səpirlər (Ə.Vəliyev); Mədənin qapısı da çox basırıq idi (M

Etimologiya

  • SEYRƏK Bu sözün qədim forması sedrək kimi olub, Birinci hecada d-y əvəzlənməsi baş verib. Kökü seyrə (sedrə) feilidir və “редеть” mənasını əks etdirib
SEYRÇİ
SEYRƏK-SEYRƏK
OBASTAN VİKİ
Seyrək-çiçəkli səhləb

Digər lüğətlərdə

акмеоло́гия на пору́ках немилосе́рдие о́мут переборщи́ть покла́жа пухо́вочка у́мма карто́ха когере́нтность натрави́ть неприя́тельский подве́ять ре́ченька четвертна́я джок пенсне Стугна acescense forty-five pittite snow-blind добродушный саксонец угарный