Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sohar
Sohar (ərəb. صحار‎ing. Sohar) Oman Sultanlığının paytaxtı Maskat şəhərindən başqa ən inkişaf etmiş şəhərdi. Maskat şəhərinin şimalında yerləşən Sohar şəhəri ölkənin ən qədim paytaxtlarından birisi və Sindibadın doğulduğu inanılan şəhərdir. Qədim bir dənizcilik tarixi və tarixi bir balıkçı qəsəbəsi olmaqla yanaşı daha çox Sohar Sənayi limanında tikilməsindən sonra yaranan və inkişaf edən sənayesi ilə məşhurdur. 2010-cu ilin siyahıya alınmasına görə şəhərin əhalisi 140.006 nəfərdir. Buna görə Oman Sultanlığının 5-ci ən böyük əhaliyə malik şəhəri sayılır. Sohar şəhəri bir çox yerli və xarici investorların və işadamlarının diqqət mərkəzinə çevrilmiş şəhərə böyük miqdarda investisiya qoyulmuşdur.Bu investisiya sayəsində 2002-ci ildə Sohar Limanının ətrafında Sohar Sənaye Ərazisində yaranan bir neçə investisiya layihələri ilə sənaye inkişaf etmiş, iqtisadiat yüksəlmişdir. həmçinin Hörmüz boğazına yaxınlığı ilə əlaqəli stratejik bir dəyərə də malikdir. Liman Sohar Sənaye Limanı Şirkəti (SIPC) tərəfində beynəlxalq bir liman kimi idarə olunur.Sohar Sənaye Limanı 12 milyard dollardan çox mövcud olan investisiya ilə dünyanın ən böyük liman inkişaf layihələri arasında yerini tapır.
Səhra
Səhra — bitki örtüyünün və heyvanlar aləminin kasadlığı ilə səciyyələnən düzən səthli landşaft növüdür. Çox quraqlıq, isti havanın gündəlik və illik temperaturu kəskin fərqlənən, illik yağıntısı 250 mm-dən aşağı, buxarlanma yağıntıdan xeyli çox, güclü külək əsən, daimi axan çayları olmayan, çox seyrək bitki örtüyü olan ərazi. Səhraların iki növü mövcuddur: Qum səhraları və buz səhraları. Qum səhralarında vahələrə (oazislərə) də rast gəlinir. Vahələr suyun səthə yaxın yerlərdə toplanmasından əmələ gəlir. Bitkilər bu yerlərdə bitir, bunu nəticəsində vahə yaranır. Səhranın əmələ gəlməsinin ən başlıca səbəbi yağıntının buxarlana biləcək sudan 7–30 dəfə az olmasıdır. Səhranın özünəməxsus iqlimi vardır. Göy üzü aylarla buludsuz olur. Maksimum temperatur +49,5°, +58°-yə çatır, gün altında qumun səthi 90° qızır, illik temperatur amplitudası 90°, gündəlik 30°-yə qalxır.
Səhər
Səhər — sutkanın saat 6-dan 12-dək olan hissəsi. Səhər hər saat qurşağına görə başlayır, ancaq səhərin vaxtına təsir etmir. Sutkanın dövrlərə bölünməsi insanın vaxtını düzgün bölünməsi üçün lazımdır. Səhər sözünün kökü ivrit dilindəki ivr. ‏שחר‏‎ [şaxar] sözünə gedib çıxır ki, onun da mənası "sübh" deməkdir.Talmuda görə , şaxarit adlanan sübh vaxtı ibadət Həzrəti İbrahimdən gəlmişdir. Axşamın xeyrindən səhərin şəri yaxşıdır.
Dəhnə (səhra)
Dəhnə və ya Kiçik Nefud (ərəb. صحراء الدهناء‎) — Yaxın Şərqdə, Ərəbistan yarımadasının mərkəzində yerləşən səhra. Səhra ensiz (20–70 km) və uzunsov formada yayılmışdır. 1200 km şimaldan cənub-şərqə uzanır. Şimaldan Böyük Nefud səhrası və cənub-şərqdən isə Rub-əl-Xali səhrası ilə birləşir. Qərbdən Tuvayk dağları ilə əhatələnir. Şərqdən Əl-Xasa səhrasına keçir. 100 qərbdə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhəri yerləşir.
Gilli səhra
Akkona (səhra)
Akkona (it. Accona) — İtaliyanın Siena vilayəti, Toksana regionunda yerləşən səhra. İllik yağıntının miqdarı 600 mm təşkil edir. İllik günəşli günlərin miqdarının çoxluğu və isti küləklər buxarlanmanı yüksək edir. İllik yağıntının miqdarı 22 °C təşkil edir. Orta əsrlərdə səhrada Monte-Oliveto-Macore monastrı inşa edilmişdir.
Antarktik səhra
Аntarkti səhra — Təbii zona antarktik qurşaq boyunca yerləşir. Bütünlüklə Antarktika materikinin ərazisini əhatə edir. Ən cənub zonadır. Qış ayları ən aşağı temperatur −60 ; −70 °C arası, yayda isə −30 ; −50 °C arası dəyişir. Yay ayları −20° C yuxarı qalxmır. Ən isti bölgə isə Antarktik yarımadasıdır. Burada temperatur 10–12° C çatır. Bəzi hissələrdə rütubət 60–80 % çatır. Sahil hissələrdə rütubət 20 və hətta 5 % çatır. Ankartik səhrada yağıntının miqdarı 30–50 mm-dən 600–700 mm qədər arasında dəyişir.
Kolorado (səhra)
Kolorado (isp. Colorado) — ABŞ ərazisində yerləşən Sonora səhrasının şimal-qərb hissəsini təşkil edən səhra. Meksika-ABŞ sərhəddində qərarlaşır. Səhra Kaliforniya ştatının cənub-qərbində, Meksikanın isə şimal-şərq hissəsini əhatə edir. Sahəsi 40,000 km²-dir. Kolorado çayının şərqində qərarlaşır və öz adını buradan almışdır. Səhranın mərkəzində Solton-Si gölü yerləşir.
Monte (səhra)
Мontе (isp. Monte) — Argentina ərazisində yerləşən, 460 000 km² sahəyə malikdir. Səhra And dağlarından şərqdə yerləşir. Pataqoniya səhrası ilə cənubdan birləşir. Monte səhrası Atakama səhrası ilə Pataqoniya arasında yerləşir. Səth baxımından Pataqoniya səhrasına bənzəyir. Belə ki, səthi vulkanik suxurlarla örtülüdür. And dağlarının silsilələri ilə əhatələnməsi onun ərazisinə yaıntıların az düşməsinə səbəb olur. İl ərzində 80–300 mm arası yağıntı düşür. Pataqoniya və Atakama səhralarından fərqli olaraq soyuq cərəyanların təsirinə az məruz qalır.
Moxave (səhra)
Moxave (isp. Mojave yerli Moxave tayfasının adı ilə) — Amerika Birləşmiş Ştatlarının cənub-qərbində səhra. Cənubi Kaliforniyanın böyük hissəsini tutur. Yuta ştatının cənub-qərbində, Nevada ştatının cənubunda və Arizona ştatının şimal-qərbində yerləşir. Səhranın sahəsi 35 000 km²-dən yuxarıdır. Səhra şimal-şərqdə Texaçapi dağ massivi ilə (ing. Tehachapi Mountains), cənubda isə San-Qabriyela və San-Bernardino dağ silsilələri ilə məhdudlaşmışdır. Dağların sərhədləri kifayət qədər aydın seçilir, çünki bu dağlar iki böyük geoloji sınma ilə ayırılmışdır: San-Andreas və Qarlok. Böyük Hövzənin axını olmayan sahəsi səhranın şimalıboyu, cənubda daha isti Sonora səhrası istiqamətində uzanır. Əsas bitkisi ağacaoxşar Yucca brevifolia palmasıdır.
Ovayxi (səhra)
Ovayxi səhrası (ing. Owyhee) — ABŞ ərazisində yerləşən quraq ərazi və böyük hissəsi səhra olan bölgə. Kolumbiya platosunun cənub qutaracağında, Oreqon, Aydaho və Nevada ştatları ərazisində yerləşir. Səhranın sahəsi 24 280 km², səthinin hündürlüyü isə 1600 metrdir Səhranın böyük qismi ABŞ dövlətinin ali federal orqanının nəzarətindədir.
Qübbətüs-Səhra
Qübbətüs-Səxrə (ərəb. قُبَّة الصَّخْرَة‎ – Qaya günbəzi; "səxrə" (صخرة qaya) sözü ərəb dilindəki "səhra" (صحراء çöl) sözü ilə səhv salınmamalıdır) — Müasir dövrümüzə qədər gəlib çıxan ən qədim İslami tikililərdən biri. Bəzilərinin yanlış olaraq əl-Əqsa kimi bildiyi məscid, əslində Qübbətüs-Saxra məscididir. əl-Əqsa məscidi isə bu abidənin qiblə istiqamətində yerləşən, ondan daha böyük və geniş başqa bir abidədir. Bu tikili müsəlmanlar arasında məsciddən çox ziyarətgah kimi tanınır. İnanca görə məscidin ortasındakı qaya parçası boşluqda asılı durmuşdur. Peyğəmbər meraca yüksələrkən qorxmamaq üçün Allah tərəfindən ona boşluqda duran qaya parçası göstərilmişdir. Məhz bu əlamətlərinə görə bəziləri bu daşı müqəddəs sayırlar. Qübbət-üs-Səxrə 685-691-ci illərdə Əməvi xəlifəsi Əbdülməlik ibn Mərvan tərəfindən inşa etdirilmişdir. Müsəlman memarların ilk dəfə olaraq Qübbə formasında inşa etdikləri bu məscid səkkizguşəlidir.
Qərbi Səhra
Qərbi Böyük Səhra (ərəb. الصحراء الغربية‎ əs-Səhra' əl-Ğərbiyyə, İspan : Sahara Occidental, Bərbəricə : Taneẓroft Tutrimt), Afrika qitəsinin şimal-qərbində yerləşən və 1975-ci ildə koloniya ölkəsi İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən və hal-hazırda da üçdə ikisini həqiqətən idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Səhravi Ərəb Demokratik Respublikasının bu elanı Mərakeş tərəfindən qəbul edilmədi. Bölgəyə qonşu ölkələr şimalda Mərakeş, şimal-şərqdə Əlcəzair, şərq və cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir. Bölgənin cəmi sahib olduğu 2.049 km sərhədin 41 km-i Əlcəzair , 1.564 km-i Mavritaniya və 444 km-i isə bölgənin üçdə ikisini ilhaq edərək əlində saxlayan Mərakeşilədir. Bundan başqa ölkənin Atlantik okeanı ilə 1.110 km-lik sahil xətti də var. Cəmdə 266.000 km² bir sahəyə sahib olsa da, bunun yalnız 50.000 km² nəzarət edə bilir. Qərbi Səhrada sahildən içərilərə doğru irəlilədikcə yüksəkliklər 400 m-yə çatır. Bölgənin ən yüksək nöqtəsi Əlcəzair ilə sərhədinə yaxın mövqedə yerləşən və hər hansı bir adı olmayan 805 m-lik nöqtədir.
Rəngli səhra
Rəngli səhra (ing. Painted Desert) — Şimali Amerikanın Kolorado platosu ərazisində, Arizona ştatının şimalında yerləşən səhra. Səhranı əhatə edən təpələr Litl Kolorado çayının şimal sahillərinə qədər uzanır. Səhranın uzunluğu 240, eni isə 25–80 km arasında dəyişir. Sahəsi — 19,4 min. km² təşkil edir. Bölgənin hündürlüyü 1370 – 1980 m arasında dəyişir. Səhranın şərqi Petrifayd-Forest milli parkı ərazisinə daxildir. Səhra bütünlüklə «Navaho milləti» rezervasiya bölgəsinə aiddir. Əraziyə ilk dəfə adı 1858-ci ildə leytenant Cosef İvson vermişdir.
Sahar TV
Səhər Televiziyası və ya qısaca Səhər TV (fars. شبکه سحر‎; ing. SAHAR TV) — İranın 6 dildə yayımlanan telekanalı. İran İslam Respublikasının Televiziya-yayım Şurasında (IRIB) iki telekanal ilə qeydiyyatdan keçib (Sahar TV 1, Sahar TV 2). Kanal 6 dildə, o cümlədən Azərbaycan dilində də yayımlanır. Azərbaycan dilindən başqa İngilis, Fransız, Kürd, Bosniya, Fars dillərində də vaxt ardıcıllığı ilə yayımlanır. Səhər Televiziyasının Azərbaycan redaksiyası 1992-ci ildən fəaliyyət göstərir. İranda yaşayan azərbaycanlılar və digər azərbaycandilli əhali üçün yaradılıb.
Simpson (səhra)
Simpson (ing. Simpson Desert) — Avstraliyanın mərkəzində yerləşən, Şimal Əraziləri, Kvinslend və Cənubi Avstraliya ştatları ərazilərini əhatə edən qumlu səhra. Ərazisi 143 min. km² təşkil edir. Qərbdən Finke çayı, şimaldan Mak-Donnel silsiləsi və Plenti çayı, şərqdən Mulliqan və Dayamantina çayları, cənubdan Eyr gölü Səhra ilk dəfə Styort Çarlz tərəfindən 1845-ci ildə, digər hissəsi isə Qriffit Teylor tərəfindən 1926-cı ildə kəşf edilir. 1929-cu ildə geoloq Sesil Mediqan təyyarə ilə ərazini müşahidə etdikdən sonra Allen Simpsonun şərəfinə adlandırmışdır. Belə ehtimal vardır ki, səhranı ilk dəfə Mediqan 1939-cu ildə dəvə ilə keçmişdir. Ancaq 1936 ildə Edmund Albert Kolons səhraya ekspedisiya təşkil etmişdir. 1960—80-ci illərdə səhrada nəticəsiz neft axtarışları aparılmışdır. XX əsrin sonlarından etibarən səhraya turistlər cəlb edilir.
Sonora (səhra)
Sonora (ing. Sonoran Desert; isp. Desierto de Sonora, bəzən Hila səhrası adlandırılır) — daşlı-qumlu səhra Şimali Amerikada, ABŞ-Meksika sərhədində qərarlaşır. İinzibati cəhətdən isə ABŞ-nin Arizona və Kaliforniya, Meksikaın isə Aşağı Kaliforniya və Sonora ştatları ərazisində qərarlaşır. Kaliforniya körfəzinin şimal sahillərinə qədər uzanır. Sonora Şimali Amerikanın ən isti və ən böyük səhralarından biridir. Müxtəlif hesablamalara görə səhranın sahəsi 260,000 km²-355,000 km² arasında dəyişir. Onun tərkibinə Yuma, Yuxa, Kolorado, Leçugilla, Tule, Altar səhraları daxildir. Yağıntının miqdarı 75–380 mm arasında dəyişir. Yağıntı əsasən qış-yaz mövsümündə düşür.
Səhra balakəkliyi
Səhra balakəkliyi (lat. Ammoperdix griseogularis) — Qırqovullar fəsiləsinə aid quş növü. Nadirdir. (EN). Təhlükə altındadır. Regionda cinsin tək növüdür. Kəklikdən kiçikdir (200 q). Gözlərindən boynuna uzanan ağ zolağın üstündən qara "qaş" uzanır. Bədəninin yanlarında bel tərəfdən aşağıya və önə doğru qəhvəyi-qara zolaqlar çəpinə uzanır. Toyuğunda bu zolaqlar aydın deyil.
Səhra qızılquşu
Səhra qızılquşu (lat. Falco naumanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Kiçikboylu qızılquşlardan biridir. Erkəyin bel tərəfi qırmızımtıl-kərpic rənglidir (naxışsız), amma başı tünd-göydür. Quyruğunun ucunda köndələn qara zolaq var. Caynaqları ağımtıl-samanı rənglidir. Dişisi yaxın qohumu olan muymulu qızılquşa ("tinnunclus") oxşayır, təbiətdə fərqləndirmək çətindir. Amma erkəyi aydın fərqlənir. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb.
Çayxanada səhər
Çayxanada səhər və ya çay evində səhər — Azərbaycan rəssamı Toğrul Nərimanbəyovun 2000-ci ildə çəkdiyi rəsm əsəri. Rəsm kətan üzərində yağlı boya texnikası ilə işlənib. Şəklin ön mərkəz qismində, ağ masa örtüsü örtülmüş stolun üzərində samovar, çaydan və meyvə dolu boşqab, arxa fonda qızılgül və çiçək mühitində əlində meyvəli nimçə tutan gənc qız, az buludlu səma, uçan quşlar və pişikləri gəzir. Şəkildə bəzi obyektlər qabaqda, bəzi əşyalar isə arxada yerləşdirilib və perspektiv prinsipi nəzərə alınıb. Əsərdə əksərən şaquli xətlərdən istifadə olunsa da, üfüqi və diaqonal xətlər də diqqəti cəlb edir. Rəsmin fakturasına uyğun olaraq üzvi yumşaq fırça vuruşlarından istifadə edilmişdir. Rəsmdəki rənglər sənətin plastik xassələrinə uyğun və rəng harmoniyasına diqqət yetirilməklə düzülüb. Şəkildəki soyuq və isti rənglər harmoniya ilə verilmişdir. Bir-biri ilə qovuşan rənglər gözəl harmoniyada vurğulanır. Ümumi mənzərədə açıq tonlar üstünlük təşkil edir.
Səhər buxovlanması
Səhər buxovlanması (ing. morning stiffness) – oynaqda səhərlər yaranan hərəkət məhdudluğu, sərtliyi və ya çətinliyi. Güman edilir ki, istirahət anında limfa dovranının durması ilə iltihab mediatorlarının oynaqda toplanması ilə yaranır. İltihab nəticəsində yaranan buxovlanma səhər oyandıqda yaranır və ya güclənir və ya uzun müddətli istirahətdən sonra yaranır. Lokal və ümumi olur, davam müddətinə əhəmiyyət verirlər.
Mavi səhra
Mavi səhra və ya Sinay sülh qovşağı — Sinay səhrasının Müqəddəs Ketrin yaxınlığındakı ərazisi.Burada bir sıra qayalar mavi rəngə boyanmışdır. Bu sənət əsəri 1980-ci ildə, 1979-cu ildə İsrail–Misir sülh müqaviləsinin imzalanmasından sonra belçikalı rəssam Jan Veramın sülh xətti çəkmək üçün Sinaya səfəri zamanı yaradılmışdır. Veram Misir prezidenti Ənvər Sədatın icazəsini almıış və Birləşmiş Millətlər Təşkilatından on ton boya qrant almışdır.
Səhra aslanı
Səhra aslanı (ing. Lion of the Desert) — Liviyanın xalq qəhrəmanı Ömər Muxtarın İtaliya müstəmləkəçiliyinə qarşı mübarizəsindən bəhs edən 1981-ci il ABŞ-Liviya birgə istehsalı dramatik döyüş filmi. Prodüserliyini və rejissorluğunu ərəb əslli ABŞ-lı kinematoqraf Mustafa Akkadın etdiyi filmin əsas rollarında Anthony Quinn, Oliver Reed, Irene Papas, Rod Steiger, John Gielgud və Raf Vallone oynamışdır. Filmin əsas musiqisi Maurice Jarreyə aiddir. Gerçək hadisələrə əsaslanan bu bioqrafik, epik filmdə 1929-cu ildə İtaliyada iqtidarda olan faşist diktator Benito Mussolininin Böyük Roma İmperiyasını yenidən qurma planlarının bir parçası olaraq Liviyanı müstəmləkələşdirmək üzrə bu Şimali Afrika ölkəsinə göndərdiyi güclü ordularının, Ömər Muxtar liderliyindəki Liviya xalqının inadkar müqaviməti qarşısında heç gözləmədikləri ağır itkilərə uğramaları izah edilməkdədir. Filmi Liviya lideri Muəmmər Qəddafi maliyyəyələşdirmişdir. Tərcümə edildikdən bir il sonra dövrün İtaliya baş naziri Giulio Andreotti filmin İtalyan ordusunun qürurunu zədələyici fraqmentlər ehtiva etdiyini ifadə etmiş və bunun üzərinə film 1982-ci ildə İtaliyada qadağan edilmişdi. 1988-ci ildən etibarən filmin İtaliyada bəzi festivallarda qeyri-qanuni olaraq göstərilməsinə hökumət tərəfindən göz yumulmuşdu. Filmin rejissoru 1930-cu ildə Hələbdə (Suriya) doğulan Mustafa Akkad uzun illər ABŞ-da prodüserlik və rejissorluq etmişdir. Hellovin filmlərinin babası olaraq da xatırlanan Akkad 2005-ci ildə İordaniyada məruz qaldığı bombalı terror hücum nəticəsində həyatını itirmişdir.
Səhra dənizi
Səhra dənizi — Böyük Səhrada yerləşən endoreik hövzələri Atlantik okeanı və ya Aralıq dənizindən gələn sularla doldurmağı təklif edən hipotetik makromühəndislik layihəsi. Bu həyata keçirilməmiş layihənin məqsədi Böyük Səhranın dəniz səviyyəsindən aşağıda yerləşən əhəmiyyətli sahələrini əhatə edəcək, rütubətli hava, yağış və kənd təsərrüfatını səhranın dərinliklərinə gətirəcək daxili dəniz yaratmaq idi. Belə bir layihənin mümkünlüyü XIX əsrin sonu və XX əsrin əvvəllərində müxtəlif alim və mühəndislər tərəfindən bir neçə dəfə qaldırılmışdır. Su basmış Böyük Səhra anlayışı dövrün romanlarında da yer alırdı. Səhra dənizi anlayışı ədəbiyyatda bir neçə dəfə, xüsusən də Jül Vernin son romanı olan "Dənizə hücum"da birbaşa Ruder və de Lessepsin planına istinad etmişdi. Su basmış Sahara səhrası ideyası Con Vindemin "Gizli xalq" əsərində də cərəyan edir. 2018-ci ildə çəkilmiş "Akvamen" filmində Böyük Səhra bir vaxtlar Atlant qəbiləsinin yaşadığı dəniz idi.
Səhra kraliçası
Səhra kraliçası (İngilis dilindəki əsl adı ilə: Queen of the Desert) — 2015-ci ildə Verner Hersoq tərəfindən ssenarisi yazılan və rejissorluğu edilmiş olan Amerika epik bioqrafik dram filmidir və film ingilis səyyahı, müəllifi, arxeoloqu, kəşfiyyatçısı, kartoqrafı və siyasi məmuru Gertrude Bellin həyatına əsaslanır. Film də Bellin iyirmi yaşından etibarən ölümünə qədər olan həyatı xronoloji ardıcıllıqla nümayiş etdirilir. Filmdə baş rolları Nikol Kidman, Ceyms Franko, Demian Levis və Robert Pattinson canlandırmışdırlar. Filmin çəkilişləri çoxlu gecikmələr və süjet xəttindəki problemlərindən sonra nəhayət 2013-cü ilin dekabr ayından etibarən başlamış və 2014-cü ilin mart ayına qədər Əlcəzair, İordaniya və İngiltərədə aparılmışdır. Film 65-ci Berlin Beynəlxalq Film Festivalının Əsas müsabiqə bölməsində nümayiş etdirilmiş və 6 fevral 2015-ci ildə premyerası baş tutmuşdur. 3 sentyabr 2015-ci ildə Almaniyada kinoteatrlarda nümayiş olunmuşdur. Film tənqidçilərdən əsasən mənfi rəylər almış və eyni zamanda böyük maliyyə müvəffəqiyyətsizliyinə səbəb olmuşdur. Belə ki, film 36 milyon dollarlıq istehsal büdcəsinə qarşı cəmi 2 milyon dollar gəlir əldə etməyə nail olmuşdur. Zəngin ingilis ailəsinin qızı olaraq dünyaya gəlmiş olan Gertruda Bell London elitasının sosial həyatı ilə maraqlanmır. Təmtəraqlı ziyafətlər, qəbullar və imtiyazlı həyat onun yalnız canını sıxır.
Sezar
Qay Yulius Sezar (lat. Gaius Iulius Caesar; ən tezi 12 iyul e.ə. 100 və ən geci 13 iyul e.ə. 100[…], Roma – 15 mart e.ə. 44[…], Pompey teatrı[d], Roma respublikası), Romalı hərbçi, siyasi lider, Qeysər ünvanının sahibi və güclü yazıçı olan Sezar, dünya tarixinin ən güclü insanlarından biri olaraq qəbul edilir. Etdikləri sayəsində Roma Respublikasının Roma İmperiyasına çevrilməsində əsas rol oynamışdır. Roma senatındakı optimates klikinə mənsub müxalifləri Markus Porcius Kato və Markus Kalpurnius Bibulusa qarşı çevirərək, populares klikinə mənsub siyasətçi kimi, Markus Licinius Krassus və Gnaeus Pompeius Maqnusla birlikdə qeyri-rəsmi olaraq Roma siyasi həyatına bir necə illiyinə yön verəcək olan I Triumviratı qurdu. Qalliyanı fəth edərək Roma torpaqlarını Atlantik okeanına qədər genişləndirdi və eyni zamanda da e.ə. 55-ci ildə Britaniyanın Roma tərəfindən ilk işğalını reallaşdırdı. Triumviratın dağılması ilə birlikdə Pompey və Senatla münasibətləri korlandı.
Эсхар
Şəhər tipli Esxar qəsəbəsi Çuqevdən yeddi km məsafədə, Severski Donets çayının sağ sahilində, yuxarı axınında 1 km məsafədə Uda çayının Severski Donets çayına qovuşduğu yerdir, 5 km - şəhər. Çuguevin aşağı axınında 7 km məsafədə Moxnaç kəndi (Zmiyovski rayonu) yerləşir . Uda çayının yuxarı axınında, düz xətt üzrə 4 km məsafədə Staraya Pokrovka kəndi yerləşir. Kəndə böyük bir meşə (palıd) bitişikdir. 8-10-cu əsrlərdə müasir kəndin yaxınlığında Alanların məskunlaşdığı və Xəzər xaqanlığının mühafizə postu kimi xidmət edən Kaqanovo qəsəbəsi var idi. Bu yaşayış yeri Alanların ən qərb yaşayış məntəqəsi idi [1] . Dövlət rayon elektrik stansiyası tikilməzdən əvvəl kəndin yerində təsərrüfatlar var idi: Karpovski, Pavlov və Rojdestvenski . 1924 -cü il - Esxar kəndinin ( Esxar adı Xarkov İnzibati Dairəsinin ( XAR ) Elektrik Stansiyasının ( ES ) abbreviaturasından gəlir) yaranma tarixi. 1924 -cü ildə Donetsdə kooperativ pulu ilə Donetsdəki dəyirman zavodunun işləməsi üçün 500 kVt alternativ cərəyan generatoru və 230 volt gərginlikli Donetsdə Kharkivskaya SES-1 su elektrik stansiyası tikildi. Üç kilovolt gərginlikli stansiyadan elektrik enerjisi gücləndirici transformatordan istifadə edərək Çuguev, Malinovka, Vvedenka, Novaya və Staraya Pokrovoka ötürüldü.
Setar
Setar (fars. سه‌تار‎, pronounced [seˈt̪ʰɒːɾ]; üç + sim) — mizrabla çalınan qədim simli musiqi aləti. Setar üzü nazik taxta ilə örtülmüş armudabənzər çanaqdan, uzun qol və aypıqlar yerlətən kəllə issədən ibarətdir (ümumi uzunluğu 900–2,000 mm-dir). Qolun üzərinə, adətən bağırsaqdan 12–15 pərdə bağlanır. Simləri metaldandır. Əvvəlcə üç simli alət idi, dördüncü sim isə XIX əsrin ortalarında əlavə olunmuşdur. Setarın b.e. IX əsrində İranda meydana gəldiyi ehtimal edilir. Daha mühafizəkar hesablamalara görə, "XV əsrdə və ya daha əvvəl yaranmışdır". Orta əsrlərdə Azərbaycanda tənbur adı ilə geniş yayılmış, Nizami, Nəsimi, Füzulinin əsərlərində tərənnüm edilmişdir.
Sehr
Sehr (lat. magia, yun. μαγικός — sehrbazlıq) — uydurma, xəyali məharətin və yaxud ağlasığmaz manipulyasiyanın köməyi ilə ətraf aləmə təsir etməkdir. Magik manipulyasiyanın əhatəsi çox genişdir: bu, sözlər (ovsunlar, dualar, cadu), əşyalar (həmayillər, qoruyucalar) yazılar və müxtəlif hərəkətlər ola bilər. Müxtəlif zamanlarda və müasir dövrdə ayrı-ayrı xalqlara məlum olan bir çox sehrbazlıq adətləri və mərasimləri təsvir edilmiş, sistemləşdirilmişdir Magiya başlıca olaraq bir insanın digər insanlara, heyvanlara, bitkilərə, hətta təbiət hadisələrinə təsir etmək bacarığına inamdır. Müşahidə edilən faktların həqiqi və qarşılıqlı əlaqələrini başa düşməyən və təsadüfi uyğunluğu tərsinə başa düşən insan belə hesab edirdi ki, xüsusi hərəkət və sözlərlə o, insanlara kömək və yaxud pislik edə bilər, qabaqcadan görmə ilə müvəffəqiyyətini və ya müvəffəqiyyətsizliyini təmin edə bilər, tufan törədə bilər və ya onu sakitləşdirə bilər. Magiya elementləri əksər xalqların dini adət-ənənəsində öz əksini tapıb. Magiya sözü qədim Azərbaycan tayfalarından olan maqların adı ilə bağlıdır. Belə ki, qədim dövrlərdə məhz maqlar sehr və əfsunla məşğul olduqlarına görə qədim yunanlar bu cür əməlləri "maqların əməli" anlamında "magious" adlandırıblar. Zaman keçdikcə həmin söz latınların da dilinə keçib və magiya şəklində bir çox dünya xalqarının dilində bu gün də işlənməkdə, maqların adını yaşatmaqdadır.
Ellər (şəhər)
Abovyan, — Ermənistan Respublikasında şəhər, Ellər bələdiyyəsini (erm.: e. Աբովյանի համայնք, l. Abovyani hamayank) təşkil edir. Ellər rayonunun mərkəzi. == Tarixi == Ellər şəhəri mühüm nəqliyyat qovşaqlarından biridir. 1963-cü ildən respublika tabeli şəhərdir. Erməni yazıçısı Xaçatur Abovyanın adı verilməklə tarixi adı dəyişdirilib. == Xarici keçidlər == Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Arxivləşdirilib 2015-11-16 at the Wayback Machine Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Arxivləşdirilib 2014-09-04 at the Wayback Machine Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı == İstinadlar == == Həmçinin bax == Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası == Mənbə == Əziz Ələkbərli, "Qədim türk-oğuz yurdu "Ermənistan"", Bakı, "Sabah", 1994.
Eyr (şəhər)
Eyr (ing. Ayr, şot.kelt Inbhir Àir) — Böyük Britaniyada, Şotlandiya (Şotlandiya Boyük Britaniya dövlətinin vilayətidir) vilayətində şəhər.
Firuzə (şəhər)
Firuzə — İranın Rəzəvi Xorasan ostanınında şəhər və Firuzə şəhristanının mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 205,172 nəfər və 51,897 ailədən ibarət idi.
Füzuli (şəhər)
Füzuli — Azərbaycan Respublikasının Füzuli rayonunun Füzuli şəhər inzibati ərazi dairəsində şəhər, Füzuli rayonunun inzibati mərkəzi. 1827-ci ilə qədər kənd olmuş və Qarabulaq adını daşımış, həmin il rus ordusunun polkovniki Pavel Karyaginin şərəfinə Karyagin adlandırılmış və şəhər statusu verilmişdir. 1959-cu ilin aprelində şair Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Karyagin rayonunun və şəhərin adı dəyişdirilərək Füzuli adlandırılmışdır. Bakıdan 310 km cənub-qərbdə yerləşir. 2023-cü ilin sonuna şəhərin əhalisi 1298 nəfərdir. == Tarixi == Füzuli şəhərinin 1403-cü ildən 1905-ci ilədək adı Qarabulaq olub. Qarabulaq kəndi Səfəvilər dönəmində Dizaq qəzasına bağlı şenliklərdən biri idi. Kənd ərazisi Səfəvilər dövlətinin son dönəmində Cavanşir elinin qışlağı olub. 1593-cü ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağının adı çəkilir. 1727-ci ilə bağlı Osmanlı qaynağında Qarabulaq qışlağı haqqında bilgi var.
Fərah (şəhər)
Fərah — Əfqanıstanda şəhər.
Fəs (şəhər)
Fəs — Mərakeşdə şəhər. Fəs əyalətinin inzibati mərkəzidir. == Tarixi == Əsası 789 ildə I İdris dövründə (788—792) qoyulmuşdur. IX–X əsrlərdə (fasilələrla) İdrisilər, XIII—XV əsrlərdə Marinilər dövlətinin paytaxtı olmuşdur. 1911-ci ildə Fransa ordusu Fəsi işğal etdikdən sonra Mərakeş xalqının milli azadlıq mübarizəsinin əsas mərkəzlərindən biri idi. Fəs şəhəri 1956-cı ildə Mərakeş istiqlaliyyət qazandıqdan sonra sürətlə inkişaf etməyə başladı. Fəs həm də ölkənin dini mərkəzidir. 1976-cı ildən YUNESKO xətti ilə Fəsin bərpası üçün tədbirlər görülüb. 2004-cü il siyahıyaalınmasına əsasən şəhər əhalisinin sayı 946 815 nəfər olub.
Gifu (şəhər)
Gifu (岐阜市, Gifu-shi) — Gifu prefekturasının inzibati mərkəzidir. Bir şəhər olmaqdan əvvəl, o, keçmiş Atsumi mahalının bir hissəsi idi. Lakin başlanğıcda regionda əsas şəhər sayılırdı. == Tarixi == Şəhərin bütün tarixi Yaponiya mərkəzində yerləşmə yerinin nəticəsidir. Edo dövründə Gifu və qonşu şəhərlər Naqoya limanının yaxınlığında yerləşdiyi üçün çiçəklənməyə başlayırlar. Son zamanlarda, şəhər iqtisadiyyatının ixtisaslaşmada moda sənayesinə dəstək idi, amma indi şəhər sənayesinin inkişafı üçün yollar axtarır. === II Dünya müharibəsi === Müharibə zamanı yaxınlığında yerləşən aviasiya mərkəzi və iri sənaye mərkəzi şəhər ilə birlikdə Kakamigahara bombalanmışdır. Şəhərin əhəmiyyətli hissəsi Kano, qonşu şəhərləri ilə birləşməsi vasitəsilə əldə edilmişdir. Gifunun bu coğrafiya səbəbiylə, şəhər mərkəzində göydələnlər zonası ilə birgə, ətraflarda xurma bağları və Çiyələk sahələri çoxalmışdır. == İqtisadiyyat == Tarixən Gifu'da tekstil inkişaf etmişdir, lakin son illərdə şəhər iqtisadiyyatına sektorun əhəmiyyəti azalmışdır.
Givi (şəhər)
Givi, Kivi və ya Küyü — İrannın Ərdəbil ostanının Kövsər şəhristanında şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 6,467 nəfər və 1,721 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. 120 kəndi vardır və Ərdəbilin cənub hissəsində, şəhərdən 70 kilometrlik məsafədə yerləşmişdir. Şimaldan Xalxal (Hirov) (Xalxal bölgəsinin mərkəzi), şərqdən Talış dağlarına, qərbdən Miyana bölgəsi, Qızılüzən çayı və Bacılar sıra dağları ilə əhatə olunur. Şəhərdə 50 il əvvəl bələdiyyə yaradılmışdır. Şəhər iki hissədən ibarətdir: Yuxarı Küyü (ikinci məntəqə) və Aşağı Küyü (birinci məntəqə). Küyünün islamdan öncə adı "Dörd Evlər" imiş. Tanınmış məhəllələri bunlardır: == Aşağı Givi == Dəmirçi, Sitallı, Gəylər, Bazar. == Yuxarı Givi == Yuxarı məhəllə, Aşağı məhəllə, Xanlıq bağı, Kəvərə, Xanlıq, Hundur Arxı, Ərəneş.
Gorus (şəhər)
Gorus (erm. Գորիս) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzinin şərqində yerləşən keçmiş Gorus rayonunun inzibati mərkəzi olmuş şəhər. Əvvəllər Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında kənd olmuşdur. == Tarixi == Erməni mənbələrində Gorusun XIII əsrdən xatırlandığı göstərilir. Erməni ədəbiyyatında Qoris Gerusi, Gorus formasında qeyd edilir. Toponim gorus (qoros, xoros) türk etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimidir. Quruluşca sadə toponimdir. İlk dəfə 1924-cü ildə, daha sonra isə 1934-cü ildə respublika tabeli şəhər kimi təsdiq olunub. == Coğrafiyası == Bazarçay (Vorotan) çayının sol tərəfində yerləşir.
Heroonpol (şəhər)
Pifom (q.misir pr-jtm; ivr. ‏פיתום‏‎; q.yun. Ἡρώων πόλις, Heroonpol) — Qədim Misirdə şəhər. Qədim yunan və Roma mənbələrində, həmçinin Yəhudi Bibliyasında bu şəhərə çoxlu istinadlar edilmişdir, lakin onun dəqiq yeri bir qədər qeyri-müəyyən olaraq qalmışdır. Bir sıra alimlər onu Təll Məsxutə arxeoloji ərazisi kimi müəyyən etmişdilər, digərləri onun Təll Rətabə arxeoloji ərazisi olduğunu irəli sürmüşdür. Şəhər Heroonpol nomunun inzibati mərkəzi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Пифом // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
Hüseyniyyə (şəhər)
Hüseyniyə— İranın Xuzistan ostanının Əndimeşk şəhristanının Əlvar Gərmsiri bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,863 nəfər və 405 ailədən ibarət idi.
Kabus şəhər
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodie şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Craco şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar. == Şəhərlərin boşalma səbəbləri == Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar.
Kenqtunq (şəhər)
Çyonqtun — Myanmanın şərqində, Şan ştatında şəhər.
Kerkira (şəhər)
Kerkira (yun. Κέρκυρα) və ya Korfu (it. Corfù) — Yunanıstanın Kerkira adasında şəhər və liman, Kerkira nomunun inzibati mərkəzi. 30 mindən çox əhalisi var. == Tarixi == Qədim binaların xarabalıqları, o cümlədən e.ə. VI əsrin əvvəllərinə aid Artemidanın Dorik məbədi burada yerləşir. == İqtisadiyyat == İtaliyanın Brindizi şəhərindən bərə xidməti mövcuddur. Tekstil, qida sənayesi inkişaf etmişdir. Qış kurortu var.
Keson (şəhər)
Quezon — Filippində Metro Manila bölgəsinin ən böyük şəhəridir. Filippin 1948-ci ildə müstəqil olarkən ölkənin paytaxtı olmuşdur. (1976-cı ilə qədər) Şəhərin adı Flippinin keçmiş prezidenti Manuel L. Quezon adı ilə bağlıdır. Prezident şəhərin əsasını Manilanın əvəzinə yeni bir paytaxt yaratmaq üçün qoymuşdu. Quezon günümüzdə də Filippinin ən məşhur şəhəri sayılır. Şəhər keçmişdə Aranetaların (Filippində bir çox böyük layihədə iştirak etmiş ailə) yaşadığı və biznes yeri olmuşdur. Quezondakı Araneta Ticaret Mərkəzini də məhz, həmin ailə qurmuşdur.
Keşişkənd (şəhər)
Yeğeqnadzor — Ermənistan Respublikasında, Başkənd çayı yaxınlığında şəhər, 1995-cil ildən Vayoc dzor mərzinin inzibati mərkəzi. Rəsmi olaraq 3 yanvar 1935-ci ilədək "Keşişkənd", 1935–1957-ci illərdə "Mikoyan", 1957-ci ildən (Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 6 dekabr, 1957-ci il tarixli fərmanı ilə) isə "Yeğeqnadzor" (erm. Եղեգնաձոր; erməni dilində mənası: "Qamışlı dərə") adlanır. 7 noyabr 1995-ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995-ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu"na əsasən "Yeğeqnadzor bələdiyyəsi"ni təşkil edir. Bələdiyyənin ərazisi 2.642 hektar və ya 0.2642 km²-dir. == Etimologiya == Dərələyəz mahalında heç kim bu qəsəbə adına Keşişkənd demirdi, hamı buna "Keşkənd" və ya "Keşkəndi" deyirdi. Toponim qədim türk dilində "keçid, bərə, körpü" mənasında işlənən keçiş (sözün birinci hecasındakı "ç" səsi, "ş" səsi ilə əvəzlənərək söz keşiş formasını alıb. Azərbaycan dilində ç→ş səs əvəzlənməsi qanunauyğun haldır) sözü ilə, türk dilində "şəhər", "yaşayış məntəqəsi" mənasında işlənən kənd sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. == Tarixi == "Keşişkənd" adı 1728-ci ildə tərtib edilmiş "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində toponim kimi qeyd edilmişdir.
Bəşar (şəhər)
Bəşar (ərəb. بشار‎)‎ — Əlcəzairin qərbində şəhər, eyniadlı vilayətin inzibati mərkəzi. == Coğrafiya == Ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1150 km cənub-qərbdə, Tinduf şəhərindən 852 km şimal-şərqdə və Mərakeşlə sərhəddən 80 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 747 m yüksəklikdə, şəhəri şimal-şərqdən cənub-qərbə keçən Ued-Bəşar çayının sahilində yerləşir. Cəbəl-Bəşarın qayalı qalxması şəhərin cənub-şərqində və şərqində 1206 m hündürlüyə çatır. == Əhali == 2008-ci il məlumatlarına görə əhalinin sayı 165 627 nəfərdir; 1998-ci ilin məlumatlarına görə 134.954 nəfərdir. Bəşar ölkənin qərb hissəsindəki ən böyük şəhərdir. Əhalinin savadlılıq səviyyəsi 86,4%-dir (kişilərin 91,4%-i, qadınların 81,4%-i).