Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səhləb
Səhləb (lat. Orchis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. Gövdəsinin orta hündürlüyü 10-50 sm arasında dəyişir. Yarpaqları geniş, yaxud xətti geniş lanset şəklində olur. Çiçəkləri uzun sünbülşəkilli hamaşçiçək formasında purpur və bənövşəyi rəngdə olur. Çiçəkləmə dövrü aprel ayından avqust ayına qədərdir. Azərbaycanda, eləcə də Rusiya və Ukraynada bəzi növləri qırmızı kitaba düşüb. Britaniya alimləri dünyada olan ən balaca səhləb çiçəyini aşkar ediblər. Gülün ölçüsü cəmi 2,1 millimetrdir. Onun yarımşəffaf ləçəkləri bir qat hüceyrədən ibarətdir.
Boyalı səhləb
Orchis picta Reinw. ex Lindl. — Anoectochilus setaceus bitki növünün sinonimi. Orchis picta Loisel. — Anacamptis morio subsp. picta bitki yarımnövünün sinonimi.
Bədbuy səhləb
Enliyarpaq səhləb
Erkək səhləb
Erkək səhləb (lat. Orchis mascula) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.
Fırfır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Sarımtıl səhləb
Xallı səhləb
Ütük səhləb
Üçyarpaq səhləb
İyli səhləb
Atmilçək qaş səhləb
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Fır-fır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Qırmızı tozbaş səhləb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1 sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Qərb yeraltı səhləb
Qərb yeraltı səhləb və ya Rhizanthella gardneri – səhləbkimilər fəsiləsinə aid çiçəkli bitki növüdür və Qərbi Avstraliyanın cənub-qərbində endemikdir. Çiçəkləmə də daxil olmaqla, bütün həyat dövrünü torpaq səthində və ya aşağıda keçirən bir bitkidir. May-iyul ayları arasında üfüqi köklü iri, krem ​​rəngli braktlarla əhatə olunmuş, 100-ə qədər kiçik qırmızıdan krem ​​rəngli, içəri baxan çiçəklərin başları yetişir. Rhizanthella gardneri, torpaq səthindən 60–120 mm (2,4–4,7 düym) aşağıda üfüqi kök salmış yarpaqsız, simpodial bitkidir. May ayının sonundan iyunun əvvəlinə qədər bitki 4–5 mm (0,16–0,20 düym) enində, altı-on iki çəhrayı rəngli qaymaqlı budaqlarla əhatə olunmuş 100-ə qədər kiçik, içəri baxan çəhrayıdan tünd qırmızıya qədər və krem ​​rəngli çiçəklər əmələ gətirir. Çubuqlar çiçəklərin üzərində əyilir, laləyə bənzər bir baş əmələ gətirir və torpaq səthindən bir neçə millimetr yuxarıda kiçik bir açılış buraxır. Tozlanmadan sonra hər bir çiçək 150-yə qədər toxumdan ibarət ətli, giləmeyvəyə bənzər meyvə verir. Küləklə səpələnmiş kiçik, tozşəkilli toxumlar əmələ gətirən digər səhləblərin kapsullarından fərqli olaraq, bu növ qeyri-bərabər meyvələr verir. Bu səhləb bütün həyatını yerin altında keçirir. Xlorofil olmadığı üçün saf ağdır.
Seyrək-çiçəkli səhləb
Uzunyarpaq tozbaş səhləb
Hələb
Hələb (ərəb. حلب‎‎ ḥalab; q.yun. Βέροια Béroia; yun. Χαλέπι Chalépi; osman. حلب haleb; türk. Halep; ing. Aleppo) — Suriya Ərəb Respublikasının şimal-qərbində yerləşən şəhər. Hələb vilayətinin mərkəzi sayılan bu şəhər həm də Suriyanın əhali baxımından ən böyük şəhəridir. Ümumi ərazisi 16,000 km² olan Hələbdə 4,393,000 əhali yaşayır. Hələb dünyanın ən qədim insan məskənlərindən biridir.
Ləqəb
Ləqəb — İnsanlara öz adından sonra xitab edilən amil. Nik (ing. nickname /nık/neım — "ləqəb", orta əsr üngilis dilində an eke name — "digər ad", "a nick name"). Həmçinin internetdə istifadəçilərin bloq, veb-forumlarda, çatlarda və digər yerlərdə istifadə etdikləri şərti ad.
Səbəb
Səbəb
Sənəb
Sənəb - Gürcüstan Respublikasının Bolnisi rayonunun tabeçiliyində kənd.
Tələb
Tələb (ing. demand) — istehlakçıların müəyyən bir qiymətə və müddətdə məhsulu hansı miqdarda almağa hazır və imkanı olduğunu göstərir. Qrafikdə tələb əyri kimi ifadə olunur, və əsasən qiymətdən mənfi və ya tərs şəkildə asılıdır. Bu asılılıq tələbin qanununa müvafiqdir: bütün digər şərtlər dəyişməyən halda, qiymətin artımı tələbin düşməsinə səbəb olur. Bu qanun istehlakçıların seçimi üzrə müşahidələrə və sağlam və rasional düşüncələrə uyğun gəlir. Yüksək qiymət nə isə almağa niyyətini azaldır, və pərakəndə ticarətdə baş verən güzəştlər və satışlar müştəriləri cəlb etmək məqsədini daşıyırlar. Bundan başqa, hər bir yeni məhsul istehlakçıya azalan əlavə fayda gətirir. Misal üçün, ikinci yeyilən dönər daha az fayda gətirir, nəinki birinci. Ona görə əlavə məhsulu almağa daha aşağı qiymət səbəb ola bilər. Qiymətin dəyişməsi həm də sərvət və əvəz etmə effektlərinə yol verə bilər.
Əqrəb
Əqrəblər (lat. Scorpiones) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinə aid heyvan dəstəsi. Əqrəblərin 600-ə qədər növü məlumdur. Xarakterik nümayəndələrindən Krımda yaşayan sarı rəngli, 4 sm uzunluqda olan Krım əqrəbidir (lat. Euscorpius tauricus). Qafqazın Qara dəniz sahilində İtaliya əqrəbi (lat. Euscorpius italicus), Zaqafqaziyada və Orta Asiyada alabəzək əqrəb (lat. Buthus eureus) növləri geniş yayılmışdır. Uzunluğu 18 sm olan iri Afrika əqrəbi (lat. Pandinus imperator) tropik zonada yaşayır.
Bağ səhləbi
Bağ səhləbi (lat. Anacamptis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Seeley
Harri Seeley (ing. Harry Govier Seeley; 18 fevral 1839, London – 8 yanvar 1909, Kensinqton) — Britaniya palentoloqu.
Segelər
Segelər – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Milli tərkibi: Azərbaycanlılar, Darginlər. Dini baxımdan islam dininin sünnə məzhəbində etiqad etsələrdə burada qismən şiələrdə yaşayırlar. 2010-cu il məlumatına görə kənddə 196 nəfər yaşayır. Xəzər dənizi sahilində, Ulluçay çayının mənsəbində, Dərbənd şəhərindən 37 km şimal-qərbdə yerləşir. Kənd 1976-cı ildə salınmışdır. Topoqrafik xəritə K-39-XIII — 1 : 200 000 Topoqrafik xəritə K-39-61 — 1 : 100 000 Администрация Дербентского района Дагестанская АССР: Административно-территориальное деление. — Махачкала: Дагестанское кн. изд-во, 1966. Дагестанская АССР: Административно-территориальное деление.
Seigler
David Stanley Seigler (ing. David Stanley Seigler, 1940) — ABŞ botaniki. 2003. Phytochemistry of Acacia sensu lato. Ed. Pergamon. 873 pp. 1998. Plant secondary metabolism. Ed.
Sellər
Sel — dağ ağacların yatağında intensiv yağışın, buz və mövsimi qar ərimələrinin nəticəsində gözlənilmədən yaranan palçıqlı və daşlı-palçıqlı axına deyilir. Sel hadisələrinin yaranmasına əsas səbəb ərazinin fiziki-coğrafi şəraiti, o cümlədən, oroqrafik-geomorfoloji quruluşu - iqlim, torpaq, bitki örtüyü və hidrometeororloji proseslər təşkil edir. (Dağ çaylarının qısa müddətli bəzən bir neçə saat ərzində) (dağıdıcı qüvvəyə malik palçıqlı-daşlı daşqını enişi). İntensiv leysan yağışları, buzlaqların və mövsümi qar örtüyünün sürətlə əriməsi qırıntı materiallarını yamaclardan çayın yatağına (məcrasına) doldurur. Böyük kütləsi və sürəti olan çox böyük dağıdıcı qüvvəyə malikdir. Azərbaycan Respublikası ən fəal axınları sahəsidir. S.-lər çayların yatağını və sahillərini yuyur, qarşısındakı maneələri, yaşayış məntəqələrini, körpüləri və s. dağıdır. İnsan tələfatına səbəb olur. Belə fəlakətli S. hadisələri Azərbaycanın Şin (1510), Kiş (1901, 1982), Kürmük (1921) və s.
Seylab
Seylab və ya Silab: Seylab (Azərşəhr) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. Seylab (Qürvə) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd.
Leqlər
Leqlər, leklər və ya lakzlar (q.yun. Λήγες) — Qafqaz Albaniyasında yaşamış 26 tayfadan biri. Müasir ləzgilərin və ya lakların əcdadları, həmçinin hər iki etnonimin mənşəyi hesab edilir. Gellər və leqlər adətən müasir Dağıstan xalqlarının əcdadları ilə əlaqələndirilir. Bəzi ərəb, bütün antik, gürcü və erməni mənbələrində leq etnonimi bütün Dağıstanın əhalisinə yayılmışdır, lakin orta əsr ərəb müəlliflərinin əksəriyyəti leqləri müasir ləzgilərin əcdadları ilə müqayisə edirlər. Leqlər 371-ci ildə Dzirav döyüşündə iştirak etmişdir. K. Trever Movses Xorenliyə istinad edərək qeyd etmişdir ki, "farsların tərəfində təkcə albanlar deyil, həm də onların padşahı igid Şargirin başçılıq etdiyi dəstəsi darmadağın edilərək qovulmuş leqlər də döyüşürdülər". İstər ləzgidilli xalqların tarixən yığcam məskəni olan ərazilərdə, istərsə də başqa yerlərdə leq və ya lək etnonimi ilə əlaqəli bir sıra toponimlər qorunub saxlanılmışdır. Bunlara Azərbaycanda Ləki, Ləkit, Ləgər, Ləkçılpaq kəndlərini, Rusiyada, Rutul rayonunun cənubunda Ləkirgə silsiləsini nümunə göstərmək olar. Ихилов, М. М. Народности лезгинской группы: этнографическое исследование прошлого и настоящего лезгин, табасаранцев, рутулов, цахуров, агулов.
Selen
Selen (Se) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 34-cü element. Fotokeçirici xüsusiyyəti səbəbiylə fotokopiya aparatlarında istifadə edilir. Şüşə sənayesində, xüsusilə yaqut rəngli şüşə və mina istehsalında istifadə edilir. Həmçinin, foto tonik, fotoelektrik gözələr, televiziya kameraları və işıq ölçərlərin istehsalında; günəş gözələrində yarımkeçirici və polad istehsalında da qatqı maddəsi olaraq istifadə olunur. Bitkilərdə selenin miqdarı 0.000001% (kütlə ilə) təşkil edir.Bəzi bitkilər seleni torpaqdan mənimsəyərək toplamaq qabiliyyətinə malikdir, onların arasında payız astra çiçəyi də var. Selenin miqdarı sarımsaqda, zeytunda, dəniz yosunlarında, paxlalılarda , hind qozunda, püstədə və keşdə daha cox olur. Spirulin yosunu, dərman evkalipti, ural biyanı, səhra efedrası çöl qatırquyruğu selen ilə zəngindir. Lakin son yüz ildə torpaqda selenin azlığı müşahidə olunur və nəticədə tərəvəzdə də onun miqdarı az olur.Selen gübrələri lazımı səmərə vermir. Buna səbəb odur ki, nitratlar, xloridlər və fosfatlar seleni əlaqələndirərək həll olmayan birləşmələrə çevirirlər. Otuz dərman bitkisi seleni toplayır.Belə bitkilərə demirotu, meşə çiyələyi, yunlu üskükotu, aptek çobanyastığı, itburnu, çılpaq biyan, ağacabənzər aloe, qanqırmızı yemişan aiddir.
Seqed
Seqed (mac. Szeged) — Macarıstanın Çonqrad əyalətində yerləşən ən böyük üçüncü şəhəri. Bunda başqa əyalətin ən böyük regional mərkəzidir. Seqed, Macarıstanın cənub sərhəddinin yaxınlığında, Maros çayının mənsəbindən cənubda, Tisa çayının hər iki tərəfində, Karpat hövzəsinin mərkəzində yerləşir. Seqed şəhəri antik dövrlərdən yaşayış məskəni olmuşdur. Ptolomey öz əsərində qədim şəhər olan “Partiskum” adlı şəhərinin adını çəkmişdir. Ehtimal olunur ki, o zamanlar bu ərazidə Qərbi Hun hökmdarı Atilla məskunlaşmışdı. Seqed adına ilk dəfə Kral III Belanın hakimiyyəti dövrünə aid bir sənəddə rast gəlinir (1183). Monqolların Avropaya hücumu nəticəsində xarabalığa çevrilən şəhər sonralar yenidən inşa edilmişdir. I Luisin hakimiyyəti illərində Cənubi Macarıstanın ən əhəmiyyətli şəhəri olan Seqed coğrafi mövqeyi baxımdan osmanlıların diqqət mərkəzində idi.