SƏHLƏB

is. [ ər. ] bot. Tərkibində selikli maddə və nişasta olan kökümsov gövdəli subtropik bitki və həmin bitkinin kökümsov meyvəsi.
Azərbaycanda bitən səhləb, … gecəbənövşəsi və yabanı səhləb cinslərinin bütün növlərinin yeraltı kök yumruları səhləb adlanır. M.Qasımov.

SƏHL
SƏHLƏNKAR
OBASTAN VİKİ
Boyalı səhləb
Boyalı səhləb (lat. Orchis picta) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 15-35 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsoidaldır, eni 0,8-1,3 sm-dir. Gövdəsi əsasında qısa ayalı 3-6 ədəd qın ilə sarınmışdır. Gövdə yarpaqları 3-6 sayda olub, qın yarpaqlarıdır. Çiçək qrupu boş, silindrik və çoxçiçəklidir, uzunluğu 9 sm-dir. Çiçəkləri parlaq fırfır-bənövşəyi rənglidir, uzunluğu 6–8 mm-dir; dodaq orta hissədə ağımtıl, tünd-fırfır ləkəli, daha enli kənar bölümləri olan dayazbölümlüdür və bəzən demək olar ki,bütövdür. Mahmızı küt və əyilmişdir, demək olar ki, 1,5 dəfə dodaqdan uzundur. Aprel ayında çiçəkləyir, aprel-may aylarında meyvə verir.
Bədbuy səhləb
Anacamptis coriophora (lat. Anacamptis coriophora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Kökyumrusu şar və ya ellipsvari, 1(2) sm uzunluqdadır. Gövdəsi 20-40 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, lansetvari və ya xətvarilansetvari, 14 sm-ə qədər uzunluqda, 1 sm enindədir. Çiçəkqrupu çoxçiçəkli uzunsov-silindrik sünbül, 10 sm-ə qədər uzunluqdadır. Çiçəkaltlığı ensiz lansetvaridir. Çiçəkyanlığının xarici yarpaqları xətvari, lansetvari, qəhvəyitəhər-fırfır rənglidir. Dodaqcığı 3 dilimlidir.
Enliyarpaq səhləb
Erkək səhləb
Erkək səhləb (lat. Orchis mascula) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü.
Fırfır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Purpur səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Sarımtıl səhləb
Roma boşləçəyi (lat. Dactylorhiza romana) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin boşləçək cinsinə aid bitki növü. == Arealı == Aralıq dənizi sahillərindən Mərkəzi Asiyaya qədər yayılmışdır. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları 2-4 qanadlıdır, uzunluğu 3 sm-ə qədərdir. Gövdənin hündürlüyü 15-30 sm-dir. Yarpaqları 5-12 sayda olub, gövdənin aşağı hissəsində yerləşir, tərs-yumurtaşəkilli və ya uzunsov-lansetşəkilli, xətvari, uzunluğu 8-12 sm, kütdür, yuxarı yarpaqları ensiz, qısadır. Çiçək qrupu sıx, qısa, silindrik, çoxçiçəkli, bəzən tərs-yumurtaşəkilli, uzunluğu 3-8 sm-dir. Çiçəkləri açıq-sarı və ya tünd-qırmızı, bənövşəyi, bəzən agımtıl rəngdədir. Çiçək dodağı girdə-dördkünclü, üçqanadlı, uzunluğu 5-7 mm, yan tərəfdəki qanadı oval, kənarlar bir qədər dişlidir, orta qanadı kvadratşəkilli, qurtaracağında çıxıntılar var.
Atmilçək qaş səhləb
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Fır-fır səhləb
Purpur səhləb (lat. Orchis purpurea) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və status / National IUCN Status: "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN B1ab (i, iii, iv) + 2ab(iv). Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu uzunsov və ya uzunsov- yumurtavaridir. Gövdəsi 30-80 sm hündürlükdədir. Yarpaqları enli-oval və ya lansetli, ellipsşəkilli, küt, 3-6 sm enində, 20 sm-dək uzunluqdadır. Çiçəkləri iri, vanil iylidir. Çiçək qrupu sıx, uzunsov-yumurtavaridir.
Qırmızı tozbaş səhləb
Cephalanthera rubra (lat. Cephalanthera rubra) və ya Qırmızı tozbaş səhləb — səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik bitkidir. Gövdəsi 20-60 sm hündürlükdə, yuxarı hissəsində sıx, xırda vəzili-tükcüklüdür. Kökümsovu iri olmayan, 1sm-dək yoğunluqdadır. Yarpaqları uzunsovlansetvari, yuxarı yarpaqlar nisbətən ensiz, iti, kökümsovətrafı yarpaqları qınlıdır. Çiçəkaltlığı lansetvari, iti, yarpaqlardan kiçikdir. Çiçəkləri iri, bənövşəyitəhərçəhrayı; dodağı ağ rəngli, çiçəkqrupunun ox hissəsindən əyilmişdir. Dodağı demək olar ki, çiçəkyanlığının digər yarpaqcıqları ilə eynidir, arxa dilimi çökük, ön dilimi isə sivriləşmiş və yumurtavari-lansetvaridir. Yumurtalığı tükcüklüdür.
Qərb yeraltı səhləb
Qərb yeraltı səhləb və ya Rhizanthella gardneri – səhləbkimilər fəsiləsinə aid çiçəkli bitki növüdür və Qərbi Avstraliyanın cənub-qərbində endemikdir. Çiçəkləmə də daxil olmaqla, bütün həyat dövrünü torpaq səthində və ya aşağıda keçirən bir bitkidir. May-iyul ayları arasında üfüqi köklü iri, krem ​​rəngli braktlarla əhatə olunmuş, 100-ə qədər kiçik qırmızıdan krem ​​rəngli, içəri baxan çiçəklərin başları yetişir. == Təsvir == Rhizanthella gardneri, torpaq səthindən 60–120 mm (2,4–4,7 düym) aşağıda üfüqi kök salmış yarpaqsız, simpodial bitkidir. May ayının sonundan iyunun əvvəlinə qədər bitki 4–5 mm (0,16–0,20 düym) enində, altı-on iki çəhrayı rəngli qaymaqlı budaqlarla əhatə olunmuş 100-ə qədər kiçik, içəri baxan çəhrayıdan tünd qırmızıya qədər və krem ​​rəngli çiçəklər əmələ gətirir. Çubuqlar çiçəklərin üzərində əyilir, laləyə bənzər bir baş əmələ gətirir və torpaq səthindən bir neçə millimetr yuxarıda kiçik bir açılış buraxır. Tozlanmadan sonra hər bir çiçək 150-yə qədər toxumdan ibarət ətli, giləmeyvəyə bənzər meyvə verir. Küləklə səpələnmiş kiçik, tozşəkilli toxumlar əmələ gətirən digər səhləblərin kapsullarından fərqli olaraq, bu növ qeyri-bərabər meyvələr verir. == Haqqında == Bu səhləb bütün həyatını yerin altında keçirir. Xlorofil olmadığı üçün saf ağdır.
Seyrək-çiçəkli səhləb
Səhləb
Səhləb (lat. Orchis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki xarakteristikası == Gövdəsinin orta hündürlüyü 10-50 sm arasında dəyişir. Yarpaqları geniş, yaxud xətti geniş lanset şəklində olur. Çiçəkləri uzun sünbülşəkilli hamaşçiçək formasında purpur və bənövşəyi rəngdə olur. Çiçəkləmə dövrü aprel ayından avqust ayına qədərdir. == Yayılması == Azərbaycanda, eləcə də Rusiya və Ukraynada bəzi növləri qırmızı kitaba düşüb. == Maraqlı məlumatlar == Britaniya alimləri dünyada olan ən balaca səhləb çiçəyini aşkar ediblər. Gülün ölçüsü cəmi 2,1 millimetrdir. Onun yarımşəffaf ləçəkləri bir qat hüceyrədən ibarətdir.
Xallı səhləb
Ütük səhləb
Üçyarpaq səhləb
İyli səhləb
Anacamptis coriophora subsp. fragrans IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2acd; D1. Çox nadir növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kökyumrusu kürəvi, bəzən oval şəkildə olur. Gövdəsi 30-50 sm hündürlükdədir. Yarpaqları 4-7 sayda, ensiz xətli və ya lanset-xətli, 14 sm uzunluğunda və 1 sm enində, gövdənin orta hissəsindən sivriləşmişdir. Çiçək qrupu seyrək, 20 sm-ə qədər uzunluqdadır. Başcıq 8- uzunluğunda, tünd-qırmızı rəngdədir. Dodaqcığın kənarları dişciklidir.
Uzunyarpaq tozbaş səhləb
Cephalanthera longifolia (lat. Cephalanthera longifolia) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin cephalanthera cinsinə aid bitki növü. Arealı kiçilməkdə olan az rast gəlinən növdür. Azərbaycanda Zaqatala (Car kəndi), Şəki (Kiş kəndi), Xaşmaz (Qusarçay, Dədəli, Alekseyevka kəndləri), Göygöl ətrafında, Azərbaycandan kənarda – Ural, Qırğıstan, Qafqaz, Skandinaviya, Orta və Atlantik Avropa, Aralıq dənizi, Kiçik Asiya, İran, Himalayda yayılıb. Aşağı və orta dağlıq qurşaqlarının meşələri və kol pöhrəliklərində bitir. Ehtiyatı məhduddur, nadir halda və az miqdarda rast gəlinir. == Qısa təsviri == Hündürlüyü 20–45 sm, düz gövdəli, çılpaq çoxillik bitkidir. Qaytanşəkilli çoxsaylı köklərə malik kökümsovu üfüqi yerləşmişdir. === Yarpaq === Yarpaqları xətvari-neştərşəkilli və ya neştərvaridir, yuxarı yarpaqları dar, çox vaxt sivriləşmiş olur. === Çiçək === Çiçək qrupu 15–20 sm uzunluqdadır, düz, formalı, seyrək və 3–20 ədəd çiçəkdən ibarətdir.
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında
Anakonda 2: Lənətlənmiş səhləbin axtarışında (ing. Anacondas: The Hunt for the Blood Orchid) 2004-cü ildə Dwight H. Little tərəfindən çəkilmiş Amerika macəra qorxu filmidir. Bu, Anakonda (film,1997) filminin müstəqil davamı və Anakonda seriyasının ikinci hissəsidir. Film Cənub-Şərqi Asiyanın tropik adası Borneoya insanlara daha uzun və sağlam həyat gətirəcəyinə inandıqları müqəddəs çiçək üçün ekspedisiyaya gedən tədqiqatçılar qrupundan bəhs edir. Lakin tezliklə onları adada yaşayan anakondalar təqib edir və ovlayır. Sələfi kimi, bu film də mənfi rəylər aldı, lakin maliyyə sahəsində uğur qazandı. Filmin ardınca 2008-ci ildə Anakonda 3: Övlad adlı davam filmi çəkildi. == Məzmun == Dr. Cek Bayron, Qordon Mitçell, Sem Rocers, Qeyl Stern, Koul Börris ve Dr. Ben Duqlas da daxil olmaqla Nyu York dərman firması Wexel Hall tərəfindən maliyyələşdirilən bir tədqiqatçı qrupu Borneo'dakı bir meşəyə, perrinnia Immortalis adında bir çiçəyi tapmaq üçün yollanır.
Arı qaş səhləbi
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Atmilçək qaş səhləbi
Atmilçək qaş səhləbi (lat. Ophrys oestrifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdə 20-40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2-3 sm, uzunluğu 5-10 sm-dır. Çiçək qrupu seyrəkdir, 5-6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənar ləçəkləri 12-14 mm uzunluğunda açıq-bənövşəyi rənglidir.
Ay səhləbi
Phalaenopsis amabilis (lat. Phalaenopsis amabilis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin phalaenopsis cinsinə aid bitki növü. İndoneziyanın üç milli gülündən biridir ki orada anggrek bulan adlanır. == Sinonimləri == Epidendrum amabile L. (keçmiş elmi adı) Cymbidium amabile (L.) Roxb. Synadena amabilis (L.) Raf. Phalaenopsis grandiflora Lindl. Phalaenopsis grandiflora var. aurea auct. Phalaenopsis amabilis var. aurea (auct.) Rolfe Phalaenopsis gloriosa Rchb.f.
Bataqlıq səhləbi
Bağ səhləbi
Bağ səhləbi (lat. Anacamptis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Piramidvari bağ səhləbi (Anacamptis pyramidalis (L.) Rich.) Anacamptis pyramidalis sanguinea Anacamptis pyramidalis tanayensis Anacamptis pyramidalis urvilleana Anacamptis pyramidalis alba Anacamptis × albuferensis (Anacamptis fragrans × A. robusta) Anacamptis × bornemanniae (Anacamptis longicornu × A. papilionacea) Anacamptis boryi Anacamptis caspia Anacamptis champagneuxii Anacamptis collina Anacamptis coriophora Anacamptis coriophora ssp. coriophora Anacamptis coriophora ssp. fragrans Anacamptis × duquesnei (Anacamptis palustris × A. pyramidalis) Anacamptis × feinbruniae (Anacamptis caspia × A. israelitica) Anacamptis fragrans (Pollini) R.M.Bateman Anacamptis × gennarii (Anacamptis morio × A. papilinocea) Anacamptis israelitica Anacamptis × klingei (Anacamptis laxiflora × A. pyramidalis) Anacamptis × laniccae (Anacamptis morio × A. pyramidalis) Anacamptis laxiflora (Lam.) R.M. Bateman, Pridgeon & M.W.Chase Anacamptis × lesbiensis (Anacamptis pyramidalis × A. sancta) Anacamptis × simarrensis (Anacamptis fragrans × A. pyramidalis) Anacamptis longicornu Anacamptis morio Anacamptis palustris Anacamptis palustris ssp. elegans Anacamptis palustris ssp. palustris Anacamptis palustris ssp. robusta Anacamptis papilionacea Anacamptis papilionacea var. cyrenaica Anacamptis papilionacea var.
Fuks səhləbi
Meymun səhləbi
Meymun səhləbi (lat. Orchis simia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin səhləb cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Hündürlüyü 20-50 sm olan çoxillik bitkidir. Kök yumruları yumurtaşəkilli və ya ellipsvaridir. Yarpaqları gövdənin əsasından yuxarıda yerləşir, enli-uzunsov-neştərvaridir, küt sivriləşmiş, qaidəsinə doğru daralandır, uzunluğu 15 sm, eni 2-5 sm-dir. Çiçək qrupu çox sıxdır, çoxçiçəklidir, oval-yumurtaşəkillidir, uzunluğu 3-7 sm-dir. Çiçək altlığı yumurtaşəkilli və ya qısa üçkünc formalıdır. Bütün yarpaqcıqları qalpaqda toplanmışdır, xarici yarpaqcıqlar enliyumurtaşəkillidir, bozumtul-çəhrayıdır, damarının sayı 5-7 ədəddir. Mahmızı küt, silindrik və az bükülmüşdür. May ayında çiçəkləyir və meyvə verir.
Mürgü səhləbi
Piramidal bağ səhləbi
Piramidvari bağ səhləbi
Piramidvari bağ səhləbi (lat. Anacamptis pyramidalis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
Qafqaz qaş səhləbi
Xarıbülbül (lat. Ophrys caucasica) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. Bəzi ədəbiyyatlara görə bu bitki ayrıca növ deyil, O.sphegodes və ya O.mammosa növünün yarımnövüdür. Azərbaycanda el arasında Xarıbülbül adlanan bitki əsas Ophrys caucasica növü olsa da çox güman ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu ""Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1ab(iii)+2ab(iii). Endemik növdür. == Qısa morfoloji təsviri == Xarıbülbül çoxillik ot bitkisidir. Gövdə 20–40 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir.
Sanasunit səhləbi

Digər lüğətlərdə

...то́нка бодиби́лдинг за́ло запива́ть слезоточа́щий бло́нды накружи́ться перевербо́вывать радиоба́шня разъе́зженный сканда́льничать скрести́ться дучай хозать incongruity Kantian lithification sponson talik вальцы отара полномочие расторгнуть убойность этикетка