Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərvər Abdinov
Sərvər Ceparov
Sərvər Ceparov (3 oktyabr 1982, Çirçik[d], Daşkənd vilayəti) — Özbəkistan futbolçusu. == Həyatı == == Nailiyyətləri == Asiyanın ən yaxşı futbolçusu (2) — 2008; 2011 == İstinadlar == == Xarici keçidlər == Bahodir Nasimovun komanda yoldaşı ilin futbolçusu seçildi.
Sərvər Mehrəliyev
Sərvər Həşdər oğlu Mehrəliyev (6 fevral 1957, Zəngilan rayonu – 4 may 2017, Bakı) — polis general-mayor. == Həyatı == Sərvər Həşdər oğlu Mehrəliyev 1957-ci il fevralın 6-da Zəngilan rayonunun Şayıflı kəndində doğulmuşdu. 1976–1981-ci illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almışdı. == Fəaliyyəti == Sərvər Mehrəliyev 1981-ci ilin fevralında müstəntiq kimi Naxçıvanda xidmət etmişdir. Sonrakı fəaliyyəti Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi ilə bağlı olmuşdu. Müxtəlif illərdə İstintaq Hissəsində müstəntiq, mühüm işlər üzrə baş müstəntiq vəzifələrində çalışmış, 2000-ci ildən DİN-in İstintaq İdarəsinin, 2001-ci ildən Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsinə irəli çəkilmişdi.
Sərvər Qəniyev
Sərvər Soltan oğlu Qəniyev (5 avqust 1937, Bakı – 5 sentyabr 2010, Ankara) — Azərbaycan skripkaçısı və dirijoru, "Şöhrət" ordeni laureatı, Prezident təqaüdçüsü, Azərbaycan SSR xalq artisti (1982). == Həyatı == Sərvər Qəniyev 1937-ci il avqustun 5-də Bakı şəhərində anadan olmuşdur. O, ilk musiqi təhsilini Azərbaycan Konservatoriyasının nəzdindəki musiqi məktəbində skripka aləti üzrə almışdır. Hələ gənc ikən Sərvər Qəniyev Niyazinin rəhbərlik etdiyi Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri ilə birlikdə çıxış edərək, musiqi ictimaiyyətinin rəğbətini qazanmışdır. Azərbaycan Dövlət Konservatoriyasına daxil olan musiqiçi ikinci kursdan etibarən peşəkar musiqi təhsilini Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirmişdir. 1960-cı ildə konservatoriyanı bitirdikdən sonra o, həmin ali təhsil ocağının aspiranturasında öz peşə kamilliyini artırmışdır. == Yaradıcılığı == 1963-cü ildə Bakıya qayıdan musiqiçi Azərbaycan Dövlət Konservatoriyasında müəllim və Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi çalışmağa başlamışdır. 1965-ci ildə Sərvər Qəniyevin təşəbbüsü ilə konservatoriyanın nəzdində simli kvartet yaradılmış və 1979-cu ildən bu kvartet filarmoniyanın nəzdində uğurla fəaliyyət göstərmişdir. Sərvər Qəniyev 1971-1979- cu illərdə Qahirə konservatoriyasında simli alətlər kafedrasının müdiri vəzifəsində işləmiş və eyni zamanda Qahirə simfonik orkestri ilə müxtəlif Avropa ölkələrində qastrol səfərlərində olmuşdur. Onun Misirdə yetişdirdiyi tələbələr bu ölkənin müxtəlif musiqi kollektivlərində müvəffəqiyyətlə çalışırlar.
Sərvər İbrahimov
Sərvər Rza oğlu İbrahimov (13 fevral 1930, Şuşa, DQMV – 7 may 2002, Bakı) — Azərbaycan tarzəni, Azərbaycan Respublikasının əməkdar artisti (2000). == Həyatı == Sərvər Rza oğlu İbrahimov 13 fevral 1930-cu ildə Şuşa şəhərində anadan olmuşdur. 1944–1950-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır. Əhməd Bakıxanov, Mirzə Mansurdan dərs almışdır. Sərvər İbrahimov 1946–1955-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1955–1964-cü illərdə isə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti olmuşdur. 1978–1988-ci illərdə "Azkonsert" Qastrol-Konsert Birliyində çalışmışdır. Bir çox xanəndələri, o cümlədən Xan Şuşinskini müşayiət etmişdir. 1985–2002-ci illərdə Sərvər İbrahimov Bülbül adına Orta İxtisas Musiqi Məktəbində pedaqoji fəaliyyət göstərmişdir. 28 oktyabr 2000-ci ildə ona "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı verilmişdir. Sərvər İbrahimov 7 may 2002-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sərvər Şahbəyli
Sərvər Şahbəyli — Azərbaycan aktyoru, ssenaristi, nəğməkar şairi. == Həyatı == Sərvər Şahbəyli 15 aprel 1962-ci ildə Ağsu şəhərində anadan olub. 1979-cu ildə Ağsuda 1 saylı orta məktəbi, 1984-ci ildə Bakıda Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuşdur. 1987-ci ildə 3-cü kursda oxuyarkən, Bakı Meydan Teatrında aktyor kimi fəaliyyət göstərib. 1988-ci ildə institutu bitirib Dövlət Filarmoniyasında aparıcı-artist (konfransye) vəzifəsində çalışmışdır. 1989-cu ildə Dövlət Gənclər teatrının yaranmasında yaxından iştirak etmişdir. 2005-ci ilə qədər müəyyən fasilələrlə həmin teatrda fəaliyyət göstərmişdir. 1991-ci ildə İstiqlal teatrının da yaranmasında yaxından iştirak etmiş, həmin teatrda bir il fəaliyyət göstərmişdir. Orta məktəb illərindən poeziyaya-ədəbiyyata maraq göstərmiş, elə o illərdə Ağsu "Birlik" qəzetində şeirləri çap olunmuşdur. 1987-ci ildən şeirlərinə yazılan mahnılar efirdə səslənməyə başlamışdır.
Sərvər Əliyev
Sərvər Bəhlul oğlu Əliyev (22 yanvar 1966, Sədərək, İliç rayonu) — Azərbaycan teatr və kino aktyoru, teatr rejissoru, Azərbaycan Respublikasının əməkdar artisti (2015), İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru (2017-ci ildən). == Həyatı == Sərvər Bəhlul oğlu Əliyev 22 yanvar 1966-cı ildə Naxçıvanın Sədərək rayonunun Sədərək kəndində anadan olub. 1972-ci ildə Sədərək kənd orta məktəbinə gedib. 1980–1982-ci illərdə təhsilini Ordubad internat məktəbində davam etdirərək tamamlayıb. İnternat məktəbində təhsil aldığı illərdə məktəbin nəzdindəki dram dərnəyində fəal çıxış edib. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsinə daxil olub. Görkəmli rejissor və pedaqoq Nəsir Sadıqzadənin kursunda təhsil alıb. İnstitutun 1-ci kursunda oxuyarkən kurs rəhbəri ona heç bir rol vermir. 2-ci kursun ortasında kurs tamaşasındakı əsas rolu ifa edən tələbə xəstələndiyindən Nəsir Sadıqzadə Nazim Hikmətin "Qəribə adam" tamaşasındakı Nəcəf bəy obrazını Sərvər Əliyevə həvalə edir. Onun ifası müəlliminin çox xoşuna gəlir.
Sərvər Mustafayev
Sərvər Rüstəm oğlu Mustafayev (krımtat. Server Rustem oğlu Mustafayev, Сервер Рустем огьлу Мустафаев; 5 may 1986) — Krım tatar hüquq müdafiəçisi, vətəndaş jurnalist, “Krım Həmrəyliyi” vətəndaş cəmiyyəti təşkilatının koordinatoru. == Həyatı == Sərvər Mustafayev 1986-cı il mayın 5-də Səmərqənd rayonunun Ziədin kəndində anadan olub. Bir müddət sonar o, ailəsi ilə birlikdə Krıma qayıdaraq Bağçasarayda məskunlaşıb. 2002-ci ildə məktəbi, 2006-cı ildə Baxçasaray İnşaat Texnikumunu (avadanlıq və qaz təchizatı sistemlərinin istismarı üzrə kiçik mütəxəssis) bitirmişdir. 2006-2012-ci illərdə Taras Şevçenko adına Kiyev Milli Universitetində təhsil alıb. Elə orda istilik və qaz təchizatı və ventilyasiya ixtisası üzrə magistratura pilləsini bitirib. Bir neçə il müxtəlif özəl müəssisələrində çalışmış, eyni zamanda Baxçasaray şəhərində aktiv ictimai fəaliyyətə rəhbərlik etmişdir. 2014-cü ildə yarımadanın Rusiya tərəfindən ilhaqından sonra o, fəaliyyəti Krımda siyasi məhbus ailələrinə hüquqi, maddi və informasiya yardımı göstərməyə yönəlmiş Krım Həmrəyliyi təşkilatına qoşulub. === Siyasi təqib === 2018-ci il mayın 21-də səhər saatlarında Rusiya Federal Təhlükəsizlik Xidməti əməkdaşları Mustafayevin evində axtarış aparıb.
Serera
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Server
Server (en. server ~ ru. сервер ~ tr. sunucu) — kompüter şəbəkəsində öz disklərini, eləcə də periferiya qurğularını, məsələn, printerləri və modemləri birgə istifadəyə verən kompüter. Server şəbəkədə başlıca kompüterdir və şəbəkədəki bütün kompüterlər ona birləşir ki, onun sərt disklərinə və şəbəkə printerinə müraciət edə bilsin. Serverlər "servislər" adlanan müxtəlif funksiyaları, məsələn, çoxsaylı müştərilər arasında məlumat və ya resursların paylaşılmasını, yaxud hesablamaların aparılmasını həyata keçirir. Bir server birdən çox müştəriyə xidmət edə və ya bir müştəri birdən çox serverdən istifadə edə bilər. Müştəri prosesi eyni cihazda və ya şəbəkə üzərindən başqa bir cihazdakı serverə qoşularaq işləyə bilər. Tipik serverlərə verilənlər bazası serverləri, fayl serverləri, poçt serverləri, çap serverləri, veb serverləri, oyun serverləri və proqram serverləri aiddir. Müştəri-server sistemləri adətən sorğu-cavab modeli ilə həyata keçirilir (və tez-tez onunla eyniləşdirilir): müştəri serverə sorğu göndərir, bu sorğu hansısa prosesləri yerinə yetirir və adətən nəticə ilə birlikdə müştəriyə cavab göndərir.
Ad serveri
Ad serveri (name server) - İnternetdə başqa kompüterlərin istifadə edə bilməsi üçün domen adlarını IP-ünvanlara çevirən kompüter. Ad serverlərində başqa serverlərin göstəricilərindən ibarət verilənlər bazası olur. Onlar bütün dünyaya səpələnib və mürəkkəb iyerarxik struktura malikdir. Ad serverləri üç qrupa bölünür: lokal, kök və səlahiyyətli ad serverləri. Lokal ad serverləri hər bir İnternet provayderində var. Sayı onlarca olan kök ad serverləri lokal ad serverlərinin emal edə bilmədiyi sorğuları emal edir. Səlahiyyətli ad serverində verilmiş host qeydiyyata alınıb. Etibarlılığı yüksəltmək üçün host təkcə lokal serverdə deyil, bir neçə səlahiyyətli serverdə də qeydiyyatdan keçirilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fayl serveri
Fayl serveri (ing. file server) — lokal şəbəkədə faylları saxlamaq üçün quraşdırılmış və şəbəkənin bütün istifadəçilərinin erişə bildiyi qurğu. İstifadəçi üçün uzaq (kənar) disksürən kimi "görünən" disk serverindən fərqli olaraq, fayl serveri daha mürəkkəb qurğudur. Belə ki, o təkcə faylları özündə saxlamır, həm də onları idarə edir, şəbəkənin istifadəçilərinin fayllara verdikləri sorğuları nizamlayır və onlarda dəyişikliklər aparır. Fayllara bir neçə (bəzən eyni zamanda) sorğu verilərsə, onları emal etmək üçün fayl serverində mikroprosessor və idarəedici proqramlar, eləcə də disksürən olur. Lokal şəbəkələrdə (LAN) fayl serveri olaraq, adətən, böyük həcmli sərt diski olan kompüter ayrılır.
FTP-server
Free-to-play, Free2play, F2P və ya FtP (ing. free – pulsuz və ing. play – oynamaq; hərfi tər. oynamaq pulsuzdu və ya pulsuz oynamaq) — məzmununlarının əhəmiyyətli bir hissəsini oyunçulara pulsuz verən videooyunlarına verilən ad. Free-to-play oyunlarının bir neçə növü var, lakin ən çox yayılmış fremium (ing. Freemium) proqram təminatı modelinə əsaslanır. Fremium videooyunlarında təqdim edilən məzmun tamamilə pulsuz olmur. Bu cür videooyunlarında, oyunçulara tam funksional bir videooyun verilir, ancaq əlavə məzmun üçün oyunçular mikroödənişlər ödəməlidirlər. Free-to-play oyunlarının əksi pay to play oyunlarıdır. Burada ödəniş oyun xidmətlərindən istifadə etməzdən əvvəl tələb olunur.
Proksi server
Proksi server — resursu tələb edən müştəri ilə həmin resursu təmin edən server arasında vasitəçi kimi çıxış edən server proqramı. Bu prosesdə məxfilik, təhlükəsizlik və performansı yaxşılaşdırır. Müştəri, fayl və ya veb səhifə kimi resurs üçün sorğunu yerinə yetirə bilən serverə birbaşa qoşulmaq əvəzinə, müştəri sorğunu emal edən və tələb olunan şəbəkə əməliyyatlarını yerinə yetirən proksi serverə yönləndirir. Bu, sorğunun mürəkkəbliyini sadələşdirmək və ya nəzarət etmək və ya yük balansı, məxfilik və ya təhlükəsizlik kimi əlavə üstünlüklər təmin etmək üçün bir metod kimi xidmət edir. Paylanmış sistemlərə struktur və inkapsulyasiya əlavə etmək üçün proksilər hazırlanmışdır Beləliklə, proksi server xidmətə müraciət edərkən müştərinin adından işləyir və sorğunun əsl mənbəyini resurs olan serverdən gizlədir.
Serera (asteroid)
Serera (simvolı: , ing. Ceres) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biri. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra Sereraya cırtdan planet statusu verilmişdir. Serera Mars və Yupiter arasında asteroid qurşağının ortasına yaxın bir orbit izləyir, orbital dövrü (ili) 4,6 Yer ilinə bərabərdir.
Serera (dəqiqləşdirmə)
Serera (cırtdan planet). Serera (mifologiya) - Qədim Roma mifologiyasında əkinçilik ilahəsi.
Serera (mifologiya)
Serera — Qədim Roma mifologiyasında əkinçilik və məhsuldarlıq ilahəsi. Əsasən plebeylər sitayiş edirdilər. Aprel və avqust aylarında Sereranın şərəfinə bayramlar keçirilirdi. E.ə. V əsrdən Sereraya sitayiş Demetraya sitayişlə qovuşmuşdu.
Serera dağı
Serera dağı (norv. Ceresfjellet) — Şpitsbergen arxipelaqında (Norveç), Qərbi Şpitsbergen adasında yerləşən zirvə. Zirvənin hündürlüyü 1675 metrə çatır. Zirvənin hündürlüyü Şpisbergendə 3-cüdür. Zirvə cırtdan planetlər siyahısına daxil olan Sereranın şərəfinə adlandırılmışdır.
Serera planeti
Serera (simvolı: , ing. Ceres) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biri. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra Sereraya cırtdan planet statusu verilmişdir. Serera Mars və Yupiter arasında asteroid qurşağının ortasına yaxın bir orbit izləyir, orbital dövrü (ili) 4,6 Yer ilinə bərabərdir.
Veb-server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Veb server
Veb-server (ing. Web server) – istifadəçilərin internetdəki veb-səhifələrə və digər verilənlərə daxil olmasına şərait yaradan xüsusi proqramlar ilə təmin olunmuş kompüterdir. Veb-server veb-saytın əsasını təşkil edir. Veb-server informasiyaların saxlanılmasını, təşkilini və göndərilməsini təmin edir. Veb-server veb-brauzerdən qəbul etdiyi sorğu əsasında soruşulan sənədin elektron surətini istifadəçiyə göndərir. Belə sorğuların emal edilməsi və yerinə yetirilmə ardıcıllığı HTTP protokolu vasitəsilə yerinə yetirilir. Sənəd yüklənən zaman server həmin sənədin hər bir hissəsi ilə (mətn, ayrı-ayrı təsvirlər və multimediya obyektləri) ayrı-ayrılıqda birləşmə yaradır. Bu da veb-serverin eyni vaxtda yüzlərlə brauzerdən sorğu qəbul etməsinə imkan verir. Veb-serverin əsas funksiyalarından biri sistemin təhlükəsizliyini təmin etməkdir. Veb-server ona daxil olan əvvəlki sorğular haqqında heç bir informasiya saxlamır.
Sərvlər
Sərvlər (lat. Cupressales) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinə aid bitki dəstəsi.
Sərvpəri
Sərvpəri (lat. Chamaecyparis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinə aid bitki cinsi.
Gopher-server
Gopher-server – Usenet kompüter şəbəkəsində 1991-ci ildə Minnesota Universitetində işlənib hazırlanmış xəbər qruplarından biri. Bir versiyaya görə, adını Minnesota ştatının sakinlərinin zarafatla işlədilən ayamasından götürüb (“gopher” – “sünbülqıran”). Başqa bir versiyaya görə isə, “gopher” adı “go for it” (“bunu axtar”) ifadəsindən yaranıb. Gopher-serverlərdə mətnlərlə yanaşı, audio və qrafika da olur ki, onları başqalarına göndərmək və çalışdırmaq olur. Başqa sözlə, onlar Dünya hörümçək torunun (WWW) birbaşa sələfləridir. 1993-cü ildə dünyada 1700 Gopher-server var idi. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Serveri de Jirona
Serveri de Jirona (Katalanca tələffüz: [sərβəˈɾi ðə ʒiˈɾonə]; 1259, Cirona – bilinmir) — katalan trubadur. == Həyatı == Jironada Qillem de Servera adı ilə doğulmuşdur. O, ən məhsuldar trubadur olmuşdur. Arxasınca 114 şeir qoymuşdur. Ensenhamenlərini də hesaba alındıqda bu rəqəm 130-a çıxır. Saray şairi olmuşdur: İşğalçı Xamesin və Böyük Pedronun hakimiyyəti illərində sarayda fəaliyyət göstərmişdir. Pastorelas və sirventes janrlarından da istifadə etmişdir. Əsas narahatçılığı saray həyatının mürəkkəblikləri ilə bağlı idi. Serveri bir müddət mesenat himayəsində və Rodesli IV Hyu və II Henrinin saraylarında fəaliyyət göstərmişdir. 1269-cu ildə İspaniyada olmuşdur.
Microsoft Exchange Server
Exchange Server – məlumat mübadiləsi və birgə iş üçün nəzərdə tutulmuş proqram. İlk versiyası 1993-cü ildə Microsoft şirkəti tərəfindən işlənib hazırlanıb. Əsas funksiyaları: poçt məlumatlarının emalı və göndərilməsi, təqvim və tapşırıqlara birgə erişmə, mobil qurğuların dəstəklənməsi və veb-erişim, səsli məlumat sistemləri ilə inteqrasiya (Exchange 2007 versiyasından başlayaraq), ani məlumat mübadiləsi sistemlərinin dəstəklənməsi.
Microsoft SQL Server
Microsoft SQL Server — VB və verilənlərin analizi sahəsində istifadə olunan əlavələr yığımıdır. == Versiyaları == 1992 — SQL Server 4.2 1993 — SQL Server 4.21, Windows NT 1995 — SQL Server 6.0, SQL95 1996 — SQL Server 6.5, Hydra 1999 — SQL Server 7.0, Sphinx 1999 — SQL Server 7.0 OLAP, Plato 2000 — SQL Server 2000 32-bit, Shiloh 2003 — SQL Server 2000 64-bit, Liberty 2005 — SQL Server 2005, Yukon (версия 9.0) == Microsoft SQL Server 2000-in imkanları == Microsoft SQL Server 2000 serverinə XML dili və HTTP protokolu daxildir. Microsoft SQL Server 2000 Windows 2000 əməliyyat sisteminin bütün imkanlarından isitifadə edir. Verilənlərin idarə edilməsi və analizi baxımından "xam" verilənlərin aktiv tətbiq olunan informasiyaya çevrilməsi və İnternetin imkanlarından tam istifadə edilməsi vacibdir. Microsoft SQL Server 2000 korporativ verilənlər bazası yaradılmasında istifadə olunan əlverişli vasitələrdən sayılır. Microsoft SQL Server 2000 vasitəsi ilə VB-da axtarış aparmaq və müxtəlif mürəkkəb sorğular yerinə yetirmək imkanları daha da təkmilləşmişdir. Tam mətnli axtarışın yeni funksiyaları istifadəçilərə Microsoft Excel elektron cədvəlləri, Microsoft PowerPoint prezentasiyaları və Microsoft Word sənədləri daxil olmaqla strukturlaşmış, eləcə də strukturlaşmamış sənədlərə müraciətə imkan verir ki, bu da şəbəkə axtarışını daha effektli edir. SQL Server 2000 serverində analiz vasitələrindən istifadə etməklə uzaq məsafədə işləyən istifadəçilər üçün HTTP protokolundan istifadə edərək OLAP kublarına müraciət etmək olar. OLAP vasitələrindən istifadə etməklə böyük və mürəkkəb verilənlər yığımı üzərində çoxölçülü kublardan istifadə etməklə müxtəlif analizlər aparmaq olar. Qanunauyğunluqların üzə çıxarılması vasitələri böyük həcmli verilənlərdə gizlənmiş struktur və tendensiyaların tapılmasını təmin edir ki, bu da təşkilatlarda olan informasiyaların daha rasional istifadəsinə gətirir.
Sərvət
== Sərvət anlayışı == Gündəlik həyatda sərvət ifadəsi daha çox bir şəxsə və ya ailəyə məxsus olan böyük miqdarda pul dəyəri kimi xarakterizə edilir. İqtisadiyyatda isə bu çox fərqlidir. İqtisadiyyatda sərvət anlayışı ilə 1 manatlıq dəyər də sərvət olaraq xarakterizə edilər.
Lavson sərvpəri
Lavson sərvpəri (lat. Chamaecyparis lawsoniana) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sərvpəri cinsinə aid bitki növü. Vətəni Şimali Amerika, Şimali Kaliforniya və cənubi-qərbi Oreqon dağlarında dəniz səviyyəsindən 1500 m-ə qədər yüksəklikdə bitir. Hündürlüyü 50 m-ə çatan, çətiri ensiz konusvarı olub, yuxarı budaqları aşağıya doğru genişlənən və təpəsi yana əyilmiş ağacdır. Budaqları şaquli istiqamətdə yuxarıya doğru böyüyür. Gövdəsinin qabığı qalın və qırmızımtıl-qəhvəyi rəngdədir, diametri 1,8 m-ə çatır, dairəvi çatlıdır, dəyirmi lövhəciklər əmələ gətirir. Zoğları yastı olub, üst tərəfi yaşıl, parlaq, alt tərəfi göyümtüldür, bir müstəvi üzərində müntəzəm düzülmüşdür. İynəyarpaqları pulcuqvarı, parlaq yaşılımtıl-göydür. Qozaları kürəşəkilli, diametri 7–10 mm, sayca çoxdur, adətən, bir yerdə toplaşmış haldadır, açıq-qəhvəyi rəngdədir, üzərində ərplidir. Zəif boy atır, kölgəyə, şaxtaya, küləyə davamlıdır, kəskin qış aylarında ağacın zoğları donur, yazda bərpa olunur, rütubətsevəndir.
Noxudmeyvəli sərvpəri
Noxudmeyvəli sərvpəri (lat. Chamaecyparis pisifera) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin sərvpəri cinsinə aid bitki növü. Vətəni Yaponiya, Kyuşu adalarıdır. Hündürlüyü 30 m-ə qədər olan çətiri ensiz piramidal, konusvarı, gövdəsinin qabığı hamar, qırmızımtıl-qonur rəngli ağacdır. Budaqları üfüqi şaxələnmişdir. Yarpaqlarının təpəsi sivri ucla qurtarır, tünd-yaşıldır. Lavson sərvpərisindən yarpaqlarının daha sivri olması ilə fərqlənir. Zoğlarının üst tərəfi tünd-yaşıl, alt tərəfi qonur-yaşıl rəngdədir və üzərində ağ ləkələr vardır. Qozaları Lavson sərvpərindəkilərə nisbətən daha xırda olub kürəşəkillidir, diametri 6-8 mm, sarımtıl-qəhvəyi rəngdədir, qısa saplaqlarda yerləşmişdir. Toxumları enli, şəffaf qanadlıdır və hər üzündə yaxşı görünən 5-6 qatran vəzisi vardır.
Nutkan sərvpəri
Callitropsis nootkatensis (lat. Callitropsis nootkatensis) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinin sərvlər dəstəsinin sərvkimilər fəsiləsinin callitropsis cinsinə aid bitki növü. Təbii halda Şimali Amerikada yayılmışdır. Krımda və Qafqazın Qara dəniz sahillərində təsadüf edilir. Boyu 40 m olan, konusvarı çətirə malik, ensiz-piramida formalı, şaxələnmiş qamətli ağacdır. Gövdəsinin qabığı qalın, bəzən nazik, dərin və ya zəif yarıqlı, əsasən qırmızı-qonur, bəzən qonur, uzun qatlarla açılır. Zoğları bir sahədə inkişaf etmiş, hamar, çox vaxt uzun, sallaqdır. İynəyarpaqları qabıqşəkilli, xaçşəkilli, zoğlara möhkəm yapışmış, kənarları bütöv və ya dişli, qabarıq, vəziciklidir. Yayda iynəyarpaqların rəngi yaşıl, mavi, qızılı, qızılı-alabəzək və gümüşü-alabəzək olur. Payızda iynəyarpaqların rəngi dəyişmir.
Sərdərə (Kəleybər)
Sərdərə (fars. سردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sərdərə (Üşnəviyyə)
Sərdərə (fars. سردره‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (40 ailə).
Sərvəti-fünun
Sərvət-i Fünun (osman. ثروت فنون; fr. Servetifunoun ) —Osmanlı imperiyasında, sonra isə Türkiyədə nəşr olunan avanqard jurnal. Xəlid Ziya Uşaqlıgil və "Ədəbiyyat-i cədidə" hərəkatının digər yazarları bu jurnalı öz oxucularını Avropa, xüsusilə Fransa, mədəni və intellektual hərəkatlar haqqında məlumatlandırmaq üçün nəşr etmişdir. 1891-ci ildən 1944-cü ilə qədər fəaliyyətdə olan bu qəzet ilk ili "Sərvət" qəzetinin əlavəsi idi, lakin 1892-ci ildən müstəqil nəşrə çevrilmişdir. Onun ofisləri Konstantinopolun mərkəzi hissəsi olan Stambulda idi. İndiki dövrdə bölgə Fateh rayonu kimi tanınır. Evangeliya Balta və Ayşə Kavak bildirirlər ki, keçmiş Osmanlı imperiyası dövründə ölkənin "intellektual həyatında mühüm rolu" olan "ən nüfuzlu ədəbi jurnal" idi. Jurnalın digər adları "Oyanış", "Rəsimli oyanış" və "Tərvət-i fünun" idi. == Tarixi == 1890-cı ildə sonradan Toxgöz soyadını götürmüş 20 yaşlı Əhməd Ehsan Osmanlı yunanı Dimitrios Nikolaidisin sahibi olduğu və idarə etdiyi Osmanlı türkcəsində nəşr olunan "Sərvət" qəzeti üçün məqalələri türkcəyə çevirmişdir.
Sərvlər (yarımsinif)
Sərvlər (lat. Cupressidae) — bitkilər aləminin i̇ynəyarpaqlılar şöbəsinin i̇ynəyarpaqlılar sinfinə aid bitki yarımsinfi.
Səlvər Aslanov
Səlvər Rza oğlu Aslanov (11 oktyabr 1930, Bakı – 3 avqust 2000, Bakı) — Azərbaycan Respublikasının əməkdar elm xadimi (20. dekabr 1991), Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının üzvü (26. noyabr 1991), 8 nömrəli Nizami seçki dairəsindən deputat, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, АМЕА-nın üzvü (1989), Azərbaycanlı tarixçi, tarix elmləri doktoru (1965), Professor(1967). == Həyatı == Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Səlvər Rza oğlu Aslanov 1930-cu il oktyabrın 11-də Bakıda anadan olmuşdur. 1954-cü ildə M. Lomonosov adına Moskva Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir. O, Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək 1960-cı ildə fəlsəfə doktoru, 1965-ci ildə elmlər doktoru, 1966-cı ildə professor elmi adını almışdır. 1989-cu ildə AMEA-nın müxbir üzvü seçilmişdir. S. Aslanov 2000-ci il 3 avqust tarixində Bakı şəhərində vəfat etmişdir. == Fəaliyyəti == S. Aslanov 1955–1956-cı illərdə respublika və ittifaq miqyasında müxtəlif vəzifələrdə çalışmışdır. O, 1966–1973-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (hazırda Azərbaycan Dövlət İqtisad Universiteti) rektoru olmuşdur.
Sərvət Təzəgül
Sərvət Təzəgül (türk. Servet Tazegül) – Olimpiya, Dünya və Avropa çempionu, Azərbaycan əsilli Türk taekvondoçu == Həyatı == 26 sentyabr 1988-ci ildə Türkiyənin Qars əyalətinin Arpaçay bölgəsindən Almaniyaya köç etmiş Azərbaycanlı ailədə anadan olmuşdur. Gültan və Bəylər Təzəgül cütlüyünün ən kiçik uşaqlarıdır. Ailəsi Azərbaycan türklərinin bir qolu olan Qarapapaq türklərindəndir. == Kariyerası == 5 yaşından taekvondo ilə məşğuldur. 2008-ci ildə Pekin 2008 Yay Olimpiya Oyunlarında 68 kq çəkidə rəqibi Perulu Peter Lopezi məğlub edərək bürünc medal qazanmışdır. 2012-ci ildə London yay olimpya Oyunlarında sırayla rəqibləri Terrance Jennings, Hryhorii Husarov, Martin Stamper ilə çıxdığı 3 matçı qazanaraq, eyni kateqoriyada İranlı Məhəmməd Bakiri Mutemedi filan qarşılaşmasında 6–5 məğlub edərək qızıl medal qazanmışdır. 2014-cü ildə Avropa Taekvondo çempionatında finalda rus idmançı Aleksey Denisko ilə 10–10 bərabərliklə davam edən qarşılaşmanı son dəqiqələrdə etdiyi həmlə ilə qalib tamamlayaraq, Avropa çempionu olmuşdur. 2016-cı ildə Olimpiya oyunlarında da iştirak edən həmyerlimiz Venezuelalı Edqar Konterasla çıxdığı qarşılaşmanı 4–0 qalib olduğu halda son dəqiqələrdə məğlub bitirmişdir. Nəticədə bu yarışdan medalsız ayrılmışdır.
Sərvət Çətin
Sərvət Çətin (17 mart 1981, Duzluca, İğdır ili) — Əskişəhərspor və Türkiyə milli futbol komandasında oynayan Azərbaycan əsilli futbolçu. == Həyatı == Sərvət Çətin 1981-ci ildə İqdırın Tuzluca adlı yerində dünyaya gəlib. 30 iyul 1999-cu ildə İstanbulun "Qartalspor" klubunda peşəkar futbolçu karyerasına başlayıb. Sonra transfer olunduğu Göztəpə klubu Türkiyə milli futbol çempionatının yüksək liqasına çıxıb. 2002-ci ildə yüksək liqada oynayan digər bir kluba — Dənizlispora transfer olunub. Dənizlisporun heyətində uğurlu oyunu ilə yadda qalıb. 1 sentyabr 2003-cü ildə Fənərbaxçaya transfer olunub. Bu klubun heyətində 2 dəfə Türkiyə çempionu adını qazanıb. Amma zədə aldığına görə uzun müddət yaşıl meydana çıxa bilməyib Fənərbaxçanın baş məşqçisi Ziko ona əsas heyətdə yer vermədiyinə görə 30 avqust 2006-cı ildə Sivasspora transfer olunub. Bu klubun heyətində 2006/2007 mövsümündəki uğurlu çıxışından sonra böyük futbol klublarının transfer siyahılarında yer alıb.
Çərvər (Miyanə)
Çərvər — İranın Şərqi Azərbaycan ostanında kənd.. == Coğrafi yerləşməsi == Miyanə şəhristanının Mərkəzi bölgəsinin Kəndovan kəndistanında, bölgə mərkəzindən 4 km şimal-şərqdədir.
Sərvət (qəzet)
Sərvət — Osmanlı imperiyasında nəşr olunan qəzet. Bu, ilk olaraq Osmanlı yunanı Dimitrios Nikolaidis tərəfindən nəşr edilmişdir. Əvvəlcə yalnız Osmanlı türkcəsində dərc edilməsinə baxmayaraq, sonralar fransızca da məzmun nəşr edilmişdir. Konstantinopoldakı (indiki İstanbul ) və Anadoludakı oxuculara həftədə iki dəfə paylanaraq poçtla göndərilirdi. "Sərvət-i Fünun" əslində "Sərvət"in əlavəsi idi. == Tarixi == Dimitrios Nikolaidis ilk növbədə Qaramanlı türkcəsində və ya yunan əlifbası ilə türkcə "Asya" qəzeti çıxarmaq istəyirdi. O, 1887-ci ilin noyabrında Osmanlı Mətbuat İdarəsinə müraciət etmiş və həmin ilin dekabrında icazə əldə etmişdir. Gündüz saatlarında Qalatadan qəzet çıxara bilmədiyi üçün Babı-alidən nəşr etməli olmuş, Osmanlı hakimiyyəti isə gecə Qalatada qəzet istehsalına icazə verməmişdir. 1888-ci ildə Osmanlı hakimiyyəti Nikolaidisin "Asya" adını istifadə edə bilməyəcəyini və yunan hərfləri yerinə fars-ərəb simvollarından istifadə etməsi lazım olduğunu bildirmişdir. Nikolaidis hələ də Osmanlı türkcəsində hər hansı bir qəzet adı ilə nəşr etməkdə maraqlı idi, buna görə də sonda nəşrin adı "Sərvət" olmuşdur.
Sərsəri oğulun qayıdışı
Sərsəri oğulun qayıdışı (nid. Terugkeer van de Verloren Zoon) - holland rəssamı Rembrandt Harmens van Reyn tərəfindən 1666-1669-cu illərdə çəkildiyi ehtimal olunan rəsm əsəri. Əsər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən məşhur Ermitaj muzeyində saxlanılır. Əsərdə Əhdi-Cədid hədislərinin süjeti təsvir olunmuşdur. Bu, Rembrandtın dini mövzuda ən böyük əsəridir. Əsərdə sərsəri oğulun evə qayıdışı barədə hədisin son epizodu təsvir edilmişdir.
Sərvət Sami Dədəcay
Sərvət Sami Dədəcay(türk. Servet Sami Dedeçay) — Kipr türkü, akademik və pedaqoq. O, 1976, 1981 və 1985-ci illərdə Şimali Kiprdə keçirilən prezident seçkilərində müstəqil prezidentliyə namizəd kimi iştirak edib. == Bioqrafiyası == İbtidai və orta təhsilini Larnakadakı Amerika Akademiyasında bitirmişdir. 1960-1968-ci illərdə Paris Universitetinin Hüquq fakültəsində Kriminologiya və Penologiya şöbəsində doktorluq dərəcəsi almışdır. Kipr Cümhuriyyətinin Konstitusiya dövründə Türk komissiyasının rəhbəri Nihat Erimin şəxsi katibi olarkən qərəzsiz İsveçrə Komissiyasında tərcüməçi işləyib. 1968-72-ci illərdə Atatürk Universitetində mütəxəssis vəzifəsində çalışıb. Kiprə qayıtdıqdan sonra öz vəsaiti ilə Lefkoşa Özəl Türk Universitetini qurur. O, Kipr mədəniyyətinə dair iyirmidən çox kitab yazmışdır. Kipr türk qadınları və ümumilikdə Kipr coğrafiyası üzərində işləmişdir.
Gerbera
Gerbera (lat. Gerbera) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Senyera
Sanyera (kat. Senyera) — İspaniyanın bir muxtar regionu olan Kataloniyanın rəsmi bayrağı olaraq istifadə olunur. Beş sarı və dörd qırmızı xətdən ibarətdir. Kataloniya bayrağı 1933-cü ildə muxtariyyət icma bayrağı kimi təsdiq olunub. 1939-cu ildə Fransisko Franko tərəfindən qadağan edilən bayraq 1979-cu ildə yenidən Kataloniyanın rəsmi bayrağı oldu.