Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. == İstinadlar == == Xarici keçidlər == Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Say Say Say
Say Say Say — Maykl Cekson və Pol Makkartninin birgə ifa etdiyi mahnı. Elə ifaçı cütlük tərəfindən yazılan mahnının prodüserliyini Makkartninin 1983-cü ildə çıxardığı Pipes of Peace albomunun da prodüseri olan George Martin edib. Mahnı cütlüyün Maykl Ceksonun 1982-ci ildə çıxardığı Thriller albomuna daxil olan "The Girl Is Mine" mahnısından sonra ikinci duetidir. 1983-cü ilin oktyabrında mahnı satışa çıxarılandan sonra "Say Say Say" Ceksonun bir ildə top onluğa daxil olmuş yeddinci mahnısı oldu. Mahnı ABŞ-də birinci, Böyük Britaniyada isə ikinci yerə qədər yüksələ bildi. Mahnı həmçinin Norveç, İsveç, Avstriya, Avstraliya, Yeni Zellandiya, Niderland və İsveçrədə də hit paradların zirvələrini fəth etdi. ABŞ-də Recording Industry Association of America tərəfindən pltinium sertifikatı verilən mahnıya klip də çəkilib. Klipin rejissoru Bob Giraldidir.
ISAF
Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri və ya BTDQ (ing: International Security Assistance Force ya da ISAF) —Əfqanıstanda Əfqanıstan müharibəsindən sonra NATO-nun rəhbərliyi altında qurulmuşdur; məqsədi təhlükəsizlik və humanitar yardım göstərmək məqsədi daşıyan təşkilatdır. == Ümumi baxış == 2008-ci ilin oktyabrında Əfqanıstanda 50,700 ISAF qüvvəsi yerləşdirilmişdi. Bunlardan 26-sı NATO üzvü, 10-u NATO tərəfdaşı və 5-i NATO üzvü və tərəfdaş olmayan ölkələrdir. ISAF əvvəlcə Kabildə təhlükəsizliyi təmin etdi, sonra Taliban və Əl-Qaidə bölgələrinə və fraksiyaçı liderlərə qarşı əməliyyatlar həyata keçirmişdir. Bu əməliyyatların məqsədi Həmid Kərzainin başçılığı ilə Əfqanıstan administrasiyasının yaradılması idi.2003-cü ilin oktyabrında Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası ISAF qüvvələrinin Əfqanıstanda genişlənməsinə icazə verdi. 2006-cı ildən bəri, ISAF Əfqanıstanın cənubunda bir çox əməliyyat keçirmişdi. Bu tendensiya 2007 və 2008-ci illərdə də davam etmişdir. ISAF 2014-cü ilin dekabrında əməliyyatlarını dayandırdı və ləğv edildi.
Maf
Qaf
Qaf – Baltik dənizinin cənub sahilboyunda çay tökülən, demək olar ki, şirin sulu körfəzdir. Qaf sahilə paralel uzanmış ensiz qum dili ilə dənizin açıq hissəsindən ayrılır..
SAM
Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və sa qısaca SAM — Azərbaycan Respublikasında aparılan strateji araşdırmaların koordinasiyasını və ali dövlət hakimiyyəti orqanlarının fəaliyyətinin elmi-analitik informasiya təminatını həyata keçirən dövlət qurumudur; dövlət elmi-tədqiqat təşkilatıdır. Strateji Araşdırmalar Mərkəzinin direktoru: fəlsəfə üzrə fəlsəfə doktoru Fərhad Məmmədov, direktor müavini: filologiya üzrə fəlsəfə doktoru Gülşən Paşayeva (2018-ci ilin iyul ayınadək). 2019-cu il 14 yanvar tarixində prezident İlham Əliyevin verdiyi fərmanla mərkəz ləğv olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 noyabr 2007-ci ildə imzaladığı, 648 №-li fərmanı ilə (Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin 8 fevral 2008-ci il tarixli Sərəncamı ilə, siyasi elmlər doktoru Elxan Nuriyev Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin missiyası Azərbaycanda və yerləşdiyimiz regionda baş verən hadisələri izləmək, analiz etmək, habelə aparılmış araşdırmalar və ya verilmiş sifarişlər əsasında dövlət orqanlarına və ölkə rəhbərliyinə məsləhətlər və tövsiyələr təqdim etməkdir.
SAO
Sword Art Online (ソードアート・オンライン, Sōdo Āto Onrain, azərb. Onlayn Qılınc Sənəti‎) və ya qısaca SAO — 2009-cu ildən abec-in rəssamlıği ilə Reki Kavahara tərəfindən yazılan ranobe seriyası. Ranobe seriyası yaxın gələcəkdəki müxtəlif virtual dünyalarda oynayan Kazuto "Kirito" Kiriqaya və Asuna Yuukinin macəralarından bəhs edir. Ranobe seriyası 10 aprel 2009-cu ildən ASCII Media Works nəşriyyatı tərəfindən Dengeki Bunko imprinti ilə nəşr olunur. 2012-ci ilin oktyabrında isə spin-offu istehsal olunmuşdur. Ranobe seriyasında ASCII Media Works və Kadokawa nəşriyyatları tərəfindən çap olunan 9 manqa adaptasiyası peyda olmuşdur. Ranobe seriyası və manqa adaptasiyaları Yen Press tərəfindən Şimali Amerika regionu üçün lisenziyalaşdırılmışdır. A-1 Pictures studiyası tərəfindən istehsal olunmuş eyniadlı anime serialı adaptasiyası Yaponiyada 2012-ci ilin iyulundan dekabrına kimi yayımlanmışdır. "Extra Edition" seriyası 31 dekabr 2013-cü ildə, anime serialının ikinci mövsümü olan "Sword Art Online II" isə 2014-cü ilin iyulundan dekabrına kimi Yaponiyada nümayiş etdirilmişdir. Reki Kavaharanın orijinal hekayəsinə əsaslanan"Sword Art Online: Ordinal Scale" anime filmi 18 fevral 2017-ci ildə Yaponiyada ekranlaşdırılmışdır.
SAS
Special Air Service və ya SAS (Azərb. Xüsusi Hava Xidməti) — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi. SAS hərbi bölməsi 24 avqust 1941-ci ildə, İkinci dünya müharibəsi zamanı leytenant Devid Sterlinq tərəfindən yaradılmışdır. Bölmə Hava-Desantında xidmət edən könüllülərdən ibarət idi. Bölmənin əsas vəzifəsi Şimali Afrikada düşmənə qarşı reydlər keçirməkdən ibarət idi. 30 noyabr 1946-cı ildə bölmə dağıdılmışdır, ancaq 1947-ci ildə SAS hərbi bölməsi yenidən yaradılmışdır. SAS bugünəcən fəaliyyət göstərir. SAS xüsüsi təyinatlıların əsas vəzifəsi bulardır: Birləşmiş Krallığ hökumətinin siyasətinə dəstək Terrorçuluğa qarşı həm ölkənin içində həm də dünyada mübarizə Digər ölkələrdən əsgər yığımı və hazırlanması Birləşmiş Krallığın Xüsusi Təyinatlıları heç vaxt birbaşa ictimaiyyət arasından seçilmir. Silahlı Qüvvələrin bütün hazırkı üzvləri bura qoşulmaq üçün seçim mərhələsində iştirak edə bilər, lakin namizədlərin əksər hissəsi keçmişdə komando və ya desant olanlardır. Seçim mərhələsi ildə 2 dəfə, yayda və qışda olur.
SAT
SAT (Türkiyə)
SCF
Sərbəst Cümhuriyyət Firqəsi — Mustafa Kamal Atatürkün istəyi üzərinə Fethi Okyar tərəfindən qurulmuş siyasi partiya. Partiyanın yaradılması Türkiyə Cumhuriyyətinin təkpartiyalı dövrdən çoxpartiyalı dövrə keçid üçün ikinci cəhdi olaraq səciyyələndirilir. Türkiyədə yeni rejim möhkəmləndikcə ölkənin ictimai-siyasi, iqtisadi və mədəni sahələrində avtoritorizm güclənirdi. 1926-cı ildə Əhməd bəy Ağaoğlu hakimiyyətdə olan Cümhuriyyət Xalq Firqəsini sərt tənqid edən hesabat məktubunu Atatürkə yollayır. Əhməd bəy partiyanın nüfuzdan düşməsinə, hakimiyyət funksionerlərinin vəzifələrindən sui istifadə etmələrinə səbəb kimi ölkədə tək partiyalı idarəetmənin olduğunu göstərirdi. Və ölkədə demokratik proseslərin gələcək inkişafı üçün çoxpartiyalı sistemə keçməyin vacibliyini vurğulayırdı. Bundan başqa Əhməd bəy hakim partiyadan olan millət vəkillərinin vəkilliklə bərabər iqtisadiyyatın fərqli sahələrində olan dövlət şirkətlərinə rəhbərlik etmələrinə də qarşı idi. Və o bu hesabat məktubunu da Dövlət Şəkər tozu Şirkətinin direktorlar şurasına rəhbərlik etməsi təklif edildikdən sonra yazmışdır. Atatürk ölkədəki açıq və ya gizlin müxalif qüvvələri bir yerə toplayıb onları idarə etmək üçün Türkiyənin Parisdəki səfiri Fethi Okyara yeni yaradılacaq müxalif partiyaya rəhbərlik etməyi təklif edir. Yeni yaradılan Sərbəst Firqəyə sonradan Atatürkün istəyi ilə Əhməd bəy də qatılır.
Sac
Sac — çörək və ya yemək bişirmək üçün istifadə olunan məişət əşyası. Sac qədim tarixə malikdir. Qədim zamanlarda köçərilər köç edərkən getdiyi yerlərdə yemək və çörək bişirmək məqsədilə sacı da özləriylə birgə aparardılar. Azərbaycanda hələ qaz sobası və tava ixtira olunmamışdan əvvəl çörək və yemək bişirmək üçün saclardan istifadə olunurdu. Azərbaycan ərazisində tapılmış ən qədim sac nümunəsi e.ə. IV minilliyinə aiddir. XVII əsrdən başlayaraq gil sac daha möhkəm və böyük, hazırda istifadə olunan tökmə üsulu ilə hazırlanmış dəmir sacla əvəz olunmuşdur. Bir tərəfi bir qədər qabarıq - günbəz, digər tərəfi isə çökək - oyuq olan dəyirmi formadadır. Qabarıq hissə sac üstü, oyuq hissə isə sac içi adlanır. Sacın qabarıq tərəfində yuxa, çörək, kökə, qutab bişirilir.
Sad!
"Sad!" (böyük hərflərlə) — amerikalı repçi XXXTentacion-un ? albomunda səslənən mahnısı. Mahnı, albomun aparıcı sinqlı olub, 2 Mart 2018 tarixində çıxdı. Parça John Cunningham tərəfindən hazırlanmış və XXXTentacion tərəfindən yazılmışdır. Mahnı, XXXTentacion-un ABŞ-dakı ən çox dinlənən mahnısıdır, 18 iyun 2018-ci ildə, ölümündən sonra Billboard Hot 100-də bir nömrəyə çatdı. Mahnının musiqi videosu vəfatından sonra iyunun 28-də, YouTube kanalında yayımlandı.
Sal
Sal — yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olan qədim su nəqliyyatı vasitəsi. Qədim zamanlarda çayın bir sahilindən digər sahilinə keçmək və bəzən də müəyyən yerlərə getmək üçün ağac kötükləri suya salıb ondan tutur və yaxud da üstünə minib üzürdülər. Sonralar bu məqsədilə içərisi hava ilə doldurulmuş tuluqdan da istifadə edilirdi. Tikinti, yanacaq və sairə üçün çay kənarı meşlərdən qırılmış ağacları kəndir və ya tənək çubuqları ilə bir-birinə çatır, çayın axarı istiqamətində hərəkət etdirərək istənilən sahili çıxarırdılar. Ağac materiallarını su ilə bu cür axıdılması xalq arasında sal adlanırdı. Yan-yan bağlanmış taxta və ya tirlərdən ibarət olub, su nəqliyyatı vasitəsi hesab edilən sal Azərbaycan dilində "ibtidai gəmi" mənasında işlədilmişdir. Salı çayın dayaz və burulğan yerlərindən keçirmək üçün üzgüçülər onun qabaq tərəfindən tutub çəkir, istiqamətini dəyişdirir, arxadan qabağa doğru itələyidilər. Sakit axınlı çaylarda isə salın arxa tərəfində, onun üstündə dayanaraq "çəp" (təxminən 2, 5–3 metr uzunluğunda) ucu iti ağac vasitəsilə istiqamətini lazımi səmtə yönəldirdilər.
Sar
Əsl sar (lat. Buteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinə aid heyvan cinsi.
Say
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Saz
Saz — təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti yüzilliklər və minilliklər boyu böyük təkamül yolu keçərək aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir: Bu gün ələ almaz oldum mən sazım Ərşə dirək-dirək çıxar mənim avazım. Dörd iş vardır hər qarındaşa lazım: Bir elm, bir kəlam, bir nəfəs, bir saz. Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustikası) baxımından danılmaz üstünlükləri ilə seçilir.
Sıf
Sıf (lat. Sander) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin xanıkimilər dəstəsinin xanılar fəsiləsinə aid heyvan cinsi.
Xaf
Xaf—Xorasanda qədim şəhər. Qədimdə vilayət idi. Tarixçi Hafiz Əbruya görə şərqdən Baxərz, qərbdən Kuhistan, şimaldan Zavə və Nişapur, cənubdan səhradır ki, Kuhistan, Fərah və Sistan arasında yerləşir.
Raf
Raf (əsl adı Raffaele Ryefoli, it. Raffaele Riefoli; 29 sentyabr 1959, Marqerita di Savoia[d], Apuliya) — İtaliya müğənnisi. Raf 29 sentyabr 1959-cu ildə İtaliyada dünyaya gəlib. Raf 1984-cü ildə buraxdığı "Raf" adlı ilk albomu ilə solo karyerasına start verir. Albomdan olan "Self Control" adlı ilk sinql nəinki İtaliya, bütün Avropada böyük hitə çevrilir. Elə həmin il mahnı amerikan müğənnisi Lora Breniqan tərəfindən yazdırılır. Onun versiyası Avstriya, Kanada, Almaniya və İsveçrə kimi ölkələrdə 1-ci, həmçinin ABŞ-ın Billboard Hot 100-də 4-cü yeri tutur. "Self Control" 1980-lərin əsas mahnılarından birinə çevrilir. 1993-cü ildə müğənni Riki Martin də mahnının uğurlu kaverini buraxır. 1987-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Raf Umberto Totsi ilə birlikdə İtaliyanı "Gente di mare" mahnısı ilə təmsil edirlər.
DAF
DAF Trucks NV ― yük maşınları istehsal edən Niderland markası. Şirkət ilk vaxtlar minik avtomobillər istehsal edirdi. Daha sonra isə yük maşınları istehsal olunmağa başlandı. Şirkət rəsmən 1928-ci ildə yaradılmışdır. 1993-cü ildə isə yenidən qurulmuşdur. Maddi sıxıntıları olduğundan Amerikanın Paccar şirkəti bu şirkəti özunə birləşdirmişdir. Şirkət 2013-cü ildən EURO 6 tipli yük maşınları istehsal edir.
Fazıl Say
Fazıl Say (türk: [faːˈzɯɫ saj], 14 yanvar 1970, Ankara) — Türk klassik musiqi pianoçusu və bəstəkarı. == Həyatı == === Uşaqlıq və təhsil === 1970-ci il yanvarın 14-də Ankarada anadan olub. Atası yazıçı, ədəbiyyatşünas və musiqişünas Əhməd Say, anası isə əczaçı Gürgün Saydır. Eyni adı daşıdığı babası Fazıl Say, Roza Lüksemburqun Spartakusbund müqavimət komandasında idi. Onun 4 yaşı olanda atası ilə anası boşanıb. Dodaq və damaq yarığı ilə doğulan Say, körpəlik dönəmində əməliyyata alındı və dodaq yarığı tikildi. Həkiminin nəfəs alətində ifa etmək üzrə tövsiyəsi ilə melodika çalmağa başladı. Dörd yaşında fortepiano çalmağa başlayan Say, Ankara Dövlət Konservatoriyasının İstedadlı Uşaqlar üçün Xüsusi Statusda təhsil alıb və 1987-ci ildə konservatoriyanın fortepiano və bəstəkarlıq bölmələrini bitirib. Almaniya təqaüdü ilə Düsseldorf Musiqi Məktəbində təhsilini davam etdirib. 1991-ci ildə konsert solisti diplomu alıb və 1992-ci ildə Berlin Dizayn İncəsənət və Musiqi Akademiyasında fortepiano və kamera musiqisi müəllimi vəzifəsinə təyin edilib.
Fərcad Saif
Fərcad Saif (24 iyul 1966) — Pakistanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fərcad Saif Pakistanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 25-ci pillənin sahibi olub.
Hale Asaf
Hale (Salih) Asaf (1905, Konstantinopol – 31 may 1938, Paris) — gürcü və adıq mənşəli Türkiyə rəssamı. Türkiyənin ilk rəssamlarından biri Mihri Müşfik Hanımın bacısı qızıdır. Klassik və impressionist üslubunda çəkən o dövrün bir çox digər Türkiyə rəssamlarından fərqli olaraq, kubizm üslubunu üstün tuturdu. == Həyatı == Osmanlı Apelyasiya Məhkəməsi sədrinin qızı idi. Hale ağır xəstəlik səbəbiylə, beş yaşında qaraciyər əməliyyatı keçirdi, onun nəticələri ona bütün ömrü boyu əziyyət çəkdirdi. İstanbuldakı özəl fransız litseyini bitirmişdir, burada ingilis və fransız dillərini öyrənmişdir. 1919-cu ildə Romaya xalasının yanına göndərildi, ondan rəssamlıq haqqında ilk biliklərini aldı. Növbəti il ​​Parisdə yaşadı və orada ailə dostu Namiq İsmayıldən rəssamlıq dərsləri alırdı. Asaf böyüdükdən sonra ailəsi onu Berlinə oxumağa göndərdi. Ağciyərlərində cərrahiyyə tələb edən xəstəliyin kəskinləşməsinə baxmayaraq Asaf Prussiya Rəssamlıq Akademiyasının qəbul imtahanlarından keçərək Artur Kampfın tələbəsi oldu.
Hilari Daf
Hilari Erhard Daff (ing. Hilary Erhard Duff) — ABŞ kinoaktrisası və müğənnisi. == Həyatı == Sevilən aktrisa Hilari Enn Daff 1987-ci ildə sentyabrın 28-də Amerika Birləşmiş Ştatlarının Texas ştatında anadan olub. Hilari 6 yaşı olarkən sevdiyi rəqslə məşğul olmağa başlayıb və elə həmin ildə "Şelkunçik" baletində ilk dəfə olaraq səhnəyə çıxıb. Televiziya reklam çarxlarına çəkildikdən sonra aktyorluq sənətinə meyilliliyini anlayan Hilari "Kasper Uendini qarşılayır" filmində kiçik ifritə obrazını canlandırıb. Daha sonra isə o, "Müdavim Kelli" filmində baş rola dəvət olunub. Hilari Duff Delani və Reyleç Li ilə birgə "Əsl qadın" mini serialında iştirak edib. Daha sonra aktrisa "Soul Collector" filminə çəkilib. Bu film Duffa "İkinci planda ən yaxşı aktrisa" kateqoriyasında "Ən yaxşı gənc aktrisa" mükafatını qazandırdı. 2003-cü ildə aktrisa "Agent Kodi Benks" filmindən sonra isə "Lizzi Makquyer" serialının film versiyasına çəkilib.
Kəlləşəkilli haf
Kəlləşəkilli haf (lat. Manduca atropos ) — pulcuqqanadlılar dəstəsinin nəsli kəsilməkdə olan növü. == Qısa təsviri == Avropa və Qafqazda yayılmış haflar fəsilənin ən iri nümayəndəsi olub, qanadları açıq halda 120-130 mm-ə çatır. Kəpənəyin adı onun beli üzərindəki insan kəlləsinə bənzər sarı rəngli naxışla əlaqədardır. == Yayılması == Uzaq Şimal istisna edilməklə, bütün Avropa, Kanar və Azor adaları, Kiçik Asiya, Afrika və Qafqaz, Azərbaycanda Abşeron, Kür-Araz düzənliyi, Böyük və Kiçik Qafqazın dağ ətəkləri, Laçın, Şuşa (Daşaltı dərəsi, Əsgəran), Talış (Lerik), Naxçıvan MR (Ordubad). == Yaşayış yeri və həyat tərzi == Evritop növdür (hər yerdə yayılmışdır). Kəpənəklər aprel-may və avqust-sentyabrda uçuşur. İldə iki nəsil verir. Tırtılları quşüzümü, kartof, yabanı jasmin və dəlibənk yarpaqları ilə qidalanır, iyun-iyul və sentyabr-oktyabr aylarında inkişaf edir. Onların uzunluğu 15 sm-ə çatır.
Şax-şax
Şax-şax və ya Cığcığa — körpələrə əyləncə üçün xüsusi olaraq istehsal edilmiş səsli oyuncaq.
Şad
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı. Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.
Şafi
Məhəmməd ibn İdris əş-Şafii (28 avqust 767, Qəzzə, Abbasilər xilafəti – 20 yanvar 820) — Şafii məzhəbinin banisi. Şafii məzhəbinin qurucusu Məhəmməd ibn İdris əş-Şafii 767-ci ildə Qəzzədə (Fələstində) dünyaya gəlmişdir. Soyu Qureyş tayfasındandır. Erkən yaşlarından atasını itirib ehtiyac içində böyüyən, lakin istedadlı olan gənc Məhəmməd Quran və hədisləri mükəmməl öyrənmiş, sonra isə Məkkəyə köçüb, tanınmış alimlərdən müxtəlif elmlərə dair dərs almışdır. Daha sonra bacarıq və istedadı sayəsində çeşidli dövlət vəzifələrində çalışmış, müəllimlik fəaliyyəti ilə də məşğul olmuşdur. Ömrünün çox hissəsini Bağdadda, son illərini isə Misirdə keçirmiş və 820-ci ildə orada da vəfat etmişdir. O, Əbu Abdilləh Muhəmməd bin İdris bin Abbas bin Osman bin əş-Şafi bin Səib bin Ubeyd bin Abdi Yezid bin Haşim bin əl-Muttalib bin Abdi Manaf əl-Muttalibi əl-Qureyşidir. Rəsulullah — səllallahu aleyhi və alihi səlləmin — nəsəbi ilə babası Abdu Manaf ibnu Qusayda birləşir. Künyəsi Əbu Abdilləhdir. Amma Əbu Hənifədən fərqli olaraq künyəsi ilə deyil babası əş-Şafiyə nisbəti ilə məşhurdur.
Şah
Şah — Yaxın və Orta Şərqin bəzi ölkələrində və Dehli sultanlığında monarxın titulu. Şah titulu ilk dəfə Sasanilər dövlətində işlənməyə başlamışdır. Səfəvi dövlətində də hökmdar şah adlanırdı. İranda şahlıq devrilənədək şaha şahənşah deyilirdi. Şahbanu — şah arvadı, padşahın xanımı Şahzadə — şah oğlu və ya padşah ailəsindən olan şəxslərin övladlarından biri Padşah (farsca şahlar hökmdarı) titulu şahənşah və imperator titullarına uyğundur.
Şax
Şef
Şef (fr. Chef — rəis, başçı) — kollektiv, bölmə, təşkilat rəhbərinin qeyri-rəsmi adı. Шеф // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.