Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saruxan bəy
Saruxan bəy (XIII əsr – 1346) — Qərbi Anaodoluda mərkəzi Manisa olan Saruxanoğulları bəyliyinin qurucusu, xarəzmli türkman bəyidir. Atası Albaqu bəy, onun atası da Saruxandır. Bilinən qardaşları Çoğa bəy və Əli paşadır. Saruxan bəyin Səlcuqluların uc bəylərindən və ya tabeliyindəki şəxslərdən biri olduğu düşünülür. Manisanı 3 illik mühasirədən sonra Bizanslılardan almışdır. Manisadakı Saruxan Baba Türbəsi olaraq da bilinən Saruxan bəy türbəsində dəfn olunmuşdur. Dəqiq doğum tarixi bilinmir. 1300-cü ildə anadan olduğu təxmin edilir. 1345-1346-cı illərdə vəfat etmişdir. Bu proses barədə mənbələrdə yetəri qədər məlumat yoxdur.
Saruman
Saruman — 3-cü çağda Orta Dünyaya Vaların təmsilçisi olaraq gələn ilk sehrbaz. Saruman nə insan, nə də elfdir. O istaridir. İnsanlar arasında tanındığı Saruman adı rohancadır. Saruman yaşlı insan cildində təsvir olunur. 3-cü çağın sonlarında saç-saqqalının çoxu ağarmışdır. Ağzının ətrafındakı tüklər qaradır. Uzun boylu, uzn sifətli, dərin gözlüdür. Ağ paltar geyinir. Görünüş və xasiyyət olaraq Qandalfa bənzəyir.
Sarxan
Saruhan Hünel
Saruhan Hünәl (türk. Saruhan Hünel; doğum 7 yanvar 1970, İstanbul, Türkiyə) — türk aktyoru. Saruhan Hünәl 7 yanvar 1970-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Arnavut, anası isə Bağdadan gəlmiş ərəbdir. Bir bacısı var. Sergin Akyazla evlidir.
Saruhan Hünәl
Saruhan Hünәl (türk. Saruhan Hünel; doğum 7 yanvar 1970, İstanbul, Türkiyə) — türk aktyoru. Saruhan Hünәl 7 yanvar 1970-ci ildə Türkiyənin İstanbul şəhərində anadan olub. Atası Arnavut, anası isə Bağdadan gəlmiş ərəbdir. Bir bacısı var. Sergin Akyazla evlidir.
Hakkı Saruhan Oluç
Hakkı Saruhan Oluç (14 yanvar 1958, İstanbul) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Hakkı Saruhan Oluç 14 yanvar 1958-ci ildə İstanbulda anadan olub. Almaniyanın RWTH Aaxen Universitetindən məzun olub. Uzun illər qəzetlərdə, jurnallarda və nəşrlərdə çalışıb. Azadlıq və Dayanışma Partiyasının qurucularından olub və sədr müavini vəzifəsində təmsil olunub. Xalqların Konqresinin (HDK), YSP və HDP-nin da qurucularından olub. Bir müddət HDP həmsədrinin müavini vəzifəsində də çalışıb. Siyasi fəaliyyəti ərzində ÖDP, EDP, HDP və DEM üzvü olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə TBMM Plan və Büdcə Komissiyasının üzvü və DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.
Hakkı Saruhan Oruç
Hakkı Saruhan Oluç (14 yanvar 1958, İstanbul) — mühəndis və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Hakkı Saruhan Oluç 14 yanvar 1958-ci ildə İstanbulda anadan olub. Almaniyanın RWTH Aaxen Universitetindən məzun olub. Uzun illər qəzetlərdə, jurnallarda və nəşrlərdə çalışıb. Azadlıq və Dayanışma Partiyasının qurucularından olub və sədr müavini vəzifəsində təmsil olunub. Xalqların Konqresinin (HDK), YSP və HDP-nin da qurucularından olub. Bir müddət HDP həmsədrinin müavini vəzifəsində də çalışıb. Siyasi fəaliyyəti ərzində ÖDP, EDP, HDP və DEM üzvü olub. İyun 2015-ci ildə İstanbul ilindən, 2018 və 2023-cü illərdə isə Antalya ilindən Türkiyə Böyük Millət Məclisinin 25, 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda HDP TBMM qrupunun sədr müavini, 28-ci çağırışda isə TBMM Plan və Büdcə Komissiyasının üzvü və DEM Partiyası TBMM qrupunun sədr müavini vəzifələrində təmsil olunub.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Saravan
Tərp, Terp, Saravan — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Paşalı (Əzizbəyov, Vayk) rayonu ərazisində kənd. «Tərp kəndi, XIII əsrdə tarixi mənbələrdə adı çəkilən Derb kəndidir». Kənd XIV əsrdə xarabalığa çevrilmiş, XVII əsrdə yenidən bərpa edilmişdir. Tərpçayın yaxınlığında yerləşirdi. Toponim Azərbaycan dilində «kiçik təpə» mənasında işlənən tərp sözü əsasında əmələ gəlmişdir. Tərp sözü ərəb dilində dərb kimi «dağ keçidi, aşırım, dərə» mənasında işlənir. Orotoponimdir. Quruluşca sadə toponimdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873 - cü ildə 192 nəfər, 1886-cı ildə 86 nəfər, 1897-ci ildə 187 nəfər, 1904 - cü ildə 223 nəfər, 1914 - cü ildə 245 nəfər, 1916-cı ildə 281 nəfər yalnız azərbaycanlı yaşamışdır. 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri qırğınlarla qovulmuşdur.
Sarayan
Sarayan — İranın Cənubi Xorasan ostanının şəhərlərindən və Sarayan şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 11,098 nəfər və 2,933 ailədən ibarət idi.
Sarağan
Sarağan (lat. Cotinus) - sumaqkimilər fəsiləsinə aid bitki cinsi. Cotinus coggygria Scop. - Sarağan, vəlgə - Скумпия коггигрия- Coggygria sumach, smoke tree Kol və ya ağac bitkisidir. Sumaqkimilər ailəsinə daxildir. Avrasiyanın mülayim iqlimi olan zonalarında, eləcə də Şimali Amerikanın şərqində yayılmışdır. Sarağanı dekorativ bitki kimi, eləcə də sarı rəng almaq üçün xammal kimi istifadə etmək üçün becərirlər. Hündürlüyü 1-4 m olan, qabığı xırda çatlı kol, bəzən ağacdır. Yarpaqları hamar, sadə, növbəli, uzunluğu 8-10 sm, eni 3-7 sm yumurtavari və ya yumru, alt hissədə boz-qonur rəngli, tüklüdür. Xırda, yaşımtıl-ağ rəngli çiçəkləri uzunluğu 20 sm çatan çoxsaylı, şaxəli süpürgəciklərdədir.
Saruşen
Dağyurd (əvvəlki adı: Saruşen) — Azərbaycan Respublikasının Xocalı rayonunun Dağyurd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Saruşen kəndi Dağyurd kəndi adlandırılmışdır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Dağyurd kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin anti-terror tədbirləri nəticəsində Azərbaycan nəzarətinə qayıtmışdır. XIX əsrin 90-cı illərində İrandan köçüb gəlmış erməni ailələrinin Dağyurd kəndində məskunlaşmasından sonra SaruŞen/SoruŞen (dağkənd) adlandırılmış, 1992-ci ildən kəndin əvvəlki adı bərpa edilmişdir. Oykonim "dağda salınmış yurd" mənasındadır. Kəndin adı ermənilər tərəfindən dəyişdirilərək Saruşen qoyulub. Kəndin demək olar ki, bütün əhalisi ermənilərdən ibarətdir. Kənddə yalnız bir nəfər Gülzar Qriqoryan adlı azərbaycanlı qadın yaşayır.
Qaraxan
Qaraxan və ya Qara xan: Qaraxan (Ağyaxa) — Türkiyənin Qars vilayətinin Ağyaxa rayonunda kənd. Qaraxan (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Qara xan (xaqan) — Türk mifologiyasında əfsanəvi xan. Qara xan (Talış xanı) — Talış xanı Cəmallədin Mirzə bəyin ən məşhur ləqəbi.
Barxan
Barxan — səhralarda küləyin təsiri altında sovrulan qum təpəsi. == Haqqında == Barxan təpəsi planda oraq və ya nal şəklində göstərilir. Küləktutan yamacı az meyilli, küləktutmayan yamacı isə dik və qısa olur. Barxan küləyin rejimindən asılı olaraq tirə, təpə formasında olur və öz yerini dəyişir. Böyük Səhrada, Liviya və Nubiya səhralarında hündürlüyü 100 metrdən çox olan barxanlar var. == Ədəbiyyata gətirilməsi == Barxan, adını aldığı Türküstan kimi daxili hissələrdəki açıq çöl rayonlarının səciyyəvi xüsusiyyətini təşkil edir. Bu sözü 1881-ci ildə Rus təbiətşünas Alexander von Middendorun elmi ədəbiyyata gətirdiyi qəbul edilir. == Barxan ehramlar == Barxan ehramlar piramidal dyunlar, ulduzvari dyunlardır. Piramidal formalı qum yığınları. Barxan ehramları sadə-bir mərkəzdə birləşən eyni ölçülü, dik yamaclı tirələrdən və kompleks (mürəkkəb) — bir neçə zirvəsi olan, bir çox müxtəlif ölçülü tirələrdən ibarət formaları olur.
Darxan
Sarvan
Şəhərlər Gürcüstan Sarvan (şəhər) — Gürcüstanın Aşağı Kartli diyarında şəhər, Sarvan bələdiyyəsinin inzibati mərkəzi. Kəndlər Azərbaycan Sarvan (Salyan) — Azərbaycanın Salyan rayonunun inzibati ərazi vahidində kənd. Sarvan (Şabran) — Azərbaycanın Şabran rayonunun inzibati ərazi vahidində kənd. Gürcüstan Sarvan (kənd) — Gürcüstanın Marneuli bələdiyyəsində kənd. Bələdiyyələr Azərbaycan Sarvan bələdiyyəsi (Salyan) — Azərbaycanın Salyan rayonunda bələdiyyə. Gürcüstan Sarvan bələdiyyəsi (Borçalı) — Gürcüstanın Aşağı Kartli diyarında inzibati-ərazi vahidi.
Tarxan
Tarxan — Qədim türk dilində vergi və mükəlləfiyyətdən azad olunmuş rəiyyət. Ərəbcə tarxana məaf deyilir. Rəiyyət tarxanlığı sayəsində tezliklə varlanır, ağa, bəy ünvanı alırdı. Xəzər xaqanlığında titul, ünvan idi. Orta Asiya, Qazan, Həştərxan və Krım xanlıqlarında feodal tarxan adlanırdı.
Varxan
Qaralar — Azərbaycan Respublikasının Saatlı rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 2143 nəfərdir. Kənd 1944-cü ildə qanunsuz olaraq Axalsixi rayonundan (Gürcüstan) Özbəkistana sürgün edilmiş, sonralar isə Azərbaycana qayıtmış bir qrup türk ailəsinin məskunlaşması nəticəsində 1959-cu ildə yaranmışdır. Varxan onların köçürülməzdən əvvəl Axaltsixidəki kəndlərinin adı olmuşdur. Orta Asiyada Qoşqar əyalətində də qəd. türklərə aid Varxan qalası vardır. Oykonim var/bar (əşya, əmlak) və xan (titul) komponentlərindən düzəlib, "xanın əmlakı, varidatı" mənasındadır.
Xarxan
Xərxan — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qarqar kənd inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xərxan kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır. Oykonim Erkən orta əsrlərdə Qafqaz Albaniyasının Arsax əyalətində (indiki Ağdərə rayonu ərazisində) mövcud olmuş Xarx qalasının adındandır. Bu qalanın adı ilk dəfə XIII əsrə aid mənbədə çəkilmişdir. Xərxan yaşayış məntəqəsi kimi əvvəlcə Ağdərə rayonu ərazisində olmuş, orta əsrlərdə dağıdılmış, əhalisi Xocavənd və Şuşa rayonları ərazisində Xərxan adlı iki kənd salmışdır. Oykonim türk dillərindəki xarz (boş, kimsəsiz) və İran dillərindəki -an (yer) komponentlərinin birləşməsindən düzəlib, "kimsəsiz, boş yer" mənasındadır. Görünür, qala XIII əsrdə artıq boşalmış və kimsəsiz olduğu üçün bu adla qeydə alınmışdır Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Lev Karaxan
Lev Mixayloviç Karaxan (erm. Լևոն Միքայելի Կարախանյան, rus. Лев Михайлович Карахан; 20 yanvar (1 fevral) 1889 və ya 1889, Tiflis – 20 sentyabr 1937, Moskva) — erməniəsilli SSRİ diplomatı. RSFSR və SSRİ xarici işlər komissarının müavini, Polşa, Çin və Türkiyədə RSFSR və SSRİ-nin diplomatik təmsilçisi olmuşdur. == İstinadlar == == Əlavə ədəbiyyat == Капица М. С. Л. Карахан (1889–1937), в кн.: Видные советские коммунисты — участники китайской революции. — М., 1970. Раскольников Ф. Ф. На боевых постах. — М., 1964. Деятели СССР и революционного движения России. Энциклопедический словарь Гранат.
Qaraxan (Soyuqbulaq)
Qaraxan (fars. قره خان‎) - İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 637 nəfər yaşayır (84 ailə). Əhalisini kürdlər təşkil edir.
Tarxan (Şaran)
Tarxan (başq. Тархан, rus. Тархан) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Şaran kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 12 km, kənd sovetliyindən (Şaran): 12 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 36 km.
Qaraxan Mirzəyev
Qaraxan Ağaxan oğlu Mirzəyev (28 yanvar 1951)—fizika-riyaziyyat elmləri doktoru, professor, M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin riyazi analiz kafedrasının professoru. Qaraxan Ağaxan oğlu Mirzəyev 28 yanvar 1951-ci ildə Masallı rayonunun Tüklə kəndində anadan olub.