Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sepedi
Şimali Soto dili — Cənubi Afrikanın rəsmi dillərindən biridir ki, Qautenq, Limpopo və Mpumalanqa əyalətlərində 4.208.980 nəfər (2001 Census) tərəfindən danışılır.
Semidi adaları
Semidi adaları (ing. Semidi Islands) — Kadyak arxipelaqına daxil olan 9 adadan ibarət qrup. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kodyak Aylend borosuna aiddir. Kodyak adasından cənub-qərbində, Alyaska yarımadasının sahilləri ilə Çirikov adası arasında yerləşir. Qrupun ən böyük adaları Aqxiyok və Çovietdir. Alyaska Milli Dəniz Qoruğunun bir hissəsidir. Adaların ümumi sahəsi 30,17 km²-dir. Daimi əhali yoxdur.
Sepidə Şamlı
Sepidə Şamlı- İranlı yazıçı, romançı.O, fars dilində bir neçə roman yazmışdır.2000-ci ildə onun "Eləbil bizə demişdin Leyli" adlı romanı Gülşiri mükafatına layiq görülmüşdür.
Yarışçı Spidi
Yarışçı Spidi Mach GoGoGo (マッハGoGoGo, Mahha QoQoQo) — avtoidman mövzusunda olan anime franşiza. Azərbaycanda Mədəniyyət TV kanalında yayımlanıb. == Məzmun == Spidinin atası keçmişdə guləş uzrə çempion olub və "Mach 5" adlı xususi bir avtomobil quraşdırıb. Bu avtomobilin koməyi ilə Spidi cinayətkarlarla və rəqibləri ilə mübarizə aparır.
Borhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Burhan Şəhidi
Burhan Şəhidi (uyğ. بۇرھان شەھىدى, برهان شهيدي; çin. 包尔汉·沙希迪 pinyin Bāo'érhàn·Shāxīdí; rus. Бурхан Шахиди; tatar. Borhan Şähidi; həmçinin Bao Erhan; 3 oktyabr 1894, Ağsu[d], Bua rayonu – 27 avqust 1989, Pekin) — XX əsrdə Çində siyasi lider və siyasətçi. Şəhidinin siyasi fəaliyyəti əsasən Sincan vilayəti ilə bağlı olmuşdur. O, 1948–1949-cu illərdə Koalisiya Hökumətinin 3-cü sədri, 1949–1953-cü illərdə Sintszyan-Uyğur Muxtar Rayonunun Xalq hökumətinin 1-ci sədri vəzifələrində işləmişdir. == Həyatı == Burhan Şəhidi 1894-cü ildə Rusiya İmperiyasının Kazan quberniyasında anadan olmuşdur. Onun əcdadları Sin sülaləsi dövründə uğursuz kəndli üsyanından sonra Cənubi Sincanın Aksu şəhərindən Tatarıstana pənah gətirmişdilər. Ailəsi kasıb olduğundan uşaqlığının ilk illərində məktəbə az gedirdi.
Səpili naz
Boyaq nazı (lat. Genista tinctoria) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması == Аvrоpа və Аsiyаdа yаyılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5 m оlаn pоlimоrf kоldur. Оduncаqlаşаn və düz dаyаnаn gövdəsində süpürgəyəbənzər, çоxlu budаqlаnаn uzun yаn zоğlаrı оlur. Zоğlаrı yаşıl, çılpаq və yа sıx tüklüdür. Yаrpаqlаrı nеştərvаri оlub, uclаrı bir qədər iti, yаxud küt, çılpаq və yа sıx tükcüklüdür. Yаrpаqаltıqlаrı bizvаri, 1-3 mm uzunluqdаdır. Mаydаn iyulа qədər çiçəkləyir. Bеcərildiyi şərаitdən аsılı оlаrаq çiçəkləmə müddəti dəyişilir.
Zemfira Səidi
Səidi Zemfira Yaqub qızı 1983-cü ildə Bakı şəhərində anadan olub. Yasamal rayonundakı 167 saylı orta məktəbi bitirdikdən sonra, 1999-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Dram kino və teatr aktyoru" fakültəsinə daxil olmuşdur. Elə həmin ildən Bakı Bələdiyyə Teatrında aktrisa vəzifəsində işə başlamışdır. Teatrın repertuarında olan bir çox tamaşalarda uğurlu çıxışları ilə yanaşı, filmlərdə və dublyaj studiyalarında da çalışır.
Şəhidi İsrafil İbrahimov
İsrafil Zülfüqar oğlu İbrahimov (16 oktyabr 1997; Bakı, Azərbaycan — 26 oktyabr 2020; Laçın rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == İsrafil İbrahimov 1997-ci il oktyabrın 16-da Bakı şəhərində anadan olub. Əslən Ağdam rayonundan idi. Onun əmisi — xanəndə, Azərbaycanın xalq artisti Mənsum İbrahimovdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan İsrafil İbrahimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. İsrafil İbrahimov oktyabrın 26-da Laçın döyüşləri zamanı Səfiyan istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsrafil İbrahimov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Məhəmməd Səidi Mehr
Məhəmməd Səidi Mehr (fars. محمد سعیدی مهر‎; d.1963) — İranlı tədqiqatçı alim, Tərbiyət Müdərris Universitetinin fəlsəfə kafedrasının professoru. == Həyatı == Məhəmməd Səidi Mehr 1963-cü ildə Tehran şəhərində dünyaya göz açmışdır. Orta məktəbi riyaziyyat ixtisasında bitirdikdən sonra, dini və fəlsəfi məsələlərə marağı səbəbi ilə mədrəsəyə gedib, öz təhsilini orada davam etdirmişdir. Magistr təhsilini İlahiyyat və Doktorluq dissertasiyasını fəlsəfə sahəsində edərək, İngiltərəyə elmi tədqiqat üçün getmişdir. Qayıtdıqdan sonra Tərbiyət Müdərris Universitetində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. == Yaradıcılığı == Elmi fəaliyyətində bir çox kitab və məqalələrin müəllifidir.“METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 5-ci sayından jurnalın “Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri” üzrə redaksiya heyətinin üzvüdür. === Kitabları === Kəlam elmi, Məhəmməd Səidmehr, Nurlar nəşriyyatı, 2013 (Bu kitab Azərbaycan dilinə tərcümə edilmişdir).
Sepiya
Sepiya — Yumşaqbədənlilər tipinin başayaqlılar sinfinə daxil olub, onurğasız heyvanlar içərisində daha yüksək inkişaf etmiş formalardandır. == Quruluşu == Sepiyanın bədəni bir-birindən aydın şəkildə seçilən iki hissədən-baş və gövdədən ibaraətdir. Sepiya bütün başıayaqlılarda olduğu kimi bir çox ələmətlərinə görə başqa yumşaqbədənlilərdən nəzərə çarpacaq dərəcədə fəqlənir. Sepiyanın baş hissəsi dördbucaqlı formadadır və ön hissəsində ağız dəliyi yerləşmişdir. Ağızın ətrafında 10 ədəd hiss orqanları və ya qollar vardır. Onlardan 8 ədədi nisbətən qısa, 2 ədədi isə uzundur. Qısa hiss orqanlarının içəri tərəfi çoxlu miqdarda dairəşəkili sormaclarla təchiz olunmuşdur. Sormaclar uzununa istiqamətdə bir neçə cərgədə düzülmüşdür və güclü əzələri vardır. Bu sormaclar vasitəsilə sepiya lazimi yerdən yapışa bilir. Qalan iki hiss orqanları kifayət qədər uzundur və şikarın tutulmasına xidmət edir.
Seridia
Güləvər (lat. Centaurea) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Seyidli
Seyidli (Ağdam) — Ağdam rayonunda kənd. Seyidli-Ağsaxlı — İrəvan xanlığının 15 mahalından biri.
Yezidi
Yezidilər (ərəb. يَزِيدِيَّةٌ‎; fars. یَزِیدِیَانْ ‎; kürd. یَزِیدِیَانْ) — əsas hissəsi kurmanc dilində danışan etnik-dini toplum. Yezidilərin inandığı din dini ədəbiyyatlarda yəzdanizm formasında adlandırılır. Yezidilərin tarixi vətəni Assuriya dövlətinin paytaxtı olan Nineviya şəhəri hesab olunur. Bu gün Yezidi icması kompakt şəkildə İraqın şimal hissəsində, Suriya, Gürcüstan, Ermənistan və Rusiya kimi ölkələrdə yaşamaqdadır. XX əsrin ikinci yarısından etibarən Almaniyaya əmək miqrasiyası edən 50 minlik Yezidi toplumu isə Avropada ən böyük Yezidi icmasını təşkil edir. == Coğrafi yayılma == Ermənistan, Gürcüstan, İran, İraq, Suriya və Türkiyə kimi bölgələrdə camaat halında yaşayan yezidilərin toplam sayı 800.000 civarında olduğu təxmin edilir. Bəzi elmi yöndən irəli sürülən iddialar etnik yezidilərin sayının daha çox olduğu, bunların böyük bir qisminin sonradan müsəlmanlaşdırılması yönündədir.
"Hobson seçimi"
Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur: Hər iki halda qəbul etmək. Hər iki halda rədd etmək.İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb. == Mənbələr == Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı. Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib.Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər." Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.Ultimatum oyunu Hobson seçimi şəklindədir. === İlkin yazılı təsəvvürlər === İngilis dilinin Oksford lüğətinə əsasən, bu ifadənin ilk yazılı istifadəsi 1660-cı ildə Samuel Fişer tərəfindən yazılan "The rustick's alarm to the Rabbies" əsərində qeydə alınıbBu ifadə, həmçinin, Jozef Addisonun "İzləyici" məqaləsində və Tomas Uordun 1688-ci ildə yazdığı və ölümündən sonra dərc olunan "İngiltərə Reformasiyası" poemasında istifadə olunub. == Müasir istifadəsi == "Hobson seçimi" termini əksər hallarda seçimin insanları aldatması mənasına gəlir, çünki burada nə Morton çəngəlində olduğu kimi iki ekvivalent variant, nə də dilemmada olduğu kimi iki istənməyən variant arasında seçim mövcud olur.
Bolan keçidi
Bolan keçidi (urdu: درہ بولان Dharaa Bolan) — Pakistanla Əfqanıstan arasında dağ keçidi. Keçid, Əfqanıstan sərhədindən təxminən 120 kilometr məsafədə Bəlucistan əyalətinin Kvetta şəhərinin yaxınlığında yerləşir. O Toba karkər silsiləsi ilə 1793 metr hündürlükdə kəsişir.
Calystegia sepium
Hasar sarmaşığı (lat. Calystegia sepium) - çəpərsarmaşığı cinsinə aid bitki növü.
Carex lepida
Carex lepida (lat. Carex lepida) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Crataegus lepida
Crataegus lepida (lat. Crataegus lepida) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü.
Daryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Şahin Məmmədov (Qarabağ şəhidi)
Məmmədov Şahin Səməd oğlu - Azərbaycan şəhidi. == Həyatı == 18 avqust 1965-ci ildə Göyçə mahalının Krasnoselski (Çəmbərək) rayonunda anadan olub. 1988-ci ildə Erməni millətçilərinin təzyiqi nəticəsində Bakı şəhərinə köçüblər. Həmin il Bakı Plan-Uçot Texnikumuna daxil olub. Montin Maşınqayırma Zavodunda çilingər işləmişdir. 1991-ci ildə ailə həyatı qurmuş və bir qız övladı olmuşdur.1994-cü ilin yanvar ayında Milli Orduya getmişdir. Elə həmin ayda da Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. == Həmçinin bax == Elbrus Şahmar "Şah İsmayıl qartalları" Bakı-1996.
Səidi ben Şeyx Abdullah
Səidi ben Şeyx Abdullah (ərəb. سيدى محمد ولد الشيخ عبد الله‎‎) — Mavritaniyanın sabiq prezidenti Mavritaniyanın 5-ci prezidenti olmuş Səidi ben Şeyx Abdullah ölkə silahlı qüvvələrinin sabiq Baş Qərargah rəisi və Prezident Qvardiyasının keçmiş komandanı Muhəmməd ben Əbdul Əzizin başçılıq etdiyi hərbi çevrilişlə devrilmişdir. Əbdül Əziz postlarından kənarlaşdırılandan sonra dövlət başçısına qarşı radikal müxalifətə keçmiş, sonda prezidenti kürsüdən kənarlaşdırmışdı. Mavritaniyanın sabiq prezidenti Səidi ben Şeyx Abdullah indi doğma kəndində məscidin axundudur. «İndi könlüm rahat, ürəyim sakitdir. Kimsəyə qarşı kin saxlamıram. Kəndimizdəki məscidə hər səhər gedəndə Allahdan insanlara həmd olmağı istəyirəm», - sabiq prezident deyib.
"20 Yanvar Şəhidi" fəxri adı
20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad. == Məzmun == "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar."20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
20 Yanvar Şəhidi fəxri adı
20 Yanvar Şəhidi fəxri adı — 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası vətəndaşları üçün təsis edilmiş fəxri ad. == Məzmun == "20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 31 mart tarixli 695 nömrəli Fərmanı ilə təsis edilmişdir. "20 Yanvar şəhidi" fəxri adı ilə Azərbaycan Respublikasının azadlığı, suverenliyi və dövlət müstəqilliyi uğrunda 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr zamanı həlak olmuş və həmin hadisələr nəticəsində aldığı xəsarətdən (yaralanma, travma, kontuziya) vəfat etmiş şəxslər (ölümündən sonra) təltif olunurlar."20 Yanvar şəhidi" fəxri adı Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir.
Abbas Qasımov (20 Yanvar şəhidi)
Abbas Qasımov (tam adı: Abbas Şəmməd oğlu Qasımov; 10 iyun 1966, Balıqlı, Amasiya rayonu, Ermənistan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Abbas Qasımov 1966-cı il iyunun 10-da Ermənistan SSR, Amasiya rayonunun Balıqlı kəndində anadan olmuşdur. Abbasın 3 yaşı olanda atası vəfat etmişdir.1988-ci ilin aprelində azərbaycanlıların kütləvi şəkildə Ermənistandan qovulması səbəbindən ailəsi doğma yurd-yuvasından didərgin düşmüş və Bakıya köçmüşdur. Köçmə zamanı evlərinin əşyaları yüklənmiş "Kamaz" maşını Gürcüstan istiqamətilə gedərkən aşmış, həmin maşında olan Abbas təsadüf nəticəsində sağ qalmışdır.Heç yerə işə düzələ bilmədiyindən müxtəlif yollarla günəmuzd çalışırdı (vaqon boşaltmaq, yük daşımaq, fəhləlik). 2 qardaşı, bir bacısı olmuşdur. Subay idi. == Qanlı Yanvar faciəsi == Həmin gün təxminən gecə saat 12-də bibisi oğlu[1] ilə evdən çıxmışdır. XI Qızıl Ordu meydanına çatar-çatmaz işıqlar söndürülmüş və hərbçilər dinc əhalini atəşə tutmuşlar. Abbas yaralanmış, təxminən saat 3-də Respublika xəstəxanasına gətirilmişdir. O vaxt xəstəxananın işıqları söndürüldüyündən, üzərində cərrahiyyə əməliyyatı şam işığında aparılmışdır.
Eldar Məmmədov (20 Yanvar şəhidi)
Eldar Məmmədov (azərb. Məmmədov Eldar Zeynal oğlu‎) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == Eldar Məmmədov 1966-cı ilin 13 may tarixində Bakı şəhərində anadan olub. 5 nömrəli çörək zavodunda fəhlə işləyib. Subay idi. 19-u günü Eldar qonşuları Fərhadla birlikdə Olimp mağazasının yanında tankla üz-üzə gəlmiş,tankın üzərinə qaçmışdır və tank tərəfindən atəşə tutulmuş, güllə Eldarın boğazından dəymiş və bel hissəsindən çıxmışdır. Fərhad Eldarı yaxındakı evlərin birinə aparıb. Həkim gələnə kimi o keçinib. Şəhidlər xiyabanında dəfn edilib == Ünvan == Bu ünvanda yaşamışdır: Bakı şəhəri, Musabəyov küçəsi, 2-ci Yasamal, ev 10.
Etibar Əhmədov (20 Yanvar şəhidi)
Etibar Əhməd Rzaqulu oğlu (20 avqust 1962, Dəmirçi, Noraşen rayonu – 19 yanvar 1990, Sədərək rayonu) — 20 yanvar şəhidi. 1962-cu ildə 20 avqustda Şərur rayonunun Dəmirçi kəndində anadan olub. Tikinti idarəsində sürücü işləmişdir. İki oğlu, bir qızı qaldı, doqquz bacı-qardaşı. Yanvarın 19-da Sədərək yaxınlığındakı postlarda növbədə olub. Axşam növbəsini qurtarıb evə gəlib. Yoldaşları onu evə dincəlməyə göndərmişdi. Qərar tuta bilmədi evdə, qayıtdı yoldaşlarınınyanına. Özü də həmişəlik. Yoldaşlarını müdafiə etməyə getmişdi, torpaqlarını qorumağa getmişdi, elə o torpağa da tapşırıldı.
Fuad Babayev (20 Yanvar şəhidi)
Kamal Məmmədov (20 Yanvar şəhidi)
Kamal Məmmədov (tam adı: Kamal Seyidqurban oğlu Məmmədov; 13 dekabr 1955, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1955-ci il 13 dekabr tarixində Bakı şəhərində anadan olmuşdur. 8-ci sinfi bitirdikdən sonra Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olmuş, lakin əsgər gedib qayıtdıqdan sonra ailə vəziyyəti ilə əlaqədar təhsilini davam edə bilməmişdir.Bir müddət fəhlə kimi işlədikdən sonra ticarət texnikumunu bitirmiş, daha sonra isə Sabunçuda mətbəx fabrikində əvvəlcə satıcı, daha sonra isə anbardar kimi çalışmışdır. == Qanlı Yanvar faciəsi == Həmin gecə Sabunçudan Suraxanı benzindoldurma məntəqəsinə gedərkən Suraxanı qəsəbəsi yaxınlığında əsgərlər tərəfindən atəşə tutulmuşdur. Mərhumun bədənində çoxsaylı güllə yarası olmuş, kəskin qanitirmədən vəfat etmişdir.[1]Ölümündən altı gün sonra atası Seyidqurban Məmmədov da vəfat etmişdir. Ata və oğul Maştağa qəsəbəsində, Seyidlər qəbiristanlığında dəfn edilmişdir. == Qeydlər == ^ Rafiq Səməndər öz kitabında maşına 30 güllə dəydiyini, onlardan 1-nin Kamalın boynuna dəyərək yerindəcə öldürdüyünü yazmışdır.
Mehman Məmmədov (20 Yanvar şəhidi)
Mehman Məmmədov (tam adı: Mehman Sahibəli oğlu Məmmədov; 26 yanvar 1971, Qalaqayın, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1971-ci ilin yanvarın 26-da Qalaqayın kəndində anadan olmuşdur. Kənd məktəbində 8-ci sinfi bitirdikdən sonra, Sabirabad rayon 135 saylı texniki-peşə məktəbini bitirərək elektrik qaynaqçısı peşəsinə yiyələnmişdir. Bir oğlu yadigar qalmışdır. == Qanlı Yanvar faciəsi == 1990-cı ilin yanvarın 19-u gecəsi Rusiya hərbi birləşmələrinin Azərbaycana təcavüzü zamanı qətlə yetirilmişdir. Qalaqayın kənd qəbiristanlığında dəfn edilmişdir.
Mirhəşim Seyidov (20 Yanvar şəhidi)
Mirhəşim Mirşəmil oğlu Seyidov-20 yanvar şəhidi. 1958-ci il 20 mayda Şərur rayonunun Oğlanqala kəndində anadan olub. Qorki adına sovxozda fəhlə işləyib. Dörd övladı qaldı: Mirhəsən, Rumiyyə, İlahə, Bəsti.Yoldaşı Sədaqət evdar qadındır.Yanvarın 19-da ermənilərin qərargahı atəşə tutulduğu vaxt Mirhəşim də yaralanmış, bir neçə saatdan sonra keçinmişdir. Atası Mirşəmilin dedikləri: İliç rayonundakı Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəsi Oğlanqala kəndində yaşayır. == Həmçinin bax == "20 Yanvar Şəhidi" fəxri adı alanların siyahısı Azərbaycan Respublikasının Azadlıq uğrunda mübarizlərinin siyahısı Şəhidlər Xiyabanında dəfn olunanlar == Xarici keçidlər == Qulu Kəngərli. 20 Yanvar şəhidləri (PDF). Bakı: Gənclik. 1992.
Məmməd Məmmədov (20 Yanvar şəhidi)
Məmməd Məmmədov (ədəbiyyatşünas) — ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor. Məmməd Məmmədov (fizik) — Fizika-riyaziyyat elmləri namizədi, professor, BDU prorektoru. Məmməd Məmmədov (aktyor) — Azərbaycanlı teatr və kino aktyoru, rejissor, Rusiyanın Əməkdar incəsənət xadimi. Məmməd Məmmədov (jurnalist) — əməkdar jurnalist, Naxçıvan Ali Məclisinin deputatı. Məmməd Məmmədov (Sovet İttifaqı Qəhrəmanı) — Sovet İttifaqı Qəhrəmanı. Məmməd Məmmədov (iqtisadçı) — Azərbaycanlı iqtisadçı; Azərbaycan Respublikası Əmanət Bankının Prezidenti (1985-1993). Məmməd Məmmədov (mühəndis) — Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təmir–tikinti şöbəsinin müdiri, Əməkdar mühəndis. Məmməd Məmmədov (partizan) — İkinci dünya müharibəsinin iştirakçısı, partizan. Məmməd Məmmədov (20 Yanvar şəhidi, 1949) — 20 Yanvar şəhidi, Naxçıvan şəhidi. Məmməd Məmmədov (20 Yanvar şəhidi, 1959) — 20 yanvar şəhidi.
Novruz Əsgərov (20 Yanvar şəhidi)
Novruz Əsgərov (tam adı: Novruz Faiq oğlu Əsgərov; 29 mart 1968, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1968-ci il martın 29-da Bakıda anadan olmuşdur. 250 nömrəli orta məktəbdə 8-ci sinfə qədər təhsil almış, sonra isə texniki peşə məktəbində oxuya-oxuya fəhləlik etməyə başlamışdır. Üç il əsgərliyini dənizdə çəkmiş, əsgərlikdən geri döndükdən sonra tikinti kooperativində işləmişdir. == Qanlı Yanvar faciəsi == O gecə Novruz Bakıdakı hadisələr haqqında məlumat alan Novruz qonşusu və dostu Əhmədov İlqarın «QAZ-53»nə minmiş və onlar birlikdə Əzizbəyov metrosuna tərəf getmişdir. Orada onlar 20 gülləyə rast gəlmiş, onların ikisi də yaralanmışdır. Novruzun yaraları daha ağır olmuşdur: Novruz baş nahiyəsindən bir neçə güllə yarası almışdır. Səhər Novruzun meyidi Caparidze adına xəstəxananın meyidxanasından tapılmışdır. Köhnə Əhmədli qəbiristanlığında dəfn edilmişdir. == Ünvan == Bakı, 8-ci km, Darvin küçəsi 65, mənzil 29.
Rövşən Rüstəmov (20 Yanvar şəhidi)
Rövşən Rüstəmov (tam adı: Rövşən Məmməd oğlu Rüstəmov; 28 avqust 1961, Bakı, Azərbaycan SSR, SSRİ – 20 yanvar 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == Rövşən Rüstəmov 1961-ci ildə Bakıda anadan olmuşdur. 204 nömrəli tikinti-quraşdırma idarəsində fəhlə işləmişdir.Bibisi qızı Ziyafət Rüstəmova ilə ailə həyatı qurmuş, ailə həyatından 2 qızı (Güney, Leyla) və 1 oğlu (Elnur) yadigar qalmışdır. == Şəhid olması == Həyat yoldaşı Ziyafət Rüstəmovanın sözlərinə görə, Əzizbəyov metrosu istiqamətində, Sabunçu qəsəbəsinə gedən yolun üstündə oturduğu "Tatra" maşınında çoxsaylı avtomat atəşlərinə məruz qalmışdır. Bundan sonra, maşında birgə olan dostları təcili yardım maşınını çağırmış, təcili yardım maşınına yerləşdirərkən onu yerləşdirən həkim dubinka ilə əlindən zərbə almışdır. Bununla belə, təcili yardım maşını Rövşəni 03:40-da Çaparadze adına xəstəxanaya yerləşdirməyə müvəffəq olmuşdur. Sinəsinin sağ tərəfində çoxsaylı güllə yarası olmuşdur (Həyat yoldaşı Ziyafət Rüstəmovanın sözlərinə görə, vəfat etdikdən sonra ekspertiza bədənindən 32 güllə yarası çıxarılmışdır). Səhər saat 9.20-də vəfat etmişdir. Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Sahib Həsənov (20 Yanvar şəhidi)
Sahib Həsənov (azərb. Həsənov Sahib Nəsib oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir. == Həyatı == 1949-cu ildə Gədəbəy rayonunun İsalı kəndində anadan olub. Məşədi Əzizbəyov heykəlinin yanındakı qəzet köşkünün satıcısı idi. Üç balası qaldı. Yanvar ayının 20-də səhər tezdən öz maşınında işə getdiyi vaxt İnşaatçılar prospektindəki yanğınsöndürmə məntəqəsinin qarşısında əsgərlər maşını atəşə tutmuş, güllələrdən biri onun alnına dəymiş, maşını idarə etmək qabiliyyətini itirmişdir. Bundan sonra maşın yenidən atəşə tutulmuş, sonra tankla maşının arda hissəsi əzilmiş və yolun kənarına atılmışdır. Bədənində səkkiz güllə yarası olub. Semaşko adına xəstəxanada vəfat etmişdir.
Sefid
Sefid Səng — İranın Rəzəvi Xorasan ostanının Fəriman şəhristanının Qələndərabad bəxşində şəhər. Deh Sefid (Əsədabad) — İranın Həmədan ostanının Əsədabad şəhristanının Pir Səlman bəxşinin ərazisinə daxil olan kənd. Hisar Sefid (Bicar) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Nəft Sefid — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Rüğeyvə bəxşinin Gəzin dehestanında kənd.
Sepdu
Araviya (q.yun. Ἀραβίας νομός) və ya Sepdu (q.misir 𓈵; "lələkli şahin"), — Qədim Misirdə inzibati rayon (nom). Araviya Aşağı Misirdə yerləşirdi və regionda sayca iyirminci nom idi. Misirşünaslıqda bu ad müxtəlif şəkildə oxunur və transliterasiya edilir. Bunlara "Sepcu", "Sepecu", "Sept" və "Sopdu" daxildir. Tədqiqatda bu nom adətən "L20" adlandırılır.
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Seyid
Seyid (seyyid) (ərəbcə: سيد) — Ərəbistanda islamiyyətə qədər tayfa rəhbərinə deyilirdi. Müsəlman dünyasında Məhəmmədin nəslindən olub onun nəvəsi Hüseynlə bağlı adamların fəxri təxəllüsüdür. Şəriflərlə birlikdə seyidlər müsəlman cəmiyyətinin sosial strukturunda möhtərəm təbəqələrdən birini təşkil etmiş, dindarlar arasında böyük nüfuza malik olmuşlar və indi də qismən belə bir nüfuz sahibidirlər. İranda Seyyid mənşəli ailələr Mir ya da Mirzə olaraq da xatırlanar. Şərqin bir çox ölkələrində seyid termini öz xüsusi mənasını itirmişdir və sadəcə olaraq "cənab" kimi işlədilir. Cənubi Asiyada milyonlarla insan Haşimin enişini iddia edir. 1901-ci ildə Seyyid sayı İngilis Hindistan 1,339,734 olaraq sayıldı. Son təxminlər Cənubi Asiyadakı çox on beş milyon Seyyid olduğunu göstərir; səkkiz milyon Pakistanda, yeddi milyon Hindistanda, bir milyondan çox Banqladeş və yetmiş min ətrafında Nepal == Mənbə == İslam (qısa məlumat kitabı). Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. Bakı: 1989, səh.101.
Dəryal keçidi
Dəryal keçidi — Gürcüstanla Rusiya sərhədində, Böyük Qafqazın Yan silsiləsinin kəsişməsində Terek çayının kanyonu. Üç km məsafədə çayın hövzəsi üzərində qayalar 1000 metr hündürlüyə yüksəlir. Dəryal keçidindən hərbi-gürcü yolu keçir. Buranın qədim adları Qafqaz darvazaları və Alan qapıları idi. İkinci adı erkən orta əsrlərdə Baş Qafqaz silsiləsindən keçən bu mühüm dağ yoluna sahib olan alanların adı ilə bağlıdır.
Emitent seçimi
Emitent seçimi — sahibinin belə bir opsionu emitentin payına çevirmək üçün ödənilmiş hüququnu təmin edən emissiya qiymətli kağızı . Emitent opsionu səhmləri müəyyən edilmiş vaxtda və/yaxud hallar baş verdikdə əvvəlcədən müəyyən edilmiş qiymətə almaq hüququ verir. Emitent opsionunu müəyyən qiymətə səhm almaq hüququ verən varrantla qarışdırmaq olmaz (varrant səhmi almaq hüququnu verir, opsion isə konvertasiya verir). Rusiya qanunvericiliyinə uyğun olaraq, emitent opsionu səhmi satın almaq və onu konvertasiya etmək hüququ verir (qanunvericiliyə görə: emitent opsionu, sahibinin müəyyən edilmiş müddətdə satın almaq hüququnu təmin edən emissiya qiymətlidir. və/və ya orada göstərilən müəyyən hallar baş verdikdə belə opsionun emitentinin səhmlərinin emitentin opsionunda göstərilən qiymətə sayı). Bu baxımdan, Rusiya qanunvericiliyində emitentin opsionu ilə varrant arasında təsvir edilən fərq düzgün deyil. == Yerləşdirmə == Emitentin opsionlarının yerləşdirilməsi və onların yerləşdirilməsi qərarı federal qanunlarla müəyyən edilmiş səhmlərə çevrilən qiymətli kağızların yerləşdirilməsi qaydalarına uyğun olaraq qəbul edilir. Eyni zamanda, emitentin opsionlarına dair tələblərin yerinə yetirilməsi ilə bağlı səhmlərin yerləşdirmə qiyməti belə opsionda göstərilən qiymətə uyğun olaraq müəyyən edilir. Emitentin nizamnamə səhmlərinin sayı ilə tədavüldə olan səhmlərinin sayı arasındakı fərq alış hüququ bu cür opsionlarla təmsil olunan səhmlərin sayından az olarsa, emitent emitentin opsionunu yerləşdirmək hüququna malik deyildir. Emitentin opsionunun yerləşdirilməsi yalnız səhmdar cəmiyyətin nizamnamə kapitalı tam ödənildikdən sonra mümkündür.
Faza keçidi
Faza keçidləri - termodinamikanın daxili vəziyyətin dəyişməsi ilə əlaqələnən maddənin bir termodinamik fazadan digər fazaya keçididir. Real qazla maye arasındakı aralıq vəziyyət buxar şəkilli və ya buxar adlanır. Mayenin buxara çevrilməsi, yəni bir aqreqat vəziyyətindən digərinə çevrilməsi faza keçidi adlanır. Faza keçidində maddənin fiziki tərkibinin sıçrayışla dəyişməsi müşahidə olunur. Faza keçidlərinin bir çoxunda aqreqat vəziyyəti dəyişmir. Aqreqat vəziyyətinin dəyişməsində isə faza keçidi mövcuddur. == Faza keçidlərinə misallar == - ərimə (və onun əksi olan bərkimə); - buxarlanma (və əks proses-kondensasiya) ; - sublimasiya (qazın birbaşa bərk hala keçməsi, əks proses-desublimasiya); - ferromaqnitin paramaqnitə keçməsi; - ifratkeçirici metalın normal keçirici hala keçməsi; - bərk cismin bir kristallik modifikasiyadan digərinə (məsələn, kükürdün rombik quruluşdan monoklin quruluşa) keçməsi; - T≈2K temperaturunda heliumun normal Helium-I halından ifrataxıcı Helium-II halına keçməsi; - amorf maddələrin şüşəvari hala keçməsi və s. Tədrici gedən faza keçidlərində sistemin hər iki fazasında temperatur (T), təzyiq (P) və kimyəvi potensial (μ) eyni olur. Digər termik və kalorik kəmiyyətlərə gəldikdə onların bəzisi kəsilməz, bəziləri isə sıçrayışla dəyişir. [2] (Termik kəmiyyətlər dedikdə temperatur-T, təzyiq- P, həcm-V; kalorik kəmiyyətlər dedikdə enerji vahidlərində olan kəmiyyətlər: daxili enerji-U, entropiya-S, entalpiya-W və b.
Heybər keçidi
Heybər keçidi, Əfqanıstanla Pakistan sərhədi yaxınlığında yerləşən, Kabil çayı dərəsindən cənubdakı Səfedkox dağ silsiləsində keçid. Uzunluğu 53 км, eni 15—130 м. Əsas keçid 1030 м. yüksəklikdə yerləşir. Keçiddə, Pakistan tərəfdən əfqan sərhədinə qədər dəmir yolu salınıb, və müxtəlif səviyələrdə Pişəvər - Kabil şose və karvan yolları salının. Keçmişdə vacib ticarət və hərbi strateji yol olub.
Hindistan keçidi
Hindistan keçidi — XX əsrdə Hindistanda, Mumbayda inşa edilən memarlıq abidəsidir. Bu abidə 1911-ci ildə kral V Georq və kraliça Mariya Tekin Apollo Bunderinindən Hindistanı ziyarət etmələrini əbədiləşdirmək məqsədilə inşa edilmişdir. Hind-Sarakenik üslubda tikilmiş Hindistan keçidinin təməl daşı 1911-ci il martın 31-də atılmışdır. Tağın strukturu bazalt daşındandır və hündürlüyü 26 metrdir. Corc Vittetin təqdim etdiyi son dizaynı 1914-cü ildə qəbul edilir və abidənin inşası 1924-cü ildə tamamlanır. Keçid sonralar Vitse krallıq və Mumbay rəhbərliyi üçün simvolik giriş mərasimi üçün istifadə edilir. Keçid Hindistana daxil olmaq üçün istifadəyə verilmişdir.Hindistan keçidi Mumbayın cənubundakı Çatrapati Şivaci Marqın sonunda yerləşən Apollo Bunderinin sahilindədir və Ərəbistan dənizinə tərəf baxır. Abidə həmçinin Mumbayın Tac Mahalı adlandırılır və şəhərin turistlər tərəfindən ən çox ziyarət edilən hissəsidir. == Tarix == Hindistan keçidinin tikilmə səbəbi 1911-ci ilin dekabrında kral V Georq və kraliça Mariya Tekin Dehli Darbardan öncə Mumbayı ziyarət etmələri idi. Abidənin təməl daşı 1913-cü il martın 31-də Mumbay qubernatoru cənab Corc Sidenham Klark tərəfindən atıldı və Corc Vittet tərəfindən hazırlanan dizayn 1914-ci il martın 31-də təsdiq edildi.
Hobson seçimi
Hobson seçimi — yalnız bir təklifin verildiyi azad seçimdir. İnsan ona verilən təklifi rədd etmək bacarığına malik olduğundan cari vəziyyətdə iki seçim mövcuddur: Hər iki halda qəbul etmək. Hər iki halda rədd etmək.İfadə Kembricdə mehtər kimi fəaliyyət göstərən Tomas Hobsonun soyadından törəyib. Belə ki, o, öz müştərilərinə alış zamanı tövləsindəki qapıya ən yaxın olan atı seçməyi və ya ümumiyyətlə heç birini götürməmək təklifini irəli sürüb. == Mənbələr == Kembric Bələdiyyə binasına bağışlanan rəsm portretinin altındakı yazıya əsasən Hobsonun 40 atdan ibarət geniş tövləsi mövcud olub. Bu, içəri daxil olan müştərilərdə bir neçə şanslarının olduğu təsəvvürünü yaradıb, halbuki əslində alıcıların sadəcə bir seçim şansı var idi: Hobson müştərilərdən qapıya ən yaxın olan atı seçməyi tələb edirdi. Bu vasitə ilə ən yaxşı atların daha çox seçilməsinin və nəticədə həddən artıq istifadəsinin qarşısı alınırdı. Hobsona məxsus tövlənin yerləşdiyi ərazi hal-hazırda Müqəddəs Katerina Kolleci tərəfindən özəlləşdirilib.Henri Ford, həmçinin müştərilərinə Ford T Model avtomobilini eyni məşhur sitatla təqdim etdi : "Qara rəngdə olduğu müddətcə istənilən müştəri istənilən rəngdə avtomobilə sahib ola bilər." Əslində, ilk günlərdə avtomobillər müxtəlif rənglərdə təklif olunurdu.Ultimatum oyunu Hobson seçimi şəklindədir. === İlkin yazılı təsəvvürlər === İngilis dilinin Oksford lüğətinə əsasən, bu ifadənin ilk yazılı istifadəsi 1660-cı ildə Samuel Fişer tərəfindən yazılan "The rustick's alarm to the Rabbies" əsərində qeydə alınıbBu ifadə, həmçinin, Jozef Addisonun "İzləyici" məqaləsində və Tomas Uordun 1688-ci ildə yazdığı və ölümündən sonra dərc olunan "İngiltərə Reformasiyası" poemasında istifadə olunub. == Müasir istifadəsi == "Hobson seçimi" termini əksər hallarda seçimin insanları aldatması mənasına gəlir, çünki burada nə Morton çəngəlində olduğu kimi iki ekvivalent variant, nə də dilemmada olduğu kimi iki istənməyən variant arasında seçim mövcud olur.
Lusi Septimi
Lusi Septimi (lat. Lucius Septimius; e. ə. I əsr – e. ə. I əsr) — Roma hərbçisi və muzdlu əsgəri. O, Axill ilə birlikdə Qney Pompeyin əsas qatillərindən biri kimi tanınır. Misirə qabiniani olaraq təyin edilən Lusi Septimi e.ə. 67-ci ildə Pompeyin quldurlara qarşı müharibəsində iştirak etmişdir. O, "Assassin's Creed Origins" (2017) video oyununda qeyri-oyunçu personajdır.
Şeqini
Şehıni (ukr. Шегині) — Ukraynanın Lvov vilayətinin Javorivskiy rayonunda kənd. Polşa ilə sərhəddə yerləşən bu kənddə "Şehıni" beynəlxalq buraxılış məntəqəsi yerləşir.
Şəfili
Şəfili — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 noyabr 2002-ci il tarixli, 384-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Şəfili kəndi Hacıalılı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çarxana kəndi mərkəz olmaqla, Çarxana kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Yaşayış məntəqəsi şəfili nəslinin məskunlaşması nəticəsində yaranmışdır. XIX əsrdə şəfililər maldarlıqla məşğul olan kiçik elat kimi təsvir olunurlar. == Coğrafiyası və iqlimi == Kənd Alazan-Əyriçay çökəkliyində yerləşir. Kəndin mərkəzi yolla arası 3 km-dir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 206 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Kənddə 53 təsərrüfat var. Kəndə mavi yanacaq verilir. Yeni tikintilər aparılır.
Şəkili
Şəkili (Ağdaş) — Azərbaycanın Ağdaş rayonunda kənd. Şəkili (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şərili
Şərili — aşıq havası. == Haqqında == Naxçıvan Muxtar Respublikası Şərur rayonun adı (Şərur,-Şərir,Şəril) ilə bağlıdır. "Ağır şərili", "Ora şərili","Yüngül şərili", "Qarabağ şərili" adlı havalar mövcuddur. Şərili havalarının məqam əsası segah, musiqi ölçüsü 6/8-dir. Sazda "Şah pərdə" kökündə çalınır. İnstrumenatal variantları da var.
Babək Səmidli
Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi. Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub. == Həyatı == Səmidli Babək Mətləb oğlu 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. === Təhsili === 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur. === Ailəsi === Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir.