Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sərdabə
Sərdabə — farsca sərdab – zirzəmi, yeraltı otaq deməkdir. Daxilində bir və ya bir neçə məzarın olduğu memarlıq abidəsi, tikilidir. Belə sərdabələrdə əsasən yüksək rütbəli şəxslər və onların ailə üzvüləri dəfn olunurdu.
Sərdabə (Ərdəbil)
Sərdabə (fars. سردابه‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 11 nəfər yaşayır (4 ailə).
Serdar Ortaç
Sərdar Ortaç (16 fevral 1970, İstanbul) — Türkiyə musiqiçisi. == Həyatı == Sərdar Ortac 1970-ci ildə fevral ayının 16-da istanbulda dünyaya göz açıb. O, ali təhsilini Ankaranın Bilkənt universitetində alıb. Onun ilk albomu 1994-cü ildə çıxıb və həmin albom 2 milyon nüsxə satılıb. 2004-cü ildə onun "Çarka" adlı albomu satış rekordları vurub. == Ailəsi == Atası Mehmet Ortac 7 iyun 2012-ci ildə şəkər xəstələyindən dünyasını dəyişib.
Sertab Erener
Sərtab Ərənər (türk. Sertab Erener; d. 4 dekabr 1964, İstanbul) — Türkiyə pop müğənnisi, 2003-cü ildəki Avroviziya Mahnı Müsabiqəsinin qalibi. == Albomları == Sakin Ol!
Südabə Həsənova
Südabə Cəmşid qızı Həsənova (5 fevral 1947, Yengicə, Noraşen rayonu) — Azərbaycan hüquqşünası və dövlət xadimi, 2-ci dərəcəli dövlət ədliyyə müşaviri, Azərbaycan Respublikasının əməkdar hüquqşünası (2017). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi (2005–2021), Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri (2000–2005), Azərbaycan Respublikasının ədliyyə naziri (1998–2000), ədliyyə nazirinin birinci müavini (1987–1992, 1993–1998) vəzifələrində çalışmışdır. == Həyatı == Südabə Həsənova 1947-ci ildə Naxçıvan MR-nin Şərur rayonunda anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. == Fəaliyyəti == 1971–1973-cü illərdə Azərbaycan SSR Ədliyyə Nazirliyinin Məhkəmə Orqanları İdarəsində məsləhətçi işləmişdir. 1973-cü ildən Bakı şəhər Kirov (indiki Binəqədi) rayon məhkəməsinin hakimi seçilmiş və 1979-cu ilə qədər həmin vəzifədə işləmişdir. 1979-cu ildə S. Həsənova Bakı Şəhər Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmişdir. 1980-ci ilin 27 martında S. Həsənova Azərbaycan SSR Ali Məhkəməsinin və onun Rəyasət Heyətinin üzvü seçilmiş, Ali Məhkəmənin intizam kollegiyasının sədri təsdiq edilmişdir. 1980-ci ilin noyabrında Azərbaycan KP MK-nin inzibati orqanlar şöbəsinin təlimatçısı vəzifəsinə təyin edilmiş və 1987-ci ilədək orada işləmişdir. S. Həsənova 1987-ci ilin aprel ayında Azərbaycan Respublikası Ədliyyə Nazirinin 1-ci müavini vəzifəsinə təyin olunmuşdur.
Südabə İrəvanlı
Südabə İrəvanlı (Südabə Tofiq qızı Kazımova; 7 yanvar 1962, Soyuqbulaq, Kalinino rayonu) — Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, şair. == Həyatı == Südabə İrəvanlı 07 yanvar 1962-ci ildə Azərbaycanın əzəli torpağı olan Dağ Borçalının Soyuqbulaq kəndində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü, Rusiya Taymır Yazıçılar Birliyinin üzvü, Aşıq Pəri Məclisinin üzvü və Mirvarid Dilbazi Poeziya Məclisinin üzvüdür. 1984 -cü ildən Rusiyanın Taymır mahalının Norilsk şəhərində otuz iki il yaşamış və orda Azərbaycan Diasporasının nəzdində "Qadınlar şura"sının sədri vəzifəsində uzun müddət çalışmışdır. Rusiya Taymır Yazıçılar Birliyinin "Yanan Ürəklər", "Aysberq", "Vətən həsrət olanda" və.s kimi almanaxlarında şeirləri çap edilmiş və iki dəfə poeziya müsabiqələrinin qalibi olmuşdur. Bir çox şeirləri rus dilinə çap olunmuşdur. Azərbaycanda "Palitra" , "Azərbaycan", "Sahibkarlıq" kimi qəzetlərdə və "Elm və Həyat", “Mişov dağı” kimi jurnallarda şeirləri çap edilmişdir. Südabə İrəvanlı hazırda "Mirvarid Dilbazi Poeziya" Məclisi İctimai Birliyinin "Poeziya" şöbəsinin rəhbəridir. == Ailəsi == Ailəlidir, üç övladı var.
Sərablə
Sərablə — İranın İlam ostanının şəhərlərindən və Çardavul şəhristanının mərkəzidir. 2011-ci ilin siyahıya alınması əsasında bu şəhər 9,703 nəfərdən və 2,079 ailədən ibarət idi.
Sərmayə
== Sərmayə == === Sərmayə və ya kapital və ya anavar === İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. == Kapital == 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Zərdabi
Zərdabi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Qəsəbədə tam orta məktəb, valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəbi, uşaq bağçası, xəstəxana, ruhi əsəb xəstələri üçün dispanser fəaliyyət göstərir. Həmçinin qəsəbədə yay və qış klubları, istirahət parkı, 1941-1945-ci il müharibəsinin iştirakçılarının şərəfinə ucaldılmış abidə və park yerləşir. == Əhali == Əhalisi 11256 nəfərdir. == Elm == Qəsəbədə 1964-cü ildən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu fəaliyyət göstərir.
Zərdab
Zərdab – Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati mərkəzi. == Tarixi == Öz coğrafi mövqeyinə görə bir zamanlar Kürdən əlverişli keçid kimi mühüm strateji rol oynamışdır. Zaman-zaman uzaq ölkələrdən yola çıxan səyyahlar, karvanlar və qoşunlar Kür çayını Zərdab ərazisindən keçmişlər. Mənbələrdə göstərilir ki, Şah İsmayıl Xətai Səfəvi qoşunları 1500 −1501-ci illərdə Ərzincandan Təbrizə hərəkət edərkən indiki Zərdab şəhərinin qarşısından Kürü keçmiş, Şamaxıya getmişdir. 1 Şah Təhmasib öz ordusuyla Şirvana (1538-ci il) və Şəkiyə (1551) hərəkət edərkən Cavaddan Kürü keçmiş, Zərdaba gəlmiş, buradan Qəbələyə, sonra Şamaxıya yürüş etmişdir. Professor Oqtay Əfəndiyev Azərbaycan Səfəvilər dövləti əsərində belə yazır: I Şah Təhmasib Gürcüstan yürüşündən qayıdarkən Gəncədən keçdi, Yevlax adlanan yerdə dayandı… Zilhiccənin 11-də (fevralın 2-də) (bu, tarixi mənbələrdə Zərdabın qədim adını ifadə edir) keçidinin yanından Kürü keçdi… Əli Şabana gəldi. Ötən əsrin 70-ci illərində Zərdab ərazisində görülən meliorasiya işləri zamanı bu yerlərdən keçən qədim karvan yolları boyunca ovdanlar, küp qəbirlər, əsrlər boyu torpaq altında qalsa da rəngini və keyfiyyətini itirməyən çini və keramik qablar, Eldəgizlər və digər hakimiyyətlər dövründə buraxılmış mis pullar, qadın bəzək şeyləri, məişət və mədəniyyət əşyaları üzə çıxırdı və indi bunların bir çox nümunələri Zərdab tarix diyarşunaslıq muzeyində eksponad kimi nümayiş etdirilir. Ümumiyytlə 1578-ci ilə aid tarixi mənbələrdə Zərdabın adına rast gəlinir. Bir çox mənbələr Zərdab adını fars dilində zərd (sarı) və ab (su) sözlərinin birləşməsindən yarandığını göstərir, xəstəlik yayan sarı su mənasını verdiyini bildirir. Bəzi tədqiqatçılar isə bu adın axmaz, gölməçə mənasında işlədildiyini iddia edirlər.
Səhabə
Səhabə — köməkçi, yoldaş, dost mənalarında işlədilir. Hətta bəzi Şiə mənbələrində[hansı?] İmam Mehdinin 313 səhabəsi olacağı qeyd edilir. İmam Sadiq həmçinin demişdir: Kim ki Sübh namazında 40 gün Əhd duasını oxuyarsa o, İmam Mehdinin səhabələrindən olar. Və əgər o, İmam Mehdinin zühurundan öncə ölsə Allah onu İmam Mehdi zühr etdikdə yenidən dirildəcək.
Sərab
Sərab – İranın Şərqi Azərbaycan ostanında qədim şəhərlərdən biridir. Bu şəhərin təbii-coğrafi şəraitinin əlverişli olması, onun Yaxın və Orta Şərqin ən işlək ticarət yolunun üstündə yerləşməsi qədim dövrlərdən etibarən bu şəhərin iqtisadiyyatına mühüm təsir göstərmişdir. == Etimologiyası == Bəzi mənbələrə əsasən Sərab fars dilində "suyun başı (mənbəyi)" deməkdir. Ehtimal ki, vilayətin mərkəzi Heydərxan və Tacyar çaylarının mənbəyində yerləşdiyinə görə vilayət və şəhər bu adı almışdır. "Sərab" sözünün farsca digər mənası da "miraj, ilğım"dır. Bir sıra müəlliflər, o cümlədən Beryozin şəhərin və vilayətin adını "Serah" (se - üç, rah - yol) kimi qeyd etmişlər. Ərdəbil, Təbriz və Tehrana gedən yollar üzərində yerləşən Sərab vilayətinin etimologiyasının bu amilə əsaslanması əksər tədqiqatçılar tərəfindən də qəbul olunur. Sərab adının etimologiyası haqqında İran tarixçisi R.Hüveyda yazırdı: "Müasir Sərab məfhumunun qədim forması Sərat, Sərav və yaxud Səro olmuşdur." Hüveyda hər cəhdlə Sərab adını iran dilləri əsasında izah etməyə çalışmışdır. X əsrdə yazılmış və müəllifi məlum olmayan Hüdud əl-aləm "Minəl məşrie iləl məğrib" əsərində şəhərin adı Sərav kimi verilmişdir. Bu əsərdə Sərabın sıx əhaliyə və bol nemətlərə malik olması göstərilir.
Şərab
Şərab və ya çaxır — spirtli içki. Şərab bitkilərin şirələrindən düzəldilmiş və tərkibində alkoqol olan içkidir. Alkoqol qıcqırma adlandırılan proses zamanı əmələ gəlir. Şarab növlərinin əksəriyyətini üzümdən düzəldirlər, amma onu hazırlamaq üçün başqa meyvələrdən də istifadə etmək olar. == Şərab növləri == Ağ şərab Qırmızı şərab Çəhrayi şərab Desert şərabı Qazlı şərab == Şərabın yaranma tarixi == Şərabın yaranma tarixi eramızın I əsrinə aid edilir ki, bu da imperator Probusun dövrünə təsadüf edir. Həmin vaxt kəndçilər müasir Fransanın ərazisinə üzüm gətirdilər və onu becərməyə başladılar. Üzüm sahələri olduqca genişləndi və isti iqlimlə əlaqədar daha çox məhsul verməyə başladı. Tezlikə üzüm bağları yalnız Ron çayının ətrafında deyil, eyni zamanda mərkəzi hissələrdə də yetişdirilməyə başlandı. Lakin V əsrdə bütün Fransa üzümçülüklə məşğul olurdu. XII əsrdə hersoq X Hiens Vilyamın rəhbərliyi dövründə Vignoble de Poitou adı altında üzüm bağları salınmışdı.
Gərdasə (Piranşəhr)
Gərdasə (fars. گرداسه‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 291 nəfər yaşayır (45 ailə).
Həsənbəy Zərdabi
Həsən bəy Zərdabi (tam adı: Həsən bəy Səlim bəy oğlu Məlikov; 28 iyun 1837, 1837 və ya 28 iyun 1842, Zərdab, Göyçay qəzası – 28 noyabr 1907, 1907 və ya 15 (28) noyabr 1907, Bakı) — Azərbaycan publisisti, pedaqoq, maarifçi-demokrat, təbiətşünas və darvinist alim, "Əkinçi" qəzetinin redaktoru və Azərbaycan milli mətbuatının banisi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Həsən bəy Zərdabi Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. == Həyatı == Həsən bəy Səlimoglu (Zərdabi) 1837-ci il iyun ayının 28-də (bəzi mənbələrdə 1842-ci il) keçmiş Bakı quberniyasına daxil olan Göyçay qəzasının Zərdab kəndində bəy ailəsində anadan olmuşdur. Həsən bəy Zərdabi ilk təhsilini Zərdab kəndindəki mədrəsədə almışdır. Burada ərəbcə və farsca öyrənən Zərdabi 1852-ci ildə Şamaxı şəhərində açılan rusca dünyəvi təhsil verən məktəbə yazılmışdır. Məktəbi bitirmək üçün imtahan verəndə Qafqaz Təhsil Komissiyası Müdiri baron Nikolayın diqqətini çəkmiş və baron onu dövlət təqaüdü ilə Tiflisə oxumağa göndərməyi təklif etmişdir. Bu ərəfələrdə atası vəfat edən Zərdabiyə böyük qardaşları Tiflisə getməyə icazə verməmişdilər. Tiflisdə yaşayan atasının dayısı general Fərəc bəy Ağayev bu hadisədən sonra hadisəyə müdaxilə edərək, Zərdabini Tiflisə gətizdirmişdir. Tiflisdəki məktəb üçün girdiyi imtahanları uğurla bitirən Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.
Saltaq sərdabəsi
Sаltаq sərdаbəsi — Qəbiristаnlığın mərkəzində dаşdаn tikilmiş sərdаbə хüsusilə diqqəti cəlb еdir. О, хаçşəkilli plаnlı оlub kiçik həcmli dаşlаrdаn əhəng məhlulu qаtılmış gəclə tikilmişdir. Sərdаbənin tаvаnı tаğvаri fоrmаdа tаmаmlаnmışdır. Оnun girişi хаricə dоğru çıхıntılıdır. Qаpının tikintisində bişmiş kərpicdən də istifаdə еdilmişdir. Bişmiş kərpiclərin ölçüsü 23 х 23 х 5 sm; 20 х 10 х 5 sm-dir. Sərdаbənin içərisi gəclə suvаnmış, lаkin bəzi yеrlərdə uçub tökülmüşdür. Оnun içərisində tахtа tаbut və insаn skеlеtinin qаlıqlаrı vаrdır. Tаbutun tахtаlаrı əldə düzəldilmiş dördkünc-yаstı mıхlаrlа bərkidilmişdir. Lаkin tахtаlаrın üzərində müаsir mıхlаrа dа təsаdüf оlunur ki, bu dа оnlаrın vахtilə bərpа еdildiyini göstərir.
Sivilizasiya sərdabəsi
Sivilizasiya sərdabəsi (ing. Crypt of Civilization) – 1937-1940-cı illərdə ABŞ-nin Corciya ştatında yerləşən Oqltorp Universitetində tikilən möhürlü, havakeçirməz otaq. 57 m3 həcmə malik otaqda bir çox artefakt və sənəd saxlanılır və 8113-cü ildə açılması planlaşdırılır. Otağın yaradılma məqsədi hazırkı dövrün mədəniyyətini gələcək dövrlərə çatdırmaqdır. Sivilizasiya sərdabəsi gələcək nəslə mədəniyyəti çatdırmaq üçün edilən ən yaxşı cəhd kimi Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Tarixi == Zaman kapsulası funksiyası daşıyan otağı yaratmaq ideyası universitetin keçmiş rektoru Tornvell Yakobsa məxsusdur. T.Yakobs keçmiş mədəniyyətlərin gələcək nəsillərə çox az məlumat buraxdığından şikayətçi idi. Buna görə də bu cür otağın yaradılmasını çox istəyirdi. Otaq dünyada ilk zaman kapsulu hesab olunur. Yakobs bu işdə ona kömək etməsi üçün ABŞ kinematoqrafı, fotoqrafı və ixtiraçısı Tomas Pitersə müraciət etmişdir.
Sərdari xalçaları
Sərdari xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları. Təbriz xalçaçılıq məktəbi Azərbaycanın ən qədim və məşhur xalçaçılıq məktəbidir, Təbriz, Ərdəbil, Marağa, Mərənd, Maku, Xoy, Urmiya, Zəncan, Qərəcə, Heris, Sərab, Əhmədabad, Miriş, Əhər, Salmas, Görəvan, Sennə, Qaradağ və başqa xalça məntəqələrini əhatə edir. Bu ərazidə yaşamış türk dilli tayfalar hələ qədimdən xalçaçılığın yaranması və inkişafında mühüm rol oynamış, müxtəlif dövrlərdə İran xalça sənətinin təşəkkülünə ciddi təsir göstərmişlər. Orta əsrlərdə Şərqin ən mühüm ticarət mərkəzlərindən və zəngin şəhərlərindən olan, eləcə də Avropa ilə ticarət əlaqələri xalçaçılıq sənətinin sürətli inkişafına səbəb olmuşdur.
Sərdərə (Kəleybər)
Sərdərə (fars. سردرق‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
Sərdərə (Üşnəviyyə)
Sərdərə (fars. سردره‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 302 nəfər yaşayır (40 ailə).
Sərvanə (Soyuqbulaq)
Sərvanə (fars. ساروانه‎) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 63 nəfər yaşayır (10 ailə).
Yurdçu sərdabəsi
Yurdçu sərdabəsi — Kəngərli rayonunun Yurdçu kəndinin şimal-qərbində yerləşən Dəmir dövrünə aid arxeoloji abidə. Abidə dördkünc formalı olub, şimal-cənub istiqamətində yönəlmişdir. Divarlar boyunca gil məhlul istifadə olunmadan altı cərgə üst-üstə iri sal daşlar hörülmüşdür. Sərdabənin uzunluğu 3 metr, eni 1,6 metr, hündürlüyü 1,8 metrdir. Şərq və qərb divarlarının hərəsində iki, şimal divarında isə 40x40x40 ölçüdə bir taxça vardır. Giriş yolu xaricdən bütöv daş pilitə ilə qapadılmışdır. Sərdabənin içərisindəki skelet sağ böyrü üstə, yarı bükülü, sağ əli başının altına doğru qatlanmış vəziyyətdə idi. Skeletin arxasında boz, qırmızı, qonur rəngli 4 ədəd küp yerləşdirilmişdir. Qablardan arxada heyvan sümükləri var. Sərdabədən tunc və gümüşdən yüksək sənətkarlıqla hazırlanmış bəzək əşyaları (üzük, sırğa, bilərzik, sancaq, pilək, asma, müxtəlif minerallardan düzəldilmiş muncuqlar), silahlar (nizə ucluqları, dəmir xəncər) və sair tapılmışdır.
Zərdabi bələdiyyəsi
Quba bələdiyyələri — Quba rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. == Siyahı == == Qeydlər == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Hüseynxanlı (Zərdab)
Hüseynxanlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə 1 natamam orta məktəb, 1 uşaq bağçası var. == Əhalisi == Kənd əhalisinin sayı təxminən 800 nəfərdir.[mənbə göstərin] == İqtisadiyyatı == Əhali əsasən əkinçılık və maldarlıqla məşğul olur. == İdman == Rayonda ən yaxşı futbol oynayanlar Qaravəlli kəndi ilə yanaşı bu kənddə toplanıb. == İnfrastruktur == 2014-cü ilin noyabr ayının 27-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir.
Məlikli (Zərdab)
Məlikli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Din == Kənddə Məlikli kənd məscidi dini icması fəaliyyət göstərir.
Nəcəfalı (Zərdab)
Nəcəfalı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.
Qarasuçay (Zərdab)
Qarasuçay — Zərdab rayonu ərazisində çay. == Haqqında == Türyançayın aşağı axarından ayrılan qoldur.
Qaravəlli (Zərdab)
Qaravəlli — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qaravəlli Zərdab rayonunun qədim və zəngin tarixə malik kəndlərindən biridir. Qaravəllilər əvvəllər yarımköçəri maldarlıqla məşğul olmuş, Kür vadisinə XIX əsrin ikinci yarısında həmişəlik gəlmiş və əsasən oturaq həyata keçmişlər. Əlisəfa Məmmədov "Qarayazı düzündən Xəzər dənizinə qədər" kitabında yazır ki, Azərbaycanın qədim türkdilli tayfalarından olan qaravəllilər XX əsrin əvvəllərinə qədər əsasən Şirvanda, Araz boyunca – Mildə, Muğanda yaşayırdılar. Bu vaxt onların Şirvanda Qaravəlli-Alməmməd (ona Xanlıq da deyirdilər) və Qaravəlli (Tapdıq), Qaravəlli-Qambaybəy, Muğanda Qaravəlli, Arazın sol sahilində – Mil düzündə isə Qaravəlli və Minaxarlı (Qaravəlli) kəndləri olmuşdur. Şimali Azərbaycanda Qaravəlli adlı 8 kənd vardı. Qaravəllilər indi Azərbaycanın Gədəbəy, Ağsu, Zərdab, Ağcabədi, Şamaxı, İmişli və Balakən rayonlarının ərazilərində yerləşirlər. Qaravəllinin yaşlı sakinlərinin rəvayət etdiyinə görə ilk dəfə bu əraziyə Vəli, onun ardınca, daha sonra isə Hacıaxund adlı biri gəlib. Onların hər üçü Araz qırağından olub. Vəli kişinin rəngi qara olduğuna görə bu kəndin adını elə Qaravəlli qoyublar.
Salahlı (Zərdab)
Salahlı — Azərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Qazax rayonunun qədim Salahlı kəndi 1867-ci ildə iki inzibati vahidə Yuxarı Salahlı və Aşağı Salahlı kəndlərinə bölünmüşdür. 1922-ci ildə hər iki kənddən ayrılan evlər hesabına yeni məkanda Orta Salahlı kəndi yaradıldı. Azərbaycanın müxtəlif rayonlarında yerləşən Salahlı kəndləri mənşəcə Qazax mahalının Salahlı eli ilə bağlıdırlar: Salahlı (Ağstafa) – Azərbaycanın Ağstafa rayonunda qəsəbə. Salahlı (Samux) – Azərbaycanın Samux rayonunda kənd. Salahlı (Zərdab) – Azərbaycanın Zərdab rayonunda kənd. Salahlı (Yevlax) – Azərbaycanın Yevlax rayonunda kənd. Salahlı Kəngərli – Azərbaycanın Ağdam rayonunda kənd. Qeyd etmək lazımdır ki, Kür qırağında yerləşən qədim Salahlı kəndinin adı 19-cu əsrin sonlarından ara-sıra rast qəlinən, qeyri-rəsmi olaraq, Qıraq Salahlı şəklində də işlənmişdir. == Din == Kənddə Salahlı kənd məscidi dini icması fəaliyyət göstərir.