Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Seyiçi Miyake
Seyiçi Miyake (三宅 精一, Miyake Seyiçi, 5 fevral 1926, Kuraşiki, Okayama prefekturası – 10 iyul 1982, Okayama) – Yaponiya mühəndisi və ixtiraçısı. O, görmə məhdudiyyətli şəxslərin yol keçidlərində hərəkətini asanlaşdırmaq üçün taktil plitələri ixtira etməsinə görə tanınır. Seyiçi Miyake 5 fevral 1926-cı ildə Yaponiyanın Okayama prefekturasının Kuraşiki şəhərində doğulmuşdur. Mühəndislik təhsili almış, bir neçə ixtiraya imza atmışdır. 10 iyul 1982-ci ildə Okayama şəhərində ölmüşdür. Miyake 1965-ci ildə görmə qabiliyyəti zəifləmiş dostuna kömək etmək üçün qabarıq səthlərlə təcrübələr aparmağa başlamış və sonda öz maddi vəsaiti hesabına taktil plitələri və ya orijinal adı ilə Tenci plitələrini ixtira etmişdir. O, plitələrin iki növünü yaratmışdır: nöqtəli və zolaqlı. Zolaqlı plitələr təhlükəli yerə yaxınlaşdıqlarını bildirir və keçidlərin kənarında yerləşir. Zolaqlı plitələr isə istiqamət bildirir. O, görmə məhdudiyyətli şəxslərin əsasən müşayiətçi it və ya dəyənəklə hərəkət etdiyini düşündüyü üçün bu dizaynın uyğun olacağını qənaətinə gəlmişdir.
Seyiçi Sakiya
Seyiçi Sakiya (d. 1 dekabr 1950) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Seyiçi Morimura
Seyiçi Morimura (森村 誠一, Morimura Seyiçi, 2 yanvar 1933, Kumaqaya[d], Saytama prefekturası – 24 iyul 2023, Tokio) – müəmma janrında yazmış Yaponiya yazıçısı. İkinci Dünya müharibəsi zamanı Yaponiyada insanlar üzərində təcrübələr aparmış 731-ci dəstə haqqında olan mübahisəli "Şeytanın qarınqululuğu" ("Akuma no hoşoku") trilogiyasına görə tanınır. Seyiçi Morimura 1933-cü ildə Saytama prefekturasında doğulmuşdur. Kollecdən məzun olduqdan sonra 1964-cü ildə "Otani" hotelində işləməyə başlamış və növbəti 10 il oyunca burada işləmişdir. Hoteldə işləyərkən jurnal məqalələri yazmağa başlamışdır. İlk romanı "Böyük şəhər" ("Daytokay") 1967-ci ildə nəşr olunmuşdur. "Çoxmərtəbəli binada ölüm" ("Koso no şikaku") romanına görə 1969-cu ildə Edoqava Rampo mükafatını, 1973-cü ildə Yaponiya Müəmma Yazıçıları Mükafatını qazanmışdır. 1976-cı ildə yazdığı "İnsanın sübutu" ("Ninqen no şomey") romanı qaradərili gəncin qətlindən bəhs edir və Yaponiyanın müharibədən sonrakı qaranlıq dövrünü işıqlandırır. Roman əsasında film çəkilmişdir. 1977-ci ildə nəşr olunmuş "Vəhşinin sübutu" ("Yasey no şomey") romanı ucqar bir kənddə baş vermiş soyqırımdan bəhs edir.
Seyri-süluk
Seyri-süluk — ərəb sözü olub mənası gəzmək deməkdir. Təsəvvüfdə isə cəhalətdən elmə, əxlaqi-zəmimdən əxlaqi-həmidəyə, öz vücudundan Haqqın vücuduna doğru seyr və hərəkətdir. Süluk lüğətdə girmək və getmək, təriqət əhlinə görə isə saliki vüsala hazırlayan əxlaq tərbiyəsidir. İfadə etdikləri mənalar baxımından bir-birinə çox yaxın olan bu iki termin təriqətə girən şəxsin bütün mənəvi dərəcələri tamamlayanadək keçdiyi səyahətə verilən addır. Seyrin əvvəli süluk, sonu vüsaldır.
Seyci Naqata
Masaci Naqata (長田 政二, Naqata Masaci, 1887, İbaraki prefekturası – 8 sentyabr 1938, Los-Anceles dairəsi, Kaliforniya) – yapon əsilli ABŞ-lı həvəskar astronom. 1931-ci ildə fermerliklə məşğul olarkən yeni kometa kəşf etdikdən sonra tanınmışdır. Naqata kometa kəşf edən ilk həvəskar astronomlardan biri olmuş, Kaliforniya ştatında həvəskar astronomiya sahəsində əhəmiyyətli töhfələr vermişdir. Onun kəşf etdiyi Naqata kometası tarixdə yapon şəxsin şərəfinə adlandırılmış ilk kometadır. Naqata 1886-cı ildə Yaponiyanın İbaraki prefekturasında doğulmuşdur. Onun atası da fermer və həvəskar astronom olmuşdur. Atası onun astronomiyaya maraq göstərməsində böyük rol oynamışdır. Naqata 1907-ci ildə ABŞ-yə miqrasiya etmişdir. 1909-cu ildə Kaliforniya ştatında yerləşən İmperial dərəsinə köçərək Brauli və Vestmorlend şəhərləri arasındakı ərazidə fermerliklə məşğul olmağa başlamışdır. 1913-cü ildə qəbul edilən qanun yapon miqrantlarının torpaq sahibi olmasının qabağını aldığı üçün o, tez-tez yer dəyişdirməli olmuşdur.
Seyci Ono
Seyci Ono (小野 誠治, Ono Seyci, 18 iyun 1956) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. Seyci Ono Yaponiyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 9-cu pillənin sahibi olub.
Seyci Ozava
Seyci Ozava (小澤 征爾, Ozava Seyci, 1 sentyabr 1935[…], Şenyan – 6 fevral 2024, Setaqaya) – Yaponiya dirijoru. Boston Simfonik Orkestrı, eləcə də, Yeni Yaponiya Filarmonik Orkestrı, San-Fransisko Simfonik Orkestrı, Toronto Simfonik Orkestrı və Nyu-York Metropolitan Operasındakı çıxışlarına görə tanınır. O, Qərbdə məşhurluq əldə edən ilk yapon dirijor hesab olunur. 1935-ci ildə Mancuriyanın Şenyan şəhərində yapon ailədə doğulmuşdur. Ozava Yaponiyada böyümüş və pianoçu olmağı arzulamışdır. Lakin liseydə oxuyarkən oynadığı bir reqbi maçı zamanı barmağının zədələnməsi dirijorluğa yönəlməsinə səbəb olmuşdur. Yaponiyada məktəb təhsili başa çatdırdıqdan sonra dirijor olmaq üçün Avropaya yollanmışdır. 1959-cu ildə Fransanın Bezanson şəhərində gənc dirijorlar üçün keçirilmiş müsabiqədə ilk mükafatını qazanmışdır. O, Avstriya dirijoru Herbert fon Karayan və ABŞ dirijoru Leonard Bernstayndan dirijorluq dərsləri almışdır. 1961-ci ildə Ozava Nyu-York Filarmonik Orkestrının köməkçi dirijoru olmuşdur.
Qeydçi
Qeydçi (ing. registrar) — yeni domen adlarını yaratmaq (qeydə almaq) və mütləq qeydiyyatdan keçməli olan mövcud domen adlarının fəaliyyət müddətini uzatmaq səlahiyyəti olan qurum. Belə domenlərə aşağıdakılar aiddir: sıfrıncı səviyyəli demen (kök domeni); bütün yuxarı səviyyəli (birinci səviyyəli) domenlər; bəzi ikinci səviyyəli domenlər (məsələn, com.ru və ya co.uk). Qalan bütün domenlərdə isə altdomenlər yaratmaq üçün xüsusi səlahiyyət tələb olunmur. Kök domeninin qeydçisi kimi ICANN təşkilatı çıxış edir. Domenlərin əksəriyyəti üçün vahid qeydçi yoxdur. Bir neçə qeydçi olduqda, toqquşmalardan qaçmaq və domen adının bənzərsizliyini təmin etmək üçün onlar vahid verilənlər bazasından istifadə etməlidirlər. .com .net .org .biz .info .name .mobi .asia .aero .tel .travel.jobs zonalarında qeydçi olmaq üçün ICANN-nın akkreditasiyasını almaq lazımdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Seyran
Seyran — ad. Seyran Ohanyan — Ermənistanın sabiq müdafiə naziri.
Seydi
Seydi — Türkmənistan Respublikasının Lebap vilayətində etrap hüquqlu şəhər.
Külə Seyran
Külə Seyran (az.-əski. کۆله‌سئیران‎, fars. کله‌سیران‎) - İranın Zəncan ostanının Tarım şəhristanının Çəvərzəq bəxşinin Çəvərzəq qəsəbəsinin ərazisinə daxil olan kənd. == Əhalisi == 2016-cı ilin məlumatına görə kənddə 110 nəfər yaşayır (33 ailə).
Sehrli Xəncər
Sehrli Xəncər (ing. Kris Sakti) Malayziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadrodur. 2011-ci ildə yaradılmışdır. Uçuşlar üçün 4 ədəd Extra EA-300 təyyarəsi istifadə olunur.
Sehrli fleyta
Sehrli fleyta — (alm. Die Zauberflöte‎), Volfqanq Amadey Motsartın 1791-ci ildə Emanuel Şikanederin librettosuna bəstələmiş olduğu opera. Operanın premyerası 30 sentyabr 1791-ci ildə Auf der Viden, Vyanada oynanılmışdır. Librettonun süjeti isə bir neçə xalq nağılından götürülmüşdür. Gecə kraliçasının qızı sehrbaz Zarastro tərəfindən oğurlanır. Gecə kraliçası qızını qurtarmaq üçün, köməkçi və sehrli fleyta verib, şahzadə Taminonu yola salır. Şahzadə sehrbazın tərəfinə keçərək bir sıra sınaqlarla üzləşir. Şahzadə Tamino dağlarda azıb qalır. Gecə kraliçasının quluqçuları olan üç qadın onu ilandan xilas edirlər. Tamino ayılanda quş tilovçusu Papagenonu görür.
Sehrli futbol
Sehrli futbol (isp. Metegol) — 2013-ci ildə 3D formatında çəkilmiş uzun-metrajlı Argentina animasiyasıdır. Underdogs — Internet Movie Database saytında.
Sehrli kvadrat
Sehrli kvadrat – dünyada məşhur olan riyazi termin "Sehrli kvadrat"lar qədim dövrlərdən müxtəlif mədəniyyətlərə məlumdur. Həmin xalqlar bu kvadratların möcüzəli qüvvəyə malik olduğunu düşünürdülər. Avropada isə ilk belə kvadrat 1514-cü ildə Albrext Dürer tərəfindən yaradılıb. "Sehrli kvadrat"larda ədədləri diaqonal, şaquli və üfüqi istiqamətdə topladıqda cəm eyni alınır.
Sehrli susüpürən
Sehrli xalça
Uçan xalça və ya Sehrli xalça — İnsanların mifik təsəvvürlərində mövcud olmuş fantastik hava nəqliyyatı vasitəsi. Dünya nağılları içində sehrli nağıllara daha çox önə verilir. İnsanların mifik təsəvvürləri əks olunan sehrli nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli güzgü, sehrli tütək, sehrli papaq, sehrli çıraq, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Hərçənt bu ideyaya Yaxın Şərq ədəbiyyatında, həmçinin Azərbaycan şifahi xalq ədəbiyyatında daha çox rast gəlmək olur. Müasir texnologiyalar vasitəsilə Dünya nağıllarındakı uçan xalçanın gerçəkləşməsinə bir sıra cəhdlər edilmişdir. Məsələn, Prinston Universitetinin alimləri tərəfindən plastik materialdan hazırlanmış "sehrli xalça" sınaqdan keçirilib. ABŞ-nin Prinston Universitetində bu istiqamətdə tədqiqat aparılır. Aspirant Noa Cafferisin təqdim etdiyi şəffaf plastik təbəqə əks istiqamətlərdə hərəkət edən elektrik yükü sayəsində hərəkət edir. Elektrikin yaratdığı dalğa havanı hərəkətə gətirir və bu da xalçanı itələyir.
Semiçi adaları
Semiçi adaları (ing. Semichi Islands, aleut. Самиян) — Aleut adaları qrupuna daxil olan adalar qrupu. Bütün adalar vulkan mənşəllidir. Bitki örtüyü olduqca kasıbdır. Sahillərini Sakit okean və Berinq dənizinin suları yuyur. Qrupa 3 əsas: Alaid, Nizki, Simiya və 2 kiçik ada daxildir: Hammerhed və Lotus. Adalar Attu adasından cənub-şərqdə, Aqattu adasından isə şimal-şərqdə yerləşir. Qrupun maksimal hündürlüyü 204 metrdir (Alaid a.). adalar qırmızısifət qarabatdaq və bozqanad qağayıların əsas yuvalama ərazisidir.
Sehrli çubuq
Sehrli çubuq (ing.magic wand, ru. волшебная палочка ) - formasından asılı olmayaraq ayrıca rəngdə olan bütöv sahəni seçdirən redaktə aləti; qrafik redaktorların əksəriyyətində (Adobe Photoshop, Aldus Photostyler, Corol PhotoPaint) sehrli çubuq aləti vardır. Redaktə ediləsi sahəni seçdirmək üçün bu alətdən istifadə olunur. Onun başlıca gücü istifadəçini çox yorucu və sıxıcı işlərdən azad etməsindədir. Hər hansı pikseli siçan vasitəsilə çıqqıldatdıqda sehrli çubuq onunla eyni rəngdə olan sahəni (qıraqların nə qədər girinti-çıxıntılı olmasından asılı olmayaraq) seçdirir. Bundan sonra, həmin sahəni tək obyekt kimi kopiyalamaq (COPY), uzaqlaşdırmaq (DELETE), sürüşdürmək (MOVE), döndərmək (FLIP), fırlatmaq (ROTATE), büzmək (SHRINK), dartmaq (STRETCH), yaxud ona sücgəclər (FILTER) tətbiq etmək olar. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Seyran Cəfərli
1966-cı ildə İmişli rayonunda anadan olub. 1982-ci ildən "Kirpi" satirik jurnalında karikaturaçı kimi fəaliyyət göstərib. 1992-ci ildə Azərbaycan Jurnalist Sənətkarlığı kursunu bitirib. 2002-2005-ci illər "Molla Nəsrəddin" beynəlxalq karikatura müsabiqələrinin təşkilatçısı olub. Dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq müsabiqə və sərgilərin münsiflər heyətinin üzvü olub. 2002-ci ildən "WITTY WORLD" (ABŞ) elektron jurnalında karikaturaçılar qrupunun üzvüdür. Beynəlxalq karikatura yarışmalarında 60-dan çox mükafat alıb. Əsərləri qızıl, gümüş, bürünc medallara və xüsusi diplomlara layiq görülüb, 200-ə yaxın kataloqlarda əsərləri çap olunub. 2003-cü ildə "Karikaturistlər Birliyi"-ni təsis edib. "Beynəlxalq Karikatura Xəbər Mərkəzi" saytının direktorudur.
Seyran Ohanyan
Seyran Muşeqi Ohanyan (1 iyul 1962, Şuşa, DQMV) — Ermənistanın sabiq müdafiə naziri. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Xocalı soyqırımının təşkilatçılarından biri. İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Seyran Ohanyan 1 iyul 1962-ci ildə Şuşa şəhərində anadan olub. 1983-cü ildə Bakıdakı Ali Ümumqoşun Komandirləri Məktəbini bitirib. Qarabağ müharibəsinin əsas simalarından biridir. Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqlarının işğalı və kütləvi qətllərdə, o cümlədən Xocalıda dinc əhaliyə divan tutulmasında fəal iştirak edib və soyqırımın rəhbərlərindən biri olub. Bu səbəblə barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan olunub. 1999–2007-ci illərdə qondarma "DQR"in "müdafiə naziri", 2007–2008-ci illərdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi olub. 2008–2016-cı illərdə Ermənistanın müdafiə naziri olmuşdur.
Seyran Qafarzadə
Seyran Qafarzadə (Seyran Əmir oğlu Qafarov; 2 oktyabr 1969, Bakı — 5 noyabr 2018) — Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Batman Universitetinin professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Bakı Musiqi Akademiyasının baş müəllimi. Seyran Əmir oğlu Qafarov 1969-cu il oktyabrın 2-də Bakı şəhərində anadan olmuşdur. 1993-ci və 1994-ci illərdə Bakı Musiqi Akademiyasının tarixi — nəzəriyyə və ifaçılıq fakültələrini bitirib. 1993–1997-ci illərdə Bakı Musiqi Akademiyasının "Qədim musiqi alətlərinin bərpası və təkmilləşdirilməsi" Elmi laboratoriyasında elmi işçi vəzifəsində işləyib. 1997–2010 illərdə Türkiyənin Dövlət Konservatoriyasında, daha sonra Van Dövlət Konservatoriyasında müəllim olaraq çalışıb. Seyran Qafarov həmçinin Bakı Musiqi Akademiyasında Musiqi tarixi kafedrasında baş müəllim vəzifəsini daşıyırdı. O gənc musiqiçilərə Qərb musiqi tarixini, Asiya və Afrika xalqların musiqisini tədris etməklə yanaşı, Musiqi Akustikası laboratoriyasında Azərbaycanın qədim musiqi aləti ney haqqinda elmi araşdırmalarını davam etdirirdi. 2007-ci ildə Azərbaycanda müdafiə etdiyi elmlər namizədliyi dissertasiya işi, 2010-cu ildə Türkiyənin Baş Attestasiya Komissiyası tərəfindən Doktora elmi dərəcəsi ilə təsdiq olunmuşdu. Seyran Qafarov Türkiyə və Azərbaycanda bir sıra beynəlxalq simpozium və konfranslarda elmi məruzələrlə çıxış etmiş, nüfuzlu elmi toplularda məqalələri dərc olunmuşdur. Onun rus, türk və Azərbaycan dillərində yazdığı elmi məqalə, metodik iş və məruzələrində Azərbaycanın unudulmuş qədim nəfəsli aləti olan neyin tarixçəsi, bərpası ilə əlaqədar əsaslı və mühüm nəticələr əldə edilmişdir.
Seyran Səxavət
Xanlarov Seyran Əsgər oğlu — yazıçı, şair, nasir, tərcüməçi, 1980-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Seyran Səxavət 1946-cı il martın 23-də Füzuli rayonunun (keçmiş Qarabulax rayonu) Yağlıvənd kəndində anadan olmuşdur. Həmin kənddə orta məktəbi bitirdikdən sonra Natəvan adına Füzuli şəhər məktəbində direktorun köməkçisi vəzifəsində işləmişdir (1962-1964). Sonra ADU-nun şərqşünaslıq fakültəsində təhsil almışdır (1964-1970). Sovet Ordusu sıralarında əsgəri xidmət zamanı SSRİ Müdafiə Nazirliyində tərcüməçi olmuşdur (1970-1972). "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında xüsusi müxbir, ədəbi işçi kimi çalışmış, sonra iki il İranda tərcüməçi işləmişdir (1974-1976). Yenidən Bakıda "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi kimi fəaliyyət göstərmişdir (1976-1981). Sonra "Ulduz" jurnalı redaksiyasında nəsr şöbəsinin müdiri işləmişdir (1981-1991). Bədii yaradıcılığa 1962-ci ildən dövri mətbuatda çap etdirdiyi şeir, hekayə və publisist yazıları ilə başlamışdır. Həmin vaxtdan mərkəzi və respublika mətbuatı səhifələrində müntəzəm çıxış edir.
Seyran Vəliyev
Seyran Süleyman oğlu Vəliyev (16 dekabr 1950, Bodaybo, İrkutsk vilayəti – 1 avqust 2013, Bakı) — Azərbaycan alimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Akademik H. Əliyev adına Coğrafiya İnstitutunun baş elmi işçisi, coğrafiya elmləri doktoru. Seyran Vəliyev 1950-ci il dekabrın 16-da Rusiya Federasiyasının İrkutsk vilayətində yazıçı Süleyman Vəliyevin ailəsində anadan olmuşdur. 1955-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir. S. Vəliyev Azərbaycan ərazisinin Dördüncü dövrdəki paleocoğrafi şəraiti, Xəzər dənizinin Dördüncü dövrdəki paleocoğrafi və paleoekoloji şəraiti, Azıx mağarasında paleolit insanların məskunlaşması, Xəzər dənizinin səviyyə tərəddüdləri, Azərbaycan ərazisinin Dördüncü dövrdəki iqlim dəyişmələri haqqında geniş tədqiqat işləri aparmışdır. Bütün bu tədqiqatların nəticəsi olaraq 1994-cü ildə "Son pleystosen və Holosendə Azərbaycan və ona bitişik ərazilərin paleocoğrafiyası" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 1996-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Görkəmli alim 600-dən çox məqalənin, "Qədimdən qədim" kitabının müəllifidir. O, müxtəlif beynəlxalq elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış etmişdir. Əsərləri Rusiya, Baltikyanı ölkələrdə və Gürcüstanda nəşr olunmuşdur.
Seyran Şiriyev
Seyran Qəzənfər oğlu Şiriyev (təxəllüs Emin Seyran) , ( 15 mart 1944 - 23 may 2013) - Azərbaycanlı şair, yazıçı, ziyalılar klubunun sədri. Emin Seyran 15 mart 1944-cü ildə Astara şəhərində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ingilis-azərbaycan dilləri fakültəsini fərqlənmə diplomu ilə bitirərək bir müddət Astara şəhər internat məktəbində tərbiyəçi-müəllim və təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. 1975- ci ildən 2000-ci illərə qədər , 25 ildən çox Ceyhun Babayev adına Astara şəhər 3 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmişdir. Emin Seyran həmdə gözəl ailə başçısı olub. 4 övlad, 6 nəvəsi var. İstedadlı şair, ziyalı Seyran Şiriyev 23 may 2013-cü ildə vəfat etmişdir. 1987-ci ildə "Yazıçı" nəşriyyatı tərəfindən "Təsəlli" adlı şeirlər kitabı çap edilmişdir. 1995-ci ildə respublikada keçirilən "Şəhriyar-90" müsabiqəsində onun "Astaraçay" şeiri Şəhriyar mükafatına layiq görülmüşdür. O həmdə ingilis dilli xalqların seçmə ədəbiyyat nümunələrinin orijinaldan mahir tərcüməçisidir.
Seyryo Hamada
Kosaku Hamada (濱田 耕作, Hamada Kosaku, 22 fevral 1881 – 25 iyul 1938, Kioto) və ya Seyryo Hamada (濱田 青陵, Hamada Seyryo) – Yaponiya arxeoloqu və sənətşünası. Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur. Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur. Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur.
Sehrli söz
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Sehrli sözlər
Ovsun, əfsun — müxtəlif xalqların şifahi yaradıcılığında guya insanlardan bədbəxtliyi kənar etmək, onları xəstəlikdən qorumaq, xoşbəxtliyə çatdırmaq, varlanmaq, uğurlu ov, bol məhsul götürmək və s. gücünə malik olan müəyyən sehirli qüvvənin ifadə formulu. Hələ qədimdən insanlar öz arzu və istəklərinə çatmaq üçün müxtəlif ovsunlara müraciət edirdilər. Ovsunçuluq ən qədim magik təsəvvürlərlə bağlı olmuşdur. Magik səciyyəli folklor aktı olan ovsunlar uzun bir təkmilləşmə yolu keçmiş və bu yolda özünə yaxın mərasim ünsürləri və folklor mətnləri ilə qarşılıqlı əlaqədə olmuş, bəzən onlarla çulğalaşmışdır. Buna görə də ovsunlar bəzən fal, tilsim və sehrlə eyniləşdirilir. Halbuki ovsunlar həm şəkil, həm də lüğəti məna və mahiyyətcə onlardan fərqlənir. Bəhlul Abdullanın yazdığına görə, nağıl və dastan süjetlərində sıx-sıx təsadüf edilən tilsimlər virdlə, lövhlə bağlıdır, onu bilən, icra edən də, əsasən, qara, neqativ qüvvələrin təmsilçisi olan cadügərlərdir. Ovsunlar isə bilavasitə gerçək yaşayış, xüsusən də ailə-məişət hadisələri çevrəsində təzahür edir. Ovsunlarda insanların normal yaşayışına mane olan, güzaran üçün qorxu, təhlükə törədən qüvvələrə qarşı mübarizə var və bu da əsasən ayin, mərasim, magik sözün sehrli təsir gücü ilə həyata keçirilir.
Şərhçi
Şərhçi — kütləvi informasiya vasitələrində vəzifə. Bu vəzifə daşıyıcısı konkret sahə üzrə şərhlərin müəllifi olur.
Meyci
İmperator Meyci (yap. 明治天皇; 3 noyabr 1852 – 30 iyul 1912) — taxta 1867-ci ilin 3 apreldə çıxmış və ömrünün sonuna qədər Yaponiyanın 122-ci imperatoru olmuşdur. Onun həyatdakı adı Mutsihito (yap. 睦仁) adlanırdı. Yaponiyadan kənarda da onun adı "İmperator Musihito" olaraq qeydə alınmışdı. Yaponiyada vəfat etmiş imperatorları ölümündən öncəki adı ilə adlandırırlar. Onun 1852-ci ildə onun doğulduğu zaman Yaponiya dünyadan təcrid olunan, texniki baxımdan geri qalan, feodal qaydaları ilə idarə edilən ölkə olmuşdur. Bu feodal ölkəsi Tokuqava şoqunatı və dayme tərəfindən idarə olunurdu. O 1912-ci ildə dünyasını dəyişərkən Yaponiya vahid mərkəzdə birləşdirilmiş, siyasi, iqtisadi və sosial çevriliş baş vermiş, dünyanın super güclərindən birinə çevrilmişdir. "Nyu-York Tayms" qəzetində imperatorun dəfn mərasimi ilə bağlı yazılırdı: "Cənazənin önündəki ilə arxasındakı fərq heyrətamiz idi.
Sərgi
Sərgi — mühüm eksponatları özündə cəmləşdirən kolleksiyaların ictimai nümayişi üçün nəzərdə tutulan layihə. Əşyalar, adətən, sərgi sırasında müxtəlif yerlərdən toplanır. Bu tipli layihələr, əsasən, muzeylərin ekspozisiya zallarında və qalereyalarında həyata keçirilir. Sərgilər müxtəlif məzmun daşıya bilər. İncəsənət məzmunlu sərgilər kimi elmi ixtiraların nümayiş olunduğu sərgilər də mövcuddur. Bəzi sərgilər nümayiş olunan eksponatların satışını da həyata keçirir. Əldə olunan vəsait müəyyən qurumların və yaxud muzeyin büdcəsinə daxil olur.
Şərqi
Şərqi — çox vaxt dörd misradan ibarət olub mahnı kimi bəstələnən və oxunan mənzum janr. Şərqidə bəndin ikinci misrası əsər boyu bəndin dördüncü misrasında təkrar edilib təkrir əmələ gətirir. Lakin bu üsula uyğun gəlməyən şərqilər də vardır.
Mərci
Mərcimək (cins)
Rəmənə Səyəhi
Ramana Sayahi (4 oktyabr 1982) — İran əsilli kanadalı Aktyor, model və vizajistdir. Səyahi İranın Əhvaz şəhərində anadan olub. O, həmçinin Kanadanın Toronto şəhərində yaşayır. O, təbii olaraq Ancelina Coliyə bənzədiyi üçün qrafika fakültəsinin məzunudur və hazırda model kimi işləyir və Torontoda model kimi işləyən aktyorluq təcrübəsi var. İlk dəfə 18 yaşında anası televiziyada bu qadının sənə nə qədər oxşadığını, Hollivud aktyoruna oxşadığını, amma o zamanlar onun üçün çox da əhəmiyyət kəsb etmədiyini göstərmişdi.
Sayaçı sözlər
Sayaçı sözlər — qoyunçuluqla bağlı yaranan nəğmələrdir. Bu nəğmələrdə qoyun, quzu və keçidən danışılır. Sayaçı sözlər də çox zaman çəlikcə bayatıya oxşayır.