Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Scandisk
Microsoft Scandisk ( Diskin yoxlanması) — Microsoft şirkətinin utiliti olub sərt diskin strukturunda səhvlərin düzəldilməsi, zədələnmiş blokları axtarıb və qeyd eləmək, faylları dəyişdirmək və ya itirilmiş klasterlərin silinməsi funksiyalarını yerinə yetirir.
Siçancıq
Siçancıq (lat. Cricetulus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin siçancıqlar fəsiləsinə aid heyvan cinsi.
Siçanlı
Yaşayış məntəqələri Ermənistan Siçanlı (Talin) — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talin rayonunda kənd. Siçanlı (Göyçə) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda kənd olmuşdur. Təzəkəndin yanında yerləşmişdir. Türkiyə Sıçanlı (İğdır) — İğdır ilinin Merkez ilçesine bağlı bir kənd. Toponim Siçanlı (dağ) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Qaranlıq (Martuni) rayonunda dağ. Siçanlıdağ — Kəlbəcər rayonunda dağ. Siçanlı — Göyçə mahalının Basarkeçər rayonunun Subatan kəndində yer adı. Siçanlı yalı — Tovuz rayonunun Qaralar kəndində yer adı.
Boz siçancıq
Boz siçancıq (lat. Cricetulus migratorius) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin gəmiricilər dəstəsinin siçancıqlar fəsiləsinin siçancıq cinsinə aid heyvan növü. == Xarici görünüşü == Bədənin uzunluğu 128, quyruğu 37 mm-ə qədərdir. Üstünün rəngi tünd-bozdan açıq kül-boza qədər, noxuda çalarlıdır. == Yayılması == Yunanıstandan və Ruminiyadan Monqolustan və Çinə qədər Avroasiyada yayılmışdır. Azərbaycanda Xəzər sahilindən 2200–2400 m hündürlüyə qədər hər yerdə müşahidə edilir. Sistematikası öyrənilməmişdir. Görünür, C.m.issabellinus de Flippi formasına aiddir. == Həyat tərzi == Başlıca olaraq çöl növü olub yarımsəhra quraqlığı şəraitinə və rütubətli subalp çəmənlərinə də uyğunlaşır. Gəmiricinin areal hüdudlarında yerləşməsi iki xüsusiyyətlə səciyyələnir: tutduğu biotopların böyük miqdarı və kənd təsərrüfatı sahələrinə sıx bağlılığı.
Micandi (Ərdəbil)
Micandi (fars. ميجندي‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 681 nəfər yaşayır (151 ailə).
Siçanlı (Talin)
Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzlarin beydilli tayfasından olan sincan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir. Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.
Siçanlı (Talın)
Sıçanlı — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Talın rayonunda kənd. Rayon mərkəzindən 25 km şərqdə, Alagöz dağının cənub-qerbində Qafqazın 5verstlik xəritəsində qeyd edilmişdir. Toponim oğuzlarin beydilli tayfasından olan sincan etnoniminə mənsubluq bildirən -lı şəkilçisinin qoşulması yolu ilə əmələ gəlmişdir Etnotoponimdir. Quruluşca düzəltmə toponimidir. Erm. SSR AS RH-nin 3 l 1925-ci fərmanı ilə adı dəyişdirilib Avtona qoyulmuşdur.
Siçanın göstəricisi
Siçanın göstəricisi (ing. mouse pointer , rus. указатель мыши) — siçan hərəkət etdikcə öz mövqeyini dəyişən ekran interfeysi elementi (nişanı). IBM-uyumlu kompüterlərdə proqramdan, videoadapterin iş rejimindən və özünün ekranda mövqeyindən asılı olaraq siçan göstəricisi müxtəlif şəkil ala bilər. Məsələn, videoadapterin mətn rejimində siçan göstəricisi şaquli düzbucaqlı kimi (onu, adətən, "kursor" adlandırırlar) görsənir, qrafik rejimində siçan göstəricisi bir neçə şəkil ala bilər: çox zaman yuxarıya və sola yönəlmiş ox şəklində olur; bu rejimdə göstəricinin ekranda yerini dəqiq müəyyən edən qaynar nöqtəsi (HOT SPOT) olur; göstəricinin adi formasında (ox şəklində) qaynar nöqtə oxun ucudur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ev siçanı
Ev siçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. == Xarici görünüşü == Ölçüləri kiçikdir, bədənin uzunluğu 110 mm, quyruğun uzunluğu 105 mm, qulağın uzunluğu 17 mm, arxa pəncəsi 19 mm-ə qədərdir. Arxa pəncənin uzunluğu meşə siçanınkına nisbətən gödəkdir. Çəkisi 30 q-a çatır. Bədənin üst hissəsinin tük örtüyü sarımtıl-qonur və kül rəngində, alt hissəsinin rəngi isə ağ və ya bədənin üst hissəsinə oxşar rəngdədir. Əmcəklərinin sayı 10-dur. Kəllənin uzunluğu 18,0 – 22,6 mm-dir. Onun burun hissəsi qısa, kəllə qutusu isə çox da böyük deyildir.
Hind siçanı
Hind siçanı (lat. Nesokia indica) — Gəmiricilər dəstəsinə aid məməli heyvan növü. Yayılma arealı Əfqanıstan, Banqladeş, Çin, Misir, Hindistan, İran, İraq, İsrail, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya, Tacikistan, Türkmənistan və Özbəkistandır.
Tarla siçanı
Tarla siçanı (lat. Apodemus agrarius) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Bədəninin uzunluğu 123, quyruğu 90 mm-ə qədərdir. Sifəti kütləşmiş, qulaqları və gözləri kiçikdir. Belindəki xəz kobud, ortasından tünd zolaq keçir. Bədənin aşağı tərəfı ağımsovdur. Döşündə ön pəncələri arasında xallar yoxdur. Tarla siçanının arealı Avropanın meşə zonasını və Asiyanın mühüm hissəsini əhatə edərək sərhədləri şimalda Danimarka və Sankt-Peterdurqa, cənubda Zaqafqaziyaya, şərqdə Vladivostoka və Yuniana qədər çatır. Şimali Qafqazın dağətəklərindən Zaqafqaziya hüdudlarına iki yolla keçir: Qara dəniz sahili boyunca təqribən Suxumiyə qədər, Xəzər sahili boyunca Xaçmaza və Quba-Qusar maili düzənliyinə qədər.
Siçanın həssaslığı (informatika)
Siçanın həssaslığı (ing. mouse sensitivity, ru. чувствительность мыши) — siçanın hərəkəti ilə kursorun ekranda hərəkəti arasındakı əlaqənin xarakteristikası; həssaslıq böyük olduqda siçanın səthdə yerdəyişmə vahidinə göstəricinin ekranda daha böyük yerdəyişməsi uyğun olur. Siçanın həssaslığını korreksiya etməyin və ya artırıb-azaltmağın iki üsulu var: sadəcə, lazım olan həssaslığa malik siçan seçmək; tətbiq olunan siçan proqramı və ya drayveri vasitəsilə tənzimləmə. Yüksək həssaslıq dəqiq işlər üçün yaxşıdır, məsələn, CAD/CAM (avtomatlaşdırılmış layihələşdirmə və istehsalat) proqramları və qrafik proqramlarda; aşağı həssaslıq isə ekranda sürətlə hərəkətin vacib olduğu hallar üçün və kursorun, adətən, menyu komandasını seçmək və ya mətni seçdirmək üçün istifadə olunduğu mətn prosessorları və elektron cədvəllər kimi proqramlar üçün yaxşı olur. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Adi çöl siçanı
Adi tarlasiçanı (lat. Microtus arvalis) ― Rodentia dəstəsindan bir məməli növü.
Ev siçanı (cins)
Ev sıçanı (lat. Mus musculus) — gəmiricilər dəstəsinin sıçanlar fəsiləsinə aid məməli heyvan cinsi.
Hirkan meşə siçanı
Hirkan meşə siçanı (lat. Sylvaemus hyrcanicus Vorontsov) — haqqında az məlumat olan və ya Azərbaycanda məhdud arealda yayılmış, nəsli kəsilmək üzrə olan gəmirici növüdür. == Təsviri və yayılması == Hirkan meşə siçanının bədəninin uzunluğu 92.0 – 96.6 mm, quyruğunun uzunluğu 85.0 – 94.0 mm, pəncənin uzunluğu 22.0 – 24.0 mm, qulağın hündürlüyü isə 17.3 – 18.0 mm-dir. Yuxarı diş sırasının uzunluğu 4.1 mm-dir. === Yayılması === Hirkan meşə siçanının arealı Lənkəran təbii vilayətinin dağətəyi və dağlıq meşə əraziləri ilə məhdudlaşır. 150 – 1000 m hündürlükdəki meşəlik ərazilərdə yayılmışdır. == Sayı və azalma səbəbi == Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq məlumat yoxdur. === Məhdudlaşdırıcı amillər === Populyasiyada fərdlərin sayı hava şəraitindən (quraqlıq illərdən), antropogen amillərdən, o cümlədən, onların məskunlaşdığı sahələrdə torpaqların mənimsənilməsindən asılıdır. === Qorunması üçün qəbul edilmiş tədbirlər === Qorunması məqsədilə xüsusi olaraq qəbul edilmiş tədbirlər mövcud deyil.
Kiçik meşə siçanı
Kiçik meşə siçanı (lat. Apodemus uralensis) , (Rodentia) dəstəsindan bir Məməli növü.
Kəsəyən dağ siçanı
Kəsəyən dağ siçancığı (lat. Calomyscus urartensis) — gəmiricilər dəstəsinin Kəsəyən dağ siçancıqları fəsiləsinə (lat. Calomyscidae) aid növdür. == Xarici görünüşü == Ölçüləri xırda, quyruğu bədənindən uzundur (uyğun olaraq 101 və 85 mm-ə qədər). Xarici görünüşü siçanşəkilli, qulaqları uzun olub seyrək, zərif tüklərlə örtülmüşdür. Bığları uzundur. Başqa siçancıqlardan fərqli olaraq arxa ətrafları ön ətraflardan xeyli uzundur. == Yayılması == Azərbaycanda və şimal-qərbi İranda yayılmışdır. == Həyat tərzi == Yaşayış yerləri Naxçıvançayın sol sahili boyunca dağlıq çöllər 1660–1700 m hündürlüyə qədər bağlıdır. Dəyişkənliyi öyrənilməmişdir.
Meridian qum siçanı
Meridian qum siçanı (lat. Meriones meridianus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Araz boyunca (Naxçıvan MR-də) nadir rast gəlir.
Nazarov çöl siçanı
Dağıstan çöl siçanı (lat. Microtus dagestanicus) — gəmiricilər dəstəsinin (Rodentia) dağ siçanları fəsiləsinin boz siçanlar cinsindən heyvan növü. Baş Qafqaz silsiləsi və Kiçik Qafqazda Microtus dagestanicus (Dağıstan çöl siçanı) endemik hesab olunur.(Qromov, Erbaeva, 1995).
Nəzərov çöl siçanı
Nəzərov çöl siçanı (lat. Microtus nasarov) — gəmiricilər dəstəsi, Dağsiçanları fəsiləsinin boz çölsiçanları cinsindən heyvan növü. Bu canlılar əsasən Kiçik Qafqaz dağlarının şərq ətəklərində, Azərbaycan və Ermənistan ərazilərində yayılmışdır. Çöllüklərdə yayılmışdır. Demək olar ki olduqca az öyrənilmişdir. Amma Dağıstan çöl siçanıları ilə ümumi oxşarlıqları vardır. Xüsusi olaraq qorunması təşkil olnmamışdır. Bununla belə bir çox qoruqların ərazisində yayılmışlar. Tsytsulina, K. 2008.
Qafqaz meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.
Qafqaz qar siçanı
Qafqaz qar çöl siçanı (lat. Chionomys gud) — Rodentia dəstəsindan bir məməli növü. Bütün Qafqaz və Kiçik Asiyan üçün endemikdir. Bədənin uzunluğu 126–150 mm, quyruq uzunluğu 75–80 mm, qulağının uzunluğu 22 mm, arxa pəncənin uzunluğu 22 mm-dir. Çəkisi 5.7 qr ətrafındadır. Üst tərəfinin rəngi noxudu-bozdan qonurumtul-boza qədərdir. Quyruğu iki rəngli, kəlləsi yuvenil xarakterlidir. Bu növün yaşayış ərazisi Qafqaz və ona bitişik Kiçik Asiya (Türkiyə) ilə məhdudlaşır. Azərbaycanın şimal-şərq hissəsində rast gəlinir. O cümlədən, Quba, Qusar və Xaçmaz rayonlarında təsadüf olunur.
Qırmızıquyruq qum siçanı
Qırmızıquyruq qum siçanı (lat. Meriones libycus) , (Rodentia) dəstəsindan bir Məməli növü.Böyük Qafqazın dağətəklərində, Kür-Araz ovalığında çoxsaylıdır.
Svenson kisəli siçanı
Svenson kisəli siçanı (lat. Antechinus swainsonii) yırtıcı kisəlilər ailəsinin bir cinsidir. Avstraliyaya endemikdir. Avstraliyanın şərq və cənub-şərq sahillərində yaşıyırlar. Üç alt cinsə ayırd edilir Antechinus Svenson insulanus (Davison, 1991). Grampians aralığında Viktoriyanın qərb hissəində rast gəlinir Antechinus Svenson Thomas, 1924). Queenslandın cənub-şərq hissəsində, Nyu- South Valesin şərq hissəsində, Viktoriyanın cənub hissəsində yaşıyrılar Antechinus svenson svenson (Vaterhouse, 1840). Tasmaniya adalarının çoxunda rast gəlinir . Təbii yaşayış mühiti, adətən, yüksək rütubətə və kolların qalın olduğu ərazilər, dağlıq zonalar və skleropik meşələrdir . Bu növ cinsin demorfizmi var.
Talış meşə siçanı
Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür. Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur . Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya Federasiyası və Türkiyə ərazisində yayılması ehtimal olunur.