Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Saylar
Say bir rəqəmi ifadə edən simvol ya da rəqəmlər yaxud simvollar qrupudur. Bu mənalara gələ bilər: Say sistemləri Say (qrammatika) Say — rəqəm.
Skylab
Skylab, 14 may 1973-cü ildə Amerika kosmik agentliyi NASA tərəfindən buraxılan və istismar olunan bir kosmik stansiyadır. 1973–1979-cu illər arasında dünyanın orbitini gəzmiş və insanların orbitdə daha uzun müddət qalmalarına və çəkisiz bir mühitdə müxtəlif təcrübələr aparmasına imkan yaratmaq məqsədi daşıyırdı və bunun üçün bir atelye, günəş rəsədxanası və digər sistemlər də daxil edilmişdir. Dəyişdirilmiş Saturn V raketindən istifadə edilərək 77 ton çəkisi ilə pilotsuz kosmosa buraxılmışdır. 1973–1974-cü illər arasında stansiyaya üç pilot missiyası uçuşu həyata keçirilmişdi və Apollon Komanda/Xidmət Modulu (KSM) Saturn raket ailəsinin daha kiçik bir üzvü olan Saturn IB-yə quraşdırılmış və üç astronavtdan ibarət heyətlər daşınmışdır. Üçüncü missiyada, mümkün kosmik xilasetmə əməliyyatı üçün yerdə uçmağa hazır olan əlavə bir ədəd Apollo KSM/Saturn IB raketi hazır vəziyyətdə saxlanılmışdır. SL-2, SL-3 və SL-4 kod adlı pilotlu kosmik uçuşdan birincisində, havaya qalxarkən xarab olmuş və stansiyanın qızmasının qarşısını almaq üçün inşa edilmiş bir günəş panelinin təmiri lazım idi. Təmir uğurlu olmasaydı, həddindən artıq istiyə görə stansiya tezliklə yararsız vəziyyətə düşəcəkdi. 25 may 1973-cü ildə kosmosa buraxılmış komanda, əvvəl xarab olmuş müdafiə panelinin yerinə ehtiyat birini yerləşdirən kosmik yürüş həyata keçirdərək uğur qazandılar. Daha sonra, ikinci bir kosmik gəzinti zamanı xarab olan günəş batareyaları dəyişdirildi. Bundan sonra təcrübələr davam etdirildi və 28 gün kosmik stansiyada keçirildi.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Felipe Skolari
Luis Felipe Skolari - Braziliyalı futbol mütəxəssisi == Karyerası == Luis Felipe Skolari indiyədək Küveyt, Braziliya və Portuqaliya millilərinə rəhbərlik edib. O, Braziliyaya 2002-ci ildə dünya çempionluğu qazandırıb.
Skyland İstanbul
Skyland İstanbul — Türkiyənin İstanbul şəhərində yerləşən əkiz göydələnlər. Şişlinin Seyrantəpə məhəlləsində yerləşir. 285 metr hündürlüyündə olub 65 mərtəbədən ibarətdir. Bina hündürlüyünə görə Türkiyədə 1-ci, Avropada isə səkkizincidir. Skyland İstanbulda 830 iqamətgah, 504 ofis sahəsi və 300 otaq və 550 nəfərlik konfrans salonu olan beşulduzlu beynəlxalq hotelə ev sahibliyi edir. Tikili Broadway Malyan şirkətinin baş memarı olan Peter Vaquan tərəfindən dizayn edilmişdir. Sahibi Eroğlu Gayrimenkuldur. Tikilidə mənzillərin qiyməti 940,000–6,300,000 TL arasıdır.
Saylar (Tövrat)
Saylar — Tanax və Əhdi-Ətiqin ilk beş kitabı olan Tövratın dördüncü kitabı. Ümumi olaraq 36 babdan formalaşmışdır. Latın dilində nömrə mənasına gələn Numerus sözündən yaranmışdır. İvrit dilində adı olan Ba-Midbar "çöldə" mənasını verir. İsrail övladlarının Musamın liderliyində Misirdən qaçdıqdan sonra çöldə başlarına gələnləri izah edir.
Silark boğazı
Silark boğazı (ing. Sealark Channel) - Solomon adaları qurupuna daxil olan Quadakanal adası ilə Florida adalarını bir-birindən ayırır. Burada Tayvu burnu yerləşir. Üstəlik adalar arasında kiçik mərcan adaları vardır ki, onların sayəsində üç boğaz əmələ gəlir. Misal: Nqqela boğazı ,Silark və Lenqo boğazı. Bu boğazlar özləridə İndispenseybl boğazı və Ayron-Botton boğazını birləşdirirlər. Boğazın eni 2,7 km təşkil edir. Bu üç boğaz İkinci Dünya müharibəsinə qədər Silark boğazı adlanırdı.
Ləzgi soylar
Ləzgi soyu yada Sixel (ləzg. сихил — "цӀи хел" yani "eyni qandan gələnlər") bir ulu babadan gələn vəya qan qohumluğu ilə bir-birinə bağlı olan, bir neçə ailədən ibarət olan Ləzgi soyu. Hər Ləzgi soyun dağlarda bütün sixel üzvlərin əslən olduğu bir kəndi var. Çar Rusiyası gələndən sonra ləzgilərə Magomedov, Axmedov kimi soy isimlər verildi. Amma bəzən çar hakimiyyətinin gəlişindən sonra da soyad əvəzinə ləzgilər soylardan istifadə etməyə davam edirdilər. Məsələn, məşhur ləzgilərdən: Kiri Buba — Axmedov yerinə Kiri, Stal Süleyman — Xasanbekov yerinə Stalari, Ştul Muhamməd — Ramazanov yerinə Ştulari. === Xızan === Xizan, Xzan — ailə, bir evin adamları. Bəzən özlərini "са цІаюн ксар", yəni eyni atəşin adamları adlandırırdılar. Bu, ləzgilərin atəşə zəruri olduğu kifayət qədər soyuq iqlim şəraitində yaşaması və hələ də yaşamağa davam etməsi ilə əlaqədardır. Ləzgi ailəsi üçün "сабур" – dözümlülük, səbirlilik, "иман" – dindarlıq, salehlik, "дуьзвал" – təvazökarlıq, ciddilik, ədalət kimi keyfiyyətlər önəmlidir.
Saylar (dilçilik)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Saylar (qrammatika)
Say — Canlı və cansız varlıqların sırasını və ya miqdarını bildirən əsas nitq hissəsi. "Neçə?", "nə qədər?", "neçənci?" suallarından birinə cavab verir. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s. Sıra sayları — əşyanın sırasını bildirən, neçənci?, bəzən də hansı? sualına cavab olan saylardır. Sıra sayları samitlə bitən müəyyən miqdar saylarının sonuna -ıncı⁴, saitlə bitənlərin sonuna -ncı⁴ şəkilçisi artırmaqla düzəlir. Məs: beş-inci, altı-ncı və s. Əvvəl, axır, son, filan tipli sözlər də -ıncı⁴ şəkilçi qəbul edərək sıra məzmunu ifadə edə bilir. Məs: axır-ıncı (adam), əvvəl-inci (şəkil) və s. Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci və s.), ya da mürəkkəb (on birinci, otuz ikinci və s.) olur.
Luis Felipe Skolari
Luis Felipe Skolari - Braziliyalı futbol mütəxəssisi == Karyerası == Luis Felipe Skolari indiyədək Küveyt, Braziliya və Portuqaliya millilərinə rəhbərlik edib. O, Braziliyaya 2002-ci ildə dünya çempionluğu qazandırıb.
Artur Klark
Artur Klark (16.12.1917-19.3.2008) — İngilis fantastı, yazıçı == Həyatı == Artur Klark 1917-ci ildə İngiltərənin cənub-qərbindəki Somerset qraflığında doğulub. İkinci Dünya müharibəsində Britaniya hərbi hava qüvvələrində radar operatoru olub və mürəkkəb hava şəraitində uçuşların asanlaşdırılması üçün radar sisteminin hazırlanmasında iştirak edib. Sonralar həyatının bu dövrünü 1963-cü ildə nəşr olunan "Hamar yol" adlı yarısənədli romanında təsvir edib. Müharibədən sonra fizika-riyaziyyat ixtisası üzrə Londondakı Kral kollecini bitirib. Və yalnız 1940-cı illərin sonunda peşəkar yazıçı olmağı qət edib. İlk hekayəsi 1946-cı ildə bir jurnalda çıxıb, 7 ildən sonra isə "Uşaqlığın sonu" adlı ilk romanı işıq üzü görüb. 1956-cı ildə uğursuz nikahdan sonra Klark İngiltərəni birdəfəlik tərk edərək Şri Lankaya köçüb və ömrünün qalan hissəsini orda yaşayıb. Yazıçıya dünya şöhrəti gətirən 1968-ci ildə yazılmış "2001:Kosmik Odissey" (2001: A Space Odyssey) əsəri və Stenli Kubrikin onun ssenarisi əsasında çəkdiyi eyni adlı film olub. Bundan əlavə Klark "Şəhər və ulduzlar", "Delfinlər adası", "Cənnətin fəvvarələri" və s. kimi əsərləri ilə məşhurdur.
Elleri Klark
Elleri Klark (d. 13 mart 1874; Boston, Birləşmiş Ştatlar - ö. 17 fevral 1949; Hingham, Birləşmiş Ştatlar) — Birləşmiş Ştatları təmsil edən yüngül atlet. 1896 Afina Olimpiadasında iki qızıl medal qazanıb. == Həyatı == Elleri Klark 1874-cü ilin 13 mart günündə Birləşmiş Ştatların Massaçusets ştatının Boston şəhərində anadan olub. 1949-cu ilin 17 fevral tarixində isə həmin ştatım Hingham şəhərində ömrünün 74-cü yaşında vəfat edib. === Afina Olimpiadası === Elleri Klark 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. Hündürlüyə tullanma yarışlarında mübarizə aparan Klark 1.81 metr nəticəyə imza atdı və I Yay Olimpiya Oyunlarının qızıl medalını qazandı. Afina Olimpiadasında Elleri Klark həm də uzunluğa tullanma yarışlarında çıxış etdi. Bu yarışlarda 6.35 metr uzunluğa tullanan Klark I Yay Olimpiya Oyunlarında özünün ikinci qızıl medalını qazandı.
Helen Klark
Helen Klark (26 fevral 1950[…]) — Yeni Zelandiyanın baş naziri. == Həyatı == 1950-ci ildə Hamilton şəhərində anadan olmuşdur. 1974 Okland Universitetində magistr dərəcəsini almış və bu Universitetdə əmək fəaliyyətinə başlamışdır. 1981 Parlamentə uzv seçilmişdir. Xanım Helen Klark Əmək Partiyasının (ƏP) butun vəzifə pillələrini keçmişdir. 1978 – 1988 ƏP-nin İdarə Heyətinin uzvu olmuşdur. 1986 Silahsızlasma və beynəlxalq sulhə dəlalət edən fəaliyyətinə görə Danimarka Sulh Fondu tərəfindən Sulh Mukafatına layiq görülmüşdür. 1989 ƏP-nin İdarə Heyətinə qayıtmışdır. Həmçinin, ƏP-nin Gənclər Şurasının prezidenti olmuşdur. Parlamentə üzv seçildikdən sonra Parlamentin Xarici İşlər və Müdafiə məsələləri ilə məsğul olan Komitə, Silahsızlasma və Silahlara Nəzarət Komitəsinə sədrlik etmişdir.
Kerolayn Klark
Kerolayn Klark (28 iyun 1990, Palo-Alto[d], Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kerolayn Klark, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.
Klark Abel
Klark Abel (ing. Clarke Abel; 5 sentyabr 1780, Saffolk qraflığı[d] – 24 noyabr 1826, Kanpur, Ost-Hind şirkətinin administrasiyası altında olan Hindistan) — Böyük Britaniya botaniki. == Elmi fəaliyyəti == Klark Abel toxumlu bitkilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Narrative of a Journey in the Interior of China and of a Voyage to and from that country, in 1816 and 1817 Londres (1818) == Şərəfinə adlandırılmış taksonlar == (Caprifoliaceae) Abelia R.Br. == İstinadlar == == Ədəbiyyat == Абель Кларкъ // Энциклопедический словарь, составленный русскими учёными и литераторами. СПб., 1861. == Xarici keçidlər == Dr. Clarke Abel bio and dwarf trees.
Klark Kent
Klark Kent — komiks personajıdır. İlk dəfə 1933-cü ildə yazıçı Cerri Siel və rəssam Co Şuster tərəfindən hazırlanmışdır. "DC Comics" adlı komiks şirkəti tərəfindən istehsal edilir.
Klark Qeybl
Vilyam Klark Qeybl (ing. William Clark Gable; 1 fevral 1901 — 16 noyabr 1960) — ABŞ aktyoru, kino ulduzu və 1930-1940-cı illərin "Hollivud Kralı" adını daşıyan seks simvolu . "Oskar" mükafatı laureatı (1935).
Klark gölü
Klark gölü (ing. Lake Clark) — Alyaskanın cənub-qərbində göl. Klark gölü şimal-qərbi Amerika Birləşmiş Ştatları Alyaska ştatının cənubunda "Lake and Peninsula Borough" mahalında yerləşən bir göldür. Bu gölə qaynaq su təmin edən axarsu "Tlikakıla çayı" olub gölün ayağı "Six Mile Golü" və "NEWHALEN çayı" ilə ILIAMNA Gölü əmələ gətirir. Bu gölün uzunluğu 64 km və genişliyi də 8 kmdir. Klark gölü 1891-ci ildə John W. Clarkın xatirəsinə adlandırılmışdır. John W. Clark bu gölü görən ilk yerli ABŞ-lı olmayan Avropa əsilli adamdır və yerli ABŞ-lılarla ticarət üçün qurulan "Nushagak Ticarət Mövqeyi" 'nin başçılığını etmişdir. Bu göl mövqeyində əsrlərlə yaşamış olan yerli amerikalıların istifadə etdikləri göl adı "Dena-ına Athabaska Dili" 'ndə "Kılçık-Vona" idi. Bu "Xaliqi toplandığı Mövqe Golü" mənasını verməkdə idi. Klark gölü Klark gölü Milli Parkı və Qoruğu ərazisinə daxildir.
Suzanna Klark
Suzanna Klark (1 noyabr 1959, Nottinqem, Nottinqemşir[d]) — Britaniyalı roman yazıçı. Suzanna Klark 2005-ci ildə yazdığı "Conatan Starnc və Mister Norrel" romanına görə qazandığı Ən yaxşı roman üzrə Hüqo mükafatı ilə və jurnallar üçün yazdığı hekayələri ilə tanınır. Suzanna Klark "Conatan Stranc və Mister Norrel" romanını 1993-cü ildə yazmağa başlamışdır. 2003-cü ildə "Bloomsbury" tərəfindən müəlliflik hüquqları alınmış və 2004-cü ildə kitab "çox satılanlar" siyahısına düşmüşdü. Suzanna Klark iki il sonra hekayələrini "The Ladies of Grace Adieu and Other Stories" adlı kitabı ilə yayınlandı yayımlandı.
Uilyam Klark
Vilyam Klark (ing. William Clark; 1 avqust 1770[…] – 1 sentyabr 1838[…], Sent-Luis, Missuri) — Amerikalı səyyah, Qızıldərili cəsus və leytenant. Şimali Amerika qitəsinin iç hissələrini kəşf etmişdir. 18. əsrin ortalarında, Şimali Amerika'ya Avropa'dan o qədər çox miqrant gəlmişdi ki şimalşərqdəki ilk müstəmləkə torpağları dolmuşdu. Şəhərlər, koloniyalar və müstəmləkələr artıq nüfusu yerləşdirə bilmirdi. Yaşamaq üçün gələnlər qərbə, Apalaş Dağları'nın kənarında bilinməyən yerlərə getməyə qorxduğlarına görə yerləşmə çətin inkişaf edirdi. Bu səbəbdən, 1803'cü ildə, Amerika hökuməti Louisiana əyalətini Fransa'dan satın aldı. Bu Zamanda Amerika prezidenti Tomas Cefferson, Mississippi'nin kənarındakı yerləri kəşfetmək üçün tez bir səfər başlatdı. Məqsəd, Qızıldərililər və Meksikalılar ilə ticarət imkanlarını dəyərləndirməkdi; ama Sakit Okean'a gedən bir yol tapılması da istənilirdi.
Vilyam Klark
Vilyam Klark (ing. William Clark; 1 avqust 1770[…] – 1 sentyabr 1838[…], Sent-Luis, Missuri) — Amerikalı səyyah, Qızıldərili cəsus və leytenant. Şimali Amerika qitəsinin iç hissələrini kəşf etmişdir. 18. əsrin ortalarında, Şimali Amerika'ya Avropa'dan o qədər çox miqrant gəlmişdi ki şimalşərqdəki ilk müstəmləkə torpağları dolmuşdu. Şəhərlər, koloniyalar və müstəmləkələr artıq nüfusu yerləşdirə bilmirdi. Yaşamaq üçün gələnlər qərbə, Apalaş Dağları'nın kənarında bilinməyən yerlərə getməyə qorxduğlarına görə yerləşmə çətin inkişaf edirdi. Bu səbəbdən, 1803'cü ildə, Amerika hökuməti Louisiana əyalətini Fransa'dan satın aldı. Bu Zamanda Amerika prezidenti Tomas Cefferson, Mississippi'nin kənarındakı yerləri kəşfetmək üçün tez bir səfər başlatdı. Məqsəd, Qızıldərililər və Meksikalılar ilə ticarət imkanlarını dəyərləndirməkdi; ama Sakit Okean'a gedən bir yol tapılması da istənilirdi.
Zila Klark
Zila Klark (ing. Zelah Clarke) - Böyük Britaniya aktrisasıdır. Zila Klark 4 aprel 1954-cü ildə Böyük Britaniyanın cənubunda yerləşən Kornuoll qraflığının Redrut şəhərində dünyaya gəlmişdir. 17 yaşında balet məktəbini bitirmişdir. Film karyerasına 1972-ci ildən başlamışdır. Həmin ildə "Üçlü exo" filmində personajlardan birini canlandırmışdır. 1975-ci ildən başlayaraq həm televiziya seriallarında, həm də filmlərdə çəkilməyə başlayır. 1983-cü ildə Şarlotta Brontenin "Ceyn Eyr" əsəri əsasında Culian Emyes tərəfindən çəkilən "Ceyn Eyr" televiziya serialında iştirak etmişdir. Televiziya serialında "Ceyn Eyr" personajını canlandırmışdır. Bu roluna görə 1985-ci ildə "CableACE Awards" mükafatının nominasiyasına layiq görülmüşdür.
Emiliya Klark
Emiliya Klark (ing. Emilia Isobel Euphemia Rose Clarke (1986, London, İngiltərə) — Britaniyalı televiziya və kino aktrisası. O, daha çox "Game of Thrones" filmindəki Daenerys Targaryen obrazı ilə tanınır. O, "Empire Mükafatı", "Saturn Mükafatı", üç "Tənqidçinin Seçimi Mükafatı" nominasiyası və dörd "Primetime Emmi Mükafatı"" nominasiyası daxil olmaqla müxtəlif mükafatlar alıb. 2019-cu ildə Time jurnalı onu dünyanın 100 ən nüfuzlu adamından biri adlandırıb. == Erkən həyatı == Emiliya Klark, İngiltərənin London şəhrəində doğulub və Oxfordshire-da büyüyüb. Atası teatrda səs mühəndisi, anası iş adamıdır. Qardaşı isə universitetdə siyasət üzrə təhsil alır. Klarkın oyunculuğa marağı, hələ üç yaşındaykən atasının işlədiyi teatrda Show Boat-ı izlədikdən sonra başladı. İlk olaraq Oxford St.
Adam Klark
Adam Klark – (Clark Ádám) 14 avqust 1811, Edinburq, Şotlandiya - 23 iyun 1866, Budapeşt, Avstriya-Macarıstan) — Macarıstandakı işi ilə tanınan şotlandiyalı inşaat mühəndisi. == Bioqrafiya == Fəhlə ailəsində dünyaya gələn Adam Klark texniki təhsilini (Darling & Hume və G. Manwaring & Co) aldıqdan sonar, Hunter & English şirkətində çalışıb. 1834-cü ildə A. Klark qraf İştvan Seçeninin dəvəti ilə Dunay çayının axınını tənzimləmək üçün yeni dibçəkən gəminin tikintisinə nəzarət etmək məqsədilə Budapeştə gedir. İki il sonra isə Şotlandiyaya qayıdır. 1839-cu ildə A. Klark Dunay çayı üzərində Buda və Peşt şəhərlərini birləşdirməli olan Zəncirli körpünü tikintisinə nəzarətçi kimi Macarıstana geri qayıdır. Körpü 1839-cu ildə Qraf Şeçeninin təşəbbüsü ilə ingilis mühəndisi Villiam Tierney Klark (William Tierney Clark) (heç bir qohumluq əlaqəsi yoxdur) tərəfindən layihələndirilib. Lakin Villiam Tierney Klark köpünün tikintisinə nəzarət etmək üçün Macarıstanda qala bilmir və ya istəmir. Sonradan bu layihə, İştvan Seçeni tərəfindən Adam Klarka həvalə olunur. Adam Klarka, körpünün inşası üzərində on il çalışmışdır. 1847-ci ildə Milli Kommunikasiyalar Komitəsinin (Yollar üzrə) (Kozlekedési Országos Bizottság) müşaviri, 1848-ci ildə isə İctimai İşlər Nazirliyinin (Kozmunkák Minisztérium) texniki məsləhətçisi olmuşdur.