DELTA

çayların aşağı axınlarında (mənsəb hissəsində) çay qolları şəbəkəsi ilə parçalanmış çay çöküntülərindən ibarət ovalıq. D. çay axımı, dəniz dalğaları, qabarma-çəkilmə və gətirmə-qovulma axınlarının mürəkkəb qarşılıqlı təsiri nəticsində yaranır. Çay məcrasındakı qısa dil və sualtı dayazlıqlar (saylar) daşqın zamanı getdikcə böyüyür və məcranı qollara parçalayan adalara çevrilir. Deltaların böyümə sürəti ildə bir neçə metrdən bir neçə yüz metrədək ola bilir. Gətirmələr sərfi davamlı azaldıqda deltanın sahəsi kiçilir. Kür çayı Xəzər dənizinə töküldüyü yerdə sahəsi 100 km² olan delta əmələ gətirmişdir.
DEKADA
DELÜVİ
OBASTAN VİKİ
Delta
Delta (hərif) — yunan hərfi. Delta (çay) — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delta (maliyyə) — Baza aktivinin qiymətinin dəyişməsi nəticəsində derivativ alətinin qiymətinin nə qədər dəyişəcəyini əks etdirən göstərici. Delta Telekom — təşkilat "Delta" dəstəsi (film, 1986) — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ film Deltayabənzər əzələ — insan çiyninin səthi əzələsi Melaleuca delta — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Delta (maliyyə)
Delta (çay)
Delta — çayların mənsəblərində gətirilmə çöküntülərindən əmələ gəlmiş geniş düzənliklərdi. Çayın yatağı deltada bir çox qollara ayrılır. Delataların meydana gəlməsində çay və dəniz suyunun hərəkətləri(qabarmalar), sahillərin forması, quru və dəniz dibinin hündürlük fərqi əsas rol oynayır. İlk mərhələdə sualtı deltalar əmələ gəlir (Hind, Şimali Dvina çaylarında). Sonra, çəküntülərin qalınlığı artdıqca körfəzin işçərilərinə yerləşmiş deltanın özü (Qanq və Brahmaputranın deltası) və dənizə irəliləmiş deltalar meydana gəlir ( Lenanın, Volqanın, Missisipi və digər bir çox çayların deltaları) Deltaların əmələgəlməsində və böyüməsində dəniz fəal iştirak edir. Axınlar və sahilə çarpan ləpələr mənsəbqabağı tirələri dəniz qumu ilə örtür, deltaların böyüməsinə səbəb olur. Bəzən deltalar (məsələn, Kamçatka çaylarının deltaları) dəniz axınlarının gətirdiyi çöküntülərdən ibarətdir, çayın rolu belə halda ancaq passiv olur. Nəhayət, bəzi çaylar (məsələn, Neva) saxta deltalı olur. Nevanın suyu olduqca təmizdir; gətirilmə çay çöküntüləri çox nazik lay — sualtı delta və deltaqabığı say əmələ gətirir. Sankt-Peterburqun salındığı adalar çay çöküntülərindən əmələ gəlməmişdir, onlar materikin Neva tərəfindən parçalanmış qədim ovalıq hissələridir.
Delta Force
1-ci Xüsusi Qüvvələrin Əməliyyat Komandası-Delta (ing. 1st Special Forces Operational Detachment-Delta - 1st SFOD-D) geniş yayılmış adları ilə Delta , Delta Force və ya Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi tərəfindən Combat Applications Group (Mübarizə Tətbiqləri Qrupu) olaraq adlandırılan, elit Special Operations Force (SOF) (Xüsusi Əməliyyat Qüvvələri) və Müştərək Xüsusi Əməliyyatlar Komandanlığı (JSOC) təşkilatını tamamlayan ünsürdür. ABŞ Ordusu - (US Army) ABŞ Hərbi Dəniz Qüvvələrindəki həmkarı, US Navy DEVGRU ilə birlikdə 2 birinci səviyyəli (Tier 1) antiterror və xüsusi missiyalar dəstəsidir. Delta Force ən yaxşı xüsusi operatorlardan və xüsusi olaraq hazırlanmış və diqqətlə seçilmiş ordunun əsgərlərindən ibarətdir. Delta Forcenin əsas vəzifəsi terrorla mübarizə, üsyan əleyhinə mübarizə aparmaq və milli vasitəçilik əməliyyatları olsa da, bu gizli missiyalar daxilində bir çox gizli tapşırıqları yerinə yetirən son dərəcə çevik bir təşkilatdır. Bu gizli tapşırıqlara girovları xilas etmək, basqın etmək və gizli düşmən qüvvələrini aradan qaldırmaq daxildir. Vyetnam müharibəsinə qədər ABŞ Xüsusi Qüvvələri ABŞ ordusunun Xüsusi Əməliyyat Qüvvələri, sadəcə olaraq qeyri-nizami döyüşlərə köklənmişdi, Vyetnam müharibəsindən sonra keçmiş Yaşıl Beret zabiti olan Charles Beckwith İngilis Xüsusi təyinatlıları olan SAS ilə ortaq bir əməliyyatdan geri qayıtdıqdan sonra komandirlərinə 22-ci SAS Birliyi kimi “Bizə yalnız Təlimçilər deyil (Qeyri-nizami müharibə ilə əlaqədar olaraq), həm də təcrübəçilər lazımdır” düşüncəsini təqdim etdi və daha elit antiterror və birbaşa əməliyyat qrupu olan Xüsusi Missiya Bölməsini - Delta Forceni qurdu. İlk bölmələr 1978-ci ildə yaradıldı. İlk əməliyyatları İranda girov saxlanılan diplomatları xilas etmək tapşırığı olan Qartalın Pəncəsi əməliyyatı idi. Bu əməliyyatlardakı çatışmazlıqlar əsasında hava dəstəyi üçün 160-cı Xüsusi Əməliyyat Aviasiya Polku yaradılmışdır.
Delta Telekom
Delta Telekom — Azərbaycanda telekommunikasiya şirkəti. XXI əsrin astanasında dünya üzrə peyk rabitəsi istiqamətində kifayət qədər bahalı kanallardan qənaətlə istifadə edən peyk rabitə vasitələri tətbiq olunurdu. Odur ki, Azərbaycanda da analoji texnologiyanın istifadəsinə ehtiyac duyulurdu. Mövcud təlabatı nəzərə alaraq, Delta Telecom korporativ şəbəkənin yaradılması üzrə layihələr işləməyə başladı. İlk layihədə Zaqafqaziyada yeganə olan Mərkəzi Peyk Rabitə Stansiyası tikilib istifadəyə verildi. Başlanğıcda bu stansiya vasitəsilə Azərbaycan Beynəlxalq Bankının bir neçə məntəqələri ilə baş ofisi arasında rabitə yaradıldı. Rabitənin keyfiyyəti sınaqdan keçirildikdən sonra Azərbaycan Beynəlxalq Bankının, Dövlət Gömrük Komitəsinin bölgələrdəki məntəqələrini baş ofisləri ilə birləşdirən korporativ peyk rabitə şəbəkəsi quruldu. Hal-hazırda Azərbaycan Beynəlxalq Bankı, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, AzərCot, MKT-Cotton, AMEA Seysmoloji Ölçmələr Mərkəzi, AP Moller Mayersk kimi təşkilatlar Delta Telekomun müştəriləridir.
Delta düzənliyi
Delta qanad
Delta qanad üçbucaq şəkilli qanadlara verilən addır. Delta adı, Yunan hərfi olan delta (Δ) hərfinin böyük yazısından meydana gəlmişdir. Delta qanadları ilk dəfə XVII əsrdə Reç Pospolita Kommanvelz ixtiraçısı Kazimierz Siemienowicz tərəfindən nəzərdən keçirilmişdir. Yataq quyruq qanadından istifadə etməyən Delta qanadlı təyyarələrin inkişafına İkinci Dünya Müharibəsindən sonra Almaniyada Neythen Woolford və SSRİ-də Boris İvanoviç Cheranovski rəhbərlik etmişdirlər, lakin öz modelləri olan playnerlər və təyyarələrdən heç biri geniş istifadə edilməmişdir.
Delta ştatı
Delta ştatı (ing. Delta State) — Nigeriyanın Cənub-cənub geosiyasi zonasında ştat. Niger deltasının hissəsidir.
Kronecker delta
Kronecker delta və ya Kronecker delta funksiyası — Leopold Kronecker tərəfindən irəli sürüldüyünə görə onun adını almışdır. Kronecker delta funksiyası bu şəkildə verilir; δ k l = { 1 , k = l 0 , k ≠ l {\displaystyle \delta _{kl}={\begin{cases}1,&k=l\\0,&k\neq l\end{cases}}} Bundan əlavə rezidu hesabını düşünsək, Kronecker deltanın bir başqa təmsili də C sıfır ətrafında saat əqrəbi istiqaməti tərs qapalı bir mühit olmaq üzrə bu şəkildədir. δ x , n = 1 2 π i ∮ d z z x − n − 1 , {\displaystyle \delta _{x,n}={\frac {1}{2\pi i}}\oint dz\,z^{x-n-1},} Funksiya simvolundan çox işarələr sistemində sadələşdirici element kimi istifadə edildiyindən adətən Kronecker delta (və ya Kronecker deltası) olaraq qəbul edilir. Xüsusilə hündürlük əlaqələrində sıx istifadə edilən bir xüsusiyyəti j ∈ Z {\displaystyle j\in \mathbb {Z} } olmaq şərtilə belə verilir. ∑ i = − ∞ ∞ δ i j a i = a j . {\displaystyle \sum _{i=-\infty }^{\infty }\delta _{ij}a_{i}=a_{j}.} Kronecker delta və Dirac delta arasında kəsintilik və zaman əlaqəsi vardır. Başqa cüq desək Kronecker delta Dirac deltanın kəsintili fəzadakı formasıdır.
Melaleuca delta
Melaleuca delta (lat. Melaleuca delta) — mərsinkimilər fəsiləsinin çay ağacı cinsinə aid bitki növü.
Delta Air Lines
Delta Air Lines (Azərbaycan dilində: Delta Hava Yolları) və ya sadəcə Delta (NYSE: DAL) ABŞ-nin Corciya ştatının Atlanta şəhərində mərkəzi yerləşən aviakompaniyadır. Ölkənin ən böyük hava yolu şirkətlərindən biri olan Delta Atlanta Beynəlxalq Hava Limanı başda olmaqla, 3-ü xaricdə olmaqla cəmi 13 istiqamətdən, 2015-ci ilin mart ayına olan məlumata görə isə 59 ölkədə 326 fərqli istiqamətə uçuşlar həyata keçirir. Delta SkyTeam hava yolları alyansının 4 qurucu üzvündən biri hesab olunur. Delta aviakompaniyasının həmçinin Air France-KLM, Alitalia, Virgin Atlantic və Virgin Australia ilə müştərək fəaliyyətləri mövcuddur. Regional əməliyyatlarını isə Delta Connection brendi adı altında həyata keçirir. 2014-cü ildəki statistik məlumatlara əsasən Delta; daşınmış planlı sərnişinlərin sayı əsas götürüldüyü zaman, o, daşıdığı 129,4 milyon sərnişini ilə bu sahədə dünyanın ən böyük şirkətinə çevrilir ; Uçuş üzrə hər kilometr başına düşən sərnişin gəlirinə görə isə yenə də o, əldə etdiyi 290,8 milyard ABŞ dolları gəliri ilə birinci yerə çıxmışdır .
Delta dəstəsi (film, 1986)
"Delta" dəstəsi — 1986-cı ildə Çak Norrisin iştirakı ilə çəkilmiş ABŞ filmidir. Polkovnik Nik Aleksandr və "Böyük" Skott MakKoyun əmri altında dünya səviyyəli döyüşçü bir şöbə "Delta əməliiyatı" adı altında amerikan turistlərini ələ keçirən terroristlərin yaşadığı Beyrut şəhərinə göndərdi. Onlara Yaxın Şərq gəldikdən sonra xəbər çatdı ki, terroristlər qadınlar və uşaqlarə azad etmişdir. Lakin hələ də fanatik cinayətkarlar kişiləri məktəb binasında saxlayırlar. "Delta" dəstəsi qarşısındakı hər şeyə tab gətirə bilir və terroristlərindən bütün girovları azad edirlər. Lakin bu missiya yenə də bitmir. Həmin quldurlar Tehrana bir neçə girov göndərir. Hələlik döyüş Aleksandr və MakKoya qarşı işləyir... "Delta" dəstəsi — Internet Movie Database saytında.
Delta döyüşü
Delta döyüşü — təxminən e.ə. 1175-ci ildə Misir və dəniz xalqları arasında dəniz döyüşü. Bu zaman Misir fironu III Ramzesin böyük dəniz işğalını dəf etmişdir. Münaqişə şərq Nil deltasının sahillərində və Suriyada Misir imperiyasının sərhəddndə baş vermişdir, lakin döyüşlərin dəqiq yerləri məlum deyil. Bu böyük münaqişə Mədinət Habuda firon III Ramzesin meyitxanasının məbədinin divarlarında qeydə alınmışdır. Suriyada dəniz xalqlarını quruda məğlub etdikdən sonra Ramzes işğalçıların hücumu üçün hazırlıqların artıq tamamlandığı Misirə qayıtmışdır. Ramzes dəniz xalqlarını və onların gəmilərini pusquda donanma yığdığı Nil çayının ağzına cəlb etmişdi. Ramzes həmçinin Nil deltasının sahillərinə düşmən gəmilərinə enməyə cəhd etdiyi halda hazır vəziyyətdə olan oxatanları düzmüşdü. Ramzes məsafəyə çatdıqdan sonra oxatanlara düşmən gəmilərinə atəş açmağı əmr etmişdi. Ramzes onların qaçış yolunu kəsmək üçün öz donanmasına doğru qovmuşdu.
Mitre Delta-1000
Mitre Delta-1000 — futbol topu Bu top daha çox rəngi ilə İngiltərədə futbolun 1986-cı ildə yenidən məşhurlaşmasında böyük rol oynayıb.
Half-Life: Delta
Half-Life: Delta - hal-hazırda 2023-cü ilin iyul ayından etibarən Delta Particles kimi rebrendinq edilmiş, rusiyalı tərtibatçı Yuri "XF-Alien" Epifantsev tərəfindən yaradılmış və 29 oktyabr 2021-ci ildə buraxılmış Half-Life oyun modifikasiyasıdır. Mod on iki ildir inkişafda idi, 2009-cu ilin avqust ayına təsadüf edən Epifantsev, Delta-nın onların "ən böyük və ən qədim layihəsi" olduğunu və "inkişafı bitirməkdən xoşbəxt olduğunu" bildirdi. Delta, baş qəhrəman Nik Farrelin Qara Mesa Tədqiqat Müəssisəsində rezonans kaskadının təsirlərini yaşadığı Delta Bazasında yerləşir və dörd fəsildən və 31 xəritədən ibarətdir. Delta tam çevirmə rejimidir; Bu o deməkdir ki, Half-Life hadisələri ilə eyni vaxtda baş verməsinə baxmayaraq, oyun əsas oyunda istifadə olunan resursların bir qədərini və ya demək olar ki, heç birini istifadə etmir. Oyun generator mühəndisi Nik Farrellin generatorları saxlamaq üçün işlədiyi Nyu Meksikoda Qara Mesa Tədqiqat təsisi yaxınlığındakı yeraltı baza olan Delta Base-də qurulur. Delta qurğusu, Black Mesa-nın əməkdaşı Qordon Frimanın səhv getdiyi təcrübədə təsadüfən əsas obyektdə rezonans şəlaləsinə səbəb olmasından sonra rezonans şəlaləsinin təsirlərini yaşayır. Otis adlı mühafizəçi Farrellin obyektdən qaçmasına kömək edir. Epifantsev hazırda Steam video oyun rəqəmsal paylama xidmətində modifikasiyanı buraxmaq prosesindədir, lakin oradakı dəstək komandası ondan modifikasiyanın başlığında "Half-Life" ifadəsini istifadə etməməyi xahiş edib, çünki o, ticarət nişanıdır. Dəyişiklik buraxıldıqda Delta Particles adlanacaq.
Convair F-102 Delta Dagger
F-102 modelinin əsas vəzifəsi düşmən təyyarələrinin müəyyən edilməsi və məhv edilməsi idi. F-102 Dünyanın ilk hər bir hava şəraitində xidmət edə bilən supersonik önləmə təyyarəsi və ABŞ Hərbi Hava Qüvvələrinin (USAF) xidmətə qəbul edilmiş ilk delta qanadlı təyyarəsidir. İlk uçuşu 24 oktyabr 1953-cü ildə baş tutmuş, 1956-cı ildən etibarən Havadan Müdafiə Komandanlığında xidmətə qəbul edilmişdir. Convair, 975 ədədi F-102A olmaqla ümumi olaraq 1,101 ədəd F-102 istehsal etmişdir. USAF hərbi təlim təyyarəsi olaraq pilot və tələbənin yan-yana oturduğu TF-102 modellərindən də 111 ədəd satın almışdır. Təyyarədəki elektron təchizat müharibə vəziyyətində düşmən təyyarəsini müəyyən edib radarları vasitəsi ilə hücum vəziyyətinə keçirəcək, münasib zaman yetişdikdə də elektron atəşə nəzarət sisteminin köməkliyi ilə AA raket və döyüş raketlərini avtomatik olaraq atəşləyəcək şəkildə hazırlanmışdı. Bir keçid dövrü təyyarəsi olmasına baxmayaraq “Delta Dagger” uzun və uğurlu bir xidmət müddəti keçirmiş, ABŞ-ni SSRİ və digər ölkələrin hava hücumlarından müdafiə etmişdir. Ən böyük çatışmazlığı sürətinin aşağı olması idi. Çox az bir fərq ilə supersonik idi, ancaq xarici yanacaq çənləri əlavə edilincə sürəti Mach 0.95-də qalırdı və bu da sürətli bombardmançı döyüş təyyarələrini vurmağa kifayət etmirdi. Daha sürətli F-101B və F-106 modelləri meydana çıxandan sonra, onların fəaliyyət müddəti də azalmağa başladı.
Deltayabənzər əzələ
Deltayabənzər əzələ (lat. musculus deltoideus) — insan çiyninin səthi əzələsi olub onun xarici hüdudlarını müəyyən edir. Bazunun açılıb bükülməsini təmin edir və qolun uzaqlaşdırır. Forması üçbucağa ya yunan əlifbasının "delta" hərfinə bənzədiyi üçün deltayabənzər adlandırılmışdır.
Deltaşəkilli qovaq
Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı
Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı (türk. Dilek Yarımadası-Büyük Menderes Deltası Millî Parkı) — Qorunma hüququna malik olan Milli park, Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Aydın ili və Quşadası rayonuna daxildir. Dilək yarımadasının 10, 985 ha ərazisi 19 may 1966-cı ildə milli park statusu alır. 1994-cü ildə onun ərazisinə Böyük Menderes deltası parkın ərazisinə daxil edilmişdir. 1994-cü ildə milli parkın ərazisi 16 690 ha ərazi böyümüşdür Parkın ərazisi rəngarəng bitki və heyvalar aləmi ilə zəngindir. Parkın ərazisi Ramsar konvensiyası, Bern konvensiyası, Bioloji müxtəliflik haqqında konvensiya, və Barselona konvensiyası ilə qorunur. Temperatur və iqlim rəngarəngliyi səbəbindən park ərazisində təkcə Egey florası deyil həm də bütün Türkiyə ərazisində rasyt gəlinən bitki örtüyünə rast gəlmək olar. Burada Aralıqdənizi regionu, Mərmər dənizi regionu və Qaradənizi regionuna xas bitkiləri görmək olur. Milli park ərazisində 800 növ bitki yetişir.
Dnepr deltası
Dnepr deltası - Dnepr çayının aşağı axarında, onun Qara dənizin Dnepr limanının töküldüyü hissədə formalaşır. Bu sahəsinə görə Ukraynanın Dunay deltasıdan sonra ikinci böyük deltasıdır. Dunay deltasından fərqli olaq deltası üçbucaq formaya malik deyildir. Dnepr deltası Konka qolunun mənsəbindən 50 km yuxarıda yerləşir. Delta dördbucaqlı formaya malikdir. Onun eni 10-12 km, bəzi hissələrdə 17 km çatır. Cənubdan Aleşkov qumları ilə əhatələnir. Delta 350 km² əraziyə sahibdir. Bura gölllər, gölməçələr, boğazlar, adalar daxildir. Öz ölçüsünə görə Böyük Potyomkin adası fərqlənir.
Don deltası
Don deltası (antik dövrdə — Maeotis bataqlığı) — Azov dənizi sahillərində yerləşən iki deltadan biri. Delta Don çayının mənsəbində qərarlaşır. İnzibati cəhətdən Rusiyanın Rostov vilayəti ərazisində yerləşir. Don çayı deltasının sahəsi 538 km² təşkil edir. Ölçüsünə görə Kuban deltasından 12,5 % kiçik olsa da, gursululuğuna görə Kubandan 1,5—2 dəfə çoxdur. Delta Taqanroq körfəzinin şimal-şərq sərhədi ilə sərhəddir. Hazırda Don çayının deltası 538 km² təşkil edir. Delta Rostov-na-Donu şəhərindən aşağı ərazidə yerləşir. Don çayı deltada çoxlu qollara ayrılır: Kalança çayı, Köhnə Don, Böyük Kuterma, Perevoloka, Mokraya Kalanka və s. Üztəlik buradan Azov magistral kanalı keçir.
Dunay deltası
Dunay Deltası — Avropanın Volqa deltasından sonra ikinci böyük deltasıdır. Deltanın sahəsi 4152 km² təşkil edir. Deltanın 3446 km² (83,0 %) Rumıniyada, yerdə qalan hissəsi (17,0 %) isə Ukrayna ərazisində yerləşir. İl ərazində deltanın sahəsi böyüyür. Belə ki, çay vastəsi ilə gətirilən lil deltanı dənizə il ərzində doğru 40 metr irəliləyir. Vaxtı ilə Qara dənizə yaxın olan yaşayış məntəqələri ilbəil sahildən uzaqlaşır. Buna misal olaraq Vilkovo şəhərini göstərmək olar. 1746-cı ildə sahil xəttinə malik olan şəhər 2005-ci ilə artıq dənizdən 6 km aralıda qərarlaşır. Daim deltanın dəyişməsi əvvəllər Rumıniya ilə SSRİ sonradan isə Ukrayna arasında ərazi mübahisələrinə səbəb olur. Yeni dövrdə delta strateji əməhiyyətə malik olması qonşu dövlətlərin ona ərazi iddiası etməsinə səbəb olmuşdur.
Hind deltası
Hind deltası (sindhi سنڌو ٽِڪور) — dünyanın ən iri çay deltalarından biri. Deltanın ümumi sahəsi 41,440 km² ərazini əhatə edir. Təqribi olaraq Ərəbistan dənizi daxilinə 130 km məsafədə uzanır. Bir çox deltalardan fərqli olaraq delta gildən təşkil olunmuşdur. Ərazisi güçlü şəkildə bataqlıqlaşmışdır. İl ərzində deltaya 250 – 500 mm arası yağıntı düşür. Pakistanın böyüklüyünə görə altıncı şəhəri olan Heydərabad burada yerləşir. Şəhər Hind çayının mənsəbindən 130 km şimalda qərarlaşır. Delta Ərəbistan dənizinin şimal-şərq sahilərində yerləşir. Delta vacid su quşlarının miqrasiya regionudur.
Kuban deltası
Kuban deltası — Rusiya ərazisində yerləşən iri deltalardan biri. Delta Kuban çayının mənsəbində yerləşir. Sahəsi 4 300 km² təşkil edir. Bu sahə Volqa çayının illik su sərfiyyatının 5 % təşkil edən Kuban çayı üçün böyük göstəricidir. Kuban deltası Azov dənizinin şərq sahillərində yerləşir. Çayın qolları sahil boyunca ensiz zolaq şəklində axır. Onun qollarından bəziləri Taman yarımadası ərazisindən dənizə tökülür. Bu isə deltanı dünyanın ən fərqli deltası edir. Belə ki yarımadanın degər sahilini Qara dənizin suları yuyur. Deltanın sahil xəttinin uzunluğu 280 km-dir.
Kür deltası
Kür deltası — delta ümumilikdə Azərbaycanda və bütün Cənubi Qafqazda yerləşən çay deltaları arasında ən böyüyüdür. Delta sahəsinə görə Xəzər dənizində yalnız Volqanın deltasından geri qalır. Kür çayının deltası tarix boyu çayın dənizə yaxın ərazilərində məcrasını dəyişməsi ilə yer dəyişmə etmişdir. Oda məlumdur ki, Kürün tarixi deltası hazırda Kür Dili yarımadası adı ilə tanınan ərazidə yerləşirdi. Tarixin müxtəlif dövrlərində baş vermiş böyük daşqınlar sayəsində çay məcrasını dəyişmişdir. Kürdə deltanın formalaşmasına ən böyük təsir göstərən əsas qol olan Araz çayıdır. Deltadan 236 km aralıda Kürə tökülən Araz ora 11 000 ton lil gətirir. Kür çayının yağış və yeraltı sularla qidalanması üstünlük təşkil etdiyindən əsasən aprel ayında daşır. Araz çayı isə qar suları ilə qidalanır və may ayında daşır. Təbii ki, Arazla gətirilən lil deltada çökür.
Lena deltası
Lena deltası — dünyanın ən böyük deltalarından biridir. Dültanın sahəsi 45 min km²-dir. Təqribi olaraq Laptevlər dənizi daxilinə 150 km daxil olmuşdur. Detla kiçik göllər, adalar və qollarla zəngindir. Dənizə yalnız üç qol dayanmadan suyunu çatdıra bilir: qərbi - Olenyokskaya, mərkəzi — Trofimovskaya və şərqi — Vısovskaya. Bu qolların hamısı gəmiçilik üçün yararlıdır. Ancaq 106 km uzunluğa malik Bıkovskaya qolu Tiksi buxtasına açılır. Burada isə Yakutiyanın dəniz qapısı olan Tiksi limanı yerləşir. Deltada Ust-Lenski qoruğu və Lena-Delta biosfer rezervi yerləşir. Onlar ümumilikdə 60 min.
Mekonq deltası
Mekonq deltası — region Vyetnamın cənub-qərbində yerləşir. Bu hissədə Mekonq çayı çoxlu qollara bölünür və delta əmələ gətirir. Delta Vyetnamın cənub-qərb ərazisinin böyük hissəsini əhatə editr. Onun sahəsi 39 000 km²-dir. Deltada torpaq sahəsi yağışlar mövsümündən asılı olaraq dəyişir. XXI əsrdə delta «biloji xəzinə» kimi tanınır. Burada gölgədə indiyənə kimi araşdırılmamış 10 000 növ müəyyən edilmişdir. O cümlədən Laod dağ sıçovulu bu qəbildəndir. Sərhədləri: şərq — Xoşimin, qərb — Mitxo, şimal — Tyaudok—Xaten. Deltaya həmdə Fukuok adası daxildir.
Mirvari çayı deltası
Mirvari çayı deltası (çin. 珠江三角洲) — Çjuzsyan çayının aşağı axarında, estuaridə yerləşən delta. Delta erstuaridən şərqdə qərarlaşır. Delta çayın Cənubi Çin dənizinə töküldüyü hissədə meydana gəlir. 1970-ci illərdə Kommunist idealogiyalı Çinn iqtisadiyyatda liberaliszm xəttini götürür. Bunun nəticəsində delta ərazisində iri mərkəzlər təşkil olunur. Bölgə Çinin materik hissəsinin ən inkişaf etmiş bölgəsinə çevrilir. Çin hökumətinin planlarında Quançjounun sənaye potensialı ilə Honq Konqun iqtisadi gücünü artırmaq olur. Bu məqsədlə bölgəyə xarici investorları cəlb edir. Burada Lanlau və Honkonq kimi nisbətən iri adalar mmövcuddur.
Missisipi deltası
Missisipi deltası — dünyanın ən iri deltalarasından biri. Sahəsi 28.600 km² təşkil edir. Delta beş qoldan ibarət çay şəbəkəsi axır. Hər il Missisipi Meksika körfəzinə 1–1,5 milyon ton çöküntü materialları gətirir. Mineralla zəngin olan çay suyu duzlu okean suyunda zəngin yosun və planktonların olmasına səbəb olmuşdur. Balıq ovunun inkişafı üçün geniş imkanlara sahibdir. İl ərzində deltadan 1 milyona tona yaxın balıq ovlanılır. Delta ərazisində kənd təssərüfatının əkinçilik qolu olduqca yaxşı inkişaf etmişdir. Burada çəltik, pambıq, şəkər qamışı və soya əkilir.

Digər lüğətlərdə