Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rodium
Rodium (Rh) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 45-ci element.
Taenia solium
Donuz soliteri (lat. Taenia solium) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Donuz soliterinin keçid sahibi kimi donuzlar, itlər, dovşanlar, dəvələr olsalar da sonuncu sahibi ancaq insanlardır. İnsanlarda tenioz və sisteserkoz yaradır. Donuz soliteri istər ümumi quruluşuna və istərsə də inkişafına görə qismən öküz soliterinə oxşayır. Bədənin uzunluğu 2–3 m (bəzən 8 m), başın diametri 1 mm, uzunluğu isə 2–3 mm-dir. Başda 4 simmetrik yerləşmiş sormac və xortumun üzərin-də 2 cərgədə düzülmüş (25-30 ədəd) qarmaqlar vardır. Ön cərgədə yerləşmiş qarmaqların uzunluğu 160-180 mkm, arxa cərgənin qarmaqları isə 110-140 mkm-dir. Parazitin strobilası 900-ə qədər buğumdan ibarətdir. Yetişmiş buğumlar öküz soliterindən fərqli olaraq, kvadrat formasında, balalıq isə 8-12 yan şaxələrə malik olur.
Sosium holdinq
"Socium" holdinqi 10 iyun 1988-ci ildə, Bakıda anadan olan alim, sahibkar, ictimai xadim, xeyriyyəçi İqor Aşurbəyli tərəfindən təsis edilib. O, ölkədəki ilk kommersiya təşkilatlarından biridir, belə ki, yaradılma tarixi SSRİ-da Kooperasiya haqqında Qanunun qəbul edildiyi günlə üst-üstə düşür. "Socium" – beynəlxalq çoxprofilli holdinqdir. Fəaliyyət sahəsi diversifikasiyalıdır: daşınmaz əmlakın idarə olunması, bank sektorunu, IT-sənayesini, kənd təsərrüfatını, elmi-texniki ixtiraları, tibbi təyinatlı malların istehsalını, mühafizə xidmətini və s. əhatə edir. Şirkətlər qrupunun 2022-ci ilə olan aktivlərinin ümumi qiyməti 13,9 milyard rub. təşkil edib. Aktivlərinin strukturu aşağıdakı qaydada paylaşdırılıb: daşınmaz əmlak – 58%, xidmətlər – 33%, istehsalat – 9%. Fəaliyyətin əsas göstəriciləri (2022): 4,4 mlrd.rub. – holdinqin illik gəliridir; 1,8 min vahid – texnoloji avadanlıqlar parkıdır; 260 min.
Bodrum
Bodrum (türk. Bodrum) — Türkiyənin Muğla ilində şəhər. Bodrum əhalisi 2021(türk.bilgi xidmetine göre) 187.284 nəfərdir. == İqlim == İqlim etibarilə Egey və Aralıq Dənizi iqlimlərinin sintezindən ibarət olan bir xüsusiyyətə malikdir. Yarımada olaraq mikro kondisioner xüsusiyyəti göstərər. Yay aylarında az qala heç nəm tapılmaz. Qış aylarında isə nəmişlik olduqca aşağıdır. Yay ayları isti və quraq, qış ayları isə olduqca ilıq və yağışlıdır. 1970-ci ildən bu yana qar yalnız 2004-ci ilin Fevral ayında yağmış və qarın qalınlığı orta hesabla 5 sm olmuşdur. Yarımada bitki örtüyü olaraq çox diqqətə çarpan bir şəkildə ikiyə ayrılmışdır.
Borium
Borium (Bh) – D. İ. Mendeleyevin elementlərin dövri sistemində 107-ci element.
Conium
Badyan (lat. Conium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinə aid bitki cinsi.
Erodium
Durnaotu (lat. Erodium) — bitkilər aləminin ətirşahçiçəklilər dəstəsinin ətirşahkimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Erodion St.-Lag. Myrrhina Rupr. Ramphocarpus Neck.
Godizm
Lolium
Quramit (lat. Lolium) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi.
Medium
Medium – ruhlar aləmi ilə əlaqəyə keçə bildiyini və ölülər ilə canlılar arasında əlaqə qura bildiyini iddia edən şəxs. Azərbaycan dilinə Fransız dilindən keçən sözün mənşəyi Latınca medium (vasitəçi) sözünə dayanır. Spiritualizm terminologiyasında "dünyadakı bədənini tərk etmiş ruhlarla əlaqə quraraq onlardan aldıqları təsirləri müxtəlif təzahürlər halında dünyaya əks edən, ekstrasens baxımdan həssas şəxslərə (zehni mediumlar) və ya hər hansı bir ruhani əlaqə mövzusu olmadan paranormal fenomenlər ortaya qoya bilən xüsusi qabiliyyətlərə sahib şəxslərə (fiziki mediumlar) verilən ad" olaraq izah edilir. Bu izahdan da başa düşüləcəyi kimi bir mediumun paranormal bir fenomen ortaya qoymasında mediumun ruhundan başqa bir ruhun var olması şərt deyildir. Yəni mediumun ruhundan başqa bir ruhun mövzusu olmadığı meduimi təzahürlərin də olduğuna inanılır. Spiritualist anlayışa görə mediumluq qabiliyyətinə sahib olmaq bir hünər deyildir və spiritualist etik anlayışına görə şəxsin bu qabiliyyətini əsla yanlış yollarda və ya hər hansı bir məqsəd güdməklə istifadə etməməsi lazımdır. Neo-spiritualist terminologiyada mediumluq yalnızca ekstrasens həssas olmaqdan ibarət deyildir; medium, mediumluq haqqında bəs edən ədəb, məlumat və təcrübəyə sahib olmasıyla birlikdə, mediumluğun vəzifələrini, məsuliyyətlərini lazımi qədər bilən və tətbiq edən şəxsə deyilir. Həmçinin mediumun lazımi xüsusiyyətlərə sahib olması da bəs etmir; o xüsusiyyətlərə mediumu transa soxan və istiqamət verən operatorun da sahib olması lazımdır. == İdrak və iradə cəhətdən == Mediumluq mediumda dünyəvi idrak və iradənin görünüb görünməməsi baxımından üç qrupda ələ alınır: Medium etdiyi işləri idrak etdiyi kimi bunların öz iradəsi daxilində meydana gəldiyini bilir. İntuisiyal mediumluk bu qruba daxildir.
Neodium
Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir. Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir. Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir. Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.
Osmium
Osmium (Os) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 76-cı element. Ən ağır metaldır.
Psidium
Psidium (lat. Psidium) — mərsinkimilər fəsiləsinə aid bitki cinsi. Quava — Cənubi Amerikada bitən meyvə. Bəzən bu meyvəyə Şimali Amerikada da rast gəlmək olar. O vitamin A-la zəngindir, dadı turşdan şirinə qədər dəyişilə bilər.
Radium
Radium (Ra) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 88-ci element.Qələvi torpaq metallarından radium ən axırda kəşf edilmişdir, hələ Dmitri Mendeleyev onun üçün dövri sistemdə əvvəlcədən boş xana saxlamışdı. Radium 1898-ci ildə uran filizində tapıldı. Pyer və Mariya Kürilər bu mineralı tədqiq edərkən bəzi filiz nümunələrinin radioaktivliyinin onlardakı uranın miqdarına görə gözləniləndən böyük olduğunu müəyyən etdilər. Onlar belə nəticəyə gəldilər ki, uran filizinin tərkibində radioaktivliyi uranınkından yüksək olan yeni element vardır. Tezliklə onlar bu birləşməni ayıra bildilər. Radioaktiv parçalandığına görə elementi radium adlandırdılar. Kürilər təqribən bir ton uran filizini işləyərək, 0,1 q-a yaxın radium duzu aldılar. Radium metalı isə 1910 -cu ildə civə katodundan istifadə etməklə radium – xlorid məhlulunun elektrolizindən alındı. Radium gümüşü – ağ rəngli ağır, çətinəriyən metaldır (6,5x10-4 atm təzyiqə tər=0,63C0). Digər qələvi – torpaq metallar kimi o da sərbəst halda yüksək kimyəvi aktivliyə malikdir, su ilə şiddətli reaksiyaya daxil olaraq hidrogeni ayırır: Ra+2H2O=Ra(OH)2+H2.
Sadizm
Sadizm (bu psixi halı ilk dəfə təsvir edən fransız yazıçı Markiz de Sadın şərəfinə adlandırılıb) — geniş mənada — zorakılığa meyil etmə, alçaldılma və digər əzablardan həzz alma. "Sadizm" kəlməsini ilk dəfə Rixard Kraft-Ebinq özünün 1886-cı ildə işıq üzü görən "Psychopathia sexualis" monoqrafiyasında işlətmişdir. Psixoloji sadizm (mənəvi sadizm və yaxud, psi-sadizm) — sadizimin elə bir formasıdır ki, bu hal digər şəxsə fiziki deyil, psixoloji, mənəvi-əxlaqi (məsələn, təhqir, alçaltma, təhdid etmə və s. formalarda) əzab və iztirab vermə ilə müşayiət olunur.
Serium
Serium (Ce) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 58-ci element. 1803-cü ildə alman kimyaçı Martin Henrix Klaprot tərəfindən kəşf edilmişdir.
Sezium
Sezium (Cs) — D.İ. Mendeleyevin elementlərin dövri sistemində sıra (atom) nömrəsi 55 olan elementidir. Ərimə temperaturu 28,5°C olan, yumşaq, gümüşü - qızıl rəngli qələvi metaldır. Robert Vilhelm Bunzen və Qustav Kirxhof tərəfindən 1860 – cı ildə Almaniyada Dürkheim mineral sularının tərkibində tapılmışdır.
Sofizm
Sofizm (yun. σόφισμα - söz ustalığı, biclik, müdriklik) — bir kəsin haqlı olduğunu sərgiləmək və söz çəkişməsində (mübahisədə) rəqibini dolaşdırmaq üçün yürüdülən mürəkkəb mülahizələr, cümlələr və dolaşıq fikirlərdir. M. ö. V yüzillikdə tiranlıq və aristokratiya quruluşunun yerinə quldarlıq demokratiyası gəlmişdir. Bu quruluşda xalq yığıncaqları və azad məhkəmələrin böyük əhəmiyyəti olmuşdur. Ona görə də o zaman gözəl nitq söyləməyi və məntiqi mülahizələr irəli sürməyi bacaran adamlara ehtiyac yaranmışdır. Bu kimi adamlar siyasi və hüquqi biliklərə dərindən yiyələnmiş, onları fəlsəfə ilə birləşdirmişdilər. Onlara “Sofistlər” (yun. Σοφιστής, lat. Sophistes – müdriklik ustaları) deyirdilər.
Torium
Torium (Th) – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 90-cı element. 1882-ci ildə Y.Y.Berselius ona Norveçdən göndərilmiş nadir mineralda yeni elementin birləşməsini aşkar edir. O, bu elementi qədim skandinav Allah – ildırım saçan Tora şərəfinə torium adlandırır. Doğrudur Berselius bu adı hələ 1815-ci ildə toriumu İsveçdən olan digər mineralda səhv olaraq “kəşf edərkən” düşünmüşdü. Bu, o nadir hadisə idi ki, tədqiqatçının özü guya onun aşkar etdiyi elementi “bağladı”. “Bağlama” 1825-ci ildə baş verdi, o vaxt məlum oldu ki, əvvəllər Berselius ittrium fosfatı analiz edibmiş. Yeni mineralı isə torit adlandırdılar, bu, torium slikat idi.
İndium
İndium (In) – Dmitri Mendeleyevin elementlərin dövri sistemində 49-cu element. 1863-cü ildə F. Reyx və T. İ. Rixter tərəfindən sfalerit (ZnS) mineralında spektral üsul ilə kəşf olunmuşdur. Onlar spektrdə Hindistandan gətirilmiş qədim boyaq indiqonun iki parlaq rəng xəttini aşkar etmişlər. Yeni element indium adlandırılmışdır. Gördüyümüz kimi onun adı dolayısı ilə Hindistan ilə əlaqədardır. Həmin kimyaçılar az miqdarda bəsit maddə — indium metalını da ayırmışdılar. İndiumun ekvivalentini müəyyən etdikdən sonra D. İ. Mendeleev inandırıcı olaraq sübut etdi ki, bu elementin yeri beşinci dövrdə və III qrupda və yaxın keçmişdə boş qalmış xanadadır. İndiumun başlıca nuklidi təbiətdə nisbi miqdarına görə 115In-dur (95.71%). Bu radionuklid nəhəng yarımparçalanma dövrünə malikdir: T1/2=4.4∙1014(440 trilion) il. Yer mövcud olduğu dövrdən onun cəmi 7∙10–4 % nüvəsi parçalanmışdır.
Oxodium
İstiot (lat. Piper) — bitkilər aləminin i̇stiotçiçəklilər dəstəsinin i̇stiotkimilər fəsiləsinə aid bitki cinsi.
Sapium
Sapium (lat. Sapium) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinə aid bitki cinsi. Sapiopsis Müll.Arg. Seborium Raf.
Polium
Məryəmnoxudu (lat. Teucrium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Scordium
Məryəmnoxudu (lat. Teucrium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.
Sedum
Sedum (lat. Sedum) — bitkilər aləminin daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.