SOLMAQ (müxtəlif mənalarda) ..Düşür yanağından ilıq incilər; Solur bənövşələr ömür bağındı (M.Rahim); AĞARMAQ, SARALMAQ Bir dəqiqənin ərzində o ağarır, qaralır, bozarır, saralır, nə rəngə desəniz düşür (M.İbrahimov); BOZARMAQ Fətullayev nimdaş, rəngi bozarmış qara dəri pencəyini geyinmişdi (İ.Şıxlı); RƏNGİ QAÇMAQ [Səlimə:] Marqonun rəngi qaçdı və o mənə ani bir nəzər salaraq, gözlərini yerə dikdi (İ.Əfəndiyev); SOLUXMAQ Baxımsız qalanda soluxar çiçək (M.Rahim); SOZALMAQ Əsgərlərdən biri: Bu bir həftədir sozalır (S.Rəhimov).