1. Bir şeyi bir yerə buraxmaq, bir şeyi bir yerə yerləşdirmək. Kitabı şkafa qoymaq. Paltarları sandığa qoymaq. Şeyləri yerinə qoymaq. Yaylığı cibinə qoydu. – [Qulu:] Otaq təmizdir.
Ancaq heç şeyimiz yoxdur ki, qoyaq.
Kərim kitabı büküb pəncərəyə qoydu.
2. Əmanət vermək, tapşırmaq, saxlamaq üçün vermək. Pullarını əmanət kassasına qoymaq. Pullarını banka qoymaq.
3. Oxumaq, işləmək və s. üçün bir yerə göndərmək, vermək, düzəltmək. Uşaqları məktəbə qoymaq. İşə qoymaq.
– Ona binaən onu uşaq ikən gətirib şəhri-Qəzvində məktəbə qoydu.
Ağca xanımın təkidi ilə Gəldiyev İzzəti bağçaya qoydu.
4. Bir şey etməyə icazə vermək, yol vermək, imkan vermək, buraxmaq.
[Cənnət:] Mirzə, … o məni o qədər yandırıbdır ki, bundan sonra onu evə də qoymaq istəmirəm.
Ədə, Həsənəli, qoyma, öküz girdi bağçaya, ağacları sındıracaq.
5. Rahat buraxmaq, imkan vermək.
Bir tacirin şöhrətinin dərdi qeyri bir taciri qoymaz yuxu yuxlasın.
Lakin qəza təşkilatları Qəhrəmanı özlüyündə qoymur, onu o yan-bu yana çəkişdirirlər.
6. Təxir etmək, saxlamaq, sonraya buraxmaq, başqa bir vaxta keçirmək, ləngitmək. Bu günün işini sabaha qoyma! Söhbəti sonraya qoyaq. İmtahanı axşama qoydular.
– Yarın vüsalın istə bu gün, qoyma yarına; Yarın vüsalı yarına qalmaq gümanədir.
7. Həvalə etmək, yükləmək, tapşırmaq. Usta adı böyük addır, bu ad hər adamın üzərinə böyük vəzifələr qoyur.
8. Təsis etmək, tikmək, qurmaq. Heykəl qoymaq. Abidə qoymaq.
– …Bu axır vaxtlarda Qafqazın müsəlmanları gözlərini açıb başlayıblar hey bir ucdan məktəb binası qoymağa.
Dənizdə buruq qoymağın çətinliyini yoldaşlar yaxşı bilirlər.
9. Geymək, yaxud geydirmək, başına keçirmək. Başına araqçın qoymaq.
– [Rəxşəndə] saçlarını vurdurmuş, başına çəpəki olaraq qırmızı rəngli qadın papağı qoymuşdu.
Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən … çələnglər qoydular.
10. Sərf etmək, işlətmək, xərcləmək. Pul qoymaq. Maya qoymaq. Mən bu işə zəhmət qoymuşam.
– Bir də ayrıca-ayrıca yazıb göstərərdi ki, qonşularından nə qədər pul borc alıb, bayram süfrəsinə qoyubdur.
11. Müəyyən bir təsir əmələ gətirmək məqsədi ilə bir şeyin üstünə, arasına yerləşdirmək, salmaq, döşəmək. Kompres qoymaq. Zəli qoymaq. Xəstəyə banka qoymaq. Termometr qoymaq.
12. Təyin etmək. Məsul işə qoymaq. Növbətçi qoymaq. Onu zavoda direktor qoyublar.
13. Müəyyən etmək. Vaxt qoymaq. Möhlət qoymaq.
14. Həll etmək, yerinə yetirmək, yaxud müzakirə üçün irəli sürmək, təklif etmək. Məsələni ciddi qoymaq. Qərarı müzakirəyə qoymaq.
15. Yazı ilə ifadə etmək, işarə etmək; yazmaq. Durğu işarələri qoymaq. Şagirdə “yaxşı” qiymət qoymaq. Nişan qoymaq.
16. Düzəltmək, təşkil etmək, tərtib etmək. Tamaşaya qoymaq. Təcrübə qoymaq.
17. Bir adam və ya şey üçün hər hansı bir şərait, vəziyyət yaratmaq, bu və ya digər vəziyyətə, şəraitə düşməsinə səbəb olmaq. Çətin vəziyyətdə qoymaq.
– Bəndə saldın mənim kimi dustağı; Çox məni qoyubsan darda, gül, Pəri.
Kitayda yapon malını boykot eləyib, yapon karxanalarını işsiz qoyublar.
[Pristav:] Bu kasıb bədbəxtin öküzünü aparıbsan, əli qoynunda qoyubsan.
18. Bir şeyə lazımi vəziyyət vermək, lazımi şəklə salmaq. Gəzərkən ayaqlarını düzgün qoymaq.
19. Uzatmaq, saxlamaq. Saç qoymaq. Bığ qoymaq. Saqqal qoymaq.
20. Gedərkən özü ilə bərabər götürməmək, olduğu, çatdığı, gəldiyi yerdə buraxmaq. Uşaqları evdə qoymaq. Gözlüyümü evdə qoymuşam.
– İskəndər onlara [qala əhlinə] başqa yer verib, qalanı təmir etdirdi və orada bir qədər qoşun qoydu. …
21. Hər hansı bir vəziyyətdə, şəkildə, halda saxlamaq. Məsələni açıq qoymaq (həll etməmək). Məni rahat qoy! Bu hadisə bizi heyrətdə qoydu.
22. Saxlamaq. Axşama bir az çörək qoy.
23. Buraxmaq, buraxıb getmək, tərk etmək, atmaq, atıb getmək (bəzən “qoyub getmək” şəklində işlənir). Yoldaşını təhlükədə qoyma! Ailəsini qoyub getdi. – A kişi, ya bez, ya zər, sizə nə? Nə gətirdi öz evinə aparacaq.
Sənin evində ki qoymayacaq.
Əziziyəm, bir yana; Bir alışa, bir yana; Camalın müştağıyam; Qoyub getmə bir yana. ( ).
24. Keçmək, fəda etmək, sərf etmək, həsr etmək. Vətən yolunda canını qoymaq.
– Yolunda qoydu Nəsimi cahan ilə canı.
25. dan. Kəsilmək, dayanmaq, yox olmaq. Dişimin ağrısı qoydu.
26. Bir sıra isimlərə qoşularaq mürəkkəb feil və müxtəlif ifadələr düzəldilir; məs.: ad qoymaq, qol qoymaq, çay qoymaq, səsə qoymaq, lağa qoymaq, araya qoymaq.