Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ferdinand de Sossür
Ferdinand de Sössür (fr. Ferdinand de Saussure; 26 noyabr 1857[…], Cenevrə, İsveçrə – 22 fevral 1913[…]) – tanınmış İsveçrə alimi, dilçisi, semiologiya və struktur dilçiliyin banisi. XX əsrin dilçiliyinin "atası" adlandırılan F. de Sössürün ideyaları XX əsr humanitar fikrə böyük təsir göstərmiş və strukturalizmin yaranmasına səbəb olmuşdur. Əsas əsəri - F.de Sössür "Ümumi dilçilik kursu" (fr) "Cours de linguistique générale" == Həyatı == Ferdinand-Monjen de Sössür (Saussure, 1857-1913) 26 noyabr 1857-ci ildə İsveçrənin Cenevrə şəhərində anadan olmuşdur. Sössürlər ailəsi mənşəcə fransızdır. Sössürün ulu babası XVI əsrdə dini müharibələr zamanı Lotaringiyanın Sössür-sür Mozelot şəhərindən İsveçrəyə köçmüşdür. F. de Sössür bu ailədən çıxmış ilk dilçi deyildir. Onun ulu babası Nikola de Sössür (1709-1791) Deni Didronun ensiklopediyasında əməkdaşlıq etmişdi. Ulu babası Oras-Benedikt de Sössür (1740-1799) təsviri geologiyanın banisi Cenevrə universitetində naturfəlsəfi kafedranın professoru olmuşdur. Minerologiyada iki termin – sössürit və sössüritləşmə onun adı ilə adlandırılmışdır.
Qoytur
Qoytur, Qoytul — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indiki Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Rayon mərkəzindən 3 km şərqdə, Arpaçayın sağ qolu Qoytul çayının yanında yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbəyində kəndin adı Qoytul, Kotur formalarında da göstərilir. Toponim qədim türk dilində "dərənin dibi" mənasında işlənən koy (>qoy) sözü ilə "möhkəmləndirilmiş yaşayış yeri, qala", "çəpərlənmiş təpə" mənasında işlənən tur sözünün birləşməsindən əmələ gəlmişdir. Tur//tura sözü durr formasında tarixi və coğrafi ədəbiyyatda "dərə", "aşırım", "dağ keçidi" mənalarında işlənmişdir. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Getap qoyulmuşdur.
Seymur
Seymur — kişi adı. Bu adı olan tanınmışlar Seymur Məmmədov — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. Seymur Baycan — yazıçı, publisist. Digər Seymur (Antarktida) — Trimiti yarımadasından şərqdə yerləşən ada.
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Sonsuz
Sonsuzluq (riyazi işarəsi: ∞ {\displaystyle \infty } ) — sonu, nəhayəti olmama, nəhayətsizlik. Hər hansı bir məhdudiyyət daşımayan mücərrəd anlayışdır. Hesablanılan, son həddləri olanların əksi kimi riyaziyyatda, fizikada, fəlsəfədə və başqa elmlərdə istifadə olunur.
Boyur
Boyur — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Boyur kəndi dağətəyi ərazidədir. Toponim qədim türk sözü olan və "dağ döŞü", "dağ yamacı" mənalarını bildirən bair sözünun yerli tələffüz formasıdır. Ərazini relyef cəhətdən təsvir edir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd ərazisi 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.
Soylu
Soylu (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Soylu Atalı — Asif Atanın Mütləqə İnam Ocağının Yükümlüsü, ruhaniyyatçı, publisist. Süleyman Soylu — Türkiyəli siyasətçi, Türkiyə Respublikasının Daxili İşlər naziri (2016–2023).
Maysur əmirliyi
Maysur əmirliyi —Maysur Krallığı, ənənəvi olaraq 1399-cu ildə müasir Mysore şəhəri yaxınlığında qurulduğuna inandığını söyləyən cənub Hindistanda bir səltənət idi. Vodeyar ailəsi tərəfindən idarə olunan səltənət əvvəlcə Vijayanagara imperiyasının vassal dövləti kimi xidmət etmişdir. Vijayanagara imperiyasının (1565-ci il) azalması ilə, padşahlıq müstəqil oldu. XVII əsr ərazisinin davamlı genişlənməsini və Narasaraja Wodeyar I və Chikka Devaraja Wodeyar hakimiyyəti dövründə krallıq indi Cənubi Karnitakanın və Tamil Nadunun bir hissəsini Cənubi Deccan şəhərində güclü bir dövlət olmaq üçün böyük xərcləri birləşdirdi. 18-ci əsrin ikinci yarısında, əsl hökmdarı Haider Ali və oğlu Tipu Sultanın hökmdarı olan iqtisadi və hərbi gücün hökmranlığına çatdı. Bu dövrdə, Marataşlar, Haydarabad Nizami, Travancor Krallığı və ingilislər arasında qarşıdurma baş verdi, dörd Anglo-Mysore müharibəsində qaldı. İkinci Anglo-Mysore müharibəsində və ikinci sırada bir müvəffəqiyyət üçüncü və dördüncü sırada məğlubiyyət izlədi. 1799-cu ildə dördüncü müharibədə Tipu'nun ölümündən sonra, onun krallığının böyük hissəsi ingilislər tərəfindən əlavə edildi və Cənubi Deccan üzərində Mysore hegemonyasının bir dövrünü işıqlandı. İngilislər, Wodeyarları taxtına törəmə bir ittifaq vasitəsilə bərpa etdilər və azalmış Mysore bir şahlıq dövlətə çevrildi. Wodeyars Hindistanın müstəqilliyinə qədər 1947-ci ildə Mysore Hindistan Birliyinə qoşulduqdan sonra dövləti idarə etməyə davam etdi.
Mümtaz Soysal
Osman Mümtaz Soysal (türk. Osman Mümtaz Soysal; 15 sentyabr 1929, Zonquldak – 11 noyabr 2019, İstanbul) — hüquqşünas, siyasətçi, alim, 1961-ci il Türkiyə Respublikasının Konstitusiyasının müəlliflərindən biri. 1994-cü ildə qısa müddətdə Türkiyə Xarici İşlər naziri və Türkiyə Böyük Millət Məclisinin 19 və 20-ci çağırışlarında Sosial-Demokrat partiyasından Zonquldak və Ankaradan seçilmiş millət vəkili. Mümtaz Soysal 1929-cu ildə Zonquldak vilayətində anadan olub. 1949-cu ildə Qalatasaray liseyini bitirmişdir. Ardından Soysal Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də təhsil almış və 1953-cü ildə məzun olmuşdur. Orta Şərq Dövlət İdarəetmə İnstitutunda köməkçi vəzifəsində çalışarkən fərq kursu imtahanlarını vermiş və 1954-cü ildə Ankara Universitetinin Hüquq Fakültəsini bitirmişdir. 1956-cı ildə Ankara Universiteti Siyasi Elmlər Fakültəsin də asistent kimi işləməyə başlamışdır. Mümtaz Soysal 1958-ci ildə siyasi elmlər doktoru dərəcəsini almışdır. Uzun illər Siyasi Elmlər Fakültəsin də Konstitusiya hüququ professoru kimi dərs demişdir.
Samanta Stosur
Samanta Stosur (30 mart 1984, Brisben) — tenisçi. 2012-ci ildə yalnız dördüncü turnirdə, Dohada keçirilən yarışda finala çıxıb. Dünyanın 9-cu raketka ustasıdır. 2011-ci ilin fevralında reytinqdə 4-cü yerə yüksəldi ki, bu da şəxsi rekorddur.
Sayqın Soysal
Sayqın Soysal (türk. Saygın Soysal; 21 may 1982, Ankara)— Türk kino aktyoru. Sayqın Soysal 21 may 1982-ci ildə Ankara şəhərində anadan olub. Hacettepe Universitetini bitirib. Aktyordur. Bir çox film və seriallarda çəkilib.
Selen Soyder
Selen Soyder (türk. Selen Soyder, 26 dekabr 1986, İzmir) — Türkiyə modeli, Miss-Türkiyə 2007. 26 dekabr 1986-cı ildə İzmirin Alsancak qəsəbəsində anadan olmuşdur. Məktəbi qurtarandan sonra Selen Soyder liseyi İzmirdə bitirmişdir. 2006-cı ildə Miss Model Of Turkey yarışmasında Türkiyənin ən yaxşı modeli seçildi ve Miss Bikini Of The Universe yarışmasında Çin Xalq Respublikasında Türkiyəni təmsil etdi. İlk beşliyə daxil olan Soyder, Türkiyəyə "Ən yaxşı milli geyim" mükafatını qazandırdı. 2007-ci ildə Star TV-nin yayımladığı və 1200 nəfərin qatıldığı Türkiyə Gözəllik Yarışması Miss Turkey-də "Türkiyə Gözəli" seçildi və Türkiyəni Miss World 2007-də 106 ölkənin içində Çinin Sanya adasında təmsil etdi. İlk beşliyə daxil ola bilmədi. 2007-ci ildə Vakkonun modeli olmuşdur. Daha sonra dil təhsili üçün Kanadaya gedən Selen Soyder 2009-cu ildə Türkiyəyə geri döndü.
Seyfəddin Soysal
Seyfəddin Soysal (27 iyul 1966, Şarkışla- 2 fevral 2012, Sivas), Türk heykəltaraş və rəssam. Niderland və Şarkışla'da sexləri var. Sivas Rəssamlar Dərnəyi qurucusudur. 1988-ci ildə yerləşdiyi Veghel (Şimali Brabant Rayonu), Hollandiyada şəkil və heykəl üzərinə təhsil alaraq bu sahələrdə əsərlər verən sənətçi, eyni zamanda Niderland Rəssamlar Birliyi 'nə üzv olub şəkil dərsləri də verdi. 4 fevral 2012-ci ildə evindəki buxarını çıxan karbonmonoksit qazından zəhərlənərək 45 yaşında vəfat etdi. Anısına Sivasda bir park və mesire sahəsinə adı verildi.
Seymur (Antarktida)
Seymur adası (ing. Seymour Island)) — Trimiti yarımadasından şərqdə yerləşən ada. Ada 20 km uzunluğa və 9 km enə malikdir. Ən yaxın adalar Snou-Hill və Ceyms-Rossdur. Ada ilk dəfə 6 yanvar 1843-ci ildə Ceyms Ross tərəfindən Antarktikaya Terror və Erebus gəmilərində səyahət zamanı aşkarlanmışdır. Ceyms Ross Seymur burnu adlandırdığı coğrafi obyekti kontr-admiral Corc Frensis Seymurun şərəfinə adlandırmışdır. Adanın ilk araşdırmalar norveçli Karl Anton Larsen tərəfindən həyata keçirilmişdir (1892—1893 və 1893—1894). O, ilk dəfə bu coğrafi obyektin burun deyil ada olmasını müəyyən etmişdir. 1969 ildən ada da il boyu Argentinaya məxsus olan Marambio qütb stansiyası fəaliyyət göstərir. Antarktida tarixində ilk eniş-uçuş zolağı məhz burada inşa edilmişdir.
Seymur Abasov
Seymur Abbasov
Seymur Allahverdiyev
Seymur Alızadə
Seymur Baxışov
Seymur Baycan
Seymur Baycan (22 aprel 1976, Füzuli) — yazıçı, publisist. Ən yeni dövr Azərbaycan Ədəbiyyatının II mərhələsinin, müstəqillik dövrü yazıçılarındandır. Bir çox romanı, əsəri ilə məşhurdur. Seymur Baycan 22 aprel 1976-cı ildə ildə Füzuli rayonunda anadan olub. C.Naxçıvanski adına hərbi məktəbi bitirib. Qafqaz universitetinin "Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində oxuyub.Universiteti yarımçıq qoyub. Hekayələri rus, gürcü, erməni, ukrayna, qazax və s. dillərə çevrilmiş və çap olunmuşdur. "Ət və ət məhsulları" romanı ilə Dünya ədəbiyyatına skelet-roman anlayışını gətirmişdir.[mənbə göstərin] Digər çap olunmuş romanları: “18.6 cm”, “Körpüsalanlar”, “Quqark”. Publisistik fəaliyyəti dönəmində "Reytinq", "Milli yol", "Gündəlik Azərbaycan" və digər qəzetlərlə əməkdaşlıq etmişdir.
Seymur Bəylərov
Seymur Cabbarov
Seymur Fətəliyev
Seymur Həbib oğlu Fətəliyev (19 iyul 1973) — Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi, filologiya üzrə fəlsəfə doktoru. 19 iyul 1973-cü ildə anadan olmuşdur. 1990–1995-ci illərdə Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsində, 1997–2001-ci illərdə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsində təhsil almışdır. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində əmək fəaliyyətinə başlayıb. 1999–2005-ci illərdə Azərbaycan Respublikasının Fransadakı Səfirliyində, daha sonra 2006–2009-cu illərdə Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyində çalışıb. 2009–2012-ci illərdə Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəis müavini vəzifəsinə təyib edilib. 2012–2017-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsi müdirinin müavini olaraq fəaliyyətini davam etdirmişdir. 2018–2021 ci illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi vəzifəsində çalışıb. 2021-ci il avqust ayında xüsusi tapşırıqlar üzrə səfir — UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2014-cü il tarixli, 580 saylı Sərəncamı ilə S. Fətəliyev "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.
Seymur Hüseyn
Seymur Hüseynoğlu
Seymur Hüseyn (20 oktyabr 1993, Şəhriyar, Naxçıvan Muxtar Respublikası – 26 noyabr 2020, Bakı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. Seymur Hüseyn 1993-cü il oktyabrın 20-də Ordubad rayon Şəhriyar qəsəbəsində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Seymur Hüseyn 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Seymur Hüseyn 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Seymur Hüseyn oktyabrın 16-da Cəbrayılın azad edilməsi zamanı ağır yaralanıb. Noyabrın 26-da Bakı şəhərində müalicə aldığı Respublika Neyrocərrahiyyə Xəstəxanasında şəhid olub. II Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Seymur Hüseyn ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Donsür
Donsür (fr. Domsure) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kolini kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01147. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 473 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 299 nəfər yaşda olan (15-64 yaş arasında) 222 nəfər İqtisadi fəal, 77 hərəkətsiz (fəaliyyət göstərici 74.2%, 1999-cu ildə 74.0%) idi. Fəaliyyət göstərən 222 sakindən 196 nəfər (99 kişi və 97 qadın), 26 nəfər işsiz (13 kişi və 13 qadın) idi. Qeyri-aktiv olan 21 nəfər arasında şagird və ya tələbə, 42 nəfər təqaüdçü, 14 nəfər digər səbəblərə görə hərəkətsizdir.
Göysu
Göysu — Göyçə mahalının Basarkeçər rayonunda kənd. == Tarixi == Irəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Əslində "köy" (kənd) və "su" (çay) sözlərindən ibarətdir. "Çay kənd" mənasındadır. Kənd rayon mərkəzi Basarkeçərdən 23 km məsafədə yerləşir. == Əhalisi == Kənddə 1897-ci ildə 187 nəfər, 1908-ci ildə 233 nəfər, 1914-cü ildə 360 nəfər, 1916-cı ildə 284 nəfər azərbaycanlı yaşamışdır. 1918–1919-cu illərdə ermənilər tərəfindən azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar 1922–1924-cü illərdə ata-baba torpaqlarına qayıda bilmişlər. 1926-cı ildə burada 143, 1931-ci ildə 215 nəfər, 1939-cu ildə 314 nəfər, 1959-cu ildə 264 nəfər, 1970-ci ildə 396 nəfər, 1979-cu ildə 531 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən yenidən tarixi�etnik vətənlərindən qovulmuşlar.
Somür
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.
Söyud
Şorsu
Şorsu (Şəki) — Şəki rayonunun inzibati ərazi vahidində kənd. Şorsuçay — Babək rayonu ərazisində çay. Şorsu — Qazax rayonunda çay. Kürün sağ qoludur; Şorsu — Şahbuz rayonunda çay. Şahbuz çayının sağ qoludur. Şorsulu — Qobustan rayonu ərazisində palçıq vulkanı. Dərəkənd və Mərəzə yaxınlığındadır. Şorsulu — Salyan rayonunun eyniadlı inzibati ərazi vahidində kənd.
Kili Noyşul
Kili Noyşul (d. 5 mart 1993) — Birləşmiş Ştatları təmsil edən su poloçusu. == Karyerası == Kili Noyşul, ABŞ yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə İtaliya yığmasını 12:5 hesabı ilə məğlub edən ABŞ yığması, Rio-de-Janeyro Olimpiadasının qızıl medalına sahib oldu.